Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-289/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, müqavilə üzrə əsas borc, əldən çıxmış fayda, dəbbə pulu və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, e-2-2(113)- 5209/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı maddi, mənəvi və işgüzar nüfuzuna vurulmuş ziyana görə 160 000 manat pulun ("xxxx" MMC-ilə pozulmuş müqaviləyə görə 54 280 manat, "xxxx" MMC ilə bağlanılmış müqaviləyə edilən dəyişikliyə görə edilmiş güzəşt səbəbindən düşdükləri maddi ziyana görə 41 200 manat, "xxxx" MMC ilə bağladıqları müqavilənin icrasının tamamlanmasına görə əlavə çəkdiyimiz xərclər – fərdi sahibkar P.Əlihüseynlidən əldə etdiklər mallara görə 14 082 manat, fərdi sahibkar N.Qolovanovanın göstərdiyi xidmətlərdən (o cümlədən şam ağacının icarəsi) istifadə etdiklərinə görə çəkilmiş xərc olaraq 24 200 manat, işgüzar nüfuzuna vurulmuş zərərə görə 11 120 manat, mənəvi ziyana görə isə 11 118 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 4000 manat), ödənilmiş dövlət rüsumuna görə 454 manat olmaqla, cəmi 160 454 manat pulun cavabdeh onun xeyrinə tutulması barədə sonradan dəqiqləşdirilməklə, ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Cavabdeh 40.493 manat əsas borcun, 600 manat dövlət rüsumunun, əldə çıxmış fayda və mənəvi ziyan kimi 8.907 manat pulun iddiaçıdan tutularaq onun xeyrinə ödənilməsi barədə qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5209/2025 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdehdən 14082,33 manat əsas, 1000 manat hüquqi xidmət xərci və 55 manat məbləğində dövlət rüsumu, cəmi 15137,33 manat pul tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 399 manat hissəsinin ilkin iddia üzrə iddiaçıya aid edilməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehdən 38963 manat əsas, 206,89 manat ödənilmiş dövlət rüsumu, cəmi 39169,89 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 293,11 manat hissəsinin "xxxx" MMC-yə aid edilməsi, Hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirməklə, "xxxx" MMC-nin xeyrinə tutulmalı olan 38963 manat əsas, 206,89 manat ödənilmiş dövlət rüsumu, cəmi 39169,89 manat məbləğində puldan, İddiaçı MMC-yə ödənilməli olan cəmi 15137,33 manat pul məbləği çıxdıqdan sonra, yerdə qalan 24032,56 manat pul vəsaiti İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5209/2025 saylı qərardadı ilə qətnamədən olan yanlışlıq aradan qaldıralaraq “İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən 14082,33 manat əsas, 1000 manat hüquqi xidmət xərci və 55 manat məbləğində dövlət rüsumu, cəmi 15137,33 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 399 manat hissəsi İddiaçı MMC-yə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC-dən 38963 manat əsas, 206,89 manat ödənilmiş dövlət rüsumu, cəmi 39169,89 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 293,11 manat hissəsi "xxxx" MMC-yə aid edilsin. Hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirməklə, "xxxx" MMC-nin xeyrinə tutulmalı olan 38963 manat əsas, 206,89 manat ödənilmiş dövlət rüsumu, cəmi 39169,89 manat məbləğində puldan, İddiaçı MMC-yə ödənilməli olan cəmi 15137,33 manat pul məbləği çıxdıqdan sonra, yerdə qalan 24032,56 pul vəsaiti İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin.” kimi oxunması qərara alınmışdır. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti əlavə verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5209/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini dəyişdirərək, ilkin iddia hissəsində ilkin İddiaçı MMC-nin iddia tələbinin tam həcmdə təmin olunması haqqında, qarşılıqlı iddia isə- yükdaşıma hissəsində 12 000 manat məbləğində müəyyənləşdirilərək, qarşılıqlı iddianın qalan hissəsində isə təmin olunmaması haqqında yeni qətnamə qəbul edəsiniz xahiş etmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu tam ödənilmədiyinə görə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.7-ci maddələrinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Kollegiya eyni zamanda qeyd edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia tələbi 156.000 (54 280 manat +41 200 manat+14 082 manat+ 24 200 manat+11 120 manat+11 118 manat)əşkil edir. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı iddia tələbi 49.400 (40.493 manat +8.907 ) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda,120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsm ödəniməlidir. 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində rüsm ödəniməlidir İş materiallarından görünür ki, ilk iddia üzrə iddianın qiyməti 156.000 manat, qarşılıqlı iddia üzrə isə 49.400 manat təşkil edir.Ümumi iddia tələbi 205.400 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinin tələblərinə əsasən, birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 247.7 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən İddiaçı MMC tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir. İddiaçı MMC tərərfindən hər iki iddia tələbi mübahisləndirildiyi təqdirdə hər iki iddia tələbinə münasibətdə ümumilikdə dövlət rüsumu ödənilməlidir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş qəbzə əsasən Decormate” MMC tərəfindən 235 manat dövlət rüsumu ödənilmişdir. Ümumiyyətlə qanunvericilikdə ilk və ya qarşılıqlı iddianın qismən mübahisələndirilməsi əsası ilə dövlət rüsumunun da mütənasib olaraq ödənilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5209/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5209/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(3-6)-289/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-289/2026
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver