Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-365/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: göndərmə müqaviləsi, öhdəliyin tərəfləri, təmsilçilik səlahiyyəti, zahiri təmsilçilik) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları:
1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (təchizatçı) ilə Cavabdeh (alıcı) adından bağlanmış ##.##.2022-ci il tarixli, S**/** nömrəli təchizat müqaviləsinə əsasən, təchizatçı spirtli məhsulları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. 2022-2023-cü illər üzrə tərtib edilmiş (##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixədək) 16 ədəd aktda ümumilikdə dəyəri 10 177,18 manat olan spirtli içki məhsullarının vergi ödəyicisi kimi Cavabdeh adına qeydiyyatda olan “Xurma market” ticarət obyektinə təhvil verildiyi qeyd edilmişdir.
3. “xxxx” MMC tərəfindən Cavabdeh 2022-2023-cü illər üzrə (##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixədək) ümumi məbləği 10 177,18 manat olan 16 ədəd elektron qaimə-faktura göndərilmiş, sonradan ümumi məbləği 600,20 manat olan 5 ədəd elektron qaimə-fakturanın ləğvinin təsdiqi üçün iddiaçıya müraciət edilmişdir.
4. 2023-2024-cü illər üzrə (##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixədək) 8 ədəd kassa mədaxil orderinə əsasən, Cavabdeh adından cəmi 670 manat ödəniş edilmişdir.
5. ##.##.2024-cü il tarixli, *** saylı qarşılıqlı üzləşmə aktında Şəmsiyev Emin adlı şəxs tərəfindən 2 309,05 manat borcdan 400 manat ödəniş edildiyi, qalıq borcun 1 909,05 manat təşkil etdiyi qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
6. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1 540,24 manat əsas borc və 154,02 manat dəbbə pulu olmaqla, ümumilikdə 1 694,26 manat pulun, həmçinin ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə tərəflər arasında S**/** saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı malları cavabdehə təhvil verməyi, cavabdeh isə qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin təqdim olunmuş sifarişlər və elektron qaimə-fakturalara baxmayaraq, cavabdeh ƏDV daxil 1 540,24 manat borc məbləğini ödəməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1 441,39 manat məbləğində əsas borcun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli təchizat müqaviləsindəki imza cavabdehin şəxsiyyət vəsiqəsindəki imzadan fərqlidir. Lakin qanunvericilik alqı-satqı müqaviləsi üçün məcburi yazılı forma tələb etmədiyindən, tərəflər arasındakı münasibətlər digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Müəyyən olunmuşdur ki, cavabdehin adına müxtəlif mallar təqdim edilmiş, qaimə-fakturalar əsasən Emin Şəmsiyev tərəfindən təsdiq edilmişdir. Cavabdeh məhkəmədə VÖEN, “ASAN” imza və elektron vergi kabinetindən üçüncü şəxslərin onun razılığı ilə istifadə etdiyini etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, yazılı müqavilə şəxsən bağlanmasa da, malların cavabdehin iradəsi ilə alınması və elektron qaimə-fakturalara etiraz edilməməsi tərəflər arasında alqısatqı münasibətlərinin mövcudluğunu təsdiq edir. Məhkəmənin hesablamasına əsasən 1 441,39 manat borc qalığı müəyyən edilmişdir. Cavabdeh borcun tam ödənilməsini və ya əlavə mal qaytarılmasını sübut edə bilmədiyindən, həmin məbləğin iddiaçıya ödənilməsi əsaslı hesab edilmişdir. Dəbbə puluna münasibətdə isə tərəflər arasında bu barədə yazılı razılaşma və qanunda belə məsuliyyət nəzərdə tutulmadığı üçün təmin edilməmişdir.
10. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və iddianın əsl cavabdehə qarşı yönəlib-yönəlmədiyini müəyyən etməmişdir. Belə ki, ##.##.2022-ci il tarixli təchizat müqaviləsi onun tərəfindən bağlanmamış, mallar ona təhvil verilməmiş və o, iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Müqavilə, qaiməfakturalar, malların təhvil-təslim sənədləri və üzləşmə aktları Emin Şəmsiyev tərəfindən imzalanmışdır. Cavabdeh mağazanı hələ 2019-cu ildə təhvil vermiş, lakin VÖEN açıq qaldığından Emin Şəmsiyev sonradan onun xəbəri və razılığı olmadan həmin VÖEN-dən istifadə etmişdir. Cavabdeh VÖEN-dən istifadəyə heç vaxt razılıq vermədiyini, belə razılıq mövcud olsaydı, müqaviləni şəxsən imzalayacağını və ya müvafiq etibarnamə təqdim edəcəyini qeyd etmişdir. Həmçinin müqavilənin alıcıya aid hissəsində ilkin olaraq yalnız Emin Şəmsiyevin imzası olmuş, sonradan cavabdehin adı əlavə edilmişdir. Sənəddə müxtəlif qələmlərdən istifadə olunması və imzaların fərqli qaydada aparılması müqaviləyə sonradan müdaxilə edildiyini göstərən hal kimi qiymətləndirilmiş, lakin məhkəmə tərəfindən həmin hallara hüquqi qiymət verilməmişdir. Bundan başqa, müqavilə şərtlərinə əsasən hüquq və öhdəliklərin üçüncü şəxslərə ötürülməsi yalnız yazılı razılıq əsasında mümkün olduğu halda, cavabdeh tərəfindən belə razılığın verilmədiyi bildirilmişdir. Odur ki, iddiaçı qarşısında öhdəlik daşıyan şəxsin məhz Emin Şəmsiyev olduğunu qeyd etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Iddiaçı “xxxx” MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı
359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2008-ci il tarixli Qərarı ... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. ...
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. ... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.
22. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh Cavabdeh ona məxsus VÖEN-i 2019-cu ildə “Xurma market” ticarət obyektində vergi əməliyyatlarının həyata keçirilməsi məqsədilə tanışı olan şəxsə təqdim etmişdir. Həmin şəxs 2022-ci ildə vəfat etmişdir. Bundan sonra da cavabdehin VÖEN-indən istifadə tanışının qohumu tərəfindən davam etdirilmişdir. ##.##.2022-ci il tarixdə cavabdehin adından iddiaçı ilə təchizat müqaviləsi bağlanmış, müvafiq təhvil-təslim aktlarına əsasən mallar qeyd olunan ticarət obyektinə təhvil verilmişdir. Iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, iddiaçının istinad etdiyi təchizat müqaviləsi onun tərəfindən bağlanmamış, mallar ona təhvil verilməmiş və o, iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Şikayətdə qeyd edilmişdir ki, müqavilə, təhviltəslim23.aktları və üzləşmə aktları Emin Şəmsiyev adlı şəxs tərəfindən imzalanmış, cavabdehə məxsus VÖEN-dən isə onun xəbəri və razılığı olmadan istifadə edilmişdir.
24. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 443.9-cu maddəsini tətbiq etməklə cavabdehin VÖEN və vergi kabinetindən başqa şəxslər tərəfindən istifadəyə razılıq verməsi faktına əsasən üçüncü şəxslərin həyata keçirdikləri təsərrüfat əməliyyatlarını cavabdehin iradəsinə uyğun həyata keçirilmiş əməliyyatlar kimi qiymətləndirmişdir.
25. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Mülki Məcəllənin 443.9-cu maddəsi həmin Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslində yerləşir və 443-cü maddə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsinə həsr edilmişdir. Hazırkı mübahisə isə öhdəliyin pozulmasına görə vurulan zərərlə bağlı yox, ümumiyyətlə üçüncü şəxslərin hərəkətləri ilə cavabdehin öhdəliyinin yaranıb-yaranmaması ilə bağlıdır. Odur ki, bu mübahisənin həlli üçün ilk növbədə əqdlərdə təmsilçiliyə dair Mülki Məcəllənin 359.1-ci maddəsinin müddəaları nəzərdən keçirilməlidir.
26. Iddiaçı ilə ##.##.2022-ci il tarixdə bağlandığı iddia edilən təchizat müqaviləsinin cavabdeh tərəfindən imzalanmadığı, müqavilədən irəli gələn malların sifarişi, qəbulu və təhvil-təslimi ilə bağlı əməliyyatlarda cavabdehin birbaşa iştirakının müəyyən edilmədiyi, təqdim olunmuş təhvil-təslim aktları və digər sənədlərin əsasən Emin Şəmsiyev adlı şəxs tərəfindən imzalandığı, faktiki təsərrüfat fəaliyyətinin üçüncü şəxslər tərəfindən həyata keçirildiyi işin mübahisəsiz hallarıdır. Apellyasiya instansiyası məhkəməsində iddiaçının nümayəndəsi bu faktı etiraf etmiş və müqavilədəki və digər sənədlərdəki imzaların cavabdehə məxsus olub-olmamasının yoxlanmasına zərurət olmadığını bildirmişdir.
27. Iddiaçının nümayəndələrinin birinci və apellyasiya instansiyası məhkəmələrində verdikləri izahatlarından görünür ki, iddiaçının işçiləri cavabdehi tanımamış, onunla danışıqlar aparmamış, müqavilə münasibətinə birbaşa və ya dolayısı ilə daxil olmamışdır. Bu hallar tərəflər arasında münasibətin faktiki olaraq cavabdehlə deyil, mağazada fəaliyyət göstərən digər şəxslərlə qurulduğunu göstərir.
28. Kollegiya qeyd edir ki, şəxs bir qayda olaraq yalnız öz iradə ifadəsi ilə bağladığı və ya qanuni əsaslarla onu təmsil etmək hüququ olan şəxs tərəfindən onun adından bağlanmış əqdlər üzrə hüquq və vəzifələr əldə edir. Bu səbəbdən hazırkı iş üzrə əsas məsələ müqaviləni imzalamış şəxsin cavabdehi təmsil etmək səlahiyyətinə malik olub-olmamasının müəyyən edilməsidir.
29. Mülki Məcəllənin 359.1-ci maddəsində əqdlərdə təmsilçiliyin etibarnamə, qanunun göstərişi, dövlət və bələdiyyə orqanının aktları kimi əsaslarla yanaşı, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola biləcəyi (zahiri təmsilçilik) müəyyən edilmişdir.
30. Hazırkı iş üzrə cavabdehin Emin Şəmsiyevə və ya digər şəxslərə onun adından müqavilə bağlamaq səlahiyyəti verdiyini təsdiq edən etibarnamə verməsi müəyyən edilməmişdir. Həmçinin formal təmsilçilik üçün Mülki Məcəllənin 359.1-ci maddəsində nəzərdə tutulan digər əsaslar da müəyyən olunmur.
31. Bu baxımdan E.Şəmsiyev və ya müqaviləni və aktları imzalamış başqa şəxsin cavabdehi təmsil etmək səlahiyyəti işin halları çərçivəsində zahiri təmsilçilik baxımından qiymətləndirilə bilər.
32. Zahiri təmsilçilik institutu üçüncü şəxslərin hüquqi dövriyyədə formalaşmış xarici görünüşə əsaslanaraq vicdanlı şəkildə müəyyən şəxsin başqasının adından çıxış etməyə səlahiyyətli olduğuna inanmasını qorumağa yönəlmişdir. Bu institutun tətbiqi üçün təmsil edilənin davranışı nəticəsində üçüncü şəxsdə obyektiv əsaslı etimad yaranmalı və üçüncü şəxs həmin vəziyyətə vicdanlı şəkildə etibar etmiş olmalıdır.
33. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən mağazanın faktiki olaraq cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən idarə olunduğu bilinmiş, müqavilə üzrə bütün danışıqlar həmin şəxslə aparılmış, iddiaçının əməkdaşları cavabdehi şəxsən tanımamış və heç vaxt onunla birbaşa əlaqə saxlamamışlar. Bu səbəbdən iddiaçı üçün mağazada fəaliyyət göstərən şəxslərin cavabdehin adından çıxış etməsi barədə obyektiv əsaslı etimadın yaranması deyil, əksinə, mağazanın faktiki olaraq başqa şəxs tərəfindən idarə olunmasının məlum olması xarakterik olmuşdur.
34. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi ödəyicilərinin uçotu onlara vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməklə aparılır. VÖEN vergi ödəyicisinin vergi münasibətlərində eyniləşdirilməsi və vergi uçotunun aparılması məqsədinə xidmət edən identifikasiya vasitəsidir. Vergi qanunvericiliyi VÖEN-in tətbiqini vergi, bank, gömrük və digər maliyyə sənədlərində şəxsin identifikasiyası ilə əlaqələndirir və bu hal öz-özlüyündə həmin şəxsin onun VÖEN-indən istifadə edilməklə bağlanmış bütün mülki-hüquqi əqdlər üzrə avtomatik müqavilə tərəfi və ya borclu şəxs kimi tanınmasına əsas vermir. VÖEN-dən istifadəyə razılıq verilməsi öz-özlüyündə vergi və maliyyə münasibətləri baxımından hüquqi nəticələr doğura bilər. Lakin bu hal ayrıca iradə ifadəsi və ya nümayəndəlik səlahiyyəti olmadan şəxsin mülki müqavilələr üzrə borclu şəxs qismində tanınmasına əsas vermir.
35. Zahiri təmsilçilik institutu üçüncü şəxsin vicdanlı şəkildə zahiri görünüşə etibar etməsini qorumağa yönəldiyindən, üçüncü şəxsin münasibətin real xarakterini bildiyi və ya bilməli olduğu hallarda həmin institutun tətbiqi istisna olunur. Hazırkı işdə iddiaçının mağazanın faktiki olaraq başqa şəxs tərəfindən idarə olunduğunu bilməsi nəzərə alındıqda, yalnız VÖEN-in cavabdehin adına olmasına əsasən onun mağazada fəaliyyət göstərən şəxslərin bağladığı bütün əqdlər üzrə müqavilə tərəfi hesab edilməsi üçün hüquqi əsas yaranmır.
36. Birinci instansiya məhkəməsi cavabdehin VÖEN-inin mağazada istifadə edilməsini onun müqavilə münasibətinə daxil olmasının sübutu kimi qəbul etməklə faktiki təsərrüfat fəaliyyətini həyata keçirən şəxslə formal vergi qeydiyyatı daşıyıcısını eyniləşdirmişdir. Halbuki mülki məsuliyyət yalnız öhdəliyi öz üzərinə götürmüş şəxsə aid edilə bilər. Üçüncü şəxsin müəyyən təsərrüfat subyektində fəaliyyət göstərməsi və cavabdehin VÖEN məlumatlarından istifadə etməsi həmin şəxsin cavabdehin adından mülki-hüquqi öhdəlik yaratmaq səlahiyyətinə malik olduğunu təsdiq etmir.
37. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehə qarşı tələb irəli sürməsi üçün cavabdehin həmin müqavilə münasibətinin tərəfi olması və ya üçüncü şəxslərə onun adından belə öhdəlik yaratmaq səlahiyyəti verməsi müəyyən edilməlidir. Lakin iş materialları bu halları təsdiq etmədiyindən, iddiaçının məhz cavabdehə qarşı tələb irəli sürmək üçün maddi-hüquqi əsası və subyektiv hüququ yaranmamışdır.
38. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normasının düzgün tətbiq edilməməsinə əsaslanmaqla yanaşı, işin hallarına da uyğun deyildir. Göstərilən hallar isə MPM-in 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
39. Kollegiya yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
40. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda apellyasiya şikayətinin təmin edilməsi nəzərə alınaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22,50 manat pul iddiaçı “xxxx” MMC-dən tutularaq cavabdeh Cavabdeh ödənilməlidir.
41. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22,50 manat (iyirmi iki manat, əlli qəpik) pul iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.