Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-55/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X6 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Məmmədov Fuad Məmməd oğluna qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Məmmədov Fuad Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin halları
1. İddiaçı MMC ilə Məmmədov Fuad Məmməd oğlu arasında bağlanmış 26.05.22 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə əsasən:
2. Müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş, Qusar rayonu, Muçuğ kəndində yerləşən ümumi sahəsi 120 HA-da, qarışıq meyvə bağına 1 dəst Ege Tar markalı (intensiv bağ suvarma sistemi) komplekt damlama suvarma sistemi materiallarını (bundan sonra Lizinq obyekti adlandırılacaq) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən müqavilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu Lizinq Müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq obyektinin dəqiq təsviri Lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə №*-də göstərilir.
4. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin satıcısı: xxxx MMC
5. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti: 996 200,00 AZN
6. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 398 480,00 AZN
7. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və.s.) Əlavə №*-də göstərilən cədvəl üzrə həyata keçirilir.
8. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 672435,00 AZN
9. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği aşağıdakılardan ibarətdir:
10. Müqavilənin 2.3.1-ci bəndinə əsasən avans məbləği: 199240,00 AZN
11. Müqavilənin 2.3.2-ci bəndinə əsasən lizinq məbləği: 398480,00 AZN
12. Müqavilənin 2.3.3-cü bəndinə əsasən müqavilənin rəsmiləşdirilmə komissiyası: 74715,00 AZN
13. Müqavilənin 2.4-cü bəndinə əsasən sığorta haqqı (birdəfəlik): 10043,00 AZN
14. Müqavilənin 3.1-ci bəndinə əsasən Lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən Lizinq müddəti :60 ay.
16. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, subsidiya (güzəşt) məbləğinin (tam va ya hər hansı bir hissəsi) verilməsinə AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi təıəfindən imtina olarsa, həmin imtina olunan subsidiya (güzəşt) məbləği Lizinq Alan tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə qəbul edilmiş təminat(lar) Lizinq alana hesablanan bütün lizinq ödənişlərinin və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, xidmət haqqı, qeydiyyat xərcləri, notariat xərcləri və s.), o cümlədən hesablanmış faiz və cərimələrin qaytarılmasının və Lizinq alanın öhdəliklərinin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur.
18. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq verən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində istənilən vaxt aşağıdakı hallarda, lakin onlarla məhdudlaşmadan Lizinq alandan öhdəliyin icrasının əlavə təminatının təqdim edilməsini, habelə əvvəllər verilmiş təminatın dəyişdirilməsini tələb edə bilər:
19. Müqavilənin 4.2.1-ci bəndinə əsasən lizinq alanın öhdəliyin icrasının təmin edilməsi haqqında bağlanmış müqavilələrdən hər hansı biri qüvvədən düşübsə, zamin müvafiq müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmir, yaxud belə müqavilə mübahisə olunur və ya etibarsız hesab edilibsə;
20. Müqavilənin 4.2.2-ci bəndinə əsasən girova və/və ya Zaminə qarşı üçüncü şəxslər tərəfindən lizinq müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ya onun icrasını mümkün olmayan edə biləcək tələblər irəli sürülürsə, həmçinin girov predmeti tam və ya qismən məhv olarsa;
21. Müqavilənin 4.2.3-cü bəndinə əsasən lizinq obyekti zədələndikdə (xarab olduqda) və bununla əlaqədar olaraq onun bazar dəyəri azaldıqda;
22. Müqavilənin 4.2.4-cü bəndinə əsasən zaminə və/və ya Lizinq alana qarşı lizinq müqaviləsinin şərtlərinin icra edilməsinə əhəmiyyətli dərəcədə təsir edən və ya onun icrasını mümkün edə bilməyən məhkəmə iddiaları verildikdə;
23. Müqavilənin 4.2.5-ci bəndinə əsasən yenidən təşkil edilmə, ləğvetmə va ya müflisləşmə proseduru başlayıbsa, həmçinin Lizinq alanın və/və ya Zaminin əsas fəaliyyət növünə dair lisenziyası geri çağırılıbsa/ləğv olunubsa;
24. Müqavilənin 4.3-cü bəndinə əsasən lizinq alan Lizinq verənin müvafiq tələbində göstərilən müddətdə Lizinq verənin tələblərinə cavab verən təminatı təqdim etməyi, yaxud əvvəllər verilmiş təminatı əvəz etməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən yuxarıda göstərilən şərtlər yerinə yetirilmədikdə, Lizinq veran Lizinq alanın lizinq obyektinə sahiblik va istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada Lizinq obyektini geri ala bilər.
25. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1.1 -ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik va istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
26. Müqavilənin 6.2-ci bəndinə əsasən lizinq obyekti Lizinq verən tərəfindən Alqısatqı Müqaviləsi əsasında Lizinq alanın müstəqil olaraq seçdiyi Satıcıdan alınır.
27. Müqavilənin 6.3-cü bəndinə əsasən satıcı Lizinq alan tərəfindən müıyyən edildiyi üçün, Alqı-satqı müqaviləsinin Lizinq verən tərəfindən imzalandığı andan, Satıcı tərəfindən Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə Satıcıya irəli sürülən iddialara olan hüquqları Lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri Lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları Lizinq alandan qəbul etmir.
28. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin, o cümlədən lizinq obyektinin qeydiyyat şəhadətnaməsinin, bir dəst qeydiyyat nişanının, bir dəst açarların və lizinq obyektinin an azı 1 (bir) ay müddətinə idarə edilməsinə hüquq verən etibarnamənin verilməsi Təhviltəslim aktı ilə rəsmiləşdirilir.
29. Müqavilənin 9.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə, sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır.
30. Müqavilənin 12.5.4-cü bəndinə əsasən lizinq obyekti məhv edildikdə, talandıqda və ya itirildikdə, habelə lizinq obyekti zədələndiyi və bərpa oluna bilmədiyi halda va bu hadisə sığortaçı tərəfindən sığorta hadisəsi hesab edilmədikdə, Lizinq alan bu hadisənin baş verdiyi andan 15 (on beş) təqvim günü ərzində lizinq obyektinin cari dəyərinin tam məbləğini, ödənilməmiş cari lizinq ödənişlərinin məbləğini, müqaviləyə əsasən Lizinq alan tərəfindən ödənilməli olan cərimə va (va ya penyanı, habela belə hadisənin baş verməsi nəticəsində Lizinq verənə vurulmuş zərər və itkilərin ödənilməsi üçün tələb olunan məbləği Lizinq verənə ödəməlidir. Yuxarıda qeyd edilən məbləğlər tam həcmdə ödənildiyi andan və müqavilə ilə müəyyən edilmiş ödənişlər üzrə Lizinq alanın borcu olmadıqda, müqaviləyə xitam verilir, lizinq obyektinə mülkiyyət hüququ isə Lizinq alana keçir. Bu halda Lizinq verən mülkiyyət hüququ keçdiyi andan 15 (on beş) təqvim günü ərzində siğorta müqaviləsi üzrə Fayda götürən şəxsin hüquqlarını Lizinq alana verir. Lizinq alan bu bənddə nəzərdə tutulan tələbləri müəyyən edilmiş vaxtda icra etmədikdə, Lizinq verən hər gecikdirilmiş gün üçün lizinq obyektinin cari dəyərinin 0,1% (sıfır tam onda bir faiz) məbləğində dəbbə pulunu tələb edə bilər
31. 26.05.22 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə * saylı əlavəyə əsasən lizinq obyektinin texniki təsnifatının məbəği 996,200 manat müəyyən edilmişdir.
32. 26.05.22 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə * saylı əlavəyə əsasən maliyyələşmə məbəği 398.480 manat və lizinq müddəti 60 ay nəzərdə tutulmuşdur.
33. 26.05.22 tarixli AL/ML/**** saylı müqavilə üzrə təhvil-təslim aktına əsasən 996.200 manat dəyərində lizinq obyekti iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
34. İddiaçı MMC-nin maliyyə arayışına əsasən İddiaçı MMC ilə Məmmədov Fuad Məmməd oğlu arasında 26.05.22 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsin, əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 60 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümumi dəyəri 996200,0 manat olan 1 ədəd suvarma avadanlığı, lizinqə verilmişdir. Həmin avadanlığa görə ##.##.2025-ci il tarixədək 239112 0 AZN ödənilməli olduğu halda 166060,0 AZN ödəniş edilmiş və qrafik üzrə 73062,0 AZN gecikdirilmiş borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafik, uzrə 30 (otuz) təqvim günündən artıq ödənişləri gecikdirdiyinizə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (10959,30 AZN) məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə ö əı (232430 AZN) ilə hesablanmış faizin cəmi 243389,30 AZN təşkil edir.
35. İddiaçı MMC ilə Məmmədov Fuad Məmməd oğlu arasında bağlanmış ##.##.2022 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə əsasən:
36. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd Traktor Belarus 892 (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
37. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq obyektinin satıcısı: X3 Istehsalat Birliyi -1 ədəd Traktor Belarus 892 44. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin alış qiyməti: 47500 AZN (Qırx yeddi min beş yüz manat, sıfır qəpik)
38. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin dəqiq təsviri və qiymət açıqlaması Lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə № *-də göstərilir.
39. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün məbləğlər Azərbaycan Respublikasının manatı təşkil edir.
40. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 30400 AZN (Otuz min dörd yüz manat, sıfır qəpik)
41. Müqavilənin 2.2.1-ci bəndinə əsasən avans məbləği: 9500 AZN (Doqquz min beş yüz manat, sıfır qəpik) 49. Müqavilənin 2.2.2-ci bəndinə əsasən AKIA tərəfindən ödənilən güzəşt məbləği: 19000 AZN (On doqquz min manat, sıfır qəpik) 50. Müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq məbləği: 19000 AZN (On doqquz min manat, sıfır qəpik) 51. Müqavilənin 2.2.4-cü bəndinə əsasən lizinq şirkətinin komissiya faizi: 1900 AZN (Bir min doqquz yüz manat, sıfır qəpik) 52. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği və tarixləri haqqında məlumat Lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə № *-də göstərilir. 53. Müqavilənin 3.1-ci bəndinə əsasən lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir.
42. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti: 60 ay 55. Müqavilənin
43. 3.3-cü bəndinə əsasən lizinq alanın Lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir.
44. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq predmeti lizinq müqaviləsinin şərtlərinə əsasən Lizinq alan tərəfindən (Qala sığorta şirkəti) sığortalanır. Sığorta müqaviləsinə əsasən, lizinq alan sığortadan faydalanan şəxs qismində çıxış edəcək və sığorta hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən ödəniləcək sığorta məbləği ilk olaraq lizinq verənə ödəniləcəkdir.
45. Müqavilənin 5.1-ci bəndinə əsasən lizinq obyekti tərəflərin qarşılıqlı razılığı ilə Lizinq alanın balansında uçota alınır.
46. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
47. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq obyekti Lizinq verən tərəfindən Alqısatqı Müqaviləsi əsasında Lizinq alanın müstəqil olaraq seçdiyi Satıcıdan alınır.
48. Müqavilənin 7.3-cü bəndinə əsasən Alqı-Satqı müqaviləsi Lizinq müqaviləsinin 2ci bəndində göstərilmiş avans tam ödənildikdən və Lizinq müqaviləsi üzrə əlavə təminat (girov və ya zaminlik) nəzərdə tutlmuşdursa həmin təminat Lizinq alan tərəfindən təqdim edildikdən sonra bağlanılır. Tərəflərin qarşılıqlı razılaşma əsasında, Lizinq müqaviləsində avans və ya əlavə təminat nəzərdə tutulmadığı halda, Alqı-satqı müqaviləsi Lizinq müqaviləsi imzalandıqdan sonra bağlanılır.
49. . Müqavilənin 7.4-cü bəndinə əsasən lizinq obyektinin verilmə yeri və qaydası Alqısatqı müqaviləsi ilə müəyyən edilir.
50. Müqavilənin 7.5-ci bəndinə əsasən satıcının Lizinq alan tərəfindən müəyyən edildiyi üçün, Alqı-satqı müqaviləsinin Lizinq verən tərəfindən imzalandığı andan, Satıcı tərəfindən Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə Satıcıya irəli sürülən iddialar olan hüquqlar Lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri Lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları Lizinq alandan qəbul etmir.
51. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin Satıcı tərəfindən Lizinq verənə və Lizinq alana təhvil-təslimi alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
52. Müqavilənin 10.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə, sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır.
53. Müqavilənin 10.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır.
54. Müqavilənin 10.4-cü bəndinə əsasən təhvil-təslim zamanı Lizinq verən nəqliyyat vasitəsinin açarlarını (digər ləvazimatları), pasportunu, lizinq obyektinin dövlət orqanlarında qeydiyyatı üçün lazım olan digər sənədləri Satıcıdan qəbul edir.
55. Müqavilənin 10.5-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı an Lizinq alan lizinq müqaviləsinin şərtlərinə uyğun olan hər sığorta müqaviləsinin və/və ya sığorta polisinin əslini və ya sığortalı və sığortaçı tərəfindən bir ədəd təsdiq olunmuş surətini, habelə qeyd edilən hər sığorta polisi/sığorta müqaviləsi üzrə sığorta haqqının sığortaçıya ödənilməsini təsdiq edən sənədin surətini Lizinq verənə təqdim etməlidir.
56. Müqavilənin 10.6-cı bəndinə əsasən lizinq alan lizinq müqaviləsinin 15.3,-cü bəndində göstərilən öhdəliyi icra etmədiyi halda, Lizinq verən lizinq obyektinin təhvil-təslim aktını imzalamaqdan imtina edə bilər. Bu halda Lizinq verən (lizinq müqaviləsində avans göstərildiyi halda) lizinq müqaviləsinin 2.3-cü bəndində göstərilmiş avans məbləğinin 100% miqdarında cəriməninin ödənilməsini tələb edə və bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər, habelə lizinq obyektinin əldə edilməsi ilə bağlı cərimə məbləğindən çox olan bütün xərclərin əvəzini Lizinq alandan tələb edə bilər, Lizinq alan isə Lizinq verənin bu haqda yazılı tələbini aldığı gündən 7 (yeddi) təqvim günü ərzində xərclərin əvəzini mübahisəsiz qaydada Lizinq verənə ödəməyi öhdəsinə götürür.
57. Müqavilənin 15.3-cü bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş lizinq öhdəliyinə görə hər gecikdirilən gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0.1% məbləğində faiz hesablanır və bu faiz Borcalan tərəfindən tam həcmdə ödənilməlidir.
58. ##.##.2022 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə * saylı əlavəyə əsasən maliyyələşmə məbəği 19000 manat və lizinq müddəti 60 ay nəzərdə tutulmuşdur.
59. ##.##.2022 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə * saylı əlavəyə əsasən lizinq obyektinin yekun alış qiyməti 47500 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
60. Iddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Fuad Məmməd oğlundan AL/ML/**** saylı Maliyyə Lizinq müqaviləsi üzrə ##.##.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 73062 manat borc və hesablanmış 10959 manat cərimə borcunun; AL/ML/**** saylı Maliyyə Lizinq müqaviləsi üzrə ##.##.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 3487 manat əsas, hesablanmış cərimə borcu kimi 523 manat cərimə borcunun; hüquqi yardımın Hüquqi yardımın göstərilməsi üçün Bakışəh, ** saylı Vəkil Bürosuna ödənilmiş 1800 ( bir min səkkiz yüz) manat pulun; dövlət rüsumunun əvəzi kimi 354.09 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .
61. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında olan 26.05.22 tarixli AL/ML/**** saylı və ##.##.2022 tarixli AL/ML/**** saylı lizinq müqavilələri mövcuddur ki, mövcuddur ki, həmin müqavilə əsasında tərəfimizdən bir sıra kənd təsərüffatında istifadə edilən suvarma texnikaları cavabdehə lizinq şərtləri ilə satılmışdır. Cavabdehlə bağlanmış AL/ML/**** saylı X5 2.2-ci bəndinə əsasən Lizinq obyektinin ümumi qiyməti 672.435 manat təşkil etmişdir. 2.3.1 maddəsinə əsasən avans 199.240 manat , 2.2.3 bəndinə əsasən 398.480 manat lizinq məbləği; 2.3.3 bəndinə əsasən, 74.715 manat lizinq şirkətinin komisiyyası; 2.4 bəndinə əsasən 10.043 manat siğorta məbləği təşkiletmişdir. Cavabdehlə bağlanmış AL/ML/**** saylı Maliyə Lizinq müqaviləsinə əsasən X3 tərəfindən isteksal edilmiş 1 ədəd Belarus 892 markalı Traktor cavabdehə lizinq şərtləri ilə satılmışdır. Həmin müqavilənin 1.3 bəndinə əsasən ümumi Lizinq məbləği 47500 azn; 2.2 bəndinə əsasən 30.400 Lizinq ödənişlərinin ümumi məbləği; 2.2.1 bəndinə əsasən 9500 avans məbləği; 2.2.2 bəndinə əsasən 19.000 manat AKIA tərəfindən güzəşt məbləği; 2.2.3 bəndinə əsasən 19.000 manat qalıq Lizinq məbləği; 2.2.3 bəndinə əsasən 1900 mant Lizinq şirkətinin Komisiyyası təşkiletmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq, ödənişlər dayandırılmış və hazırda AL/ML**** saylı müqavilə üzrə ümumi borc 232.430 manat, qrafik üzrə gecikdirilmiş borc 73.062 manat əsas, müqavilənin 15.2 və 15.3 bəndinə əsasən hesablanmış cərimə borcu 10959 manat təşkiledir. Cavabdeh tərəfindənAL/ML/**** saylı lizinq müqaviləsi üzrə ümumi borc 10758 manat, qrafik üzrə ödənilməmiş və gecikdirilmiş borc 3487 manat, müqavilənin 15.2 və 15.3 bəndinə əsasən hesablanmış cərimə borcu 523 manat təşkiletmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etməyimizə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olraq yayınmışdır. Əlavə olaraq diqqətinizə çatdırmaq istərdim ki, hüquqi yardımın göstərilməsi məqsədi ilə İddiaçı MMC ilə Bakı şəhər ** saylı Vəkil Bürosunun vəkili Nümayəndəla EM-****VK*****/** saylı müqavilə imzalanmış vəbir min səkkiz yüz manat hüquqi yardıma görə məbləğ Bakışəhər ** saylı Vəkil Bürosuna köçürülmüşdür. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəlisürülməmişdir. Azərbaycan Respublikası MMnin 443.1. maddəsinə əsasən, “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Bundan başqa qeyd edim ki, Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmətedir. Bundan başqa Azərbaycan Respublikası MM-nin425.1. maddəsinə əsasən, “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”.
62. İddiaçı MMC-nin maliyyə arayışına əsasən İddiaçı MMC ilə Məmmədov Fuad Məmməd arasında ##.##.2022-ci il tarixdə bağlanmış AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 60 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri 47500,0 AZN olan 1 ədəd kənd təsərrüfatı texnikasını lizinqə verilmişdir. Həmin texnikaya görə ##.##.2025-ci il tarixədək 11729,0 AZN ödənilməli olduğu halda 8242,0 AZN ödəniş edilmiş və qrafik üzrə 3487,0 AZN gecikdirilmiş borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 (otuz) təqvim günündən artıq ödənişləri gecikdirdiyinizə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (523,05 AZN) məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə öhdəlik (10758,00 AZN) ilə hesablanmış faizin cəmi 11281,05 AZN təşkil edir.
63. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Məmmədov Fuad Məmməd oğlundan AL/ML/**** saylı Maliyyə Lizinq müqaviləsi üzrə ##.##.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 73062 manat əsas borc və 3653 manat dəbbə pulu; AL/ML/**** saylı Maliyyə Lizinq müqaviləsi üzrə ##.##.2025-ci il tarixə qrafik üzrə ödənilməmiş 3487 manat əsas borc, 174 manat dəbbə pulu olmaqla, cəmi ümumilikdə 80376 manat, vəkil xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 331 manat tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
64. Cavabdeh Məmmədov Fuad Məmməd oğluna həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
65. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipini pozmuş və qətnamə qəbul etmişdir. Özü ölkə ərazisində olmadığından məhkəmələr barədə məlumatsız olmuş, icra şöbəsindən həbslə bağlı zəng gələndən sonra işdən məlumatlı olmuşdur. X1 belə bir müqaviləsi olmayıb. Onlarla bu məbləğdə vəsaitin ayrılmasına dair müqavilə olmayıb. Təqdim edilən müqavilələrdəki imzalar ona məxsus deyil. Borcla bağlı bildirirki, onun bu qədər borcu yoxdur lizing şirkətinə. Kifayət qədər vəsait ödəmiş və həmçinin ilkin olaraq ayrılmış vəsait bu qədər olmamışdır. Lizing şirkətinə hazırda traktora görə 2000 manat civarında borcu qalmış olar. Digər suvarma sistemləri ilə bağlı isə iddia tələbini qəbul etmir, həmin müqavilə onun tərəfindən imzalanmamış və bu qədər borcu yoxdur. Ümumiyyətlə bu müqavilə ilə onun arasındakı razılaşma tamamilə fərqlidir. Həmin hissədə iddianın rədd edilməsini xahiş edir. Həmin sənədlərdəki imzaların ekspertizasını xahiş olunsa da həmin vəsatət də təmin edilməmişdir. Apellyasiya icraatında məhkəmə müqavilə və təqdim edilən ödəniş qəbzdəki imzanın xətşünaslıq ekspertizasını keçirtsə görünər ki, imzalar başqa başqa şəxslər tərəfindən icra olunmuşdur. Suvarma sistemləri ilə bağlı AL/ML/1980saylı ##.##.2025-ci il tarixli Maliyyə Lizinq müqaviləsi üzrə xətşünaslıq ekspertizası təyin edilməsini və digər müqavilə üzrə muhasibatlıq ekspertizası təyin edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
66. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
67. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq, ödənişlər dayandırılmış və hazırda AL/ML**** saylı müqavilə üzrə ümumi borc 232.430 manat, qrafik üzrə gecikdirilmiş borc 73.062 manat əsas, müqavilənin 15.2 və 15.3 bəndinə əsasən hesablanmış cərimə borcu 10959 manat təşkil edir. Cavabdeh tərəfindən AL/ML/**** saylı lizinq müqaviləsi üzrə ümumi borc 10758 manat, qrafik üzrə ödənilməmiş və gecikdirilmiş borc 3487 manat, müqavilənin 15.2 və 15.3 bəndinə əsasən hesablanmış cərimə borcu 523 manat təşkil etmişdir. Tərəflər arasında müqavilələr üzrə bütün sənədlər və təhvil-təslim aktları aparılmış tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
68. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
69. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
70. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onunrisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
71. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
72. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
73. Həmin Məcəllənin 748-5.1. maddəsinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir.
74. Həmin Məcəllənin 748-10.1. maddəsinə əsasən Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
75. Həmin Məcəllənin 748-10.2. maddəsinə əsasən Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
76. Həmin Məcəllənin 748-10.3. maddəsinə əsasən Əgər lizinq alan və lizinq verən arasında lizinq ödənişləri ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir.
77. Həmin Məcəllənin 748-10.4. maddəsinə əsasən Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
78. Həmin Məcəllənin Maddə 750 maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
79. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
84. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
86. Iddiaçı ilə cavabdeh arasında maliyyə lizinqi müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh Məmmədov Fuad Məmməd oğlu lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Məmmədov Fuad Məmməd oğlunun 26.05.22 tarixli AL/ML/**** saylı lizinq müqaviləsi üzrə cəmi 73062 manat məbləğində və ##.##.2022 tarixli AL/ML/**** saylı lizinq müqaviləsi üzrə 3487 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.
87. Cavabdehin apellyasiya şikayətinin bir dəlili məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.
88. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).
89. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
90. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir.
91. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehə məxsus elektron kabinetə yerləşdirilmiş və SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə ona məlumat verilmişdir.
92. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtıvaxtında
93. dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir. Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.
94. Cavabdeh həmçinin Suvarma sistemləri ilə bağlı AL/ML/**** saylı ##.##.2025-ci il tarixli X5 onun tərərfindən imzalanmadığını və ##.##.2022 tarixli AL/ML/**** saylı maliyyə lizinqi müqaviləsi üzrə borcun düzgün hesablanmadığını da mübahisələndirir.
95. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh borc və faizlərin yenidən hesablanmalı olduğunu qeyd etəsə də, tərəfindən ödəniş edilməsinə və hansı məbləğdə borcu qalmasına dair hər hansı sübutlar iş materillarına əlavə olunmamışdır.
96. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
97. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
98. Məhkəmə kollegiyası cavabdeh Suvarma sistemləri ilə bağlı AL/ML/**** saylı ##.##.2025-ci il tarixli X5 onun tərəfindən imzalanmadığı dəlilinin araşdırılması məqsədi ilə ##.##.2026-cı il tarixli qərardadına əsasən, məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmış, müqavilələrdəki imzanın kim tərəfindən: Məmmədov Fuad Məmməd oğlu və ya digər şəxs tərəfindən icra olunmasının müəyyən edilməsi üçün ekspertiza tədiqiqatının aparılması üçün imza xətt nümunələrinin təqdim edilməsi öhdəliyi cavabdeh Məmmədov Fuad Məmməd oğlunun üzərinə qoyulması qərara alınmışdır.
99. AR ƏN-nin Məhkəmə Eskpertiza Mərkəzinin eksperti X2 Maliyyə Lizinqi müqaviləsinin, X5, Maliyyə lizinqi müqaviləsinə № * nömrəli və № * nömrəli Əlavələrin əsllərinin təqdim edilməsi Məmmədov Fuad Məmməd oğlunun sərbəst, eksperimental imza nümunələrinin 05-07 vərəqədə təqdim olunması barədə ## ###### 2026-cı il tarixdə ekspert vəsatət vermişdir.
100. Ekspertin vəsatətinin icrasının təmin edilməsi məqsədi ilə məktub tərəflərə məxsus elektron kabinetlərə əlavə edilmiş, iddiaçı İddiaçı MMC-n tərəfindən vəsatət icra olunmuş, yəni tələb olunan müqavilələrin əsilləri təqdim olunmuşdur. Lakin cavabdeh Məmmədov Fuad Məmməd oğlu tərəfindən sərbəst, eksperimental imza nümunələri təqdim olunmamışdır. Sonuncu ilə ona məxsus mobil nömrələr vasitəsilə əlaqə saxlanılmağa cəhd olunsada mümkün olmamışdır.
101. ##.##.2026-cı il tarixli ekspertiza aparılmasından imtina edilməsi barədə məlumata əsasən, ## #### 2026-cı il tarixdə məlumat xarakterli məktub, ## #### 2026-cı il tarixdə tədqiq olunan X4 müqaviləsinin, X5, Maliyyə lizinqi müqaviləsinə № * nömrəli və № * nömrəli Əlavələri (09 vərəq) əslləri təqdim edilsə də, Məmmədov Fuad Məmməd oğlunun sərbəst, eksperimental imza nümunələri bu günə kimi təmin olunmamış, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
102. Kollegiya qeyd edir ki, müqavilədəki imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün təyin edilmiş ekspertizanın aparılmaması məhz cavabdehin öz üzərinə düşən prosessual öhdəliyi yerinə yetirməməsi, yəni tələb olunan imza nümunələrini təqdim etməməsi ilə bağlı olmuşdur. Bu səbəbdən də cavabdehin qeyd edilən dəlilləri obyektiv sübutlarla təsdiq olunmadığından əsaslı hesab edilə bilməz.
103. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
104. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
105. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Məmmədov Fuad Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.