Məhkəmə qərarları › İş №2-2(3-6)-319/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-319/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-319/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun tutulması və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. IŞIN HALLARI

1. Alıcı qismində “xxxx” MMC ilə satıcı qismində X2 arasında ##.##.2022-ci il tarixli, *** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 7-ci maddəsində göstərilmiş əşyanın (bundan sonra “əmlak” adlandırılacaqdır) alıcıya satılmasını, alıcı isə həmin Əmlakın bu müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qiymətinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 27000 manat təşkil edir. Həmin müqavilənin 7-ci bəndində əmlakın təsviri - Audi A5 – minik, tip – sedan, rəngi – ağ, buraxılış ili – 2013, BAN – WAUZZZ8T7EA027839 qeyd edilmişdir.

7. Lzinq verən qismində “xxxx” MMC ilə lizinq alan qismində Cavabdeh arasında ##.##.2022-ci il tarixli, *** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

1.1-ci bəndinə əsasən lizinq verən Audi A5 – minik, tip – sedan, rəngi – ağ, buraxılış ili – 2013, BAN – WAUZZZ8T7EA027839 olan avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdrilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür; 1.2-ci bəndinə əsasən lizinq alanın ilkin öhdəliyi 27000 manat müəyyən edilir; 1.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzinə lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir; 3.1-ci bəndinə əsasən hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki müqavilənin ayrılmaz tərkib hissəsi olan * saylı əlavəsində göstərilir; 4.3.3-cü bəndinə əsasən lizinq alan bu Müqavilədə nəzərdə tutulan, yaxud qanunvericiliklə üzərinə düşən vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə lizinq müqaviləsinə birtərəfli qaydada xitam vermək və pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq; 4.3.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748- 1.12-ci maddəsində müəyyən edilmiş hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək lizinq verənin hüquqlarına aid edilmişdir; 5.1-ci bəndinə əsasən lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir; 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,10 faizi həcmində cərimə ödəməlidir. Müqavilə tərəflərin imzası və “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir; 6.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 6.3-cü bəndə əsasən lizinq alan tələbi aldığı gündən 7 iş günü ərzində lizinq obyektini könüllü qaytarmaqdan imtina etdikdə, lizinqverənin hüququ varki, nümayəndələri vasitəsidə lizinq obyektinin kimdə və harada olmasından asılı olmayaraq lizinq verənə geri qaytarılmasına dair müvafiq icraatı yerinə yetirsin. Bu halda lizinq alanın və lizinq obyektinin istifadəçisi olan digər şəxslərin razılığı tələb olunmur.

3. Lizinq verən qismində “xxxx” MMC ilə lizinq alan qismində Cavabdeh arasında ##.##.2022-ci il tarixli, *** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə * saylı əlavə olan ödəniş cədvəlinin məzmunundan müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə ##.##.2025-ci il tarixinə ümumilikdə 27000 manat əsas, 11646,53 manat faiz borcunun ödəməsi barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın məzmunundan müəyyən olunur ki, “Audi A5” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Əsədov Ilqar tərəfindən “xxxx” MMCyə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

5. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh lizinq müqaviləsi üzrə 4458,1 manat əsas borc, 4938,75 manat faiz borcu və 961,92 manat cərimə olmaqla, ümumilikdə 10358,77 manat borcu vardır.

6. ASC “Xalq Bank” tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan görünür ki, ##.##.2022-ci il tarixdə “xxxx” MMC-nin hesabına Cavabdeh tərəfindən 800 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

7. “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli pretenziya məktubunda deyilir ki, sizinlə “X1” MMC arasında ##.##.2022-ci il tarixdə *** saylı “daxili lizinq” müqaviləsi bağlanmışdır. *** saylı “Daxili Lizinq müqavilə”nin 2.1-ci bəndinə görə lizinq obyekti lizinq alana 36 ay müddətinə lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır və lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Həmin müqavilənin 4.3.4-cü bəndinin tələbinə əsasən lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilə bilər. Hazırda Cavabdeh tərəfindən yuxarıda qeyd edilmiş müqavilənin şərfləri pozulmuş və lizinq ödənişləri iki dəfədən artıq həyata keçirilməmişdir. Bununla Cavabdeh “Daxili lizinq müqavilə”sinə əsasən maliyyə sanksiyaları tətbiq edilərək həmin müqaviləyə bir tərəfli qaydada xitam verilmişdir. Müvəqqəti lizinqə verilmiş “Audi A5” markalı, şassi nömrəsi WAUZZZ8T7EA027839 olan avtomobil “X1” MMC tərəfindən mübahisəsiz geri almaq hüququndan istifadə etmişdir. Daxili lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borc, faiz borcu və cərimə məbləğlərinin Cavabdeh məcburi tutulması ilə bağlı müvafiq məhkəmə orqanlarına müraciət olunacaqdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “X1” MMC qarşısında olan borcunuzu 3 gün ərzində ödəyəməyiniz xahiş olunur.

Birinci instansiya məhkəməsindəki icraat

8. Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC ilə Cavabdeh arasında ##.##.2022-ci il tarixdə bağlanmış *** saylı daxili lizinq müqaviləsi və əlavələrin ləğv edilməsi, Cavabdeh 4458,10 manat əsas borc, 4938,75 manat faiz borcu, 961,92 manat cərimə borcu və 121,07 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10479,84 manat məbləğində pul vəsaitinin “X1” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 5.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.10 % hesablanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinə əsasən lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. ## ####### 2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən Audi A5 markalı, **-PN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin yeri müəyyən edilərək, Cəmiyyətə təhvil verilmişdir. Avtomobili təhvil alan zaman müəyyən olunmuşdur ki, avtomobilə ciddi ziyan dəymişdir. Daxili lizinq müqaviləsinin 4.2.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamalıdır. Avtomobil təhvil alınan zaman yararsız vəziyyətdə və evakuatorun köməyi ilə duracağa gətirilmişdir.

10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdur.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */***** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış və lizinq ödənişləri cədvəli məlumatlarına əsasən, Cavabdeh ilə “X1” MMC arasında bağlanmış ##.##.2022-ci tarixli *** saylı daxili lizinq müqaviləsi üzrə lizinq verənə ödənilməli olan lizinq borcu - ##.##.2023-cü il tarixə əsas borc üzrə 7156,79 manat; mükafat borcu üzrə 5908,97 manat; ##.##.2024-cü il tarixə əsas borc üzrə 12487,07 manat, mükafat borcu üzrə 8183,33 manat; ##.##.2024-cü il tarixə əsas borc üzrə 14378,78 manat məbləğində müəyyən olunur.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 4458,10 manat (dörd min dörd yüz əlli səkkiz manat on qəpik) əsas borc, 4938,75 manat (dörd min doqquz yüz otuz səkkiz manat yetmiş beş qəpik) faiz borcu, 200 manat (iki yüz manat) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,20 manat (yüz on iki manat iyirmi qəpik) olmaqla, ümumilikdə 9709,05 manat (doqquz min doqquz manat beş qəpik) məbləğində pul vəsaiti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 46,3 manat hissəsi Cavabdeh, 3,7 manat hissəsi isə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501) köçürülməsi qət edilmişdir.

13. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Komersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, borcun və faizlərin yenidən hesablanaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azarbaycan Respublikası MülkiMəcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunanlar Bakı Komersiya Məhkəməsi tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir.Iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksin itapmışdır. Mülki Məcəllənin 551.1-cimaddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Resublikası Mülki Məcəlləsinin 554.3-cü maddəsi MülkiMəcəllənin 554.3-cü maddəsinə əsasən, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gələməməyinin səbəbləri barədə məlumat veməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

19. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

AR Mülki Porsessual Məcəllənin

24. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

26. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qismən (iddia tələbinin təmin olunan borcun məbləği hissəsində) yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2022-ci il tarixli, *** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.

33. Azərbaycan Respublikası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair ##.##.2023-ci il tarixli qərarına əsasən , Mülki Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.Eyni zamanda, mükəlləfiyyətli şəxsin bu müddətlər bitdikdən sonra öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməməsi, belə öhdəliklərin iddia ilə təmin edilməyən natural öhdəlik olmasına dəlalət edir ki, bu da öz növbəsində iddia müddəti institutu üçün xas olan haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddia müddətini kəsici müddətlərdən fərqləndirən əsas meyarlardan biri odur ki, onun keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər.

34. Göründüyü kimi apellyatorun apellyasiya şikayətinin dəlillərində istinad etdiyi MMnin maddlərində nəzərdə tutulan müddətlər kəsici müddət deyil, iddia müddətidir.

35. AR MM-nin 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Işin hallarından göründüyü kimi nə birinci instansiya məhkəməsində icraat zamanı, nə apellyasiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmiş, məhkəmə araşdırmasının predmeti olmamışdır.

37. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin tələb hisəssində borcun və faizlərin yenidən hesablanmasını qeyd etsə də, apellyasiya şikayətinin dəlillərindən borcun və faizlərin hansı hissədə mübahisləndirdiyini qeyd etməmiş, əsaslandırmamışdır.

38. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */***** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış və lizinq ödənişləri cədvəli məlumatlarına əsasən, Cavabdeh ilə “X1” MMC arasında bağlanmış ##.##.2022-ci tarixli *** saylı daxili lizinq müqaviləsi üzrə lizinq verənə ödənilməli olan lizinq borcu - ##.##.2023-cü il tarixə əsas borc üzrə 7156,79 manat; mükafat borcu üzrə 5908,97 manat; ##.##.2024-cü il tarixə əsas borc üzrə 12487,07 manat, mükafat borcu üzrə 8183,33 manat; ##.##.2024-cü il tarixə əsas borc üzrə 14378,78 manat məbləğində müəyyən olunur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir; hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-müəyyən və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mühabisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

42. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar