Məhkəmə qərarları › İş №2-2(3-6)-268/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-268/2026

12.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-268/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: sığorta hadisəsi, sığorta ödənişi, sığorta təminatı) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X15 və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “xxxx” ASC ilə iddiaçı1 arasında ##.##.2024-cü il tarixdə BS-**********-AS saylı, BS- **********-AS saylı, BS-**********-AS saylı, BS-**********-AS saylı X6 X8 Sığortası üzrə Sığorta Şəhadətnamələri imzalanmışdır.

2. Müqavilələrə əsasən sığortaçı qismində Cavabdeh adından “xxxx” ASC, sığortalı, sığorta olunan, faydalanan şəxs qismində iddiaçı1, faydalanan şəxs qismində "xxxx İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyəti çıxış edir. Sığorta təminatının başladığı müddət sığorta haqqı ödənildikdən 7 gün sonra başlayır. Sığorta risklərinə - “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: təbii fəlakətlər (zəlzələ,yanğın, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) Sel və ya subasma (Azadolma 10 %) Leysan (Azadolma 10 %) Vəhşi heyvanların hücumu (Azadolma 10 %) üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat (Azadolma 10 %). Sığorta predmeti Qaydaların 2.1.2-ci yarımbəndində əsasən, X6 X8 sığortası üzrə Pambıq - May 505 (R1)sığortanın predmeti hesab olunur. Sığorta predmeti hesab olunan X6 X8 aşağıdakı hissələrinə sığorta təminatı verilir: Pambıq - May 505 (R1) / pambıq. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi və s. Baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişindən imtina edilə bilər. Sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma (7/24 əlaqə telefonu: (012) 1651, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

3. BS-**********-AS saylı sığorta şəhadətnaməsinə * saylı Əlavəyə əsasən məhsulun adı Pambıq - May 505 (R1), əkin sahəsi 15 ha, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sığorta məbləği 48000 manat, sığorta haqqı 681.6 manat təşkil edir.

4. BS-**********-AS saylı sığorta şəhadətnaməsinə * saylı Əlavəyə əsasən məhsulun adı Pambıq - May 505 (R1), əkin sahəsi 15,4 ha, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sığorta məbləği 49280 manat, sığorta haqqı 699.78 manat təşkil edir.

5. BS-**********-AS saylı sığorta şəhadətnaməsinə * saylı Əlavəyə əsasən məhsulun adı Pambıq - May 505 (R1), əkin sahəsi 14 ha, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sığorta məbləği 44 800 manat, sığorta haqqı 636.16 manat təşkil edir.

6. BS-**********-AS saylı sığorta şəhadətnaməsinə * saylı Əlavəyə əsasən məhsulun adı Pambıq - May 505 (R1), əkin sahəsi 6,12 ha, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sığorta məbləği 19584 manat, sığorta haqqı 278.1 manat təşkil edir.

7. iddiaçı1 Cavabdeh ünvanlanmış ## ##### 2025-ci il tarixli müraciət məktubuna Cavabdeh ## ##### 2025-ci il tarixli “Sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında” cavab məktubunda qeyd olunmuşdur ki, müstəqil ekspert tərəfindən tərtib edilmiş rəylərə əsasən zərər dəymiş ərazilərə baxış keçirilmiş, sizə məxsus sahələrə sığorta təminatı verilən risklər üzrə zərər dəyməsi müəyyən edilməmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən, sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. BS-2024019762- AS,BS2024019761-AS,BS-2024019760-AS,BS-**********-AS saylı sığorta şəhadətnamələri əsasında sığortalanmış pambıq sahələrinizə sığorta təminatı verilən risklər üzrə zərər dəymədiyindən və qanunvericiliyə əsasən sığorta ödənişi sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində zərər dəydikdə ödənilən maliyyə kompensasiyası olduğundan sizə sığorta ödənişinin verilməsindən imtina edilir. ##.##.2025-ci il tarixli X6 X8 Sığortası Üzrə Sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan Pambıq ərazisinə gedildi. Sığortalı bəyan etdi ki, bəyan etdiyi kimi digər sahələri ilə yanaşı 15 ha ərazidə yerləşən pambıq sahəsi də ##.##.2024-cü il tarixdə baş vermiş leysan yağışı nəticəsində zərər görmüşdür. Ərazinin hər tərəfi gəzildi. Baxış zamanı müəyyən olundu ki, əraziyə yağış yağmış, sahənin bəzi hissələrində su buxarlanmışdır, digər hissələrində torpaq tam qurumamışdır, bəzi hissələrdə torpağın üstü qaysaqlanmışdır. Ərazidə təminat daxili hadisəyə rast gəlinməmişdir. Təminat daxili zərər yoxdur.

8. BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə -## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Sığortalı bəyan etdi ki, bəyan etdiyi kimi digər sahələri ilə yanaşı 15 ha ərazidə yerləşən pambıq sahəsi də ##.##.2024 tarixdə baş vermiş leysan yağışı nəticəsində zərər görmüşdür. Ərazinin hər tərəfli gəzildi. Baxış zamanı müəyyən edildi ki, əraziyə yağış yağmış, sahənin bəzi hissələrində su buxarlanmışdır, digə hissələrində torpaq tam qurumamışdır, bəzi hissələrdə torpağın üstü qaysaqlanmışdır. Ərazidə təminat daxili hadisəyə rast gəlinməmişdir. Təminat daxili zərər yoxdur. -## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, ərazidə təminat daxilində sığorta hadisəsi baş verməmişdir. Ərazidə yağışın təsiri nəticəsində çıxış nöqsanlıqları, su göllənmələri yerliyi, qaysaqlama toxumlarda çürümələr aşkarlanmışdır. Eyni zamanda ərazidə məftil qurdlarının zərərinə də rast gəlinir. Zəif alaqlanma müşahidə edilmişdir. Zərər zamanı məhsulun fenoloji fazası “iki əsl yarpaq” olmuşdur. Məhsuldarlığı hesablamaq mümkün olmadığına görə müvəqqəti olaraq bəyan olunmuş məhsuldarlıq qəbul edilmişdir. Təminat daxilində zərər faizi: 0-dır. -## ######## 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində iddiaçı1 aid Ağcabədi rayonu Ağcabədi şəhərindəki 15 ha pambiq sahəsinə ekspertiza işləri görülməsi üçün gedildi. Sığortalı sahəni müqavilə sahibi iddiaçı1 göstərmişdir. Sığortalı sahənin koordinatları alınaraq şəkilləri çəkilmişdir. Aparılan ekspertiza işləri nəticəsində sığortalı sahədə məhsulda təminat daxili leysan zərəri olmadığı təsbit edilmişdir. Məhsul təminat daxili risklər baxımından zərərsizdir. Sığortalı sahə daxilində məhsulda müəyyən edilən təminat xarici şoranlıq təsiri və bunun nəticəsinde bitki çıxış nöqsanı mövcuddur. Edilən incələmələrdə toxum fazasında çıxış alınmamış və sahə daxilində lokal boşluqlar əmələ gəlmişdir. Məhsul çıxışı olmayan hissədə çıxış nöqsanı olduğu üçün bitkilər seyrəkdir. Təminat xarici olan bu vəziyyətlə əlaqədar olaraq məhsuldarlıq aşağı enmişdir. Edilən sayım və hesablamalar nəticəsində məhsuldarlıq 7.96 s/ha olaraq müəyyən edilmişdir. Yekun zərər faizi: 0%.

9. BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə: -## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Sığortalı bəyan etdi ki, bəyan etdiyi kimi digər sahələri ilə yanaşı 14 ha ərazidə yerləşən pambıq sahəsi də ##.##.2024 tarixdə baş vermiş leysan yağışı nəticəsində zərər görmüşdür. Ərazinin hər tərəfli gəzildi. Baxış zamanı müəyyən edildi ki, əraziyə yağış yağmış, sahənin bəzi hissələrində su buxarlanmışdır, digər hissələrində torpaq tam qurumamışdır, bəzi hissələrdə torpağın üstü qaysaqlanmışdır. Ərazidə təminat daxili hadisəyə rast gəlinməmişdir. Təminat daxili zərər yoxdur. -## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, ərazidə təminat daxilində sığorta hadisəsi baş verməmişdir. Ərazidə yağışın təsiri nəticəsində çıxış nöqsanlıqları, su göllənmələri yerliyi, qaysaqlama toxumlarda çürümələr aşkarlanmışdır. Eyni zamanda ərazidə məftil qurdlarının zərərinə də rast gəlinir. Zəif alaqlanma müşahidə edilmişdir. Zərər zamanı məhsulun fenoloji fazası “iki əsl yarpaq” olmuşdur. Məhsuldarlığı hesablamaq mümkün olmadığına görə müvəqqəti olaraq bəyan olunmuş məhsuldarlıq qəbul edilmişdir. Təminat daxilində zərər faizi: 0-dır. -## ######## 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində iddiaçı1 aid Ağcabədi rayonu Ağcabədi şəhərindəki 14 ha pambiq sahəsinə ekspertiza işləri görülməsi üçün gedildi. Sığortalı sahəni müqavilə sahibi iddiaçı1 göstərmişdir. Sığortalı sahənin koordinatları alınaraq şəkilləri çəkilmişdir. Aparılan ekspertiza işləri nəticəsində sığortalı sahədə məhsulda təminat daxili leysan zərəri olmadığı təsbit edilmişdir. Məhsul təminat daxili risklər baxımından zərərsizdir. Sığortalı sahə daxilində məhsulda müəyyən edilən təminat xarici şoranlıq təsiri və bunun nəticəsinde bitki çıxış nöqsanı mövcuddur. Edilən incələmələrdə toxum fazasında çıxış alınmamış və sahə daxilində lokal boşluqlar əmələ gəlmişdir. Məhsul çıxışı olmayan hissədə çıxış nöqsanı olduğu üçün bitkilər seyrəkdir. Təminat xarici olan bu vəziyyətlə əlaqədar olaraq məhsuldarlıq aşağı enmişdir. Edilən sayım və hesablamalar nəticəsində məhsuldarlıq 7.96 s/ha olaraq müəyyən edilmişdir. Yekun zərər faizi: 0%.

10. BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə: -## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, ərazidə təminat daxilində sığorta hadisəsi baş verməmişdir. Ərazidə yağışın təsiri nəticəsində çıxış nöqsanlıqları, su göllənmələri yerliyi, qaysaqlama toxumlarda çürümələr aşkarlanmışdır. Eyni zamanda ərazidə məftil qurdlarının zərərinə də rast gəlinir. Zəif alaqlanma müşahidə edilmişdir. Məhsuldarlığı hesablamaq mümkün olmadığına görə müvəqqəti olaraq bəyan olunmuş məhsuldarlıq qəbul edilmişdir. Təminat daxilində zərər faizi: 0-dır. -## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Sığortalı bəyan etdi ki, bəyan etdiyi kimi digər sahələri ilə yanaşı 15.4 ha ərazidə yerləşən pambıq sahəsi də ##.##.2024 tarixdə baş vermiş leysan yağışı nəticəsində zərər görmüşdür. Ərazinin hər tərəfli gəzildi. Baxış zamanı müəyyən edildi ki, əraziyə yağış yağmış, sahənin bəzi hissələrində su buxarlanmışdır, digər hissələrində torpaq tam qurumamışdır, bəzi hissələrdə torpağın üstü qaysaqlanmışdır. Zərər zamanı məhsulun fenoloji fazası “iki əsl yarpaq” olmuşdur. Ərazidə təminat daxili hadisəyə rast gəlinməmişdir. Təminat daxili zərər yoxdur. -## ######## 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində iddiaçı1 aid Ağcabədi rayonu Ağcabədi şəhərindəki 15.4 ha pambiq sahəsinə ekspertiza işləri görülməsi üçün gedildi. Sığortalı sahəni müqavilə sahibi iddiaçı1 göstərmişdir. Sığortalı sahənin koordinatları alınaraq şəkilləri çəkilmişdir. Aparılan ekspertiza işləri nəticəsində sığortalı sahədə məhsulda təminat daxili leysan zərəri olmadığı təsbit edilmişdir. Məhsul təminat daxili risklər baxımından zərərsizdir. Sığortalı sahə daxilində məhsulda müəyyən edilən təminat xarici şoranlıq təsiri və bunun nəticəsinde bitki çıxış nöqsanı mövcuddur. Edilən incələmələrdə toxum fazasında çıxış alınmamış və sahə daxilində lokal boşluqlar əmələ gəlmişdir. Məhsul çıxışı olmayan hissədə çıxış nöqsanı olduğu üçün bitkilər seyrəkdir. Təminat xarici olan bu vəziyyətlə əlaqədar olaraq məhsuldarlıq aşağı enmişdir. Edilən sayım və hesablamalar nəticəsində məhsuldarlıq 7.67 s/ha olaraq müəyyən edilmişdir. Yekun zərər faizi: 0%.

11. BS-**********-AS saylı sığorta şəhadətnaməsi: -## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Sığortalı bəyan etdi ki, bəyan etdiyi kimi digər sahələri ilə yanaşı 6.12 ha ərazidə yerləşən pambıq sahəsi də ##.##.2024 tarixdə baş vermiş leysan yağışı nəticəsində zərər görmüşdür. Ərazinin hər tərəfli gəzildi. Baxış zamanı müəyyən olundu ki, əraziyə yağış yağmış, sahənin bəzi hissələrində su buxarlanmışdır, digər hissələrində torpaq tam qurumamışdır, bəzi hissələrdə torpağın üstü qaysaqlanmışdır. Ərazidə təminat daxili hadisəyə rast gəlinməmişdir. Təminat daxili zərər yoxdur. ## ### 2024-cü il tarixli X6 X8 sığortası üzrə sığorta X16 X7 qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, ərazidə təminat daxilində sığorta hadisəsi baş verməmişdir. Ərazidə yağışın təsiri nəticəsində çıxış nöqsanlıqları, su göllənmələri yerliyi, qaysaqlama toxumlarda çürümələr aşkarlanmışdır. Eyni zamanda ərazidə məftil qurdlarının zərərinə də rast gəlinir. Zəif alaqlanma müşahidə edilmişdir. Məhsuldarlığı hesablamaq mümkün olmadığına görə müvəqqəti olaraq bəyan olunmuş məhsuldarlıq qəbul edilmişdir. Təminat daxilində zərər faizi: 0-dır. Həmin rəyə əsasən zərər zamanı məhusulun feneloji fazası: iki əsl yarpaq kimi göstərilmişdir.

12. “xxxx İK” MMC-nin “xxxx-Ağcabədi” filialı ilə iddiaçı1 arasında imzalanmış 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 24 285 *** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 2024-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların va aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması. Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsindən ibarətdir.

13. 2023 il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 23 285 *** nömrəli müqaviləyə əlavə "Qiymətlərin razılaşdırma protokolu"nda qeyd olunmuşdur ki, "Satıcı" tərəfindən "Alıcı" ya təhvil verilən xam pambığın satınalma qiyməti: xam pambığın 1-ci növü üzrə 800 manat, 2-ci növü üzrə 780 manat, 3-cü növü üzrə 740 manat, 4-cü növü üzrə 700 manat, həmçinin Alıcı" tərəfindən "Satıcı" ya göstərilən aqrotexniki xidmətlərin qiymətləri, "Alıcı" tərəfindən xam pambığın qurudulması xidmətləri, Alıcı tərəfindən Satıcıya verilən bardan və fartukların satış qiymətləri razılaşdırılmışdır.

14. ## ####### 2022-ci il tarixli Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından Çıxarışın “qərara alıram” hissəsinin 1-ci bəndinə əsasən Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid əkin torpağından əkinçiliyin inkişafı məqsədi ilə Ağamirov İbrahim Miriş oğluna 50,0 ha torpaq sahəsi 5 il müddətinə icarəyə verilməsi və icarə müqaviləsinin təsdiq edilməsi qeyd edilmişdir.

15. İcarəyəverən (Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı) ilə icarəçi Ağamirov İbrahim Miriş oğlu arasında imzalanmış ## ####### 2022-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icaryəverən icarə əsasında sahəsi 50,0 ha olan torpaq sahəsini 5 il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. 7-ci bənddə qeyd olunmuşdur ki, bu müqavilədə aşağıdakılar xüsusi hallar sayılır: yanğın, partlayış, subasma, zəlzələ və başqa təbii fəlakətlər, magistral kəmərlərin dağılması və s.

16. “xxxx İK” MMC-nin “xxxx-Ağcabədi” filialı tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, xxxx Ağcabədi filialı ilə 50 ha pambıq əkini üçün 24 285 *** saylı kodla müqavilə bağlamış fermer iddiaçı1 pambıq əkmişdir. 50 (əlli) ha pambıq əkilmiş ərazi 4 (dörd) ayrı-ayrı geozonalardan ibarətdir. Sahəyə baxış keçirilən zaman aramsız yağan leysan xarakterli yağışlar nəticəsində sahənin aşağı və yuxarı hissəsindən keçən dren kollektorlarda suyun səviyyəsinin həddən artıq artması və yerin əkin sahəsi ilə eyni səviyyədə olması yağış sularının cərgə aralarına toplanmasına səbəb olduğu, sahənin tam qurumadığının müşahidə edildiyi, uzun zaman, bitkilərin həddən çox nəmlikdə qaldığından və yağış suları sovrulmadığından cərgədə olan bitkilər kök çürüməsi xəstəliyinə məruz qalması, bu səbəbdən bitkilərin qurumasının müşahidə olunması göstərilmişdir.

17. “xxxx İK” MMC-nin “xxxx-Ağcabədi” filialı tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, ##.##.2024-##.##.2024-cü il tarixlərdə sahəyə baxış keçirilən zaman may ayı ərzində aramsız yağan leysan xarakterli yağışlar nəticəsində sahənin aşağı və yuxarı hissəsindən keçən dren kollektorlarda suyun səviyyəsinin həddən artıq artması və yerin əkin sahəsi ilə eyni səviyyədə olması yağış sularının cərgə aralarına toplanmasına səbəb olduğu müşahidə edilmişdir. Uzun zaman, bitkilərin həddən çox nəmlikdə qaldığından və yağış suları sovrulmadığından cərgədə olan bitkilər kök çürüməsi xəstəliyinə məruz qalmış, bu səbəbdən əkin sahəsində bitkilərin quruması və yenidən həmin sahələrdə səpin aparılmalı olmuşdur. Lakin ##.##.2024-cü il tarixdə sahəyə yenidən baxış keçirildiyi zaman səpinin yenidən aparılmasına tam hazır deyildir və optimal səpin müddətini keçmişdir.

18. ##.##.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, xxxx Ağcabədi filialı ilə 50 ha pambıq əkini üçün 24 285 *** saylı kodla müqavilə bağlamış fermer iddiaçı1 pambıq əkmişdir. 50 (əlli) ha pambıq əkilmiş ərazi 4 (dörd) ayrı-ayrı geozonalardan ibarətdir. Lakin bir massivdir. Sahədə səpin işləri ## ##### 2024-cü il tarixlərində aparılmışdır. 27 aprel tarixdən 02 may tarixə qədər sahəyə bitiş suyu verilmişdir. Sahədə normal bitiş alınmışdır. Bu müddət ərzində sahədə 1-ci ketmenləmə işi də aparılmışdır. May ayında aramsız yağan leysan xarakterli yağışlar nəticəsində sahənin aşağı və yuxarı hissəsindən keçən dren kollektorlarda suyun səviyyəsinin həddən artıq artması və yerin əkin sahəsi ilə eyni səviyyədə olması yağış sularının cərgə aralarına toplanmasına səbəb olmuşdur. Belə ki, cərgədə olan bitkilər həddən çox nəmlikdə qaldığından və yağış suları sovrulmadığından cərgədə olan bitkilər kök çürüməsi xəstəliyinə məruz qalmış, bu səbəbdən əkin sahəsində bitkilərin quruması müşahidə olunur. Sahə yaş olduğundan bütöv geozonanı tam gəzib müşahidə aparmaq mümkün olmadı. Lakin cərgədə bitkilərin qurumasını aydın şəkildə müşahidə etmək mümkündür. Odur ki, pambıq əkin sahəsində tam gəzib müşahidə aparmaq üçün yerin səthində suyun sovrulmasından sonra yerin səthinə baxış keçirilib sahədə aqrotexniki işlərin aparılmasına qərar veriləcəkdir.

19. ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 511 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

20. ##.##.2025-ci il tarixli qəbzə əsasən hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul ödənmişdir.

21. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq ## ##### 2026-cı il *-**/*-****/**** nömrəli məktubunda göstərmişdir ki, sorğunun cavablandırılması haqqında məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilə bilər.

22. Azərbaycan Respublikasının Ekologiya X1 Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidməti məhkəmənin sorğusuna cavab olaraq məktubunda göstərmişdir ki, ##.##.2026-cı il 3-14-20/2-458/2026 ##.##.2024-cü il tarixində çiskin və yağış yağmış, yağıntının miqdarı 11.9 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 2.0 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 2.4 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 2.0 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 1.1 mm olmuşdur. ##.##.2024-cü il tarixində çiskin yağmış, yağıntının miqdarı 0.3 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 10.0 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 2.0 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 2.0 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış, çiskin yağmış, yağıntının miqdarı 10.0 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 0.6 mm olmuşdur. ##.##.2024-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 0.6 mm olmuşdur. Qeyd: Yağıntının miqdarı, intensivliyi və davametmə müddəti ərazidə subasma riskinin formalaşmasında əsas hidrometeoroloji amillərdən hesab olunur. 14-17 may tarixləri aralığında 24.0 mm yağıntı qeydə alınmışdır ki, bu da aylıq normanın 62%-ni təşkil edir. Yağıntının qısa zaman intervalında yüksək intensivliklə düşməsi torpağın su ilə doymasına, infiltrasiyanın zəifləməsinə və səth axınının artmasına səbəb olur. Nəticədə torpaq suyla doyur, suyun təbii axımı zəifləyir və bu şərait ərazidə subasma riskinin yüksəlməsinə gətirib çıxarır. Hava şəraiti haqqında arayış Beyləqan hidrometeoroloji stansiyasının müşahidə məlumatları əsasında tərtib olunmuşdur.

23. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi məhkəmənin sorğusuna cavab olaraq ## ### 2026-cı il № *-18-2/2-3853/2026 məktubunda göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyinə 2024-cü ilin aprel və may ayları ərzində Ağcabədi rayonu ərazisində təbii fəlakət törədə bilən təbiət hadisəsi (leysan xarakterli yağış) nəticəsində subasma halının olub-olmaması barədə rəsmi məlumat daxil olmamış və bununla bağlı yuxarı icra hakimiyyəti orqanı tərəfindən hər hansı bir tapşırıq verilməmışdir.

24. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi # ###### 2025-ci il tarixli *-**/*-***/**** saylı məktubla pambıq bitkisi üzrə sığorta hadisələrinin araşdırılması və tənzimlənməsi ilə əlaqədar olaraq siyahısı təqdim olunan bəyan İD-lər üzrə təhvil verilmiş məhsul barədə məlumatların, həmin məlumatlar olmadığı təqdirdə orta məhsuldarlıq miqdarı barədə məlumatların təqdim edilməsinə dair Cavabdeh müraciətinə cavab olaraq iddiaçı1 pambıq bitkisi üzrə orta məhsuldarlıq barədə məlumatlarını təqdim etmiş və həmin məlumatlara əsasən iddiaçı150 hektar torpaq sahəsindən 569,8 sentner məhsul götürməklə orta məhsuldarlığı 1 ha üçün 11,4 sentner təşkil etmişdir.

25. Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi X3 Xidməti Publik Hüquqi Şəxsağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi # #### 2026-cı il tarixli *-**-*-*/*-***/**** saylı məktub ilə göstərmişdir ki, 2024-cü ilin aprel və may ayları ərzində Ağcabədi rayon ərazisində baş vermiş aramsız yağan leysan yağışlar nəticəsində Ağcabədi rayon ərazisində yerləşən torpaq sahələrində subasma halları baş vermişdir. Həmin subasma hallarının qeyd olunduğu ərazidə Ağcabədi SMSİİ-nin balansında olan 35-QD-5 kollektor-drenaj şəbəkəsi vardır. Bildirilib ki, sözügedən vaxtlarda yağıntıların intensiz olması səbəbindən Mil-Qarabağ kollektorunda suyun səviyyəsinin qalxması səbəbindən 35-QD-5 kollektor-drenaj şəbəkəsində də suyun səviyyəsi qalxaraq həmin ərazilərdə yerləşən torpaq sahələrində subasma halı baş vermişdir. Qeyd edilib ki, iddiaçı1 müqavilə əsasında istifadəsində olan 50 ha dövlət fondu torpağı vardır və 2024-cü ilin aprel və may ayları ərzində Ağcabədi rayon ərazisində baş vermiş aramsız yağan leysan yağışlar nəticəsində vətəndaşın əkin sahəsində subasma halı olduğu aşkar olunmuşdur.

26. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X3 Xidməti publik hüquqi şəxsi sorğuya cavab olaraq göstərmişdir ki, araşdırma zamanı Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən alınmış məlumata əsasən müəyyən edilmişdir ki, 2024-cü ilin aprel və may ayları ərzində Ağcabədi rayonu ərazisində baş vermiş aramsız yağan leysan yağışları nəticəsində həmin ərazidə yerləşən torpaq sahələrində subasma halları baş vermişdir. Belə ki, subasma hallarının qeyd olunduğu ərazidə Ağcabədi SMSİİ-nin balansında 35-QD-5 kollektor-drenaj şəbəkəsinin mövcud olmasına baxmayaraq, həmin dövrdə yağıntıların intensiv olması Mil-Qarabağ kollektorunda suyun səviyyəsinin qalxması ilə nəticələnmiş və həmin ərazilərdə yerləşən torpaq sahələrini su basmışdır. Bildirilmişdir ki, 2024-cü ilin aprel və may ayları ərzində Ağcabədi rayonu ərazisində aramsız yağan leysan yağışları nəticəsində iddiaçı1 müqavilə əsasında istifadəsindəki 50 ha dövlət fondu torpağı olan əkin sahəsini də su basmışdır (aktın surəti məktuba əlavə olunur).

Birinci instansiya məhkəməsindəki icraat:

27. İddiaçı iddiaçı1 iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli, BS-**********-AS saylı sığorta müqaviləsi üzrə sığorta məbləği 48 000 manat; BS-**********-AS saylı sığorta müqaviləsi üzrə sığorta məbləği 49 280 manat; BS- **********-AS saylı sığorta müqaviləsi üzrə sığorta məbləği 44 800 manat; BS-**********-AS saylı sığorta müqaviləsi üzrə isə sığorta məbləği 19 584 manat olmaqla, ümumilikdə 161 664 manat məbləğində sığorta pulunun (zərərin), MM-nin 934.2-ci maddəsinin tələbinə əsasən (bir ildən artıq gecikdirilməsini nəzərə alaraq-1 il müddət üçün) 59,007.36 manat məbləğində dəbbə pulunun, həmçinin hüquqi yardıma görə ödənilmiş 320 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 511 manat pulun, ümumilikdə 221,182.36 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində “xxxx İK” MMCnin (indiki adı “xxxx” MMC) adından etibarnamə əsasında çıxış edən “xxxx Ağcabədi” Filialı ilə onun arasında 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair ******** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 50 ha torpaq sahəsində pambıq əkmişdir. Həmçinin cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli, BS-2024019759-AS, BS- 2024019760-AS, BS2024019761-AS və BS-**********-AS saylı sığorta müqavilələrinə əsasən pambıq əkilmiş 50 ha torpaq sahəsinin hər bir hektarı üzrə 40 sentiner pambıq məhsulu sığortalanmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BS- **********-AS saylı sığorta müqaviləsi üzrə sığorta məbləği 48000 manat; BS-**********-AS saylı sığorta müqaviləsi üzrə sığorta məbləği 49280 manat; BS-**********-AS saylı sığorta müqaviləsi üzrə sığorta məbləği 44 800 manat; BS-**********-AS saylı sığorta müqaviləsi üzrə isə sığorta məbləği 19 584 manat olmaqla, ümumilikdə 161 664 manat müəyyən edilmişdir. Əlavə edilmiş sənədlərdən də göründüyü kimi, xxxx Ağcabədi filialı ilə 50 ha pambıq əkini üçün 24 285 *** saylı kodla müqavilə bağlamış fermer iddiaçı1 pambıq əkmişdir. 50 (əlli) ha pambıq əkilmiş ərazi 4 (dörd) ayrı-ayrı geozonalardan ibarətdir. Sahəyə baxış keçirilən zaman aramsız yağan leysan xarakterli yağışlar nəticəsində sahənin aşağı və yuxarı hissəsindən keçən dren kollektorlarda suyun səviyyəsinin həddən artıq artması və yerin əkin sahəsi ilə eyni səviyyədə olması yağış sularının cərgə aralarına toplanmasına səbəb olduğu, sahənin tam qurumadığının müşahidə edildiyi, uzun zaman, bitkilərin həddən çox nəmlikdə qaldığından və yağış suları sovrulmadığından cərgədə olan bitkilər kök çürüməsi xəstəliyinə məruz qalması, bu səbəbdən bitkilərin qurumasının müşahidə olunması göstərilmiş və ərazinin fotoşəkilləri çəkilmişdir. Qeyd etmək istəyirik ki, aramsız yağan leysan xarakterli yağışlar səbəbindən ümumilikdə 50 ha sahədən pambıq tədarük edilməmişdir. Buna görə də "xxxx İstehsalat Kommersiya" MMC-yə 109,784.11 manat borcu yaranmışdır. Baş vermiş sığorta hadisəsi ilə bağlı cavabdeh Cavabdeh müraciət edərək sığorta ödənişinin edilməsini istəməsinə baxmayaraq Cavabdeh tərəfindən vətəndaşa ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*/*-A-**-***/**** nömrəli məktubda “Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəylərə əsasən zərər dəymiş ərazilərə baxış keçirilmiş, sizə məxsus sahələrə sığorta təminatı verilən risklər üzrə zərər dəyməsi müəyyən edilməmişdir.” göstərilməklə sığorta ödənişi edilməsindən əsassız olaraq imtina edilmişdir. Bildirilməlidir ki, cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli, BS2024019759-AS, BS-2024019760-AS, BS-2024019761-AS və BS-**********-AS saylı sığorta müqavilələrinə əsasən pambıq əkilmiş 50 ha torpaq sahəsinin hər bir hektarı üzrə 40 sentiner pambıq məhsulu sığortalandığından və qeyd edilən müqavilələr üzrə ümumilikdə 161.664 manat məbləğində sığorta pulu (zərər) ödənilməlidir.

29. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922, 926, 933, 934-cü maddələrinə, AR “Sığorta fəaliyyəti haqqında” Qanununun 1.1.1, 1.1.19 və 1.1.20-ci maddələrinə istinad olunmuşdur.

30. Cavabdeh Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən X6 və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Bildirilir ki, sığortalı iddiaçı1 ilə Fondun adından “xxxx” ASC arasında pambıq bitkisi üzrə BS-2024019759-AS, BS-2024019760-AS, BS-2024019761-AS və BS-2024019762- AS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış pambıq sahələrinə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri, leysan) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə sığortalı tərəfindən Fondun “1651” Çağrı Mərkəzinə ona məxsus pambıq sahələrinə ##.##.2024-cü il və ##.##.2024-##.##.2024-cü il tarixlərdə leysan və vəhşi heyvanların hücumu nəticəsində zərər dəyməsi ilə bağlı müraciətlər daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspertlər tərəfindən BS- 2024019759-AS, BS2024019760-AS, BS2024019761-AS və BS-**********-AS nömrəli sığorta müqavilələri üzrə ##.##.2024 və ##.##.2024-cü il tarixlərində pambıq sahələrində aparılan ilkin ekspertiza zamanı əraziyə yağış yağdığı, sahənin bəzi hissələrində suyun buxarlandığı, digər hissələrində isə torpağın tam qurumadığı və qaysaq təbəqəsinin yarandığı müəyyən edilmişdir. Həmçinin ərazidə yağışın təsiri nəticəsində çıxış nöqsanlıqları, su göllənmələri yerliyi, qaysaqlanma və toxumlarda çürümələr aşkarlanmışdır. Eyni zamanda ərazidə məftil qurdlarına da rast gəlinmiş, zəif alaqlanma müşahidə edilmişdir. Ərazidə təminatdaxili zərər hadisəsi aşkar edilməmişdir. Belə ki, ##.##.2024 və ##.##.2024-cü il tarixlərində pambıq sahələrində aparılan ilkin ekspertiza zamanı pambıq bitkisində qozaların hələ cücərməyə başlamadığı müəyyən edilmişdir (qozaların cücərmədiyi müstəqil ekspert tərəfindən çəkilmiş şəkillərdən də aydın şəkildə görünür). Qaydaların 2.2.4-cü yarımbəndinin 7-2-ci abzasına əsasən leysan riski təminatı pambıq bitkisində qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir. Həmçinin Qaydaların 2.4.7-1-ci yarımbəndinin 2-ci abzasına əsasən məhsul təminatına dair sığorta müqavilələrində leysan riskinə münasibətdə sığorta təminatının başlanğıc vaxtı pambıq bitkisində qozaların açılmasından başlanır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində bitkilərin həddindən çox nəmlikdə qalması səbəbindən kök çürüməsi xəstəliyinə məruz qaldığı qeyd edilmişdir. Bildirilir ki, Qaydaların 2.1.2-ci yarımbəndinin 2- ci abzasına əsasən pambıq bitkisində sığorta təminatı pambığın kökünə deyil, sadəcə lif olan hissəsinə verilir. Müstəqil ekspertlər tərəfindən BS- 2024019759-AS, BS-2024019760- AS, BS2024019761-AS və BS-**********-AS nömrəli sığorta müqavilələri üzrə ##.##.2024-cü il tarixində pambıq sahələrində aparılan yekun ekspertiza zamanı məhsulda təminat daxili leysan zərəri olmadığı, təminat xarici şoranlıq təsiri və bunun nəticəsində bitki çıxışı nöqsanının olduğu müəyyən edilmişdir. Həmçinin məhsulda toxum fazasında çıxışın alınmadığı və sahə daxilində lokal boşluqların əmələ gəldiyi, məhsul çıxışı olmayan hissədə çıxış nöqsanı olduğu üçün bitkilərin seyrək olduğu və məhsuldarlığın məhz bu səbəbdən aşağı düşdüyü məlum olmuşdur. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən, sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.

31. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilmişdir.

32. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə iddiaçı1 arasında ##.##.2024-cü il tarixdə BS-**********-AS saylı, BS-**********-AS saylı, BS- **********-AS saylı, BS-**********-AS saylı X6 X8 Sığortası üzrə sığorta müqavilələri imzalanmış, ümumi sahəsi 50,52 ha (15; 15,4; 14; 6,12 ha) əkin sahələri üzrə 40 sentiner pambıq məhsulu sığortalanmış, sığorta məbləği ümumilikdə 161664 manat (48 000, 49 280, 44 800, 19 584 manat olmaqla) müəyyən edilmişdir. 2024-cü ilin may ayında həmin əraziyə leysan yağmış və nəticədə əkilmiş pambığa ziyan dəymişdir. Hazırda iddiaçı tərəf aramsız yağan leysan xarakterli yağışlar səbəbindən ümumilikdə 50 ha sahədən pambıq tədarük edilmədiyini bildirərək 161664 manat məbləğində sığorta ödənişinin ona ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək ##.##.2024 və ##.##.2024-cü il tarixli ekspertiza nəticələrində ərazidə təminat daxilində sığorta hadisəsinin baş vermədiyinin qeyd olunduğunu, pambıq bitkisində qozaların hələ cücərməyə başlamadığının müəyyən edildiyini, “Aqrar sığorta Qaydaları”nın 2.2.4-cü yarımbəndinin 7-2-ci abzasına əsasən leysan riski təminatının pambıq bitkisində qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verildiyini, leysan riskinə münasibətdə sığorta təminatının başlanğıc vaxtının pambıq bitkisində qozaların açılmasından başlandığını, iş materiallarına əlavə olunmuş aktlarda bitkilərin həddindən çox nəmlikdə qalması səbəbindən kök çürüməsi xəstəliyinə məruz qaldığını, pambıq bitkisində sığorta təminatının pambığın kökünə deyil, sadəcə lif olan hissəsinə verildiyini, yekun ekspertiza zamanı məhsulda təminat daxili leysan zərərinin olmadığı, təminat xarici şoranlıq təsiri və bunun nəticəsində bitki çıxışı nöqsanının olduğunu qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək, iddiaçının ilkin məlumat vərəqində pambıq sahəsinə leysan nəticəsində zərər dəydiyini qeyd etməsini, leysan yağışlarının pambıq qozalarının açmadığı dövrə təsadüf etdiyini, “Aqrar Sığorta Qaydaları”na əsasən isə leysan riski təminatının qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verildiyini nəzərə alaraq, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla belə qənaətə gəlib ki, cavabdehin etirazı haqlı, iddia tələbi isə əsassız olduğundan iddia təmin olunmamalıdır. Çünki araşdırma nəticəsində, Aqrar Sığorta Qaydalarına və tərəflər arasındakı müqavilələrə əsasən iddiaçının sığortaladığı ərazidə həqiqətən təminat daxilində sığorta hadisəsinin baş vermədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının ərazisinə leysan yağan vaxtı əkilmiş pambıq bitkisində qozaların hələ cücərməyə başlamadığı, açılmadığı müəyyən edilmişdir. Halbuki “Aqrar Sığorta Qaydaları”nın 2.2.4-cü yarımbəndinin 7-2-ci abzasına əsasən leysan riski təminatı pambıq bitkisində qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir. Pambıq bitkisində leysan riskinə münasibətdə sığorta təminatının başlanğıc vaxtı qozaların açılmasından başlanır. Odur ki, iddiaçı, qozalar açılmadan yağan leysana görə sığorta ödənişini tələb etməkdə haqlı olmamış, cavabdehin isə sığorta ödənişindən imtinası əsaslı olmuşdur. Sonradan iddiaçının nümayəndəsi leysan nəticəsində subasma baş verdiyini, sığortalı ərazini su basdığını, subasma riskinə görə sığorta ödənişi ödənilməli olduğunu bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, o, iddiaçı və “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” İK MMC) əməkdaşları tərəfindən tərtib edilmiş aktlara istinad etmiş, lakin fotoşəkillərdə ərazidə subasma olmadığı, leysan nəticəsində sahə içərisində çərgələr arasında toplanan suların gölməçələr yaratdığı müəyyən olunmuş, dren kollektorun daşaraq ərazini subasması görsənməmişdir. Həmçinin tərəf özü də ilkin müraciətində subasma deyil, leysan nəticəsində ziyan dəyməsini qeyd etmiş, sonradan məhkəmə iclasında cavabdehin nümayəsindəsinin etirazına əsasən leysanla bağlı sığorta ödənişinin pambıq qozalarının açıldığı vaxtdan sonra baş verdiyi halda ödənildiyini öyrəndikdən sonra, aktlara istinad edərək subasma hadisəsinin olduğunu qeyd etmişdir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edib ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödəniş iddiaçıya aid edilməlidir.

33. Birinci instansiya Məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 883.1, 885-1, 916.1-1, 937.1, 922, 926.1, 933.1, 934.1-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.19, 2.5, 16.6-cı bəndlərinə, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 5.3, 6.1, 6.4, 6.5, 6.6, 10.1, 16.1, 16.2, 16.3, 17.1, 17.2, 17.4-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.4.1, 4.1, 1.5.1, 1.5.2, 1.10.1, 2.1.1, 2.1.2, 2.2.4, 7-1, 7-2, 2.4.7-1-ci bəndlərinə istinad etmişdir.

34. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi cavabdehin də qəbul etdiyi və məhkəmənin mövqeyi ilə də işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən bildirildiyi kimi baş vermiş aramsız leysan yağışları nəticəsində sahə içərisində çərgələr arasında toplanan sular gölməçələr yaratmışdır-sahənin Subasması olmuşdur. Yəni qeyd etdiyi və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi leysan nəticəsində kanalın daşması, kanalın suyunun həcminin qalxması və suyun içərisində qalması səbəbindən, yəni subasma nəticəsində zərərə uğradığını, həmin sahənin hər tərəfinin kanalla əhatə olunduğunu, aktda may ayı ərzində aramsız yağan leysan xarakterli yağışlar nəticəsində sahənin aşağı və yuxarı hissəsindən keçən dren kollektorlarda suyun səviyyəsinin həddən artıq olmasının yağış sularının cərgə aralarına toplanmasına səbəb olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, Azərbaycan Respublikasının qanunvericiliyində subasmaya aşağıda qeyd edildiyi kimi anlayış verilmişdir: Subasma - su axınlarının (çay, kanal və.s), su hövzə (anbar ) və ya qrunt sularının səviyyəsinin yüksəlməsi nəticəsində ərazi sahələrinin su ilə örtülməsi. Eyni zamanda internet resurslarında axtarış edilən zaman subasmaya aşağıdakı kimi anlayış verilmişdir: Subasma - çaylar, kanallar, su anbarları və ya qrunt sularının səviyyəsinin yüksələrək, normalda quru olan əraziləri (yaşayış məntəqələri, kənd təsərrüfatı torpaqları) örtməsi hadisəsidir. Bu təbii fəlakət intensiv yağışlar, qar əriməsi və ya texnogen qəzalar nəticəsində baş verə bilər. Subasma haqqında əsas məlumatlar: Səbəbləri: Güclü və uzunmüddətli yağışlar, qarın sürətlə əriməsi, sunami, dəniz dalğalarının sahilə vurması və hidrotexniki qurğuların (bəndlərin) dağılması. Texnogen subasma: Süni su anbarlarının və ya kanalların nasazlığı nəticəsində ərazilərin su altında qalmasıdır. Bundan başqa məhkəmə tərəfindən qətnaməsinin “Məhkəmənin mövqeyi” hissəsində məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş üzrə mübahisəsiz hal leysan yağışların olmasına baxmayaraq, leysan yağışlarıiddiaçının ilkin məlumat vərəqində pambıq sahəsinə leysan nəticəsində zərər dəydiyini qeyd etməsini, leysan yağışlarının pambıq qozalarının açmadığı dövrə təsadüf etdiyindən və “Aqrar Sığorta Qaydaları”na əsasən isə leysan riski təminatının qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verildiyindən iddia tələbi əsassızdır. Bununla bağlı bildirmək istəyir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilələr bağlanmışdır və müqavilənin şərtlərindən görünür ki, qanunvericiliyə əsasən sığorta ödənişi sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində zərər dəydikdə ödənilən maliyyə kompensasiyasıdır. Yəni indiki halda iddiaçının ilkin məlumat vərəqində pambıq sahəsinə leysan nəticəsində zərər dəydiyini qeyd etməsi özlüyündə heç bir əhəmiyyət kəsb etmir. İşin mübahisəsiz halı olan sahənin subasması nəticəsində ziyan dəyməsi faktı nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində zərər dəydiyindən qanunvericiliyə əsasən sığorta ödənişi ödənilməlidir. Belə ki, əraziyə subasma nəticəsində ziyan dəyməsini X6 X8 Sığortası Üzrə Sığorta Hadisəsinin X11 Ekspertin Rəyləri və iş materiallarına əlavə edilmiş “xxxx İK” MMC-nin “xxxx-Ağcabədi” filialı tərəfindən tərtib olunmuş aktlarda təsdiq edir. (bununla bağlı sənədlər iş materiallarına əlavə edilmişdir.) Göründüyü kim qanunvericiliyin tələbinə əsasən sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır və indiki halda subasma hadisəsinin baş verməsi faktı nəticəsində iddiaçıya dəymiş zərərə görə sığorta ödənişi ödənilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfində iddiaçı1 hüquq və mənafeləri təsdiq edilməli olduğu halda edilməmiş, nəticədə mülkiyyət hüquqlarını pozan qanunsuz, ədalətsiz qətnamə qəbul edilmişdir ki, bu da özlüyündə mülki məhkəmə icraatının vəzifələrinin, qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir prinsipinə ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

37. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

38. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

39. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -884.2-ci maddəsinə görə sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir. -885-1-ci maddəsinə görə aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Maddə -916.1.1-ci maddəsinə görə bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir -922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

40. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.19-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 2.5-ci maddəsinə görə aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 16.6-ci maddəsinə görə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir.

41. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 5.3-ci maddəsinə görə bu Qanunun 5.1-ci maddəsində sadalanan aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 6.1-ci maddəsinə görə aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın: -1.19.1-ci bəndinə görə Sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi idarəedici qurum tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən həyata keçirilir. -1.19.2-ci bəndinə görə İdarəedici qurum yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində yaranan zərərlərin qiymətləndirilməsini təmin edir. -1.19.3-cü bəndinə görə Zərər barəsində məlumatlar idarəedici quruma daxil olduqdan dərhal sonra zərərin qiymətləndirilməsi üçün idarəedici qurum tərəfindən ASİS vasitəsilə müstəqil ekspert təyin edilir. -1.19.4-cü bəndinə görə X6 X8 sığortasında məhsul təminatına dair sığorta müqavilələri üzrə sığorta hadisəsi məhsulun inkişaf dövründə baş verərsə, onun tam məhv olduğu hallar istisna olmaqla, müstəqil ekspert qiymətləndirmə apararaq sığorta hadisəsi barədə rəyini təqdim edir və idarəedici qurum sığortalanmış məhsulun yığım dövründə zərərin dəqiq qiymətləndirilməsi üçün yenidən müstəqil ekspert təyin edir. -1.4.1-ci bəndinə görə qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta predmetləri üzrə həmin predmetlərin tərkibi, təminat verilən sığorta riskləri, istisnalar və digər məsələlər bu Qaydaların 2-ci, 3-cü və 4-cü hissələrinin hər biri üzrə ayrılıqda müəyyən edilir. Qanunun 4.1-ci maddəsində müəyyən edilən hər bir predmet üzrə ayrılıqda sığorta müqaviləsi bağlanılır. -1.5.1-ci bəndinə görə sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. -1.5.2-ci bəndinə görə X6 X8 sığortası üzrə ting (şitil) və ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta predmetinə tam zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilir. 1.10.1-ci bəndinə görə sığorta müqaviləsi sığortalının müraciəti əsasında ASİS vasitəsilə sığortalı ilə Fondun adından idarəedici qurum arasında bağlanılır. -2.1.1-ci bəndinə görə bu Qaydalara əsasən, X6nin X8 sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq və darı sığortanın predmeti hesab olunur. -2.1.2-ci bəndinə görə sığorta predmeti hesab olunan X6nin X8 aşağıdakı hissələrinə sığorta təminatı verilir: ... 2. pambıq - lif; və s. ... -2.2.1-ci maddəsinə əsasən sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində X6nə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: ... 6-1. sel və ya subasma; -6-2. leysan; və s. -2.2.4-cü bəndinə əsasən Bu Qaydaların 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: ... -7-1. Sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın sukeçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula və gövdəyə dəyən zərərlə; -7-2. Leysan riski təminatı – damcılarının diametri 1,00 mm-dən çox, intensivliyi 1-3 mm/dəqiqə və daha çox olan lokal xarakterli yağıntıların təsiri nəticəsində dəyən zərərlər (bu təminat gilas və üzüm bitkilərində meyvə yetişməsi, məhsulun yığım dövrlərində yağıntıların təsiri ilə meyvənin qismən irilənməsi və irilənmə nəticəsində meyvənin üzərində (qabığında) çatların əmələ gəlməsi, pambıq bitkisində isə qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir). ... -2.4.7-1-ci bəndinə əsasən məhsul təminatına dair sığorta müqavilələrində leysan riskinə münasibətdə sığorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir: 1. üzüm və gilas bitkilərində meyvənin yetişməsindən; 2. pambıq bitkisində qozaların açılmasından. -2.4.7-ci bəndinə əsasən məhsul təminatına dair sığorta müqavilələrində dolu, fırtına, qasırğa, sel və ya subasma, habelə şaxtavurma (donvurma) risklərinə münasibətdə sığorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir:

1. buğda, arpa, qarğıdalı, çəltik, pambıq, kartof, şəkər çuğunduru, tütün, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, soğan, qarpız, yemiş (qovun), sarımsaq və darı bitkilərində bitkinin cücərməsindən. -2.4.8-ci bəndinə əsasən bu Qaydaların 2.4.7-ci yarımbəndinin 1-3-cü, 5-ci və 7-9cu abzaslarında qeyd olunan fenoloji dövrlər ümumilikdə əkilmiş bitkilərin 90 faizində (hər bir bitkinin isə ən azı 20 faizində) olduqda, 6-cı abzasında qeyd olunan fenoloji dövr isə ağaclardakı tumurcuqların 20 faizi açıldıqda baş vermiş hesab edilir.

43. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən tam şəkildə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə iddiaçı1 arasında ##.##.2024-cü il tarixdə BS-**********-AS saylı, BS-**********-AS saylı, BS- **********-AS saylı, BS-**********-AS saylı X6 X8 Sığortası üzrə sığorta müqavilələri imzalanmış, ümumi sahəsi 50,52 ha (15; 15,4; 14; 6,12 ha) əkin sahələri üzrə 40 sentiner pambıq məhsulu sığortalanmış, sığorta məbləği ümumilikdə 161.664 manat (48 000, 49 280, 44 800, 19 584 manat olmaqla) müəyyən edilmişdir. Hazırda iddiaçı tərəf 2024-cü ilin may ayında həmin əraziyə aramsız leysan xarakterli yağışlar yağması səbəbindən, o cümlədən həmin leysan xarakterli yağışlar nəticəsində kanallarda və dren kollektorlarında su səviyyəsinin qalxması ilə bağlı ərazini subasması səbəbindən ümumilikdə 50 ha sahədən pambıq tədarük edilmədiyini bildirərək 161.664 manat məbləğində sığorta ödənişinin ona ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək ##.##.2024 və ##.##.2024-cü il tarixli ekspertiza rəylərinə əsasən ərazidə leysan yağışları yağması müəyyən edilsə də, hadisələrin baş verdiyi dövrdə pambıq bitkisində qozaların hələ açılmadığını, aqrar sığorta qaydalarına əsasən isə leysan riskinə münasibətdə sığorta təminatının başlanğıc vaxtının pambıq bitkisində qozaların açılmasından başlandığını, bundan əlavə ekspert rəylərində bitkilərin həddindən çox nəmlikdə qalması səbəbindən kök çürüməsi xəstəliyinə məruz qaldığını, pambıq bitkisində sığorta təminatının pambığın kökünə deyil, sadəcə lif olan hissəsinə verildiyini, eləcə də subasma hadisəsinin olması ehtimalında sığorta təminatının başlanğıcının pambığın cücərməsindən başladığını, yağışlar yağarkən, yəni ehtimal olunan subasma hadisəsi baş verərkən cücərmənin əkilmiş bitkilərin 90%-i əhatə etmədiyini, belə olan halda isə ehtimal olunan subasma hadisəsinin aqrar sığorta qaydalarına əsasən sığorta təminatı altına düşmədiyini qeyd edərək iddianın rədd olunmasını xahiş edir.

49. Kollegiya ilkin olaraq qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1 və 926.1-ci maddələri təşkil edir.

50. İşin məhkəmə tərəfindən müəyyən edilməli olan birinci mübahisəli halı X6 X8 Sığortası üzrə sığorta müqavilələri üzrə sığorta ödənişinin ödənilməsi üçün əsas olan sığorta hadisəsinin baş verib-verməməsi ilə bağlıdır.

51. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı sığorta ödənişinin ödənilməsi üçün əsas olan sığorta hadisəsi kimi iki hala - 2024-cü ilin may ayında mübahisəli ərazidə leysan xarakterli yağışların və leysan yağışları nəticəsində ərazidə subasmanın baş verməsinə istinad etmişdir.

52. Birinci halla bağlı kollegiya qeyd edir ki, 2024-cü ilin may ayında (04-05 və 16-17 may tarixlərində) mübahisəli ərazidə leysan xarakterli yağışların yağması iş materialları ilə öz təsdiqini tapsa da, aqrar sığorta qaydalarına əsasən leysan riski təminatı pambıq bitkisində qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verildiyindən, hazırkı halda isə leysan xarakterli yağışlar qozaların açılması fenoloji dövrünə (təxmini sentyabr ayı) təsadüf etmədiyindən həmin leysanlar sığorta hadisəsi hesab edilmir və onların nəticəsində pambıq bitkisinə dəymiş zərər sığorta təminatına daxil edilmir.

53. İkinci əsasla bağlı isə qeyd edilməlidir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı 2024-cü ilin may ayında yalnız leysan yağışlarının deyil, həmin yağıntıların təsiri altında kanal və dren kollektorlarında su səviyyəsinin qalxması nəticəsində subasma hadisəsinin də baş verməsi barədə dəlil irəli sürsə də, birinci instansiya məhkəməsi tərəfindən istinad edilən hadisənin baş verib-verməməsi araşdırılmamış, məhkəmə ehtimal edilən hadisədən bir neçə gün sonra ekspert tərəfindən çəkilmiş şəkillərə əsasən subasma hadisəsinin baş verməməsi barədə qənaətə gəlmişdir.

54. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən göstərilən halın araşdırılması məqsədilə dövlət orqanlarına sorğular ünvanlanmış və Dövlət Su Ehtiyatları Agentliyinin X3 Xidməti PHŞ-nin cavab məktubu ilə, eləcə də Dövlət Su Ehtiyatları Agentliyinin sorğuya cavab məktubuna əlavə etdiyi aktla 2024-cü ilin aprel və may aylarında yağan aramsız leysan yağışlar nəticəsində Ağcəbədi rayonu ərazisində yerləşən torpaq sahələrində subasma hallarının baş verməsi, həmin ərazidə Ağcabədi SMİii-nin balansında olan 35-QD- 5 kollektor drenaj şəbəkəsinin mövcud olmasına baxmayaraq yağıntıların intensiv olmasının Mil-Qarabağ kollektorunda suyun səviyyəsinin qalxması ilə nəticələnməsi və həmin ərazidə yerləşən torpaq sahəsini, o cümlədən müqavilə əsasında iddiaçının istifadəsində olan 50 ha əkin sahəsini su basması öz təsdiqi tapmışdır.

55. Bununla bağlı aqrar sığorta qaydalarına əsasən subasma riski üzrə təminatın pambıq bitkisinin cücərməsindən başlaması və subasmanın sığorta hadisəsi hesab edilməsi üçün hadisə baş verərkən ümumilikdə əkilmiş bitkilərin 90 faizinin (hər bir bitkinin isə ən azı 20 faizinin) cücərmə fenoloji dövründə olmasının tələb edilməsi barədə cavabdehin dəlilləri üzrə qeyd edilir ki, leysan yağışlardan sonra ## ### 2024-cü ildə ekspert tərəfindən əraziyə baxış zamanı çəkilmiş şəkillərə əsasən, həmin dövrdə torpaq sahəsində cücərmə olması açıqaşkar görünür. Digər tərəfdən həmin tarixdə verilmiş ekspert rəylərində həm ekspert rəyi verilərkən, həm də hadisə (zərər) zamanı məhsulunun iki əsl yarpaq fenoloji fazasında olması, yəni cücərmənin artıq baş çatması göstərilmişdir.

56. Cücərmənin əkilmiş bitkilərin 90 faizini əhatə etməməsi barədə arqumentlərlə bağlı qeyd edilir ki, əvvəla, yuxarıda da göstərildiyi kimi ekspert rəyində hadisə baş verərkən bitkinin iki əsl yarpaq fenoloji fazasında olmasının göstərilməsi əkilmiş bitkilərdə cücərmə fenoloji fazasının artıq bitməsinə dəlalət edir.

57. Digər tərəfdən o da qeyd edilməlidir ki, cavabdeh hadisə baş verərkən cücərmənin bitkilərin 90%-dən az hissəsində olmasını iddia etsə də, etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, hadisə ilə bağlı sığortaçı tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən əraziyə baxış keçirilsə də, ekspert rəyində cücərmənin əkilmiş bitkilərin neçə faizini əhatə etməsi konkret göstərilməmişdir. Bundan əlavə pambıq bitkisinin hər il əkilən bitki olmasını və mübahisəli dövrdə əkilmiş pambıq bitkilərdən məhsul götürülməsindən 2 ilə yaxın müddət keçdiyini nəzərə alsaq həmin halın hal-hazırda müəyyən edilməsi mümkün görünmür.

58. O da nəzərə alınmalıdır ki, Aqrar Sığorta Qaydalarına əsasən sığorta hadisəsi barədə məlumat daxil olduqda sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilməsi və müstəqil ekspert tərəfindən qiymətləndirmənin keçirilməsi cavabdeh Cavabdeh vəzifələrinə aid edilmişdir. Bu baxımdan cavabdehin seçimi ilə təyin edilmiş müstəqil ekspert tərəfindən verilmiş rəydə yol verilmiş boşluqların sığortalının ziyanına şərh edilməsi istisna olunur.

59. Ekspert rəyində həddindən artıq nəmişlikdən bitkinin köklərində çürümələrin baş verməsi, aqrar sığorta qaydalarına əsasən pambıq bitkisində köklərin sığortalanmaması barədə cavabdehin arumentləri ilə bağlı kollegiya qeyd edir ki, birincisi, Ekspert rəyində bitkilərin çürüməsinin səbəbi kimi həddindən artıq nəmliyə istinad edilməsi zərərin məhz subasma hadisəsi nəticəsində baş verməsini bir daha təsdiqləyir. Digər tərəfdən kök çürüməsi yalnız bitkinin kök hissəsinin deyil, bütün bitkinin məhvinə səbəb olduğundan pambığın kök hissəsinin təminata daxil olmamasına istinad etməklə cavabdehin sığorta ödənişini ödəməkdən imtinası əsassızdır.

60. Yuxarıda göstərilənlərə, kollegiya belə qənaətə gəlir ki, 2024-cü ilin may ayında baş vermiş iddiaçıya məxsus 50 ha torpaq sahəsini subasma hadisəsi iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış X6 X8 Sığortası üzrə Sığorta şəhadətnamələrinin və Aqrar sığorta Qaydalarının şərtlərinə əsasən sığorta hadisəsi hesab edilməlidir.

61. Hadisə nəticəsində dəymiş zərərin məbləğinə gəldikdə isə kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində 50 ha sahədən pambıq tədarük etmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş Kənd Təsərrüfatı Nazirliyinin məlumatından görünür ki, iddiaçı mübahisəli sahədən 2024-cü ildə ümumilikdə 569,8 sentner məhsul götürməklə orta məhsuldarlığı 1 ha üçün 11,4 sentner təşkil etmişdir.

62. Göstərilən məlumat, sığorta şəhadətnamələrinə əsasən sığortalanan məhsulun 1 ha üçün 40 sentner təşkil etdiyi, eləcə də bir sentner məhsulun 80 manat məbləğində sığortalandığı və azadolma məbləğinin 10% olduğu nəzərə alınaraq iddiaçı dəymiş zərər aşğıdakı kimi müəyyən edilir: BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə - (40 sentner – 11,4 sentner)x80 manatx15 ha-10%=30.888 manat BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə - (40 sentner – 11,4 sentner)x80 manatx15 ha-10%=30.888 manat BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə 40 sentner – 11,4 sentner)x80 manatx14 ha-10%=30.888 manat BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə (40 sentner – 11,4 sentner)x80 manatx6 ha-10%=12.355 manat, ümumilikdə 50 ha üçün 102.960

63. İddianın dəbbə pulu tələbinə dair hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı MM-nin 934.2-ci maddəsinin tələbinə əsasən 1 illik müddət üçün ödənilməsi gecikdirilən sığorta ödənişinə görə 37.325 manat məbləğində dəbbə pulunun tələb etmək hüququna malik olsa da, o da nəzərə alınmalıdır ki, cərimə xarakterli dəbbə pulu istisna olmaqla, qanun və müqavilədə nəzərdə tutulan digər dəbbə pulu növləri qarşı tərəfin əməlləri nəticəsində məruz qala biləcəyi mümkün itkilərini kompensasiya etmək məqsədilə tətbiq edilir və tərəfi öhdəliklərin pozulmasına görə cəzalandırmaq (cərimələmək) məqsədi daşımır. Odur ki, dəbbə pulunun tətbiqi üçün mükəlləfiyyətli şəxsin əməlləri nəticəsində kreditora zərər vurulması faktını və vurulmuş zərərin məbləğini sübuta yetirilməsi tələb edilməsə belə, hər bir halda tətbiq edilən dəbbə pulu pozuntu nəticəsində itkilərin ehtimal olunan məbləğinə mütənasib olmalı, kreditorun əsassız olaraq varlanmasına səbəb olmamalıdır.

64. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən tutulması tələb edilən dəbbə pulu məbləği cavabdehin yol verdiyi öhdəlik pozuntusunun ehtimal olunan nəticələrinə mütənasib olmadığından həmin məbləğin tam həcmdə tutulması iddiaçının əsassız varlanmasına gətirib çıxardacaqdır. Bu baxımdan dəbbə pulu tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu 10.000 manat məbləğində müəyyən edilməlidir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Cavabdeh xxxx” ASC ilə iddiaçı iddiaçı1 arasında bağlanmış BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə - 30.888 manat, BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə 30.888 manat, BS- **********-AS saylı sığorta şəhadətnaməsi üzrə 28.829 manat, BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə 12.355 manat olmaqla cəmi 102.960 manat məbləğində sığorta ödənişi, ödənişin gecikdirilməsi ilə bağlı 10.000 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

66. Buna müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

67. Apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq həmin şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 128 manat hissəsi cavabdehdən tutularaq apellyatora ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə apellyatorun özünə aid edilməlidir.

68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tuaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC ilə iddiaçı iddiaçı1 arasında bağlanmış BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə - 30.888 manat, BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə 30.888 manat, BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə 28.829 manat, BS- **********-AS saylı sığorta şəhadətnaməsi üzrə 12.355 manat olmaqla cəmi 102.960 manat məbləğində sığorta ödənişi, 10.000 manat məbləğində dəbbə pulu, ümumlikdə 112.960 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 256 manat dövlət rüsumunun 128 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar