Məhkəmə qərarları › İş №2-2(3-6)-3/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-3/2026

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-3/2026 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-401/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 17167 saylı Müqaviləyə uyğun olaraq 55199.11 (əlli beş min yüz doxsan doqquz manat on bir qəpik) manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 255.6 (iki yüz əlli beş manat altmış qəpik) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 17167 saylı Müqaviləyə uyğun olaraq 55199.11 (əlli beş min yüz doxsan doqquz manat on bir qəpik) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 255.6 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmasını qət edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti və ötürülmüş müddətin bərpa edilməsi ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113-1)-401/2025 saylı qətnaməsini ləğv edib, iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113) 401/2025 nömrəli qətnaməsi Cavabdeh tərəfindən rəsmi qaydada əldə edilməmişdir. Belə ki, qətnamə qəbul edildiyi zaman cavabdehin elektron kabineti olmamışdır. Bu səbəbdən də qətnamə onun ünvanına poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamə ilə müəyyən olunur ki, cavabdehə göndərilmiş sənəd onun tərəfindən deyil, başqa şəxs tərəfindən imza edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixdə cavabdehlə vəkil arasında “hüquqi xidmətlər göstərilməsi ilə bağlı“ müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə məhkəməyə vəkil müraciəti olunaraq məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə edilməyi xahiş edilmiş və həmin tarixdə işə vəkil olaraq əlavə edilmişdir. Vəkil xx.xx.2025-ci il tarixdə sözügedən məhkəmə qətnaməsini elektron kabinet vasitəsi ilə əldə etmişdir. Göstərilənlərin nəzərə alınaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-401/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edilməsi və buraxılmış müddəti bərpa edib işi apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-401/2025 saylı qərardadı ilə, prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə rədd edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2-2(113)-401/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdehin nümayəndəsi şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-401/2025 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilərək apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edilməsi və buraxılmış müddəti bərpa edilib işin apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC(bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehSəftər oğlundan 55199.11 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 255.6 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli2e-2-2(113)-401/2025 saylı qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh 55199.11 (əlli beş min yüz doxsan doqquz manat on bir qəpik) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 255.6 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-401/2025 nömrəli qətnaməsi Cavabdeh tərəfindən rəsmi qaydada əldə edilməmişdir. Belə ki, qətnamə qəbul edildiyi zaman cavabdehin elektron kabineti belə olmamışdır. Bu səbəbdən də qətnamə onun ünvanına poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamə ilə müəyyən olunur ki, cavabdehə göndərilmiş sənəd onun tərəfindən, deyil başqa şəxs tərəfindən imza edilərək götürülmüşdür. Daha sonra xx.xx.2025-ci il tarixdə sözügedən məhkəmə qətnaməsi elektron kabinet vasitəsi ilə əldə edilmişdir. Bu səbəbdən də tərəfimizdən apellyasiya şikayəti vermə müddətininburaxılmasını üzrlü hesab edilərək müddətin bərp olunması barədə ərizə, eyni zamanda sözügedən qətnamədən apellyasiya şikayəti verilmişdir. B ak ıKommersiya Məhkəməsinine-2-2(113)-401/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə rədd edilərək apellyasiya şikayəti geri qaytarılmışdır. Hesab edirəm ki, qeyd edilən qərardad maddi və prosessual normaların tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, qərardad onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113-1) 401/2025 saylı qətnaməsi Cavabdeh elektron kabineti olmadığından poçt vasitəsilə ünvanına göndərilmişdir. İş materiallarına əlavə olunmuş xəbərnamədən görünür ki, müvafiq qətnamə xx.xx.2025-ci il tarixdə ünvana göndərilmiş və cavabdehə çatdırılmış, iş materiallarında olan xəbərnaməndən göründüyü kimi həmin qəbz imzalanmışdır. Odur ki, MPM-in 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən,yəni xx.xx.2025-ci il tarixindən başlayaraq hesablanmalıdır. Məhkəmə cavabdehin şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəblərdən buraxılması dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi cavabdehə MPM-nin 135.3,135.5-ci maddələrinin tələblərinə uyğun çatdırıılmış, cavabdehin ərizədə qeyd etdiyi dəlillər öz təsdiqini tapmamış, cavabdehin yaşadığı və qeydiyyatda olan ünvanında qətnamənin surəti onun özünün və ailə üzvü tərəfindən qəbul edilmiş, cavabdehin qətnamənəldə etdiyi vaxtdan sonra prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin həmin müddət ərzində müvafiq hərəkətlər edilməmişdir. Nəzərinizə çatdırıram ki, iş materiallarında olan xəbərnamədən də görünür ki, qətnaməni cavabdeh deyil, digər şəxs götürmüşdür. Həmin şəxs qətnaməni cavabdehə təqdim etməmişdir. Beləliklə də iş materialları ilə müəyyən olunur ki, sözügedən qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən hesablanmamalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.. 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 357.1 və 357.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113-1)- 401/2025 saylı qətnaməsi Cavabdeh elektron kabineti olmadığından poçt vasitəsilə ünvanına göndərilmişdir. İş materiallarına əlavə olunmuş xəbərnamədən görünür ki, müvafiq qətnamə xx.xx.2025-ci il tarixdə ünvana göndərilmiş və cavabdehə çatdırılmış, iş materiallarında olan xəbərnaməndən göründüyü kimi həmin qəbz imzalanmışdır. Odur ki, MPM-in 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən, yəni xx.xx.2025-ci il tarixindən başlayaraq hesablanmalıdır. Göründüyü kimi qətnamə cavabdehin yaşadığı və qeydiyyatda olan ünvanında qətnamənin surəti onun özü və ailə üzvü tərəfindən qəbul edilmiş, cavabdehin qətnaməni əldə etdiyi vaxtdan sonra prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin həmin müddət ərzində müvafiq hərəkətlər edilməmişdir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-401/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar