Məhkəmə qərarları › İş №2-2(3-6)-456/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-456/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-456/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, hakimlərdən ibarət tərkibdə, Məhkəmə iclasının katibi katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə2, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları

1. “Satıcı” İddiaçı MMC ilə “Alıcı” “xxxx” QSC arasında bağlanmış 2022-ci il # #### tarixli ****** nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləsinin predmetinə görə, alıcının sifarişinə əsasən satıcı müqaviləyə Əlavə 1-də göstərilən traversləri və polietilen kəmərləri müqaviləyə müvafiq qaydada Alıcıya çatdıraraq təqdim etməyi, Alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: -5.1-ci bəndinə əsasən satıcı malları müqavilədə nəzərdə tutulmuş qaydada, alıcının tələblərinə uyğun olaraq alıcıya təhvil verməlidir. Satıcı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. -5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. -12.1-ci bəndinə əsasən yekun müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 89 000,79 AZN təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 (Qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. -12.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı tərəfindən alıcıya faktiki olaraq təqdim edilən mallar müqabilində alıcı tərəfindən satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında 15 bank günü ərzində aparılır. -13.2-ci bəndinə əsasən satıcı tərəfindən malların təqdim olunması alıcının müəyyən etdiyi yerlərdə həyata keçiriləcəkdir. -19.2-ci bəndinə əsasən alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa, satıcı alıcıya müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra Satıcı Müqaviləni ləğv edə bilər. -Müqavilənin xüsusi şərtlərinin müqavilənin 19-cu bəndi (cərimələr) ilə bağlı hissəsində nəzərdə tutulmuşdur ki, satıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qaydada yerinə yetirmədikdə (gecikdirdikdə), alıcı digər hüquqlara xələl gətirmədən (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) satıcıya öhdəliklərinin icrasının hər gecikdirildiyi günü üçün müqavilə qiymətinin 0,1% dəyərində cərimə tətbiq edə bilər.

2. “xxxx" MMC ilə "xxxx” QSC arasında bağlanmış 2022-ci il # #### tarixli ****** nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləyə * saylı Əlavə kimi malların siyahısı və spesifikasiyası və * saylı Əlavə kimi qiymət və ödəniş qaydaları təsdiq edilmişdir.

3. “xxxx” QSC ilə İddiaçı MMC arasında “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqaviləyə * saylı Əlavə olan malların siyahısı və spesifikasiyasında qeyd edilmişdir ki, 60 ton yük qaldırma qabiliyyəti Dəstə daxildir: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen kəməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) - Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 13.045 manat olmaqla, 3 dəstin qiyməti 39.135 manatdır. 80 ton yük qaldırma qabiliyyəti Dəstə daxildir: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen kəməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) - Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 14.300 manat olmaqla, 2 dəstin qiyməti 28.600 manatdır. Uzunluq -14 m, yükqaldırma qabiliyyəti - 40-60 ton olan polietilen kəmərin vahidinin qiyməti 430 manat olmaqla, 10 ədədinin qiyməti 4.300 manat, uzunluq - 16 m, yükqaldırma qabiliyyəti - 40- 60 ton olan polietilen kəmərin vahidinin qiyməti 564,9 manat olmaqla, 6 ədədinin qiyməti 3.389,4 manatdır. Təqdim edilən malların cəmi 75.424,4 manat, ƏDV-si 13.576,39 manat, yekun: tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 89.000,79 manat təşkil etmişdir.

4. İddiaçı MMC tərəfindən “xxxx” QSC-yə göndərilmiş 2023-cü il ## ### tarixli məktubda “xxxx” QSC (Alıcı) ilə İddiaçı MMC (Satıcı) arasında ****** nömrəli, 2022-ci il # #### tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə mallların təhviltəslim aktına əsasən təkrarən geri təhvil alınması və bununla əlaqədar traverslərin və polietilen kəmərlərin dəyəri olan 86.145,43 manat məbləğində pulu və onları sınaqdan keçirdiklərinə görə çəkdiyi 7.080 manat məbləğində xərci ödəməsi tələb edilmişdir.

5. İddiaçı MMC tərəfindən “xxxx” QSC-yə 6.218,13 manat dəyərində 11 ədəd polietilen kəmərlərə dair EBCE seriyalı, ****** nömrəli, 2022-ci il ## ######## tarixli; 79.927,30 manat dəyərində 5 ədəd traverslərə dair EBCE seriyalı, ****** nömrəli, 2022-ci il ## ######## tarixli elektron qaimələr ödənilməsi üçün təqdim edilmişdir.

6. İddiaçı MMC-yə avadanlığın sınağının keçirilməsi xidmətinə görə ƏDV daxil 7.080 manat məbləğində EBCK seriyalı, ****** nömrəli, 2022-ci il # ###### tarixli elektron qaimə təqdim edilmişdir.

7. İddiaçı MMC tərəfindən 6.218,13 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün “xxxx” QSC-yə ***/** saylı 2022-ci il ## ######## tarixli hesab-faktura təqdim edilmişdir.

8. İddiaçı MMC tərəfindən 79.927 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün “xxxx” QSC-yə ***/** saylı 2022-ci il ## ######## tarixli hesab-faktura təqdim edilmişdir.

9. “xxxx” QSC-nin ******* nömrəli 2022-ci il # ###### tarixli ödəniş tapşırığına görə, İddiaçı MMC tərəfindən 2022-ci il ## ###### tarixli OS-CAT-0122 müqavilə üzrə xxxx-yə 6.000 manat ödəniş edilmişdir.

10. 2022-ci il ## ######## tarixli akta və fotoşəkillərə görə, “xxxx” QSC-nin İddiaçı MMC 2022-ci il # #### tarixli, ****** nömrəli bağlanmış müqavilə əsasında yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər şirkət tərəfindən 2022-ci il ## ######## tarixində təhvil verilmişdir. 2022-ci il ## ######## tarixində yükqaldırma qabiliyyəti 80 ton olan traverslə sınağın keçirilməsi məqsədilə istehsal ili 1956-cı il, çəkisi 76 ton olan qartəmizləyən qurğusunu qaldırmaqla sınağı aparılan anda yük tarım vəziyyətə gələn zaman travers mərkəzdən əyilərək deformasiyaya uğramışdır.

11. 2022-ci il # ####### tarixində “xxxx” QSC İddiaçı MMC-yə məktub ünvanlayaraq təqdim etdikləri yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən traversin əyilərək mərkəzdə deformasiyaya uğradığı uğradığını bildirmiş və qısa müddət ərzində məlumat verilməsini xahiş etmişdir.

12. İddiaçı MMC “xxxx” QSC-yə 2022-ci il # ####### tarixli OSTD**** saylı məktubla müraciət edərək məktubda bildirilmişdir ki, istehsalçı şirkətinin yaratdığı komissiya cavabdehin təqdim etdiyi yazılı və fotomaterialları araşdırmış və istismarçının yükü qaldırarkən stop kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirmədiyi, bunun da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olduğu, belə olan halda qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərinə bərabər paylanma əvəzinə bütün yükün traversin sadəcə bir tərəfinə düşdüyü və nəticədə traversin bir tərəfinin normadan 100% artıq yükləndiyi üçün deformasiya halının baş verdiyi qənaətinə gəlmişdir. Qeyd olunanların təhlil edilməsini xahiş etmiş, ehtiyac olarsa, şirkət nümayəndələrinin iştirakı ilə cavabdehin idarəsində görüş keçirilə biləcəklərini, istehsalçı zavodun nümayəndələrinin də, video görüntü ilə bu görüşdə iştirak edə biləcəklərini, bu iclasda əməkdaşları və zavod nümayəndələri xxxx-nin mütəxəssislərinin bütün suallarını cavablandırmağa hazır olduqlarını bildirmişlər. Məsələ ilə əlaqədar əlavə sual olarsa onlarla əlaqə saxlanılmasını xahiş etmişlər.

13. İddiaçı MMC “xxxx” QSC-yə 2022-ci il ## ###### tarixli OSxxxx-**** saylı məktubla müraciət edərək, müqavilə üzrə geri qaytarılan bütün mallar, o cümlədən istismarçı tərəfindən deformasiyaya uğradılmış traversin “xxxx” QSC-nin müvafiq departamentləri tərəfindən yenidən qəbul olunması və ödənişin təmin edilməsinə göstəriş verilməsi və bununla yanaşı əlavə çəkilən sınaq xərcinin də “xxxx” tərəfindən geri ödənilməsi məsələsinin həll edilməsini xahiş etmişdir.

14. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və İddiaçı MMC arasında avadanlıqların yoxlanılması, satışı və icarəsi barədə bağlanılmış ***/** saylı müqaviləyə görə, avadanlıqların yoxlanılması, təmiri və sertifikatlaşdırılmasını Sifarişçi “Xidmət Sifarişi” forması əsasında tapşırır. Podratçı işi öz üzərinə götürür. Həmin müqavilənin: -7.1-ci bəndinə əsasən yoxlanılan, satılan və ya icarəyə verilən malların, avadanlıqların qiyməti razılaşma ilə “Qiymət cədvəli” və “Satınalma Sifarişi” əsasında təyin ediləcək. Müqavilənin Ödəniş iş, satış, icarə başa çatdırıldıqdan sonra, X3, Görülmüş iş aktına, Qaiməyə müvafiq olaraq, Hesab faktura təqdim edildiyi gündən sonrakı 30 gün ərzində yerinə yetiriləcək. -7.3-cü bəndinə əsasən Hesab-Fakturada görülən işin məbləği Azərbaycan manatı və ABŞ dolları ilə göstəriləcək. Hesab-fakturaca AZN ilə göstərilən məbləğ ödəniş üçün əsas sayılır.

15. “xxxx” Şirkəti və İddiaçı MMC arasında tərtib edilmiş görülmüş iş aktına görə, 2 ədəd 60 və 80 tonluq traverslər yoxlanılmışdır.

16. Tərəflər arasında olan “E-mail” yazışmalarından görünür ki, ## #### 2022-ci il tarixində iddiaçının nümayəndəsi Anar Əliyev cavabdehin nümayəndəsi Ayəddin Qasımova traverslərin sxemlərini təsdiq edib geri dönüş etməsini xahiş etmiş, ## #### 2022-ci il tarixli cavabında sonuncu traveslərin uyğunluğunu təsdiq etmiş, sxemlər məktuba əlavə edilmişdir.

17. Fotoşəkillərdən və videogörüntülərdən görünür ki, yükqaldırma qabiliyyəti 80 və 60 ton olan traverslərə yerində müayinə keçirilmiş, traverslər əyilmədən, deformasiya olmadan müvafiq olaraq 83 və 62 tonluq yükləri qaldırmışlar.

Iş üzrə məhkəmə icraatı

Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı MMC “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə ****** nömrəli, 2022-ci il ## ###### tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə yaranmış 39.412 manat (ƏDV daxil) məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.970,60 manat pulun, 3.941,20 manat məbləğində cərimənin, cəmisi 45.323,80 manat məbləğində pulun tutulması, ****** nömrəli, 2022-ci il # #### tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə yaranmış 93.225,43 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 4.661,28 manat pulun, 8.436,04 manat məbləğində cərimənin, cəmisi 106.322,75 manat məbləğində pulun tutulması, 400 manat məbləğində mediasiya xərcinin va 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ****** nömrəli, 2022-ci il ## ###### tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Sifarişçinin sifarişi üzrə Icraçı Əlavə 1-də göstərilən qaydada vaqonların qumlanması və rənglənməsi işlərini yerinə yetirməli, Sifarişçi isə yerinə yetirilmiş işləri qəbul edərək müqavilə qiymətini ödəməli idi. Müqavilənin 10.1-ci bəndinə görə, ümumi qiymət bütün vergi və xərclər daxil olmaqla 216.648 manat təşkil edir. Ödənişlər faktiki görülmüş işlər üzrə təqdim edilmiş sənədlər əsasında 15 bank günü müddətində həyata keçirilməlidir. Müqavilənin 23.2-ci bəndinə əsasən, mübahisələr danışıqlar yolu ilə həll olunmadıqda Azərbaycan Respublikasının məhkəmələrində baxılmalıdır. Müqaviləyə görə cəmi 90 vaqona xidmət göstərilməsi nəzərdə tutulmuş, qiymət təklifi də bu əsasla hazırlanmışdır. Iddiaçının hesablamalarına görə gəlir əldə etmək üçün minimum 55 vaqona xidmət göstərilməsi zəruri idi. Iddiaçı 2022-ci il ərzində müqavilənin tam icrasını planlaşdırsa da, Sifarişçi tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən cəmi 6 vaqona xidmət göstərilmiş, yalnız 4 vaqon 2022-ci il ## ###### tarixli təhvil-təslim aktı ilə təhvil verilmişdir. Gecikmələrin əsas səbəbi Sifarişçi tərəfindən təqdim edilən materialların (astar, boya, kimyəvi maddələr və s.) istifadə müddətinin bitmiş olması, keyfiyyətsizliyi və vaxtında təqdim edilməməsi olmuşdur. Bu hallar dəfələrlə cavabdehə bildirilsə də, aradan qaldırılmamışdır. Keyfiyyətsiz materiallar səbəbindən vaqonlar dəfələrlə təkrar qumlanmış və astarlanmış, bəzi vaqonların isə texniki vəziyyəti səbəbindən ümumiyyətlə işlənməsi mümkün olmamışdır. Nəticədə işlərin icrası iddiaçıdan asılı olmayan səbəblərlə əhəmiyyətli dərəcədə uzanmış, xərclər artmışdır. Iddiaçı gördüyü işlərə görə 2022-ci il ## #### tarixli ***/** saylı hesab-faktura, EBCB ****** nömrəli, 2022-ci il # ###### tarixli elektron qaimə təqdim etmiş, həmin qaimə cavabdeh tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq, bu günədək hər hansı ödəniş edilməmişdir. Nəticədə 33.400 manat əsas borc və 6.012 manat ƏDV, ümumilikdə 39.412 manat borc yaranmışdır. Müqavilənin 17.2-ci bəndinə əsasən, ödəniş gecikdiyi halda müqavilə qiymətinin 10 faizi həddində cərimə tətbiq edilə bilər. Bu əsasla 3.941,20 manat məbləğində cərimə hesablanmışdır. Bundan əlavə, tərəflər arasında ****** nömrəli, 2022-ci il ## #### tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı traversləri və polietilen kəmərləri cavabdehə təqdim etmiş, EBCB ****** nömrəli, 2022-ci il ## ######## tarixli və EBCB ****** nömrəli, 2022-ci il ## ######## tarixli elektron qaimələr tərtib edilmiş və cavabdeh tərəfindən təsdiqlənmişdir. Lakin bu müqavilə üzrə də ödəniş edilməmişdir. Cavabdeh tərəfindən traverslərin keyfiyyəti əsassız olaraq şübhə altına alınmış, nəticədə iddiaçı öz hesabına 6.000 manat + 18% ƏDV olmaqla 7.080 manat xərc çəkərək sınaqlar aparmışdır. Sınaqlar traverslərin müvafiq olaraq 60 ton və 80 ton yükqaldırma qabiliyyətinə malik olduğunu təsdiqləmişdir. Müqavilə şərtlərinə əsasən, ödənişlərin gecikdirilməsinə görə gündəlik 0,1% cərimə hesablanmalı, 2023-cü il ## ###### tarixinədək hesablanmış gecikmələrə görə 7.832,88 manat və 603,16 manat cərimə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 93.225,43 manat məbləğə illik 5%, yəni 4.661,28 manat faiz də cavabdehdən tutulmalıdır.

20. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, 2022-ci il ## ###### tarixli ****** nömrəli Müqaviləyə əsasən, iddiaçı vaqonların rənglənməsi və qumlanması işlərini müqaviləyə uyğun qaydada yerinə yetirməyi, cavabdeh isə öz növbəsində yerinə yetirilmiş işlərin nəticəsini qəbul edərək müqavilədə müəyyən olunmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçının özünün də qeyd etdiyi kimi, həmin xidmətlər tələb olunan qaydada göstərilməmişdir. Faktiki görülmüş işlər üzrə xidmət haqqı isə cavabdeh tərəfindən ödənilmişdir. 2022-ci il # #### tarixli ****** nömrəli Müqaviləyə əsasən, iddiaçı Əlavə 1-də göstərilən traversləri və polietilen kəmərləri cavabdehə çatdırmalı, cavabdeh isə malları müəyyən edilmiş qaydada qəbul edərək müqavilə qiymətini ödəməli idi. Iddiaçı tərəfindən traverslər təhvil verildikdən sonra cavabdeh tərəfindən keçirilmiş sınaq zamanı travers əyilmiş və istifadəyə yarasız hala düşmüş, bundan sonra malların qəbulundan cavabdeh tərəfindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə 2023-cü il # #### tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Işə baxılarkən məhkəmə yerində müayinənin aparılmasını zəruri hesab etmişdir. Müayinə zamanı traverslər yararlı çıxdığı halda, cavabdeh müqavilə üzrə bütün ödənişləri, eləcə də iddiaçı tərəfindən ekspert qismində cəlb edilmiş “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xidmət haqqısını ödəməyi öhdəsinə götürmüşdür. 2023-cü il ## ####### tarixdə məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparılmış və proses videoçəkilişlə qeydə alınmışdır. Travers bağlanaraq lokomotivin qaldırılmasına hazırlıq görülərkən iddiaçı tərəfindən ekspert qismində cəlb edilmiş “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin eksperti yükün qaldırılmasına icazə verməmiş və traversin əyiləcəyini bildirmişdir. Bununla yerində müayinə yekunlaşdırılmışdır. Növbəti gün, 2023-cü il ## ####### tarixdə, iddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, traverslərin istehsalçısı Rusiya Federasiyasında yerləşən zavod olduğundan, onlarla danışıqların müəyyən vaxt aparmasını nəzərə alaraq kommersiya mübahisəsini məhkəmədən kənar həll etmək qərarına gəlmiş və bu səbəbdən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmüşdür. Qeyd olunmalıdır ki, tərəflər arasında müqavilə 2022-ci il ## #### tarixdə bağlanmış və müqavilənin xüsusi şərtlərinə əsasən 2022-ci il ## ###### tarixədək qüvvədə olmuşdur. Müqavilənin qüvvədə olduğu müddətdə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, cavabdeh üçün hər hansı öhdəlik yaranmamışdır. Iddiaçı 2023-cü ilin mart ayında eyni məzmunlu iddia ərizəsi ilə yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin traverslərin istehsalçısı olan Rusiya Federasiyasındakı zavodla danışıqlar aparılması səbəbindən iddia ərizəsi 2023-cü il ## ####### tarixdə geri götürülmüşdür. Müqavilənin bağlanmasından bir ildən artıq müddətin keçməsi və iddiaçının hələ də istehsalçı ilə danışıqlar aparmasını nəzərə alaraq, cavabdeh illərlə gözləmək imkanına malik olmadığından traverslərə olan tələbatını digər mənbədən təmin etmişdir. Müqavilə şərtlərinə əsasən, Satıcının müqavilədə nəzərdə tutulmayan hallarda və ya Alıcı ilə razılaşmadan 30 təqvim günündən artıq müddətə müqavilənin icrasını dayandırması, yaxud Alıcının yazılı bildirişinə baxmayaraq təqdim edilmiş sənəd əsasında 30 təqvim günü müddətində tədbir görməməsi əsaslı pozuntu hesab olunur. Müqavilə qüvvədə olsaydı, cavabdeh bu əsaslarla müqaviləni ləğv edərdi. Lakin müqavilə artıq 2022-ci il ## ###### tarixdən qüvvədən düşdüyündən onun ləğvi əhəmiyyət kəsb etmir. Bildirir ki, 2022- ci il 27 sentyabr tarixdə 80 ton yükqaldırma qabiliyyətinə malik travers sınaqdan keçirilərkən əyilmiş, bununla bağlı akt tərtib edilmiş və 2022-ci il # ####### tarixdə bu barədə iddiaçıya məktub göndərilmişdir. Iddiaçı tərəfindən hər hansı tədbir görülməmişdir. Həmçinin 2023-cü il ## ######## tarixdə iddiaçıya elektron poçt vasitəsilə traverslərin sınağının keçirilməsi təklif edilmiş, lakin iddiaçı bu təklifdən imtina etmişdir. Yükqaldırma qabiliyyətinə malik traverslər istənilən sahədə istismar oluna bilər və bu baxımdan üç il ərzində cavabdehə təhvil verilməyən traverslərin iddiaçı tərəfindən istismar edilməsi istisna edilmir. Belə olan halda, müqavilə şərtlərini kobud şəkildə pozmuş iddiaçı yaranmamış borcun ödənilməsini tələb edə bilməz.

21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ****** nömrəli, 2022-ci il # #### tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə travesləri qəbul etməklə ondan (79.927,3 manat+6.218,15 manat+7.080 manat) cəmi 93.225,43 manat məbləğində pul vəsaiti, illik 5% ilə hesablanmış 4.307,27 manat vəsait, 4.300 manat cərimə və ödənilmiş dövlət rüsumunun 391,83 manat əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

22. Məhkəmə qeyd etmişdir ki, mal göndərmə müqaviləsi olan ****** nömrəli, 2022- ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə iddiaçı əvvəlcədən cavabdehlə razılaşdırılmış sxemə uyğun 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik travesləri və 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərləri cavabdehə təhvil vermiş, lakin cavabdeh travesin lazımı keyfiyyətdə olmadığını, deformasiyaya olunduğunu bildirərək travesləri geri qaytarmışdır. Traveslərin keyfiyyəti ilə bağlı məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə keçirilmişdir. Müayinə zamanı 80 tonluq və 60 tonluq traveslər müqavilə üzrə nəzərtə tutulmuş yükləri qaldırmışlar, hər hansı deformasiya olmamış, polietilen kəndirlər qırılmamışdır. Bu isə traveslərin lazımı keyfiyyətdə olduğunu, müqavilə üzrə nəzərdə tutulmuş sifarişə uyğun gəldiyini təsdiq etmişdir. Hətta cavabdeh etirazında da ilk dəfə iddiaçı məhkəməyə müraciət etdiyi zaman keçirilən yerində müayinə zamanı traveslər yükü qaldıracağı halda müqavilə qiymətini və əlavə xərcləri ödəməyə hazır olduqlarını bildirmişlər. Hazırda isə cavabdeh artıq müqavilənin icra müddətinin başa çatdığını, həmin traveslərə marağının qalmadığını, bu səbəbdən də imtina etdiklərini bildirmişdir. Cavabdehin marağının itməsi və müqavilədən imtina etməsi o zaman əsaslı sayılardı ki, iddiaçı travesləri müqavilə müddətində deyil, 3 il sonra təqdim etmiş olardı, lakin yuxarıda qeyd edildiyi kimi traveslər müqavilə qüvvədə olduğu vaxtda, 2022-ci il ## ######## tarixində cavabdehə təhvil verilmişdir.

23. Cavabdehin nümayəndəsi yerində müayinə keçirilənədək traveslərə marağının itməsini əsas gətirməmiş, sadəcə traveslərin qüsurlu olması, keyfiyyətli olmadığı əsası ilə ödəniş etmədiklərini bildirmişdir. Lakin yerində müayinə nəticəsində traveslərin qüsursuz olduğu, keyfiyyətə uyğun gəldiyi sübuta yetdikdən sonra, artıq həmin traveslərə maraqlarının qalmadığını bildirmişdir. Göründüyü kimi traveslərin təhvil verilməsi cavabdehin gecikdirməsi nəticəsində icra edilə bilinmədiyindən iddiaçı icranı gecikdirmiş sayılmır, cavabdeh özü traveslərin qüsurlu olmasına istinad edib əsasız olaraq geri qaytarmaqla müqavilənin icrasını bu günə kimi gecikdirmişdir. Iddiaçının nümayəndəsi bu gündə travesləri təhvil verməyə hazır olduqlarını, cavabdehin nümayəndəsi isə təhvil almaqdan imtina etdiyini bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə, iddiaçının müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirərək qüsursuz travesləri təhvil verdiyini, cavabdehin isə əsassız olaraq traveslərin qüsurlu olmasını əsas gətirib geri qaytardığını və sonradan təhvil almaqdan imtina etdiyini nəzərə alaraq hesab edib ki, iddiaçının MM-in 637.2-ci maddəsinə əsasən satdığı traveslərin və polietilən kəmərlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır və onun bu tələbi haqlı olmuşdur. Eyni zamanda məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq hesab etmişdi ki, gələcəkdə traveslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh travesləri qəbul etməklə onların dəyərini ödəməlidir.

24. Odur ki, cavabdeh travesləri qəbul etməklə ondan 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərlərə görə 6.218,13 manat, 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik traveslərə görə isə 79.927,30 manat iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı cavabdehdən ****** nömrəli, 2022-ci il # #### tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə 8.436,04 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi barədə müqavilə şərtinin mövcud olmasını lakin MM-in 467-ci maddəsinin məzmununu nəzərə alaraq həmin müqavilə üzrə cərimə məbləğini azaldılaraq 4.300 manat müəyyən etmişdir. Həmçinin iddiaçının traveslərin sınağını keçirmək üçün əlavə çəkdiyi xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki iddiaçı cavabdehin əsassız olaraq qüsurlu olması səbəbindən travesləri geri qaytarması nəticəsində məcburən əlavə xərc çəkib sınaq keçirmişdir. Buna görə də onun çəkilmiş əlavə çəkilmiş xərcin, 7.080 manatın ödənilməsini tələb etmək hüququ var və onun bu tələbi də haqlı olduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı MM-in 445.7-ci maddəsinə əsasən cəmi 93.225,43 manatın ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmış 4.661,28 manat məbləğində vəsaitin də ödənilməsini tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, malların dəyərinin ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının borca hesablanmış 1 il üçün illik beş faiz vəsait ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddiaçı ****** nömrəli, 2022-ci il # #### tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə ödənilməli məbləğin 1 il üçün illik 5%-ni düzgün hesablamamışdır. Belə ki, müqavilə üzrə ödənilməli malların dəyəri 93.225,43 manat deyil, 86.145,43 manat təşkil edir ki, həmin məbləğin 1 illik 5%-i 4307,27 manatdır (86.145,43x5%=4307,2715). Buna görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən həmin müqavilə üzrə illik 5% ilə hesablanmış 4.307,27 manat məbləğində vəsait tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 450 manat dövlət rüsumunun 391,83 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.3. 445.7, 445.8, 445.9, 446.1, 569.1, 569.2, 581.1, 581.3, 586.1, 586.2, 586.3, 586.4, 589.1, 589.2, 596.1, 596.2, 596.3, 600.1, 600.4, 627.1, 630.1, 634.1, 637.1, 637.2, 752.1, 753.1, 767.1, 767.2, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 768.2, 769 və 770-ci maddələrinə, “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən ##.##.2022-ci il tarixdə sınaq məqsədilə təqdim olunmuş travers yükün qaldırılması zamanı deformasiyaya uğramışdır. Bununla bağlı ##.##.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məktub göndərilmiş və iddiaçı buna uyğun bütün malları geri götürmüşdür. Qeyd olunmalıdır ki, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni ##.##.2022-ci il tarixə kimi mallar cavabdehə təhvil verilməmişdir. 2023-cü ilin mart ayında iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ##.##.2023-cü il tarixə yerli sınaq təyin edilmiş, lakin cavabdeh tərəfindən yükün qaldırılması ilə bağlı hazırlıqlar zamanı iddiaçının nümayəndəsinin təşəbbüsü ilə sınaq həyata keçirilməmiş və ##.##.2023-cü il tarixdə iddiaçı Rusiya Federasiyasının zavodu ilə danışıqlar aparılması səbəbindən iddiasını geri götürmüşdür. ##.##.2024-cü il tarixdə iddiaçı yenidən pul tələbində dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. M ə h k ə m ə d ə iddiaçının nümayəndəsi bildirmişdir ki, istehsalçı Rusiya şirkətinin nümayəndəsi müayinədə iştirak etmək istəyir, bu səbəbdən yenidən müayinə təyin olunmalıdır. Cavabdehin etirazına baxmayaraq, məhkəmə yenidən müayinə təyin etmiş, lakin istehsalçı Rusiya şirkətinin nümayəndəsi iştirak etməmiş, iddiaçı həm Məhkəməni, həm də cavabdehi aldatmış, buna baxmayaraq, Məhkəmə tələb etmişdir ki, müayinə keçirilsin. Lakin Məhkəmə nəzərə almamışdır ki, sınağın keçirilməsi və keçirilmiş sınağın nəticəsi artıq mənasını itirib, çünki ##.##.2022-ci il tarixdə müqavilənin müddəti bitmiş və bu müddət ərzində iddiaçı öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirərək ##.##.2022-ci il tarixdə traversləri və polietilen kəmərləri cavabdehə təhvil vermişdir. Cavabdeh isə traversi hansı şəraitdə, hansı şərtlərlə, hansı ağırlıqda yükü qaldırması qeyri-müəyyən olmaqla istifadə etmiş və travers deformasiyaya uğramışdır. Hesab edir ki, məhkəmə belə qənaətə gəlməklə işə qərəzli və birtərəfli yanaşmışdır. Belə ki, iddiaçı cavabdehə traversləri təhvil verməmiş, iddiaçı traversləri sınaq üçün gətirmiş, qüsur aşkarlandıqda isə malları aparmışdır. Tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və müqavilənin qüvvədə olduğu müddətdə mallar cavabdehə təhvil verilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin əməkdaşları traversi düzgün istifadə etməmiş və travers bu səbəbdən deformasiyaya uğramışdır. Məhkəmənin bu mövqeyi də qərəzlidir. Birincisi məhkəmə həmin sahə üzrə nə ekspert, nə də mütəxəssis deyil və 3 il bundan əvvəl onun iştirakı olmadan hadisənin hansı səbəbdən baş verməsinə qiymət verə bilməzdi. Ikincisi cavabdehin əməkdaşları qeyri-peşəkar, bacarıqsız, traverslərin istifadə qaydalarını bilməyən olmuş olsaydılar o zaman ##.##.2025-ci il tarixdə keçirilən sınaq müayinədə də eyni səhvlərə yol verməli və traverslərlər deformasiyaya uğramalı idi, lakin bu baş verməmişdir. Belə olan halda məhkəmənin hansı mötəbər dəlilə əsasən cavabdehin əməkdaşlarınin traversləri düzgün istifadə etməməsi qənaətinə gəlməsi aydın deyildir. Məhkəmə qeyd edir ki, traverslər 2022-ci ildə lazımı keyfiyyətdə olmuşdur. Lakin bununla bağlı hər hansı ekspertiza keçirilməmiş, məhkəmənin nəyə əsasən belə qənaətə gəlməsi yenə də aydın deyil. Müqavilənin müddəti ##.##.2022-ci il tarixdə bitmiş və xxxx bu müddətin sonuna qədər traverslərlə təmin edilməmişdir. Məhkəmə iddiaçının traversləri ##.##.2022-ci il tarixdə lazimi qaydada təhvil verməsini qeyd etsə də, bunu təsdiq edən sənədlər mövcud deyildir. Həqiqətən iddiaçı sınaq üçün traversləri gətirmiş, lakin traverslər sınaqdan keçmədikdən sonra traversləri aparmışdır. Bununla bağlı cavabdehin ##.##.2022-ci il tarixli, ****** nömrəli məktubu məhkəməyə təqdim edilmişdir. Iddiaçı üzərinə düşən öhdəliyi icra etməmiş, lakin cavabdehdən pulun ödənilməsini tələb edir. Borcun hansı sənəd əsasında, necə və nə vaxt yaranması məlum deyildir. Icra olunmayan öhdəliyin qarşılığında borcun yaranması absurddur. Həmçinin qeyd olunmalıdır ki, müqavilənin 23-cü maddəsinə əsasən müqavilə tərəflərin qarşılıqlı razılığı ilə heç bir səbəb göstərilmədən istənilən vaxt və ya müqavilə şərtlərinin əsaslı pоzulmasına yоl vеrilərsə, tərəflərdən biri digər tərəfi yazılı xəbərdar еtmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv еdə bilər. Satıcının müqavilədə nəzərdə tutulmadığı hallarda və ya alıcı ilə razılaşmadan 30 təqvim günündən artıq müddətə müqavilənin icrasını dayandırması və ya alıcının müqavilənin pоzulmasına səbəb оla biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, satıcının təqdim еdilmiş sənəd əsasında 30 (otuz) təqvim günü müddətində tədbir görməməsi əsaslı pozuntu hesab olunur. Müqavilə qüvvədə olmuş olsaydı xxxx yuxarıda qeyd olunan əsaslarla Müqaviləni ləğv edərdi, lakin Müqavilə artıq ##.##.2022-ci il tarixdə qüvvədən düşdüyündən Müqavilənin ləğvi əhəmiyyətsiz olub. Lakin Məhkəmə qeyd olunanların heç birini nəzərə almamışdır. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin Müqavilənin müddəti ##.##.2022-ci il tarixdə bitmişdir, bu müddət ərzində iddiaçı malları təhvil verməmiş, nə də ki, bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı malların məcburi qəbul edilməsi öhdəliyi barədə iddia tələbi irəli sürülməmişdir. 2023- cü ildə iddiaçı yalnız pul tələbi ilə bağlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, lakin sonradan ##.##.2023-cü il tarixdə həmin iddia ərizəsini geri götürmüşdür. Belə olanhalda cavabdeh haqlı olaraq traverslərin və polietilen kəmərlərində olan ehtiyacını digər mənbədən təmin etmişdir. Bütün bunlara baxmayaraq, düz 1 ildən sonra 2024-cü ildə iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Müqavilənin qüvvədə olan müddət ərzində üzərinə düşən öhdəliklərini yerinə yetirməyən iddiaçı müqavilənin bitməsindən 2 il keçdikdən sonra məhkəməyə müraciət edir və məhkəmə qanunvericiliyin normalarına zidd qərar qəbul edir. Məhkəmə qeyd edib ki, iddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı traverslərin və polietilen kəmərlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Qeyd olunmalıdır ki, Məhkəmənin istinad etdiyi norma ümumiyyətlə mübahisənin predmetinə aid deyil. Belə ki, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. Iddiaçı ilə cavabdeh arasında göndərmə müqaviləsi deyil, traverslərin və polietilen 4. 5. pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 637-ci maddəsinə göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. kəmərlərin satın alınmasına dair müqavilə bağlanılmışdır. Lakin Məhkəmə səhv nəticəyə gələrək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Iddiaçı 2022-ci ilin oktyabr ayından bu günə qədər cavabdehdən malların qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Iddiaçı yalnız absurd iddia olan pul tələbi barədə müraciət etmiş, halbuki özü müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Hesab edir ki, iddiaçı ##.##.2023-cü il tarixdə iddia ərizəsini geri götürdükdə artıq müqavilənin icrasından imtina etmişdir. Belə olan halda, cavabdeh haqlı olaraq travers və polietilenlərdə olan tələbatının digər mənbədən təmin etmişdir. Lakin Məhkəmə qanunvericiliyin bunormasını da nəzərə almamış və hesab etmişdir ki, müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh illərlə iddiaçının mallarını gözləməli idi. Məhkəmə qərəzli mövqeyini bir daha sübuta yetirmişdir. Belə ki, qeyd olunan maddəyə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb edə bilər. Birincisi iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir ki, cavabdehin ödənişin edilməsinə öhdəlik yaransın və o bunu gecikdirsin. Ikincisi,müqavilə üzrə cərimənin ödənişi nəzərdə tutulmuş və məhkəmə müqavilə üzrə 4.300 manat məbləğində cərimə tətbiq etmişdir. Lakin buna baxmayaraq məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% ilə hesablanmış 4.307,27 manat məbləği da təmin etmişdir. Məhkəmə qərəzli olaraq iki dəfə cərimə tətbiq etmişdir. Halbuki bir öhdəliyin pozulmasına görə iki dəfə cərimə tətbiq edilə bilməz. Həmçinin Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ucbatından əlavə xərc çəkib (7080 manat), sınaq keçirib, bu səbəbdən bu məbləğ cavabdehdən tutulmalıdr. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya dəfələrlə sınağın keçirilməsi təklif olunsa da, iddiaçı bundan imtina etmişdir. Iddiaçı öz təşəbbüsü ilə cavabdehin razılığı və iştirakı olmadan keçirilmiş sınağa görə niyə pul ödəməsi anlaşılan deyil. Həmçinin qeyd olunmalıdır ki, keçirilmiş sınaqda dəmir yolunda qaldırılan yüklərə aid yüklər olmayıb, ona görə keçirilmiş sınaq mənasız və subyektiv olub. Digər tərəfdən bu sınaq onu sübuta yeitirir ki, 3 il ərzində travers və polietilen kəmərlər digər sahədə bu müddət ərzində istifadə oluna bilərdilər və hazırda onların harada və hansı şəraitdə saxlanılması barədə məlumat yoxdur, digər tərəfdən aydın olur ki, iddiaçıya heç bir zərər dəyməyib, çünki həmin malları yük qaldırma ilə bağlı olan şirkətlərə rahatlıqla sata bilər. Məhkəmə gedişi dövründə də iddia həcminin artırılması barədə ərizə verilməmişdir. Lakin Məhkəmə qərəzli olaraq, iddia tələbindən kənara çıxmış və iddiada cavabdehin üzərinə öz təşəbbüsü ilə traverslərin qəbul etmə öhdəliyi qət etmişdir. Məhkəmə qeyd edir ki, gələcəkdə traverslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh traversləri qəbul etməklə onların dəyərini ödəməlidir. Iddiaçı iddia tələbində traverslərin qəbul edilməsini qeyd etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə cavabdeh üçün öhdəlik yaratmış, halbuki belə bir öhdəlik müqavilənin müddəti qüvvədə olarkən və iddia tələbində əks olunduğu halda qoyula bilərdi. Məhkəmə iddia tələbindən kənara çıxmaqla kobud pozuntu etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət formal şikayətdən başqa bir şey deyil. Belə ki, cavabdeh tərəfin yeganə iddiası traveslərin və polietilen kəmərlərin lazımi keyfiyyətdə olmaması idi. Bu isə məhkəmə eksperimenti zamanı, mütəxəssislərin rəyi, video və fotolarla tam olaraq inkar olundu. Belə ki, ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə ekspertmenti (sınaqmüayinə) zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam yerinə yetirmiş, traveslər və polietoilen kəmərləri vaxtında və lazımi keyfiyyətdə təhvil vermişdir. Lakin, cavabdeh tərəf öz apelyasiya şikayətini bu hissə ilə deyil, müqavilənin bitdiyini, vaxtında təhvil verilmədiyini, malların ümumiyyətlə təhvil verilmədiyini və sair əsassız hallara əsaslandırmışdır. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam, vaxtında yerinə yetirmişdir. Əgər mallar vaxtında təhvil verilməmişdirsə, bəs cavabdeh tərəf ##.##.2022-ci il tarixdə iddiaçı tərəfin iştirakı olmadan traveslərdən birini necə deformasiyaya uğratmışdır?! Bundan sonra traveslərin götürülməsini niyə tələb etmişdir?! Müqavilənin müddəti keçibsə niyə iddia müddətinin keçməsi barədə ərizə verməmişdir?! Digər tərəfdən müqavilənin müddətinin bitməsi, öhdəliyin icrasını dayandırmır və cavabdeh tərəfdən öhdəliyin yerinə yetilməməsi üçün əsas deyildir (iddiaçı malları təhvil verməklə öhdəliyini vaxtında yerinə yetirmişdir). Digər tərəfdən cavabdeh tərəf hesab edir ki, “xxxx” QSC-nin səhmləri dövlətə məxsusdur və istədiklərini edə bilərlər və hətta müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmək ixtiyarları var. Bu kimi hallar (öhdəliyin vaxtında yerinə yetirilməməsi) ölkədə cavabdeh kimi hüquqi şəxslərin maliyyə sabitliyinə ciddi mənfi təsir edir.

Apellyasiya instansiyasi məhkəməsindəki birinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – illik beş faiz ilə tutulacaq borc hissəsində dəyişdirilərək, cavabdehdən ****** nömrəli, 2022-ci il # #### tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqaviləyə əsasən iddiaçının xeyrinə öhdəliyin icrasının gecikdirilməsinə görə illik beş faiz ilə tutulacaq məbləğin 7,27 manat müəyyən edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

30. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hər iki müqavilə üzrə tələblərlə məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın yalnız 2022-ci il # #### tarixli, ****** nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqavilə üzrə irəli sürülmüş tələblərin təmin edilmiş hissəsi ilə məhdudlaşır.

31. Həmin hissədə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci il # #### tarixli, ****** nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə qabiliyyəti 60 ton olan 3 ədəd, yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər və polietilen kəmərlər 2022-ci il ## ######## tarixində təhvil verilmişdir. 2022-ci il ## ######## tarixində yükgötürmə qabiliyyəti 80 ton olan travers yükü qaldırarkən deformasiyaya uğramışdır. 2022-ci il # ####### tarixində cavabdeh tərəfindən iddiaçıya müraciət edilərək traversin deformasiyaya uğradığı bildirilmişdir. Bundan sonra iddiaçı traversləri cavabdehdən götürərək sınaq keçirilməsi üçün “xxxx” Azərbaycan Respublikasının nümayəndəliyinə təqdim etmiş, sözügedən şirkət tərəfindən 2022-ci il ## ###### tarixində traverslərin yük sınağı keçirilərək qüsurlar aşkar edilməmişdir. Hazırda cavabdeh təqdim etdiyi malların lazımi keyfiyyətdə olduğunu, lakin iddiaçının əsassız olaraq müqavilə üzrə traversləri geri təhvil almaqdan imtina etdiyini əsas göstərərək müqavilə üzrə təqdim edilmiş malların dəyərinin, dəymiş zərərin (sınağın keçirilməsinə sərf etdiyi vəsaitin), faizlərin və dəbbə pulunun ödənilməsini tələb edir.

32. Cavabdeh təqdim edilmiş malların lazımi keyfiyyət tələblərinə cavab vermədiyini, eyni zamanda müqavilənin icra müddətinin artıq başa çatdığını, müqavilədə nəzərdə tutulmuş malları başqa şirkətdən aldığını, belə olan halda həmin malları əldə etməyə maraqlarının itdiyini qeyd etmiş və iddianın rədd edilməsini tələb etmişdir.

33. Kollegiya əvvəla müqavilə üzrə malları vermək öhdəliyinin vaxtında icra edilibedilməməsi məsələsi ilə bağlı qeyd etmişdir ki, traverslərin və polietilen kəmərlərin satın alınmasına dair 2022-ci il # #### tarixli ****** nömrəli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan və hazırda ödənilməsi tələb edilən travers və polietilen kəmərlərin 2022-ci ilin ########ın ##-də cavabdehə təqdim edilməsi işin mübahisəsiz halını təşkil edir. Hazırda cavabdeh sözügedən malların yuxarıda göstərilən tarixdə onun istifadəsinə və sahibliyinə verilməsi faktını mübahisələndirilməsə də, həmin faktı alqı-satqının predmeti olan malların ona təhvil verilməsi kimi dəyərləndirmir, malları yalnız sınaq üçün götürdüyünü və sınaqdan keçmədiyindən malları təhvil almadığını və təhvil-təslim aktını imzalamadığını bildirmişdir.

34. Bununla bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində malların ilkin olaraq keyfiyyətin yoxlanılması üçün alıcıya təqdim edilməsi və yalnız yoxlamadan keçdikdən sonra təhvil alınacağı barədə şərt yer almamışdır. Bundan əlavə traverslərin keyfiyyətinin alıcı tərəfindən bu qaydada yoxlanılması müvafiq sahədə formalaşmış işgüzar dövriyyə adətlərindən və ya adətən tətbiq edilən digər şərtlərdən də irəli gəlmir. Həmçinin sözügedən malların cavabdehə təqdim edilməsinin məqsədinin malların keyfiyyətinə dair sınaq keçirilməsi olması fərz edilərsə belə ağlabatanlıq baxımından təhvil alınmamış malların ilkin yoxlanılması mallar təqdim edildikdən dərhal və ya qısa müddət ərzində, hər iki tərəfin nümayəndələrin iştirakı ilə keçirilməli idi. Hazırkı halda isə yükqaldırma əməliyyatı yalnız cavabdehin nümayəndələrin iştirakı ilə traverslərin təqdim edildiyi vaxtdan bir həftə sonra aparılmışdır. Bundan əlavə o da vurğulanmalıdır ki, mübahisəli mallar cavabdehə təqdim edildiyi gün iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş və həmin qaimələr qanunvericilikdə nəzərə tutulmuş müddətdə düzəliş üçün qaytarılmamışdır. Göstərilən hallar malların iddiaçıya təhvil verilməməsi, yalnız sınaq aparılması üçün təqdim edilməsi barədə cavabdehin arqumentlərinin əsassızlığına dəlalət edir.

35. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə malların 2023-cü il ## ######## tarixində təqdim edilməsi alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi, yəni satıcının alqı-satqı predmeti olan əşyanı vermək öhdəliyinin vaxtında icrası kimi qiymətləndirilməlidir.

36. Belə olan halda isə iddiaçı tərəfindən mübahisəli mallar müqavilədə nəzərdə tutulmuş müddətdə cavabdehə təqdim edildiyindən cavabdehin iddiaçının müqavilə öhdəliklərinin icrasını gecikdirməsinə və nəticə etibarilə əşyanın əldə edilməsinə dair marağının itməsinə istinadı da əsassızdır.

37. Odur ki, hazırkı halda müqavilə üzrə təqdim edilmiş malların sonradan iddiaçıya geri verilməsinə, yəni faktiki olaraq iddiaçının müqavilədən imtina etməsinə alıcının lazımi keyfiyyətdə olmayan mallar təqdim edilməsi halı üçün qanunvericilikdə nəzərdə tutulan müdafiə mexanizmlərindən istifadə etməsi kontekstində hüquqi qiymət verilməlidir.

38. Məhkəmə hesab etmişdir bu istiqamətdə hüquqi dəyərləndirmə ilk növbədə iddiaçı tərəfindən təqdim edilmiş traversin istifadə zamanı əyilməsinin səbəblərinin araşdırılmasını tələb edir.

39. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 2022-ci il ## ######## tarixində cavabdehdə təqdim edilərkən traversin əyriliyinin olmaması, həmin traversin cavabdeh tərəfindən istifadə edilməsi zamanı əyilməsi işin mübahisəsiz halıdır.

40. Digər tərəfdən iddiaçının cavabdehə ünvanladığı 2022-ci il # ####### tarixli məktubuna görə, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə və digər materiallarına əsasən istehsalçı şirkət tərəfindən traversin deformasiyaya uğramasının səbəblərinin müəyyənləşdirmək üçün araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq traversin əyilmənin ondan istifadə qaydalarının pozulması – qaldırılmış yükün tarazlaşdırılmış olmaması, strop kəmərlərin lazımi qaydada fiksasiya edilməməsi və ağırlıq mərkəzinin dəqiq müəyyən edilməməsi nəticəsində baş verdiyi müəyyən edilmiş, cavabdehin traversdən istifadə zamanı yol verdiyi nöqsanlar sadalanmış və gələcəkdə traversdən istifadə üçün tövsiyələr verilmişdir. Iddiaçı isə traversin əyilməsinin malın keyfiyyəti ilə bağlı olduğunu iddia etsə də, istehsalçı şirkətin traversin düzgün istismar edilməməsi barədə irad və tövsiyələrinə münasibətdə hər hansı əks arqumentlər irəli sürməmişdir, eləcə də traversdən istifadə edilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsinə, ağırlıq mərkəzinin işarələnməsinə və s. dair hər hansı sübut təqdim etməmişdir. Bundan sonra iddiaçı tərəfindən mübahisəli traverslərin keyfiyyətinin yoxlanılması üçün “xxxx” AR nümayəndəliyinə müraciət edilmiş və həmin şirkət tərəfindən də traverslərin yük sınağı keçirilmiş və hər hansı qüsur aşkar edilməmişdir. Məhkəmə araşdırması gedişində tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və həmin müayinə zamanı traverslər əyilmədən, deformasiya olmadan müvafiq olaraq 83 və 62 tonluq yükləri qaldırması müşahidə edilmişdir.

41. Göstərilən hallar məcmu şəkildə belə qənaətə gəlməyə əsas vermişdir ki, traversin deformasiya uğraması onun keyfiyyət tələblərinə cavab verməməsi ilə bağlı olmamış, məhz iddiaçı tərəfindən düzgün istifadə edilməməsi nəticəsində baş vermişdir.

42. Odur ki, hazırkı halda MM-in 588.2-ci maddəsinin tələblərinə əsasən traversdə yaranmış qüsurlara görə iddiaçı məsuliyyət daşımadığından cavabdeh MM-in 587.2-ci maddəsində nəzərdə tutulmuş müdafiə mexanizmlərindən istifadə etməklə malların geri götürülməsini tələb etməkdə haqlı olmamışdır.

43. Beləliklə, cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan, yəni əsassız olaraq müqavilədən imtina etdiyindən iddiaçı MM-in 598.4-cü maddəsinə əsasən cavabdehdən alqı-satqı müqavilə üzrə malların yenidən təhvil alınmasını və dəyərinin ödənilməsini tələb etmək hüququna malikdir.

44. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə almışdır ki, cavabdehin tələbi ilə mübahisəli traverslər iddiaçı tərəfindən geri götürülərək yoxlanılması üçün “xxxx” AR nümayəndəliyinə təqdim edilmiş və həmin şirkətin sınağının nəticələri alındıqdan sonra dəfələrlə (2022-ci il ## ######, 2023-cü il ## ######, 2023-cü il ## ### və s.) malların yenidən təhvil alınması və dəyərinin ödənilməsi üçün cavabdehə müraciətlər edilmişdir. Belə olan halda isə aydın görünmüşdür ki, iddiaçı tərəfindən malları cavabdehdən götürülməsinin malların alıcı tərəfindən şübhə altına alınan keyfiyyətinin öz hesabına yoxlamaq məqsədi daşıdığından həmin fakt (malların iddiaçı tərəfindən geri götürülməsi) iddiaçının müqavilənin ləğv edilməsi ilə razılaşması kimi qiymətləndirilə bilməz.

45. Məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh traversləri qəbul etməklə ondan 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərlərə görə 6.218,13 manat, 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik traveslərə görə isə 79.927,30 manat iddiaçının xeyrinə tutulmalı barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

46. Kollegiya həmçinin traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərindən kənara çıxılması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən işə baxılması hədləri irəli sürülmüş iddia tələbləri ilə məhdudlaşdırılsa da, qanunverici müstəsna hallarda bütün proses iştirakçılarının hüquqlarının və maraqlarının qorunması, eləcə də ədalətliliyin təmin edilməsi məqsədilə iddia tələblərindən kənara çıxılmasına da yol verir. Hazırkı halda iddiaçının 2022-ci il # #### tarixli alqı-satqı müqaviləsi üzrə irəli sürdüyü əsas iddia tələbinin predmetini həmin alqı--satqı müqaviləsi üzrə təqdim edilmiş malların, o cümlədən mübahisəli traverslərin dəyərinin ödənilməsini tələb etmək hüququ təşkil edir, iddia tələbinin əsası kimi isə, 2022-ci il # #### tarixli müqaviləyə, eləcə də cavabdehin tərəfindən həmin müqavilə üzrə öhdəlikləri icra etməkdən, eləcə də lazımi icranı qəbul etməkdən imtina edilməsi faktlarına istinad edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddiasında traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi aydın şəkildə ifadə edilməmişdir. Lakin cavabdehin mübahisəli müqavilədən, o cümlədən traversləri qəbul etməkdən imtinasının əsassız hesab edilərək alqı-satqının predmeti olan malların dəyərinin ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsi son nəticədə həmin qətnaməyə əsasən dəyəri cavabdeh tərəfindən ödəniləcək malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə qəbul edilməsini də labüd edir. Odur ki, məhz cavabdehin hüquq və mənafelərinin qorunması, eləcə də yeni mübahisələrin yaranmasının qarşısının alınması və bununla da hər iki tərəfin hüquqlarının məhkəmədə effektiv müdafiəsinin təmin edilməsi baxımından kollegiya hesab etmişdir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının üzərinə malların qəbul etmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması prosessual pozuntu kimi qiymətləndirilməməlidir.

47. Iddiaçı həmçinin traverslərin keyfiyyətinin yoxlanılması məqsədilə keçirilmiş yük sınağına görə tərəfindən ödənilmiş ƏDV daxil 7.080 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbin qanuni əsasını MM-in 443.1-ci maddəsi təşkil etmişdir. Həmin tələblə bağlı məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehin alqı-satqı müqaviləsinin icrasından əsassız imtina etməklə müqavilə öhdəliklərinin pozuntusuna yol verməsi, nəticədə iddiaçının təqdim etdiyi malın keyfiyyətliliyini sübuta yetirmək üçün xərc çəkməyə məcbur olması, yəni iddiaçıya real maddi zərər vurulması işin yuxarı göstərilən halları ilə öz təsdiqini tapmış, eləcə də maddi zərərin məbləğini təsdiq edən sübutlar (“xxxx” AR nümayəndəliyinə sınağa görə ödənilən pul vəsaiti) məhkəməyə təqdim edilmişdir. Odur ki, həmin hissədə iddia əsaslı hesab edilmişdir.

48. Bununla yanaşı iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən faizlərin və dəbbə pulu tutulması da tələb edilmişdir.

49. Dəbbə pulu ilə bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən göründüyü kimi həmin müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

50. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

51. Məhkəmə cavabdehin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirməsinin işin göstərilən halları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı MM-in 462-ci maddəsinin tələblərinə əsasən müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (penyanın) tutulmasını tələb etmək hüququna malikdir. Odur ki, birinci instansiya məhkəməsi kreditorun əmlak və digər əsaslı mənafeləri, əsas borcun məbləğini və digər diqqətəlayiq halları nəzərə almaqla cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunu 4.300 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

52. MM-in 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq bir illik müddət üçün hesablanmış 4.307,27 manat məbləğində faizlərin tutulması isə qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla yalnız dəbbə pulu məbləği ilə tam əhatə olunmayan hissədə, yəni 7,27 (4.307,27-4.300) manat həddində təmin edilə bilər. Odur ki, faizlərin tutulması hissədə qətnamə dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə MM-in 445.7- ci maddəsinə əsasən tutulacaq məbləğ 7,27 manat məbləğində müəyyən edilməlidir.

53. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.2, 445.7, 448.1, 462.1, 466.1, 466.2, 466.2.1, 466.2.2, 466.2.3, 466.3, 467, 567, 570.1, 570.1.1, 571.1, 586.1, 586.2, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 587.4, 588.1, 588.2, 596.1, 596.2, 596.3, 598.1 və 598.4-cü maddələrinə, MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli Qərarına, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

54. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – B.Qəribov, hakimlər – R.Qurbanov və Z.Babayev).

56. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin 16-cı bəndində müqavilənin icrasına texniki nəzarət və sınaqla bağlı nizamlanma müəyyənləşdirilmişdir. Belə ki, həmin bəndə əsasən alıcı müavilənin xüsusi şərtlərində göstərilmiş qaydada heç bir əlavə xərc çəkmədən müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir (müqavilənin 16.1-ci bəndi). Eyni zamanda müqavilənin 16.2, 16.4-cü bəndlərində də texniki nəzarətin və sınağın keçirilməsi üçün alıcı tərəfindən satıcıya məlumat verilməsi, satıcının ərazisində keçirilən texniki nəzarət və sınaqla bağlı alıcıya lazimı köməyin göstərilməsi, alıcının müqavilənin predmetinə aid olan və texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilməsi, həmçinin belə malların dəyişdirilməsi və alıcının tələblərini təmin edən digər malların təqdim edilməsi ilə bağlı qaydalar da nəzərdə tutur. Doğrudur, bu bənddə nəzərdə tutulan nizamlanma ilə bağlı həmin müqavilənin xüsusi şərtlərini tənzimləyən bölməsində texniki nəzarət və sınaqla bağlı qayda nəzərdə tutulmamışdır. Lakin müqavilənin 16-cı bəndinə diqqət yetirdikdə belə aydın olur ki, texniki nəzarət və sınaqla bağlı tənzimləmə mövcuddur.

57. Digər tərəfdən MM-in 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır (MM-in 586.2 maddəsi). Göründüyü kimi adıçəkilən müqavilədə texniki nəzarət və sınaq keçirilməməsi ilə bağlı istisna mövcud deyildir.

58. Bundan başqa iş materiallarında olan və cavabdeh tərəfindən tərtib edilmiş 2022ci il ## ######## tarixli aktdan da görünür ki, 2022-ci il ## ######## tarixində yükqaldırma qabiliyyəti 80 ton olan traversin mərkəzdən əyilərək deformasiyaya uğraması məhz onun sınağı aparılan zaman baş vermişdir.

59. Eyni zamanda 2022-ci il # ####### tarixində cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda da bildirilmişdir ki, traversin mərkəzdən əyilərək deformasiyaya uğraması sınaq məqsədi ilə aparılan yükqaldırma əməliyyatı zamanı baş vermişdir. Bu məktubda həmçinin iddiaçı tərəfindən həmin məsələyə aydınlıq gətirilməsi üçün qısa müddətdə məlumat verilməsi də xahiş edilmişdir. Iddiaçı yuxarıda göstərilən məktuba bu qərarın §12-də göstərilən məktubla cavab vermiş, lakin həmin məktubda müqavilənin predmetinin sınaq keçirilməsi üçün təqdim edilməsinə dair hər hansı etiraz bildirməmişdir.

60. Bundan başqa məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçının müraciət əsasında mübahisəli traverslərin keyfiyyətinin yoxlanılması üçün “xxxx” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən də traverslərin yük sınağı keçirilmişdir.

61. Bununla belə məhkəmə kollegiyası vurğulayır ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən keçirilən sınaqlar zamanı tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 16-cı bəndinin şərtlərinə əməl olunmamışdır. Iddiaçı 2023-cü ilin mart ayında eyni məzmunlu tələb ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmə icraatı zamanı, yəni 27 sentyabr tarixində cavabdeh tərəf iddiaçıya elektron məktub ünvanlayaraq göstərmişdir ki, cavabdehin mövqeyinə görə traversin əyilməsinə səbəb materialın keyfiyyətsiz olması və hesabatın düzgün aparılmamasıdır, iddiaçının mövqeyinə görə isə traversin deformasiyaya uğramasına kran sürücüsünün düzgün idarə etməməsi səbəb olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq obyektiv həqiqətin müəyyən olunması məqsədi ilə Yevlax şəhərində mövcud olan 76 tonluq qartəmizləyənin iddiaçının travers və iddiaçı tərəfindən dəvət olunan kran sürücüsü vasitəsi ilə 2023-cü il ## ######## tarixində yenidən sınaq keçirilməsi təklif edilmişdir. Iddiaçı tərəfindən bu məktubun cavablandırılması iş materiallarından müəyyən olunmamışdır.

62. Həmçinin bu məhkəmə icraatı dövründə 2023-cü il ## ####### tarixində keçirilmiş yerində müayinə zamanı cavabdehin nümayəndəsi traverslər yükü qaldıracağı halda müqavilə qiymətini və əlavə xərcləri ödəməyə hazır olduqlarını bildirmiş, bununla belə iddiaçının ekspert kimi cəlb etdiyi “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin eksperti yükü qaldırmağa icazə verməmiş və bildirmişdir ki, qaldırmayın, traveys əyiləcək.

63. Bundan sonra iddiaçı 2023-cü il ## ####### tarixində ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş etmiş, həmin tarixdən hazırkı iddianı irəli sürdüyü 2024-cü il ## ######## tarixinədək isə cavabdehə malların qəbul edilməsi və onların dəyərinin ödənilməsi ilə bağlı iddiaçının müraciətinin mövcudluğu iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi yuxarıda göstərilən müqavilənin müddəti 2022-ci il ## ###### tarixində başa çatsa da, onun predmetini təşkil edən əşyalar cavabdeh tərəfindən 2022-ci il 29-30 sentyabr tarixində iddiaçıya qaytarılmaqla onun özündə qalmışdır.

64. 2023-cü il ## ####### tarixində keçirilmiş yerində müayinə zamanı iddiaçının dəvət etdiyi mütəxəssis traversin deformasiyaya uğrayaraq əyiləcəyini əsas gətirməklə sınağın keçirilməsinə razı olmamışdır. Bu hal isə cavabdehin ziyanına qəbul edilə bilməz. Əksinə məhkəmələr hazırkı iş üzrə 2025-ci il ## #### tarixdə keçirilmiş yerində müayinənin nəticələrini əsas götürməklə belə qənaətə gəmişlər ki, traverslər keyfiyyətli olmuşdur. Halbuki, hər iki müayinə arasında zaman baxımından təqribi 1 il 5 ay vaxt keçmişdir. Belə olan təqdirdə sonuncu müayinəyə təqdim olunmuş müqavilənin predmetlərinin iddiaçıda qalmağı səbəbindən 2023-cü il ildə keçirilmiş müayinəyə təqdim edilmiş müqavilənin predmetləri ilə eynilik təşkil etməsi ağlabatanlıq və əminlik kriteriyasına tam cavab vermir.

65. Hazırkı işin materiallarından müəyyən olunur ki, iddiaçı “xxxx” AR nümayəndəliyinin sınağın keçirilməsi ilə bağlı rəyini aldıqdan sonra (##.##.2023, ##.##.2023, ##.##.2023 və s.) malların yenidən təhvil alınması və dəyərinin ödənilməsi üçün cavabdehə müraciətlər etmiş, 2023-cü il ## ####### tarixində isə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin götürülməsi ilə bağlı məhkəməyə xahiş olunduğundan, məhkəmənin 2023-cü il ## ####### tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Bu müddətdən sonra isə iddiaçının ümumiyyətlə cavabdehə əşyanının qəbul olunması və ödənilməsi ilə bağlı müraciət etməsi iş materialları ilə müəyyənləşdirilmir. Beləliklə hazırkı işin hallarından görünür ki, iddiaçının müraciətinə əsasən 2023- cü il 27 oktyabr tarixində iddia ərizəsinin geri götürülməsi MM-in 598.4cü maddəsinin təsir dairəsindən kənarda qalır.

66. Əvvəldə də qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 17.1-ci bəndinə əsasən, müqavilənin icra müddətində alıcı aşkar olunmuş qusarlar haqqında satıcıya 7 iş günü ərzində bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün müddət göstərilməlidir. Satıcı qusarlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş müddət ərzində aradan qaldırır.

67. Müqavilənin xüsusi şərtlərinə dair hissəsində onun 17, 18-ci bəndləri ilə bağlı göstərilmişdir ki, müqavilənin icrası başa çatdıqdan sonra çəllək açıldığı vaxtdan 12 ay müddətində (Zəmanət müddəti) alıcının gətirilmiş mallar aşkar etdiyi bütün qüsurlar alıcının müraciəti əsasında satıcı tərəfindən təxirə salınmadan 14 təqvim günü ərzində aradan qaldırılır. Qüsurların olduğu aşkarlanarsa (zəmanət müddəti dövründa malların istismarı prosesində) alıcı 7 təqvim günü ərzində satıcının səlahiyyətli nümayəndəsini çağırmağa borcludur. Satıcının səlahiyyətli nümayəndəsi aşkar edilmiş qüsurların ekspertizası üçün satıcıya bildiriş daxil olduqdan sonra 3 təqvim günü ərzində gəlməzsə, ekspertiza və ya baxış satıcının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilə bilər.

68. Eyni zamanda həmin hissədə oda müəyyənləşdirilir ki, əgər satıcının təhvil verdiyi malların keyfiyyətsizliyi təsdiqlənərsə satıcı öz hesabına qüsurları aradan qaldırmağa borcludur. Qüsurların (nasazlığın) aradan qaldırılması müddəti isə 14 təqvim günü kimi müəyyənləşdirilmişdir.

69. Lakin iş materiallarından gürünür ki, cavabdeh 2022-ci il # ####### tarixində sınaq zamanı traversin deformasiyaya uğraması ilə bağlı iddiaçıya məlumat vermiş, traverslərin sınağdan keçirilməsi ilə bağlı iddiaçı ilə “xxxx” AR nümayəndəliyi arasında müqavilə 2022-ci il ## ###### tarixində bağlanmış, 2023-cü il ## ####### tarixində iddiaçı tərəfindən dəvət edilmiş “xxxx”-nin nümayəndəsinin də iştirak etdiyi məhkəmə tərəfindən yerində keçirilmiş müayinə zamanı həmən nümayəndə traversin əyiləcəyini göstərməklə onun keçirilməsinə razı olmamışdır. Beləliklə yuxarıda göstərilən müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən qüsurların (nasazlığın) aradan qaldırılması barədə 14 təqvim günü müddətinə riayət olunması müəyyən olunmur.

70. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda adı çəkilən müqaviləyə qiymət və ödəniş qaydasına dair əlavə 2-nin 1.8.1-ci bəndinə əsasən, satıcının təqsiri ilə əlaqədar hallar üzrə malların təqdim edilməsində hər hansı və istənilən fasilə/dayanma yaranarsa alıcı belə fasilə/dayanmalara görə satıcıya hər hansı ödəniş etmir və belə fasilə/dayanma 30 təqvim günü müddətini keçərsə, alıcı hazırkı müqaviləyə bir tərəfli qaydada xitam verə bilər. 30 təqvim günü müddəti malların satıcı tərəfindən təqdim edilməli olduğu tarixdən hesablanır. Göründüyü kimi aşağı instansiya məhkəmələri tərəfindən adıçəkilən əlavənin göstərilən bəndinin məzmunu da diqqətdən kənarda qalmışdır.

71. Məhkəmə kollegiyası onu da qeyd edir ki, MM-in 587-ci maddəsində satıcının əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməməsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsi, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulması zamanı alıcının malik olduğu tələblərin dairəsini müəyyənləşdirilmişdir.

72. Hazırkı işin materiallarından isə görünür ki, cavabdeh tərəfindən keçirilmiş sınaq zamanı traversin deformasiyaya uğraması baş verdiyindən və əvvəldə də qeyd olunduğu kimi müqavilənin qüvvəsinin 2022-ci il ## ###### tarixində başa çatdığından müqavilənin predmeti olan əşyanın isə cavabdehdə deyil, iddiaçıda qalması faktiki olaraq əşyanın cavabdehə təqdim olunmamasına dəlalət edir. Belə hal isə MM-in yuxarıda göstərilən 568 və 587-ci maddələrinin təsiri dairəsinə düşür.

73. Məhkəmə kollegiyası həmçinin onuda qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

74. Bu normanın məzmunundan da görünür ki, mübahisə həll edilərkən hakim tərəfindən iddia tələblərindən kənara çıxma müstəsna hallarda və yalnız qanunla nəzərdə tutulduğu təqdirdə mümkündür.

75. Lakin, hazırkı işdən görünür ki, bu müqavilə ilə bağlı iddia tələbi yaranmış borc məbləğinin, öhdəliyin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun, cərimənin, mediasiya xərcinin və dövlət rüsumunun tutulması ilə bağlı olmasına baxmayaraq aşağı instansiya məhkəmələri MPM-in 218.3-cü maddəsinin tələblərindən kənara çıxmaqla hesab etmişlər ki, gələcəkdə traveslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh travesləri qəbul etməklə onların dəyərini ödəməlidir. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən iddiasında traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi aydın şəkildə ifadə edilməmişdir. Lakin cavabdehin mübahisəli müqavilədən, o cümlədən traversləri qəbul etməkdən imtinasının əsassız hesab edilərək alqı-satqının predmeti olan malların dəyərinin ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsi son nəticədə həmin qətnaməyə əsasən dəyəri cavabdeh tərəfindən ödəniləcək malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə qəbul edilməsini də labüd edir. Odur ki, məhz cavabdehin hüquq və mənafelərinin qorunması, eləcə də yeni mübahisələrin yaranmasının qarşısının alınması və bununla da hər iki tərəfin hüquqlarının məhkəmədə effektiv müdafiəsinin təmin edilməsi baxımından hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının üzərinə malların qəbul etmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması prosessual pozuntu kimi qiymətləndirilməməlidir.

76. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, əvvəldə də qeyd olunduğu kimi MM-in 598.4-cü maddəsində alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

77. Hazırkı halda iddiaçı tərəfindən MM-in bu maddəsində nəzərdə tutulmuş iddia tələbinin reallaşdırılmamasına baxmayaraq aşağı instansiya məhkəmələri MPM-in 218.3-cü maddəsinin tələblərindən kənara çıxmışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin alqı-satqı müqaviləsinə dair müddəlarına əsasən satıcı əşyanın qüsurlarını ağlabatan müddətdə aradan qaldırmalıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflərin davranışlarını onlar arasında bağlanmış müqavilənin yuxarıda göstərilən şərtlərinə uyğunluğu baxımından kifayət qədər araşdırmamış, MM-in əvvəldə qeyd olunan 568, 586, 587, 588, 596-cı maddələrinin tələblərinə münasibətdə qiymətləndirməmişdir.

78. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, hazırkı iş materiallarında cavabdehin 1 ədəd flaşkartın sübut kimi qəbul olunmasına dair 2024-cü il # ###### tarixində məhkəməyə daxil olmuş ərizəsi də mövcuddur. Məhkəmə tərəfindən həmin flaşkart qəbul edilərək iş materiallarına əlavə olunsa da, bununla bağlı sübut kimi hər hansı məhkəmə tədqiqatı və qiymətləndirilmə aparılması görünmür.

79. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2, 445.7, 448.1, 462.1, 466.1, 466.2, 466.3, 467, 567, 570.1.1, 571.1, 586.1, 586.2, 587, 588.1, 588.2, 596.1, 596.2, 596.3, 598.1 və 598.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 416.1, 416.2 və 418.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

80. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

81. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

82. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

83. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -466.1-ci maddəsinə görə.əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. -466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. -466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə görə müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda. -571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. -586.1-ci maddəsinə görə qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. -586.2-ci maddəsinə görə gər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. -587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. -587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. -587.3-cü maddəsinə görə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. -587.4-cü maddəsinə görə komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. -588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. -588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. -596.1-cı maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. -596.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. -596.3-cü maddəsinə görə alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

-14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. -213-cü maddəsinə əsasən, məhkəmə işin hallarından asılı olaraq qətnamənin icra qaydasını müəyyən edə bilər. Qətnamənin icrasının təmin edilməsi məqsədilə onun nəticə hissəsində icranın ardıcıllığı, qarşılıqlı icranın şərtləri və digər zəruri icra qaydaları göstərilə bilər. -218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

86. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

87. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

88. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında verilmiş hüquqi göstərişləri qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

89. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında # #### 2022-ci il tarixli, ****** nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 3 ədəd 60 ton yükgötürmə qabiliyyətli, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətli travers, habelə 7 ədəd 14 metrlik və 5 ədəd 16 metrlik polietilen kəmərlər təhvil verilmişdir. EBCE ****** nömrəli, ##.##.2022-cü il tarixli elektron qaimə ilə tarverslərə görə 79927,30 manat və EBCE ****** nömrəli, ##.##.2022-ci il tarixli elektron qaimə ilə polietilən kəmərlərə görə 6218,13 manat hesablanmış, həmin elektron qaimələr də “xxxx” QSC tərəfindən təsdiqlənmişdir.

90. Işin mübahisəsiz halı ondan ibarətdir ki, ## ######## 2022-ci il tarixində 80 ton yükgötürmə qabiliyyətli traversdən istifadə etməklə 76 ton çəkisi olan qartəmizləyən qurğunun qaldırılması zamanı travers deformasiyaya uğramış, bu barədə ## ######## 2022-ci il tarixli akt tərtib edilmiş və cavabdeh # ####### 2022-ci il tarixində iddiaçıya məlumat vermişdir.

91. Bundan sonra iddiaçı tərəfindən traverslər cavabdehdən götürülmüş, onların texniki vəziyyətinin yoxlanılması məqsədilə “xxxx” Azərbaycan Respublikasındakı nümayəndəliyinə təqdim edilmiş və ## ###### 2022-ci il tarixində keçirilmiş yük sınağında traverslərdə qüsur aşkar edilməmişdir.

92. Cavabdeh apellyasiya şikayətində həmin malların müqaviləyə uyğun qaydada təhvil verilmədiyini, təhvil-təslim aktının imzalanmadığını, ## ######## 2022-ci il tarixində aparılmış sınaq zamanı traversin deformasiyaya uğradığını, müqavilənin ## ###### 2022-ci il tarixində başa çatdığını və sonrakı dövrdə cavabdehin həmin mallara ehtiyacının aradan qalxdığını göstərmişdir.

93. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə qiymət verilərkən satıcının alğı-satqı müqaviləsi üzrə üzərinə düşən əsas öhdəliyin yalnız əşyanı fiziki olaraq təqdim etməsindən ibarət olmadığı, təqdim edilən əşyanın müqavilənin keyfiyyət tələblərinə uyğun olması məsələsinin də müəyyən edilməsinin zəruri olduğu nəzərə alınmalıdır.

94. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Eyni zamanda Mülki Məcəllənin 587-ci maddəsində lazımi keyfiyyətli olmayan əşyanın verilməsi halında alıcının hüquqları müəyyən edilmişdir. Beləliklə, satıcının öhdəliyinin lazımi qaydada icra edilməsi üçün müqavilə predmetinin həm müəyyən edilmiş müddətdə təqdim olunması, həm də müqavilənin keyfiyyət tələblərinə cavab verməsi zəruridir.

95. Hazırkı işdə isə traverslərin cavabdehə təqdim edilməsindən sonra onlardan birinin yük qaldırılması zamanı deformasiyaya uğraması faktı mövcuddur. Bu faktın mövcudluğu özlüyündə cavabdehin malın keyfiyyətinə dair iradının əsassız hesab edilməsi üçün kifayət etmir. Belə ki, traversin deformasiyasının səbəbinin müəyyən edilməsi və bunun malın keyfiyyət qüsurundan, yaxud istifadə qaydalarının pozulmasından irəli gəlib-gəlməməsinin müəyyənləşdirilməsi zəruridir.

96. Iddiaçının # ####### 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, istehsalçı şirkətinin yaratdığı komissiya cavabdehin təqdim etdiyi yazılı və fotomaterialları araşdırmış və istismarçının yükü qaldırarkən stop kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirmədiyi, bunun da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olduğu, belə olan halda qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərinə bərabər paylanma əvəzinə bütün yükün traversin sadəcə bir tərəfinə düşdüyü və nəticədə traversin bir tərəfinin normadan 100% artıq yükləndiyi üçün deformasiya halının baş verdiyi qənaətinə gəlmişdir. Qeyd olunanların təhlil edilməsini xahiş etmiş, ehtiyac olarsa, şirkət nümayəndələrinin iştirakı ilə cavabdehin idarəsində görüş keçirilə biləcəklərini, istehsalçı zavodun nümayəndələrinin də, video görüntü ilə bu görüşdə iştirak edə biləcəklərini, bu iclasda əməkdaşları və zavod nümayəndələri xxxx-nin mütəxəssislərinin bütün suallarını cavablandırmağa hazır olduqlarını bildirmişlər. Məsələ ilə əlaqədar əlavə sual olarsa onlarla əlaqə saxlanılmasını xahiş etmişlər.

97. Iş materiallarından görünür ki, ## ####### 2023-cü il tarixində iddiaçı tərəfindən dəvət edilmiş “xxxx”-nin nümayəndəsinin də iştirak etdiyi məhkəmə tərəfindən yerində keçirilmiş müayinə zamanı həmin nümayəndə traversin deformasiyaya uğrayaraq əyiləcəyini əsas gətirməklə sınağın keçirilməsinə razı olmamışdır.

98. Lakin sonradan, yəni ## #### 2025-ci il tarixində məhkəmənin və nümayəndələrin iştirakı ilə yenidən yerində müayinə təşkil edilmiş və onların müqavilə üzrə qarşı tərəfə verdikləri traverslər yoxlamadan keçirilmiş, tarazlanmış və heç bir əyilmə halı baş verməmişdir.

99. Məhkəmə kollegiyası qeyd edir ki, traverslərin sonradan sınaqdan keçirilməsi zamanı qüsur aşkar edilməməsi onların ## ######## 2022-ci il tarixində baş vermiş hadisə zamanı niyə deformasiyaya uğraması məsələsini öz-özlüyündə tam həll etmir. Belə ki, həmin sınaq hadisədən sonra, traverslərin artıq iddiaçının nəzarətinə qaytarılmasından sonra keçirilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Ali Məhkəməsi qərarında məhz bu müayinənin nəticələrinin əvvəlki sınağa təqdim edilmiş traverslərlə eyni əşyalara aid olubolmamasının

100. araşdırılmasını zəruri hesab etmişdir. Çünki ## ####### 2023-cü il tarixində keçirilmiş müayinə ilə ## #### 2025-ci il tarixində keçirilmiş müayinə arasında təqribən 1 il 5 ay müddət keçmişdir.

101. Məhkəmə kollegiyası Ali Məhkəmənin qeyd edilən göstərişinin icrası məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayaraq, ## ####### 2023-cü il tarixdən ## #### 2025-ci il tarixədək olan dövrdə iddiaçı İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına hər hansı traversin (qaldırma kirişinin) idxal edilib-edilməməsi barədə məlumat verilməsini xahiş etmişdir.

102. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş cavab məktubundan görünür ki, göstərilən tarixlər arasında, yəni ## ####### 2023-cü il tarixdən ## #### 2025-ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına travers (qaldırma kirişi) idxal edilməmişdir.

103. Məhkəmə kollegiyası hesab edir ki, həmin məlumat iş üzrə əhəmiyyətli sübutlardan biridir. Belə ki, cavabdeh tərəfindən irəli sürülən etirazlardan biri ondan ibarətdir ki, 2022-ci ildə cavabdehə təqdim edilmiş traverslərin sonradan iddiaçı tərəfindən geri götürülməsi və uzun müddət iddiaçının sərəncamında qalması səbəbindən ## #### 2025-ci il tarixində müayinəyə təqdim edilmiş traverslərin əvvəlki traverslərlə eynilik təşkil etməsi şübhə doğurur.

104. Lakin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin cavab məktubu ilə müəyyən olunur ki, ## ####### 2023-cü il tarixdən ## #### 2025-ci il tarixədək iddiaçı İddiaçı MMC tərəfindən ölkəyə yeni travers idxal edilməmişdir. Bu hal ## #### 2025-ci il tarixində müayinəyə təqdim edilmiş traverslərin məhz müqavilə üzrə əvvəlcədən təqdim edilmiş traverslərdən fərqli, sonradan xaricdən idxal edilmiş traverslərin təqdim edilməsi ehtimalını təsdiq edən əsasların mövcud olmadığını göstərir.

105. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə kollegiyası ## ######## 2022-ci il tarixli aktı, 3 və # ####### 2022-ci il tarixli məktubları, elektron qaimələri, “xxxx” tərəfindən keçirilmiş sınağa dair sənədləri, ## ####### 2023-cü il və ## #### 2025-ci il tarixli yerində müayinələrin nəticələrini və videogörüntüləri, flaşkartı, Dövlət Gömrük Komitəsinin cavabını, habelə tərəflərin izahatlarını onların aidiyyəti, mümkünlüyü, mötəbərliyi və qarşılıqlı əlaqəsi baxımından qiymətləndirir. Heç bir sübuta qabaqcadan müəyyən edilmiş üstün qüvvə verilmir; nəticə sübutların məcmusuna əsaslanır. Cavabdehin müqavilə müddəti bitdikdən və əvvəlki iddia geri götürüldükdən sonra traverslərə marağının itdiyi, tələbatını başqa mənbədən təmin etdiyi barədə dəlili də nəzərə alınır. Bu dəlilin hüquqi əhəmiyyəti satıcının müqavilə müddətində lazımi icra edibetməməsindən

106. asılıdır. Iş üzrə sonradan əldə edilmiş sübutların məcmusu ilə traverslərin eyniliyi və müqavilədə nəzərdə tutulmuş yükqaldırma qabiliyyətinə malik olması müəyyən edildiyindən, cavabdehin sonrakı iqtisadi maraq itkisi əvvəl yaranmış ödəniş öhdəliyini özlüyündə aradan qaldıran hal kimi qiymətləndirilmir.

107. Məhkəmə kollegiyası Ali Məhkəmənin ## ####### 2023-cü il tarixindən ## ######## 2024-cü il tarixinədək iddiaçının davranışına dair iradını da ayrıca qiymətləndirir. Iddiaçı əvvəlki iddianı istehsalçı zavodla danışıqlar aparılması məqsədilə geri götürdüyünü, sənədlərin təqdim edilməməsini isə Rusiya Federasiyasında müharibə şəraiti ilə əlaqələndirmişdir. Lakin zavodla faktiki danışıqların aparıldığını təsdiq edən yazışma, müraciət və ya digər sənəd məhkəməyə təqdim edilməmişdir. Buna görə zavodla danışıqların aparılması faktı sübuta yetirilmiş hal kimi qəbul edilmir. Eyni zamanda həmin dövrdə cavabdehə malların qəbul edilməsi və dəyərinin ödənilməsi barədə yeni müraciətin olmaması da iddiaçının passiv davranışı kimi qiymətləndirilir. Bununla belə, iddianın baxılmamış saxlanılması və sonrakı passivlik özlüyündə müqavilə üzrə artıq yaranmış əmlak tələbindən açıq və birmənalı imtina, borcun bağışlanması və ya öhdəliyə xitam verilməsi barədə iradə ifadəsi olmadığından, yalnız bu hallara əsasən pul tələbinin aradan qalxdığı nəticəsinə gəlmək mümkün deyildir.

108. Yeni apellyasiya baxışı zamanı ## #### 2025-ci il tarixli müayinəyə təqdim edilmiş traverslərin əvvəlki traverslərlə eyniliyi ayrıca araşdırılmışdır. Dövlət Gömrük Komitəsinin məlumatı göstərilən dövrdə iddiaçı tərəfindən yeni travers idxal edilmədiyini təsdiq edir. Bu məlumat təkbaşına eyniliyin mütləq sübutu sayılmasa da, məhkəmə baxışı zamanı traverslərin identikliyinə dair müəyyən edilmiş digər hallar və tərəflərin izahatları ilə birlikdə qiymətləndirildikdə, sonuncu sınağa fərqli traverslərin təqdim edildiyi barədə etirazın təsdiq olunmadığı qənaətinə gəlməyə əsas verir.

109. ## ####### 2023-cü il tarixli yerində müayinə zamanı iddiaçının dəvət etdiyi “xxxx” nümayəndəsinin traversin əyilə biləcəyini bildirərək sınağın keçirilməsinə razılıq verməməsi iddiaçının xeyrinə sübut kimi qiymətləndirilə bilməz və həmin tarixə traversin yararlılığının təsdiq edildiyi nəticəsini doğurmur. Məhkəmə kollegiyası bu halı iddiaçının əleyhinə olan sübut kimi nəzərə alır. Lakin həmin halın sonradan eyni traverslər üzərində məhkəmənin və tərəflərin iştirakı ilə aparılmış sınağın nəticələri ilə birlikdə qiymətləndirilməsi tələb olunur.

110. Məhkəmə kollegiyası # ####### 2022-ci il tarixli bildirişi, müqavilənin 17-ci bəndində və xüsusi şərtlərində qüsurların aradan qaldırılması üçün nəzərdə tutulmuş müddətləri də nəzərə alır. Iddiaçı # ####### 2022-ci il tarixli məktubunda traversin qüsurlu olmasını qəbul etməmiş, deformasiyanı istismar qaydalarının pozulması ilə əlaqələndirmişdir. Sonrakı yoxlamalarda da istehsal və ya material qüsuru təsdiqlənmədiyindən, iş üzrə müəyyən edilmiş sübutlar əsasında satıcının məhz qüsurun aradan qaldırılması öhdəliyinin yarandığı və 14 günlük müddəti pozduğu barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Bununla yanaşı, iddiaçının qısa müddətdə tərəflərin iştirakı ilə təkrar sınağın keçirilməsini təmin etməməsi onun davranışının qiymətləndirilməsində nəzərə alınır.

111. Məhkəmə kollegiyası Ali Məhkəmənin müqavilənin 16-cı bəndinə dair göstərişini nəzərə alaraq ayrıca qeyd edir ki, alıcının müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququ olmuşdur. Buna görə ## ######## 2022-ci il tarixli əməliyyatın sınaq xarakteri və həmin sınaq zamanı traversin deformasiyaya uğraması cavabdehin keyfiyyətlə bağlı iradının ilkin mərhələdə əsassız sayılmasına imkan vermir. Bununla belə, sınaq zamanı deformasiyanın baş verməsi özlüyündə qüsurun travers alıcıya verilənədək mövcud olduğunu və ya istehsal qüsurundan irəli gəldiyini təsdiq etmir; bu məsələ MM-in 586, 587 və 588-ci maddələri üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir.

112. Məhkəmə kollegiyası hesab edir ki, ## ######## 2022-ci il tarixində traversin deformasiyaya uğraması onun ilkin qüsurlu olmasını təsdiq etmir. Bu baxımdan deformasiyanın səbəbi ayrıca müəyyən edilməlidir.

113. Iş materiallarında olan sübutların məcmusundan müəyyən edilir ki, travers cavabdehə təqdim edilərkən onun xarici görünüşündə və ya texniki vəziyyətində qüsur müəyyən edilməmiş, onun deformasiyası yalnız yükqaldırma əməliyyatı zamanı baş vermişdir. Sonrakı sınaqlarda isə traverslərin müqavilədə nəzərdə tutulmuş yükləri qaldırmaq qabiliyyətinə malik olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin də əsaslandığı yerində müayinə zamanı 60 və 80 tonluq traverslərin müvafiq yükləri deformasiya olmadan qaldırması müəyyən edilmişdir.

114. Bununla da, ## #### 2025-ci il tarixində keçirilmiş müayinə zamanı traverslərin müvafiq yükləri deformasiya olmadan qaldırması faktı, Dövlət Gömrük Komitəsinin cavabı ilə birlikdə qiymətləndirildikdə, traverslərin müqavilə predmetinə uyğun olmadığı barədə cavabdehin dəlilinin mötəbər sübutlarla təsdiq olunmadığı qənaətinə gəlməyə əsas verir.

115. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirdikdə satıcı həmin qüsurlara görə cavabdeh olur. Hazırkı işdə isə cavabdeh traversdə yaranmış deformasiyanın malın ilkin qüsuru ilə bağlı olduğunu sübut edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Əksinə, sonrakı sınaqların nəticələri traverslərin müvafiq yükqaldırma qabiliyyətinə malik olduğunu təsdiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin traversin müqavilə üzrə nəzərdə tutulmuş keyfiyyət tələblərinə cavab verməsi barədə gəldiyi nəticə iş üzrə sübutların məcmusuna uyğundur.

116. Bundan başqa, məhkəmə kollegiyası flaşkartı iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirərək qeyd edir ki, həmin sübutun mövcudluğu özü-özlüyündə traversin müqavilə şərtlərinə uyğun olmadığı və ya ## ######## 2022-ci il tarixində baş vermiş deformasiyanın məhz traversin keyfiyyət qüsurundan irəli gəldiyi barədə nəticə üçün kifayət etmir.

117. Beləliklə, flaşkartın iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməsi cavabdehin traversin keyfiyyətsiz olması barədə etirazını təsdiq edən kifayət qədər mötəbər və yekun sübut kimi qəbul edilməsi üçün əsas vermir. Bu sübutun məzmunu, digər sübutlarla qarşılıqlı əlaqəsi və iş üzrə müəyyən edilmiş hallar nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün kifayət qədər əsas müəyyən edilmir.

118. Cavabdehin malların müqavilənin 21.2-ci bəndində nəzərdə tutulmuş təhvil-təslim aktı ilə qəbul edilməməsi barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin müddəanın mövcudluğu malların faktiki olaraq cavabdehə təqdim edilmədiyini təsdiq etmir.

119. Iş materiallarından görünür ki, mallar ## ######## 2022-ci il tarixində cavabdehə təqdim edilmiş, həmin tarixdə elektron qaimələr tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Bundan bir neçə gün sonra həmin mallardan biri ilə yükqaldırma sınağı keçirilmişdir. Bu hallar malların cavabdehə faktiki təqdim edildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilməlidir.

120. Təhvil-təslim aktının imzalanmaması isə malların ümumiyyətlə təqdim edilməməsi nəticəsinə gələməyə əsas vermir. Belə ki, iş materiallarında malların cavabdehin ərazisinə gətirilməsi, onlardan istifadə edilməklə sınağın keçirilməsi, sınaq zamanı hadisənin baş verməsi və daha sonra malların iddiaçı tərəfindən geri götürülməsi barədə sübutlar mövcuddur.

121. Bu baxımdan, malların yalnız sınaq üçün təqdim edilməsi və buna görə də müqavilənin predmeti üzrə təhvil verilməməsi barədə cavabdehin dəlilləri işin faktiki hallarına uyğun deyildir. Malların yalnız sınaq üçün təqdim edilməsi barədə tərəflər arasında ayrıca razılaşma iş materiallarında müəyyən edilmir.

122. Eyni zamanda, müqavilənin ## ###### 2022-ci il tarixində başa çatması da cavabdehi müqavilə üzrə yaranmış öhdəliklərdən azad etmir. Çünki müqavilə predmetinin cavabdehə təqdim edilməsi müqavilənin qüvvədə olduğu müddətdə baş vermiş, mübahisə isə məhz təqdim edilmiş malların keyfiyyətinə dair cavabdehin etirazından sonra yaranmışdır.

123. Bundan başqa, iddiaçının ## ####### 2023-cü il tarixində əvvəlki iddiasını geri götürməsi və ## ######## 2024-cü il tarixində yenidən məhkəməyə müraciət etməsi özlüyündə müqavilədən imtina kimi qiymətləndirilə bilməz. Bununla belə, iddiaçının həmin müddətdə istehsalçı zavodla danışıqlar apardığına dair izahatı hər hansı yazılı sübutla təsdiqlənmədiyindən bu hal sübuta yetirilmiş fakt kimi qəbul edilmir. Həmin dövrdə cavabdehə malların qəbul edilməsi və dəyərinin ödənilməsi barədə müraciətin olmaması iddiaçının passiv davranışı kimi nəzərə alınsa da, bu passivlik müqavilə üzrə əmlak tələbindən açıq imtina və ya öhdəliyə xitam verən hüquqi fakt təşkil etmir.

124. Cavabdeh həmçinin müqavilənin müddətinin başa çatmasından sonra həmin mallara ehtiyacının qalmadığını və tələbatını digər mənbədən təmin etdiyini bildirmişdir.

125. Məhkəmə kollegiyası hesab edir ki, bu hal cavabdehin müqavilə üzrə yaranmış öhdəliyinin aradan qalxmasına səbəb olmur. Müqavilənin qüvvədə olduğu müddətdə mallar cavabdehə təqdim edilmiş, cavabdeh isə onları keyfiyyətlə bağlı iradla geri qaytarmışdır. Sonrakı dövrdə tələbatın digər mənbədən təmin edilməsi əvvəl yaranmış müqavilə öhdəliyini öz-özünə xitam etdirmir. Cavabdehin mallara marağının itməsi barədə mövqeyi ilkin olaraq traverslərin keyfiyyətsiz olması barədə iradından sonra irəli sürülmüşdür. Əvvəlki mərhələdə cavabdehin əsas etirazı traverslərin qüsurlu olması ilə bağlı olmuş, sonrakı yerində müayinədən sonra isə həmin mallara ehtiyacının qalmadığını bildirmişdir.

126. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sonradan həmin mallara marağının olmaması iddiaçının müqavilə üzrə təqdim etdiyi malların dəyərinin ödənilməsindən imtina üçün qanuni əsas təşkil etmir.

127. Mülki Məcəllənin 598.4-cü maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Hazırkı işdə cavabdehin təqdim edilmiş malları qəbul etməkdən imtinasının qanuni əsasının olmadığı müəyyən edildiyindən iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

128. Birinci instansiya məhkəməsi tərəfindən 3 ədəd 60 tonluq və 2 ədəd 80 tonluq traverslərin dəyəri 79.927,30 manat, polietilen kəmərlərin dəyəri isə 6.218,13 manat olmaqla ümumilikdə 86.145,43 manat müəyyən edilmiş, əlavə olaraq traverslərin sınağı ilə bağlı 7.080 manat xərc nəzərə alınmış və nəticədə 93.225,43 manat məbləğində vəsaitin tutulması qət edilmişdir.

129. Məhkəmə kollegiyası 7.080 manat məbləğində sınaq xərci ilə bağlı da birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab edir. Belə ki, həmin xərc cavabdehin təqdim edilmiş traverslərin keyfiyyətini əsassız olaraq mübahisələndirməsi nəticəsində yaranmış, iddiaçı isə malın keyfiyyətini müəyyən etmək üçün həmin xərci faktiki olaraq çəkmişdir. Xərcin çəkilməsini təsdiq edən sənədlər də iş materiallarında mövcuddur.

130. Iddiaçının dəbbə pulu və MM-in 445.7-ci maddəsi üzrə tələblərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu iki tələb eyni hüquqi institutun təkrarı kimi deyil, müxtəlif hüquqi əsaslardan doğan məsuliyyət tədbirləri kimi irəli sürülmüşdür. Müqavilədə nəzərdə tutulmuş 0,1 faiz həcmində dəbbə pulu tərəflərin iradəsi ilə müəyyən edilmiş müqavilə məsuliyyəti tədbiri olduğu halda, Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 445.7-ci maddəsi pul öhdəliyinin gecikdirilməsinin qanunla müəyyən edilmiş müstəqil nəticəsini nəzərdə tutur. Həmin normanın məqsədi kreditorun pul vəsaitindən gecikmə müddətində istifadə edə bilməməsinin minimum kompensasiyasını təmin etməkdir. Kollegiya nəzərə alır ki, Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə əvvəlki apellyasiya qətnaməsi bütövlükdə ləğv edilmiş və həmin qətnamədə 5 faizlə bağlı aparılmış hesablama ayrıca qüvvədə saxlanılmamışdır. Işə yenidən baxılarkən müəyyən edilmiş hallar əsasında cavabdehin pul öhdəliyinin gecikməsi təsdiq olunduğundan, birinci instansiya məhkəməsinin MM-in 445.7-ci maddəsinə əsasən 86.145,43 manat əsas borca bir il üçün hesablanmış 4.307,27 manat məbləğin tutulması barədə nəticəsinin dəyişdirilməsi üçün kifayət qədər əsas müəyyən edilmir. Müqavilə dəbbə pulunun tutulması bu qanuni kompensasiyanın tətbiqini özlüyündə istisna etmir; əks yanaşma üçün müqavilədə və ya qanunda həmin məsuliyyət tədbirlərindən yalnız birinin tətbiq ediləcəyinə dair aydın məhdudiyyət müəyyən olunmalıdır. Hazırkı işdə belə məhdudiyyət müəyyən edilməmişdir.

131. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutları, o cümlədən ## ######## 2022-ci il tarixində traversin deformasiyaya uğraması faktını, sonrakı sınaqların nəticələrini, ## #### 2025-ci il tarixində keçirilmiş yerində müayinəni, həmin müayinədə iştirak edən traverslərin əvvəlki traverslərlə eyniliyi məsələsinə dair Dövlət Gömrük Komitəsinin cavabını və iş üzrə digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təqdim edilmiş traverslərin müqavilə üzrə müəyyən edilmiş keyfiyyət tələblərinə cavab vermədiyi və onların 2022-ci ildəki deformasiyasının istehsal qüsurundan irəli gəldiyi sübuta yetirilməmişdir.

132. Bununla yanaşı, cavabdehin ## ######## 2022-ci il tarixində baş vermiş deformasiyanı əsas gətirməklə malları qəbul etməkdən imtina etməsi, sonrakı sınaqların nəticələrinə baxmayaraq malları qəbul etməməsi və müqavilə üzrə ödənişi həyata keçirməməsi müqavilə öhdəliyinin icrasından əsassız imtina kimi qiymətləndirilməlidir.

133. Mülki Məcəllənin 596.1 və 596.3-cü maddələrinin tələbləri baxımından alıcı ona verilmiş əşyanı qəbul etməyə borcludur. Əşyanın qəbulundan imtina yalnız qanunla və müqavilə ilə nəzərdə tutulmuş əsasların mövcudluğu halında hüquqi nəticə doğura bilər. Hazırkı halda isə belə əsasların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Ali Məhkəmə də MM-in 596-cı maddəsinin hazırkı mübahisə baxımından qiymətləndirilməsini zəruri hesab etmişdir.

134. Eyni zamanda, iddiaçının malları cavabdehdən geri götürməsi onun müqavilədən imtina etməsi kimi qiymətləndirilə bilməz. Iş materiallarından görünür ki, mallar məhz cavabdehin keyfiyyətlə bağlı iradlarının yoxlanılması məqsədilə geri götürülmüş, bundan sonra onların sınağı keçirilmiş və iddiaçı tərəfindən müxtəlif tarixlərdə malların yenidən qəbul edilməsi və dəyərinin ödənilməsi tələb edilmişdir.

135. Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsi ilə yanaşı MPM-in 213-cü maddəsinin tələblərini və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq izahını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin “cavabdeh traversləri qəbul etməklə onların dəyərini ödəməlidir” göstərişi ayrıca, iddiaçı tərəfindən irəli sürülməmiş maddi-hüquqi tələbin təmin edilməsi kimi deyil, pul tutulması barədə qətnamənin icra qaydasının müəyyən edilməsi kimi qiymətləndirilməlidir. Iddiaçı MM-in 598.4-cü maddəsinin verdiyi seçimdən istifadə etməklə əşyanın dəyərinin ödənilməsini tələb etmişdir. Həmin tələbin təmin edilməsi nəticəsində cavabdehin malın qiymətini ödəməsi, iddiaçının isə həmin malları cavabdehə verməsi eyni qarşılıqlı müqavilə münasibətinin ayrılmaz nəticələridir. Malların dəyəri cavabdehdən tutulduğu halda traverslərin iddiaçının sərəncamında qalması həm qarşılıqlı icranın mahiyyətinə zidd olar, həm də iddiaçının eyni zamanda həm qiyməti, həm də əşyanı özündə saxlaması nəticəsini yarada bilər. Buna görə nəticə hissəsində traverslərin qəbul edilməsi şərtinin göstərilməsi iddianın predmetini genişləndirmir, cavabdeh üçün iddiada olmayan yeni müstəqil öhdəlik yaratmır; yalnız pulun tutulması barədə hökmün hansı qarşılıqlı icra qaydasında yerinə yetirilməli olduğunu müəyyən edir. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarında da izah edilmişdir ki, məhkəmə qətnamənin icrası üçün müəyyən qaydanın tətbiqini məqsədəuyğun hesab etdikdə və ya belə qayda qanundan irəli gəldikdə həmin icra qaydası qətnamənin mətnində göstərilə bilər. Bu baxımdan birinci instansiya məhkəməsinin nəticə hissəsi MPM-in 218.3-cü maddəsi ilə qadağan edilən iddia hüdudlarından kənara çıxma deyil, MPM-in 213-cü maddəsi mənasında qətnamənin icra üsulunun müəyyən edilməsidir.

136. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutların məcmusu iddiaçının müqavilə üzrə öhdəliyini vaxtında icra etdiyini, təqdim edilmiş malların müqavilə tələblərinə uyğun olduğunu, cavabdehin isə malları qəbul etməkdən və onların dəyərini ödəməkdən əsassız olaraq imtina etdiyini təsdiq edir.

137. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Ali Məhkəmənin göstərişləri üzrə aparılmış əlavə araşdırma və sübutların yenidən məcmu qiymətləndirilməsi birinci instansiya məhkəməsinin əsas borcun, 7.080 manat sınaq xərcinin, 4.300 manat dəbbə pulunun və MM-in 445.7-ci maddəsinə əsasən 4.307,27 manatın tutulması barədə nəticəsinin dəyişdirilməsi üçün əsas yaratmır. Eyni zamanda “traversləri qəbul etməklə” ifadəsi ayrıca maddi-hüquqi tələb kimi deyil, tutulacaq qiymət müqabilində müqavilə predmetinin cavabdehə verilməsini təmin edən qarşılıqlı icra üsulu kimi qiymətləndirildiyindən MPM-in 218.3-cü maddəsinin pozulması müəyyən edilmir. Buna görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

138. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

139. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar