Məhkəmə qərarları › İş №2-2(3-6)-86/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-86/2026

03.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-86/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı, məhkəmə baxışının hədləri, dispozitivlik prinsipi, ipotekanın dövlət qeydiyyatının ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, Cavabdeh cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:

1. Bakı Apellyasiya məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/**** saylı qərardadından görünür ki, İddiaçı ASC ilə “xxxx” MMC-nin arasında bağlanmış ##.##.2010cu il tarixli Barışıq Sazişi təsdiq edilmişdir.

2. Qeyd edilmiş qərardadın nəticə hissəsindən görünür ki: cavabdeh3 * saylı Bakı Yerli Iqtisad Məhkəməsinin (iş N *(82)-130/210) ## #### 2010-cu il tarixli hakim Miminat Hacıbəyova tərəfindən çıxarılmış qətnaməni qəbul edir və həmin qətnaməni könüllü olaraq icra etmək niyyətini bildirir. Bununla əlaqədar İddiaçıa borclu olduğu 1.315.091 avro və 20 manat dövlət rüsumunun bir hissəsini ödənilməsini təmin etmək məqsədilə cavabdeh3 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa ediləN *1 mərtəbəli yaşayış sahələri və qarajları, aşağıda göstərilən şərtlər istisna olmaqla, heç bir şərt qoymadan İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verir: - ...... - 1-ci mərtəbə mağaza 421,8 kv.m - .....

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı cavabdeh4 X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq, “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair cavabdehlə aralarında bağlanmış ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, mübahisəli qeyri- yaşayış sahəsi sahiblik və istifadə hüququnun tanınması və həmin qeyriyaşayış sahəsinin (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qeyd edilmiş qərardan görünür ki, cavabdeh4, X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlamış ##.##.2013-cü il tarixdə müqavilə istinad etmiş və pulu tam ödədiyini bildirmişdir. Həmin qərardan görünür ki, mübahisə iddianın rədd edilməsi ilə nəticələnmişdir.

5. cavabdeh2 ilə cavabdeh3 MMC arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi barədə ##.##.2014-cü il tarixdə müqavilə bağlanmış və eyni tarixdə maliyyə arayışı verilmişdir.

6. Bundan sonra qeyd edilən qeyri-yaşayış sahəsi cavabdeh2 tərəfindən ##.##.2019cu il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh1 bağışlanmışdır.

7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarından görünür ki, Iddiaçı cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə (hazırda Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi və bundan sonra mətndə DƏDKR * saylı Bakı Ərazi Idarəsi) qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX * saylı Bakı Ərazi Idarəsinin imtinasının qanunsuz hesab edilərək, cavabdehin üzərinə Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında yerləşən 126 kv. metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun onun adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınma öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə çıxardığı ##.##.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh3 MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin iddiaçı cavabdeh2 adına mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi DƏDRX * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Bakı Inzibati MəhkəməsiniN *- 1(81)-6105/2017 №li ##.##.2022-ci il tarixli qərardadı ilə ərizəçilər İddiaçı ASC və cavabdeh4 ərizələri təmin edilərək, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə çıxardığı ##.##.2017-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı ASC və cavabdeh4 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları qərara alınmışdır. Yekunda yenə də iddia təmin edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı cavabdeh4, cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 MMC və Iqtisadiyyat Nazirliyi yanında ƏMDXnin * saylı Bakı Ərazi Idarəsinə qarşı “müqavilənin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə iddia qaldıraraq, cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli alğısatqı müqaviləsi və ##.##.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilmiş qərardan görünür ki, yekunda iddia rədd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

9. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3 MMC, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh3 MMC ilə cavabdeh4 arasında bağlanmış ## #### 2013-cü il tarixli, cavabdeh3 MMC ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2014-cü il tarixli və cavabdeh2 ilə cavabdeh1 arasında bağlanmış ## ######## 2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh3 MMC- arasında Bakı Apellyasiya məhkəməsinin ##.##.2010-cu il tarixli, 2-1(103)- ***/**** saylı qərardadı ilə təsdiq edilmiş ##.##.2010-cu il tarixli Barışıq Sazişinə görə, Bakı şəhəri, Yasamal rayonu, Yeniünvan 4) ünvanında 0,40 ha torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının “A” blokunda yerləşən, istifadələrinə və sərəncamlarına verilmiş 117 ədəd Qarajın, 421,8 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin (mağazanın), 858,2 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (mağazanın), 11-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 21 -ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 21 -ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 20-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 20-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 12-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 11-ci mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 21 -ci mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 20-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 2-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 18-ci mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 13-cü mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 2-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 17-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin. 1 8-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin və 17-ci mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin üzərində İddiaçı ASC-nin hüququnun qabaqcadan qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi üçün Bakı Inzibati Məhkəməsinə müraciət etmişlər. Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaları təmin edilmişdir. Lakin həmin qərardan cavabdehlər və maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Daha sonra maraqlarına toxunan başqa bir şəxs də həmin qərardadın şikayət verdiyi üçün məhkəmə özü öz qərarını ##.##.2022- ci il tarixli qərardadı ilə ləğv etmiş və icraatı dayandırmışdır. Bundan başqa Bank tərəfindən Bakı Inzibati Məhkəməsinə maraqlarına toxunan şəxs kimi ərizə ilə müraciət edilərək cavabdeh2 xeyrinə çıxarılmış qərarın ləğvi və iddianın rədd edilməsi tələb edilmişdir. Işin yenidən araşdırılmasından sonra Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** saylı qərarı ilə cavabdeh2 iddiası yenidən təmin edilmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh2la “xxxx” MMC arasında olan müqavilə qüvvədə olduğundan inzibati orqanın qərarı qanunsuz olmuş və Çıxarışın verilməsi labüddür. cavabdeh2 sözügedən 114,4 kv.m. sahəsi olan daşınmaz əmlakı (mağazanı) bağışlama müqaviləsi əsasında cavabdeh1 bağışladığı üçün hal-hazırda iddia tələbimiz hər ikisinə qarşıdır. Işin faktı halları ilə müəyyən olunur ki, cavabdeh3 MMC ilə cavabdeh4 arasında bağlanmış ## #### 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında inşa edilmiş * saylı yaşayış binasının 1 -ci mərtəbəsində ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsi cavabdeh4 oğuna satılmışdır. Belə ki, iş materiallarında olan “Maliyə Arayışı”ndan göründüyü kimi cavabdeh4 tərəfindən cavabdeh3 MMC -yə bu qeyriyaşayış sahəsinin hər kv.m üçün 3000 manat olmaqla, ümumilikdə 372000 manat məbləğində pul vəsaiti ödənilmişdir. cavabdeh4 bu sahənin ona təhvil verilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində cavabdeh3 MMC-yə qarşı iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(004)-678/2021 qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdeh cavabdeh3 MMC -nin inşa etdiyi * saylı binanın birinci mərtəbəsində, ümumi sahəsi 124 kv/m- dən ibarət olan mağazaya sahiblik və istifadə hüquqları tanınmış, maneələrin aradan qaldırılaraq, bu mağazanın ona, yəni cavabdeh4 təhvil verilməsi öhdəliyi cavabdeh cavabdeh3 MMC-yə həvalə edilmişdir. Həmçinin iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-***/**** saylı işi üzrə ## ####### 2019-cu il tarixli hökmü ilə cavabdeh4 zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş maddi ziyanın tam ödənilməsinin nəzərə alınması hökmdə qeyd edilmişdir. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2010- cu il tarixli, *- *(***)-***/** saylı qərardadı ilə müəyyən olunmuşdur ki, cavabdeh3 MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş * saylı yaşayış binasında birsıra yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadı 2018-ci ilin aprel ayında Yasamal rayon Icra və Probasiya şöbəsi tərəfindən qismən icra edilmiş və bir sıra mənzillər və qeyri-yaşayış sahələri, o cümlədən qarajlar İddiaçı ASC-yə təhvil verilmişdir. Bütün bu hərəkətlər aparılan zaman mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair müqavilə və maliyyə arayışı əldə etmiş, sonradan isə çıxarış almış hazırki iş üzrə cavabdehlər müəyyən olunmamış, onlar ümumiyyətlə cavabdeh3 MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş * saylı yaşayış binasına gəlməmişdir. Bakı Inzibati Məhkəməsinin mübahisələndirdiyi ##.##.2024-cü il tarixli, 2-1(112)- ***/**** saylı qərarından müəyyən edilir ki, cavabdeh cavabdeh2 ilə cavabdeh3 MMC arasında bağlanmış ## ###### 2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdeh3 MMC-dən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivindən Talıblı küçəsində inşa edilmiş * saylı yaşayış binasının 1-ci mərtəbəsində 126 kv. metr qeyri-yaşayış sahəsini almışdır. cavabdeh3 MMC tərəfindən 126 kv. metr qeyri-yaşayış sahəsinin dəyərinin tam ödəməsi və şirkətə borcunun olmaması barədə iddiaçıya ##.##.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Ilk növbədə məhkəmənin mövqeyi ilə razılaşmayıb qeyd edirlər ki, tərəflərlə müqavilə cavabdeh3 MMC tərəfindən bağlandığından cavabdeh3 MMC üçüncü şəxs qismində işə cəlb olunmalı və cavabdeh3 MMC tərəfindən cavabdeh2 belə bir müqavilənin verilib-verilmədiyi müəyyən olunmalı idi. Iş materialları ilə müəyyən olunmuş işin faktiki hallarından göründüyü kimi cavabdeh2 belə bir müqavilənin verilməsi nə cinayət icraatı qaydasında aparılmış istintaq zamanı, nə də ki, inzibati qaydada olan məhkəmə çəkişməsi zamanı müəyyən olunmamışdır (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-***/**** saylı işi üzrə ## ####### 2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/l* saylı qərardadı). Lakin işə baxan məhkəmə mübahisənin bu hissəsini araşdırmamış, mötəbərliyi şübhə altında olan sübuta, mötəbər sübut kimi hüquqi qiymət vermişdir.

11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh4lə cavabdeh2 arasında bir neçə məhkəmə mübahisələri mövcud olmuş və yekunda hər biri cavabdeh2 lehinə qərarla nəticələnmişdir. Yəni məhkəmələrin qanuni qüvvəsini almış qərarlarından görünür ki, cavabdeh2 mübahisəli əmlaka dair hüquqları tanınmışdır. Hazırda isə xxxx ASC 15 il öncə, ##.##.2010-cu il tarixdə cavabdeh3 MMC ilə bağlanmış Barışıq Sazişinə istinad edərək, cavabdeh2 olmuş, sonradan cavabdeh1 keçmiş qeyri-yaşayış sahəsinin onların sərəncamına verilməsinə istinad edir. Məhkəmə bu xüsusda qeyd edir ki, qeyd edilmiş barışıq sazişində ümumiyyətlə Banka verilməsi göstərilmiş qeyri-yaşayış sahəsinin fərqləndirici xüsusiyyətlərini və dəqiq yerini müəyyən etmək mümkün deyildir. Həmçinin də, artıq qeyd edilmiş barışıq sazişindən 15 il sonra bu cür mübahisənin də, yaranması izah edilə bilən deyildir. Yəni, Bankın qeyd edilmiş qərardadın icrası üçün hər hansı bir tədbirləri görməməsi (ən azından icra şöbəsinə müraciət və s.) halı, əgər əmlak ona pulun əvəzində verilmişdirsə onu realizə etmək üçün tədbirlər görməməsi, o nəticəyə gəlmək üçün əsas verir ki, Bank hazırkı mübahisəli əmlakın cavabdeh2 və sonradan cavabdeh1 məxsus olması halını qəbul etmişdir. Həmçinin də, iş materiallarına əlavə edilmiş digər mübahisə ilə əlaqədar olan Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarıN *5-ci bəndindən görünür ki, icra şöbəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli cavaba görə ##.##.2010-cu il tarixli icra sənədi icra şöbəsinə ##.##.2011-ci il tarixdə daxil olmuş və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 qaraj İddiaçı ASCyə təhvil verilmiş, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi qərardadın da, bir hissəsinin icra edilməsi mümkünsüz olmuşdur. Belə olan halda yəni, iddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə təsdiq edilmiş ##.##.2010-cu il tarixli Barışıq Sazişində göstərilmiş əmlakın, hazırkı sözügedən müqavilərdə göstərilən əmlak olması halını sübuta yetirə bilmədiyindən, qeyd edilmiş qərardad əsasında verilmiş icra sənədinin qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən icrasının mümkün olmaması, həmçinin də, məhkəmələrin qanuni qüvvəsini almış qərarları ilə cavabdeh2 həmin əmlaka dair hüquqları tanındığından hazırkı iddianın təmin edilməsi mümkün deyildir. Əksinə, hazırkı iddianın təmin edilməsi, uzun müddət əmlaka sahiblik etmiş mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması və qanunvericiliyin kobud pozuntusu ilə nəticələ bilər. Beləliklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 337.2, 337.3, 339.1, 339.2, 339.3, 339.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh3 MMC arasında Bakı Apellyasiya məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə təsdiq edilmiş ##.##.2010- cu il tarixli Barışıq Sazişinə görə, Bakı şəhəri,Yasamal rayonu, Yeni-ünvan 4) ünvanında 0,40 ha torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının “A” blokunda yerləşən, iddiaçının istifadəsinə və sərəncamına verilmiş 117 ədəd Qarajın, 421,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (mağazanın), 858,2 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (mağazanın), 11- cimərtəbədə yerləşən 102,4 kvadratmetr sahədən ibarət mənzilin, 21-cimərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 21-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarətmənzilin, 20-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cumərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 20-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 12-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 11-ci mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 21-ci mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarətmənzilin, 20-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 2-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 18-ci mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin, 13-cü mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilin, 2-cimərtəbədə yerləşən 96,3 kvadratmetr sahədən ibarət mənzilin, 17-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin, 18-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilin və 17-cimərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilin üzərində İddiaçı ASC-nin hüququnun qabaqcadan qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət XidmətiYanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinin * saylı Bakı Ərazi Idarəsininüzərinə qoyulmasına dair qərar qəbul edilməsi üçün Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli,2-1(112)- ****/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Lakin həmin qərardan cavabdehlər və maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Daha sonra maraqlarına toxunan başqa bir şəxs də həmin barışıq sazişini təsdiq edən qərardaddan şikayət verdiyi üçün inzibati məhkəmə özü öz qərarını ##.##.2022-ci il tarixli qərardadı ilə ləğv etmiş və iş üzrə icraatı dayandırmışdır. Hal-hazırda həmin iş üzrə icraat təzələnərək iş davam edir. Bundan başqa Bank tərəfindən Bakı Inzibati Məhkəməsinə maraqlarına toxunan şəxs kimi ərizə ilə müraciət edilərək cavabdeh2 xeyrinə çıxarılmış qərarınləğvi və iddianın rədd edilməsi tələb edilmişdir. Işin yenidən araşdırılmasından sonra Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü iltarixli, *-*(***)-***/**** saylı qərarı ilə cavabdeh2 iddiası yenidən təmin edilmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh2la “xxxx” MMC arasında olan müqavilə qüvvədə olduğundan inzibati orqanın çıxarışın verilməsindən imtina barədə qərarı qanunsuz olmuş və Çıxarışın verilməsi labüddür. Mübahisə gedişatında cavabdeh2 sözügedən 114,4 kv.m. sahəsi olan daşınmaz əmlakı (mağazanı) bağışlama müqaviləsi əsasında dayısı cavabdeh1 bağışladığı üçün hal-hazırda iddia tələbi hər ikisinə qarşıdır. Məhkəmə gedişatında verilmiş izahatlardan müəyyən olundu ki, cavabdeh1 bağışlama əsasında mübahisəli əmlakı əldə edərkən, mübahisənin mövcudluğundan məlumatlı olmuşdur. cavabdeh2 özü də məhkəmə proseslərində bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsini ona cavabdeh3 MMC-nin təsisçilərindən olan Aqil adlı şəxs dayısına borcun əvəzində vermişdir. Həmçinin məhkəmə gedişatında izahatlarla müəyyən olunmuşdur ki, cavabdeh4 həmin qeyri-yaşayış sahəsini uzun illər istifadə etsə də, iddianın təmin olunmasına etiraz etmir. Işin faktiki halları ilə müəyyən olunur ki, "xxxx” MMC ilə cavabdeh4Arif oğlu arasında bağlanmış ## #### 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında inşa edilmiş * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsi cavabdeh4 oğuna satılmışdır. Belə ki, iş materiallarında olan “Maliyə Arayışı”ndan göründüyü kimi cavabdeh4 tərəfindən cavabdeh3 MMC-yə bu qeyriyaşayış sahəsini hər kv.m üçün 3000 manat olmaqla, ümumilikdə 372000 manat məbləğində pul vəsaiti ödənilmişdir. cavabdeh4 bu sahənin ona təhvil verilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində cavabdeh3 MMC-yə qarşı iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(004)-678/2021 qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdeh cavabdeh3 MMC-nin inşa etdiyi * saylı binanın birinci mərtəbəsində, ümumi sahəsi 124 kv/m-dən ibarət olan mağazaya sahiblik və istifadə hüquqları tanınmış, maneələrin aradan qaldırılaraq, bu mağazanın ona, yəni cavabdeh4 təhvil verilməsi öhdəliyi cavabdeh "X1” MMC-yə həvalə edilmışdir. Həmçinin iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ####### 2019-cu il tarixli hökmü ilə cavabdeh4 zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş maddi ziyanın tam ödənilməsinin nəzərə alınması hökmdə qeyd edilmişdir. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/** saylı qərardadı ilə müəyyən olunmuşdur ki, cavabdeh3 MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş * saylı yaşayış binasında birsıra yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadı 2018-ci ilin aprelayında Yasamal rayon Icra və Probasiya şöbəsi tərəfindən qismən icra edilmiş və bir sıra mənzillər və qeyri-yaşayış sahələri, o cümlədən qarajlar İddiaçıASC-yə təhvil verilmişdir. Bütün bu hərəkətlər aparılan zaman mübahisələndirilən qeyri yaşayış sahəsinə dair Müqavilə və Maliyyə Arayışı əldə etmiş, sonradan isə Çıxarış almış hazırki iş üzrə cavabdehlər müəyyən olunmamış, onlar ümumiyyətlə cavabdeh3 MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş * saylı yaşayış binasına gəlməmişdir. Bakı Inzibati Məhkəməsinin mübahisələndirdiyi ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarından müəyyən edilir ki, cavabdeh cavabdeh2 ilə cavabdeh3 MMC arasında bağlanmış ## ###### 2014-cü il tarixlimüqaviləyə əsasən iddiaçıcavabdeh3 MMC-dən Bakışəhəri, Yeni Yasamal yaşayış massivindən Talıblı küçəsində inşa edilmiş * saylı yaşayış binasının 1-ci mərtəbəsində 126 kv. metr qeyri-yaşayış sahəsini almışdır. cavabdeh3 MMC tərəfindən 126 kv. metr qeyri-yaşayış sahəsinin dəyərinin tam ödəməsi və şirkətə borcunun olmaması barədə iddiaçıya ##.##.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Ilk növbədə məhkəmənin mövqeyi ilə razılaşmayıb qeyd edir ki, tərəflərlə müqavilə cavabdeh3 MMC arasında bağlandığından cavabdeh3 MMC üçüncü şəxs qismində işə cəlb olunmalı və X1” MMC tərəfindən cavabdeh2belə bir müqavilənin verilib-verilmədiyi müəyyən olunmalı idi. Iş materialları ilə müəyyən olunmuş işin faktiki hallarından göründüyü kimi cavabdeh2 belə bir müqavilənin verilməsi nə cinayət icraatı qaydasında aparılmış istintaq zamanı, nədə ki, inzibati qaydada olan məhkəmə çəkişməsi zamanı müəyyən olunmamışdır (Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ####### 2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/** saylı qərardadı). Lakin işə baxan məhkəmə mübahisənin bu hissəsini araşdırmamış, mötəbərliyi şübhə altında olan sübuta, mötəbər sübut kimi hüquqi qiymət vermişdir. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/** saylı qərardadı qeyri-yaşayış sahələri də (mağazalar) ilə İddiaçı ASC-yə verilmişdir. Bu səbəbdən qanunsuz olaraq sözügedən qeyri-yaşayış sahəsi (mağaza) “xxxx”MMC tərəfindən ## #### 2013-cü il tarixdə cavabdeh4 oğuna satılmışdır. Bundan sonra həmin mağaza yenidən ## ###### 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 MMC tərəfindən cavabdeh2 satılmışdır. Sonuncu da həmin mağazanı bu məhkəmə mübahisələri başlanan zaman yaxın qohumu olan cavabdeh1 adına ##.##.2019cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Bundan başqa sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycan Respublikası MPM-nin 15.2. maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin, maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Məhkəmə cavabdehlər tərəfindən təqdim edilən müqavilənin cavabdeh3 MMC -nin direktoru yox, təsisçisi tərəfindən imzalanmasına göz yummaqla maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdehlərin təqdim etdiyi sübutlara istinad etsə də, onların həqiqiliyini müəyyən etməmişdir. İddiaçı ASC-nin ilkin olaraq cavabdeh3 MMC MMCdən həmin qeyri-yaşayış sahəsini almasına əhəmiyyət vermədən, müqavilələri iddiaçı tərəfindən mübahisələndirilsə də, həmin müqavilələrə dair ekspertiza təyin etməmiş və bank üçün predusiallığı olmayan məhkəmə qərarlarına istinad edərək cavabdehlərin müqavilələrini qanuni hesab etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Iddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinin tələblərinə əsasən şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -358.1-ci maddəsinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. -452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. -452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

20. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir. Iddiaçı qətnamədən verdiyi apelyasiya şikayəti qətnamənin tam şəkildə ləğvinə və iddianın təmin edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, əvvəllər hazırkı iş üzrə iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh3 MMC arasında məhkəmə mübahisəsi olmuş, həmin mübahisənin nəticəsi olaraq Bakı Apellyasiya məhkəməsinin ##.##.2010-cu il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə İddiaçı ASC ilə cavabdeh3 MMC-nin arasında bağlanmış ##.##.2010-cu il tarixli Barışıq Sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişin şərtlərinə görə cavabdeh3 MMC * saylı Bakı Yerli Iqtisad Məhkəməsinin (iş N *(82)-130/210) ## #### 2010cu il tarixli hakim Miminat Hacıbəyova tərəfindən çıxarılmış qətnaməni qəbul etmiş və həmin qətnaməni könüllü olaraq icra etmək niyyətini bildirmiş, bununla əlaqədar İddiaçıa borclu olduğu 1.315.091 avro və 20 manat dövlət rüsumunun bir hissəsini ödənilməsini təmin etmək məqsədilə cavabdeh3 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa ediləN *1 mərtəbəli yaşayış binasının A blokunda yerləşən adları göstərilən mənzilləri, qeyri-yaşayış sahələri və qarajları, o cümlədən 1-ci mərtəbədə 421,8 kv.m. mağazaları İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verməyi öhdəsinə götürmüşdür.

26. Digər tərəfdən o da müəyyən edildi ki, cavabdeh cavabdeh4 ilə digər cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli müqaviləsinə əsasən cavabdeh3 MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 124 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin alıcı cavabdeh4 verilməsini öhdəsinə götürmüş və sonuncuya həmin qeyri-yaşayış sahəsinə dair pulu tam ödəməsinə dair maliyyə arayışı verilmişdir.

27. Bununla yanaşı cavabdeh cavabdeh2 ilə cavabdeh3 MMC arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair ##.##.2014-cü il tarixdə müqavilə bağlanmış və eyni tarixdə cavabdeh2 həmin qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

28. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin qərarına əsasən cavabdeh2 həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuş və həmin qərar əsasında cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra qeyd edilən qeyri-yaşayış sahəsi cavabdeh2 tərəfindən ##.##.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh1 bağışlanmışdır.

29. Bundan sonra cavabdeh4 cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2013-cü il tarixli müqaviləsinə əsasən mülkiyyətinə verilmiş qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinə maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə rədd edilmiş və məhkəmə gəldiyi nəticəni cavabdeh4 satılmış mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh2 tərəfindən cavabdeh1 bağışlanılmış və hazırda cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır.

30. Hazırda iddiaçı İddiaçı ASC cavabdeh cavabdeh3 MMC tərəfindən ## #### 2013cü il tarixli müqaviləyə əsasən cavabdeh4 verilməli olan və lakin sonradan ## ###### 2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh2 verilmiş və sonuncu tərəfindən cavabdeh1 bağışlanılmış Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş * saylı binanın birinci mərtəbəsində yerləşən 126 (124) kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin yuxarıda göstərilən barışıq sazişinə əsasən cavabdeh3 MMC tərəfindən iddiaçıya təqdim edilməli olan həmin ünvanda inşa edilmiş binanın A blokunun 1-ci mərtəbəsində yerləşən 421,8 kv.m. qeyri-yaşayış sahəsinin bir hissəsi olmasını əsas göstərərək cavabdeh cavabdeh3 MMC ilə cavabdeh4 arasında bağlanmış ## #### 2013-cü il tarixli, cavabdeh3 MMC ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2014-cü il tarixli və cavabdeh2 ilə cavabdeh1 arasında bağlanmış ## ######## 2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin qüvvədən düşmüş hesab edilməsini tələb edir.

31. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanılmış barışıq sazişinin şərtlərində İddiaçı ASC-yə verilməli olan A blokunun birinci mərtəbəsində yerləşən 421,8 kv.m. qeyri-yaşayış sahəsinin fərqləndirici xüsusiyyətləri və dəqiq yeri göstərilməsə də, layihə sənədlərinə əsasən binanın A blokunun 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 530 kv.m. təşkil etməsi müəyyən edilir. ##.##.2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh3 MMC tərəfindən cavabdeh cavabdeh2 verilmiş və hazırda cavabdeh cavabdeh1 mülkiyyətində mübahisəli qeyri-yaşayış sahəsinin ##.##.2014-cü il tarixli müqavilədə əks olunmuş sahəsinin 126 kv.m. olmasını nəzərə alsaq, həmin qeyri-yaşayış sahəsinin barışıq sazişinə əsasən İddiaçı ASCyə verilməsi nəzərdə tutulan A blokunun 1-ci mərtəbəsində yerləşən 421,8 kv.m. qeyri-yaşayış sahəsi ilə ən azı qismən üst-üstə düşməsi (530-421,3 126) barədə qənaətə gəlmək mümkündür.

32. Həmin ehtimal kontekstində işin hallarını qiymətləndirən kollegiya qeyd etməyi zəruri sayır ki, məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi ikili hüquqi təbiətə malikdir. Belə ki, həmin saziş məhkəmə mübahisəsinə son qoyan prosessual akt olmaqla yanaşı mülki hüquqi müqavilə qismində də çıxış edir. Hazırkı halda mülki hüquqi müqavilə kimi barışıq sazişi əsasında cavabdeh3 MMC-nin İddiaçı ASC qarşısında sazişdə göstərilən əmlakları cavabdeh3 MMC-yə təhvil vermək öhdəliyi yaranmış, lakin sonuncu tərəfindən həmin öhdəlik icra edilməyərək A blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi hal-hazıradək İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verilməmişdir. Beləliklə, saziş əsasında A blokunun birinci mərtəbəsində yerləşən 421,8 kv.m. qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmədiyindən və həmin əmlak üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığından sözügedən əmlak üzərində sərəncam verilməmiş, yəni həmin əqd əsasında İddiaçı ASC-yə təhvil verilməmiş əmlak üzərində mülkiyyət və ya digər əşya hüququ İddiaçı ASC-yə keçməmişdir. Başqa sözlə desək, barışıq sazişi mübahisəli əmlaka münasibətdə sərəncamverici əqd deyil, öhdəlik yaradıcı əqd olmuşdur.

33. Belə olan halda mübahisəli qeyri-yaşayış sahəsinin barışıq sazişinə əsasən iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsi ilə tam və ya qismən üst-üstə düşməsi ehtimal edilsə belə həmin hal yalnız cavabdeh cavabdeh3 MMC-nin müvafiq müqavilələr bağlamaqla və mübahisəli əmlakı cavabdeh2 təhvil verməklə barışıq sazişinə əsasən İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri pozmasına dəlalət etməklə mübahisəli müqavilələrin Mülki Məcəllənin imperativ normalarının pozmaqla bağlanmış etibarsız əqdlər olması barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli barışıq sazişinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi üzərində sərəncam vermək hüququ İddiaçı ASC-yə keçmədiyindən mübahisəli müqavilələrin səlahiyyətsiz şəxs tərəfindən bağlanmiş əqdlər kimi qiymətləndirilməsi istisna edilir.

34. Məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya verilməli olan mağaza ilə üst-üstə düşməsi ehtimalı üçün onu da vurğulamağı zəruri sayır ki, bu halda İddiaçı ASC-nin barışıq sazişinə əsaslanaraq cavabdeh3 MMC-dən öhdəliyin icrasını, yəni fərdi müəyyən edilmiş əşyanı ona verilməsini tələb etmək hüququ yaranmış, lakin Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən üçüncü şəxsə (cavabdeh2) mülkiyyət hüququ ilə təhvil verilməsi ilə həmin hüquq da aradan qalxmışdır. Odur ki, bu ehtimalda iddiaçı İddiaçı ASC-yə Mülki Məcəllənin 452-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərəri tələb etmək hüququna malik olacaqdır.

35. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdeh3 MMCnin müvafiq olaraq cavabdeh2 və cavabdeh4 ilə bağladığı müqavilələrin, eləcə də cavabdeh2 ilə cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündəN * ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar