Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-78/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-9493/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdır.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 5.068.294,16 manat borcu vardır.
3. İnternet vergi idarəsindən əldə edilmiş məlumata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 1.979.163,57 manat borcu vardır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” Qərarı-2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-152/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin - xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilərək, iddia qalan hissədə rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-840/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2013/2023 nömrəli qərarı qismən, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilib, iş qeyd edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı ləğv edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-994/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Kassasiya şikayəti qismən təmin edilmş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-4092/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmş, cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı “2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması” hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair e-2-2(121)-1436/2021 saylı iş üzrə icraat Bakı Apelyasiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların qismən ləğv edilməsi tələbinə dair 2-1(103)-1926/2021 saylı iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
13. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 4.624.991,77 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 4624991,77 manat məbləğində (o cümlədən, vergilər üzrə 1927598,59 manat, faizlər üzrə 270200,99 manat, maliyyə sanksiyası üzrə 2427192,19 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə O vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********964900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 306, M11, M3 ünvanında qeydiyyatdadır.
16. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə yazılı etiraz təqdim edərək, ərizənin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
17. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə e-2-2(121)-1436/2021 nömrəli iş üzrə icraat Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1926/2021 nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-2/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şirvan Kommersiya Məhkəməsinin hakim Zaur Abbasov tərəfindən xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-2/2025 saylı qərardad qəbul edilmişdir və vergi orqanının iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilməmiş, öz qanuni qüvvəsini almışdır. Bununla əlaqədar olaraq, xx.xx.2025-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə vergi orqanı tərəfindən eyni predmet üzrə, eyni əsaslarla yenidən Maraqlı şəxs barəsində ərizə verilməsi düzgün hesab edilə bilməz. İddia ərizəsində xx.xx.2021-ci il tarixə Maraqlı şəxs direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 4624991,77 manat məbləğində (o cümlədən, vergilər üzrə 1927598,59 manat, faizlər üzrə 270200,99 manat, maliyyə sanksiyası üzrə 2427192,19 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə vergi borcu olduğu qeyd edilmişdir. Qeyd edilmiş vergi borcunun yaranmasına əsas olan xx.xx.2020-ci il tarixli, **********329300 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” və xx.xx.2020-ci il tarixli **********140954 saylı qərarlar iddiaçı tərəfindən mübahisələndirilmişdir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********329300 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” və xx.xx.2020-ci il tarixli **********140954 saylı qərarların ləğv edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1297/2021 saylı qərarına əsasən iddiaçının iddia tələbi təmin edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1297/2021 saylı qərarından qeyd olunan qərarın ləğv olunması və iddia tələbinin təmin olunmaması tələbi ilə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-152/2022 saylı qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş və nəticədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nın iddia ərizəsi qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərarının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarının ləğv edilməsi xahiş edilmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-152/2022 saylı qərarından kassasiya şikayəti verilmişdir. Ali Məhkəmə 2-1(102)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarı ləğv edilməsi və işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarının isə tam ləğv edilməsi müəyyən olunmuşdur. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qismən (iddianın təmin edilmiş hissəsində) ləğv edilməsi və iddianın tam rədd edilməsi tələbi ilə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(102)-840/2024 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarı qismən, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilməsi, iş qeyd edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2013/2023 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsində 2-1(103)-4092/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarla yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci və ikinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Apelyasiya məhkəməsi apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi və cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul etmişdir. Daha sonra cavabdeh apellyasiya məhkəməsinin qərarından xx.xx.2024-cü il tarixində şikayət verərək, cavabdeh tərəfindən 2-1(103)-4092/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, cari iş bundan əvvəl üç dəfə Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş və məhkəmə tərəfindən qəbul edilmiş 21 iyul 2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli; 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli və 28 noyabr 2024-cü il tarixli, 2-1(103)- 4092/2024 nömrəli qərarlar müəssisənin xeyrinə qəbul edilmişdir. Hazırda cari iş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (iş nömrəsi:2-1(102)- 994/2025) icraatındadır və hakim Elşanə Vəliyevanın icraatında baxılmaqdadır. Əlavə olaraq qeyd edirik ki, ümumiyyətlə, Vergi Məcəlləsinə əsasən, vergi borcu məbləğinin alınması üçün nəzərdə tutulmuş 5 il müddət və cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı 7 il müddət ötürülmüşdür. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən müəyyən edilmiş 5 illik tələb etmə müddəti bitmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.
18. Maraqlı şəxs məhkəmə iclasında ərizəyə etiraz edərək, ərizənin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməli hər hansı borcu yoxdur. Hüquqi şəxsə əsassız olaraq vergi borcları yazılmış, həmin borcların hamısı tərəfindən inzibati qaydada mübahisələndirilmiş, hər hansı əsası olmayan borclardır. Bundan əlavə, onun şəxsi hesab vərəqəsində, ərizədə, internet vergi idarəsində əks olunan borcları da üst-üstə düşmür.
19. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, e-2-2(113)- 9493/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizədə göstərilən borcları vergi ödəyicisi tərəfindən mübahisələndirildiyindən, bununla bağlı tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri olduğundan və həmin mübahisələr yekunlaşmadığından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 4.624.991,77 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilə bilməz.
22. Məhkəmə mövqeyini Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci maddələri və Mülki Prosessual Məcəllənin 26.2, 355-5.1, 355-7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
23. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: - Hüquqi şəxsin dövlət büdcəsinə borcunun olması; - Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qanunvericiliyin tələbi baxımından qeyd olunan halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasdır. Hazırki işdə məhkəmə qeyd edilən məsələlərə heç bir münasibət bildirmədən, şəxsi hesab vərəqəsində vergi ödəyicisinin borclarının olmasına baxmayaraq, tərəflər arasında davam edən başqa məhkəmə mübahisələrinin mövcudluğunu əsas gətirməklə ərizəni təmin etməmişdir. Lakin vergi borcunun inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilməsi onun mövcud borclarının olmasını inkar etmir. Məhkəmə inzibati mübahisə yekunlaşmadan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını mümkünsüz hesab etsə belə ərizənin rədd edilməsi barədə qərar çıxarmaq əvəzinə iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edə bilərdi. Belə ki, mübahisələndirilən qətnamə ləğv olunmadığı təqdirdə inzibati mübahisə vergi orqanının lehinə yekunlaşdığı halda eyni tərəflər arasında eyni tələb üzrə yenidən məhkəməyə müraciət imkanını istisna etməklə vergi orqanının hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Vergi Məcəlləsində vergi öhdəliyinin icra edilməsi vergi ödəyicisinin vəzifələrindən biridir və Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi vergi ödəyicisinin öhdəliyi hesab olunur. Həmin öhdəliyin vaxtında və tam qaydada icrası öhdəliyin yerinə yetirilməsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanının vergi ödəyicisinin öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulları vergi orqanının hüququ kimi göstərilmişdir. Həmin üsullara vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakın, habelə daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması üçün məhkəməyə müraciət etmək nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan hansından istifadə edib-etməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Belə olan halda həmin hüquqlardan istifadə edən vergi orqanı vergi borcu olduğu halda maraqlı şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərkən vergi borcunun maraqlı şəxs tərəfindən ödəniləcəyi məqsədini güdür. Onu da qeyd edək ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********964900 nömrəli borcun ödənilməsinə dair bildiriş göndərilməklə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Eyni zamanda maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada sərəncamlar göndərilmişdir (ərizəyə əlavə olunmuşdur). Bundan əlavə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə aktivləri barədə məlumatın verilməsi haqqında məktub göndərilərək məktuba əlavə olunmuş formaya uyğun olaraq məlumatın 10 gün müddətində vergi orqanına təqdim olunması xahiş olunmuş, lakin vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatlar vergi orqanına təqdim olunmamışdır. Görülən tədbirlər nəticə verməməklə, vergi ödəyicisi tərəfindən borcun tam ödənilməsi təmin edilmədiyindən vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. MPM-in tələblərinə əsasən vergi ödəyicisinin borcunun olması kifayət edir ki, vergi orqanı tərəfindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təqdim edilsin. Tərəflər arasında hər hansı başqa məhkəmə mübahisəsinin olması qanunvericiliyin tələbləri baxımından ərizənin təqdim edilməsinə maneə təşkil etmir. Eyni zamanda digər məhkəmə mübahisəsi həll edilməyincə işə baxmaq mümkün olmazsa, qanunvericilik imkan verir ki, hakim iş üzrə icraatı dayandırsın. Lakin belə bir halın mövcudluğu ərizənin rəddi üçün əsas hesab oluna biməz. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məcəllənin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Eyni zamanda Məcəllənin 256-cı maddəsinin tələblərinə görə, iş üzrə icraat 254.1.4-cü maddə ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Mübahisələndirilən qətnamədə ərizənin təmin edilməmə əsası kimi məhkəmə tərəflər arasında çoxsaylı məhkəmə mübahisələrinin olduğunu və həmin mübahisələrin yekunlaşmadığını göstərərək, maraqlı şəxsə münasibətdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilə bilməyəcəyini qeyd etmişdir. Lakin yuxarıda qeyd edilənlərdən göründüyü kimi, göstərilən hal iş üzrə icraatın dayandırılması üçün əsasdır və ərizənin rədd edilməsi üçün səbəb ola bilməz. Məhkəmə tərəfindən qərar qəbul edilərkən MPM-in tələbləri pozulmuş, prosessual hüquq norması düzgün tətbiq edilməməklə, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Eyni zamanda işdə olan sübutlar düzgün, hərtərəfli araşdırılmamış, tərəfimizdən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
Məhkəmə icraatı; iştirakçılarının izahatları
25. Maraqlı şəxsin vəkili Vəkil elektron kabineti vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cari iş üzrə maraqlı şəxs kimi qeyd olunmuş Əmirova Ruziyyə artıq müəssisənin direktoru vəzifəsini icra etmir; belə ki, bu vəzifə tərəfimizdən təqdim edilmiş kommersiya hüquqi şəxslərinin reyestrindən çıxarış sənədindən də göründüyü kimi, X3 tərəfindən icra edilir.
26. Maraqlı şəxsin vəkili Vəkil elektron kabineti vasitəsi ilə hüquqi şəxslərinin reyestrindən çıxarış məhkəməyə təqdim edilmişdir.
27. Ərizəçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir.
28. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
30. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun:
31. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
32. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikası Vergi Məcəlləsi
33. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
34. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
35. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
36. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.
37. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
38. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
39. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
40. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355- 5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 994/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “1.599.436,21 manat MV və 799.718,11 manat maliyyə sanksiyasının tətbiq olunması” hissəsində vergi orqanının qərarı ləğv edilsə belə, göstərilən məbləğ azaldıldıqdan sonra da MMC-nin külli miqdarda (4.437.177,18 manat) borcu qalmışdır.
51. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas olmamışdır.
52. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənilən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir.
53. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, “Battista İtaliyaya qarşı”, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; “Xlyustov Rusiyaya qarşı”, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
57. İşin faktiki hallarından görünür ki, maraqlı şəxs sözügedən hüquqi şəxsin direktor vəzifəsindən uzaqlaşmışdır, hazırda həmin hüquqi şəxsin direktoru ümumiyyətlə başqa şəxsdir. Odur ki, maraqlı şəxsin ölkədən getmək hüquqnun məhdudlaşdırılması tədbiri üçün hər hansı zərurət və ehtiyac yoxdur.
58. Belə ki, ərizəçinin tətbiq etmək istədiyi tədbir hüquqi şəxslərin icra orqanının rəhbərləri barəsində tətbiq edilə bilər (§ 35). Artıq vəzifəsindən uzaqlaşdırılmış əvvəlki rəhbər praktiki baxımdan həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığından, ölkədən getmək məhdudiyyəti həmin şəxsə qarşı deyil, hüquqi şəxsin faktiki yeni rəhbərinə münasibətdə tətbiq oluna bilər.
59. Müəssisənin işçisi, qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmayan şəxsin həmin müəssisənin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcun dövlət büdcəsinə tutulması səmərəliliyini istisna etməklə yanaşı, müəssisənin borclarının vaxtında ödənilməsindən yayınmasına, şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına və ümumiyyətlə ədalət prinsipinin pozulmasına səbəb olur.
60. Belə olan halda kollegiya hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri tətbiq oluna bilməz.
61. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-9493/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ərizə təmin olunmamalıdır.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9493/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.