Məhkəmə qərarları › İş №2-2(3-6)-330/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-330/2026

16.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-330/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- 8283/2025 nömrəli qətnaməsindəncavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, ***- GMC/CSM/** nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi imzalanmışdır.

2. Müqavilənin: 1.1-ci bəndinə əsasən "Satıcı", Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən malları "Alıcı"ya satmağı və "Alıcı" isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürür. 2.6-cı bəndinə əsasən "Alıcı" sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil - təslimdən sonra "Satıcı"ya köçürmə yolu ilə 5 (bes) bank günü ərzində ödəməlidir. "Alıcı" sürətli çatdırılma xidmətindən istifadə etmiş olduğu təqdirdə, bu xidmətin ödənişini də malın dəyərinin ödənilməsi ilə eyni vaxtda həyata keçirir. 4.1.2-ci bəndinə əsasən alıcı müqaviləyə əsasən vaxtında ödəniş etməlidir. 4.1.3-cü bəndinə əsasən əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında "Alıcı"ya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, "Alıcı" hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1%-i həcmində cərimə ödəyəcək.

3. 02 Fevral 2024-cü il tarixli Cavabdeh MMC və İddiaçı QSC arasında imzalanmış ## ###### 2024-cü il tarixli ***-GMC/CSM/** saylı Malların alqı-satqısı haqqında Müqaviləyə Əlavə № А85-01- imzalanmışdır. Əlavənin 2-ci bəndinə əsasən təchiz olunacaq Malların ümumi dəyəri bütün vergilər və çatdırılma xərcləri daxil olmaqla cəmi 38498,95 (otuz səkkiz min dörd yüz doxsan səkkiz manat, doxsan bes qəpik) AZN təşkil edir. Əlavənin 3-cü bəndinə əsasən mallar 40-45 iş günü ərzində Satıcı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, Alıcıya məxsus anbara çatdırılaraq təhvil veriləcəkdir. 4-cü bəndinə əsasən Ödəmə şərti : 50% avans ödənişi, 50% məhsulun təhvil verildiyi zaman.

4. 20 Iyun 2024-cü il tarixli Cavabdeh MMC və İddiaçı QSC arasında imzalanmış ## ###### 2024-cü il tarixli ***-GMC/CSM/** saylı Malların alqı-satqısı haqqında Müqaviləyə Əlavə № A**-02-imzalanmışdır. Əlavənin 2-ci bəndinə əsasən təchiz olunacaq malların ümumi dəyəri bütün vergilər və çatdırılma xərcləri daxil olmaqla cəmi 16701,52 (on altı min yeddi yüz bir dollar, əlli iki sent) USD təşkil edir.

5. ## ###### 2024-cü il tarixli təhvil -təslim aktına əsasən Əlavə № A**-02 ilə qiyməti razılaşdırılmış 37 ədəd ehtiyat hissələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir.

6. 20 Noyabr 2024-cü il tarixli təhvil -təslim aktına əsasən Əlavə № A**-01 ilə qiyməti razılaşdırılmış 01 ədəd ehtiyat hissəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir.

7. ##.##.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən ##.##.2025-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı QSC-yə kreditor borcunun məbləği 63391,53 manat təşkil edir.

8. Təhvil verilmiş mallar üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə MT2408 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 28 392,58 manat, MT2408 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 38 498,95 manat olan elektron qaimə -fakturalar göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə “xxxx" MMC arasında bag lanmış ##.##.2024-cü il tarixli, 007- GMC/CSM/** nömrəli ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən yaranmış 63 391 (altmış üç min üç yüz doxsan bir) manat, 53 (əlli üç) qəpik əsas borcun, 23 609 (iyirmi üç min altı yüz doqquz) manat, 75 (yetmiş beş) qəpik cərimə məbləğinin, 320 (üç yüz iyirmi manat) vəkil xərcinin, iddia ərizəsinə görə ödənilmiş 352 (üç yüz əlli iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, ***-GMC/CSM/** nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin mu qavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Mu qavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə go stərilmiş malları “Alıcı”ya satmag ı və “Alıcı” isə o z no vbəsində bu mallar u çu n razılaşdırılmış qiyməti o dəməyi o hdəsinə go tu ru r. Ehtiyat hissələrinin satışı müqaviləsinin 3-cü maddəsinə əsasən “Satıcı” “Alıcı”-nı istifadəyə uyğun mallarla təmin etməli, eləcə də həmin müqavilənin 4-cü maddəsinə əsasən “Alıcı” isə öz növbəsində müqaviləyə əsasən təqdim edilmiş malları qəbul etməli və vaxtında ödəniş etməlidir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən sifarişin əlavədə göstərilmiş dəyərinin 100 % hissəsini təhvil -təslimdən sonra Satıcıya köçürmə yolu ilə 5 (beş) bank günü ərzində ödəməli idi. Müqavilə üzrə razılaşdırılmış mallar ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli təhvil təslim aktlarına əsasən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Hazırkı vəziyyətdə isə iddiaçı olaraq üzəri nə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə yalnız 3 500 manat ödəniş edilmiş və ödənişlər bugünədək tam şəkildə həyata keçirilməmişdir. So zu gedən mu qaviləyə və müqavilənin əlavələrinə (Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktlara) əsasən cavabdeh Cavabdeh MMC-nin cəmiyyətə 63391 (altmış üç min üç yüz doxsan bir) manat, 53 (əlli üç) qəpik (18% ƏDV daxil) qalıq borcu qalmışdır. So zu gedən borcun o dənilməsi ilə bag lı qarşı tərəfə hər bir əlavə u zrə elektron qaimələr təqdim edilmişdir. Lakin cavabdeh qeyd olunan 63391 (altmış üç min üç yüz doxsan bir) manat, 53 (əlli üç) qəpik məbləğində qalıq borcu e-qaimə təqdim edilməsinə baxmayaraq bugu nə qədər o dəməmişdir. Beləliklə, cavabdeh Cavabdeh MMC-nin bu mu qavilə u zrə əsas borcu toplamda 63391 (altmış üç min üç yüz doxsan bir) manat, 53 (əlli üç) qəpik (ƏDV daxil) təşkil edir. ##.##.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə cavabdeh tərəf öz borcunu etiraf etmişdir. Bundan əlavə ## ###### 2024-cü il tarixli mu qavilənin 4.1.3-cu maddəsinə əsasən sifariş olunmuş malların təhvilə hazır olması barədə "Alıcı"ya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, "Alıcı" hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1%-i həcmində cərimə ödəyəcək. Bu əsas üzrə cavabdehin müəssisə yə əlavə olaraq 23609 (iyirmi üç min altı yüz doqquz) manat, 75 (yetmiş beş) qəpik cərimə borcu da yaranmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh MMC-dən 63391 (altmış üç min üç yüz doxsan bir) manat 53 (əlli üç) qəpik (56687,74 manat əsas, 6703,79 manat ƏDV) bоrc, 3000 (üç min) manat cərimə, 320 (üç yüz iyirmi) manat hüquqi yadım üzrə vəkil xərci və dövlət rüsumunun əvəzi olaraq 289 (iki yüz səksən doqquz) manat 18 (on səkkiz) qəpik məbləğində pul tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Cavabdeh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilib iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi çəkişmə prinsipi təmin edilmədən, dəlillər, izahatlar, sənədlər tədqiq edilmədən yekunlaşdırılmışdır. Iştirakları olmadan məhkəmə işə baxmışdır. Telefon və ünvanları bəlli olduğu halda məhkəməyə yanlış ünvan bildirilmişdir. Cərimin məbləği yüksəkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

1. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

2. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

3. Maddə 465.2.Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər..

4. 4 Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

5. Maddə 567-ci Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

6. Maddə 600.1.Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

7. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

8. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

9. Maddə 630.1.Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

10. Maddə 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.

11. Maddə 634.1.alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.

12. Maddə 634.2.Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

13. Maddə 637.2.Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

AR Mülki Prosessual Məcəlləsi

14. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Maddə 124.1-ci Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

18. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

19. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

20. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

21. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

22. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

23. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaiməfakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 66.891,53 manat məbləğində mallar təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, aldığı malların dəyərini müəyyən edilmiş müddətdə tam ödəməmişdir. Cavabdeh tərəfindən borcun yalnız 3.500 manat məbləğində ƏDV hissəsi ödənilmiş, nəticədə 56.687,74 manat məbləğində əsas borc və 6.703,79 manat məbləğində ƏDV borcu ödənilməmiş qalmışdır.

28. Məhkəmə kollegiyası çəkişmə prinsipinin pozulması və cavabdehin məhkəmə icraatında iştirakının təmin olunmaması barədə irəli sürülmüş dəlilə münasibətdə qeyd edir ki, kommersiya qurumlarının dövlət reyestrindən əldə olunmuş çıxarışa əsasən Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılması zamanı məhkəmə bildirişləri həmin ünvana göndərilmiş və Hüseynova adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir.

29. Göründüyü kimi, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış olsa da, prosessual hüquqlarından istifadə etməmiş, məhkəmə iclaslarında iştirak etməmiş və iş üzrə mövqeyini bildirməmişdir.

30. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kommersiya mübahisələri üzrə işlərdə tərəflərin prosessual fəallıq göstərməsi zərurəti, həmçinin dispozitivlik prinsipindən irəli gəlir ki, bu prinsip işdə iştirak edən şəxslərin prosesin başlanması, gedişi və yekunlaşması ilə bağlı hüquqları üzərində sərbəst sərəncam verməsini nəzərdə tutur.

31. Bu səbəbdən məhkəmə, cavabdehin iş üzrə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq prosessual fəallıq göstərməməsini, o cümlədən iddia tələbinə etiraz təqdim etməməsini, məhkəmə iclaslarında iştirak etməməsini və sübutetmə predmetinə daxil olan hallarla bağlı mövqeyini bildirməməsini iş üzrə yekun nəticəyə gələrkən nəzərə alır.

32. Kollegiya əlavə olaraq qeyd edir ki, yekun məhkəmə aktı cavabdehin hüquqi ünvanına göndərilmiş, Hüseynova adlı şəxs tərəfindən qəbul edilmiş və həmin məhkəmə aktından qanunvericiliklə müəyyən olunmuş prosessual müddət daxilində apellyasiya şikayəti verilmişdir ki, bu da cavabdehin iş üzrə məlumatlı olduğunu bir daha təsdiq edir..

33. Kollegiya işin halları, cavabdehin əsas borcunun məbləği (63391 manat), əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsinin 3000 (üç min manat) məbləğində cərimənin tutulmasını ədalətli və ağlabatan hesab edir.

34. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).

36. Qeyd olunanlara əsasən məhkəmə cavabdеh Cavabdeh MMC-dən 63391 manat 53 qəpik (56687,74 manat əsas, 6703,79 manat ƏDV) bоrc, 3000 (üç min) manat cərimə tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

37. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

39. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)-8283/2025 tarixli qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar