Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-329/2026 17.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “alğısatqı müqavilələri üzrə borc” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(4-11)-1208/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X3" MMC-dən 32 367,68 manat əsas borcun, 6 538 manat məbləğində hesablanmış cərimənin, 206,72 manat iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 39 112,40 manat məbləğində pulun, Cavabdeh1 MMC-dən 417 504,73 manat əsas borcun, 78 073 manat məbləğində hesablanmış gecikmə faizinin, 785,58 manat iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 496 363,31 manat məbləğində pulun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)-1208/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)-1208/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ölkəyə idxal edilməklə tədarük edilmiş 15 adda ümumi dəyəri ƏDV xaric olmaqla 580870,76 manat olan (ƏDV daxil olmaqla 580870,76+18%=685 427,49 manat) malların hissə-hissə Cavabdeh2 MMC tərəfindən alınmasını təmin etmək məqsədilə onunla bağlanmış xx.xx.2024-cü il tarixli İR-030924 №-li “malların saxlama müqaviləsi”nə əsasən saxlanc üçün ona təhvil verilmişdir. Sonradan hissəli şəkildə ƏDV xaric olmaqla 227053,19 manat dəyərində olan mallar xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən alınmışdır. Cavabdeh2 MMC-nin anbarında olan ƏDV xaric olmaqla 353817,57 manat dəyərində olancavabdeh "xxxx" MMC tərəfindən alınmışdır. Bu barədə sonuncu ilə iddiaçı arasında xx.xx.2025-ci tarixli İR-SHG 0707/25 №-li alğı-satqı müqaviləsi bağlanmış və xx.xx.2025-ci il tarixdə e-qaimə təqdim edilmişdir. Qeyd olunan hadisələrin və sənədlərin xronoloji ardıcıllığından göründüyü kimi, iddia tələbləri "X3" MMCnin sifarişi ilə tədarük edilmiş sonra isə bir hissəsi onun tərəfindən, digər hissəsi isə onun əlaqəli şirkəti tərəfindən alınmış mallarla bağlıdır və bütün mallar cavabdehlər tərəfindən alınanadək “malların saxlama müqaviləsi” əsasında cavabdeh "X3" MMC-nin anbarına təhvil verilmiş və orada olmuşdur. Tərəfindən “malların saxlama müqaviləsi”iddia ilə birlikdə məhkəməyə təqdim edilməmişdir, ona görə ki, bu məsələni çəkişmə prinsipi əsasında məhkəmənin hazırlıq iclasında araşdırılmalı olan məsələ hesab etmişlər. Beləliklə, iddia tələbləri iki cavabdehə qarşı onlarla ayrılıqda bağlanmış alğı-satqı müqavilələri üzrə olsa da, bu tələbləri birləşdirən işin halları və çox ciddi dəlillər vardır. Göstərilənlərə əsasən hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün cavabdehlərə qarşı verilmiş iddiaya bir məhkəmə icraatında baxılmasına ehtiyac vardır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində iki cavabdeh şirkətə qarşı bir-biri ilə əlaqədar olmayan iki tələbi birləşdirmişdir. Belə ki, iddiaçının iddia tələbi Cavabdeh2 MMC-dən xx.xx.2023-cü il tarixli İR011123/AS №-li alğı-satqı müqaviləsi, digər Cavabdeh1 MMC-dən isə xx.xx.2025-ci tarixli İR-SHG 0707/25 №-li alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlıdır. İddiaçı eyni, iddia tələbi alğı-satqı müqaviləsi üzrə olsa da, cavabdehlər və faktiki əsaslar fərqlidir, iddiaçı həmin cavabdehlərə qarşı ayrı-ayrılıqda iddia qaldırmalıdır. Məhkəmə qeyd etmişdir ki, bir cavabdehin göstərişi və ya sifarişi ilə iddiaçının digər cavabdehlə müqavilə bağlayaraq malları satması həmin cavabdehlərə qarşı tələbə bir icraatda baxılması üçün əsas deyildir. Belə ki, həmin cavabdehlər bir-birilərinə zamin durmamış, birgə öhdəlik götürməmişlər. Hər bir borclu öz öhdəliyinə görə kreditor qarşısında ayrıca məsuliyyət daşıyır. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin geri qaytarılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)-1208/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-6)-329/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-329/2026
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver