Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-369/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar söz: xidmət müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları:
1. "X2 Services" Məhdud Məsuliyyətli Cəmiyyəti (aviasiya) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında ## ###### 2023-cü il tarixli GV***/** saylı xidmət müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin plan-qrafiki və ayrı-ayrı sifarişləri üzrə xidməti sərnişinlərin, növbələrin, yüklərin zabrat hava limanından, “Ümid” yatağındakı * saylı X3 (SDÖ) daşınmasını təşkil etmək üçün, “Aviasiya” Mi8AMT (mi-8MTV-1), AW 139, S- 92, AS-332 tipli vertolyotlarda Sifarişçiyə aviasiya xidmətlərini göstərir.
3. ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqaviləyə * saylı Əlavə ilə tərəflər vertolyotun tipi və yerinə yetirilən işlərdən asılı olaraq 1 uçuş saatının dəyəri barədə razılığa gəlmişlər.
4. ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqaviləyə * saylı Əlavə ilə tərəflər gündüz və gecə vaxtı təcili tibbi yardım göstərmək və qəza-xilasetmə (gecə vaxtı istisna olmaqla) işləri yerinə yetirmək üçün vertolyotun dəyərinin razılaşdırma Protokolunu təsdiq etmişlər.
5. ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqaviləyə ##.##.2020-ci il tarixli ** saylı Əlavə Sazişlə ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqavilədə Aviasiyanın adı ##.##.2020-ci il tarixdən etibarən İddiaçı MMC ilə əvəz edilmişdir.
6. ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqaviləyə ##.##.2021-ci il tarixli ** saylı Əlavə Sazişlə müqavilənin 1.1-ci bəndi “1.1. Sifarişçinin sifarişi ilə 2021-ci il tarixində sifarişçinin işçi heyətinin Zabrat hava limanından, “Günəşli” yatağındakı * saylı X3 (SDÖ), “Bulla dəniz” yatağındakı * saylı X3 (SDÖ) daşınmasını təşkil etmək üçün Aviasiya Sifarişçiyə aviasiya xidmətlərini göstərəcək” redaksiya ilə əvəz edilmişdir.
7. ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqaviləyə ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli ** saylı Əlavə Sazişlə ##.##.2019-cu il tarixli **/GM/**** saylı müqavilənin ** saylı Əlavəsinin cədvəlində göstərilən hava gəmilərinin uçuş saatının qiymətləri razılaşdırılmışdır.
8. ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqaviləyə ##.##.2021-ci il tarixli ** saylı Əlavə Sazişlə bütün müqavilənin mətni üzrə “Ümid” yatağı * saylı X3 sözləri, sifarişçinin sifarişində qeyd etdiyi Dəniz Özülü sözləri ilə əvəz edilmişdir.
9. ## #### 2019-cu il tarixli **/GM/**** saylı müqaviləyə ##.##.2023-cü il tarixli ** saylı Əlavə Sazişlə ##.##.2023-cü il tarixdən hər ay üzrə aviasiya xidmətlərinə görə bir uçuş saatının qiyməti 2021-ci ildə 1 uçuş saatının qiyməti üstəgəl cari ay üçün hesablanmış yanacağın 1 uçuş/saatının faktiki qiymətinə, HG tipləri üzrə 1 (bir) uçuş saatının qiyməti barədə razılığa gəlmişlər.
10. Müqavilə və ona Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
11. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-2023-cü illərdə göstərilən aviasiya xidmətlərinə görə 42.911,46 manat (ƏDV ilə) xidmətlərə görə ödənilməyən borc, gecikmə günlərinə görə 2.145,57 manat penya, cəmi 45.057,03 manat məbləğin Cavabdeh MMC-dən iddiaçı İddiaçı MMC xeyrinə tutulması Iddia və müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizələrin verilməsi üçün müvafiq olaraq ödənilmiş 225,17 manat məbləğində və 22,51 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli, **/GM/**** saylı müqavilə üzrə xidmət göstərərək ##.##.2022-ci il tarixində cavabdehin 47 sərnişini sifariş olunmuş marşrut üzrə daşınmasını təmin etmişdir. Sərnişin daşınmanın vaxtı - 3,8 saat cavabdehin nümayəndəsinin ##.##.2022-ci il tarixdə imzaladığı və möhür vurduğu Akt-Hesabatla təsdiq edilmişdir. Xidmətlərin göstərilməsinə görə cavabdehə 23195,73 manat (ƏDV ilə) məbləğində invoce və elektron qaimə təqdim edilmişdir. Bundan başqa ##.##.2023-cü il tarixində cavabdehin 28 sərnişinin sifariş olunmuş marşrut üzrə daşınmasını təmin etmişdir. Sərnişin daşınmanın vaxtı - 3 saat cavabdehin nümayəndəsinin ##.##.2023-cü il tarixdə imzaladığı və möhür vurduğu Akt-Hesabatla təsdiq edilmişdir. Xidmətlərin göstərilməsinə görə cavabdehə 18312,42 manat (ƏDV ilə) məbləğində invoce və elektron qaimə təqdim edilmişdir. Bundan əlavə ##.##.2019-cu il tarixli, **/GM/**** saylı müqaviləyə * saylı Əlavə Sazinin tələblərinə görə ödəniş üçün cavabdehə 996,86 manat +179,97 manat ƏDV, cəmi 1179, 83 manat (ƏDV ilə) məbləqində, habelə ##.##.2019-cu il tarixli, **/GM/**** saylı müqaviləyə * saylı Əlavə Sazinin tələblərinə görə 2023-cü ilin may ayına görə ödəniş üçün 189,39 manat + 34,09 manat, cəmi 223 manat (ƏDV) məbləğində invoce və elektron qaimələr təqdim edilmişdir. Beləliklə, göstərilən dövrdə təqdim edilən xidmətlərə görə cavabdehin 42.911,46 manat (ƏDV ilə) borcu yaranmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 42.911,46 manat, cərimə borcu üzrə 2.000 manat olmaqla, ümumilikdə 44.911,46 manat məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 224,73 manat məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi tələb edilən borca yaxın məbləğdə borcun olduğunu qəbul etdiyini, dəqiq məbləği deyə bilməyəcəyini, lakin iddiaçı ilə danışıqların aparılıb borcu ödəyə biləcəklərini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmiş, cavabdehin də, göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır. Cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində əsaslıdır və 42.911,46 manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
15. Dəbbə puluna münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehin əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.4, 442, 777.1 və 783.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar məhkəmə iclasında qeyd olunan borc məbləğinin artıq qeyd olunduğunu vurğulasalar da və məhkəmədən iş üzrə ekspertiza təyin edilməsini xahiş etsələr də, məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş və qət edilmiş borc məbləği yanlış olmaqla məhkəmə tərəfindən belə bir nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə iddiaçının xeyrinə cərimə borcu qismində 2.000 manat tutmaqla da cavabdehin maraqlarına zidd qətnamə çıxarmışdır. Qeyd olunanlara əsasən göstərilən iş üzrə ekspertiza təyin edilməli və əldə olunacaq rəydən sonra obyektiv həqiqət üzə çıxmalıdır. Həmçinin, tərəflərindən ##.##.2026-cı il tarixli vəsatətlə məhkəməyə müraciət edilsə də, məhkəmə həmin vəsatəti nəzərə almamış və həmin tarixdə müşavirəyə gedərək iş üzrə belə bir qətnamə qəbul etmişdir. Halbuki, həmin vəsatətin məzmunu aşağıdakı məzmunda olmuşdur: “e-*-*(***)-****/**** saylı işlə bağlı ##.##.2026-cı il tarixə, saat 15:30-a təyin edilmiş məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsində davam edən və ##.##.2026-cı il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Cavabdeh MMC-nin nümayəndəsi olduğum üçün iştirak edə bilməyəcəm. Odur ki, bu halı üzrlü saymağınızı və məhkəmə iclasını 10 gün müddətində təxirə salmağınızı xahiş edirəm.” Bakı Kommersiya Məhkəməsi qeyd olunanlara əməl etmədən onların qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsi həmin qətnaməni tərəflərindən məhkəməyə təqdim edilmiş sübutlarla və qüvvədə olan qanunvericilik aktları ilə əsaslandırmamışdır. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin göstərilən kommersiya işi ilə bağlı icraat zamanı həqiqətin müəyyən edilməsini təmin etməmişdir və həmin qətnamə bu səbəbdən tam əsassız və qanunsuzdur.
Apellyasiya şikayətinə qarşı etiraz:
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququna malikdir; - 386.1-ci maddəsinə görə öhdəliklər müqavilədən və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslardan yaranır; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquq və vəzifələri müəyyənləşdirməkdə və müqavilə bağlamaqda sərbəstdirlər; - 390.4-cü maddəsinə əsasən tərəflər qanunvericilikdə nəzərdə tutulmayan müqavilələr də bağlaya bilərlər; - 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşdırdığı qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan tərəflər üçün məcburi olur; - 425.1-ci maddəsinə əsasən tərəflər öhdəliklərini vicdanla və lazımi qaydada icra etməlidirlər; - 425.2-ci maddəsinə əsasən tərəflər müqavilənin məqsədinə çatmasına mane ola biləcək hərəkətlərdən çəkinməlidirlər; - 442-ci maddəsinə görə öhdəliyin lazımınca icra edilməməsi onun pozulması hesab edilir; - 448.1-ci maddəsinə əsasən borclu öz risk dairəsinə daxil olan öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn uzunmüddətli kommersiya münasibətləri mövcud olmuş, həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə aviasiya vasitəsilə sərnişin və yüklərin daşınmasının təşkili üzrə xidmətlər göstərilmişdir. Iş materiallarında olan müqavilə, ona edilmiş əlavə və dəyişikliklər, akt-hesabatlar, invoys sənədləri və elektron qaimələrdən görünür ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri faktiki icra etmiş, cavabdeh isə göstərilmiş xidmətlərin nəticələrini qəbul etməsinə baxmayaraq onların dəyərini tam ödəməmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn pul öhdəliyini lazımınca icra etməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi mahiyyətinə görə sərnişinlərin, növbələrin və yüklərin aviasiya vasitəsilə daşınmasının təşkili üzrə əvəzli xidmət münasibətlərini özündə birləşdirən qarışıq kommersiya müqaviləsidir. Müqavilənin predmetini konkret marşrutlar üzrə vertolyotlarla daşınmanın həyata keçirilməsi təşkil etdiyindən, həmin münasibətlər sırf tapşırıq müqaviləsi kimi qiymətləndirilə bilməz.
30. Bu səbəbdən hazırkı mübahisəyə münasibətdə Mülki Məcəllənin öhdəlik hüququna dair ümumi müddəaləri, müqavilə azadlığı prinsipi, müqavilənin vicdanla icrası, göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi və müqavilə intizamına dair normalar tətbiq edilməlidir. Kollegiya hesab edir ki, tərəflərin hüquq və vəzifələri müqavilənin faktiki məzmunu, tərəflər arasında formalaşmış işgüzar münasibətlər və kommersiya dövriyyəsinin adətləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
31. Hazırkı mübahisə üzrə iddiaçı 2022-2023-cü illərdə göstərilmiş aviasiya xidmətlərinə görə ödənilməmiş 42.911,46 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə əsasən borcun məbləğini və ekspertiza təyin edilməməsini mübahisələndirmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur. Belə ki, iş materiallarında olan akt-hesabatlardan görünür ki, ##.##.2022-ci il və ##.##.2023-cü il tarixlərində həyata keçirilmiş uçuşlar cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmin sənədlərdə daşınan sərnişinlərin sayı, uçuş müddəti və göstərilmiş xidmətin həcmi konkret şəkildə əks etdirilmişdir. Cavabdeh həmin sənədlərin etibarsız olması, saxtalaşdırılması və ya həqiqi iradəsini əks etdirməməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
33. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli 23.195,73 manat, EBCL seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli 1.179,83 manat, EBDG seriyalı ****** nömrəli ##.##.2023-cü il tarixli 18.312,42 manat və EBDI seriyalı ****** nömrəli ##.##.2023-cü il tarixli 223,48 manat məbləğində elektron qaimələr cavabdehə təqdim edilmişdir. Həmin elektron qaimələrin ümumi məbləği 42.911,46 manat təşkil edir. Cavabdeh həmin qaimələrə etiraz etməmiş, onları düzəlişə göndərməmiş, ləğvi və ya geri çağırılması barədə müraciət etməmişdir. Tərəflər arasında formalaşmış kommersiya münasibətləri və işgüzar dövriyyənin adətləri baxımından belə sənədlərə uzun müddət etiraz edilməməsi xidmətlərin qəbul edilməsini və borcun mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilməlidir.
34. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh apellyasiya şikayətində borcun ümumiyyətlə mövcud olmadığını deyil, məbləğin artıq hesablandığını bildirmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən etiraz etdiyi halları sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən alternativ hesablamalar, ödəniş sənədləri, üzləşmə aktları və ya borcun fərqli məbləğdə olduğunu təsdiq edən hər hansı maliyyə sənədi təqdim edilməmişdir. Bu səbəbdən onun “borcun artıq hesablanması” barədə dəlilləri ehtimal xarakterli olmaqla sübutedici əhəmiyyət daşımır.
35. Məhkəmə kollegiyası ekspertiza təyin olunması barədə dəlilə münasibətdə qeyd edir ki, MPM-in 97.1-ci maddəsinə əsasən ekspertiza yalnız xüsusi bilik tələb olunan hallarda təyin edilir. Hazırkı işdə isə mübahisə xidmətlərin faktiki göstərilməsi və ilkin uçot sənədləri əsasında borcun müəyyən olunması ilə bağlıdır. Iş materiallarında olan akthesabatlar, invoys sənədləri və elektron qaimələr borcun məbləğini müəyyən etməyə imkan verdiyindən əlavə xüsusi bilik tələb olunmur. Cavabdehin etirazları konkret maliyyə hesablamalarına deyil, ümumi mülahizələrə əsaslandığından ekspertiza təyin edilməməsi prosessual pozuntu hesab edilə bilməz.
36. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubuna münasibət bildirməmiş, həmçinin iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir. Cavabdehin uzun müddət passiv davranışı da onun təqdim edilmiş xidmətlərin nəticələrini qəbul etməsini və borca münasibətdə əsaslı etirazının olmamasını təsdiqləyən hallardan biridir.
37. Dəbbə puluna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən ödəniş vaxtında aparılmadıqda gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,03 faizi miqdarında, lakin əsas borcun 5 faizindən artıq olmamaq şərtilə penya hesablanması razılaşdırılmışdır. Müqavilə azadlığı prinsipi baxımından həmin şərt tərəflər üçün məcburidir. Birinci instansiya məhkəməsi iddia edilən 2.145,57 manat dəbbə pulunu tam deyil, 2.000 manat məbləğində təmin etməklə artıq cavabdehin mənafeyini nəzərə almış və mütənasiblik prinsipinə uyğun nəticəyə gəlmişdir. Cavabdeh isə həmin məbləğin açıq-aşkar qeyri-mütənasib olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına və tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.