Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-28/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İŞİN HALLARI
1. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış ## ### 2023-cü il tarixli ***** nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, alıcı (iddiaçı) satıcının (cavabdehin) təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri-qida məhsullarını qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentlə alıcıya təhvil verəcək və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir.
2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı malları satıcının nümayəndəsi vasitəsilə, yazılı formada, faks vasitəsilə, telefon vasitəsilə, elektron poçt vasitəsilə, online sifariş formasında sifariş verə bilər.
3. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfü məhv olma və zədələnmə riski alıcıya keçir.
4. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, əgər alıcıda elə bir qənaət olsa ki, hər hansı malın satışı alıcı və ya müştərilər üçün təhlükə yaradır və ya ziyan vurur və ya qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin mala dair müştərilərdən şikayətlər alıcıya daxil olduğu hallarda, alıcı ən tez zamanda malların mağazalarda satışını dayandırmalı, malları mağazalardan yığışdırmalı, satıcıya məlumat verməli və malların ticarət dövriyyəsindən kənar edilməsi və/və ya malların müştərilərdən geri alınmasını (bundan sonra “geri çağırma”) təşkil etməli və malların satıcı tərəfindən geri alınmasını tələb etməlidir.
5. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcının könüllü qaydada və öz mülahizəsinə əsaslanaraq istənilən malı geri çağıra bilər. Bütün geri çağırılan mallarla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan sənədlərlə yanaşı xüsusi təhvilqəbul aktı tərtib edilməli və tərəflər tərəfindən imzalanmalıdır. Alıcı hər hansı bu cür sənədi imzalamaqdan imtina etsə, geri çağırılan mallar satıcı tərəfindən qəbul edilməyəcək və bu cür mallardan irəli gələn təhlükəyə görə yalnız alıcı məsuliyyət daşıyacaqdır.
6. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, geri qaytarma həyata keçirilən mallarda yararlılıq müddətinin bitməsində alıcının təqsiri ucbatından baş veribdirsə, satıcının həmin növ malların geri qaytarmasını həyata keçirmək öhdəliyi yoxdur.
7. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini müqavilənin digər şərtlərini nəzərə almaqla bu qaydada ödəməlidir: alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 14 gündən artıq ola bilməz. Ödəniş 14 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cu bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcəkdir. Alıcı Satıcıdan ilk dəfə mal aldıqda ödəniş ilk dəfə üçün qabaqcadan ödəniş qaydası formasında həyata keçirilməlidir. Növbəti ödənişlər üçün hazırki müqavilənin 8.1 (i) bəndi əsas götürüləcəkdir və ya tərəflər əlavə razılaşma imzalamaqla ayrı ödəniş qaydasını müəyyən edə bilərlər.
8. Həmin müqavilənin 8.8-ci bəndinə əsasən, alıcı satıcıya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı satıcıya ödəməli olduğu nəğd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin satıcının bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır.
9. ## #### 2023-cü il tarixli ********** nömrəli malların təhvil-qəbul aktına əsasən 774 manat, ## ######## 2023-cü il tarixli ********** nömrəli malların təhvil-qəbul aktına əsasən 2245,62 manat, ## ####### 2023-cü il tarixli ********** nömrəli malların təhvil-qəbul aktına əsasən 12082,98 manat, ## ###### 2023-cü il tarixli ********** nömrəli malların təhvil-qəbul aktına əsasən 9092,8 manat, ## ###### 2023-cü il tarixli ********** nömrəli malların təhvil-qəbul aktına əsasən 11868,79 manat və ## ###### 2023-cü il tarixli ********** nömrəli malların təhvilqəbul aktına əsasən 2400 manat məbləğində mal olmaqla, ümumilikdə 38464,19 manat məbləğində mallar alıcı tərəfindən təhvil alınmışdır.
10. ## #### 2023-cü il tarixli EBDI seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 12451,12 manat, ## #### 2023-cü il tarixli EBDK seriyalı ****** nömrəli elektron qaiməfakturaya əsasən 774 manat, ## ######## 2023-cü il tarixli EBDO seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 2245,62 manat, ## ###### 2023cü il tarixli EBDR seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 12082,98 manat, ## ###### 2023-cü il tarixli EBDS seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 9092,8 manat, ## ###### 2023cü il tarixli EBDS seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 11868,79 manat və ## ###### 2023-cü il tarixli EBDT seriyalı ****** nömrəli elektron qaimə-fakturaya əsasən 2400 manat məbləğində olmaqla, ümumilikdə 50915,31 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. (İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsindən çıxarış sənədindən görünür ki, ## #### 2023-cü il tarixli EBDI seriyalı ****** nömrəli elektron qaiməfaktura “Təsdiqləndi”, qeyd edilən digər elektron qaimə-fakturalar isə “Sistem tərəfindən təsdiqləndi” statusundadırlar).
11. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh MMC-nin iddiaçı İddiaçı MMC-yə ## ### 2023-cü il tarixli ***** nömrəli alqı-satqı müqaviləsi üzrə 13210,54 manat məbləğində borcu vardır.
12. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdehin nümayəndəsi qismində “Qanuni nümayəndə” (cavabdehin qanuni təmsilçisi) tərəfindən imzalanmış ## ##### 2024-cü il tarixli ***** nömrəli təhvil-təslim aktından görünür ki, cavabdehin ## ##### 2024-cü il tarixinə iddiaçıya 38464 manat məbləğində borcu olduğu qeyd edilmişdir.
13. İş materiallarına, həmçinin iddiaçı tərəfindən cavabdehlə alqı-satqı prosesini əks etdirən əməliyyatları əks etdirən cədvəllər, cavabdeh tərəfindən isə Azərbaycan Respublikasının X2 ünvanlanmış ## ###### 2025-ci il tarixli məktub əlavə edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 13210,54 (on üç min iki yüz on manat, əlli dörd qəpik) manat məbləğində borcun və 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı (iddiaçı) sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının (cavabdehin) sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və malların təqdim edilməsinə dair “təhvil-qəbul aktları”na əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 13210,54 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
16. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, ## ### 2025-ci il tarixdə cavabdeh tərəfindən 150 manat məbləğində ödəniş edildiyini bildirmiş və 13060,54 (on üç min altmış manat, əlli dörd qəpik) manat məbləğində borcun və 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh MMC-dən iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdеh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 13060,54 (on üç min altmış manat, əlli dörd qəpik) manat məbləğində əsas borc və 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13190,54 (on üç min yüz doxsan manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 443.1, 448, 567, 595.1, 600.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
19. Cavabdeh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə zidd qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh MMC arasında ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, satıcı (iddiaçı) sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının (cavabdehin) sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürürmüşdür. Sonuncu elektron qaimə-faktura üzrə malların çoxunun istifadə müddətinə az qaldığından həmin elektron qaimə-faktura geri qaytarılmışdır və sonuncu elektron qaimə-faktura üzrə 46000 manat məbləğində mal təhvil verilmişdir. Həmin qaiməfaktura üzrə 13000 manat məbləğində borcunun olması barədə iddiaçı tərəfindən təqdim edilmiş sənəd də imzalamış, bundan sonra da mallardan geri qaytarma edilmişdir. İddiaçı 13000 manat məbləğindən müvafiq azaldılma ediləcəyini bildirmişdir. Ona təhvil verilmiş malların istifadə müddətləri ilə bağlı sertifikatlar məhkəməyə təqdim edilməli idi, çünki hazırda caabdehdən istifadə müddəti bitmiş malların dəyəri tələb edilir. Həmçinin MMC-dən ##.##.2025ci il tarixdə AQTA-ya müraciət edilərək, “xxxx MMC”-nin İddiaçı MMC-dən balıq aldığı bildirilmiş, lakin alınmış malların istifadə müddəti bitdiyindən geri qaytarılmışdır. Bununla bağlı malların istifadə müddətinin bitməsinə Azərbaycan Respublikasının X2 də müraciət olunmuş və müvafiq arayışlar alınmışdır. Cavabdeh MMC və İddiaçı MMC arasında məhkəmə mübahisəsi olduğundan həmin arayışların yenidən təqdim edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Cavabdeh MMC-y təqdim edilən 2023-2024-cu illərdə verilmiş istifadə müddətinin bitməsi ilə bağlı arayışları yenidən təqdim edilməsi xahiş edilmişdir. ##.##.2025-ci il tarixdə MMC tərəfindən verilmiş vəsatət əsasında, “Məhkəmə işinin tam, hərtərəfli və obyektiv aparılması üçün X1 ##.##.2025-ci il tarixdə müraciət olunduğu, lakin bugünə kimi cavab məktubu gəlmədiyi bildirilmişdir. Vətəndaş müraciətlərinə 14 gün ərzində baxılmasını nəzərə alsaq həmin cavabın gəlməsi üçün məhkəmə iclasını qısa müddətə təxirə salınmsı zəruriliyi yaranmışdır. Belə ki, həmin sənəd əsasında alınan malların istifadə müddəti bitdiyi üçün geri qaytarılmalı olduğu görünəcəkdir.” Göstəriləni nəzərə alaraq məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Lakin sübutların təqdim edilməsi üçün məhkəmə tərəfindən kifayət qədər vaxt verilməmişdir. Belə ki, müraciət cavab aidiyyəti qurum tərəfindən vaxtında verilməmişdir. Bu gecikmə formal olaraq yalnız qurumun fəaliyyətsizliyi ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən bütün zəruri prosedurlar vaxtında yerinə yetirilmiş və tələb olunan sənədlər təqdim edilmişdir. Nəticədə yaranmış gecikmə halı MMC-nin iradəsindən asılı olmamış, aidiyyəti qurumun gecikməsindən qaynaqlanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etmişdir.
22. Etirazda qeyd olunur ki, cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsində bildirilən etirazın əsasları ilə eynidir və həmin hallara məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin verilməsi vaxt almaq və qətnamənin icrasını gecikdirmək məqsədi daşıyır ki, bu da prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
24. İddiaçı İddiaçı MMC-yə məhkəmə iclasının yeri və tarixi barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edib, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir.
25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (...)
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (...)
Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (...)
Maddə 427. Öhdəliyin icrası müddəti (...) 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (...)
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...) Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
30. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.
31. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh MMC arasında ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə tərəflər üçün hüquq və vəzifələr yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı və 399-cu maddələrinin tələblərinə əsasən tərəflər müqavilə bağlamaqda sərbəstdirlər və bağlanmış müqavilə onların iradəsini ifadə etməklə hüquqi qüvvəyə minir və icrası məcburidir. Bu baxımdan tərəflər müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri vicdanla və lazımi qaydada icra etməyə borcludurlar.
32. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı İddiaçı MMC-yə tərəfindən cavabdeh Cavabdeh MMC-yə müxtəlif tarixlərdə mallar təqdim edilmiş, bu hal iş materiallarında olan elektron qaimə-fakturalar və təhvil-qəbul aktları ilə tam təsdiq olunmuşdur. Həmin sənədlərdən görünür ki, mallar cavabdeh tərəfindən qəbul edilmiş və bu qəbul faktı mübahisələndirilməmişdir. Beləliklə, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən cavabdehin həmin malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.
33. İş materiallarında olan maliyyə arayışı və tərəflər arasında imzalanmış ## ##### 2024cü il tarixli təhvil-təslim aktı da cavabdehin iddiaçı qarşısında borcunun mövcudluğunu təsdiq edir. Hətta iddiaçının nümayəndəsi tərəfindən müəyyən ödənişlərin edildiyi nəzərə alınaraq iddia tələbinin məbləğinin azaldılması cavabdehin borc münasibətinin mövcudluğunu dolayısı ilə təsdiqləyir. Nəticə etibarilə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyinin qalması sübuta yetirilmişdir.
34. Apellyasiya şikayətində cavabdeh əsasən malların istifadə müddətinin bitməsi səbəbindən geri qaytarıldığını iddia etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 4-cü bəndində malların geri qaytarılması qaydası aydın və konkret şəkildə müəyyən edilmişdir. Həmin qaydalara əsasən geri qaytarma yalnız müvafiq sənədlərlə, o cümlədən xüsusi təhvil-qəbul aktı ilə rəsmiləşdirilməlidir və tərəflər tərəfindən imzalanmalıdır. İş materiallarında isə bu tələblərə cavab verən hər hansı sənəd mövcud deyildir. Bu səbəbdən cavabdehin geri qaytarma ilə bağlı iddiaları hüquqi cəhətdən təsdiqini tapmır.
35. Bundan əlavə, Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən alıcı malların keyfiyyəti ilə bağlı iradlarını müəyyən edilmiş müddətdə və ya ağlabatan vaxt ərzində satıcıya bildirməlidir. Cavabdeh tərəfindən belə bir bildirişin vaxtında və lazımi qaydada təqdim edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, cavabdeh malları qəbul etdikdən sonra uzun müddət ərzində hər hansı etiraz irəli sürməmişdir ki, bu da onun faktiki olaraq malları qəbul edib istifadə etdiyini göstərir.
36. Cavabdehin Azərbaycan Respublikasının X2 müraciət etməsi və həmin qurumdan cavab gözləməsi ilə bağlı arqumentləri də məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, mübahisənin predmeti müqavilə öhdəliklərinin icrası ilə bağlıdır və bu öhdəliklərin yerinə yetirilib-yetirilməməsi mövcud sübutlar əsasında müəyyən olunur. Cavabdehin sonradan müraciətlər etməsi onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini aradan qaldırmır və borcun mövcudluğunu inkar etmir.
37. Eyni zamanda, cavabdehin məhkəmə iclasının təxirə salınması barədə vəsatətinin təmin edilməməsi ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə sübutlarını təqdim etmək üçün kifayət qədər vaxt və imkan verilmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə tərəflər öz mövqelərini əsaslandırmaq üçün sübutları vaxtında təqdim etməlidirlər. Sübutların təqdim edilməməsi və ya gecikdirilməsi isə həmin tərəfin üzərinə düşən prosessual qaydadır və bu hal məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Mülki Məcəllənin 385, 425 və 427-ci maddələrinin tələblərinə əsasən öhdəliklər müəyyən edilmiş müddətdə və qaydada icra edilməlidir. Cavabdeh isə müqavilə ilə müəyyən edilmiş 14 günlük ödəniş müddətinə əməl etməmiş, bu isə Məcəllənin 442 və 445-ci maddələrinə uyğun olaraq öhdəliyin lazımınca icra edilməməsi və icranın gecikdirilməsi kimi qiymətləndirilməlidir. Həmin normalara əsasən borclu gecikdirməyə görə məsuliyyət daşıyır və kreditorun tələblərini yerinə yetirməlidir.
39. Bütün sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
41. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
42. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə gəldiyi nəticə əsaslı olmuşdur.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.