AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-316/2026 03.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi üzrə ödənişlər, lizinq obyektinin faktiki sahiblik və istifadəyə verilməsi, müqavilənin etibarlılığı, sübutetmənin predmeti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, cavabdehCavabdehvəonunnümayəndəsi(anası)nümayəndə1iştirakıilə “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları
1. “Bank Olmayan Kredit Təşkilkatı İDK” MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında ##.##.2022-ci il tarixli IF/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş “BMW 525” minik markalı, WBADT41003G003956 ban nömrəli, buraxılış ili 2002-ci il olan parlaq ağ rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini müqavilənin şərtləriəsasındalizinqəqəbuletməyiöhdələrinəgötürmüşlər.
2. Müqaviləsinin 2.3-cü bəndinə əsasən, lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alanisəmülkiyyəthüququnuəldəetməyiöhdəsinəgötürür.
3. Müqavilə üzrə lizinq obyektinin qiyməti 26 000 manat müəyyənləşdirilmiş, həmin məbləğin 6000 manatının avans qaydasında ödəniləcəyi, lizinq məbləğinin 20 000 manat, lizinq verəninmükafatməbləğinin12978,73manat,lizinqmüddətinin36ayolacağırazılaşdırılmışdır.
4. Müqavilənin 10.2-ci bəndinə əsasən, lizinq haqqı vaxtında ödənilməzsə, o halda lizinq alangecikdirilənhərgünüçüngecikdirilənməbləğin1faizihəcmindəcərimə(dəbbə)ödəməlidir.
5. “BMW 525” minik markalı, WBADT41003G003956 ban nömrəli, buraxılış ili 2002-ci il, dövlət nömrə nişanı ** ZL *** olan avtomobil ##.##.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmış, həmin avtomobilə dair Allahverdiyev Camal Qabil oğluna ##.##.2022-ci il tarixdə avtomobildən istifadə hüququna dair (##.##.2022-ci il tarixdə xitam verilmişdir), ##.##.2022-ci il tarixdə X9 avtomobildən istifadə hüququna dair (##.##.2023-cü il tarixdə qüvvədən düşmüşdür), ##.##.2022ci il tarixdə İsmayılov Vüsal Hüseyn oğluna avtomobilə sərəncam hüququna dair (##.##.2022-ci ildəqüvvədəndüşmüşdür)etibarnamələrverilmişdir.
6. X4 (satıcı), lizinq alan və lizinq verən arasında ##.##.2022-ci il tarixdə “Lizinq obyektinin alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı, lizinq alan tərəfindən seçilmiş “BMW 525” minik markalı, WBADT41003G003956 ban nömrəli, buraxılış ili 2002-ci il olan parlaq ağ rəngli nəqliyyat vasitəsini lizinq verənə (alıcıya) 26000 manata satmağı, alıcı (lizinq verən) isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edib razılaşdırılmış məbləği satıcıya ödəməyi, lizinq alan nəqliyyat vasitəsini lizinqə qəbul etməyi öhdələrinə götürmüşlər.
7. “BMW 525” minik markalı, WBADT41003G003956 ban nömrəli, buraxılış ili 2002-ci il olan parlaq ağ rəngli nəqliyyat vasitəsi ** JL *** dövlət qeydiyyat nişanı təhkim olunmaqla ##.##.2022-ci il tarixdə “Bank Olmayan Kredit Təşkilkatı İDK” MMC-nin adına qeydiyyata alınmışdır.
8. ##.##.2022-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir ki, lizinq obyekti lizinq alan tərəfindən təhvil alınmışdır, lizinq alan lizinq obyektinin müqavilə şərtlərinə uyğun olduğunu, onda nasazlıqolmadığınıtəsdiqedir.
9. Lizinq verənin təqdim etdiyi hesabdan çıxarışa görə, ##.##.2022-ci il tarixli IF/***** nömrəli müqavilə üzrə ##.##.2023-cü il tarixdə 400 manat məbləğində lizinq ödənişi edilmiş, həmin ödənişin316,08manatıəsasborcdan,83,92manatıfaizborcundansilinmişdir.
10. Lizinq verənin baş mühasibi tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, lizinq alanın ##.##.2022-ci il tarixli IF/***** nömrəli müqavilə üzrə 19683,92 manat əsas, 4818,69 manat faiz, 252,17 manat cərimə borcu olmaqla cəmi 24754,78 manatborcuvardır.
11. “BMW 525” minik markalı, WBADT41003G003956 ban nömrəli, buraxılış ili 2002-ci il olanavtomobilədairlizinqalanaetibarnaməvəyayolvərəqəsiverilməmişdir.
12. Lizinq verən tərəfindən ##.##.2024-cü il tarixdə lizinq alana xəbərdarlıq məktubu ünvanlanmış,lizinqmüqaviləsiüzrə19580,22manatborcunödənilməsitələbolunmuşdur.
13. Allahverdiyev Camal Qabil oğlu Bakı şəhəri Binqədi rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, “##.##.2022-ci il tarixdə “BMW” markalı avtomobili “İDK” lizinq firmasından almışdım, lakin ödənişi ödəyə bilmədiyim üçün avtomobil geri alınmışdır. Təxminən 2 ay sonra avtomobili Biləcəridə servisdə gördüm, öz avtomobilimə bənzətdim, yaxınlaşıb baxmaq istəyəndə Taleh adlı şəxs avtomobili 2500 manata aldığını dedi. Avtomobilin ban nömrəsinə baxanda mühərrik hissədə qeyd olunan ban nömrəsindən açıq-aşkar gördüm ki, üzərində yeni nömrə**EM***dövlətqeydiyyatnişanıiləəvəzolunmuşdur”.
14. Orucov Taleh Qara oğlu Bakı şəhəri Binqədi rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, “...avtomobili əzik vəziyyətdə almışam və təmir etdirmişəm, maşında olan sənədlər vənömrələrhamısıözqaydasındadır”.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindəki icraat
15. “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2022-ci il tarixli IF/***** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 19 683,92 manat əsas, 4818,69 manat mükafat məbləği, 252,17 manat cərimə olmaqla ümumilikdə 24 754,78 manat lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 164,26 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, lizinq obyekti olan “BMW 525” markalı ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınıb geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında ##.##.2022-ci il tarixdə IF/***** saylı, 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, “BMW 525” minik markalı ** JL *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Lizinq obyekti cavabdehə təhvil verildikdən sonra cəmi 400 manat ödəniş edilmişdir, artıq on yeddi aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdehin ##.##.2024-cü il tarixinə olan əsas borcu 19 683,92 manat, faiz borcu 4818,69 manat, cərimə borcu 252,17 manat, cəmi borcu24754,78manattəşkiledir.
17. Cavabdehin nümayəndəsi (vəkili) iddiaçının təqdim etdiyi sənədlərdəki imzaların cavabdehə məxsus olmadığını bildirdiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim olunmuş “BOKT İDK” MMC ilə Cavabdeh arasında bağlanmış IF/***** nömrəli ##.##.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsində; X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İsmayılov Vüsal Hüseyn oğlu ilə “BOKT İDK” MMC arasında bağlanmış IF/***** nömrəli ##.##.2022-ci il tarixli lizinq obyektinin alqısatqı müqaviləsində; IF/***** nömrəli ##.##.2022-ci il tarixli daxili lizinq müqaviləsinə * saylı əlavədə; IF/***** nömrəli ##.##.2022-ci il tarixli daxili lizinq müqaviləsinə * saylı əlavədə olan “Bağırov” əlyazmaları və Cavabdeh adından olan imzalar Cavabdeh tərəfindən icra olunmuşdur”.
18. Məhkəmənin şahid qismində dindirdiyi Allahverdiyev Camal Qabil oğlu ifadəsində bildirmişdir ki, “lizinq obyekti olan avtomobili 2020-ci ildə alıb 7 ay sürdükdən sonra satmış, 1 il sonra həmin avtomobili elanda görüb yenidən almış, lakin kredit borcu olduğundan avtomobili İbrahim adlı şəxsə 16700 manata, sonuncu isə banka satmışdır. Sonradan avtomobili tanışları görüb ona məlumat vermiş, gedib avtomobilə baxdıqda onun ban nömrəsinin dəyişdirildiyini görmüş, bu barədə Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdir. Onda olan məlumata görə, avtomobilhazırdaBəşiradlışəxsdədir”.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ##.##.2022-ci il tarixli IF/***** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 19 683,92 manat əsas borc, 4818,69 manat faiz borcu, 100 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 163,25 manatın tutularaq “BOKT İDK” MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 19,2 manatının “BOKT İDK” MMC-dən, 80,8 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzininhesabınaödənilməsiqətolunmuşdur.
20. Məhkəmə müəyyən etmişdir ki, buna dair akt olmasına baxmayaraq, iddiaçı lizinq obyekti olan avtomobilin cavabdehə təhvil verildiyini və avtomobilin onda olduğunu sübut edə bilməmişdir.
21. Məhkəmə həmçinin xüsusi qərardad çıxarmış, lizinq obyekti olan “BMW 525” minik markalı ** JL *** dövlət nömrə nişanlı avtomobilə dair ##.##.2022-ci il tarixli IF/***** saylı Daxili maliyyə lizinqi müqaviləsinin bağlanması zamanı cinayətin əlamətlərinin olması barədə AzərbaycanRespublikasıBaşProkurorluğunaməlumatverilməsiniqəraraalmışdır.
22. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunmasıbarədəyeniqətnaməçıxarılmasınıxahişetmişdir.
b) Bakı Apellyasiya Məhkəməsində birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. İş materialları ##.##.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) daxilolmuşdur.
c) Bakı Kommersiya Məhkəməsində icraat
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh və onun nümayəndəsi (anası) iddia tələbinə etiraz edərək bildirmişlər ki, cavabdehin dostu Vüsal Hüseynov cavabdehdən nəqliyyat vasitəsinin iddiaçıdan alınmasına kömək göstərilməsini xahiş etmiş, cavabdeh iddiaçıya yaxınlaşaraq 2 sənədə imza etmiş, lakin nəqliyyat vasitəsi faktiki olaraq cavabdehə təqdim edilməmiş, ban nömrəsi dəyişdirilərək ayrı-ayrı şəxslər tərəfindən istifadə olunmuşdur.Hazırdanəqliyyatvasitəsininharadaolmasıcavabdehəməlumdeyildir.
26. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, əsas borc üzrə 19 683,92 manat, mükafat borcu üzrə 4818,69 manat, cərimə borcu üzrə 252,17 manat olmaqla, ümumilikdə 24 754,78 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manatın Cavabdeh tutulub “BOKT İDK” MMC-nə ödənilməsi, ekspertiza xərci olaraq 127 manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzininhesabınaköçürülməsiqətolunmuşdur.
27. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
İddiaçı ilə cavabdeh arasında ##.##.2022-ci il tarixli IF/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş “BMW 525” minik markalı, WBADT41003G003956 ban nömrəli, buraxılış ili 2002-ci il olan parlaq ağ rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti 26000 manat təşkil etmiş, həmin məbləğin 6000 manatı avans qaydasında ödənilmiş, lizinq obyekti 20000 manat qalıq dəyəri, 12978,73 manat lizinq verənin mükafat məbləği olmaqla 36 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq obyekti cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə təhvil alınmış, lizinq alan lizinq obyektinin müqavilə şərtlərinə uyğun olduğu, onda nasazlıq olmadığını təsdiq etmişdir. ##.##.2022-ci il tarixli IF/***** nömrəli müqavilə üzrə ümumilikdə 400 manat məbləğində lizinq ödənişi edilmişdir.
İddiaçı ##.##.2022-ci il tarixli IF/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 19 683,92 manat əsas, 4818,69 manat mükafat məbləğinin tutulmasını tələb edir.
Cavabdeh iddiaya etiraz edərək ##.##.2022-ci il tarixli IF/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsini dostunun təkidi ilə bağladığını, lizinq obyektini əldə etmədiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.
##.##.2022-ci il tarixli IF/***** nömrəli daxili lizinq müqaviləsinin 2.3-cü bəndinə görə, lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür.
Göründüyü kimi, ##.##.2022-ci il tarixli IF/***** nömrəli daxili lizinq müqaviləsində də lizinq verənin lizinq obyektini lizinq alana verməsi, lizinq alanın lizinq ödənişlərini icra etməsi, buna müvafiq olaraq da lizinq alanın nəqliyyat vasitəsinə mükiyyət hüququnu əldə etməsi şərtləşdirilmişdir. Başqa sözlə, lizinq ödənişlərinin tam icra edilməsi lizinq verən üçün nəqliyyat vasitəsini lizinq alanın mülkiyyətinə vermək öhdəliyi doğurur.
Hazırda isə iddiaçı lizinq verən kimi bütün lizinq müddəti üçün lizinq ödənişlərini tələb etsə də (əsas borc üzrə), yəni müqavilənin məcburi icrasını irəli sürsə də, öz qarşılıqlı icrasından imtina edərək nəqliyyat vasitəsinin qaytarılması tələbini də ifadə etmişdir.
Mülki Məcəllənin ümumi normalarına müvafiq olaraq 748-1.12-ci maddədə nəzərdə tutulmuşdur ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
Məhkəmə qeyd edir ki, lizinq obyektini almaq lizinq verənin kreditor kimi lizinq müqaviləsinin ləğv edilməsi hüququnu realizə etdiyi halda irəli sürülməsi mümkün tələbdir. Çünki lizinq münasibətləri kimi icrası davamlı olan öhdəliklərdə müqavilənin ləğvi sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Bu səbəbdən də kreditorun lizinq obyektini mülkiyyətə vermək öhdəliyi də xətm edilmiş hesab olunur.
Hazırda isə, qeyd edildiyi kimi, iddiaçı müqaviləni ləğv etməmiş, müqavilənin məcburi icrasını – bütün lizinq ödənişlərini tələb etmişdir. Bu isə lizinq obyektinin qaytarılması hissəsində iddiaçının tələbini əsassız edir, çünki lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilmədiyindən lizinq obyektini lizinq alanın mülkiyyətinə vermək öhdəliyi iddiaçı üçün qüvvədir. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı qalan lizinq müddəti üçün mükafat məbləğini tələb etmək hüququnu da özündə saxlayır.
Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ** JL *** dövlət qeydiyyat nişanlı “BMW 525” minik markalı avtomobilin (lizinq obyektinin) cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması hissəsində iddia təmin edilməməlidir.
Məhkəmə lizinq ödənişlərinə münasibətdə qeyd edir ki, ##.##.2022-ci il tarixli IF/***** nömrəli razılaşmaya əlavə olan * saylı ödəniş qrafikindən görünür ki, ## ###### 2023cü il tarixdən ## ###### 2025-ci il tarixədək 20 000 manat əsas məbləğ, 12 978,73 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır. Lizinq alan tərəfindən ## ###### 2023-cü il tarixdə ümumilikdə 400 manat ödəniş edilmiş, həmin ödənişdən 316,08 manat əsas məbləğinə, 83,92 manat faiz məbləğinə silinmişdir.
Belə olan halda, ##.##.2022-ci il tarixli IF/***** nömrəli daxili lizinq müqaviləsi üzrə borc məbləği 19 683,92 manat əsas, 4818,69 manat mükafat məbləği təşkil edir.
Lizinq müqaviləsi üzrə cərimənin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alınaraq cərimə məbləğinin 252,17 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
Məhkəmə həmçinin qeyd edir ki, daxili lizinq müqaviləsi, o cümlədən ona ** nömrəli əlavə olan təhvil-təslim aktı cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Bu mənada cavabdehin öz imzası ilə təhvil aldığını təsdiq etdiyi nəqliyyat vasitəsini əldə etmədiyini bildirməsi həqiqəti əks etdirmir.
Məhkəmə hesab edir ki, cavabdehlə hər hansı üçüncü şəxs arasında iddiaçının iştirakı olmadan yaranan şifahi və ya yazılı müqavilə münasibətləri iddiaçı üçün hər hansı vəzifəyə (öhdəliyə) səbəb ola bilməz. Bu mənada cavabdehin nəqliyyat vasitəsini digər üçüncü şəxlərə verməsi, sonuncularla razılığa gəlməsi iddia tələbinin rədd edilməsi üçün əsas qismində çıxış etmir.
28. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 441.1-ci, 441.4-cü, 462.1-ci, 467-ci, 748-1.12-ci, 748-2.5-ci, 748-10.1-ci maddələrinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərarına istinad etmişdir.
29. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdılr: “X2 2020-ci ilin sonlarında məni “Bank olmayan Kredit təşkilatı İDK” MMC-nin əməkdaşları olan İlqar Dəmirov və X5 ilə tanış etmiş, onlarla bir müddət ünsiyyətdə olandan sonra münasibət yaranmışdır. “BOKT İDK” MMC-nin əməkdaşları mənim etibarımdan sui-istifadə edib formal olaraq lizinq müqaviləsinin imzalanmasını təklif edərək bunun müqabilində mənə 100 manat pul verəcəklərini vəd etmişlər və həmin müqavilə üzrə heç bir öhdəlik və məsuliyyətin olmamasını bildirmişlər. Mən həmin şəxslərə inanaraq onlar tərəfindən təqdim edilmiş sənədlərə imza atdım və bunun müqabilində mənə 100 manat pul verdilər. Həmin hadisədən 2 il keçdikdən sonra “BOKT İDK” MMC mənə qarşı iddia qaldırandan sonra məlum oldu ki, ##.##.2020-ci il tarixdə imzaladığım lizinq müqaviləsinə əsasən guya “BMW 525” minik markalı, buraxılışı 2002-ci il olan, parlaq ağ rəngli, ban nömrəsi WBADT41003G003956 və mühərrik həcmi 2500 olan avtomobil guya 26 000 (iyirmi altı min) manata mənə satılmış və təhvil aktına görə guya mən həmin maşını təhvil almışam. Məhkəmənin nəzərinə çatdırıram ki, sözügedən nəqliyyat vasitəsi ümumiyyətlə mənə təhvil verilməmiş, həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün mənə etibarnamə belə verilməmişdir. Bakı Kommersiya Məhkəməsi, ekspert rəyini birbaşa araşdırmamış, təkrar və ya əlavə ekspertiza təyin etməmişdir. İş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin icraatında olan zaman əldə edilmiş sübutun yeni məhkəmə tərkibi tərəfindən birbaşa araşdırılmadan əsas sübut kimi qəbul edilməsi prosessual hüquq normalarının açıq pozuntusudur. Bu pozuntu özü-özlüyündə qətnamənin ləğvi üçün kifayət edən müstəqil əsasdır. Məhkəmə yalnız imzanın mənə məxsus olmasına əsaslanmışdır. Halbuki mübahisənin predmeti imza deyil, lizinq obyektinin faktiki təhvil verilib-verilməməsidir. Avtomobilin faktiki olaraq kim tərəfindən istifadə edildiyini, mənim istifadəmin təmin olunub-olunmadığını, üçüncü şəxs və ya şəxslərin buna dair hüquqi əsasını araşdırmamışdır. Məhkəmə real vəziyyəti yox,formalsənədiəsasgötürmüşdür.”
Apellyasiya şikayətinə qarşı etiraz
30. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərilmiş, şikayətin təmin olunmaması,qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişedilmişdir.
Apellyasiya baxışı, izahatlar
31. Məhkəmə iclaslarında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə nümayəndəsiniməhkəməyəgöndərməmişdir.
32. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Kamranın və onun ümumi tanışları olan “Bank Olmayan Kredit Təşkilkatı İDK” MMC-nin Məhəmməd adlı işçisi onlara, adlarına lizinq yolu ilə bir-neçə günlük avtomobil rəsmiləşdirilməsini təklif etmiş, bunu lizinqin yalnız VÖEN-i olan şəxslərlə mümkün olacağı ilə izah etmişdir. Kamran da bu təklifi qəbul edib lizinq müqaviləsini imzalamış, lakin avtomobil ümumiyyətlə ona verilməmiş, o, heç avtomobili görməmişdir. Bu məsələyə görə Kamrana pul verilib-verilmədiyini bilmir, amma avtomobilin Kamrana təhvil verilmədiyindən, onun heç vaxt həmin avtomobili idarə etmədiyindən əmindir. Avtomobil əvvəldən Camal adlı şəxsin istifadəsində olmuşdur, onda olan məlumata görə hazırda Bəşir adlı qazinin istifadəsindədir. “İDK” MMC bu cür əməliyyatı sadəcə Kamranla həyata keçirməyib, onun özü ilə də, habelə 15-16 nəfər başqa şəxslərlə də belə saxta əməliyyat aparılıb. Şikayətlər əsasında Məhəmməd dəfələrlə hüquq-mühafizə orqanlarında dindirilib, hazırda Məhəmməd “İDK” MMC-də yox, başqa lizinq şirkətində işləyir və orada da eyni qanunsuz işlərlə məşğuldur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.
34. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
35. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlərbirtərəflivəmüqaviləşəklində(ikitərəflivəyaçoxtərəfli)olabilər.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsızəqdlərmübahisəedilənəqdlərvəyaəhəmiyyətsizəqdlərolabilər.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağaməcburolduğuəqd(ağırşərtliəqd)zərərçəkəntərəfindənmübahisələndiriləbilər.
39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnızgörünüşüçünbağlanmışəqddir.Uydurmaəqdəhəmiyyətsizdir.
40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkənəslindənəzərdətutduqlarıəqdəaidolanqaydalartətbiqedilir.
41. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtinməzmunununbuMəcəllədəgöstərildiyihallaristisnatəşkiledir.
42. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaradətlərəvəyaadətənirəlisürüləndigərtələblərəmüvafiqsurətdəhərəkətetməlidir.
43. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alanmüəyyənləşdirilmişdövrilikləmuzdödəməyəborcludur.
44. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəayoxdursa,lizinqalanınlizinqpredmetiniəldəetməyəixtiyarıçatır.
45. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinqverənəondanaldığıvəziyyətdə(halda)qaytarmalıdır.
46. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinqverəninmülkiyyətidir.
47. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıqödəmirsə.
48. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmişdigərxərclərnəzərəalınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.
52. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübutaehtiyacıyoxdur.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
58. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının predmetini qətnamənin qismən – iddia tələbinin təmin olunan hissəsi üzrə yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına baxmayaraq, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, cavabdehisəyalnıziddianıntəminolunanhissəsinimübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
59. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququntətbiqedilməsindəsəhvburaxmışdır.
60. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları vəhüquqiəsasıaraşdırılmalıdır.
61. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
62. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktikitərkibiadlananfaktlarınməcmusunaistinadənqəbuledir.
63. Yuxarıda qeyd olunduğu kimi, ##.##.2022-ci il tarixdə tərəflər arasında lizinq müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı, cavabdehin seçdiyi “BMW 525” markalı avtomobili satın alaraq onu lizinq yolu ilə cavabdehə istifadəyə verməyi öhdəsinə götürmüş, lizinq obyektinin ümumi dəyəri 26 000 manat, ilkin ödəniş 6000 manat, qalan 20 000 manat isə əsas borc kimi müəyyənləşdirilmiş, lizinq verənin mükafatı 12 978,73 manat razılaşdırılmış, lizinq obyektinin saz vəziyyətdə cavabdehə təhvil verildiyinə dair təhvil-təslim aktı tərtib olunmuş, hazırkı dövrədəkcəmi400manatlizinqödənişihəyatakeçirilmişdir.
64. İddiaçı cavabdehdən 19 683,92 manat əsas, 4818,69 manat mükafat məbləği, 252,17 manat cərimə olmaqla ümumilikdə 24 754,78 manat lizinq borcunun xeyrinə tutulmasını, habelə lizinq obyektinin cavabdehdən alınıb geri qaytarılmasını tələb edir; cavabdeh isə müqavilənin formal bağlandığını, lizinq obyektinin ona faktiki olaraq təhvil verilmədiyini, avtomobildən istifadə etmədiyini, ona nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmədiyini irəli sürməklə iddianınəsassızolduğunubildirir.
65. Buna görə də kollegiya, ilk növbədə cavabdehin həmin dəlilinə, yəni onunla iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətli müqavilə olub-olmadığı məsələsinə qiymət verməyi zəruri hesab edir; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarənöztəsirvənəticələrinigöstərir”.
66. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının (§ 35-40) mənasına görə, hər hansı əqdin (o cümlədən lizinq müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu,əqdinformavəməzmunununqanunvericiliyintələblərinəuyğunolmasıvacibdir.
67. İşin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsini lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmayan müqavilə kimi qiymətləndirmək mümkün deyildir; onların arasında iradə və onun bildirilməsi vahidliyinin olub-olmaması məsələsi ilə bağlı isə qeyd olunmalıdır ki, cavabdehin irəli sürdüyü və iddiaçı tərəfindən mötəbər sübutlarla təkzib olunmayan arqumentdən müvafiq iradənin olmadığı qənaətinə gəlmək mümkündür – çünkü müəyyən olunur ki, tərəflər öz aralarında lizinq münasibətlərinin yaranması niyyətində olmamışlar. Nəzərə alınmalıdır ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər. İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Belə ki, uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər (§ 39, 40). Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi uydurma əqd olmuşdur – çünkü onlar,həminəqdinümumiyyətləhüquqinəticələryaratmayacağıbarədəsövdələşmişlər.
68. Digər tərəfdən qeyd edilməlidir ki, həmin müqavilə etibarlı hesab olunsa belə, iddia tələbininəsaslıhesabolunmasımümkündeyildir.
69. Belə ki, lizinq münasibətlərinin mahiyyəti baxımından lizinq alanın lizinq ödənişləri üzrə öhdəliyi, lizinq verənin lizinq obyektini onun sahiblik və istifadəsinə verməsi ilə qarşılıqlı surətdə bağlıdır. Buna görə də lizinq verənin pul tələblərinin əsaslı hesab olunması üçün ilk növbədə lizinq obyektininlizinqalanafaktikiolaraqtəhvilverilməsimüəyyənedilməlidir.
70. İddiaçı bu halın təsdiqi üçün lizinq müqaviləsinə və ##.##.2022-ci il tarixli təhvil-təslim aktına istinad etmiş, lakin cavabdeh ardıcıl olaraq bildirmişdir ki, nəqliyyat vasitəsini faktiki təhvil almamış, avtomobildən istifadə etməmiş, avtomobilin idarə olunması üçün ona etibarnamə verilməmişvəümumiyyətləlizinqobyektindənistifadəetməkimkanıəldəetməmişdir.
71. İş materiallarında nəqliyyat vasitəsinin faktiki olaraq cavabdehə verilməsini, onun tərəfindən istifadə edilməsini, nəqliyyat vasitəsi üzərində faktiki hakimiyyət əldə etməsini və ya avtomobilin cavabdehin istifadəsində olmasını təsdiq edən başqa mötəbər sübutlar mövcud deyildir.
72. Kollegiya qeyd edir ki, təhvil-təslim aktında cavabdehin imzasının mövcudluğu özlüyündə lizinq obyektinin faktiki olaraq onun sahiblik və istifadəsinə verilməsini mübahisəsiz qaydada təsdiq edən sübut hesab edilə bilməz – çünkü məhkəmə sübutları formal əlamətlərə görə deyil, onların həqiqi məzmunu və işin digər halları ilə qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməlidir.
73. Bundan başqa, iş üzrə diqqətəlayiq hal ondan ibarətdir ki, birinci instansiya məhkəməsi lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə tələbi təmin etməmiş, iddiaçı isə bununla razılaşmışdır. Həmin nəticə isə, mahiyyət etibarilə lizinq obyektinin cavabdehin faktikisahibliyindəolmasınınmüəyyənedilmədiyinigöstərir.
74. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən də iddiaçının nümayəndəsi avtomobilin idarə olunması üçün cavabdehə etibarnamə verilmədiyini təsdiq etmiş, həmin qətnamə ilə avtomobilin cavabdehə təhvil verilmədiyi müəyyən olunsa da, iddiaçı qətnamədənşikayətverməmişdir.
75. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə dindirilmiş şahidlər də Cavabdehla müqavilənin formal bağlandığını, avtomobilin faktiki olaraq ona verilmədiyini, avtomobilin ban nömrəsinin sonradandəyişdirildiyinivəbaşqabirşəxsinistifadəsindəolduğunubildirmişlər.
76. Belə olan halda, lizinq obyekti üzrə lizinq münasibətlərinin tam şəkildə icra olunduğunu və cavabdehin lizinq ödənişləri üzrə borcu yarandığını qəbul etmək mümkün deyildir - birinci instansiya məhkəməsinin gəldiyi nəticələr bu hissədə bir-biri ilə uzlaşmır və qətnamənin əsaslandırılmasındadaxiliziddiyyətyaradır.
77. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunuiləmüəyyənolunur.
78. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdəhəminhallarişinmübahisəsizhallarınaaidedilir.
79. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınmasıbaşadüşülür.
80. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər.
81. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-cimaddəsinintəsirialtınadüşənhallaraidedilir.
82. Hazırkı işdə cavabdeh əvvəldən etibarən lizinq obyektinin ona təhvil verilmədiyini irəli sürdüyündən, məhz bu hal sübutetmənin predmetini təşkil etmiş, lizinq obyektinin cavabdehə faktiki təhvil verildiyini və bununla da lizinq müqaviləsindən irəli gələn öz əsas öhdəliyini icra etdiyinisübutetməkvəzifəsiisəiddiaçınınüzərinədüşmüşdür.
83. Lakin iddiaçı həmin halları təsdiq edən kifayət qədər sübutlar təqdim etməmiş, apellyasiya baxışı zamanı da prosesə maraq göstərməyərək cavabdehin etirazlarına münasibət bildirməmiş,onlarıntəkzibiüçünəlavəsübutlartəqdimetməmişdir.
84. Kollegiya bir daha qeyd edir ki, cavabdehin müqaviləni və təhvil-təslim aktını imzalamış olması, lizinq obyektinin faktiki təhvil verilməsi faktının ayrıca sübut edilməsi zərurətini (bununla bağlımübahisəyarandığızaman)aradanqaldırmır.
85. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının pul tələblərinin əsasında duran hüquqi faktlar sübuta yetirilməmişdir və lizinq obyektinin cavabdehin sahiblik və istifadəsinə verilməsi müəyyən edilmədiyindən cavabdehdən əsas borcun, mükafat məbləğinin vəcərimənintutulmasıüçünhüquqiəsaslarmövcuddeyildir.
86. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalı, ekspertiza tədqiqatının dəyəri olan 127 manat cavabdehdən alınıb müvafiq hesaba köçürülməlidir (müvafiq hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır). Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasınabağlıdeyildir.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Apellyasiyaşikayətiqisməntəminedilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi “əsas borc üzrə 19 683,92 manat, mükafat borcu üzrə 4818,69 manat, cərimə borcu üzrə 252,17 manat olmaqla, ümumilikdə 24 754,78 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manatın Cavabdeh tutulub “BOKT İDK” MMC-nə ödənilməsi” hissələrindələğvolunsunvəhəminhissədəyeniqətnaməçıxarılsın. “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin Cavabdeh qarşı “##.##.2022-ci il tarixli IF/***** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 19 683,92 manat əsas, 4818,69 manat mükafat məbləği, 252,17 manat cərimə olmaqla ümumilikdə 24 754,78 manat lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 164,26 manat dövlət rüsumunun cavabdehdənxeyrinətutulması”tələbitəminolunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləritərəflərinözlərinəaidedilsin. Qətnamə “ekspertiza xərci olaraq 127 manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzininhesabınaköçürülməsi”hissəsindədəyişdirilmədənsaxlanılsın. Qətnamədən “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə AzərbaycanRespublikasıAliMəhkəməsinəkassasiyaşikayətiveriləbilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov