Məhkəmə qərarları › İş №2-2(3-6)-376/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-376/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-376/2026 09.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçıƏhmədov adına “xxxx” QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iddia tələbi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, konsessiya müqaviləsi, sübutetmə, işgüzar adətlər, estoppel prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və CəfərovSəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıƏhmədovadına“xxxx”MMC-ninnümayəndəsi(vəkili)vəkil3, cavabdeh Cavabdeh MMC-ninnümayəndəsi(vəkili)X2iştirakıilə İddiaçıƏhmədov adına “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. İddiaçıƏhmədov adına “xxxx” MMC (satıcı, istehsalçı) ilə Cavabdeh MMC (distribütor) arasında ##.##.2023-cü il tarixdə “Distribütorluq müqaviləsi” adlandırılan müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, satıcı (istehsalçı) miqdarı və növləri distribütorla əvvəlcədən razılaşdırılmış həcmdə qida məhsulunu (malları) Bakı şəhəri ərazisində (ərazi) satış üçün distribütora təqdim edir, distribütor isə malların dəyərini ödəyir və satışınıtəşkiledir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin predmetini təşkil edən malların adı, təsnifatı, çeşidi, markası, ölçü vahidi, vahid qiyməti və digər xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavələrində (X7) öz əksini tapmışdır; 1.3-cü bəndinə əsasən istehsalçı zəmanət verir ki, mallar ona məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən hər hansı iddia tələbi yoxdur; 1.4-cü bəndinə əsasən, istehsalçı müəyyən əmtəə nişanı altında qeydiyyatda olan malların ərazidə satışı üzrə müstəsna hüququ yalnız distributora əlavə müqavilə əsasında təqdimedir.

3. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, istehsalçıdan aldığı malları öz adından və öz hesabına ərazidə satmaq; 2.4.4-cü bəndinə görə, istehsalçının qabaqcadan razılığı olmadan malların ərazinin hüdudlarından kənarda yerləşdirilməsi məqsədilə filiallar və digər satış nöqtələri açmamaq; 2.4.5-ci bəndinə görə, ərazidə həyata keçirilən reklam tədbirlərinin istehsalçının imici və marketinq siyasətinə uyğun olmasını təmin etmək və istehsalçı ilə razılaşdırmaq distribütorun öhdəlikləridir.

4. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə malların qiyməti müqavilənin ayrılmaz, tərkib hissəsi olan və müqaviləyə əlavə edilən X3(ları) ilə müəyyən edilir; 3.2-ci bəndinə əsasən, ödəniş istehsalçı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (hesab-faktura) və malların təhvil-təslimini təsdiq edən müvafiq qaimə- fakturaya əsasən malların distribütor tərəfindən qəbul edildiyi tarixdən etibarən satişdan 30 iş günü ərzində distribütor tərəfindən nağdsız və ya nağd hesablaşmalar qaydasında aparılır; 3.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu dövr ərzində hər üç aydan bir olmaqla tərəflər arasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmələrin edilməsi nəzərdə tutulur. Üzləşmələr Tərəflər arasında imzalanan müvafiq üzləşmə aktları ilə təsdiqlənir; 3.4-cü bəndinə əsasən, üzləşmə aktının tərtib ediləcəyi yeri və vaxtı tərəflərəvvəlcədənşifahivəyayazılıqaydadamüəyyənedirlər.

5. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə malların təchizi distribütor tərəfindən müəyyən edilən və istehsalçı ilə razılaşdırılmış sifarişlərə (sifariş) əsaslanır; 5.2-ci bəndinə əsasən distribütor hər partiya üzrə istehsalçıdan almaq istədiyi masllara dair sifariş verir; 5.4-cü bəndinə əsasən, istehsalçı malları müvafiq tara və qablaşdırmasında, sifarişiyə müəyyən edilən kəmiyyət və keyfiyyətdə malların çatdırılma məntəqəsində təhvil verməyi öz öhdəsinə götürür; 5.5-ci bəndinə əsasən, malların çatdırılma məntəqəsi və təhvil verilməsi şərtləri, malların tədarük müddəti və qaydaları hər partiya üzrə əvvəlcədən tərəflər arasında razılaşdırılmaqla müvafiq X3(lar)u ilə müəyyən edilir; 5.6-cı bəndinə əsasən, malların təhvil-təslimi tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Distribütorun nümayəndəsinin səlahiyyəti müvafiq qaydada verilmiş etibarnamə və ya istehsalçıya ünvanlanmış yazılı və ya elektron məktubla müəyyənləşdirilir; 5.7-ci bəndinə əsasən, distributor malları müvafiq qaimə-faktura əsasında qəbul edir: Kəmiyyət, çeşid üzrə - qaimə-fakturaya müvafiq olaraq mal vahidlərinin, tara və qablaşdırmanın yoxlanılması, yenidən sayılma, ölçülmə və ya çəkilməsi yolu ilə. Keyfiyyət uzrə - mexaniki zərəri aşkar etmək üçün malların hər bir vahidinə və/və ya qablaşdırmasına vizual baxış keçirmək yolu ilə; 5.10-cu bəndinə əsasən, malların sifariş verilən hər partiyası üzrə təhviltəslimitərəflərarasındatəsdiqlənənmüvafiqqamə-faktura(lar)ilətənzimlənir.

6. Tərəflər arasında ##.##.2023-##.##.2023-cü il tarixləri üzrə dövrü əhatə edən qarşılıqlı hesablaşma tərtib edilmiş, həmin hesablaşmada dövrün sonuna ümumi dövriyyənin 981 692,28 manat (debet), daxil olmaların 258 133,50 manat (kredit), ödənilməyən borcun isə 723 558,78 manat olduğu göstərilmiş, sənəd tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir.

7. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2023-2024-cü illəri əhatə edən dövr ərzində təqdim edilən mallar üzrə cəmi 1387214,6092 manat məbləğində elektron qaiməfakturalar göndərilmişdir (iş materiallarına 1 207 432,9892 manat məbləğində qaimə-faktura əlavə olunsa da, elektron sistemə yerləşdirilən e-qaimələr ümumilikdə 1 387 214,6092 manat təşkil edir).

8. Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nə 2023-2024-cü illəri əhatə edən dövr ərzində malların qaytarılması barədə 271181,3235 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

9. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq 517794,50 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyəmüraciətləbağlıxəbərdarlıqedilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçıƏhmədov adına “xxxx” MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 517 794,5 manatın xeyrinə tutulması barədə qətnaməçıxarılmasınıxahişetmişdir.

11. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2023-cü il tarixdə distribütorluq müqaviləsi bağlanmış, müqaviləyə əsasən istehsalçı qismində iddiaçı, miqdarı və növləri distribütor ilə əvvəlcədən razılaşdırılmış həcmdə qida məhsulunu Bakı şəhəri ərazisində satış üçün distribütora (cavabdehə) təqdim etməyi, distribütor (cavabdeh) isə malların dəyərini ödəməyi və satışını təşkil etməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh öhdəliyini tam icra etməmişdir. ##.##.2023-cü il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edilmiş, həmin üzləşmə aktına əsasən Cavabdeh MMC-in İddiaçıƏhmədov adına “xxxx” QSC-yə 723 558,78 (yeddi yüz iyirmi üç min beş yüz əlli səkkiz manat, yetmiş səkkiz qəpik) borcunun olduğu müəyyən olunmuşdur. Daha sonra borc məbləği azalaraq 517 794,50 (beş yüz on yeddi min yeddi yüz doxsan dörd manat, əlli qəpik) manat məbləğində qalmışdır. ##.##.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciətlə bağlı xəbərdarlıq edilmişdir. Tərəflər arasında həmçininqaimə-fakturalarmövcuddurvəiddiaərizəsinəəlavəedilir.

12. Cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək bildirmişlər ki, ##.##.2023-cü il tarixdə tərtib olunmuş üzləşmə aktında borc məbləği konkret olaraq göstərilmiş, 981 000 manat ümumi dövriyyənin olduğu, ondan 723 000 manatın ödənildiyi, 258 000 manat borc qaldığı qeyd olunmuşdur. 258 000 manatın daxilində tərəflərin özləri tərəfindən əlyazma ilə təsdiq olunmuşdur ki, 90 000 manat, 21 747 manat xərc və ƏDV ödənişi var. 526 028,36 manatlıq mal iadə olunmuşdur, iadə qaimələri mövcuddur, malların qaytarılmasını təsdiq edən görüntülər vardır. 526 028,36 manatın 94 685 manat hissəsini ƏDV təşkil edir. Müqavilə üzrə münasibətlər qısa müddətlidir, hər iki tərəfin təqdim etdiyi bank çıxarışından ödəniş edildiyi görünür. Çıxarışa əsasən 21 4021 manat əsas, 24 054 manat ƏDV bank vasitəsi ilə ödənişlər olmuşdur. İadə olunan mallar isə vaxtı ötmüş və xarab olmuş mallardır. Nəticə etibarilə 858 789,21 manat iddiaçıya ödəniş edilmişdir. 517 000 manat iddia tələbi qeyd olunmuşdur, tərtib olunan sənədlər konkret və həqiqətə uyğun deyildir. Üzləşmə aktı 30 noyabr tarixinə qədər olan dövrü əhatə edir. Yalnız 2024cü ilin qaimələri üzrə mübahisə mövcuddur ki, həmin məbləğlər barədə təhvil-təslim aktı mövcud deyil, aktlardakı imzalar cavabdehin işçilərinə aid deyil, təqdim edilmiş işçilərin siyahısında onların adı göstərilməyib. İadə olunan mallar yararsız vəziyyətdə olmuşdur. “xxxx” MMC-ə borclarının olması ilə bağlı iddiaçı anbarlardan mallarını götürmüşdür. Bununla bağlı rəsmi sənəd olmasa da,görüntülərmövcuddur.

13. Məhkəmənin şahid qismində dindirdiyi şahid1 bildirmişdir ki, “...anbardar vəzifəsində işləmişdir, ## ###### 2023-cü il tarixindən sonra da mal dövriyyəsi olmuşdur və bunu təsdiq edir. Mal qaimələrə əsasən verilmişdir. 2024-cü ildə mal satılmış və təhvil verilmişdir. O, şirə məhsulları ilə məşğul olmuş və malları cavabdehin göndərdiyi sürücülərə təhvil vermişdir. Malları sürücüyə təhvil vermək səlahiyyəti olmuş, lakin onların səalahiyyətini yoxlamaq kimi səlahiyyəti olmamışdır. Aktlara imza çəkmişdir. Onlara malların sürücüyə təhvil verilməsini cavabdehin işçiləri demiş, qeyd olunan nömrəli maşının sürücüsünə malları təhvil vermişlər. Sifarişlər yazışma və ya zəng vasitəsi ilə Nurlan və Riyad adlı şəxlər vermişlər. Onlar maşın nömrələrini göndərirdilər, mal maşına yüklənilirdi və sürücü akta imza çəkirdi. Qaimənin şəklini Nurlan və ya Riyada göndərirdilər. Neçə qaimənin tərtib olunması yadında deyildir. Tural da sürücüdür, 19 yanvar tarixli aktdakı imza digər anbardarın imzasıdır. Mallar yalnız "xxxx” MMC-nin göndərdiyi maşınlara yüklənilirdi. 2024-cü ilin iyun ayına qədər münasibətlər davam etdirilmişdir. Şirəli məhsulların təhvil verilməsi ilə o, spirtli içkilərlə digər şəxs məşğul olurdu. Mail vasitəsilə malların siyahısı təqdim olunurdu. Mallar sifarişəəsasən verilirdi, bəzən isəmallar olmaya bilərdi”.

14. Məhkəmənin şahid qismində dindirdiyi şahid2 bildirmişdir ki, “... anbardar vəzifəsində işləmişdir. 2023-cü ilin noyabr ayından sonra mal dövriyyəsi olmuşdur və 2024-cü ildə də mallar göndərilmişdir. Mallar qaimə ilə verilirdi. Malları sifarişini Nurlan, Riyad, Rüfət adlı şəxslər mail ilə verirdi. Təqdim olunan aktlardakı imzalar onun imzasıdır. Sifariş birbaşa mailə ünvanlanırdı. Spirtli içkilərlə bağlı o, məsuliyyət daşıyırdı. Qaimələrin sayı ilə bağlı dəqiq məlumatı yoxdur. Mallar sürücüyə təhvil verilirdi. Rüfət, Nurlan maşın nömrələrini onlara bildirirdi, onlar da, həmin maşınlara malları yükləyib, sürücülərə imzlatdrırdılar. Təqdim olunan aktlardakı imza sürücünün imzasıdır”.

15. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 324 429,76 manatın və ödənilmiş dövlət rüsumunun 509 manat hissəsinin tutulub İddiaçıƏhmədov Adına “xxxx” QSC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 299 manat hissəsinin iddiaçıya aid edilməsiqətolunmuşdur.

16. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 Tərəflər arasında ##.##.2023-cü il tarixli distribütorluq müqaviləsinin bağlanması və həmin müqavilə əsasında tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması, eləcə də, tərəflər arasında imzalanmış “Qarşılıqlı hesablaşma aktı”na əsasən ##.##.2023-cü il tarixədək tərəflər arasında ərzaq məhsullarının alqı-satqsı üzrə dövriyyənin 981 692,28 manat, ödənişin 258 133,5 manat, qalıq borcun 723 558,78 manat olması, habelə təqdim edilən malların bir qisminin geri qaytarılması işin mübahisəsiz hallarıdır.

 Tərəflər arasındakı mübahisə ##.##.2023-cü il tarixdən 2024-cü ilin iyun ayınadək olan dövr üzrə malların satışı, ödənişin həcmi, habelə sonradan qaytarılmış malların həcmi ilə bağlıdır.

 Alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyinin icrası anı müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, onun bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyinin icrası məqamı, müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyinin icrası məqamı isə əşya (mal) ona təhvil verildikdən sonra (standart şərt) yaranır (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi barədə razılaşdırlmış şərt də nəzərdə tutula bilər).

 Tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi, iddiaçının malın təqdim edilməsi (satış üçün verilməsi) ilə bağlı öhdəliyi - miqdarı və növləri cavabdehlə əvvəlcədən razılaşdırılmış həcmdə qida məhsulunun (malın) Bakı şəhəri ərazisində satış üçün cavabdehə təqdim edilməsindən ibarət olmuşdur.

 Göründüyü kimi, ilk olaraq iddiaçının üzərinə mübahisə predmetini təşkil edən həcmdə malın cavabdehə verilməsini sübit etmək vəzifəsi düşür. Lakin iddiaçı cavabdehə, ümumilikdə 1 382 600,83 manat dəyərində mal verdiyini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları - ##.##.2023 - ##.##.2023-cü il tarixini əhatə edən dövr üzrə tərəflər arasında imzalanmış “Qarşılıqlı hesablaşma aktı”na və 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr üzrə təqdim edilmiş malların təhvil-təslim aktları, eləcə də şahid ifadələri əsasında müəyyən edilmişdir ki, ümumilikdə ##.##.2023 - ##.##.2024-cü il tarixədək iddiaçı tərəfindən cavabdehə 1 288 922,33 manat məbləğində mal verilmişdir.

 Əvvəldə də qeyd edildiyi kimi, ##.##.2023 - ##.##.2023-cü il tarixini əhatə edən dövr üzrə 981 692,28 manat məbləğində malın cavabdehə verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh ##.##.2023-cü il tarixdən sonra iddiaçı tərəfindən onlara mal verilmədiyini bildirsə də, 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr üzrə malların təhvil verilməsi işdə olan təhvil təslim aktları və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahidlər şahid1 və şahid2 izahatlarında bildirdilər ki, mübahisələndirilən dövr üzrə malın göndərilməsi barədə sifarişləri cavabdeh Cəmiyyətin işçiləri olan Riyad, Nurlan və Rüfət adlı şəxslərdən almış, mallar onların tərəfindən göndərilən avtomobillərə yüklənmiş və həmin avtomobillərin sürücülərinə təhvil verilmiş, bu proses təhvil-təslim (şahidlər təhvil-təslim aktlarını qaimə olaraq qeyd etdilər) aktların sürücülər tərəfindən imzalanması ilə təsdiq edilmişdir. Hətta, məhkəmə baxışında şahid şahid2 "WhatsApp” sosail şəbəkəsi vasitəsilə cavabdehin işçisi olan Nurlan adlı şəxs tərəfindən ona malın göndərilməsi barədə sifariş verilməsini əks etirən səs yazısını nümayiş etdirdikdə, cavabdehin qanuni təmsilçisi həqiqətən də həmin səsin Cəmiyyətin işçisi Nurlana məxsus olduğunu bildirdi (##.##.2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısında əks olunmuşdur).

 Cavabdehin müqavilə üzrə öhdəliyi isə malların dəyərini ödəmək və satışının təşkil edilməsindən ibarət olmuşdur. Cavabdeh iddiaçıdan aldığı malın dəyərini tam ödədiyini, habelə qaytarılan malların 526 028,36 manat dəyərində olmasını, habelə 90 000 manat dəyərində malın “xxxx” MMC tərəfindən aparıldığını və 21 747,14 manat pulun satış üçün bonus qismində verildiyini bildirsə də, bu dəlilləri ilə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

 İş materialları əsasında isə müəyyən edilir ki, cavabdeh tərəfindən ##.##.2023 - ##.##.2023-cü il tarixini əhatə edən dövr üzrə 258 133,5 manat, habelə iş materiallarında olan hesabdan çıxarışda əks olunmuş ödəmələr üzrə ƏDV daxil 362 579,97 manat olmaqla, cəmi 620 713,47 manat məbləğində pul ödənilmiş, tərəflərin müqavilə münasibətlərində olduğu dövrdə 249 094 manat mal iddiaçıya qaytarılmış, həmçinin 94 685,1 manat cavabdeh tərəfindən depozit qismində ödənilmişdir.

 Şərh edilənlər nəzərə alınmaqla, iş materialları əsasında müəyyən edilir ki, hazırda cavabdehin iddiaçıya ödənilməyən 324 429,76 manat (1 288 922,33 - 249 094 - 94 685,1 - 362 579,97 = 324 429,75 manat) borcu qalmışdır.

17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci, 567-ci, 568.1-ci, 601.1-cimaddələrinəistinadetmişdir.

18. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürməklə, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “... Birinci instansiyası məhkəməsi qətnamədə “Belə ki, məhkəmə araşdırması zamanı iş materialları - ##.##.2023 - ##.##.2023-cü il tarixini əhatə edən dövr üzrə tərəflər arasında imzalanmış “Qarşılıqlı hesablaşma aktı” və 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr üzrə təqdim edilmiş malların təhvil-təslim aktları, eləcə də şahid ifadələri əsasında müəyyən edilmişdir ki, ümumilikdə ##.##.2023 - ##.##.2024-cü il tarixədək iddiaçı tərəfindən cavabdehə 1 288 922,33 manat məbləğində mal verilmişdir” qeyd etsə də, qətnamənin ondan əvvəlki səhifəsində qeyd olunan “İddiaçı cavabdehə, ümumilikdə 1 382 600,83 manat dəyərində mal verdiyini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir” hissəsini sanki inkar etmişdir. Belə olan halda əsaslandırmalar arasında ziddiyət yaranmışdır. Eyni zamanda məhkəmə 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr üzrə təqdim edilmiş malların təhvil-təslim aktları, eləcə də şahid ifadələri əsasında təsdiq edildiyini qeyd etsə də, bununla bağlı iddiaçının hansı sübutlarının olduğunu, bununla bağlı təhvil-təslim aktlarının mövcudluğunu sübut etməmiş, şahid ifadələrində isə iddiaçı tərəfindən cavabdehə malların çatdırılmasını təsdiq etməmiş, sadəcə olaraq “malların göndərilməsi barədə sifarişləri cavabdeh Cəmiyyətin işçiləri olan Riyad, Nurlan və Rüfət adlı şəxslərdən almış, mallar onların tərəfindən göndərilən avtomobillərə yüklənmiş və həmin avtomobillərin sürücülərinə təhvil verilmiş, bu proses təhvil-təslim (şahidlər təhvil-təslim aktlarını qaimə olaraq qeyd etdilər) aktlarının sürücülər tərəfindən imzalanması ilə təsdiq edilmişdir. Halbuki, məhkəmə iclasları zamanı həmin avtomobillərin cavabdehə məxsus olmadığını, həmin sürücülərin də cavabdehin işçiləri olmadıqlarını, cavabdehin direktorunun həmin sürücüləri tanımadığını bildirməsinə, iddiaçı tərəfindən 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək cavabdehə heç bir mal vermədiyini qeyd etmiş, bununla bağlı tərəflər arasında necə ki, ##.##.2023 - ##.##.2023 tarixlərə dair “Qarşılıqlı hesablaşma aktı” mövcud olmuşdur, həmin cür hər hansı bir akt və təhvil-təslim aktı mövcud olmamışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən tərəflər arasında imzalanmış ## ### 2023-cü il tarixli Distribütorluq Müqaviləsinin 5.4-cü bəndini (İstehsalçı Malları müvafiq tara və qablaşdırmasında, Sifarişçiyə müəyyən edilən kəmiyyət və keyfiyyətdə Malların çatdırılma məntəqəsində təhvil verməyi öz öhdəsinə götürür) nəzərə almalı idi. İş materiallarından da görünür ki, iddiaçı tərəflər arasında olan ## ### 2023-cü il tarixli Distribütorluq Müqaviləsinin 5.4-cü bəndinin tələblərini pozmuş, 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək malları cavabdehə çatdırmamışdır. Bununla da məhkəmə iddia tələbini təmin etdiyi hissədə düzgün qənaətə gəlməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Eyni zamanda birinci instansiya məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Cavabdeh iddiaçıdan aldığı malın dəyərini tam ödədiyini, habelə qaytarılan malların 526 028,36 manat dəyərində olmasını, habelə 90 000 manat dəyərində malın “xxxx” MMC tərəfindən aparıldığını və 21 747,14 manat pulun satış üçün bonus qismində verildiyini bildirsə də, bu dəlilləri ilə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.” Bununla əlaqədar olaraq bildirirəm ki, birinci instansiya məhkəməsi bu hissədə də cavabdehin izahatlarına və sübutlarını rədd edərkən düzgün olmayan qənaətə gələrək, həmin hissədə də düzgün məhkəmə araşdırması aparmamışdır. Belə ki, əvvəla qaytarılan malların 526 028,36 manat dəyərində olması fikrini cavabdehin nümayəndələri bildirməmişlər. Həmin məbləğ cavabdeh tərəfindən müqavilə üzrə iddiaçının bank hesabına ödənilən əsas məbləğdir. Məhkəmənin də qeyd etdiyi kimi, 249 094 manat dəyərində malların cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. O ki, qaldı “90 000 manat dəyərində malın “xxxx” MMC tərəfindən aparıldığı və 21 747,14 manat pulun satış üçün bonus qismində ödənildiyi” - bununla bağlı da bildiririk ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış 90 000 manat dəyərində malların “xxxx” MMC tərəfindən aparılmadığını, həmin malların iddiaçı tərəfindən “xxxx” MMC-yə satıldığını, lakin həmin mallar cavabdehin anbarında olduğundan, iddiaçı tərəfindən həmin malların iddiaçının öz anbarına aparıldığını nəzərə almamışdır. Həmçinin qeyd olunan 21 747,14 manat, malların satışının motivasiya edilməsi üçün ödənilən bonusu əks etdirir. Həmin bonus məbləğinin də çıxarışı iş materiallarına əlavə edilmişdir. Bu xüsusatlar (həm 90 000 manat, həm də 21 747,14 manat) da, hələ - ##.##.2023 - ##.##.2023cü il tarixini əhatə edən dövr üzrə tərəflər arasında imzalanmış “Qarşılıqlı hesablaşma aktı”nda əlyazma formasında yazılmış, tərəflərin direktorları tərəfindən imzalanmış və möhürlənmişdir. Tərəflər bu aktda həmin qeydləri yazdığından, imzaları ilə təsdiq edildiyindən, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi də məhkəmə iclasında bu halı təkzib etməmiş, bununla bağlı hər hansı bir etirazını bildirməmişdir. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyinin icrası anı müqavilədə başqa qayda nəzərdə tutulmatıbsa, onun bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyinin icrası məqamı, müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyinin icrası məqamı isə əşya (mal) ona təhvil verildikdən sonra (standart şərt) yaranır. Tərəflər arasında bağlanmış ## ### 2023-cü il tarixli Distribütorluq Müqaviləsinin 5.4-cü bəndinə əsasən İstehsalçı Malları müvafiq tara və qablaşdırmasında, Sifarişiyə müəyyən edilən kəmiyyət və keyfiyyətdə Malların çatdırılma məntəqəsində təhvil verməyi öz öhdəsinə götürür. Bununla da iddiaçı müqavilə üzrə 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr ərzində cavabdehə malları təhvil vermədiyindən, yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü maddəsini, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi bu xüsusatları qərəzli olaraq nəzərə almayaraq iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr üzrə malların təhvil verilməsinin işdə olan təhvil təslim aktları və şahid ifadələri ilə öz təsdiqini tapdığını qeyd etsə də, məhkəmə iclasları zamanı həmin avtomobillərin cavabdehə məxsus olmadığının, həmin sürücülərin də cavabdehin işçiləri olmadıqlarının (bununla bağlı işçilərin siyahısı və əmək müqaviləsi bildirişlərinin məhkəməyə təqdim edilməsinə baxmayaraq) müəyyən olunmasına, cavabdehin direktorunun həmin sürücüləri tanımadığını, iddiaçı tərəfindən 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək cavabdehə heç bir mal verilmədiyini, bununla bağlı tərəflər arasında ##.##.2023 - ##.##.2023 tarixlərə dair “Qarşılıqlı hesablaşmaaktı”naoxşarhərhansıbiraktınolmadığınıbildirməsinəəhəmiyyətverməmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

19. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdimolunmuş,qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişedilmişdir.

Apellyasiya baxışı, izahatlar

20. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunubildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

23. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdətətbiqedilir.

24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.

25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.

26. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqaviləninməzmununadigərlərindəndahaçoxuyğungələnmənayaüstünlükverilməlidir.

27. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdanəvvəlvəyatəhvilaldıqdansonraödəməlidir.

29. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa,alıcıverilmişəşyanınqiymətinisatıcıyatamödəməyəborcludur.

30. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdənötrüşərtləşdirilmişmüddətdəvəyamüddətlərdəalıcıyaverməyiöhdəsinəgötürür.

31. Maddə 629.1. Tərəflər göndərmə müqaviləsinin qüvvədə olduğu müddət ərzində malların ayrı-ayrı partiyalar ilə göndərilməsini nəzərdə tutduqda və bu partiyaların göndərilməsi müddətləri (göndərmə dövrləri) müqavilədə müəyyənləşdirilmədikdə, mallar, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə,bərabərpartiyalariləaybaaygöndərilməlidir.

32. Maddə 630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədəalıcıkimigöstərilmişşəxsəmallarıyollama(vermə)üsuluiləgöndərir.

33. Maddə 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatlavəmüqavilədəmüəyyənləşdirilmişşərtlərləçatdırır.

34. Maddə 631.2. Müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur.

35. Maddə 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq (800.1.1); bu malları öz adından və öz hesabına başqasına satmaq (800.1.2); bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (800.1.3).

36. Maddə 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindənsavayı,başqamüştərilərəsatmaqhüququyoxdur.

37. Maddə 803.1. Konsessionerin öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən təkrarsatışqiymətlərinisərbəsttəyinetməkhüququvardır.

38. Maddə 805.1. Tapşıran birtipli müqaviləyə uyğun olaraq konsessionerin sifariş etdiyi mallarıonagöndərməyəborcludur.

39. Maddə 807.0.2. Əgər konsessioner müştərilər və (və ya) tapşıran qarşısında öhdəliklərini yerinə yetirmək üçün anbar saxlamalı olmuşdursa, tapşıran onun anbarında qalan malları satın almağa borcludur. Əgər mal satış üçün yararlı olan yaxşı vəziyyətdədirsə, satınalma qiyməti son satınalma zamanı konsessionerin tapşırana ödədiyi qiymətdən aşağı olmamalıdır. Konsessioner satınalmadan imtina edə bilər. Bu isə ona anbardakı qalığı ağlabatanmüddətdəmüştərilərəsatmaqhüququverir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

43. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübutaehtiyacıyoxdur.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

45. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdimolunmuşsübutlarəsasındayeniqətnaməqəbuledəbilər.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehinnümayəndəsiisəqətnaməninqeydolunanhissəsinimübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqiəsasıaraşdırılmalıdır.

53. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

54. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasını müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır(§ 1-5).

56. Azərbaycan qanunvericiliyində “distribütorluq müqaviləsi” ayrıca, xüsusi ad altında birbaşa tənzimlənmir - bu müqavilə qarışıq (kompleks) müqavilə kimi qəbul olunur və adətən alqı-satqı, kommersiya konsessiyası və komissiya müqavilələrinin elementlərini özündə birləşdirir.

57. Bu istiqamətdə hüquqi dəyərləndirmə aparan kollegiya hesab edir ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış “Distribütorluq müqaviləsi” adlandırılan müqavilə, mahiyyət etibariləkommersiyakonsessiyamüqaviləsidir.

58. Belə ki, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşma olduğu halda, kommersiya konsessiyası müqaviləsi malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) ilə bağlı əlaqələri qaydaya salır. Konsessionerin əsas işi ticarət-kommersiya vasitəçilik fəaliyyətidir, yəni vaxtaşırı mallarısatınalıb,özadındanvəhesabınabaşqasınasatmaqdanibarətdir.1

59. Məhkəmə kollegiyası müqavilənin təfsiri ilə bağlı müəyyənləşdirilmiş meyarları (§ 24, 25) nəzərə almaqla qeyd edir ki, müqavilə tərəflərinin statusu, onların müqavilə münasibətinə girərkən niyyətlərinin, əldə etmək istədikləri hüquqlar və vəzifələrlə əlaqədar gözləntilərinin müəyyənedilməsibaxımındanəhəmiyyətlidir.

60. Kommersiya konsessiya müqaviləsində tərəflər bir tərəfdən istehsalçı və ya tacir (tapşıran), digər tərəfdən isə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner)olur (§ 35). Normanın məzmunundan da göründüyü kimi, müqavilə üzrə tərəfin konkret olaraq, məhz istehsalçı və ya tacir olması müəyyən edilməmiş, qanunverici daha genişləndirici yanaşma seçərək, ümumilikdə müqavilənin tərəfi olaraq tapşıranı göstərmişdir. Digər tərəfdən müqavilə üzrə tərəf qismində sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olanşəxs(konsessioner)çıxışedir.

61. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı, miqdarı və növləri cavabdehlə əvvəlcədən razılaşdırılmış həcmdə qida məhsulunu (malları) Bakı şəhəri ərazisində (ərazi) satış üçün cavabdehə təqdim etməyi, cavabdeh isə malların dəyərini ödəyib onların satışını təşkil etməyi, həmin malları öz adından və öz hesabına ərazidə satmağı öhdələrinə götürmüşlər. Başqa sözlə, iddiaçı müvafiq malları təqdim etmiş və cavabdeh tərəfindən həmin malların satışı üzrə müvafiq dövriyyənin təmin edilməsi ilə bağlı göstəriş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflərin statusu baxımından və konsessiya müqaviləsinin tələblərinə uyğun olaraq iddiaçı müqavilə üzrə tapşırandır. Digər tərəfdən bu, onlar arasında aslılıq münasibəti kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh müqaviləyə uyğun olaraq müstəqil fəaliyyət göstərir, öz ticarət fəaliyyətini sərbəst təşkil edir və həmin malların satışını həyata keçirilməsi ilə bağlı qərar verir. Müqavilənin “tərəflərin rekvizitləri” hissəsində də cavabdehin həmin müqaviləni məhz “distribütor” kimi imzalaması görünür, odur ki, cavabdeh konsessiya müqaviləsiüzrəmüstəqilfəaliyyətgöstərən(konsessioner)şəxsdir.

1 AliMəhkəmə,İş№2-2(102)-499/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_499+01.11.2023.pdf ) § 20

62. Kollegiya qeyd edir ki, bu müqavilə məzmun baxımından konsessiya müqaviləsidir. Belə ki, qanunverici konsessiya müqaviləsi ilə bağlı üç əsas meyar müəyyən etmişdir (§ 35) və tərəflərarasındabağlanmışmüqaviləüzrəhərüçmeyarmövcuddur.

63. Tərəflər arasında bağlanmış müqaviləyə görə, iddiaçı, miqdarı və növləri cavabdehlə əvvəlcədən razılaşdırılmış həcmdə qida məhsulunu (malları) Bakı şəhəri ərazisində (ərazi) satış üçün cavabdehə təqdim etmək, cavabdeh isə malların dəyərini ödəyib satışını öz adından və öz hesabına təşkil etmək barədə qarşılıqlı öhdəlik götürmüşlər. Bu baxımdan müqavilənin predmetini məhzmallarınsatınalınıbyenidənbaşqasınasatılması(ticarətvasitəçiliyi)təşkiledir.

64. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, cavabdeh satışları iddiaçının əmtəə nişanı altında konkret ərazidə həyata keçirir, bu da öz növbəsində kommersiya konssessiya müqavilələrini ticarət vasitəçiliyi müqavilələrindən fərqləndirən ən önəmli kriteriyaya, yəni kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq meyarına uyğundur. Məhkəmə təcrübəsində bu meyarlar təklikdə deyil, digər meyarlarla qarşılıqlı şəkildə təhliledilir.2

65. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hallara məcmu halında qiymət verərək hesab edir ki, ##.##.2023-cüiltarixlimüqaviləkommersiyakonsessiyasımüqaviləsidir.

66. Həmin müqavilə əsasında tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması, eləcə də, tərəflər arasında imzalanmış “Qarşılıqlı hesablaşma aktı”na əsasən ##.##.2023-cü il tarixədək tərəflər arasında ərzaq məhsullarının alqı-satqısı üzrə dövriyyənin 981 692,28 manat, ödənişin 258 133,5 manat, qalıq borcun 723 558,78 manat olması, habelə təqdim edilən malların birqisminingeriqaytarılmasıişinmübahisəsizhallarıdır.

67. Bu baxımdan, yaranmış mübahisə ##.##.2023-cü il tarixdən 2024-cü ilin iyun ayınadək olan dövr üzrə malların satışı, ödənişin, habelə sonradan qaytarılmış malların həcmi ilə bağlıdır və bu səbəblə iddiaçı, ##.##.2023-cü il tarixindən sonra cavabdehə hansı məbləğdə mal satdığını, cavabdeh isə ##.##.2023-cü il tarixindən sonra nə qədər ödəniş etdiyini, habelə nə qədər mal qaytardığınısübutayetirməlidir.

68. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunuiləmüəyyənolunur.

69. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdəhəminhallarişinmübahisəsizhallarınaaidedilir.

70. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınmasıbaşadüşülür.

71. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər.

72. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-cimaddəsinintəsirialtınadüşənhallaraidedilir.

73. İddiaçının iddiasına görə o, 2023-2024-cü illəri əhatə edən dövr ərzində cavabdehə 1 382 600,83 manat dəyərində mal vermişdir; məhkəmə isə bu məbləği 1 288 922,33 manat həcmində qəbul edərək müvafiq hesablamaları da həmin rəqəmi əsas götürməklə həyata keçirmişdir.

2 HəminQərar,§ 25

74. Halbuki, yuxarıda qeyd olunduğu kimi, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2023-2024-cü illəri əhatə edən dövr ərzində təqdim edilən mallar üzrə cəmi 1387214,6092 manatməbləğindəelektronqaimə-fakturalargöndərilmişdir(§ 7).

75. Sübutetmənin predmeti ilə bağlı qeyd olunan prinsipləri nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçı qətnamədən şikayət vermədiyindən (qətnaməni mübahisələndirmədiyindən), onun cavabdehə göndərdiyi elektron-qaimələr məhz 1 288 922,33 manat həcmində hesaba alınmalıdır – yəni, elektron-qaimələrin 1 288 922,33 manatdan artıq olubolmadığısübutetməpredmetinədaxildeyil.

76. Kollegiya eyni yanaşmanı cavabdehə münasibətdə də sərgiləyir; belə ki, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nə 2023-2024-cü illəri əhatə edən dövr ərzində malların qaytarılması barədə 271181,3235 manat məbləğində elektron qaimə-fakturalar göndərilsə də, birinci instansiya məhkəməsi bu rəqəmi 249 094 manat olaraq hesablamış, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində bununla razılaşdığını ifadə etmişdir (həmin halın işin mübahisələndirilməyən halı olduğunu vurğulamışdır).

77. Həmçinin qeyd olunmalıdır ki, 94 685,1 manatın cavabdeh tərəfindən depozit qismində ödənildiyibarədəgəlinənqənaətdəiddiaçıtərəfindənmübahisələndirilməmişdir.

78. Beləliklə, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2023-2024-cü illəri əhatə edən dövr ərzində cəmi 1 288 922,33 manat məbləğində mal verildiyi iddiaçı baxımından, həmin dövrdə Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nə 249 094 manat məbləğində malın geri qaytarılması, habelə 94 685,1 manatın cavabdeh tərəfindən depozit qismində ödənildiyi hər iki tərəf baxımından işinmübahisələndirilməyənhallarıolaraqqəbuledilməlidir.

79. İş materiallarından müəyyən olunan odur ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2023 - ##.##.2023-cü il tarixini əhatə edən dövr üzrə 258 133,5 manat, sonradan isə ƏDV daxil 362 579,97manatolmaqla,cəmi620713,47manatödənilmişdir.

80. Bu kontekstdə kollegiyanın qənaətinə görə, cavabdehin iddiaçıya qalıq borcunun 324 429,76 manat olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab olunmalıdır(1 288 922,33 - 249 094 - 94 685,1 – 620 713,47 = 324 429,75 manat).

81. İddia ərizəsinə etirazında və apellyasiya şikayətində cavabdehin nümayəndəsi “90 000 manat dəyərində malların iddiaçı tərəfindən “xxxx” MMC-yə satıldığını, lakin həmin mallar cavabdehin anbarında olduğundan, iddiaçı tərəfindən həmin malların iddiaçının öz anbarına aparıldığını və bunun görüntülərlə təsdiq edildiyini” irəli sürsə də (işin 2-ci cildi, səh.59), bunu təsdiqedəcəkheçbirsübutuməhkəməyətəqdimetməmişdir.

82. “2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr ərzində cavabdehə mallar verilmişdirsə, bunun müqavilənin 5.6-cı, 5.7-ci, 5.10-cu bəndlərinə əsasən, müvafiq sənədlərlə, habelə ##.##.2023 - ##.##.2023 tarixlərə dair “Qarşılıqlı hesablaşma aktı” formasında aktla sübuta yetirilməli olduğu” barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya aşağıdakılarıqeydedir:

83. Ali Məhkəmənin bir sıra qərarlarında sərgilənən mövqeyə görə də, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına3, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına4, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına5, eləcə də tərəflərin işgüzar münasibətlərinəhansıhəddəəməledilib-edilməməsinə6qiymətverilməsizəruridir.

3AliMəhkəmə,İş№2-2(102)-135/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 4AliMəhkəmə,İş№2-2(102)-451/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 5AliMəhkəmə,İş№2-2(102)-73/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66

84. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həmdəməhkəmətəcrübəsindətəsbitedilmişdir.

85. Tərəflər arasında azad şəkildə razılaşdırılmış müqavilənin və onun şərtlərinin icrası həmçinin “tərəflərin muxtariyyəti” prinsipi baxımından da önəmlidir. Belə ki, mülki qanunvericilikdə müqavilətərəflərarasındaməhziradəifadələrinəticəsindəyarananrazılaşmadır.

86. Belə olan halda tərəflər arasında təşəkkül tapan işgüzar adət həmin şərtə tamamlayıcı ünsürdürvətərəflərinhəqiqiniyyətiningöstəricisidir.

87. İşin hallarından görünür ki, tərəflərin ##.##.2023-cü il tarixinə qədər olan münasibətləri elektron qaimə-fakturaların göndərilməsi və ödənişlərin həyata keçirilməsi əsasında formalaşmış, 2023-cü ilin dekabr ayından sonrakı dövrdə isə qaimə-fakturalar göndərilməklə yanaşı, malların təhvil-təsliminədairaktlardatərtibolunmuşdur.

88. Bu isə cavabdehin elektron qaimələrə təhvil-qəbul aktı kimi yanaşdığı qənaətinə gəlməyəəsasyaradır.

89. Başqa sözlə, 2023-cü ilin dekabrından 2024-cü ilin may ayının əvvəlinədək olan dövr ərzində cavabdehə malların verilməsinin “Qarşılıqlı hesablaşma aktı” formasında aktla təsdiq olunmaması,cavabdehinmüvafiqarqumentiniəsaslısaymaqüçünkifayətetmir.

90. Cavabdehin, “21 747,14 manat pulun satış üçün bonus qismində verildiyi” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, apellyator tərəfindən bununla bağlı məhkəməyə sübut təqdim olunmamışdır.

91. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

92. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

93. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorunözünəaidolunmalıdır.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinəkassasiyaşikayətiveriləbilər.

Sədrlik edən hakim Elnur Həsənov

6AliMəhkəmə,İş№2-2(102)-54/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 Hakimlər Səməd Cəfərov

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar