Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-97/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqı-satqı müqaviləsi, müqavilənin etibarlılığı, uydurma əqd, maliyyə sanksiyasının tətbiqi üçün əsaslar, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5110/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Niderlanda Ticarət Palatasının Biznes Reyestrindən çıxarışa əsasən İddiaçın təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmaqla xx.xx.2021-ci il tarixdə təsis edilmişdir, qeydiyyata alınma tarixi xx.xx.2021-ci ildir, fəaliyyəti hazırda aktivdir.
2. “Adamant BioNRG S.R.L” (alıcı) ilə Cavabdeh (satıcı) arasında xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli “Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı, şin proliz yağını alıcının mülkiyyətinə verməyi, alıcı isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
3. Müqavilənin 3-cü bəndinə görə, satılan və alınan məhsulun ümumi müqavilə miqdarı satıcının seçiminə görə üstəgəl/mənfi (5%) beş faiz fərqi ilə minumum iki yüz əlli metrlik ton (250.00 ton) miqdarındadır. Bu müəyyən edilmiş miqdar bir aylıq tədarükə ekvivalentdir və bu, 4 ay müddətinə dəyişdirilməklə və uzadılması ilə ardıcıl dörd (04) təqvim ayına qədər təkrarlanmalıdır. Satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissəhissə çatdırmağa və qəbul etməyə razılaşır. Ayda altmış iki tam yüzdə əlli beş metrlik ton (62,50 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.
4. Müqavilənin 5-ci bəndinə əsasən, müqavilə tarixindən sonra satıcı alıcıya 4 (dörd) aylıq tədarükə və 335 ton məhsula ekvivalent olan 134.000/yüz minxxxxx/avro (avans ödəniş) məbləğində mallara görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.
5. Müqavilənin 6-cı bəndinə görə, ilk çatdırılma alıcı tərəfindən avans ödənildiyindən sonra otuz təqvim günü ərzində həyata keçirilir.
6. “Adamant BioNRG S.R.L” (alıcı) ilə Cavabdeh (satıcı) arasında xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli “Şinlərdən alınan Piroliz Yağı üçün alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı, şin proliz yağını alıcının mülkiyyətinə verməyi, alıcı isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
7. Müqavilənin 3-cü bəndinə görə, satılan və alınan məhsulun ümumi müqavilə miqdarı satıcının seçiminə görə üstəgəl/mənfi (5%) beş faiz fərqi ilə minumum iki yüz əlli ton (250.00 ton) miqdarındadır. Bu müəyyən edilmiş miqdar bir aylıq tədarükə ekvivalentdir və bu, 4 ay müddətinə dəyişdirilməklə və uzadılması ilə ardıcıl dörd (04) təqvim ayına qədər təkrarlanmalıdır. Satıcı və alıcı bununla yuxarıda göstərilən miqdarları hissə-hissə çatdırmağa və qəbul etməyə razılaşır. Ayda altmış iki tam yüzdə əlli metrlik ton (62,50 ton) olan müqavilə miqdarı hər ay çatdırılmalıdır.
8. Müqavilənin 5-ci bəndinə əsasən, müqavilə tarixindən sonra satıcı alıcıya 4 (dörd) aylıq tədarükə və 250 ton məhsula ekvivalent olan 100 000.00/yüz min/00 avro (avans ödəniş) məbləğində mallara görə avans ödənişi üçün faktura təqdim edə bilər və alıcı qeyd olunan fakturanı aldıqdan sonra 7 (yeddi) iş günü ərzində ödəyəcəkdir.
9. Müqavilənin 6-cı bəndinə görə, ilk çatdırılma alıcı tərəfindən avans ödənildiyindən sonra otuz təqvim günü ərzində həyata keçirilir.
10. Müqavilələrdə ödənişlərin cavabdehin Azərbaycan Respublikasında olan bank hesablarına edilməsi, malların cavabdehin Bakı şəhərində olan zavodundan çatdırılması şərtləşdirilmişdir.
11. Qeyd olunan müqavilələr üzrə alıcı tərəfindən xx.xx.2024-cü il tarixdə 99975 avro, xx.xx.2024-cü il tarixdə 99975 avro, xx.xx.2024-cü il tarixdə 33975 avro olmaqla ümumilikdə 233 925 avro satıcının bank hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli şin piroliz yağının alqı-satqı müqavilələri üzrə 234 000 avro əsas borcun, 50 000 avro cərimənin və 30 000 avro məhkəmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli şin piroliz yağının alqı-satqı müqavilələri çərçivəsində cavabdeh iddiaçını şin piroliz yağı ilə təmin etməyi, iddiaçı isə cavabdehə müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada ödənişləri həyata keçirməyi qəbul etmişdir. Müqaviləyə uyğun olaraq, iddiaçı 234 000 avro məbləğində avans ödənişi etmişdir. Mallar avans ödənişdən etibarən dörd ay ərzində cavabdeh tərəfindən təqdim edilməli olmasına rəğmən, bu günə qədər təqdim edilməmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
15. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iş materiallarına əlavə etdiyi müqavilələr etibarsızdır. Belə ki, iş materiallarına əlavə edilən nizamnamə və təsisçilərin ümumi yığıncağının 12 mart 2019-cu il tarixli qərarına görə, cavabdehin direktoru Qanuni nümayəndə hər iki müqaviləni imzalamaq səlahiyyəti olmamışdır. İddiaçının əlavə etdiyi müqavilədə qeyd edilən Qanuni nümayəndə (sədr) səlahiyyətləri həcmcə məhdud olmuşdur (1000 manat həcmində) və həmçinin o, idarə heyətinin digər üzvlərindən müqavilənin imzalanması ilə bağlı heç bir (yazılı) icazə almamışdır. Nizamnamənin 5.5-ci maddəsinə əsasən dəyəri 1000 manatdan artıq olan müqavilələrin bağlanılması üçün İdarə Heyətinin bütün üzvlərinin yekdil razılığı tələb edilir. Mövzu ilə bağlı İdarə Heyətinin heç bir iclası çağırılmadığı və nizamnamə ilə qeyd edilən razılığın olmadığı nəzərə alınaraq, Qanuni nümayəndə imzaladığı müqavilələr etibarsız hesab edilməlidir. İddia tələbində pul məbləğlərinin cavabdehdən tutulması qeyd edilsə də, lazimi mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə xərcləri və cərimə məbləğlərinin ödənilməsi ilə bağlı lazımi sənədlər təqdim edilməmişdir.
16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verib və eyni zamanda göstərmişdir ki, cavabdehin İdarə Heyətinin 3 üzvü var və üzvlərdən birinin – cənab Bonuccinin müqaviləyə razılıqla bağlı rəsmi bəyanatı təqdim edilmişdir.
17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verib və eyni zamanda göstərmişdir ki, təsisçilər müqavilənin bağlanmasından məlumatlı olmadıqlarını bildirərək etiraz etmiş, İdarə Heyətinin sədrinin belə bir müqavilə bağlamaq üçün səlahiyyətli olmadıqlarını qeyd etmişlər. İddiaya etiraz da məhz bu səbəbdən verilmişdir.
18. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili Vəkil pulun cavabdehə ödənildiyini göstərmişdir.
19. Cavabdeh məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
20. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən 233 925 avro pul tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 722 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, digər məhkəmə xərcinin (tərcümə və s.) əvəzi olaraq 1087 avro və 621 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət olunmuşdur.
21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli alqı-satqı müqavilələrində ödənişlərin cavabdehin Azərbaycan Respublikasında olan bank hesablarına edilməsi, malların cavabdehin Bakı şəhərində olan zavodundan çatdırılması şərtləşdirilmişdir. Göründüyü kimi, qeyd edilənlər müqavilələrin bir hissəsinin Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olmasına dəlalət edir və bu mənada Azərbaycan Respublikası məhkəməsi hazırkı işə baxmaqda haqlıdır. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli müqavilələrin 10-cu bəndinə əsasən, müqavilə yalnız Birləşmiş Krallığın qanunlarına uyğun olaraq şərh edilməlidir. Məhkəmə qeyd edir ki, müqavilə ilə bağlı (1) tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, (2) müqavilənin təfsiri, (3) icrası, (4) icra edilməməsi, (5) xitamı, (6) lazımi qaydada icra edilməməsinin və (7) etibarsızlığının nəticələri, habelə (7) müqavilə ilə əlaqədar tələbin güzəşti və (8) borcun köçürülməsi ilə bağlı tərəflər tətbiq edilən maddi hüquq normaları ilə bağlı razılığa gələ bilərlər. Məhz bu halın məntiqi nəticəsidir ki, həmin Qanunun 24.2-ci maddəsinə əsasən müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. Belə olan halda, hazırda tərəflər arasında tətbiq edilən hüquqla bağlı razılaşma bütövlüklə müqavilə üçün deyil, yalnız onun təfsiri üçün razılaşdırılmışdır. Hazırda isə mübahisə təfsirlə bağlı olmayıb iddiaçının müqavilələrdən imtina edərək qabaqcadan ödənilmiş ödənişi tələb etməsi, cavabdehin isə müqavilələrin etibarsız olduğunu elan etməsi ilə bağlıdır. Digər tərəfdən, iddiaçı Azərbaycan hüququna istinad edərək iddia qaldırmış, cavabdeh də Birləşmiş Krallıq hüququnun tətbiqi ilə bağlı hər hansı etiraz irəli sürməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı şin proliz yağını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin ödəniş şərtlərinə əsasən iddiaçı ümumilikdə 234 000 avronun avans qaydasında ödənilməsinə razılıq vermiş, iddiaçı tərəfindən köçürmə qaydasında xx.xx.2024-cü il tarixdə 99975 avro, xx.xx.2024-cü il tarixdə 99975 avro, xx.xx.2024-cü il tarixdə 33975 avro olmaqla ümumilikdə 233 925 avro cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli alqı-satqı müqavilələri üzrə qabaqcadan ödənilmiş 234 000 avro məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh icra orqanının rəhbəri Qanuni nümayəndə səlahiyyətlərini aşaraq alqısatqı müqavilələrini bağladığını qeyd edərək müqavilənin etibarsız olduğunu bildirir. Məhkəmə hesab edir ki, ilk növbədə xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli alqı-satqı müqavilələrinin etibarlı olubolmamasına hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 350-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mübahisələndirilə bilər. Cavabdehin nizamnaməsinin 3-cü redaksiyasına görə, İdarə Heyətinin sədri Cəmiyyətin adından bütün növ müqavilələr bağlayır, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), banklarda Cəmiyyətin cari və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlannı apanr (İdarə Heyətinin sədri tərəfindən ay ərzində Cəmiyyətin adından müstəqil olaraq bağladığı müqavilələrin dəyəri 1000 (bir min) manatdan artıq ola bilməz, dəyəri 1000 (bir min) manatdan artıq olan bütün müqavilələrin Cəmiyyətin adından bağlanmasına İdarə Heyətinin bütün üzvlərinin yekdil razılığı tələb olunur və bu razılıq müvafiq müqavilənin bağlanmasına ən azı 1 (bir) iş günü qalmış müqavilənin bağlanması təşəbbüsü ilə çıxış etmiş üzvə korporativ elektron poçt vasitəsilə bildirilir). Cavabdehin təsisçilərinin növbədənkənar ümumi yığıncağının 12 mart 2019-cu il tarixli qərarına əsasən Qanuni nümayəndə cavabdehin qanuni təmsilçi funksiyasını yerinə yetirən İdarə Heyətinin sədri, Gianluca Bonucci və Francesco Macchiarella isə üzvləri təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin nizamnaməsinə əsasən sonuncunun qanuni təmsilçisi Qanuni nümayəndə səlahiyyətləri dəyəri 1000 manat olan müqavilələrin bağlanması həddində məhdudlaşdırılmış, lakin qeyd edilən məhdudiyyət mülki qanunvericilikdə nəzərdə tutulmamış, əqdin bağlandığı şəraitə görə də aşkar olmamışdır. Belə olan halda əqdin qeyd edilən əsasla etibarsızlığını irəli sürən cavabdeh iddiaçının göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübut edilməsi vəzifəsini daşıyır. Lakin iş materiallarında bu kateqoriyadan olan hər hansı sübut mövcud deyildir. Əksinə, xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli alqı-satqı müqavilələri hüquqi şəxsin möhürü ilə də təsdiq edilmiş, müqavilələr üzrə avans ödənişləri hüquqi şəxsin “X3” Açıq Səhmdar Cəmiyyətində olan bank AZ80UBAZ**********0160EUR001 nömrəli bank hesabına köçürülmüşdür. Belə olan halda cavabdehin qeyd edilən əqdi mübahisələndirməsi əsaslı olmamışdır. Digər tərəfdən, məhkəmə göstərir ki, əqdlərin iddiaçı tərəfindən 233 925 avro məbləğində pulun köçürülməsi hissəsində icra olunduğu, lakin cavabdeh tərəfindən icra olunmadığı nəzərə alındığında müqavilələrin etibarsızlığı restitusiya ilə nəticələnir, qeyd edilən məbləğin digər hüquqi əsasla qaytarılması təmin edilir. Başqa sözlə, hazırkı işin halları baxımından müqavilənin etibarsızlığı işin nəticəsinə təsir edən hal deyildir. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn, əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir. Bu mənada göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli alqı-satqı müqavilələri üzrə öhdəliyini icra etdiyini – razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Lakin iş materiallarında yalnız 233 925 avro məbləğində pulun ödənilməsini təsdiq edən sübutlar mövcuddur. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, 233 925 avro məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin alqı-satqı müqavilələri üzrə ödənilməmiş 233925 avro məbləğində puldan faydalandığını, yəni Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faiz borcunun tutulması hissəsində təmin olunmamalıdır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, **********97 nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 944 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EM-2661VK-24352/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq 500 manat razılaşdırılmışdır (xx.xx.2025-ci il tarixli EO-2661VK-23771/25 nömrəli elektron vəkil orderində göstərilən müqavilə). İş materiallarından görünür ki, iddiaçıya məxsus reyestr sənədlərinin təsdiq edilməsi üçün cəmi 1087 avro xx.xx.2025-ci il tarixində köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçınə məxsus sənədlərin də daxil olduğu sənədlərin tərcümə (italiyan-azərbaycan) və notarial qaydada təsdiqi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 108 nömrəli və xx.xx.2025-ci il tarixli 109 nömrəli invoyslar təqdim edilmiş, İddiaçınə məxsus sənədlərin tərcümə və notarial qaydada təsdiqi ilə bağlı xərclər müvafiq olaraq 240 manat və 381 manat təşkil etmiş, qeyd olunan xidmətin icrası ilə bağlı təhvil-təslim aktı tərtib edilmişdir. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır. Həmçinin hüquqi şəxsin reyestrindən zəruri sənədlərin alınması və həmin sənədlərin Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi və sənədlərin notarial qaydada təsdiqi ilə bağlı xərclər də bilavasitə işə baxılması ilə əlaqədar məsrəf hesab olunmalıdır. Beləliklə, yuxarıda göstərilənləri və əsas tələbin əsaslı olduğu hissəni nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 722 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, digər məhkəmə xərcinin (tərcümə və s.) əvəzi olaraq 1087 avro və 621 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 350, 442, 448.1, 448.2, 449.1, 567, 597.1, 599.1, 599.3, ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 117, 115.0, 119.1, 121.1, 440.1, 443, 443.0.7-ci maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2, 1.3, 24.1-ci maddələrinə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının tətbiq etmişdir.
23. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İşə baxan Bakı Kommersiya Məhkəməsi əlavə araşdırma aparmadan iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, mübahisə predmeti olan və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli şin piroliz yağının alqı-satqı müqavilələri üzrə 234 000 avro əsas borcun, 50 000 avro cərimənin və 30 000 avro məhkəmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə İddiaçının iddia tələbinin təmin olunması üçün istinad etdiyi Müqavilələr (əqdlər), həmin müqavilələri imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün həmin müqavilələr\əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər hesab olunmalıdır. AR MPM-nin 28-ci maddəsinin tələblərinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Bundan başqa, həmin Məcəllənin 450-ci maddəsinin (“Müqavilə aidiyyəti”) tələblərinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Həmçinin, həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Qətnamənin 21-ci bəndində qedy olunur ki, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.9-cu bəndinə əsasən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər”. Halbuki, hazırkı iddia predmetinin əsasını təşkil edən və tərəflər arasında bağlanmış Müqavilələrdə (əqdlərdə), qeyd şərtsiz tətbiq olunacaq qanun kimi Böyük Britaniyanın qanunvericiliyinə istinad olunmasına baxmayaraq, “tətbiq olunan qanunvericiliklə” bağlı həmim normanın yəni, Tərəflər rasında bağlanmış Müqavilə ilə əlaqədar tətbiq olunacaq hüququn dəyişilməsi barədə Tərəflər heç yeni razılığa gəlməmişlər. Bu isə öz növbəsində maddi hüquq normasının kobudcasına pozulmasıdır. Birinci instansiya məhkəməsi, işin araşdırılması üçün xüsusi əhəmiyyət kəsb edən halların sübut edilməsi ilə əlaqədar İddiaçının nümayəndəsi (İddiaçı təsisçisi və direktoru) Rikardo MarkeQinin ifadə məhkəmədə verməsi üçün məhkəmə iclasına dəvət olunmasına dair Cavabdehin vəsatətlərinə heç bir hüquqi qiymət verməmiş və həmin vəsatətələri qəbul etməmişdir.”
Apellyasiya şikayətinə qarşı etiraz
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
25. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
26. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
28. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
32. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
33. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.[367]
34. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
42. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
46. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
47. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə .... ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
48. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
49. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
50. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasım tələb edə bilər.
51. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu
52. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
53. Maddə 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
54. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.
55. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
56. Maddə 19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir.
57. Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
58. Maddə 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm da onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər.
59. Maddə 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər.
60. Maddə 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının..
“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli qərarı
61. Bənd 5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
62. Bənd 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
63. Bənd 5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğundan, tərəflərin bildirməsindən asılı olmayaraq “jura novit curia” - “məhkəmə hüququ bilir” prinsipi əsas götürülərək xarici elementli mübahisəni tənzimləyən, xarici maddi qanunun tətbiqinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olub-olmaması araşdırılmalıdır.
64. Bənd 5.18. Beləliklə, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl edilməlidir: - mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu; - Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq adətlərin mövcudluğu; - Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının mövcudluğu; - “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.
65. Bənd 5.19. Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin.
66. Bənd 5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən, həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına üstünlük verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
73. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra - xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
74. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
75. Maddə 443.0.1. İş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmin işlərə baxmağa haqlıdır.
76. Maddə 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
77. Maddə 450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
Apellyasiya baxışının həddi
78. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
80. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
81. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6137/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
82. Belə ki, ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi (§ 73) ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəmənin işə baxmaq səlahiyyətini tanımışdır.
83. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun l4 dekabr 2023-cü il tarixli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə.
84. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində ödənişlərin cavabdehin Azərbaycan Respublikasında olan bank hesablarına edilməsi, malların cavabdehin Bakı şəhərində olan zavodundan çatdırılması şərtləşdirilmişdir.
85. Bu xüsusat müqavilələrin icrasının bir hissəsinin Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olmasına dəlalət edir və bu mənada Azərbaycan Respublikası məhkəməsi hazırkı işə baxmaqda haqlıdır.
86. Mübahisənin həllinə tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd olunmalıdır ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanuna əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (§ 52), tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (§ 53).
87. Həmin Qanun həmçinin təsbit edir ki, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir (§ 57).
88. Göründüyü kimi qanunverici, müqavilə tərəflərinin (1) hüquq və vəzifələrinin müəyyən edilməsi; (2) müqavilənin təfsiri; (3) icrası; (4) icra edilməməsi; (5) xitamı; (6) lazımi qaydada icra edilməməsinin və (7) etibarsızlığının nəticələri, habelə (7) müqavilə ilə əlaqədar tələbin güzəşti və (8) borcun köçürülməsi ilə bağlı tətbiq edilən maddi hüquq normaları barədə razılığa gələ biləcəklərinə imkan tanıyır və məhz bu halın məntiqi nəticəsidir ki, Qanunun 24.2-ci maddəsinə əsasən müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər (§ 58).
89. Belə olan halda kollegiyanın qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilələrin 10-cu bəndləri, bütövlüklə müqavilə üçün tətbiq edilən hüquqla bağlı razılaşma kimi deyil, yalnız müqavilələrin təfsiri üçün olan razılaşma kimi qiymətləndirilməlidir. Hazırkı mübahisə isə təfsirlə bağlı olmayıb, iddiaçının müqavilələrdən imtina edərək qabaqcadan ödənilmiş ödənişi tələb etməsi, cavabdehin isə müqavilələrin etibarsız olduğunu irəli sürməsi ilə bağlıdır.
90. Digər tərəfdən, iddiaçı Azərbaycan hüququna istinad edərək iddia qaldırmış, cavabdeh isə Birləşmiş Krallıq hüququnun tətbiqi ilə bağlı hər hansı etiraz irəli sürməməklə yanaşı, iddia tələbinə etirazını da Azərbaycan qanunvericiliyinə istinadla əsaslandırmışdır.
91. Belə olan halda kollegiya hesab edir ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
92. Eyni zamanda, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanuna əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur (§ 58). Həmin hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir (§ 58).
93. Apellyasiya instansiyasında keçirilmiş məhkəmə iclasında tərəfə Birləşmiş Krallığın hüquqi normalarını təsdiqləyən sənədləri məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi və vəkili həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
94. Belə olan halda, kollegiya qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
95. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
96. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
97. İşin müəyyən olunan halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli AZF/0224 nömrəli və xx.xx.2024-cü il tarixli AZF/0124 nömrəli müqavilələr bağlanmış, müqavilələrə əsasən cavabdeh, şin proliz yağını iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə məhsulları qəbul edərək dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Hər üç müqavilənin ödəniş şərtlərinə əsasən iddiaçı ümumilikdə 234 000 avronun avans qaydasında ödənilməsinə razılıq vermiş, iddiaçı tərəfindən müxtəlif vaxtlarda köçürmə qaydasında ümumilikdə 233 925 avro cavabdehin bank hesabına köçürülmüşdür.
98. Kollegiya cavabdehin isə həmin müqavilələrin etibarsız olması barədə dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 28) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
99. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
100. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 31, 32). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.
101. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
102. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.
103. Şərh olunanları, müqavilə tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilələrin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, həmin müqavilələri yalan və ya uydurma əqdlər hesab etmək də mümkün deyildir.
104. Digər tərəfdən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əqdlərin iddiaçı tərəfindən 233 925 avro məbləğində pulun köçürülməsi hissəsində icra olunduğu, lakin cavabdeh tərəfindən icra olunmadığı nəzərə alındığında, müqavilələrin etibarsızlığı restitusiya ilə nəticələnər, yəni göstərilən məbləğin digər hüquqi əsasla qaytarılması təmin edilər. Başqa sözlə, hazırkı işin halları baxımından müqavilənin etibarsızlığı işin nəticəsinə təsir edən hal deyildir.
105. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki qanunvericiliyin prinsiplərinə və beynəlxalq hüquqi təcrübəyə əsasən, səlahiyyətsiz şəxs tərəfindən bağlanmış əqd sonradan təmsil edilən tərəfindən bəyənildikdə, həmin əqd bağlandığı andan etibarən hüquqi qüvvəyə minmiş hesab olunur.
106. Səlahiyyətsiz şəxs tərəfindən imzalanmış müqavilə üzrə 233 925 avro məbləğində avans ödənişinin qəbul edilməsi və bu ödənişə qarşı hər hansı etirazın bildirilməməsi, əqdin konkludent hərəkətlərlə (yəni iradəni faktiki hərəkətlərlə ifadə etməklə) bəyənildiyini sübut edir.
107. Belə olan halda ödənişin konkret müqavilə təyinatı ilə köçürülməsi və qarşı tərəfin bu təyinatı qəbul etməsi, tərəflər arasında hüquqi bağlılığın (vinculum iuris) yarandığını və müqavilənin icra mərhələsinə keçdiyini təsdiq edir. Əgər cavabdeh müqaviləni hüquqi baxımdan mövcud olmayan hesab edirsə, o zaman sözügedən vəsaitin cavabdehin hesabında qalması əsassız varlanma hesab olunur.
108. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
109. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir (§ 50).
110. İddiaçı qeyd edilən hüquq normasından irəli gələn, əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir – çünkü cavabdeh alqısatqı müqavilələri üzrə öhdəliyini icra etdiyini - razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir.
111. Buna görə də kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyini pozaraq müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
112. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
113. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
114. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5110/2025 nömrəli, kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.