AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-340/2026 14.04.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə, sübutun vaxtında təqdim olunmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyiilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları
1. Cavabdeh (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında ## ###### 2024-cü il tarixdə “Xam pambığın alqı-satqısına dair” ** saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində təsbit olunmuşdur ki, müqavilənin predmetini alıcı tərəfindən satıcıya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Moranlı kəndində yerləşən 150 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, satıcı tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi,zibilliyivənövünəzərəalınmaqlaonundəyərininödənilməsitəşkiledir.
2. Müqavilənin 2.1.6-cı bəndinə əsasən, alıcı satıcıya məxsus, istifadə və ya icarəsində olan torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki xidmətləri kənd təsərrüfatı texnikalarıiləsatıcıilərazılaşdırılmışmüddətdəvəhəcmdəkeyfiyyətləyerinəyetirir.
3. Müqavilənin 2.1.7-ci bəndinə əsasən, alıcı satıcının yetişdirdiyi pambığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam pambığın hər tonuna görə müəyyən edilmiş qiymətlər əsasında və satıcının bütün borcları, ilk növbədə 2020-2021-ci il müqavilələri üzrəqalıqborclarçıxıldıqdansonra15bankgünündəngecolmayaraqdəyəriniödəyir.
4. Müqavilənin 2.1.8-ci bəndinə əsasən, yerinə yetirdiyi xidmətlərin dəyərini, yəni satıcıya nisyə satılan toxumun, həmçinin göstərilən aqrotexniki iş və xidmətlərin, mineral gübrə və pestisidlərin dəyərini və verilmiş becərmə və yığım pullarının müqavilədə nəzərdə tutulan müddətdəsatıcıdanödənilməsinitələbetməkalıcınınhüququdur.
5. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini alıcıya ödəmək üçün, (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair" Təlimatın tələblərinə müvafib qaydada ##.##.2022ci il tatixədək alıcıya təhvil verir, təhvil verilən xam-pambığın dəyəri alıcıdan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman alıcıyahəminyarananfərqiödəyir.
6. Müqavilənin 2.2.3-cü bəndinə əsasən satıcı, alıcı tərəfindən göstərilən servis xidmətlərin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyir.
7. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, satıcı alıcıdan borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq alıcıya məlumat verir və aldığı borcun tam şəkild qaytarılmasını təminedir.
8. Müqavilənin 4.1-ci bəndinə əsasən, alıcı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı satıcıdan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir:İnöv-800AZN/ton,IInöv-780AZN/ton,IIInöv-740AZN/ton,IYnöv-700AZN/ton.
9. İddiaçı MMC-nin direktoru Özay Göküş və fermer Cavabdeh imzaları ilə təsdiq olunmuş ## ###### 2024-cü il tarixli * nömrəli aktda qeyd olunmuşdur ki, “** saylı ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi və müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna əsasən fermerə 1029,6 manat dəyərində çöp xidməti göstərilmişdir”; ## #### 2024-cü il tarixli ** nömrəli aktda qeyd olunmuşdur ki, “fermerə 2785 manat dəyərində şum xidməti göstərilmişdir”; ## ##### 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, “fermerə 2000 manat dəyərində mala (2x) xidməti göstərilmişdir”; ## #### 2024-cü il tarixli ** nömrəli aktda qeyd olunmuşdur ki, “fermerə 478,8 manat dəyərində tire xidməti göstərilmişdir”; ## ##### 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, “fermerə 850 manat dəyərində çiyid səpini xidməti göstərilmişdir”; ## ### 2024-cü il tarixli aktda qeydolunmuşdurki,“fermerə828manatdəyərindəkultivasiyaxidmətigöstərilmişdir”.
10. Kənan Mirzəyev adlı şəxs tərəfindən Cavabdeh kiloqramının qiyməti 5,50 manat olan 1000 kq lodos çiyidin ödənişinin edilməsi üçün dəyəri 5500 manat olan ## ##### 2024-cü il tarixli ******* nömrəli qaimə-faktura, kiloqramının qiyməti 5,50 manat olan 20 kq lodos çiyidin ödənişinin edilməsi üçün dəyəri 110 manat olan 01 may tarixli ******* nömrəli qaimə-faktura, kiloqramının qiyməti 5,50 manat olan 40 kq lodos çiyidin ödənişinin edilməsi üçün dəyəri 220 manat olan ## ### 2024-cü il tarixli ******* nömrəli qaimə-faktura göndərilmiş, həmin qaimələrdən yalnız ## ##### 2024-cü il tarixli ******* nömrəli qaimə-faktura “Təhvil alan” qismində Cavabdeh tərəfindən imzalanmışdır.
11. İddiaçı MMC-nin direktoru Özay Göküş və fermer Cavabdeh imzaları ilə təsdiq olunmamış dəyəri 357,5 manat olan ## #### 2024-cü il tarixli və dəyəri 288 manat olan ## #### 2024-cü il tarixli aktlar (##.##.2024-cü il tarixli ** saylı alqı-satqı müqaviləsi və müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna əsasən fermerə xidmətlərin göstərilməsinə dair) da iş materiallarınaəlavəolunmuşdur.
12. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi “** saylı ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə son hesablaşma arayışı”nda (imzalanmamışdır) göstərilmişdir ki, Cavabdeharasındaqalıqborc48191,10manattəşkiledir.
13. İş və xidmətlərin, satılan malların siyahısının əks olunduğu cədvəldə (imzalanmamışdır) 34 389,7 manat borc 2022-ci ildən qalan avans borcu kimi, ümumilikdə 13 801,40 manat borc isə göstərilən xidmətlərə (çöp, 1-ci şum, tirə çəkilişi, mala çəkilişi və s.) görə göstərilmişdir.
14. ## #### 2022-ci il tarixli *** nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 5500 manat, ## #### 2022-ci il tarixli *** nömrəli ödəniş tapşırığına əsasən 3000 manat (xam pambıq alışı üçün avans), ## #### 2022-ci il tarixli ** nömrəli ödəniş tapşırığına əsasən 6000 manat (05/02/22-tarixli *** saylı müqaviləyə əsasən becərmə pulu), ## #### 2022-ci il tarixli *** nömrəli ödəniş tapşırığına əsasən 6000 manat (xam pambıq alışı üçün avans), ## ###### 2022-ci il tarixli *** nömrəli ödəniş tapşırığına əsasən 5000 manat (xam pambıq alışı üçün avans), ## ###### 2023-cü il tarixli *** nömrəli ödəniş tapşırığına əsasən 158 776 manat (xam pambıq alışı), ## ###### 2023-cü il tarixli *** nömrəli ödəniş tapşırığınaəsasən240000manat(xampambıqalışı)ödənilmişdir.
15. İddiaçı MMC-nin direktoru Göküş Özay tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024cü il tarixli bildirişdə (Borcun ödənilməsi) barədə aşağıdakılar göstərilmişdir: “xxxx" MMC (VÖEN **********) tərəfindən müqaviləçi-fermer Cavabdeh ilə (bundan sonra fermer adlanacaq) ##.##.2024-cü tərtib edilmiş * №-li akta əsasən Sizə məxsus 46,8 hektar sahədən çöp qırılmış (46,8x22,0=1029,6 manat), ##.##.2024-cü il tarixdə * №-li akta əsasən Sizə məxsus 55,7 hektar sahədə şum işləri aparılmış (55,7x50,0=2785,0 manat), ##.##.2024-cü il tarixli * №-li akta əsasən Sizə məxsus 34,2 hektar sahədə tirə çəkilmiş (32,4x14,0=478,8 manat), ##.##.2024-cü il tarixli akta əsasən Sizə məxsus 50,0 hektar sahədə 2 dəfə mala çəkilmiş (50,0x2x20,0=2000,0 manat), ##.##.2024-cü il tarixdə ******* №-li qaimə faktura ilə 1000,0 kq çiyid satılmış (1000,0x5,5=5500,0 manat), ##.##.2024-cü il tarixdə akta əsasən Sizə məxsus 50,0 hektar sahədə çiyid səpini aparılmış (50,0x17,0=850,0 manat), ##.##.2024-cü il tarixdə ****** №-li qaimə faktura ilə 20,0 kq ladoş çiyid satılmış (20,0x5,5=110,0 manat), ##.##.2024-cü il tarixdə ******* №-li qaimə faktura ilə 40,0 kq ladoş çiyid satılmış (40,0x5,5=220,0 manat) və ##.##.2024-cü il tarixdə aktla rəsmiləşdirməklə 46,0 hektar sahədə kultivasiya işləri aparılmışdır (46,0x18,0=828,0 manat). Yekunda 13 801,4 (on üç min səkkiz yüz bir manat 40,0 qəpik) manat dəyərində mal satılmış, iş və xidmətlər göstərilmişdir, Cavabdeh tərəfindən 2024-cü il ərzində İddiaçı MMC-nə pambıq məhsulu satılmamışdır. Bundan başqa Sizinlə İddiaçı MMC arasında qarşılıqlı tərtib edilmiş üzləşmə aktına əsasən 2021-ci ildən satılmış mal, görülmüş iş və xidmətlərə görə və İddiaçı MMCnin bank hesabından Sizin bank hesabınıza alınacaq pambığa görə ödənilmiş avans pul vəsaitindən 22 000,0 (iyirmi iki min manat) İddiaçı MMC-yə borcunuz qalmışdır. Beləliklə görülmüş işlərə, göstərilmiş xidmətlərə və satılmış mallara görə Sizin “xxxx" MMC-yə ümumilikdə 35 801,40 (otuz beş min səkkiz yüz bir manat 40,0 qəpik) manat məbləğində borcunuz vardır. Odur ki, göstərilən borc məbləğini nağd qaydada “xxxx" MMC-nin kassasına və ya “X1 Azərbaycan” QSCdəki AZ45KABA00000000000007206437 hesabına köçürmə yolu ilə 10 gün müddətinə ödənilməsi Sizdən tələb olunur. Əks halda Sizinlə “xxxx" MMC arasında bağlanmış ##.##.2024cü il tarixli müqavilənin 6.1-ci maddəsinə əsasən tərəfimizdən qanunvericiliyə istinad edilərək mübahisəninhəlledilməsiüçünaidiyyətiüzrəmüvafiqməhkəməyəmüraciətolunacaqdır”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli ** saylı alqı-satqı müqaviləsi üzrə əsas borca görə 35801,40 manatın, dövlət rüsumuna görə 197,40 manatın cavabdehdənxeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ** saylı ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 150 hektar sahədə pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, bu məqsədlə müqavilə şərtlərinə görə iddiaçı tərəfindən cavabdehə avans olaraq 2021-ci ildən qalan 22 000,00 manat borcla birlikdə ümumilikdə 35 801,40 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdehin təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə cavabdeh yaranan fərqi ödəməlidir. Buna baxmayaraq cavabdehtərəfindəniddiaçıya2024-cüildəpambıqtəhvilverilməmişdir.
18. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə qarşı yazılı etiraz vermiş, etirazında aşağıdakıları göstərmişdir: “Tərəfimizdən məhkəməyə təqdim edilmiş video materialda iddiaçı özü etiraf edir ki, 2021-ci ildən qaldığı iddia olunan 22 000,00 manat məbləğində borcun bizə heç bir aidiyyatı yoxdur və həmin borcun olmasını təsdiq edən sənədlərə iddiaçının cavabdehi aldatması səbəbindən imza çəkilmişdir. Videonun 2:35-ci dəqiqəsində deyir ki, “mən bilirəm o Namiqin borcudur”. Belə ki, videoda da təsdiqini tapır ki, iddiaçı cavabdehin adına pambıq idxal etmək məqsədi ilə formal müqavilə imzalamışdır. İddiaçı pambıq sahəsinin becərilməsi üçün çəkməli olduğu xərclərdən boyun qaçırdığı və müqavilənin cavabdeh tərəfindən yerinə yetirilməsi mümkün olmadığı üçün qeyd olunan müqavilə üzrə cavabdehin iddiaçıya ödəməli olduğu borcu yoxdur. Hazırkı vəziyyətdə isə videodan məlum olur ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməyib, yəni cavabdehin pambıq istehsal edib təhvil verməsinə şərait yaratmayıb. Bu zaman cavabdehin də müqavilə üzrə öhdəliyi (pambıq təhvili) şərti xarakter daşıyır və iddiaçının əvvəlcə öz öhdəlikləriniyerinəyetirməsitələbolunur.”
19. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizələr təqdim edərək cavabdehdən 48191,1 manatın, dövlət rüsumuna görə 234,57 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qərardadları ilə həmin ərizələrin, vaxtındaverilmədiyiəsasgöstərilməkləgeriqaytarılmasıqəraraalınmışdır.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş aidiyyati üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.
21. İşə Bakı Kommersiya Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim etmiş, Cavabdeh 48191,10 manat borcun tutulmasınıxahişetmişdir.
22. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə izahatında aşağıdakıları qeyd etmişdir: İddiaçı MMC-nin Sabirabad filialının direktoru Binəqədi rayon Məhkəməsində keçirilmiş məhkəmə hazırlıq iclasında etiraf etmişdir ki, həqiqətən də ilkin mərhələdə Cavabdeh müqavilə üzrə müəyyən aqrotexniki xidmətlər, ilkin olaraq əkin və səpin xidmətləri göstərmiş və ondan sonra heç bir xidmət göstərilməmişdir. Etiraf etmişdir ki, Cavabdeh çox ciddi şəkildə zərərə uğramışdır. Cavabdeh etibarından istifadə edərək müəyyən sənədləri, köçürmələri olduğunu etiraf etmişdir. Eyni zamanda səs yazısında da qeyd edir ki, onun adına 170 000 manat guya 500 t pambıq verməsi nəticəsində subsidiya şəklində pul ödəmişdir. Çünki daimi olaraq dostluq münasibətləri davam etmişdir. Burada cinayət faktoru da var idi, lakin Cavabdeh bununla bağlı əvvəlki münasibətlərə sığınaraq aidiyyəti orqanlara şikayət etməmişdir. Vicdanlı davranaraq hazırda ona məxsus 13 801,40 manat həcmində iddianı qəbul edir. Danışıqlara dair fləş kart məhkəməyə təqdim edilmişdir. Danışıqlar zamanı etiraf edirlər ki, ödəniş edilmişdir”.
23. Cavabdehin nümayəndəsi hakimin suallarına cavab olaraq bildirmişdir ki, səs yazısında olanlar iddiaçının direktorunun danışıqlarıdır. İddianı 13 801 manat həcmində qəbul edirlər, bu həcmdə səpin işləri aparılmış, qalan xərclər isə çəkilməmişdir. 13 801,40 manatdan başqa digər borc məbləği kimi qeyd edilən pul vəsaitlərinin cavabdehə aidiyyatı yoxdur. Bu hal Binəqədi Rayon Məhkəməsinin məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinin izahatı ilə də öz təsdiqini tapır. Həmin borc məbləğlərinin olmasını təsdiq edən sübutlara isə cavabdeh tərəfindənonunetibarındansui-istifadəedilməsivəaldadılmasınəticəsindəimzalanmışdır.
24. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh 13 801 (on üç min səkkiz yüz bir) manat 40 (qırx) qəpik borcun və ödənilmiş dövlət rüsumunun 131 (bir yüz otuz bir) manat 40 (qırx) qəpiyinin əvəzinin tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmamasıqətedilmişdir.
25. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
İddiaçı tərəf cavabdehə verdiyi zəruri vəsaitlərə və göstərdiyi müxtəlif aqrotexniki xidmətlərə görə 48 191,10 manat məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh tərəf məhkəmə iclasında iddianı 13 801,40 manat hissəsində qəbul etdiyini, iddiaçı tərəfindən həqiqətən ona 2024-cü il müqaviləsi üzrə 13 801,4 manat dəyərində aqrotexniki xidmətlərin göstərildiyini qəbul etmiş, qalan məbləğin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir.
Cavabdehin iddiaçıya 13 801,40 manat borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla da (müqavilə, qaimə-fakturalar, aktlar) öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı tərəfindən cavabdehə 13 801,40 manat dəyərində xidmət göstərilməsi işin mübahisəsiz halıdır.
İddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilkin iddia ərizəsində cavabdehə avans olaraq verilmiş 2021-ci ildən qalan 22 000 manat borcun və 2024-cü il tarixli müqavilə üzrə göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etsə də, görülən iş və xidmətlərin, satılan malların siyahısının əks olunduğu cədvəldə 34 389,7 manat borcu 2022-ci ildən qalan avans borcu kimi, ümumilikdə 13 801,40 manat borcu isə göstərdiyi xidmətlərə görə qeyd etmiş, 2021-ci ildə cavabdehə avans ödəməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 2022-ci il tarixdə 5 dəfəyə cəmi 25 500 manat avans və aqrotexniki xidmət ödənişi, 2023-cü il tarixdə isə iki dəfə, 158 776 manat və 240 000 manat olmaqla xam pambıq alışı üzrə ödənişlər həyata keçirilmişdir. Həmin ödəniş tapşırıqlarından bəzilərinin ödəniş təyinatı 05.02.22-ci il tarixli *** nömrəli müqavilə qeyd edilmiş, qalanının isə hansı müqavilə üzrə ödənilməsi göstərilməmişdir.
Məhkəmə iclasında iddiaçı tərəf 13 801,40 manatdan əlavə digər borcu əvvəlki müqavilə üzrə tələb etdiyini bildirsə də, həmin müqaviləni, qiymət razılaşdırma protokolunu, müqaviləyə əlavəni iş materiallarına əlavə etməmişdir. Müqavilə təqdim edilmədiyi üçün satıcı tərəfindən alıcıya hansı həcmdə pambıq verilməli olduğu, hansı həcmdə xidmətlər göstərilməli olduğu, həmçinin nə qədər ödəniş edilməli olduğunu, tərəflərin öhdəliklərinin tam və ya natamam yerinə yetirdiklərini müəyyən etmək mümkün deyildir.
2022-ci il tarixdə ödənilən avans və aqrotexniki xidmət ödənişlərin 2022-ci il tarixli müqavilə üzrə həyata keçirilməsi, 2023-cü il tarixdə isə iki dəfə 158 776 manat və 240 000 manat olmaqla xam pambıq alışı üzrə ödənişlərin iddiaçı tərəfindən cavabdehə ödənilməsi onu göstərir ki, alqı-satqı müqaviləsində razılaşdırılmış qaydada iddiaçının 2022-ci il tarixli müqavilə üzrə ödədiyi avans ödənişləri cavabdehin verdiyi pambıqdan çıxmış və qalan pambığın dəyəri tam ödənilməklə iddiaçı tərəfindən alınmışdır. Cavabdeh ilə iddiaçının direktorunun danışıqlarının əks olunduğu videogörüntüyə baxış keçirilən zaman iddiaçının direktoru Cavabdeh 12 000-13 000 manat borcu olduğunu, 25 000 manat borcun Namiq adlı şəxsin borcu olduğunu bildirdiyi öz əksini tapmışdır.
İddiaçı tərəf 2-ci məhkəmə baxış iclasında iş materiallarına cavabdehin 22 000 manat borcunun olmasını öz imzası ilə təsdiq etdiyi üzləşmə aktını təqdim etmişdir. Lakin iş üzə 4 hazırlıq iclası keçirilsə də, iddiaçı həmin sübutu (üzləşmə aktını) hazırlıq mərhələsində təqdim etməmiş, baxış iclasında sübutların məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya bu vaxta qədər sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını sübut edə bilməmişdir. Ona görə də, həmin üzləşmə aktı sübut kimi qəbul edilməmişdir.
26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 567.1-ci və 600.4-cü maddələrinə, Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etmişdir.
27. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın qismən təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Məhkəmə tərəfimizdən təqdim edilmiş sübutları iş üçün əhəmiyyət kəsb etməyinə baxmayaraq, məhkəmə iclasında təqdim edildiyi üçün qəbul etməyərək iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Məhkəmə iddianın qismən təmin edilməli olmasını onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh tərəf məhkəmə iclasında iddiam 13801,40 manat hissəsində qəbul etdiyini, iddiaçı tərəfindən həqiqətən ona 2024-cü il müqaviləsi üzrə 13801,4 manat dəyərində aqrotexniki xidmətlərin göstərildiyini qəbul etmiş, qalan məbləğin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Cavabdehin iddiaçıya 13801,40 manat borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla da (müqavilə, qaimə-fakturalar, aktlar) öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı tərəfindən cavabdehə 13801,40 manat dəyərində xidmət göstərilməsi işin mübahisəsiz halıdır. Lakin iddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə, iddiaçı ilkin iddia ərizəsində cavabdehə avans olaraq verilmiş 2021-ci ildən qalan 22000 manat borcun və 2024-cü il tarixli müqavilə üzrə göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etsə də, görülən iş və xidmətlərin, satılan malların siyahısının əks olunduğu cədvəldə 34 389,7 manat borcu 2022-ci ildən qalan avans borcu kimi, ümumilikdə 13 801,40 manat borcu isə göstərdiyi xidmətlərə görə qeyd etmiş, 2021-ci ildə cavabdehə avans ödəməsinə dair hər hansı sənədi məhkəməyə təqdim edilmədiyini qeyd edir və ancaq cavabdehin nümayəndəsinin iddianı qismən qəbul etməsini rəhbər tutur. Halbuki, iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 2022-ci il tarixdə 5 dəfəyə cəmi 25 500 manat avans və aqrotexniki xidmət ödənişi, 2023-cii il tarixdə isə iki dəfə, 158 776 manat və 240 000 manat olmaqla xam pambıq alışı üzrə ödənişlər həyata keçirilmişdir. Bundan başqa tərəfimizdən məhkəməyə təqdim edilmiş cavabdehin 22 000 manat borcunun olmasını öz imzası ilə təsdiq etdiyi üzləşmə aktı da iddianın əsaslı olmasını təsdiq edir. Lakin məhkəmə tərəfimizdən həmin sübutu (üzləşmə aktını) hazırlıq mərhələsində təqdim edilmədiyi üçün , həmin üzləşmə aktı sübut kimi qəbul etməmişdir və baxış iclasında sübutların məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya bu vaxta qədər sübutların təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını sübut edə bilmədiyimizi qeyd etmişdir. Ona görə də, məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək 2024cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən ona göstərilmiş aqrotexniki xidmətlərin dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının qiymət razılaşdırma protokolu ilə razılaşdırılmış qiymətlər üzrə göstərdiyi xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdehin nümayəndəsinin iddianı qismən qəbul etməsini nəzərə alaraq iddia tələbi qismən əsaslı olduğu və 13801,40 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Məhəkəmnin bu nəticəyə gəlməsi ilə razılaşmayaraq qeyd etmək istəyirik ki, cavabdehin nümayəndəsinin iddianı qismən qəbul etməsi iddia tələbimizin tam əsaslı olmasım təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhz bu normanın tələbindən çıxış edərək hesab edirik ki, biz öz tələbimizin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etdiyimiz müqavilə və cənədlər və iddianı qismən etiraf etməsi ilə sübut edirik. Cavabdeh tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmir, əksinə özünü qismən eturafı ilə bizim tələbimizin əsaslı olduğunu təsdiq edir və öz etirazının əsası kimi istinad etdiyi “ həqiqətən də ilkin mərhələdə Cavabdeh müqavilə üzrə müəyyən aqrotexniki xidmətlər, ilkin olaraq əkin və səpin xidmətləri göstərilmiş və ondan sonra heç bir xidmət göstərilməməsi və bunun nəticəsində ona ciddi şəkildə zərərə dəyməsi” kimi müqavilə öhdəliklərinin pozulması halların nədən ifadə olunmmasına dar məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tərəfimizdən həmin sübutu (keçmiş illər üzrə 22 000 manab borcun olmasına dair üzləşmə aktını) hazırlıq mərhələsində təqdim edilmədiyi üçün, həmin üzləşmə aktı sübut kimi qəbul etməməsinə dair qeyd etmək istəyirik ki, həmin sübut məhkəmə baxışı zamanı təqdim edilsə də məhkəmə həmin aktı sübut kimi qəbul etməli idi. Belə ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində, cavabdehin iddianı qisməb etirafini tədqiq edilərkən əmələ gəlmişdir. Məhz iddianin qismən etiraf edilməsi də həmin akti təsdiqləyir və iddianın əsaslı olmasını təsdiq edir və iddianin tam təmin ediləminə əsas yaradır. Yəni etraf edilmə ilə həmin akt biri-birilərini tamamlayir. Ona görə də həmin akt iş üçün əhəmiyyət kəsb etdiyi üçün möhtəbər sübüt qəbul edilib qiymət verilməli idi. Bundan başqa məhkəmə qətnamədə cavabdeh ilə iddiaçının direktorunun danışıqlarının əks olunduğu video görüntüyə baxış keçirilən zaman iddiaçının direktoru Cavabdeh 12000-13000 manat borcu olduğunu, 25000 manat borcun Namiq adlı şəxsin borcu olduğunu bildirdiyinə əsaslanır. Bildirirk ki, məhkəmə iclasında hər hası bir video görüntüyə baxış keçirilməmiş və həmin video görüntü tədqiq olunmamışdır. Sadəcə olaraq MMCnin direktoru ilə Cavabdeh arasında olan məhkəmədən kənar aydın səslənməyən səs yazıları nümayiş etdirilmiş və bu səs yazısı iddianın həlli üçün sübiit kimi qiymətləndirilə bilməz. Həmçinin “xxxx ” Məhdud Məsuliyyətli Cəmiyyəti MMC-nin direktorunun öhdəliyi üzrə məsuliyyət daşımır. Məhz bu əsaslara görə hesab edirik ki, birinci instansiya məhkəməsi ciddi qanun pozuntusuna yol verməklə sübutlara düzgün hüquqi qiymət vermədən iddianın qismən təmin edilməsi barədə qətnaməqəbuletməsiyolverilməzdir”. Apellyasiya şikayətinə qarşı etiraz
28. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı
29. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindənasılıolmayaraq,işgüzaradətsayılır.
31. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
32. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.
37. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaradətlərəvəyaadətənirəlisürüləndigərtələblərəmüvafiqsurətdəhərəkətetməlidir.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.
40. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır.
41. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
42. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
43. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin427-cimaddəsinəuyğunmüəyyənləşdirilmişmüddətdəhəyatakeçir.
44. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmişmalınqaytarılmasınıtələbedəbilər.
45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,sifarişçiisəpodratçıyarazılaşdırılmışmuzdödəməyiöhdəsinəgötürür.
46. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmişsayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
50. Maddə 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
52. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.
53. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlıapellyasiyaşikayətivermişdir.
Məhkəmə kollegiyasının mövqeyi
58. Kollegiya qətnamənin mübahisələndirilən hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyifaktlardantərəflərinqarşılıqlımünasibətləriüzrədüzgünnəticəyəgəlmişdir.
59. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
60. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktlarınməcmusunaistinadənqəbuledir.
61. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, 2022-ci il tarixdə ödənilən avans və aqrotexniki xidmət ödənişlərinin 2022-ci il tarixli müqavilə üzrə həyata keçirilməsi, 2023-cü il tarixdə isə iki dəfə 158 776 manat və 240 000 manat olmaqla xam pambıq alışı üzrə ödənişlərin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, müqavilədə razılaşdırılmış qaydada iddiaçının 2022-ci il tarixli müqavilə üzrə ödədiyi avans ödənişlərini cavabdehin verdiyi pambıqdan çıxdığını və qalan pambığındəyərinintamödənilməkləiddiaçıtərəfindənalındığınıgöstərir.
62. Cavabdehlə iddiaçının direktorunun danışıqlarının əks olunduğu videogörüntüdən də aydın olmuşdur ki, iddiaçının direktoru Cavabdeh 12 000-13 000 manat borcu olduğunu, 25 000 manatborcunNamiqadlışəxsinborcuolduğunubildirir.
63. İddiaçı tərəf 13 801,40 manatdan əlavə digər borcu əvvəlki müqavilə üzrə tələb etdiyini bildirsə də, həmin müqaviləni, qiymət razılaşdırma protokolunu, müqaviləyə əlavəni iş materiallarına əlavə etməmişdir. Müqavilə təqdim edilmədiyi üçün satıcı tərəfindən alıcıya hansı həcmdə pambıq verilməli olduğu, hansı həcmdə xidmətlər göstərilməli olduğu, həmçinin nə qədər ödəniş edilməli olduğunu, tərəflərin öhdəliklərinin tam və ya natamam yerinə yetirdiklərini müəyyənetməkmümkündeyildir.
64. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bucürhallarınsübutayetirilməsiüçüntərəflərinməhkəməyədəliltəqdimetmələrizəruridir.
65. Kollegiya məhkəmənin o mövqeyi ilə də razılaşır ki, iddiaçının məhkəmə baxışı iclasında təqdim etdiyi, cavabdehin 22 000 manat borcunun olmasını öz imzası ilə təsdiq etdiyi üzləşmə aktı sübut kimi qəbul olunmamalıdır; çünkü iş üzrə 4 hazırlıq iclası keçirilsə də, iddiaçı həmin sübutu (üzləşmə aktını) hazırlıq mərhələsində təqdim etməmiş, onun məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya həmin vaxta qədər təqdim edilməsinin ondan asılı olmayansəbəblərəgörəmümkünolmadığınıdasübutedəbilməmişdir.
66. Nəzərə alınmalıdır ki, müvafiq prosessual normalar (§ 50, 52) hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinindaşımasıməqsədinəxidmətedir.
67. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görələğvediləbilməz.
68. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkənməhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Apellyasiyaşikayətitəminolunmasın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorunözünəaidolunsun. Qətnamədən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov