Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-65/2026 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizənin təmin edilməməsinə dair Bakı Kommersiya Məhkəməsinin 9 dekabr 2025-ci il tarixli, e-2-2(113)-4325/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 2 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 18016 manat məbləğində borc və ödənilmiş 144 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2-2(113)-4325/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2 aprel 2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə 17016 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Qətnamə 8 avqust 2025-ci il tarixdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilmiş, o cümlədən cavabdeh və onun qanuni nümayəndəsinə məxsus, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş və bu barədə məlumat cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 təsdiq edilmiş elektron poçt ünvanına (Elektron ünvan ) göndərilmişdir.
4. Qətnamədən 9 sentyabr 2025-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 9 oktyabr 2025-ci il tarixli, 2-2(103)-1101/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, kommersiya işi şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Qərardad 10 oktyabr 2025-ci il tarixdə cavabdeh və onun qanuni nümayəndəsinə məxsus elektron kabinetə yerləşdirilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 3 noyabr 2025-ci il tarixli, e-2-2(113)-4325/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
8. Cavabdeh MMC həmin tarixdə məhkəməyə elektron kabinet vasitəsilə “buraxılmış prosessual müddətin bərpası”na dair ərizə ilə müraciət edərək, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmamış hesab edilməsini və iş materiallarının apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(113)-4325/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə müvafiq apellyasiya şikayəti əlavə edilmədiyindən geri qaytarılmışdır.
10. Cavabdeh MMC tərəfindən qətnamədən növbəti dəfə 17 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir.
11. Ərizədə müddətin buraxılmasının üzrlü səbəbləri kimi cavabdehin xx.xx.2025-ci il tarixdə elektron kabinetə daxil olan zaman qətnamədən məlumatlı olduğu, bununla bağlı məhkəmə tərəfindən elektron məhkəmə sistemində qeyd edilmiş telefon nömrələrinə hər hansı “SMS” bildiriş göndərilmədiyi qeyd edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 9 dekabr 2025-ci il tarixli, e-2-2(113)- 4325/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası”na dair ərizə təmin edilməmiş, xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə cavabdehin qanuni təmsilçisi olan Qanuni nümayəndə2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, bununla da qətnamə cavabdehə rəsmi qaydada çatdırılmışdır. Apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmiş, nəticədə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, həmin qərardad cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İş materialları Bakı Kommersiya Məhkəməsinə daxil olduqdan sonra cavabdeh yenidən apellyasiya şikayəti verməyərək, xx.xx.2025-ci il tarixdə yalnız ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət vermiş, həmin vəsatət xx.xx.2025-ci il tarixli qərardadla geri qaytarılmış, bundan sonra xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. xx.xx.2025-ci il tarixdən və ya iş materiallarının məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən sonra ötən müddət ərzində apellyasiya şikayətinin verilməməsinin üzrlü səbəbinə dair hər hansı dəlil mövcud deyildir. Həmçinin, müddətin bərpasının üzrlü səbəbi kimi cavabdeh prosesdən məlumatlı olmadığını, ona “SMS” bildiriş göndərilmədiyini bildirsə də, cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin prosessual müddətin ötürülməsinin əsası kimi istinad etdiyi yeganə dəlili – məhkəmə işindən xəbərdar olmaması açıq-aşkar həqiqətə uyğun deyildir.
14. Cavabdeh MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4325/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
15. Şikayətin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdeh qətnamədən xx.xx.2025-ci il tarixdə məlumatlı olmuş və dərhal apellyasiya şikayəti vermiş, məhkəmə tərəfindən prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılarkən çəkişmə prinsipi pozulmuşdur.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4325/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 9 dekabr 2025-ci il tarixli, e-2-2(113)-4325/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. ... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarı: Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
20. İş üzrə gəlinən nəticəni mübahisələndirən cavabdehin şikayətinin dəlilləri qətnamədən xx.xx.2025-ci il tarixdə məlumatlı olması, bundan dərhal sonra apellyasiya şikayəti verməsi, məhkəmə tərəfindən prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılarkən çəkişmə prinsipinin pozulmasından ibarətdir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən prosessual müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilə bilməz.
22. Belə ki, cavabdeh üzrlü səbəblər kimi qətnamədən xx.xx.2025-ci il tarixdə elektron kabinetə daxil olan zaman məlumatlı olduğunu, bununla bağlı ona məhkəmə tərəfindən bildiriş göndərilmədiyini qeyd edir.
23. İşin hallarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2025ci il tarixdə cavabdeh və onun nümayəndəsinə məxsus elektron kabinetə yerləşdirilmiş və bununla bağlı nümayəndəyə məxsus mailto:gulbala1963@mail.ruElektron ünvan adlı elektron poçt ünvanına bildiriş göndərilmiş, bununla da qətnamə cavabdehə rəsmi qaydada çatdırılmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2025-ci il tarixdən etibarən qətnamə ilə tanış olmaq imkanına malik olmuşdur.
24. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdən dərhal sonra verdiyini bildirsə də, şikayəti həmin tarixdə yox, bundan 1 aya yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə vermişdir. Cavabdehin özünün bildirdiyinə görə qətnamənin elektron kabinetə yerləşdirilməsi ilə onun qətnamə barədə məlumat almasının arasında cəmi üç gün fərq olmuşdur. Cavabdeh qalan 28 gün müddətində apellyasiya şikayətini verməməsini hər hansı formada əsaslandırmamışdır.
25. Göstərilən hallar cavabdehin prosessual hüquqlarından lazımi qaydada və vaxtında istifadə etmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün qanunla nəzərdə tutulmuş üzrlü səbəblər mövcud deyildir.
26. Prosessual müddətin bərpasına dair ərizəyə baxılarkən məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulmasına dair şikayətin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə daxil olduqdan sonra məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi tərəflərin elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda cavabdehin nümayəndəsinə məxsus mobil telefon nömrəsinə “SMS” bildiriş göndərilmişdir. Bu baxımdan cavabdehin məhkəmə iclasından məlumatsız qalmasına dair dəlili iş materialları ilə təkzib olunur və əsassız hesab edilir.
27. Beləlilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə cavabdehin ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
28. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 9 dekabr 2025-ci il tarixli e-2-2(113)-4325/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.