Məhkəmə qərarları › İş №2-2(3-6)-315/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-315/2026

16.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧2-2(3-6)-315/2026 16.04.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə,̧ məhkəmə̧iclaşkatibi̧Ismayılova̧Elnarə̧Məyiş̧qızınıņkatibliyi̧ilə, Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq̧məhkəmə̧iclasında̧baxaraq,̧müəyyəņetdi IŞIN HALLARI, IŞ ÜZRƏ MƏHKƏMƏ ICRAATI Işin Halları

1. Fiziki şəxs haqqında məlumata əsasən Maraqlı şəxs ##.##.2024-cü il tarixdə vergi ödəyicisi̧kimi̧dövləţqeydiyyatına̧alınmışdır.̧

2. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Maraqlı şəxs tərəfindən 118.41 manat ödənilmişdir.

3. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Maraqlı şəxs tərəfindən 18.85 manat icbarı tibbi̧sığorta̧üzrə̧sığorta̧haqqı̧ödənilmişdir.

4. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən hüquqi şəxslərə ##.##.2023-cü il tarixli 2350022175919800, ##.##.2023-cü il tarixli 2350022175563300##.##.2025-ci il tarixli 2550021152381700, ##.##.2025-ci il tarixli 2550021152380000, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş nömrəli bildirişlər hüquqi şəxslərə borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və̧borcu̧ödəməməyə̧görə̧məsuliyyəţbarədə̧xəbərdarlıq̧edilmişdir..

Birinci instansiya məhkəməsindəki icraat

5. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 24496,24 manat, Işsizlikdən sığorta fonduna olan 978,66 manat, Icbari Tibbi Sığorta Fonduna olan 4104,67 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə̧qəbuļedilməsini̧xahiş̧etmişdir.̧

6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: 1303870842) Dövlət Sosial Müdafiə Fonduna 117,82 manat, Icbari Tibbi Sığorta Fonduna 18,85 manat, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1703641361) Işsizlikdən sığorta fonduna 978,66 manat, Icbari Tibbi Sığorta Fonduna 4085,82 manat, Dövlət Sosial Müdafiə Fonduna 24378,42 manat olmaqla, ümumilikdə 29579,57 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixli 2350022175919800, ##.##.2023-cü il tarixli 2350022175563300##.##.2025-ci il tarixli 2550021152381700, ##.##.2025-ci il tarixli 2550021152380000, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi̧ilə̧ərizə̧rədḑedilmişdir.̧

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışıdr ki, fiziki şəxs haqqında məlumata əsasən Maraqlı şəxs ##.##.2024-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanın rəhbəri X3r vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs qətnamənin qəbul edildiyi tarixə dövlət büdcəsinə borcu olmadığından Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçüņqanunvericilikdə̧nəzərdə̧tutulmuş̧əsaslaŗmövcuḑdeyildir.

9. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və̧ərizəniņtəmiņedilməsini̧xahiş̧etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs fərdi sahibkarlıq fəaliyyəti üzrə dövlət büdcəsinə olan borclarını ödəməsi, lakin “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.442,9 manatməbləğində dövlət büdcəsinə borcunun mövcudluğu iş materialları ilə təsdiq edilir və bu, işin mübahisəsiz halıdır. Işin mübahisəli halı Maraqlı şəxs “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsinə yönələn tədbirin tətbiqindən yayınmaq məqsədilə baş idarə tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edildikdən sonra tutduğu vəzifədən azad edilməsi, sözügedən ərizənin təmin edilməməsi barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra isə şəxsin yenidən direktor vəzifəsinə təyin edilməsidir. Hüquqi şəxsin ##.##.2026-cı il tarixə olan reyestr məlumatlarından görünür ki, QurbanovAnar Tofiq oğlu “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin i c ra orqanının rəhbəridir və sözügedən müəssisənin ##.##.2026-cı il tarixə olan şəxsi hesab vərəqəsinə əsasən, ərizə üzrə borcu aktiv olaraq qalmaqdadır. baş idarə tərəfindən məhkəməyə müraciət edildiyi zaman ##.##.2024-cü il tarixli dövlət reyestrindən çıxarış əsasında müvafiq tədbir icra orqanının rəhbəri olan Maraqlı şəxs yönəldilmişdir. Lakin maraqlı şəxs tərəfindən məhkəmə qətnamə qəbul etməmişdən öncə icra orqanının rəhbəri dəyişdirilmiş və məhkəməyə təqdim edilmiş ##.##.2025- ci il tarixli dövlət reyestrindən çıxarış əsasında məhkəmə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlmişdir. Lakin məhkəmənin ərizənin rədd edilməsi barədə qətnaməsi qəbul edildikdən sonra, ##.##.2026-cı il tarixdə Maraqlı şəxs yenidən icra orqanının rəhbəri olaraq qeydiyyata alınmışdır. Bu hal Mülki Prosessual Məcəllənin 355-5-ci maddəsinintətbiqi üçün kifayət qədər əsas yaratmışdır. Əlavə olaraq, maraqlı şəxsin borclarının təmin edilməsi məqsədi ilə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada ##.##.2025-ci il tarixli 2519024300190900, 2519024300177400, **************** nömrəli 12. Apellyasiya şikayəti verən şəxsin tələbi 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər 2519024300177400, **************** nömrəli alınmalı sərəncamlar göndərilmişdir. Lakin yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizə ilə məhkəməyə müraciəţetmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya̧şikayətinə̧qarşı̧etiraz̧daxiļolmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə oların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və̧vaxtında̧ödəməķhəŗkəsiņborcudur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

14. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə̧sanksiyalarını̧və̧digəŗməcburi̧ödənişləri̧ödəməķ(16.1.1).

15. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması̧üçüņməhkəməyə̧müraciəţetməķhüququ̧vardır.

16. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını̧ödəməķvəzifəsi̧onuņvergi̧öhdəliyi̧hesab̧olunur.

17. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

18. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olaņvergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıņmüəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq̧vergi̧öhdəlikləriniņyerinə̧yetirilməsi̧məcburidir.

19. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda,̧habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda̧vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.̧Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya̧alınmasına̧yoļverilmir.

20. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakındaņbaşqa̧digəŗəmlakı̧siyahıya̧alına̧bilər.

21. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçüņyararlı̧və̧öz̧əmtəə̧xassəsini̧itirməmiş̧əmlaķsiyahıya̧alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuţetməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə̧uyğuņəsaslandırılmalıdır.

26. Maddə 355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya̧məhkəməsiniņqətnamədə̧göstərilmiş̧nəticələriniņişiņhallarına̧uyğuņgəlməməsi.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti̧üzrə̧baxır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyəņəsaslarla̧da̧ləğv̧edə̧və̧dəyişdirə̧bilər.̧

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməyərək nəticəsiniņişiņhallarına̧uyğuņgəlməməsinə̧yoļaçmışdır.

33. Belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarınıņödənilməsiniņtəmiņedilməsi̧təşkiļedir.

34. Eyni zamanda Vergi Məcəlləsindən (VM) müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VM-in 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə̧tutulmuşdur.

35. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır - lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

36. “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv̧araşdırmalı,̧məsələ̧ilə̧bağlı̧öz̧nəticələrini̧müvafiq̧məhkəmə̧aktında̧əsaslandırmalıdır.

37. Bununla bağlı Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista Italiyaya qarşı (Battista v. Italy), № *****/**, 2014-cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı̧(Khlyustov̧v.̧Russia,̧2013),̧№̧*****/** 2013-cü̧iļ##̧####̧tarixli̧qərarı).

38. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər "müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün "demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

39. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № HYPERLINK "https://hudoc.echr.coe.int/eng%23%7b%22appno%22:%5b%2246343/99%22%5d%7d" 46343/99, 2006-cı̧iļ##̧###̧tarixli̧qərarı,̧§̧119).

40. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır; lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

41. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada̧və̧tam̧məbləğdə̧büdcəyə̧ödənilməsi̧təmiņedilməlidir.

42. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

43. Məhkəmə qətnamə qəbul edərkən "xxxx " MMC-nin icra orqanın rəhbəri X3 olmasına və vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs qətnamənin qəbul edildiyi tarixə dövlət büdcəsinə borcu̧olmadığına̧istinaḑedərəķərizəni̧təmiņetməmişdir.̧̧

44. "xxxx " Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanın rəhbəri hal-hazırda Maraqlı şəxs olması faktı həm iş materiallarına əlavə edilmiş sənədlərdə, həm də “xxxx”nda öz əksini tapmışdır (Dövlət Vergi Xidmətinin rəsmi internet saytından əldə edilmiş və açıq olan məlumat şikayətə əlavə edilmişdir).

45. Həmçinin iş materillarına əlavə edilmiş IN DVX Milli Gəlirlər Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin ##.##.2025-ci il tarixli çıxarışına əsasən "xxxx " MMC-nin əvvəlki qanuni təmsilçisi Maraqlı şəxs, hazırki qanuni təmsilçi X3 olduğu, ##.##.2026-cı il tarixli çıxarışa əsasən əvvəlki qanuni təmsilçisi X3, hazırki qanuni təmsilçi Maraqlı şəxs olduğu müəyyən edilir.

46. Həmçinin “xxxx”nda (##.##.2026-cı il tarixə) MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxs olduğu̧görünür.

47. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1703641361) Işsizlikdən sığorta fonduna 388,34 manat, Icbari Tibbi Sığorta Fonduna 4085,82 manat, Dövlət Sosial Müdafiə Fonduna̧24378,42̧manaţborcu̧vardır.

48. Belə olan halda kollegiya hesab edir ki, xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli,̧ərizə̧təmiņolunmamalıdır.̧̧

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini̧rəhbəŗtutaraq̧məhkəmə̧kollegiyası

q ə t e t d i:

Apellyasiya̧şikayəti̧təmiņedilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-174/2026-cı tarixli qətnaməsi̧ləğv̧olunsun. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti̧məhdudlaşdırılması̧məzmunlu̧ərizəsi̧təmiņedilsin. ## ###### 1979-cu il tarixdə Bakı Şəhəri, Xəzər Rayonu, Mərdəkan Qəsəbəsi, 68L ünvanında pasport qeydiyyatında olan (şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******) Maraqlı şəxs Azərbaycan Respublikasından kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən Maraqlı şəxs tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə̧kassasiya̧şikayəti̧verilə̧bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar