Məhkəmə qərarları › İş №2-2(3-6)-301/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-301/2026

06.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧2-2(3-6)-301/2026 06.05.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, əmək müqaviləsinə xitam verilməsi, hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyətinə faktiki rəhbərlik edən şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mahmudova Təranə̧Nərimaņqızındaņvə̧Cəfərov̧SəməḑFəxrəddiņoğlundaņibarəţtərkibdə,̧ Musayeva̧AytaçElşəņqızınıņkatibliyi, maraqlı̧şəxşMaraqlı̧şəxşiştirakı̧ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsiniņbinasında,̧açıq̧məhkəmə̧iclasında̧baxaraq,̧aşağıdakı̧qətnaməni̧qəbuļetdi: İşin halları

1. ## ######## 1977-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş̧Maraqlı̧şəxşünvaņ1̧ünvanında̧qeydiyyatdadır.

2. Əsas fəaliyyət növü “Daxili dəniz sularında və dünya okeanının açıq rayonlarında balıqçılıq fəaliyyəti” olan “xxxx” MMC (VÖEN: 2008450411) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində̧qeydiyyatdadır.

3. Reyestŗməlumatlarına̧görə,̧“xxxx”̧MMC-niņdirektoru̧hazırda̧Maraqlı̧şəxsdur.

4. Əsas fəaliyyət növü “Balıq, xərçəngkimilər və molyuskalar da daxil olmaqla sair ərzaq məhsullarının topdan satışı” olan “xxxx” MMC (VÖEN: 1005450391) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal GəlirləŗBaş̧İdarəsində̧qeydiyyatdadır,̧rəhbəri̧Maraqlı̧şəxsdur.

5. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ## #### 2025-ci il tarixli * №-li əmrə əsasən,̧Maraqlı̧şəxş“xxxx”̧MMC-də̧əməķfəaliyyətinə̧xitam̧verilmişdir.

6. “xxxx” MMC-yə məxsus şəxsi hesab vərəqəsinə görə, onun ##.##.2026-cı il tarixə cəmi ödənməli̧borcu̧9560,51̧manatdır.̧

7. “xxxx” MMC-yə məxsus şəxsi hesab vərəqəsinə görə, onun ##.##.2026-cı il tarixinə ödənməli̧borcu̧yoxdur.

8. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə ##.##.2025-ci il tarixli 2550021318124000, ##.##.2025-ci il tarixli 2550021295506600, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli 2550021306554800, ##.##.2025-ci il tarixli 22550021663147600, ##.##.2021-ci il tarixli 2119021819276800, ##.##.2021-ci il tarixli **************** nömrəli bildirişlər göndərilərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi̧bildirilmişdir.

9. Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “xxxx” MMC-nin direktoru qismində ##.##.2026-cı il tarixdə məktub ünvanlanmış, məktubda MMC-nin şəxsi vərəqəsində cəmi ödənilməli borcun 12̧505,09 manat göstərildiyi, həqiqətən də büdcəyə borclarının olduğu, lakin göstərilən məbləğin 5931,53 manat hissədə əsassız̧hesablandığı̧bildirilməklə,̧həmiņməbləğdə̧borcuņazaldılması̧xahiş̧olunmuşdur.

10. Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “xxxx” MMC-nin direktoru qismində ##.##.2026-cı il tarixdə ünvanlanan digər məktubda MMC-nin uyğunsuzluq yoxlamasında olan statusdan təsdiq olunan statusa keçirilməsi xahiş edilmişdir.

11. SözügedəņməktublaŗMaraqlı̧şəxş“ASAŅİMZA”sı̧ilə̧imzalanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, vergi ödəyicisi olan Maraqlı şəxs (maraqlı şəxs) dövlət büdcəsinə olan ümumilikdə 9069,93 manat, İşsizlikdən Sığorta Fonduna olan 81,49 manat, İcbari Tibbi Sığorta Fonduna olan 301,45 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA3354570) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını̧xahiş̧etmişdir.

13. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2008450411) İcbari Tibbi Sığorta Fonduna 301,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 2040,4 manat, dövlət büdcəsinə 9069,93 manat məbləğində (o cümlədən, vergilər üzrə 7401,53 manat, faizlər üzrə 1668,4 manat), İşsizlikdən sığorta fonduna 81,49 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1005450391) İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat olmaqla, ümumilikdə 11 493,27 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550021318124000, ##.##.2025-ci il tarixli 2550021295506600, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli 2550021306554800, ##.##.2025-ci il tarixli 22550021663147600, ##.##.2021-ci il tarixli 2119021819276800, ##.##.2021-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş,̧lakiņvergi̧ödəyiciləri̧yaranmış̧borçməbləğlərini̧ödəməmişlər.̧

14. Maraqlı şəxs məhkəməyə əmək müqaviləsi bildirişini təqdim edərək, ##.##.2025-ci il tarixində əmək müqaviləsinə xitam verildiyini, artıq hüquqi şəxsin rəhbəri olmadığını bildirmiş, ərizəçinin nümayəndəsi isə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb ərizənin təmin olunmasını̧xahiş̧etmişdir.

15. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə ərizənin təmiņolunmaması̧qəţedilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “xxxx” MMC-yə məxsus şəxsi hesab vərəqəsinə əsasən onun ##.##.2026-cı il tarixə ödənilməli borcu yoxdur, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişə görə isə,̧maraqlı̧şəxş##.##.2025-ci̧iļtarixdə̧“xxxx”̧MMC-də̧tutduğu̧vəzifəsindəņazaḑedilmişdir.

17. Məhkəmə vurğulamışdır ki, sərbəst hərəkət etmək hüququ həm də, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan əsas hüquqlardan biridir, vergi borcu ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması isə yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətlənə̧bilər.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci və 23.1.15-3-cü, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına̧istinadla̧əsaslandırmışdır.

19. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, subyektiv yanaşma sərgilədiyini, maraqlı şəxsin direktor vəzifəsindən azad edilməsindən sonra – ##.##.2026-cı il tarixdə - özünü vergi orqanı qarşısında cəmiyyətin maliyyə maraqları üzrə qanuni təmsilçisi kimi təqdim edərək “xxxx” MMC-nin adından kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğini mübahisələndirməsini nəzərə almadığını, bu halın onun MMC-nə faktiki rəhbərlik etdiyini göstərdiyini, maraqlı şəxsin rəhbər kimi vəzifəsinə xitam verilməsi ilə bağlı dəyişikliyin vergi orqanında qeydə alınmadığını, onun hələ də hüquqi şəxsiņicra̧orqanınıņrəhbəri̧kimi̧qaldığını̧irəli̧sürmüşdür.̧

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiya̧şikayətinə̧qarşı̧yazılı̧etiraz̧verilməmişdir. Apellyasiya baxışı, izahat

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi, habelə üçüncü şəxslər qismində prosesə cəlb olunmuş “xxxx” MMC və “xxxx” MMC nümayəndələrini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxs isə şikayətin əsassız olduğunu̧bildirmişdir.

22. “xxxx” MMC-nin direktoru vəzifəsindən azad olunduqdan sonrakı tarixdə vergi orqanına vergi borcunun azaldılması ilə bağlı həmin MMC-nin adından hansı səbəblə müraciət ünvanladığı sualına cavab olaraq maraqlı şəxs bildirmişdir ki, MMC-nin təsisçiləri ilə yaxın əlaqələri var, onlara etimad göstərdiyi üçün əmək müqaviləsinə xitam verildikdən sonra “ASAN İMZA”sını MMC-dən götürməmiş, şirkət rəhbərliyi də müvafiq müraciəti onun imzası ilə göndərmişdir.

23. Maraqlı şəxs həmçinin bildirmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin olunması üçün özü müraciət etsə də, “xxxx”̧MMC-niņtəsisçiləri̧belə̧müraciəţetməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə̧və̧vaxtında̧ödəməķhəŗkəsiņborcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

25. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə̧sanksiyalarını̧və̧digəŗməcburi̧ödənişləri̧ödəməķ(16.1.1).

26. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması̧üçüņməhkəməyə̧müraciəţetməķhüququ̧vardır.

27. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi̧ilə̧vergi̧nəzarətini̧həyata̧keçirirlər.

28. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində̧ödənilməsinə̧daiŗvergi̧ödəyicisinə̧bildiriş̧göndərir.

29. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını̧ödəməķvəzifəsi̧onuņvergi̧öhdəliyi̧hesab̧olunur.

30. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

31. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olaņvergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıņmüəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq̧vergi̧öhdəlikləriniņyerinə̧yetirilməsi̧məcburidir. Əmək Məcəlləsi

32. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış̧əmri̧(sərəncamı,̧qərarı)̧ilə̧rəsmiləşdirilməlidir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun

33. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi̧qeydiyyata̧alınmalıdır.

34. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasınıņmüvafiq icra hakimiyyəti orqanına̧ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda,̧müvafiq icra hakimiyyəti orqanı̧5 gün müddətində dəyişikliyi qeydiyyata̧alır.

35. Maddə 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş̧elektroņimzası̧ilə̧təsdiq̧edilməlidir.

36. Maddə 9.3. Hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə̧minir.

37. Maddə 9.4. Hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb̧olunmaqla̧aşkaŗedilmiş̧çatışmazlıq̧aradaņqaldırılmalıdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

38. Maddə 405. Hüquqi şəxslərə dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə̧edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarı

39. ... Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi̧vəzifəsi̧digəŗşəxsləriņüzərinə̧qoyula̧bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə̧onları̧xəbərdaŗedir,̧onlarıņprosessuaļhüquqlarınıņhəyata̧keçməsinə̧köməķgöstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.

43. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə̧məhkəməyə̧müraciəţetməķhüququna̧malikdir.

44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya̧məhkəməsiniņqətnamədə̧göstərilmiş̧nəticələriniņişiņhallarına̧uyğuņgəlməməsi.̧

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlaŗəsasında̧mahiyyəti̧üzrə̧baxır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya̧şikayətində̧göstərilməyəņəsaslarla̧da̧ləğv̧edə̧və̧dəyişdirə̧bilər.̧ Məhkəmə kollegiyasının mövqeyi

48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməyərək nəticəsiniņişiņhallarına̧uyğuņgəlməməsinə̧yoļaçmışdır.

49. Belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş̧maliyyə̧sanksiyalarınıņödənilməsiniņtəmiņedilməsi̧təşkiļedir.

50. Vergi öhdəliyinin təmin edilməsi ilə bağlı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zamanı diqqətə alınmalı əsas məqam mütənasiblik prinsipidir - çünki, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa̧da̧əməļolunmalıdır.

51. “X2 (Clark Gordon Morris) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında̧əsaslandırmalıdır.

52. Bununla bağlı Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № *****/**, 2014-cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı).

53. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər "müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün "demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

54. Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı” iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il ## ### tarixli qərarı, § 119).

55. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır; lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

56. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədəŗoperativ̧qaydada̧və̧tam̧məbləğdə̧büdcəyə̧ödənilməsi̧təmiņedilməlidir.

57. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə̧qəraŗverməlidir.

58. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı̧məsələləriņaydınlaşdırılması̧və̧qiymətləndirilməsi̧təmiņetməlidir:̧

- borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

59. Hazırki işdə ərizəçinin məhkəməyə müraciət etməsinə “xxxx” MMC-nin İcbari Tibbi Sığorta Fonduna 301,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 2040,4 manat, dövlət büdcəsinə 9069,93 manat məbləğində (o cümlədən, vergilər üzrə 7401,53 manat, faizlər üzrə 1668,4 manat), İşsizlikdən sığorta fonduna 81,49 manat borcunun yaranması əsas təşkil etmiş, məhkəmə isə ərizəni təmin etmədiyi zaman, Maraqlı şəxs ##.##.2025-ci il tarixdə “xxxx” MMC-də tutduğu vəzifəsindəņazaḑedilmiş̧olmasına̧əsaslanmışdır.

60. “xxxx” MMC-nin vergi borcunun mövcud olduğu işin mübahisələndirilməyən halıdır; bu baxımdan qiymət verilməli məsələ Maraqlı şəxs “xxxx” MMC-nin icra orqanının faktiki rəhbəri olubolmadığıdır.

61. Yuxarıda qeyd olunduğu kimi, Maraqlı şəxs “xxxx” MMC-də əmək fəaliyyətinə ## #### 2025-ci il tarixli əmrə əsasən xitam verilmiş, lakin bu dəyişiklik qeydə alınmadığından o, hazırda da “xxxx”̧MMC-nin direktoru̧qismində̧qalmışdır.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin adətən vurğuladığı yanaşma ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir. Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.1

63. Buna səbəb isə ondan ibarətdir ki, artıq vəzifəsindən uzaqlaşdırılmış əvvəlki rəhbər praktiki baxımdan hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin edilməsi üçün müraciət etməķvə̧ya̧hüquqi̧şəxsiņbu̧müraciəti̧etməsini̧təmiņetməķimkanına̧maliķolmur.

64. Belə hallarda dəyişiklik qeydiyyata alınana kimi əvvəlki rəhbər dövlət reyestrində hüquqi şəxsin icra orqanının rəhbəri olaraq qalsa da, faktiki olaraq onun həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınaraq ölkədən getmək məhdudiyyəti həmin maraqlı şəxsə qarşı̧deyil,̧hüquqi̧şəxsiņfaktiki̧yeni̧rəhbərinə̧münasibətdə̧tətbiq̧oluna̧bilər.

65. Kollegiya hesab edir ki, hazırkı işin halları Ali Məhkəmənin sözügedən yanaşmasından fərqli yanaşmanın sərgilənməsini zəruri edir; belə ki, “xxxx” MMC-nin direktoru vəzifəsindən azad olunduqdan sonrakı tarixdə vergi orqanına vergi borcunun azaldılması ilə bağlı həmin MMC-nin adından müraciətlər ünvanlaması, MMC-nin təsisçiləri ilə yaxın əlaqələri olduğunu və onlara etimad göstərdiyi üçün “ASAN İMZA”sını MMC-dən götürmədiyini, şirkət rəhbərliyinin müvafiq müraciətləri onun imzası ilə göndərdiyini, “xxxx” MMC-nin təsisçilərinin hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin olunması üçün müraciət etmədiklərini bildirməsi, Maraqlı şəxs həmiņMMC-nə̧hazırda̧da̧faktiki̧rəhbərliķetdiyi̧qənaətinə̧gəlməyə̧əsaşyaradır.

66. Kollegiya onu da qeyd edir ki, maraqlı şəxs əmək müqaviləsinə xitam verildikdən sonra hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin olunması üçün müraciət etdiyini bidirsə də,̧bununla̧bağlı̧məhkəməyə̧heç̧biŗsübuţtəqdim̧etməmişdir.

67. Həmçinin nəzərə alınmalıdır ki, vergi ödəyicisinin icra orqanının rəhbərinin dəyişməsi barədə məlumatın verilməsi vəzifəsi qanunla vergi ödəyicisinin üzərinə qoyulmuşdur və bu dəyişiklik yalnız qeydiyyata alındıqdan sonra qüvvəyə minir. Buna görə də, vergi orqanı öz ərizəsində maraqlı şəxs kimi hüquqi şəxsin icra orqanının rəhbəri olaraq dövlət reyestrində rəhbər kimi̧qeydiyyata̧alınmış̧şəxsi̧göstərir.̧

68. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, ərizə təmiņolunmalıdır.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini̧rəhbəŗtutaraq̧məhkəmə̧kollegiyası

QƏT ETDİ:

Apellyasiya̧şikayəti̧təmiņedilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı iş üzrə ## ###### 2026 il tarixli qətnaməsi̧ləğv̧olunsuņvə̧iş̧üzrə̧yeni̧qətnamə̧çıxarılsın.

1 Ali̧Məhkəmə,̧İş̧№̧2-2(102)-321/2023, (§ 33 – 38)

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_321+21.06.2023.pdf) İş̧№̧2-2(102)-576/2023̧(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_576+22.11.2023.pdf) (§ 43- 50) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi̧təmiņedilsin. ## ######## 1977-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******) Maraqlı şəxs Azərbaycan Respublikasından kənara getmək hüququ vergi ödəyicisi olan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2008450411) İcbari Tibbi Sığorta Fonduna 301,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 2040,4 manat, dövlət büdcəsinə 9069,93 manat məbləğində (o cümlədən, vergilər üzrə 7401,53 manat, faizlər üzrə 1668,4 manat), İşsizlikdən sığorta̧fonduna̧81,49̧manaţborcunuņödənilməsinədəķmüvəqqəti̧məhdudlaşdırılsın. Qətnamədən Maraqlı şəxs tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə̧kassasiya̧şikayəti̧verilə̧bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar