Məhkəmə qərarları › İş №2-2(3-6)-50/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-50/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-50/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Aqrar Sığorta Fondu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: aqrar sığorta müqaviləsi, sığorta ödənişi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndə (vəkili) Vəkil, cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Aqrar Sığorta Fondu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-22- 1/2-225/2025 saylı məktubdan görünür ki, HSBXİ tərəfindən MMC-nin 46 (qırx altı) baş Sığortalı iribuynuzlu heyvanı üçün Sığorta hadisəsi barədə rəsmi müraciət üzrə, Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədlər Fondun idarəedici qurumu olan "xxxx" MMC-yə poçt vasitəsi ilə göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, HSBXİ-yə tələf olmuş digər Sığortalı heyvanların ölüm səbəbini araşdırmaq bərədə tələfat baş verən vaxt müraciət olunmadığından HSBXİ-nin mütəxəssisləri patoloji anatomik yarmada iştirak edə bilməmişlər. Qeyd edilən səbəbdən digər tələf olmuş Sığortalı iribuynuzlu heyvanlar üçün Sığorta hadisəsi barədə rəsmi müraciət üzrə, Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədlər tərtib edilməmişdir.

2. xx.xx.2025-ci il tarixli, 3-22-1/2-225/2025 saylı məktuba qoşma olaraq əlavə edilmiş cədvəldə Sığorta ödənişi veriləcəyi 46 heyvanın birka nömrələri və tələfolma tarixləri qeyd edilmişdir.

3. Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Abbasov Xaliq tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə ünvanlanan məktubdan görünür ki, 46 baş iribuyunuzlu heyvanlar üçün Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin müstəqil eksperti və İddiaçı MMC-nin baytar həkimlərindən ibarət olan mütəxəssisləri tərəfindən yarma protokolunda göstərilən xəstəliyə qarşı diaqnozlar qoyularaq müfaviq sənətlər tərtib olunaraq poçt vasitəsi ilə Aqrar Sığorta Müştərək Sığorta Şirkətinə göndərilmişdir. Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə göstəriləndən 46 başdan başqa tələf olmuş digər heyvanlar üçün rəsmi olaraq heç bir müraciət olunmamışdır.

4. Aqrar Sığorta Fondu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 7 mart 2025ci il 12-9/2-139/2025 saylı məktubdan görünür ki, kənd təsərrüfatı heyvanlarının Sığortası üzrə Sığortalanmış İddiaçı MMC-yə məxsus təsərrüfatda olan heyvanlara dəymiş zərərin tənzimlənmə prosesi ilə bağlı Fond tərəfindən MMC-yə 07 fevral 2025-ci il tarixli 12-9/2- 73/2025 saylı Sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında rəsmi məktub ünvanlanmışdır.

5. Aqrar Sığorta Fondu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 7 fevral 2025ci il 12-9/2-73/2025 saylı məktubdan görünür ki, qoşmada qeyd edilən heyvanlar üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə sorğu göndərilmiş və xx.xx.2024-cü il tarixli 3-22-1-2/2-185/2024 saylı cavab məktubuna əsasən "xxxx" MMCyə məxsus təsərrüfatda qoşmada qeyd edilən birka nömrəli heyvanların zərər hadisəsi ilə bağlı idarəyə heç bir məlumat daxil olmamışdır.

6. Aqrar Sığorta Qaydaların 1.22.1-ci yarımbəndinin 2-ci hissəsinə əsasən bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin Sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda Fond, Sığorta ödənişinin verilməsindən imtina edə bilər. Qeyd olunanlara əsasən qoşmada qeyd edilmiş birka nömrəli heyvanlara dəymiş zərərlə bağlı Fond tərəfindən onlara Sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığorta ödənişinin verilməsindən imtina barədə qərardan “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinə əsasən, qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati qaydada Fondun Apelyasiya Şurasına və ya məhkəməyə şikayət verilə bilər.

7. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə xx.xx.2024-cü il tarixli müraciətdən görünür ki, 197 Baş Aberdeen Angus cinsli heyvanların Aqrar Sığorta Fondu tərəfindən ödənişin olunması üçün müvafiq baytarlıq sənədinin tərtib və təqdim edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

8. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə göndərilmiş məktuba əsasən tələf olmuş 197 baş heyvanın tam və ya qismən hissəsi ilə bağlı Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq kompensasiyanın əldə edilməsində problem yaşandığı və bu səbəbdən 197 baş heyvanla bağlı müvafiq rəyin verilməsi xahiş edilmişdir.

9. Aqrar Sığorta Müştərək Sığorta Şirkəti tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinə göndərilmiş 6 dekabr 2023-cü il tarixli 12-9-1/2-2301/2023 saylı məktubuna əsasən Sığorta hadisəsinin tənzimlənməsi üçün yaranmış zərurətlə əlaqədar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinin 11-ci abzasına əsasən qoşmada qeyd olunan birka nömrəli iribuynuzlu heyvana dair məlumatları (hadisənin baş vermə vaxtını; hadisənin baş vermə yerini; heyvanın birka nömrəsini; Sığortalının adı, soyadı) əks etdirən və faktı təsdiq edən sənədin təqdim edilməsi xahiş edilmişdir.

10. Aqrar Sığorta Fondu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 13 iyun 2025ci il 12-9/2-357/2025 saylı İcraata xitam verilməsi haqqında məktubdan görünür ki, Aqrar Sığorta Fondunun (bundan sonra – Fond) Apellyasiya Şurasına edilmiş şikayətə baxılmış və Şuranın 2025-ci il 10 aprel tarixli 06/25 nömrəli Qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək işin hallarının yenidən araşdırılması və aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi məqsədilə Fondun 2025-ci il 7 fevral tarixli 12-9/2-73/2025 nömrəli Qərarının ləğv edilməsi, işin yeni qərar qəbul edilməsi üçün Fonda göndərilməsi qərara alınmışdır. Bununla yanaşı, eyni məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsində də iddia qaldırıldığından Fonda ünvanladıqları apellyasiya şikayəti ilə bağlı başlanılmış icraata xitam verilməlidir. Belə ki, “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən aqrar Sığorta orqanı daxilində yaradılan Apelyasiya Şurası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.

11. Aqrar Sığorta Fondu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 03 iyun 2025ci il 12-9/2-328/2025 saylı Apellyasiya Şurasının qərarının təqdim edilməsi barədə məktubdan görünür ki, Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının AŞ 06/25 nömrəli qərarı ilə İddiaçı 2025-ci il 3 fevral tarixli DAP 05/3010 nömrəli apeilyasiya şikayəti qismən təmin edilərək işin hallarının yenidən araşdırılması və aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi məqsədilə Fondun 2025-ci il 7 fevral tarixli 12-9/2- 73/2025 nömrəli Qərarı ləğv edilmiş, iş yeni qərar qəbul edilməsi üçün Fonda göndərilmiş və nəticəsi barədə Apellyasiya Şurasına və şikayətçiyə məlumat verilməsi tələb edilmişdir.

12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-22- 1/2-225/2025 tarixli məktuba əsasən "xxxx" MMC tərəfindən müxtəlif vaxtlarda ona məxsus iribuynuzlu heyvandarlıq təsərrüfatında tələf olmuş Sığortalı heyvanların ölüm səbəblərini müəyyən etmək məqsədilə mütəxsssis göndərilməsi üçün HSBXİ-yə müraciət edilmişdir. Hər bir müraciət edilmiş hadisə üzrə HSBXİ tərəfindən MMC-nin təsərrüfatına mütəxəssis göndərilmişdir. HSBX-nin, MMC-nin və Aqrar Sığorta Fondunun mütəxəssislərinin iştirakı ilə tələf olmuş sığortalı iribynuzlu heyvanlarda patoloji anatomik yarma aparılmış, yarma protokolları tərtib edilmişdir. Tərtib edilmiş protokolların surətləri HSBXİ-nin, MMC-nin və sığorta Şirkətinin mütəxəssislərinə təqdini edilmişdir. Ümumilikdə HSBXİ-yə MMC-nin iribuynuzlu heyvandarlıq təsərrüfatında müxtəlif səbəblərdən tələf olmuş 46 (qırx altı) baş sığortalı iribuynuzlu heyvan üçün tərtib olunmuş yarma protokolu daxil olmuşdur. Digər tələf olmuş sığortalı iribuynuzlu heyvanlar üçün sığorta hadisəsi barədə rəsmi müraciət üzrə, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədlər tərtib edilməmişdir.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlərinın Mərkəzinə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-22-1-2-63/3-5-20-2024 tarixli məktuba əsasən tələf olmuş İddiaçı MMC məxsus Aberdin Angus cinsindən olan 46 baş iribuynuzlu heyvanlar üçün Zəngilan rayon Heyvan Sağlamlığı və baytarlıq Xidmətləri idarəsinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin müstəqil eksperti və İddiaçı MMC-in baytar həkimlərindən ibarət olan mütəxəssisləri tərəfindən yarma göstərilən xəstəliyə qarşı diaqnozlar qoyularaq müfaviq sənədlər tərtib olunaraq poçt vasitəsi ilə Aqrar Sığorta Müştərək Sığorta Şirkətinə göndərilib. Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə göstəriləndən 46 başdan başqa tələf olmuş digər heyvanlar üçün rəsmi olaraq heç bir müraciət olunmamışdır.

14. İddiaçı MMC tərəfindən təqdim edilmiş birka nömrəsi, tələf olma tarixi qeyd olunmaqla müxtəlif tarixlərdə tərtib edilən ölüm aktlarından görünür ki, xəstəlikdən tələf olmuş heyvanlarla bağlı Baytarlıq idarəsinə və Sığorta şirkətinə məlumat verilmiş, lakin qeyd edilən tərəflər bu məlumatla bağlı 5 gün ərzində əraziyə gəlməmişlər. Bu səbəbdən tələf oolmuş heyvanlar İddiaçı MMC-nin Zəngilan rayonu ərazisində yerləşən fermasında aidiyyatı üzrə basdırılaraq zərərsizləşdirilmişdir.

15. Aqrar Sığorta Müştərək Sığorta Şirkəti tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri İdarəsinə müxtəlif tarixlərdə müxtəlif birka nömrəli heyvanlar barəsində göndərilmiş məktublardan görünür ki, Sığorta hadisəsinin tənzimlənməsi üçün yaranmış zərurətlə əlaqədar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinin 11-ci abzasına əsasən qeyd olunan birka nömrəli iribuynuzlu heyvanlara dair Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını və (və ya) səbəbini - hadisənin baş vermə vaxtını; - hadisənin baş vermə yerini; - heyvanın birka nömrəsini; - sığortalının adı, soyadı barəsində məlumatları əks etdirən və faktı təsdiq edən sənədlərin təqdim edilməsi xahiş edilmişdir.

16. İddiaçı MMC tərəfindən 197 baş heyvanla bağlı birka nömrəsi, sığorta məbləği, tələf olma səbəbi, imtina məbləği qeyd olunmaqla cədvəl təqdim edilmişdir.

17. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS- **********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 35, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 382, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 119, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS **********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 352, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 169, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 100, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS **********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 291, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 182, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 250, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan HS **********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 120, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 100, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan HS-**********- PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 821, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan HS **********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 628, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan HS-**********- PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 651, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan HS-**********-PS nömrəli sığorta şəhadətnaməsinə əsasən 606 Aberden Anqus cinsli iribuynuzlu heyvan, Zəngilan təsərrüfatında, şəhadətnamələrdə razılaşdırılmış sığorta risklərindən sığortalanmışdır.

18. HS-**********-PS nömrəli, HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-********** PS nömrəli; HS-**********-PS nömrəli; HS **********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-********** PS nömrəli; HS- **********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********- PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli sığorta şəhadətnamələrinə əsasən hər baş heyvana görə sığorta məbləği 5100 manat, sığorta haqqı 484,5 manat müəyyən edilmişdir.

19. HS-**********-PS nömrəli, HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-********** PS nömrəli; HS-**********-PS nömrəli; HS **********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-********** PS nömrəli; HS- **********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********- PS nömrəli; HS-**********-PS nömrəli; HS-**********-PS nömrəli sığorta şəhadətnamələrinə əsasən azadolma məbləği hər bir predmet üzrə sığorta məbləğinin 10 %-i məbləğində qeyd edilmişdir. Hər bir sığorta şəhadətnaməsinin sığorta ödənişinin verilməsi qaydasından görünür ki, sığorta hadisəsi baş verdikdə, sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi, sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi, Qaydaların 3.1.2-ci yarımbəndinin 3-cü abzasında göstərilmiş peyvəndləmələrin edildiyini təsdiq edən sənəd, Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s) əks etdirən faktı təsdiq edən sənədlər olduğu halda həyata keçirilir. Sığorta ödənişindən yalnız Qaydaların 1.22-ci bəndində nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Fond sığorta ödənişindən imtina etdikdə, bunu qanunvericiliyə uyğun əsaslandırmalıdır.

20. İddiaçının təqdim etdiyi vatsap yazışmalarından görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə “X6” adı altında qeyd edilən şəxsə ölmüş heyvanlarla bağlı məlumat verilmişdir.

21. 22.04.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 1294,29 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

22. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Aqrar Sığorta Fondundan və "xxxx" ASCdən 197 baş iribuynuzlu (Aberden Anqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı hər baş heyvana görə 5100 manat olmaqla, cəmi ******* manat sığorta ödənişinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus iribuynuzlu (Aberden-Anqus) kənd təsərrüfatı heyvanları, kənd təsərrüfatı məqsədilə yetişdirilən iribuynuzlu heyvanların sığortası çərçivəsində, Zəngilan təsərrüfatı ərazisində cavabdehlər Aqrar Sığorta Fondu adından "xxxx" ASC tərəfindən sığortalanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 35, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 382, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 119, xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 352, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 169, xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 100, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 291, xx.xx.2023 cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 182, xx.xx.2023-cü il tarixdən xx.xx.2024 cü il tarixədək qüvvədə olan № HS-**********-PS sığorta şəhadətnaməsinə əsasən 250, xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan № HS-**********-PS Sığorta şəhadətnaməsinə əsasən 120, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan № HS-********** PS Sığorta şəhadətnaməsinə əsasən 100, xx.xx.2022- ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan № HS-**********-PS Sığorta şəhadətnaməsinə əsasən 821, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan № HS-**********-PS Sığorta şəhadətnaməsinə əsasən 628, xx.xx.2022- ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan № HS-**********-PS Sığorta şəhadətnaməsinə əsasən 651, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan № HS-**********-PS Sığorta şəhadətnaməsinə əsasən 606 Aberden-Anqus cinsli iribuynuzlu heyvan, Zəngilan təsərrüfatında, şəhadətnamələrdə razılaşdırılmış sığorta risklərindən sığortalanmışdır. Sığorta sənədlərinə əsasən sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş Qaydaların icrası ilə əlaqədar müəyyən olunmuş sığorta haqqını ödəməyi, sığortaçı isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq göstərilən Sığorta hadisəsi baş verdikdə, Sığortalının təqdim edəcəyi siyahıda göstərilən heyvanlara - Sığorta predmetinə dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürürlər. Qeyd olunan Sığorta şəhadətnamələrinin qüvvədə olduğu dövr ərzində, İddiaçı MMC-yə məxsus Zəngilan heyvandarlıq təsərrüfatında müxtəlif səbəblərdən (yemdən zəhərlənmə, enterotoksemiya, ilan sancması, vəhşi heyvan tərəfindən parçalanması, və s.) tələf olmuş 46 baş Sığortalı iribuynuzlu heyvan üçün edilmiş müraciətlər üzrə Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinin və "xxxx" ASC-nin nümayəndələrinin iştirakı təmin edilməklə, sənədləşdirilərək Sığorta ödənişləri verilmişdir. Lakin, Sığorta səhadətnamələrinin qüvvədə olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddətdə, İddiaçı MMC-yə məxsus Zəngilan heyvandarlıq təsərrüfatında müxtəlif səbəblərdən (yemdən zəhərlənmə, enterotoksemiya, ilan sancması, vəhşi heyvan tərəfindən parçalanması, və s.) tələf olmuş 197 baş Sığortalı iribuynuzlu heyvan üçün edilmiş müraciətlər üzrə nə Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinin, nə də "xxxx" ASC-nin nümayəndələrinin iştirakı təmin edilməmiş, onlar tərəfindən müvafiq sənədlər tərtib edilməmiş və nəticədə Sığorta ödənişi verilməmişdir. Belə ki, müqavilə ilə Sığortalanmış heyvanlardan 197 baş heyvanın birka nömrəsi, tələf olma tarixi qeyd olunmaqla saxlanıldığı Zəngilan rayonu, Zəngilan təsərrüfatı ərazisində tələf olması barədə İddiaçı MMC tərəfindən “Aqrar Xidmətlər Agentliyinin” Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinə, "xxxx" ASC-yə, “Aqrar Sığorta Fonduna”, əlaqə telefonu, whatsapp vasitəsi ilə, şifahi, eləcə də yazılı müraciətlər göndərilməklə eyni təcrübə ilə məlumatlar verilmişdir. Baş vermiş Sığorta hadisəsi barədə məlumat verilməsinə baxmayaraq, nə Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsi tərəfindən hadisə yerinə heç bir əməkdaş göndərilməmiş, rəy verilməmiş nə də "xxxx" ASC-nin, Aqrar Sığorta Fondunun nümayəndəsi Sığorta hadisəsi yerinə gəlməmişdir. Bununla bağlı müraciətlərimizə şifahi olaraq bildirilmişdir ki, Qarabağ ərazisində hərəkət etmək məhdudiyyəti olduğundan, gediş-gəliş icazəli olduğundan, tez-tez gəlmək imkanı olmamışdır. Onu da qeyd edirik ki, 197 baş heyvanın tələf olma Sığorta hadisələri ilə əlaqədar müvafiq rəyin alınması ilə bağlı cavabdeh "xxxx" ASC tərəfindən də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinə, Aqrar Xidmətlər Agentliyinə ayrı-ayrılıqda 197 sayda müraciətlər göndərilsə də nəticə alınmamışdır. Müraciətlərin mətnindən də aydın görünür ki, iddiaçı tərəfindən Sığorta hadisələri ilə bağlı cavabdehə məlumat verilmişdir. Odur ki, qanunvericilikdə müəyyən olunan müddət gözlənilməklə müvafiq qaydada aktlar tərtib edilərək tələf olmuş heyvanların cəsədi basdırılaraq zərərsizləşdirilmişdir. Sığorta ödənişinin verilməsi üçün əsas baş vermiş hadisənin Sığorta hadisəsi olması şərtidir. Baş vermiş hadisənin də, Sığorta hadisəsi olub-olmasını müəyyən etmək üçün də, qanunvericiliyə əsasən Sığortalı tərəfindən hadisə baş verdikdən mümkün olan ən qısa müddət ərzində Sığortaçıya hər hansı formada məlumat verilməsidir. Baş vermiş Sığorta hadisələri ilə bağlı, yəni müqavilə ilə Sığortalanmış heyvanlardan 197 baş heyvanın birka nömrəsi, tələf olma tarixi qeyd olunmaqla saxlanıldığı Zəngilan təsərrüfatı ərazisində tələf olması barədə Sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən Sığorta tələbi İddiaçı MMC tərəfindən cavabdehlər "xxxx" ASC-yə, Aqrar Sığorta Fonduna məlumatlar təqdim edilmişdir. Lakin, cavabdehlərin hadisənin Sığorta hadisəsi olub-olmadığını müəyyən etmək imkanlarının olduğuna baxmayaraq, İddiaçı MMC-yə məxsus olan, birka nömrələri və tələfolma tarixləri iddia ərizəsində sıyahıda qeyd olunan 197 baş iribuynuzlu (Aberden-Anqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı cavabdehlər tərəfindən Sığorta ödənişi verilməmişdir. Bununla bağlı cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair pretenziyalar göndərilmiş, lakin Sığorta ödənişinin verilməsi təmin edilməmişdir. Cavabdeh Aqrar Sığorta Fondu tərəfindən 07 mart 2025-ci il tarixli məktubla müraciətimizə imtina cavabı verilmişdir. Həmçinin Aqrar Sığorta X2, Azərbaycan Respublikası Mərkəzi Bankına və Aqrar Sığorta Fonduna şikayət ərizələri verilməsinə baxmayaraq mübahisə həll edilməmişdir. Sığorta şəhadətnamələrinə əsasən hər baş heyvana görə 5100 manat, tələf olmuş 197 baş Sığortalı heyvana görə cəmi 1.004.700 manat Sığorta ödənişi İddiaçı MMC-yə ödənilməlidir.

24. Cavabdeh Aqrar Sığorta Fondu tərəfindən iddia tələbinə etiraz daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, ölkədə stabil, təhlükəsiz aqrar Sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək Sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar Sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən aqrar Sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7ci maddəsinə əsasən aqrar Sığorta haqqı Sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar Sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar Sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar Sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar Sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Fond tərəfindən Sığortalı İddiaçı MMC-yə “Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların Sığortası” növü üzrə HS-********** PS, HS-**********- PS, HS-**********-PS, HS-**********-PS, HS-********** PS, HS**********-PS, HS-**********- PS, HS-**********-PS, HS-********** PS, HS**********-PS, HS-**********-PS, HS-**********- PS, HS-********** PS, HS**********-PS, HS-**********-PS nömrəli elektron Sığorta şəhadətnamələri təqdim edilmişdir. Sığortalı xx.xx.2022-xx.xx.2024-cü il tarixləri aralığnda Fondun “1651” Çağrı Mərkəzinə müraciət edərək ona məxsus heyvanlara həmin tarix aralığında müxtəlif səbəblərdən dolayı zərər dəyməsi barədə məlumat vermiş və hadisənin araşdırılması üçün "xxxx" ASC tərəfindən müstəqil ekspert təhkim edilmişdir. Müstəqil ekspert qoşmada qeyd edilmiş heyvanların patoloji yarma prosesində iştirak etmiş, heyvanların fotoşəkillərini çəkmiş və ekspert rəyini tərtib etmişdir. Bundan sonra Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını əks etdirən və faktı təsdiq edən sənədin alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müxtəlif vaxtlarda sorğular göndərilmiş, lakin sorğulara cavab təqdim edilməmişdir. Həmçinin qoşmada qeyd edilən heyvanlar üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə 2024-cü il 2 oktyabr tarixli 12-9-1/2- 1835/2024 nömrəli sorğu göndərilmiş və 2024-cü il 19 dekabr tarixli 3-22-1-2/2-185/2024 nömrəli cavab məktubuna əsasən İddiaçı MMC-yə məxsus təsərrüfatda qoşmada qeyd edilən birka nömrəli heyvanların zərər hadisəsi ilə bağlı idarəyə heç bir məlumatın daxil olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya Sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin Sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında Fond Sığorta ödənişinin verilməsindən imtina edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.18.1-ci yarımbəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının Sığortası ilə bağlı bağlanılmış Sığorta müqavilələri üzrə isə 24 saat ərzində vasitəçi aqrar Sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan dövlət orqanlarına (qurumlarına) məlumat verməlidir. Qaydaların 1.21.11-ci yarımbəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2ci, 3-cü, 3-1-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədlərin hər biri olduğu halda Fond Sığorta ödənişini həyata keçirə bilər. Həmçinin Qaydaların 1.22.1-ci yarımbəndinin 2-ci abzasına əsasən bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin Sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Məlumat üçün bildirmək istərdim ki, idarəedici qurumdan Fonda 2025-ci il 12 yanvar tarixli 12-9-1/2-169/2025 nömrəli əsaslandırılmış təqdimat ünvanlanmışdır. Sığortalı İddiaçı MMC ilə bağlanmış Sığorta müqavilələri üzrə sığortalanmış heyvanlara zərər dəyməsi faktı müvafiq səlahiyyətli dövlət orqanı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən təsdiq edilmədiyindən nəticədə Fond Sığorta ödənişinin verilməsindən imtina barədə qərar qəbul edilmişdir.

26. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən iddia tələbinə mülahizə təqdim edərək göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus təsərrüfatda 46 baş iribuynuzlu heyvanın tələf olması barədə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə daxil olmuş müraciət əsasında 46 baş heyvana İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və nəticəsi müvafiq qaydada sənədləşdirilmişdir. Məlumat üçün qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə 46 baş heyvandan əlavə heyvan tələfatı barədə heç bir müraciət daxil olmamışdır.

27. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, eyni zamanda izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilələr 2023-cü ilin 9 yanvarından 2024-cü ilin 23 aprelinə kimi olan dövrü əhatə edir. İş üzrə bank hesabından çıxarışlar da EMİS-ə əlavə edilmişdir. 2839 manat hər heyvana görə ödənişin qiymətidir. Bu heyvanların tələf olması birdəfəlik baş verməmişdir. Heyvanların tərəf olmasına dair qarşı tərəfə məlumat verilməsini tərəflər arasında göndərilmiş məktublar təsdiq edir. İddiaçının nümayəndəsi olan Xəlil adlı əməkdaş Zəngilan rayon baytarlıq idarəsinin nümayəndəsi Xaliq müəllimə məlumat vermişdir. Həmin əməkdaşla daha sonra müqaviləyə xitam verilməsi səbəbindən baytarlıq idarəsi ilə bağlı olan yazışmalar hazırda onlarda sübut qismində yoxdur. 197 baş heyvana dair vatsap yazışmaları üzərindən məlumat verilmişdir. Bəzi hallarda heyvanların tələfinə dair akt tərtib olunmuşdur. Başqa formada qarşı tərəfə məlumat verilməmişdir. Onlar tərəfindən heyvanların tələf edilməsinə dair rəsmi müraciətlər edilmişdir. Yazılmış məktublar iş materiallarına əlavə edilmişdir. Hər bir heyvana dair müəyyən azad olma məbləğləri vardır. Sığorta müqavilələrinin hamısı EMİS-ə əlavə edilmişdir. Faydalanan şəxs AKİAdırsa ilk növbədə ona ödənişlər edilir. AKİA-nın Sığorta ödənişində ödəməli olduğu məbləğ və 10% çıxılır. Daha sonra yerdə qalan məbləğ tərəfə verilir. Sığorta haqqının yarısını dövlət, digər hissəsini isə tərəf ödəniş edir. Ümumi Sığorta məbləği 595000 manatdır. Birka nömrəsi olur, müqaviləyə əlavə edilir və bununla bir müqavilə üzrə bir neçə heyvana dair ödənişlər edilir. Ödəniş edilsəydi 4590 manat ödənilməli idi. Normalda 10% çıxıldıqdan sonra 4590 manatın 3060 manatı AKİA-ya, qalanı iddiaçıya ödənilir. AXA-nın onlara ünvanladığı məktublardan da aydındır ki, ölüm faktı təsdiq edilməmişdir. 197 heyvandan 57-sində Sığorta hadisəsi qeyd edilmiş, onlara Sığorta ödənişi verilə bilər. Lakin iddiaçı tərəfindən AXA-ya müraciət edilməmişdir. 2024-cü ildə bir heyvana bir 3690 manat ödəniş düşmüşdür. Apellyasiya şurası tərəfindən yeni sənəd əldə etmişlər və məktubun məzmununda Apellyasiya şurası Aqrar Sığorta Fondunun imtinaya dair qərarını ləğv etmiş və yenidən araşdırmaya dair qərar qəbul etmişdir. Məktubun 3 iyun tarixində göndərildiyi yazılmışdır. Burada faktiki iddia tələbini əsaslandıran məqamlar vardır. Sığortaçı şirkətində AXA-ya məlumat verməsinə dair məlumatlar qeyd edilmişdir. Yəni Sığortalı Sığortaçıya çağrı mərkəzi vasitəsi ilə məlumat vermişdir. Şikayət daha əvvəl göndərilmişdir, lakin onlara məlumat bu gün daxil olmuşdur. Ümumi 57 heyvan təminat daxili olaraq siyahıya düşür. AXA-ya məlumat verməklərinə dair rəsmi sübutları yoxdur, sadəcə yazışmalar vardır. Müstəqil ekspertləri Aqrar Sığorta Fondu müəyyən etmişdir. 2 il ərzində müraciətlər edilirdi, ödənişlərin ediləcəyi bildirilirdi və yığılıb qalırdı. Çağrı mərkəzi vasitəsilə müraciətlər edilmişdir və məlumatlar verilmişdir. Lakin hüquqi müstəvidə məsələ qaldırılmamışdır. 2024-cü ildə 46 heyvana dair bir hissə ödəniş 1 ildən sonra edilmişdir. Daha sonra artıq hüquqi müstəvidə iddia qaldırılmışdır. 2024-cü ilin aprel ayına qədər sadəcə çağrı mərkəzinə heyvanların ölüm faktına dair müraciət edilmişdir. Sığortaçı ilə sığortalı arasında müqavilə var. İddia ərizəsində göstərilən heyvanlar Sığortalanıb və heyvanlar Sığorta müqaviləsində göstərilən müddətdə tələf olmuş və bu barədə Sığortaçıya məlumat verilmişdir. Bu faktlar məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Digər fakt bundan ibarətdir ki, tələf olmuş 46 heyvan barəsində baytarlıq xidməti tərəfindən müvafiq sənədləşmə aparılmış və Sığorta ödənişi həyata keçirilmişdir. Baytarlıq xidməti tələf olmuş 197 heyvanla bağlı Sığorta hadisəsinə görə iddiaçı tərəfdən müraciət daxil olmadığını hesab etmişdir. Bütün tələf olmuş heyvanlarla bağlı iddiaçı tərəfdən müraciətlər olub, Sığorta ödənişinin bir qismi verilmiş, bir qismi isə verilməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdə müraciətlər və şikayətlər var. Əlavə olaraq cavabdeh Aqrar Sığorta Fondunun məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddia ərizəsində göstərilən 197 heyvanın 57-sinin tələf olması Sığorta təminatı ilə əhatə olunmuş, qalan 140 heyvan isə sığorta təminatına daxil edilməmişdir. Bununla bağlı cavabdeh tərəf ekspert rəylərinə istinad olunduğunu bildirib, lakin cavabdeh tərəfin istinad etdiyi ekspert rəyləri özlərinin müəyyən etdiyi ekspertlərə aiddir. Dövlət Baytarlıq Xidmətinin 197 baş heyvanla bağlı müraciət olunmamasını bildirməsi isə həqiqətə uyğun deyildir. Bu yanaşmanın obyektiv olmadığını hesab edirlər. Sonra iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Məhkəmə iclasında cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi yazılı etirazda göstərilənləri təsdiq edərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmiş, eyni zamanda izahatında bildirmişdir ki, iddia tələbi heç bir sübuta söykənmir. Şifahi formada səlahiyyətli dövlət orqanına məlumat verildiyi bildirilir və həmin məlumat heç bir sənədlə təsdiq edilmir. Eyni zamanda məhkəməyə maraqlı şəxs qismində cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məhkəməyə şifahi və yazılı formada təqdim etdiyi məlumatlara əsasən 197 heyvanın ölüm faktını təsdiq edən heç bir sənəd tərtib olunmayıb və iddia tələbinin mötəbər sübutlarla təsdiq olunmadığını hesab edirlər. Müstəqil Sığorta eksperti prosesdə iştirak etmişdir. Onlara məlumat daxil olduqdan sonra, xidməti müqavilə əsasında ekspertlər baxış keçirir və onlar rəyləri təqdim edirlər. 243 hadisə üzrə müstəqil Sığorta eskperti işə cəlb edilmiş və rəy tərtib edilmişdir. 46 hadisə üzrə sorğu verilmiş və Sığorta ödənişləri həyata keçirilmişdir. Digər 197 hadisə üzrə sorğu verilsə belə cavab daxil olmuşdur ki, iddiaçı tərəfindən heyvanların tələf olmasına dair məlumat verilməmişdir. Bu halda ödəniş edilməmişdir. Hadisələrin baş verməsi zamanı nə fondun, nə də müştərək Sığorta şirkətinin nümayəndələri olmamışdır. Bunun səbəbi isə əlavə monitorinqin keçirilməsinə ehtiyacın olmamasıdır. Sığorta şəhadətnamələrinə əsasən hər baş heyvana görə 5100 manat, tələf olmuş 197 baş Sığortalı heyvana görə cəmi ******* manat sığorta ödənişi İddiaçı MMC-yə ödənilməli olması iddia ərizəsində qeyd edilmişdir. Lakin bu yanlış addımdır. İlkin olaraq iddiaçı tərəfindən Sığorta ödənişi zamanı verilməli olan azadolma məbləği nəzərə alınmalıdır. AKİA-nın maliyyə ayırmasına dair isə müraciət edilməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbi düzgün qoyulmamışdır. Nümayəndələri 197 hadisə ilə bağlı prosesin hər birində iştirak etmişdir. Yoluxucu xəstəliklər, vəhşi heyvanların hücumu təminatın məzmununa uyğundur. 197 baş heyvan üzrə ekspert rəyi ilə təminatın düşübdüşməməsinə, yəni Sığorta hadisəsi olub-olmamasına dair cədvəli EMİS-ə əlavə edilmişdir. Ödəniş edildiyi halda onlar tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə sorğu verilir. 57 heyvan Sığorta təminatının dairəsinə düşdüyü üçün Sığorta ödənişi edilə bilər. Ekspert rəyi vasitəsi ilə risklər müəyyən edilir. Sığorta dairəsinə düşən heyvanlar tədqiq edilsəydi 3060 manat müqavilə üzrə faydalanan şəxs Aqrar Kredit və İnkişaf Agentliyinə veriləcəkdi. Mübahisəyə dair müstəqil ekspertlər hadisə yerinə təhkim edilmişdir. Onlara təqdim edilmiş cavablarda, 46 heyvandan başqa digər 197 heyvanın ölüm faktı təsdiq edilmədiyi üçün Sığorta ödənişi edilməmişdir. Ölüm faktını təsdiq edən heç bir fakt qeyd edilməmişdir. Aqrar Xidmətlər Agentliyinə müraciət etmək Sığortalının vəzifəsidir. Onlar tərəfindən müraciətlər edilməmişdir. 197 baş heyvana dair fərqli vaxtlarda hamısına ekspert getmişdir. İlk 10 heyvanda Aqrar Xidmətlər Agentliyinə müraciət edilməmişdir. Ödənişin verilməsi üçün ölüm faktını təsdiq edən sənəd olmalıdır. Onlar sənədin təqdim edilməsi üçün Aqrar Xidmətlər Agentliyinə müraciət ediblər. Yarım il müddətində onlara müraciətlər edilmişdir. Aprel ayından sonra ölüm faktını təsdiq edən sənədin təqdim edilməsi üçün AXA-ya sorğu verilmişdir. Ekspertlər gəldikdə bir neçə heyvana eyni anda baxmışdılar. Yarmalar protokollaşdırılmışdır. Tərəf gəldikdə digər qeydiyyatı aparılmayan heyvanlara dair növbəti dəfə hadisə yerinə gəldikdə sənəd verəcəyini bildirmişdir. Daha sonra protokollar və sənədlər olmadığı bildirilmişdir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

29. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, mütəxəssislərə müraciət edilən zaman hadisə yerinə getmişdirlər. Baytarlıq idarəsi 2023-cü ilin yarısına qədər Bakıda yerləşmiş, daha sonra Zəngilan rayonuna köçürülmüşdür. Yəni müraciət edilən zaman hadisə yerinə hər zaman yoxlanışa gedilmişdir. Yarma protokolu tərtib edilir, nümunələr götürülür və diaqnozun dəqiqləşməsi üçün göndərilir. İddiaçı sənədləri təqdim edərkən, yarma protokolunu da məhkəməyə təqdim etməli idi. Çox güman ki, şifahi qaydada müraciətlər edilmişdir ki, yarma protokolu hazırlanmamışdır. İddiaçı iddia elədiyi kimi əgər tərəf onlara müraciət edib, lakin yoxlanmaya gəlinməmişdirsə bu halda rəhbərliyə müraciət edə bilərdi. 46 baş heyvana dair ekspert gəlmişdirsə, digər heyvanlarla bağlı baş vermiş hadisə üzrə də gələ bilərdilər. Hadisə yerinə gediş-gəliş problemli məsələ deyildir. Yay vaxtı heyvanın cəsədinə 1 gün ərzində baxıla bilər. Qış vaxtı bu müddət 3 günə qədər uzana bilir. 2023-cü ilə qədər onların idarələri Bakıda yerləşmişdir. Daha sonra ərazidən köçürülmüş və Ağalı kəndində nümayəndələri fəaliyyət göstərmişdir. Həmin ərazidə hər zaman mütəxəssis olmuşdur. Zəngilan rayon baytarlıq idarəsi hər zaman hadisə yeri ərazisində olmuşdur. İdarə sonradan Bakıya qaytarılmamışdır. Əraziyə yaxın başqa baytarlıq idarələri də olmuşdur. Ölüm hadisələri idarə fəaliyyətini dayandırana qədər olmuşdur. Zəngilan baytarlıq idarəsi iddiaçının bütün profilaktik işlərini aparmışdır. 46 baş heyvan 2023-cü ildən əvvəl tələf olmuşdur və Bakıdan gedib baxışlar keçirilmişdir. Tələf olmuş heyvan 1 gün ərzində yarılmalıdır. Hansı heyvanın ölümünə dair məlumat verilmişdirsə Zəngilan rayon baytarlıq idarəsinin mütəxəssisləri hadisə yerinə getmişdir. Müraciət edilsəydi, əməkdaşlar hadisə yerinə gedərdi. Əgər əməkdaşlar gəlmirsə, qaynar xəttə və ya onlara müraciət edilməli idi. Vətəndaşlar qaynar xəttə müraciət etdikdə mütəxəssislər göndərilir. Lakin onlara iddiaçının bildirdiyi hal, yəni müraciət edildiyi təqdirdə ekspertin cəlb edilməməsi məlum deyildir. Heyvan tələf olduqda bəzən mübahisəli məsələ olduqda Sığorta şirkətləri müraciət edir. Lakin normal halda heyvan sahibi özü müraciət etməlidir. Baytar həkimi imzası ilə yarma protokolunu təsdiq edir. 46 baş heyvanın tələfatı barədə onların nümayəndələrinə məlumat verilmişdir. Onların idarəsinin mütəxəssisləri də həmin heyvanlarla bağlı sənədləşmə aparmışlar. Digər heyvanlarla bağlı isə məlumat verilməmişdir, əgər verilsəydi, həmin heyvanlarla bağlı da sənədləşmə aparılardı. Həmin təsərrüfatda Zəngilan rayonu Baytarlıq İdarəsi dövlət vəsaiti hesabına peyvəndləmə tədbiri aparmışdır. Peyvəndləmə tədbiri aparılanda heyvanlarla bağlı məlumat verilə bilərdi, lakin bu barədə müraciət daxil olmamışdır.

30. Məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X5 verilən suallara cavab olaraq bildirmişdir ki, Zəngilan Baytarlıq İdarəsi onların qurumuna tabe deyildir. Yəni qurumlar arasında tabeçilik yoxdur. Cavabdeh tərəfə 243 baş heyvan üzrə sorğular göndərilmişdir. 46 baş heyvana dair cavab gəlmiş və ödəniş edilmişdir, lakin 197 baş heyvana dair sorğulara cavab gəlməmişdir. Hadisə baş verdikdən bir gün sonra məlumatlar onlara rəsmi poçt vasitəsilə göndərilir. Onlar tərəfindən ümumi formada ünvanlanmış məktub iş materiallarına əlavə edilmişdir. Heyvandarlıqla bağlı problemlər üzrə ən gec 1 gün ərzində məlumatlar və sorğu verilməlidir. Sorğu onlar tərəfindən göndərilir. Hər dəfə onların sorğuları göndərildikdən sonra cavab verilməmiş və nəticə olaraq, bu səbəblə ümumi məktub hazırlanmış və göndərilmişdir. Hər bir heyvana dair sorğunun göndərilməsinə dair sənədləri məhkəməyə təqdim edilmişdir.

31. Digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

32. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

33. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığortaçı Aqrar Sığorta Fondu adından idarəedici qurumu "xxxx" ASC tərəfindən sığortalı İddiaçı MMCyə məxsus iribuynuzlu (Aberden-Anqus) kənd təsərrüfatı heyvanları, kənd təsərrüfatı məqsədilə yetişdirilən iribuynuzlu heyvanlar sığortalanmışdır. Sığorta sənədlərinə əsasən sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş Qaydaların icrası ilə əlaqədar müəyyən olunmuş sığorta haqqını ödəməyi, sığortaçı isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq göstərilən sığorta hadisəsi baş verdikdə, sığortalının təqdim edəcəyi siyahıda göstərilən heyvanlara - sığorta predmetinə dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürmüşlər. Hazırda iddiaçı 1 il yarım ərzində ümumilikdə 243 baş iribuynuzlu heyvanın tələf olmasını və həmin halların sığorta hadisəsi olmasını, bu barədə həm Aqrar Sığorta Fonduna, həm də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə məlumat verdiyini, həmin hevanlardan 46 baş heyvana görə sığorta ödənişi aldığını, qalan 197 baş heyvana görə əsassız imtina olunduğunu bildirmiş, bu səbəbdən 197 baş sığortalı iribuynuzlu heyvanın tələf olması (yemdən zəhərlənmə, enterotoksemiya, ilan sancması, vəhşi heyvan tərəfindən parçalanması və s.) nəticəsində dəymiş zərərə görə cavabdehlərdən ümumilikdə ******* manat sığorta ödənişinin ödənilməsi tələb etmişdir.  Cavabdeh Aqrar Sığorta Fondu isə etiraz edərək tələf olmuş 46 baş heyvana görə müvafiq sənədlər təqdim edildiyi üçün sığorta ödənişinin verildiyini, qalan 197 baş sığortalı iribuynuzlu heyvanlar üçün sığorta hadisəsi barədə rəsmi müraciət üzrə, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədlər tərtib edilmədiyi üçün sığorta ödənişinin ödənilməsindən imtina edildiyini bildirmişdir.  Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır.  İlk növbədə cavabdeh "xxxx" ASC-yə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemi üzrə idarəedici şirkət – "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. "xxxx" ASC – Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən kommersiya hüquqi şəxsdir. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir və Cəmiyyət öz adından sığorta fəaliyyətini həyata keçirə bilməz. Həmçinin “Aqrar sığorta haqqında” Qanuna əsasən "xxxx" ASC Aqrar Sığorta Fondu adından qanuna uyğun qaydada bağlanmış müqavilələr üzrə öhdəlik daşımır.  Göründüyü kimi qanunvericiliyə əsasən hazırkı mübahisədə iddiaçı ilə bağanmış sığorta müqavilələrində cavabdeh "xxxx" ASC idarəedici şirkət olaraq digər cavabdeh Aqrar Sığorta Fondunun adından müqavilə bağlasa da, o, həmin müqavilələr üzrə heç bir öhdəlik daşımır. Buna görə də "xxxx" ASC hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığından ona qarşı iddia təmin edilə bilməz.  Digər cavabdeh Aqrar Sığorta Fonduna münasibətdə məhkəmə aşağıda qeyd edilən əsaslara görə belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir.  Çünki cavabdeh Aqrar Sığorta Fondu qanunvericiliyinin tələblərinə və tərəflər arasındakı müqavilələrin şərtlərinə əsasən sığorta ödənişinin ödənilməsindən haqlı olaraq əsaslı şəkildə imtina etmişdir.  Belə ki, mülki qanunvericilikdə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçı Aqrar Sığorta Fonduna, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə hər hansı vasitə ilə xəbər vermək sığortalı İddiaçı MMC-nin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmçinin bu vəzifənin yerinə yetirilməməsi Aqrar Sığorta Fondunun sığorta ödənişindən imtina etməsi üçün əsas kimi nəzərdə tutulmuşdur.  Yəni iddiaçı 46 baş heyvanda olduğu kimi 197 baş heyvanın da tələf olması barədə dərhal cavabdehlərə və AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə məlumat verməli idi. AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsi isə tələf olmuş heyvanlara baxaraq müvafiq protokol və akt tərtib edirməli, Aqrar Sığorta Fondunun müraciəti əsasında təqdim etməli idi.  Lakin tərəflərin izahatlarından və işin faktiki hallarından məlum olur ki, iddiaçı 197 baş heyvanın tələf olması barədə cavabdehlərə məlumat versə də, AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə məlumat verməmiş, sonuncunun baytar həkimləri tələf olmuş heyvanları müayinə edərək ölüm səbəblərini rəsmiləşdirməmişlər, nəticədə 197 baş heyvanın ölümünün sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olunmuşdur.  İddiaçının nümayəndəsi izahatlarında 46 baş heyvanın ölümü ilə bağlı məlumat verdikləri qaydada 197 baş heyvanın ölümü ilə bağlı da Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşlarına telefonla məlumat verdiklərini, sonuncunun idarəsinin əvvəllər Zəngilan rayonu ərazisində olduğunu, sonradan Şuşa şəhərinə və daha sonra Bakı şəhərinə köçdüyü üçün məsafə uzaq olduğundan gəlmədiklərini, etdikləri müraciətlərə cavab olaraq baytarlıq idarəsinin əməkdaşlarının bir neçə heyvana birlikdə gəlib baxacaqlarını, zəruri aktı tərtib edib göndərəcəklərini bildirdiklərini bildirmiş, lakin bu faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.  Əksinə, üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi izahatında mübahisə predmeti olan 197 baş heyvanla bağlı onların Zəngilan rayon idarəsinə heç bir məlumat verilmədiyini, Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin Zəngilan rayonundan Bakı şəhərinə deyil, Bakı şəhərindən Zəngilan rayonuna köçdüyünü, iddiaçının fermasında olan heyvanlara lazımı peyvəndləmə işləri apardıqlarını, hətta Bakı şəhərində olsalar belə, çağırış olduqda respublikanın istənilən nöqtəsinə dərhal baytar həkimlər göndərdiklərini bildirmişdir.  Ümumiyyətlə, qeyd olunmalıdır ki, 2 ilə yaxın müddətdə iddiaçının 243 baş heyvanının tələf olması ilə bağlı çağırışların bir qisminə, 46 baş heyvanla bağlı Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşlarının gedərək müayinə etməsi, qalan 197 baş heyvana çağırış olduğu halda getməməsi inandırıcı görsənmir.  Çünki 243 baş heyvan 2 ilə yaxın müddətdə müxtəlif vaxtlarda tələf olmuş, həmçinin məlumat verilmiş 46 baş heyvan hamısı bir gündə, 197 baş heyvan isə başqa gündə deyil, qarışıq formada müxtəlif vaxtlarda tələf olmuşdur. Yəni 243 baş heyvanın bir neçəsi tələf olduqda baytarlıq idarəsinin əməkdaşlarının iştirak etməməsi, sonra iştirak etməsi, sonra yenidən iştirak etməməsi, daha sonra təkrar iştirak etməsi və iddiaçının bunu gördüyü halda aidiyyəti qurumlara şikayət etməməsi ağlabatan deyildir.  İddiaçının nümayəndəsi özü də təsdiq etmişdir ki, Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşları pərakəndə formada onların çağırışlarına gəlmiş, birinə gəlmiş, bir neçəsinə gəlməmiş, sonra yenidən bir neçəsində iştirak etmiş, daha sonra yenə gəlməmişlər, gəldikləri vaxtda iştirak etmədikləri heyvan tələfatı ilə bağlı sənəd tələb etdikdə, növbəti gəlişlərində təqdim edəcəklərini demişlər.  Ancaq üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi də izahatında iddiaçı tərəfindən Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşlarının məlumat verildiyi halda hadisə yerinə getməmələri barədə Nazirliyə şikayət daxil olmadığını, olduğu halda dərhal reaksiya veriləcəyini bildirmişdir. Həmçinin nümayəndə heyvan ölümləri ilə bağlı məlumat daxil olduqda isti havalarda 24 saat ərzində, soyuq havalarda isə maksimum 3 gün ərzində həmin heyvanların müayinə edilməli olduğunu, əks təqdirdə müayinə etmədiklərini, onların əməkdaşlarının iştirak etmədikləri müayinə barədə sənəd vermələrinin qeyri-mümkün olduğunu bildirmişdir.  Belə ki, 197 baş sığortalı iribuynuzlu heyvanın tələf olması baş verən vaxt müraciət olmadığından Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin mütəxəssisləri pataloji anatomik yarmada iştirak edə bilməmiş və bu səbəbdən tələf olmuş sığortalı heyvanlar üçün sənədlər tərtib edilməmişdir.  Bundan başqa iddiaçının nümayəndəsinin təqdim etdiyi vatsap yazışmalarında heyvan ölümü ilə bağlı baytarlıq idarəsinin Xalid adlı əməkdaşına məlumat verildiyi görünsə də, hansı sayda, hansı növdə heyvanlar barədə məlumat verilməsi qeyri müəyyəndir. Ola bilər ki, həmin məlumat sığorta ödənişi verilən 46 baş heyvanla bağlı olmuşdur.  Hətta, cavabdeh "xxxx" ASC-nin təyin etdiyi müstəqil ekspert də tələf olan 197 baş heyvanın hamısının sığorta hadisəsi olmadığını, cəmi 57 baş heyvanın ölümünün sığorta hadisəsinə aid olduğunu qeyd etmişdir. Bununla belə, qanunvericilik hər hansı müstəqil ekspert rəyi nəticəsində deyil, məhz səlahiyyətli dövlət orqanın sənədi əsasında sığorta hadisəsinin təsdiq edilməli olduğunu təsbit etmişdir.  Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.18.1-ci yarımbəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə isə 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan dövlət orqanlarına (qurumlarına) məlumat verməlidir. Qaydaların 1.21.11-ci yarımbəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü, 3-1-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədlərin hər biri olduğu halda Fond sığorta ödənişini həyata keçirə bilər.  Həmçinin Qaydaların 1.22.1-ci yarımbəndinin 2-ci abzasına əsasən bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər.  Eyni zamanda bu şərtlər tərəflər arasında bağlanmış sığorta müqaviləsində də birbaşa qeyd edilmişdir. Odur ki, iddiaçının müqavilələrin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl etməməsi sığorta ödənişinin ödənilməsindən imtina üçün əsas olmuşdur.  İddiaçı iddia tələbinin əsasın təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir.  Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.  Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.  Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.  Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır.  Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.  Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən 197 baş heyvanın ölümü ilə bağlı aidiyyəti üzrə Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə məlumat verildiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.  Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir.  Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 883.1, 885-1, 916.1-1, 922.1, 923.1, 924.2, 924.3, 933.1, 935.1, 937.1-ci maddələrinə, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 5.1, 6.1, 6.5, 6.6, 8.1, 8.2, 8.3, 9.1, 9.3, 9.6, 12.1, 12.2, 16.1, 16.2, 16.3, 17.1, 17.2, 17.4-cü maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 2.5, 14.3.2.6-4, 16.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydalarının 1.1.2, 1.2.1, 1.3.1, 1.4.1, 1.5.1, 1.5.3, 1.6.1, 1.6.3, 1.6.6, 1.6.7, 1.8.1, 1.10.1, 1.10.2, 1.10.3, 1.10.4, 1.10.5, 1.14.1, 1.14.2, 1.15.1, 1.15.2, 1.16.1, 1.16.2, 1.18.1, 1.20.1, 1.20.8, 1.20.10, 1.21.1, 1.22.1, 1.24.1, 1.25.2, 3.1.1, 3.4.1, 3.4.7-ci bəndlərinə, "xxxx" ASC-nin Nizamnaməsinə istinad etmişdir.

35. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etirazlar

36. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

37. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

42. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

43. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

44. Maddə 885-1. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

45. Maddə 916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir.

46. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

47. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

48. Maddə 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.

49. Maddə 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.

50. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

51. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması;...

52. Maddə 937.1. Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. Aqrar sığorta müqaviləsi “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vasitəçi aqrar sığortaçıların xidmətindən istifadə etməklə bağlanır.

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

53. Maddə 2.1. Aqrar sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

54. Maddə 5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: 5.1.1. təbii fəlakətlər; 5.1.2. yanğınlar; 5.1.3. bitki xəstəlikləri və zərərvericilər; 5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr; 5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.6. üçüncü şəxslərin hərəkətləri.

55. Maddə 6.1. Aqrar sığortanın tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir.

56. Maddə 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir.

57. Maddə 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır.

58. Maddə 12.2. Aqrar sığortalının hüquq və vəzifələri aqrar sığorta müqaviləsində müəyyən olunur.

59. Maddə 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.

60. Maddə 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir.

61. Maddə 16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.

62. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”

63. 1.18.1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə hadisənin baş vermə tarixindən 10 gün, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə isə 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan dövlət orqanlarına (qurumlarına) məlumat verməlidir.

64. 1.22.1. Aşağıdakı hallarda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər: … 2. bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda;…

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

71. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" ASC arasında Aqrar Sığorta Fondu adından bağlanmış sığorta müqaviləsinə əsasən iddiaçıya məxsus iribuynuzlu kənd təsərrüfatı heyvanları sığortalanmışdır. İddiaçı iddia ərizəsində sığorta hadisəsinin baş verdiyini və nəticədə 197 baş sığortalı heyvanın tələf olduğunu göstərərək hər bir heyvana görə 5100 manat olmaqla ümumilikdə 1.004.700 manat sığorta ödənişinin tutulmasını tələb etmişdir.

73. Cavabdeh isə etirazında bildirmişdir ki, sığorta hadisəsinin baş verməsi qanunvericiliyin və sığorta qaydalarının tələblərinə uyğun qaydada təsdiq edilməmişdir. Belə ki, Aqrar Sığorta qaydalarına əsasən sığorta hadisəsinin baş verməsi faktı müvafiq qaydada rəsmiləşdirilməli, hadisənin baş vermə səbəbləri və şəraiti barədə səlahiyyətli dövlət orqanının iştirakı ilə sənədlər tərtib edilməli və həmin fakt təsdiq edilməlidir.

74. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən hadisənin araşdırılması məqsədilə müstəqil ekspert cəlb edilmiş, ekspert hadisə yerinə baxış keçirmiş, heyvanların fotoşəkillərini çəkmiş və müvafiq ekspert rəyi tərtib etmişdir. Lakin sığorta hadisəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiqi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə dəfələrlə sorğular göndərilmiş, lakin həmin sorğulara əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus təsərrüfatda tələf olduğu iddia edilən heyvanların böyük hissəsi ilə bağlı həmin orqana müvafiq qaydada müraciət daxil olmamışdır.

75. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yuxarıda qeyd edilən məktublarından görünür ki, qeyd olunan təsərrüfat üzrə yalnız məhdud sayda heyvanlarla bağlı məlumat mövcuddur, qalan heyvanların tələfatı barədə isə səlahiyyətli quruma heç bir rəsmi müraciət daxil olmamışdır. Halbuki qüvvədə olan aqrar sığorta qaydalarına görə sığorta hadisəsi baş verdikdə sığortalı şəxs dərhal səlahiyyətli dövlət baytarlıq xidmətlərinə məlumat verməli və hadisə onların iştirakı ilə rəsmiləşdirilməlidir.

76. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi izahatlarında 46 baş heyvanın ölümü ilə bağlı məlumat verdikləri qaydada 197 baş heyvanın ölümü ilə bağlı da Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşlarına telefonla məlumat verdiklərini bildirsə də, bu faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

77. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

78. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

79. Bu baxımdan kollegiya birinci instansiyası məhkəməsinin iddiaçının nümayəndəsinin təqdim etdiyi vatsap yazışmaları barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

80. Məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta hadisəsinin baş verməsi faktı qanunvericiliyin tələb etdiyi qaydada sübuta yetirilməlidir. Bu isə yalnız müstəqil ekspert rəyi ilə deyil, həm də səlahiyyətli dövlət orqanlarının iştirakı ilə tərtib olunmuş rəsmi sənədlərlə təsdiq olunmalıdır.

81. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 197 baş heyvanın tələf olması faktını təsdiq edən və həmin hadisənin baş vermə vaxtını, yerini, səbəbini və digər mühüm halları əks etdirən səlahiyyətli dövlət orqanının müvafiq aktı məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də sığorta hadisəsinin baş verməsi qanunvericiliyin tələb etdiyi qaydada təsdiq edilmiş hesab edilə bilməz.

82. Bundan başqa, iş materiallarında olan müstəqil ekspert rəyindən də görünür ki, tələf olduğu iddia edilən 197 baş heyvandan yalnız bir hissəsinin ölümü sığorta hadisəsi kimi qiymətləndirilə biləcək hallarla bağlıdır. Lakin həmin rəy də səlahiyyətli dövlət orqanının rəsmi aktını əvəz edən sübut hesab edilə bilməz.

83. Belə olan halda kollegiya qeyd edir ki, Aqrar Sığorta Fondu qanunvericiliyinin tələblərinə və tərəflər arasındakı müqavilələrin şərtlərinə əsasən sığorta ödənişinin ödənilməsindən haqlı olaraq əsaslı şəkildə imtina etmişdir.

84. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

85. Apellyasiya şikayətinin dəlilləri isə iş üzrə müəyyən edilmiş halları təkzib etmir, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu təsdiq edən yeni sübutlarla əsaslandırılmamışdır.

86. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

87. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3668/2025 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar