Məhkəmə qərarları › İş №2-2(3-6)-367/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-367/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-367/2026 30.04.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI HakimlərZiyaAllahverdioğluŞirinovunsədrliyivəməruzəsiilə, X2vəSadıqovVahidNərimanoğlundanibarəttərkibdə, IsmayılovaElnarəMəyişqızınınkatibliyi, CavabdehinnümayəndəsivəkiliVəkiliştirakıilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasındabaxdı. Işin halları

1. Işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X9 əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə “Alıcı”ya satmağı, “Alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyəvəƏlavə1-dəəksolunmuş“Satıcı”yaödəməyiöhdəsinəgötürür.

3. ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə dair * saylı Əlavə ilə təsdiq edilmiş X5 ilə alıcı ödəniş qrafikinə əsasən qalıq ödənişi malı təhvil aldıqda vaxtlı-vaxtında satıcıya ödəməyi öhdəsinə götürür. Protokola əsasən ümumi məbləğ 31.000 manat, ilkin ödəniş 5.000manat,qalıqödəniş26.000manatməbləğindəmüəyyənedilmişdir.

4. Müqavilə və X6 hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

5. ##.##.2024-c il tarixli alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qanuni nümayəndə şəxsində, bundan sonra "Təhvil verən" və digər Cavabdeh şəxsində, bundan sonra "Təhvil alan" bu TƏHVIL- TƏSLIM Aktı üzrə qeyd olunan mallar "Təhvil verən" tərəfindən qüsursuz olaraq "Təhvil alana" tam təhvil verilir, "Təhvil alan" isə təhvil verilmiş malları yoxlayaraq qəbul etdiyini etiraf edir.

Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 24.139 manat məbləğində borcun, 393 manat cərimənin və ödənilmiş 163,6manatrüsumununtutulmasıbarədəqətnaməqəbuledilməsinixahişetmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında ##.##.2024-ci il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və X7 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 31000 (otuz bir min) manat olmaqla mal almışdır. Həmin məbləğin 5000 (beş min) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 26000 (iyirmi altı min) manatı ##.##.2024-ci il tarixli X7 əsasən qrafikə əsasən ##.##.2024-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 24139 (iyirmi dörd min bir yüz otuz doqquz) manat təşkil edir. Bununla bağlı olaraq cavabdehin elektron vergi kabinetinəbildirişvəpretenziyaməktubudagöndərilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsiiləiddianıntəminedilməsiqətedilmişdir.

9. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməsini, iddiatələbininrəddedilməsinibarədəyeniqətnaməqəbuledilməsinixahişetmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafikindən göründüyü kimi, 26000 manat qalıq ödəniş hər ay 722 manat ödənilmək şərti ilə ##.##.2024 – ##.##.2027-ci il, cəmi 36 aya bölünmüşdür. Göründüyü kimi, cavabdeh aldığı malın qiymətinin hissə-hissə, ödəniş qrafikinə uyğun ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin məbləğin 5000 (beş min) manatı ilkin olaraq ödənilmişdir, qalıq məbləği, yəni 26000 manatın hissə hissə ödənilməsi cavabdeh tərəfindən vaxtı-vaxtında həyata keçirilmişdir, baxmayaraq ki, alınan cihaz öz təyinatı üzrə funksiyalarını lazımi şəkildə yerinə yetirməmişdir. Bu məsələ ilə bağlı satıcıya çoxsaylı müraciətlər ediləndən sonra cihaz iddiaçı tərəfindən digəri ilə əvəzləşdirilmişdir. Cihazın təyinatı üzrə işlədilməsi və cavabdehin gəlir əldə edilməsi mümkün olmamasına baxmayaraq, cavabdeh tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtı-vaxtında edilmişdir. Malın qaytarılmasına dair tərəflər arasında aparılan danışıqlar bir nəticə verməmişdir. Cavabdeh tərəfindən aylıq ödənişlərin edilməsinə baxmayaraq, iddiaçı cihazın bütün dəyərinin birdəfəlik cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmadığından, o, iclaslarda iştirak etmək və sübutlarını təqdim etmək imkanından məhrum edilmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmadığından, o, iclaslarda iştirak etmək və sübutlarını təqdim etmək imkanından məhrum edilmişdir. Hesab edirik ki, iddiaçı tərəfindən iddianın əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin məhkəmə portalında elektron kabineti isə 2026-cı ilin yanvar ayında aktivləşdirilmişdir. Cavabdehdə olan ödənişləri təsdiq edən qəbzlərdən görünür ki, ödənilməyən məbləğ daha azdır. Iddiaçı tərəfindən edilən ödənişləri təsdiq edən nə qəbzlər, nə hesabdan çıxarış təqdim edilməmişdir. Beləliklə məhkəmə, ancaq iddiaçı tərəfindən verillən sübutlara qiymət verərək, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması nəticəsinə gələrək, ##.##.2027-ci ilə qədər ödəniş qrafiki üzrə müddətin bitməməsinə baxmayaraq, cihazın tam qiymətini cavabdehdən tutulmasına dair iddia tələblərinin təmin edilməsi barədə səhv və əsassız qətnamə çıxarmışdır. Cavabdehə satılan cihazın qusurlu olduğundan cavabdeh onun vasitəsi ilə müştərilərə ödənişli xidmət göstərmək imkanından məhrum edildiyinə görə, cərimənin hesablanması əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilmiş vəsaitin özündə saxlanılmaqla qusurlu malın geri qaytarılması da təklif edilmiş, lakin o, razılaşmamışdır. Hesab edirik ki, cavabdehin borcu məhkəmə tərəfindən dəqiq müəyyən edilmədiyindən, 393 AZN cərimənin hesablanması və cavabdehdəntutulmasıəsaslıhesabediləbilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiyaşikayətinəqarşıiddiaçıtərəfindənetirazdaxilolmuşdır.

12. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Cavabdeh iddiaçı şirkətimiz İddiaçı MMC ilə ##.##.2024-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin şərtlərini pozmuşdur, mübahisə məhkəmədən kənar qarşılıqlı şəkildə həll edilə bilinmədiyi üçün işə Bakı Kommersiya Məhkəməsində baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmalara baxmayaaq cavabdeh heç bir iclasda iştirak etməmiş, buna dair heç bir ərizə və vəsatət təqdim etməmiş, hərəkətsizlik göstərmişdir. Nəticədə, Məhkəmə ##.##.2026-ci il tarixdə təqdim etdiyimiz sübutları əsaslı hesab edərək iddiamızı təmin etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tərəflərə kabinet vasitəsilə çatdırılmışdır, qətnamədən apellyasiya şikayəti verilmədiyindən 1 ay sonra qanuni qüvvəyə minmiş və icra olunması üçün Yasamal Rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Icra vərəqəsi X4 icraatına daxil olmuşdur. Icra məmuru ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Icra vərəqəsi və icraata başlamaq haqqında qərarların hər biri elektron məhkəmə kabineti vasitəsilə tərəflərə çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətində sübutlarla əsaslandırmadan belə bir arqument irəli sürür: “Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmadığından, o, iclaslarda iştirak etmək və sübutlarını təqdim etmək imkanından məhrum edilmişdir. Hesab edirik ki, iddiaçı tərəfindən iddianın əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin məhkəmə portalında elektron kabineti isə 2026-cı ilin yanvar ayında aktivləşdirilmişdir”. Lakin sübutlar siyahısına əlavə etdiyimiz “Whatsapp” sosial şəbəkəsi üzərindən cavabdehlə olan mesajlaşmaya dair ekran şəklindən də məlum olur ki, ##.##.2025-ci il tarixli qətnamənin qəbul olunmasından sonra ##.##.2025-ci il tarixdə cavabdehə qətnamənin elektron sistemə daxil edilməsinə dair ekran şəkli göndərilmiş və cavabdeh bu barədə xəbərdar olmuşdur. Hətta həmin məhkəmə işi ilə əlaqədar cavabdehlə telefon danışıqları olmuş, cavabdeh hər dəfə iclasda iştirak edəcəyini demiş, lakin iştirak etməmişdir. Iddia tələbimiz isə cihazın bütün dəyərini deyil, cavabdehin ödəmədiyi qalıq borcu, həmin müqavilənin 5.2ci bəndinə əsasən gecikdirilmiş hər gün üçün cərimə borcu, o cümlədən ödənilmiş dövlət rüsumunu əhatə edir. Belə ki, cihazın ümumi dəyəri 31000 (otuz bir min) manat, iddia tələbimiz isə 24695,6 (iyirmi dörd min altı yüz doxsan beş manat altmış qəpik) manat təşkil edir. cavabdehlə ##.##.2024-cü il tarixdə bağladığımız alğı-satqı müqaviləsinin 6.2-ci bəndində alıcı tərəfindən malın alındığı gündən 14 (on dörd) gün ərzində malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oşxar mala dəyişdirmək hüququ göstərilmişdir. Bununla yanaşı həmin müqavilənin 6.3-cü bəndində alıcı (yəni hazırki iş üzrə cavabdeh Cavabdeh) tərəfindən aldığı mala tam ətraflı baxış keçirildiyi və heç bir nasazlıq, problem olmadığının təsdiq edilməsi öz əksini tapır. Hətta, müqavilənin sonunda cavabdehin öz əl yazısı ilə “Şərtlərlə tanış oldum. Razıyam. Vuqar Husiyev” ifadələri qeyd edilmişdir. Belə bir nəticəyə gəlirik ki, cavabdeh alğı-satqı müqaviləsini oxumuş, şərtlərlə tam tanış olmuş, aldığı mala baxış keçirmiş, saz vəziyyətdə olduğuna əmin olmuş,daha sonra müqaviləni imzalamışdır. Əgər həqiqətən də cavabdehin bizdən aldığı malda qüsur olsa idi, cavabdeh dərhal bizə müraciət edərək ya malı geri qaytarıb ödədiyi pulu geri alacaqdı, ya da mal başqa oxşar malla əvəz ediləcəkdi. Lakin cavabdeh ödənişdən yayınma halını əsaslandırmağa cəhd edərək malın işləmədiyini iddia edir, buna dair də heç bir sübut təqdim etmir. Avadanlığa 12 ay zəmanət verilmiş, həmin zəmanət müddətidə ##.##.2025-ci il tarixdə bitmişdir. Cavabdeh şirkətimizdən aldığı avadanlığı öz dostuna verdiyini Bakı Kommersiya Məhkəməsində keçirilən (məcburi gətirilmə ilə bağlı )iclasında bildirmişdir. icra məmuru vəsatətimizə əsasən ##.##.2025-ci il tarixdə borclunun məcburi gətirilməsinə dair məhkəməyə təqdimat vermişdir. Təqdimata məhkəmə iclasında baxılmışdır. Cavabdeh Cavabdeh da iclasda iştirak etmiş və etiraf etmişdir ki, icra məmuru icra işi ilə bağlı onunla telefon danışıqları ilə əlaqə saxlamışdır. Cavabdehin bu çıxışı Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli işi üzrə məhkəmə iclasının videoqeydiyyatında və məhkəmənin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında öz əksini tapır. Əgər cavabdeh həqiqətən də həmin qətnamədən xəbərdar deyildisə, bunu Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli işi üzrə məhkəmə iclasında iştirak edərkən bildirə bilərdi. Deməli, cavabdeh Cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən xəbərdar idi və heç bir şikayəti yox idi. Həmçinin, həmin qətnamə ilə bağlı şirkətimizin əməkdaşı ilə “Whatsapp” sosial şəbəkəsi üzərindən edilən danışıqlar da cavabdehin məhkəmə qətnaməsindənxəbərdarolduğunusübutetməyəyetərlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. MəhkəməiclasındaiştirakedəniddiaçınınnümayəndəsiQanuninümayəndə apellyasiyaşikayətinəetirazedərək,şikayətintəminedilməməsinixahişetdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsinixahişetdi.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübutayetirməyəborcludeyildir.

16. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonraonunmiqdarınınazaldılmasıistisnaedilir.

17. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini(qiyməti)ödəməyiöhdəsinəgötürür.

18. 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərənisbətəndahayüksəktələblərəuyğungələnəşyaverəbilər.

19. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti)ərzindəuyğungəlməliəşyaverməlidir.

20. 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata)dəşamiledilir.

21. 587.1-ci maddəsi əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələbetsin  587.1.1.alışqiymətininmütənasibazaldılması;  587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;  587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzininödənilməsi.  587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cürqüsurlarolduqda)alıcınınixtiyarıvarki,özseçimiilə:  587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pulməbləğininqaytarılmasınıtələbetsin;  587.2.2.lazımikeyfiyyətliolmayanəşyanınmüqaviləyəuyğunəşyailəəvəz

22. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindənqabaqcadanbildirilməyibsə,alıcıözseçimiilətələbedəbilərki:  624.1.1.keyfiyyətsizmallazımikeyfiyyətlimallaəvəzedilsin;  624.1.2.alışqiymətimütənasibsurətdəazaldılsın;  624.1.3.malınqüsurlarıtəxirəsalınmadanəvəzsizqaydadaaradanqaldırılsın;  624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin.

23. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasınıtələbedəbilər.

24. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçünödədiyipulməbləğininqaytarılmasınıtələbedəbilər.

25. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə köməkgöstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydadaəldəetdiyiməlumatlarsübutlarhesabolunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edənşəxslərinizahatlarıiləmüəyyənedilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarısübutetməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç birsübutunməhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

33. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı vəqiymətləndirilməlidir.

34. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etirafetməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənintamyoxlanılmasıtəşkiledir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

37. Kollegiya ilk növbədə qeyd edir ki, istəniləniddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələrtərəfindənilknövbədəişinfaktikihallarıvəhüquqiəsasıaraşdırılmalıdır.

38. Iddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasınındispozisiyaşərtlərinəuyğunolmasınınyoxlanılmasındanibarətdir.

39. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bununəhəmiyyətiyoxdur.

40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaqüçünisə4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

41. Cavabdehin apellyasiya şikayətinin bir dəlili məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.

42. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).

43. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova vədigərləriSlovakiyayaqarşı).

44. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir.

45. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, belə ki, müqavilədə də qeyd olunnmuş, cavabdehə məxsus olan (**********) mobil nömrəyə göndərilmiş sms bildiriş “çatdırıldı” statusunda olmuş,yəniprosesslərbarədəonaməlumatverilmişdir.

46. Eyni zamanda, məhkəmə tərəfindən cavabdehin qeydiyyat ünvanı olan Bakı şəhəri, Yasamal rayonu, B. Ağayev küçəsi, məhəllə 565, ev 3, mənzil 3 ünvanına müvafiq bildiriş göndərilmişdir. Lakin göndərilmiş məhkəmə zərfi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə tərəfindən bildiriş cavabdehin rəsmi qeydiyyat ünvanına göndərildiyindən,üzərinədüşənbildirişverməöhdəliyiyerinəyetirilmişhesabolunur.

47. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərəkməhkəməiclaslarınıngedişatıbarədəmaraqlanmamışdır. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtıvaxtında

48. dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir. Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktivqorunmasıüçünsəygöstərməlidirlər.

49. Bu kontekstdə kollegiya qeyd edir ki, məhkəmə pozulmuş hüququnun bərpası institutudurvəkommersiyasubyektlərininnöqsanlarınıdüzəltməkvəzifəsiyoxdur.

50. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasındahəyatakeçirilməliolduğunadairtəməlprinsipləripozmamışdır.

51. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən “X1 ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən malların ümumi dəyəri 31000 (otuz bir min ) manat təşkil etmişdir. Cavabdeh malların dəyərinin 5000(beş min) manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq 26000 (iyirmi altı) manat məbləği ##.##.2024-ci il tarixli X10 əsasən ödəməli idi. Cavabdeh ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 26000 (iyirmi altı min) manatdan 1861 (bir kin səkkiz yüz altmış bir) manatını ödəsə də, bu günə olan əsas məbləğ üzrə qalıq borcu 24139 (iyirmi dörd min biryüzotuzdoqquz)manat,cəriməüzrəborcu393(üçyüzdoxsanüç)manattəşkiledir.

52. Kollegiya qeyd edir ki, cavabdehin aldığı avadanlığın nasaz olduğu, lazımı keyfiyyətdə olmadığı, işləmədiyini gördüyü halda avadanlığın yenisi ilə əvəzlənməsini və ya müqavilədən imtina edərək ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək imkanı olmuş və cavabdeh özü cihazın başqa cihazla əvəzləşdirildiyini etiraf etmişdir. Bundan sonrada hansısa qüsurun olmasına, qüsurun iddiaçıya bildirilməsinə dair hər hansı məlumatqeydetməmiş,qüsurlucihazlabağlıhərhansısübuttəqdimetməmişdir.

53. Apellyasiya şikayətinin cihaz qüsurlu olduğundan cərimənin hesablanmasının əsaslı olmaması dəlilinə münasibətdə kollegia qeyd edir ki, müqavilənin 5.2-ci bəndinə əsasən “cavabdeh pul ödəmək öhədliyini tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəməlidir” bəndi cavabdeh tərəfindənqəbuledilmişdir.

54. Göründyü kimi cərimə cihazın qüsrlü olmasından asılı olmayaraq razılaşdırlmış məbləğinödənilmədiyihalaolancavabdehinödəməköhdəliyininolmasıdır.

55. Kollegiya qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindənhesablanmaüsulunagörədəbbəpulununpenyanövünəaiddir.

56. AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azadşəkildəmüəyyənləşdirəbilərlər(MM-in 462.3-cümaddəsi).

57. Kollegiya hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, müqavilənin şərtlərini nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən tələbolunan393(üçyüzdoxsanüç)manatcəriməməbləğiağlabatanvəədalətlidir.

58. Apellyator şikayətin dəlillərində tərəflərindən bütün ödənişlərin həyata keçirildiyini bildirsədə,bununlabağlıhərhansısübut(ödəniştapşırığı,qəbzvə.s)təqdimetməmişdir.

59. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasınınməzmununəzərəalınmaqlamüəyyənedilir.

60. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəliltəqdimetmələrizəruridir.

61. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiyaməhkəməsininqətnaməsininləğviüçünəsasolabilməz.

62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdehtərəfindənverilmişapellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsidəyişdirilmədənsaxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti veriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar