Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-335/2026 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli qətnaməsindən verildiyi bildirilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 20/22 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən xeyrinə 330 190,22 manat əsas borc, 59 434,24 manat ƏDV borcu, 807 075,27 manat cərimə borcu olmaqla, cəmi 1 196 699,73 manat borcun və 1388,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12 yanvar 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 20/22 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 207 505.51 manat (ƏDV daxil) əsas borc, 10 375.28 manat dəbbə pulu olmaqla, cəmi 217 880.79 (iki yüz on yeddi min səkkiz yüz səksən manat yetmiş doqquz qəpik) manat borcun, həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 507,88 manatın tutulub İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Kommersiya işi həmin qətnamədən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verildiyi bildirilən apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, apellyatorun apellyasiya tələbindən (xahişindən) görünür ki, o, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-760/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir – hansı ki, hazırkı iş üzrə belə qətnamə mövcud deyildir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə üzrə Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli qətnaməsindən verildiyi bildirilən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2-2(3-6)-335/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-335/2026
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver