Məhkəmə qərarları › İş №2-2(3-6)-293/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-293/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-293/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)- 6044/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. Tərəflər arasında ##.##.2024-cü il tarixli, AS-QQH/*** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə əsasən, Alıcının (cavabdehin) sifarişinə uyğun olaraq Satıcı (iddiaçı) sifarişçiyə Ərzaq, Sənaye və s. Gündəlik tələbat malları (məhsulları) satmağı və təchiz etməyi, Alıcı isə müqavilənin maddələrinin müddəları əsasında Satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.

2. Müqavilənin: 2.1-ci bəndinə əsasən, X1 arasında məhsulların (malların) illik və ya aylıq qiymətləri razılaşdırılıbsa qiymətlər Protokolu tərtib olunur, əks halda Malların dəyəri bazar qiymətinə uyğun olaraq təhvil təslim aktı ilə tənzimlənir. 1.2. 2.4-cü bəndinə əsasən, Malların dəyəri "Satıcı" tərəfindən təqdim olunmuş Elektron Qaimə/X4 uyğun olaraq 30 (otuz) iş günü müddətində satıcıya ödənilməlidir. X3 təhvil verdiyi gün Təhvil-təslim Aktını və elektron qaiməfakturanı da Alıcıya təqdim etməlidir. 1.3. 3.1-ci bəndinə əsasən, Satıcı Sifariş formasını Alıcıdan qəbul etdikdən sonra satdığı məhsulları (malları) 3 (üç) iş günü ərzində və ya gün ərzində tərəflər arasında əldə edilmiş razılığa əsasən çatdırmalıdır. 1.4. 3.3-cü bəndinə əsasən, Malların Alıcıya təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, Tərəflərin hər birində bir nüsxə saxlanılmaqla Satıcı tərəfindən iki nüsxədə tərtib edilən Təhvil-təslim Aktı vasitəsilə rəsmiləşdirilir. 1.5. 5.1.3-cü və 5.2.3-cü bəndlərinə əsasən, Mallara dair Təhvil-təslim Aktını və elektron qaimə-fakturanı Alıcıya təqdim etmək satıcının, Təhvil aldığı Malların dəyərini Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək alıcının öhdəliyidir. 1.6. 6.7-ci bəndinə əsasən, Alıcı Müqavilə üzrə Malların dəyərinin ödənilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə ödənilməyən məbləğin 2 % faizi həcmində satıcıya penya ödəməlidir.

3. Iş materiallarına əlavə edilmiş hər iki tərəfdən imzalanmış qaimə fakturalar ilə cavabdehə ümumilikdə 18828,1 manat məbləğində malların təhvil verilməsi təsdiq olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 19148,57 manat məbləğində elektron qaimə göndərilmiş, cəmi 400,5 manat məbləğində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış və bu barədə elektron-qaimələr göndərilmişdir.

4. Iş materiallarına əlavə edilmiş hər iki tərəfdən imzalanmış üzləşdirmə aktından görünür ki, tərəflər cavabdehin ##.##.2025-ci il tarixinə iddiaçıya ödənilməmiş 16766,07 manat məbləğində borcu olduğunu təsdiq etmişlər.

Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı cavabdehdən ##.##.2024-cü il tarixli AS-QQH/*** nömrəli alqı-satqı Müqaviləsi üzrə yaranmış 18.222,6 manat məbləğində əsas borc və 15000 manat cərimə borcu, ümumilikdə 33222,6 manat məbləğində borc, həmçinin hüquqi yardıma görə ödənilmiş1000 manat və ödənilmiş 192,67 manat məbləğində dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Iddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli ASQQH/*** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı - İddiaçı MMC elektron qaimə-fakturada göstərilən malları Alıcı - “xxxx” MMCyə təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron qaiməfakturalar üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, ##.##.2024-cü il tarixli BP00- ****** nömrəli, ##.##.2024-cü il tarixli BP**-****** nömrəli, ##.##.2024-cü il tarixli BP00- ****** nömrəli, ##.##.2024-cü il tarixli BP**-****** nömrəli, ##.##.2024-cü il tarixli BP00- ****** nömrəli, ##.##.2024-cü il tarixli BP00- ****** nömrəli, ##.##.2024-cü il tarixli BP00- ****** nömrəli, ##.##.2024-cü il tarixli BP**-****** nömrəli, ##.##.2024-cü il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP**-****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP**-****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP**-****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP**-****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP**-****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli, ##.##.2025-ci il tarixli BP**-****** nömrəli və ##.##.2025-ci il tarixli BP00- ****** nömrəli Qaimə fakturalardan görünür ki, satıcı İddiaçı MMC qeyd olunan qaiməfakturalarda göstərilən malları alıcı “xxxx” MMC-yə təhvil verir. Alıcı “xxxx” MMC isə qaimə-fakturalarda göstərilən malları satıcı İddiaçı MMC-dən təhvil alır. Hər iki tərəf malların təhvil-təslimi ilə bağlı yuxarıda qeyd olunan Qaimə-fakturaları öz imzaları ilə təsdiq edirlər. Qeyd olunan Qaimə fakturalar üzrə Alıcı “xxxx” MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 18.222,6 manat məbləğində borcu yaranmışdır. Qeyd edirik ki, yuxarıda qeyd olunan qaimə fakturalar üzrə Mallar alıcı “xxxx” MMC-yə təhvil verildikdən sonra tərəflər arasında bağlanmış Müqavilənin 2.4-cü bəndinə uyğun olaraq cavabdeh “xxxx” MMC-yə ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2024-cü ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli, ##.##.2025-ci ildə ******** nömrəli və ##.##.2025-ci ildə ******** nömrəli Elektron qaimə-fakturalar göndərilmiş və həmin elektron qaimə-fakturaların tərtib olunmasının əsası kimi yuxarıda qeyd olunan BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**- ****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**- ****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli və BP**-****** nömrəli Qaimə-fakturalar göstərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrə ƏDVdaxil ödənilməli məbləğ ümumilikdə 18.222,6 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunan ##.##.2024-cü il tarixli ******** nömrəli, ##.##.2024-cü il tarixli ******** nömrəli və ##.##.2025-ci il tarixli ******** nömrəli Elektron qaimə-fakturalar ilə bağlı bildiririk ki, ##.##.2024-cü il tarixli ******* nömrəli elektron qaimə üzrə borc 685 manatdır. ##.##.2024-cü il tarixli ******** nömrəli elektron qaimə üzrə borc 405 manat məbləğində deyildir, cavabdeh ##.##.2024-cü il tarixində və ##.##.2025-ci il tarixində 364,50 manat məbləğində malı geri qaytarmışdır. Nəticədə ##.##.2024-cü il tarixli ******** nömrəli elektron qaimə üzrə borc 40,50 manatdır. ##.##.2025-ci il tarixli ******** nömrəli elektron qaimə üzrə borc 64,50 manat məbləğində deyildir, cavabdeh ##.##.2025-ci il tarixində 36 manat məbləğində malı geri qaytarmışdır. Nəticədə ##.##.2025-ci il tarixli ******** nömrəli elektron qaimə üzrə borc 28,50 manatdır. Beləliklə yuxarıda qeyd olunan qaimə-fakturalar üzrə ödənilməli olan borc ƏDVdaxil 18.222,6 manat məbləğindədir. Nəticədə tərəflər arasında bağlanılmış Alqı - satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Belə ki, tərəfimizdən ##.##.2024-cü ildə ******** nömrəli elektron qaimə-faktura cavabdeh “xxxx” MMC-yə ##.##.2024-cü il tarixində göndərilmiş, lakin cavabdeh elektron qaiməfakturada göstərilən ƏDV daxil 685 manat məbləğində ödənişi, elektron qaiməfaktura cavabdehə təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində iddiaçının hesabına köçürülmədiyi üçün tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.7-ci bəndinə əsasən cavabdeh “xxxx” MMC iddiaçıya ümumilikdə 40.617,68 manat penya ödəməlidir. Qeyd olunan penya məbləğinin ödənilməsinə güzəşt tətbiq edilməklə 15.000 manat məbləğində penya məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələb edilir. Göstərilənlərə əsasən hesab edirik ki, cavabdeh “xxxx” MMC-dən##.##.2024-cü il tarixli AS-QQH/*** nömrəli Alqı-Satqı Müqaviləsi üzrə 18.222,6 (on səkkiz min iki yüz iyirmi iki manat, altmış qəpik) manat məbləğində əsas borc və 15.000 (on beş min) manat məbləğində cərimə borcu, ümumilikdə 33.222,6 (otuz üç min, iki yüz iyirmi iki manat, altmış qəpik) manat məbləğində borc, həmçinin hüquqi yardıma görə ödənilmiş 1.000 (bir min) manat və ödənilmiş 192,67 (bir yüz doxsan iki manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən ##.##.2024-cü il tarixli, AS-QQH/*** nömrəli alqı satqı müqaviləsi üzrə yaranmış 18222,6 manat əsas, 911 manat cərimə borcu olmaqla, cəmi 19133,6 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 1000 manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun 111,75 manat hissəsi tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödəniməsi,iddia qalan hissədə təmin edilməməsi,. ödənilmiş dövlət rüsumunun 80,92 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Cavabdeh “xxxx” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı, tarixi ilə bağlı bildiriş göndərilməmiş,asan imza elektron imzasını aktiv istifadə etmədiyindən, işlək vəziyyətdə olmadığı üçün məhkəmə iclasının vaxtı barədə məlumatı olmamamışdır. Məhkəmə tərəflərin qarşılıqlı razılaşmasını əks etdirən üzləşdirmə aktını kənarlaşdıraraq, daha yüksək məbləği borc kimi qəbul etmişdir. Bu, öhdəliyin real həcminin süni şəkildə artırılması deməkdir. Hazırkı iş üzrə,müqavilədə nəzərdə tutulan gündəlik 2% penya açıqaşkar9.tənasübsüzdür, penya əsas borcun məbləğini qat-qat üstələyən həddə çatmışdır, iddiaçı penyanın konkret hesablanma mexanizmini və gecikmə günlərini sübut etməmişdir. Məhkəmə yalnız penyanın məbləğini azaltmaqla kifayətlənmiş, lakin penyanın ümumiyyətlə tətbiqinin hüquqi əsaslarını araşdırmamışdır. Bu isə MM-nin 467-ci maddəsinin natamam və səhv tətbiqi hesab olunur. Birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış üzləşdirmə aktını, cavabdeh tərəfindən malların geri qaytarılması faktlarını, real borc yükünün azaldığını nəzərə almadan, iddiaçı tərəfindən tələb edilən məbləği əsas borc kimi qəbul etmişdir. Bu yanaşma borcun faktiki iqtisadi məzmununu təhrif edir və MM-nin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə ziddir. . Iddia qismən təmin edildiyi halda hüquqi xidmət xərci tam həcmdə cavabdehdən tutulmuş, bu xərclərin zəruri və ağlabatan olması ayrıca qiymətləndirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə hazırki işə iştirakları olmadan baxılması mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

16. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. . Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. . Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

21. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

AR Mülki Prosessual Məcəlləsi

22. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 124.1-ci Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Işin mübahisəsiz hallarına əsasən, tərəflər arasında ##.##.2024-cü il tarixli, AS- QQH/*** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə əsasən, Alıcının (cavabdehin) sifarişinə uyğun olaraq Satıcı (iddiaçı) sifarişçiyə Ərzaq, Sənaye və s. Gündəlik tələbat malları (məhsulları) satmağı və təchiz etməyi, Alıcı isə müqavilənin maddələrinin müddəları əsasında Satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür . Iş materiallarına əlavə edilmiş hər iki tərəfdən imzalanmış qaimə fakturalardan görünür ki, cavabdehə ümumilikdə 18828,1 manat məbləğində malların təhvil verilmiş, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 19148,57 manat məbləğində elektron qaimə göndərilmiş, cəmi 400,5 manat məbləğində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış və bu barədə elektron-qaimələr göndərilmişdir.

30. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh malların təhvil verilməsini, e-qaimələri mübahisləndirməmiş yalnız geri qaytarılan malların dəyərinin ümumi borcun məbləğində nəzərə alınmadığını qeyd etmişdir. Lakin işin hallarından görünür ki, məhkəmə tərəfindən 400,5 manat məbləğində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması nəzərə alınmış, ümumi borc məbləği azaldılmışdır.

31. Kollegiya üzləşmə aktında qeyd olunan məbləğin deyil daha yüksək məbləğin nəzərə alınması dəlilinə münasibətdə qeyd edir ki, ##.##.2025-ci il tarixli üzləşmə aktında 16766.07 manat qeyd olunsa da, daha sonra BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli, BP**-****** nömrəli və BP**-****** nömrəli Qaiməfakturalarlara əsasən 3.049 manat məbləğində mal göndərilmiş, cavabdeh tərəfindən təhvil alınmışdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və tarixi barədə bildiriş göndərilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında görünür ki, məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin məlumatlandırılması təmin edilmiş, məhkəmə bildirişi cavabdehə məxsus e-kabinetə əlavə edilmiş, cavabdehin qanuni təmsilçi Qanuni nümayəndə məxsus (**********) sms bildiriş göndərilmişdir.

33. Bildirirlir ki, ASAN Imza elektron imzasının guya işlək vəziyyətdə olmaması ilə bağlı göstərilən hal şəxsin öz məsuliyyət dairəsinə aid olub, məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmamasını əsaslandıran hüquqi səbəb kimi qəbul edilə bilməz.

34. Kollegiya işin halları, cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsinin 911 (doqquz yüz on bir manat) məbləğində cərimənin tutulmasını ədalətli və ağlabatan hesab edir.

35. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).

37. Iddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin göstərilmiş hüquqi yardım xərcinin tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, məbləğ ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir.

39. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar