Məhkəmə qərarları › İş №2-2(3-8)-19/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-19/2026

06.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-19/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. ## ####### 2025-ci il tarixli təhvil-təslim aktına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “xxxx" MMC-yə, "xxxx" MMC-yə, “X1" MMC-yə və "xxxx" MMC-yə aid “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizələr məhkəməyə təqdim edilmişdir

2. Sumqayıt Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edildiyi üçün həmin kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, ## ###### 2023-cü il tarixli “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 2907081531), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 2907081661), “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 2907085491) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizələrdə 15.4 “rəhbər” (qanuni təmsilçi) və ya onun səlahiyyətli nümayəndəsinin imzası(ları) qrafalarındakı imzalar maraqlı şəxs Maraqlı şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ######## 2025ci il tarixinə hesablanmış hüquqi şəxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2907081531) dövlət büdcəsinə olan 26906,18 (iyirmi altı min doqquz yüz altı manat, on səkkiz qəpik) manat məbləğində vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2907081661) dövlət büdcəsinə olan 20225,34 (iyirmi min iki yüz iyirmi beş manat, otuz dörd qəpik) manat məbləğində vergi borcunun, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2907085491) dövlət büdcəsinə olan 11033,26 (on bir min otuz üç manat, iyirmi altı qəpik) manat məbləğində vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 2907088681) dövlət büdcəsinə olan 10409,42 (on min dörd yüz doqquz manat, qırx iki qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - ## ### 1989-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən göründüyü kimi, vergi ödənişlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək maraqlı şəxs Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxslər - "xxxx" MMC-nin (VÖEN: 2907081531) dövlət büdcəsinə 26906,18 manat məbləğində vergi borcunun, "xxxx" MMC-nin (VÖEN: 2907081661) dövlət büdcəsinə 20225,34 manat məbləğində vergi borcunun, "X1" MMC-nin (VÖEN: 2907085491) dövlət büdcəsinə 11033,26 manat məbləğində vergi borcunun və "xxxx" MMC-nin (VÖEN: 2907088681) dövlət büdcəsinə 10409,42 manat məbləğində vergi borcunun olması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qətnamənin “İş materialları” hissəsində istinad edilən ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, adı çəkilən 4 hüquqi şəxsə aid “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizələrdə 15.4 “rəhbər” (qanuni təmsilçi) və ya onun səlahiyyətli nümayəndəsinin imzası(ları) qrafalarındakı imzalar maraqlı şəxs Maraqlı şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Təsvir olunanlarla müəyyən edilir ki, maraqlı şəxs Maraqlı şəxs borclu hüquqi şəxslərin, yəni vergi ödəyiciləri “xxxx" MMC, "xxxx" MMC, “X1" MMC və "xxxx" MMC-nin icra orqanlarının rəhbəri təyin olunması barədə rəsmi sənədlər saxtalaşdırılmışdır və nəticədə maraqlı şəxs Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi “xxxx" MMC, "xxxx" MMC, “X1" MMC və "xxxx" MMC-nin icra orqanlarının rəhbəri, yəni həmin vergi ödəyicilərinin qanuni təmsilçilik funksiyasına malik direktoru olması təsdiq edilmədiyindən, hazırkı ərizədə qeyd olunan vergi borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci, 355-5.1-ci, 355-7.4-cü, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli xüsusi qərardadə ilə kommersiya işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulan cinayət əlamətləri aşkar olunduğundan, həmin xüsusat üzrə cinayət işinin başlanması məsələsinin müzakirə edilməsi üçün xüsusi qərardad çıxarılaraq, müvafiq araşdırma aparılmasından ötrü ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Prokurorluğuna məlumat verilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Ərizəçi şəxs apellyasiya şikayətini onunla əsaslandırməşdər ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir. Hüquqi şəxsin dövlət büdcəsinə borcunun olması; Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qanunvericiliyin tələbi baxımından qeyd olunan halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasdır. Məhkəmənin sənədlərin saxtalaşdırılmasına dair dəlillərinə münasibətdə qeyd edilir ki, saxtalaşdırma faktını təsdiq edən hər hansı bir rəsmi sənədə istinad olunmamışdır. Belə ki, sənədlərin saxtalaşdırılması cinayət qanunvericiliyin müvafiq normasına əsasən cinayət məsuliyyəti yaradan faktdır. Qeyd olunan faktla bağlı maraqlı şəxs tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməsi və onun adından vergilərin yayındırılması halı barədə məhkəməyə məlumat verilməmişdir. Maraqlı şəxs məhkəmə iclasında hüquqi şəxslər barədə məlumatı olmadığını, həmin hüquqi şəxslərin təsis edilməsində hər hansı formada iştirak etmədiyini bildirsə də, vergi orqanının uçot baza məlumatlarında olan reyestr çıxarışlarında və şəxsi hesab məlumatlarında "xxxx" MMC, "xxxx" MMC, "X1" MMC və "xxxx" MMC-lərin qanuni təmsilçisi Maraqlı şəxs kimi qeyd edilmişdir və hər bir MMC üzrə ərizədə qeyd olunan borc məbləği ödənilməmiş olaraq qalmışdır (şəxsi hesab vərəqələri şikayətə əlavə olunur). Bundan əlavə Maraqlı şəxs tərəfindən vergi orqanına qeyd edilən müəssisələrin 2023-cü ilin III rübü üzrə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlar ilə müraciətlər edilmişdir (arayışlar şikayətə əlavə olunur). Bu isə onun müəssisələrə rəhbərlik etdiyini və onların fəaliyyətində iştirak etdiyini bir daha təsdiq edir. Bildirilir ki, vergi ödəyicisinə borcun ödənilməsinə dair Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq ##.##.2025-ci il tarixli 2550020083564200, ##.##.2025- ci il tarixli 2550020090155000, ##.##.2025-ci il tarixli 2550020083572500 və ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən sonra ##.##.2025-ci il tarixdə vergi borcları barədə SMS göndərilərək, borcun ödənilməsi tələb edilmişdir. Lakin yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmiş və onun hüquqi şəxslərlə heç bir əlaqəsi olmadığı barədə vergi orqanına müraciət etməmişdir. Bu səbəbdən də vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, vergi orqanları konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmələrə müraciət etməmişdən öncə, öz təşəbbüsü ilə qanunvericilikdə nəzərdə tutulmayan bir çox tədbirləri həyata keçirmişdir. Lakin buna baxmayaraq məhkəmə kollegiyası gəldiyi bu nəticə ilə vergi orqanına verilmiş hüquqi imkanları səmərəsiz etmiş, vergi orqanının yuxarıda qeyd edilən hüquqlardan istifadə hüququnu pozaraq mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır.

Apellyasiya şikayətinə etiraz

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:

1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını yalnız həmin şəxsin vergi ödəyicisinin qanuni təmsilçisi olması halında mümkün hesab edir. Bununla yanaşı bu növ məhdudlaşdırıcı tədbirin tətbiqi üçün yalnız vergi borcunun mövcudluğu deyil, eyni zamanda barəsində məhdudiyyət tətbiq edilən şəxsin həmin hüquqi şəxsin icra orqanının rəhbəri statusuna malik olması da təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya düzgün olaraq reyestr məlumatı ilə kifayətlənməyərək maraqlı şəxsin həqiqətən həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olubolmamasına

18. münasibət bildirmişdir.

19. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən də müəyyən edilir ki, ## ###### 2023-cü il tarixli “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 2907081531), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 2907081661), “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 2907085491) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizələrdə 15.4 “rəhbər” (qanuni təmsilçi) və ya onun səlahiyyətli nümayəndəsinin imzası(ları) qrafalarındakı imzalar maraqlı şəxs Maraqlı şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

20. Həmin ekspert rəyi də hüquqi şəxslərin dövlət qeydiyyatı ərizələrində “rəhbər(qanuni təmsilçi)” qrafasındakı imzaların Maraqlı şəxs tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən icra olunduğunu təsdiq etdiyindən bu hal onun həmin hüquqi şəxslərin rəhbəri kimi təmsil olunmadığını göstərir.

21. Ərizəçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sənədlərin saxtalaşdırılması ehtimalı ekspert rəyi ilə təsdiqlənmiş, birinci instansiya məhkəməsi də həmin hala istinad etmişdir. Bununla yanaşı rəhbər statusunu təsdiq edən ilkin hüquqi əsasların etibarlılığı şübhə altına düşdüyü halda, yalnız vergi orqanının informasiya bazasında şəxsin qanuni təmsilçi kimi göstərilməsi onun faktiki rəhbər olmasını birmənalı təsdiq edən sübut hesab edilə bilməz.

22. Eyni zamanda ölkədən getmək hüququnun məhdudlaşdırılması şəxsin konstitusion hüquqlarına müdaxilə olduğundan belə tədbir yalnız zəruri və tam əsaslandırılmış hallarda tətbiq oluna bilər. Hazırkı işdə isə Maraqlı şəxs borclu hüquqi şəxslərin faktiki və qanuni rəhbəri olması sübuta yetirilmədiyi üçün onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsaslı və və ədalərli hesab edilə bilməz.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar