Məhkəmə qərarları › İş №2-2(3-8)-44/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-44/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-44/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kommersiya iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI

1. Lizinq verən İddiaçı MMC və lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinq müqaviləsinin 1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri: markası və modeli xxxx minik, tipi sedan, rəngi gümüşü metalik, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, mühərrikin həcmi 1598, qeydiyyat nişanı **-PU-***.

2. Həmin müqavilənin 2-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 19586,06 manat, lizinq verənin mükafatı 6486,06 manat, avans məbləği 2100 manat, lizinqin məbləği 11000 manat təşkil edir.

3. Həmin müqavilənin 9.1.6-cı bəndinə əsasən lizinq verən lizinq alandan bu müqavilə ilə şərtləndirilmiş qaydada və məbləğdə avansın və kasko sığorta üzrə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər.

4. Həmin müqavilənin 9.1.9-cu bəndinə əsasən lizinq verən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələr lizinq alan tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə lizinq alana lizinq obyektinin idarə edilməsi üçün yeni etibarnamənin verilməsindən imtina edə bilər. Bundan əlavə, lizinq verən lizinq alanı xəbərdar etmədən və onun razılığı olmadan lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri öz hesabına ödəyə bilər və həmin ödənilmiş məbləği lizinq ödənişləri hesabına ödəmək hüququna malikdir.

5. Həmin müqavilənin 10.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir.

6. Həmin müqavilənin 10.2.8-ci bəndinə əsasən lizinq müqaviləsində göstərilən şərtlərlə lizinq obyektini lizinq müqaviləsinin qüvvədə olduğu müddətə sığortalamaq və ya lizinq verənin kasko sığorta üzrə çəkdiyi xərci ən geci ilk lizinq ödənişi ilə birlikdə qaytarmaq lizinq alanın vəzifəsidir.

7. Həmin müqavilənin 10.2.10-cu bəndinə əsasən lizinq obyektinə aid olan bütün məsələlər və hallar barədə vaxtında məlumat vermək, lizinq obyektinin istifadəsi ilə bağlı yol hərəkət qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmək lizinq alanın vəzifəsidir.

8. Həmin müqavilənin 20.9-cu bəndinə əsasən lizinq obyekti satıldığı halda onun satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa, lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir.

9. Həmin müqavilənin 20.10-cu bəndinə əsasən lizinq obyekti yenidən lizinqə verildiyi halda lizinq obyektinin yenidən qiymətləndirilməsi zamanı müəyyən edilən dəyəri əvvəlki lizinq müqaviləsinin ləğvi məbləği ilə müqayisə edilir. Lizinq obyektinin dəyəri lizinq müqaviləsinin ləğvi məbləğindən az olduqda lizinq alan yaranmış fərqi lizinq verənə ödəməyə borcludur.

10. Lizinq verən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında imzalanmış ## ###### 2022-ci il tarixli Əlavə sazişdən görünür ki, ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə “lizinq müqaviləsinin ümumi məbləği 23787,94 manat, lizinq verənin mükafatı 7687,94 manat, lizinqin müddəti 42 ay” olaraq razılaşdırılmışdır.

11. İş materiallarında olan sonrakı lizinq alan Cavabdeh Əlisafa oğlu, lizinq verən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və ilkin lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ## ###### 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərin verilməsinə dair sazişə əsasən ilkin lizinq alan lizinq verənin razılığı ilə ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini sonrakı lizinq alan verir, sonrakı lizinq alan isə bu sazişlə müəyyən edilmiş haqqı ilkin lizinq alana ödəyərək bütün hüquq və öhdəlikləri qəbul edir.

12. İş materiallarında olan Cavabdeh Əlisafa oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və X1 tərəfindən imzalanmış ## ###### 2022-ci il tarixli GARA-*****-***** nömrəli təhvil-təslim aktından görünür ki, ## ###### 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərin verilməsinə dair sazişə əsasən ilkin lizinq alan X1 “xxxx” minik markalı, sedan tipli, gümüşü metallik rəngli, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, qeydiyyat nişanı **-PU-*** olan nəqliyyat vasitəsini sonrakı lizinq alan Cavabdeh Əlisafa oğluna təhvil verir, sonrakı lizinq alan isə həmin obyekti qəbul edir.

13. İş materiallarında olan ## ###### 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh Əlisafa oğlunun hər ay 602 manat olmaqla 36 ayadək, yəni ## ###### 2025-ci il tarixədək cəmi 14774,46 manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur.

14. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 arasında bağlanmış ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx” minik markalı, sedan tipli, gümüşü metallik rəngli, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, qeydiyyat nişanı 77PU-408 olan nəqliyyat vasitəsini ƏDV daxil 6500 manata X2.

15. İş materiallarında olan ## ###### 2023-cü il tarixli nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi haqqında aktdan görünür ki, “xxxx” minik markalı, sedan tipli, gümüşü metallik rəngli, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, qeydiyyat nişanı 77PU-408 olan nəqliyyat vasitəsi X2 təhvil verilmişdir.

16. İş materiallarında olan ## ### 2023-cü il tarixli *********** nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən “xxxx” minik markalı, qeydiyyat nişanı **-PU-*** olan nəqliyyat vasitəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində 14000 manat məbləğində sığortalanmışdır.

17. İş materiallarında olan ## ### 2023-cü il tarixli C******** nömrəli invoys sənədində göstərilir ki, *********** nömrəli sığorta müqaviləsi üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə C******** saylı hesaba əsasən 571,20 manat sığorta haqqı ödənilməlidir.

18. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ## #### 2023-cü il tarixli ***XOH********** nömrəli ödəniş sənədindən görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 8734,56 manat məbləğində ödəniş həyata keçirilmişdir.

19. İş materiallarında olan ## ##### 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, ## ###### 2022-ci il tarixli GARA-*****-***** nömrəli müqavilə üzrə ## ##### 2025-ci il tarixinə Cavabdeh Əlisafa oğlunun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 266,15 manat əsas borc, 336,77 manat faiz borcu, 571,2 manat sığorta haqqı, DYP cəriməsi üzrə 180 manat olmaqla, cəmi 1354,12 manat borcu vardır.

20. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, yol hərəkəti qaydalarının pozulmasına görə ## ######## 2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat məbləğində inzibati cərimə ödənilmişdir.

21. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsinin, BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə ## ###### 2022-ci il tarixli əlavə sazişin və ilkin lizinq alan (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs), sonrakı lizinq alan (Cavabdeh Əlisafa oğlu) və "xxxx" BOKT MMC (lizinq veren) arasında bağlanmış ## #### 2022ci il tarixli BAKU1- *****-***** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə "Hüquq və öhdəliklərin verilməsinə dair" ## ###### 2022-ci il tarixli Saziş üzrə ## ###### 2023-cü il tarixdən ## ##### 2023-cü il tarixədək olan müddətdə ümumilikdə 2408 manat məbləğində ödəniş etmişdir. Ödəniş qrafiki məlumatlarında ümumi ödəniş məbləğinin hansı hissəsinin lizinq məbləği, hansı hissəsinin isə mükafatdan ibarət olması öz əksini tapmadığından, əsas və faiz (mükafat) borcunu ayırmaq mümkün olmadı. Cavabdeh ## ### 2023-cü il tarixə lizinq verənə olan borcu 602 manat (3010 manat - 2408 manat) məbləğində müəyyən edilir. Ödəniş qrafiki məlumatlarında ümumi ödəniş məbləğinin hansı hissəsinin lizinq məbləği, hansı hissəsinin isə mükafatdan ibarət olması öz əksini tapmadığından, əsas və faiz (mükafat) borcunu ayırmaq mümkün olmadı. Cavabdeh ## #### 2022-ci il tarixli BAKU******-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsinin, BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə ## ###### 2022-ci il tarixli Əlavə Sazişin və ilkin lizinq alan (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs), sonrakı lizinq alan (Cavabdeh) və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (lizing ver n) arasında bağlanmış ## #### 2022-ci il tarixli BAKU*-*****-***** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə "Hüquq və öhdəliklərin verilməsinə dair ## ###### 2022ci il tarixli Saziş üzrə ## ###### 2023-cü il tarixdən ## ##### 2023-cü il tarixədək olan müddətdə ümumilikdə 2408,0 manat məbləğində ödəniş etmişdir, lakin ödəniş qrafikindən göründüyü kimi ## ###### 2025-ci il tarixədək ümumilikdə 21687,94 manat məbləğində ödəniş aparılmalı idi. Beləliklə, Cavabdeh müqavilə müddətinin bitdiyi tarixə Lizinqver nə olan borcu 19279,94 manat (21687,94 manat - 2408,0 manat) məbləğində müəyyən edilir. Ödəniş qrafiki məlumatlarında ümumi ödəniş məbləğinin hansı hissəsinin lizinq məbləği, hansı hissəsinin isə mükafatdan ibarət olması öz əksini tapmadığından, əsas və faiz (mükafat) borcunu ayırmaq mümkün olmadı.

Birinci instansiya məhkəməsindəki icraat

22. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı, 180 (yüz səksən) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzi, lizinq obyektinin satışından yaranmış 3513,17 (üç min beş yüz on üç manat on yeddi qəpik) manat fərq məbləği olmaqla, cəmi 4867,29 (dörd min səkkiz yüz altmış yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində borcun və 68,67 (altmış səkkiz manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən İddiaçı MMC və lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsinə sedan tipli, ban KNAFT41BEAA001135, M.İ.H. 1598 sm3, gümüşü metallik rəngli, buraxılış ili 2009-cu il, “xxxx minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 19586,06 (on doqquz min beş yüz səksən altı manat altı qəpik) manat, onlardan 11000 (on bir min) manat lizinqin məbləği, 2100 (iki min yüz) manat avans məbləği və 6486,06 (altı min dörd yüz səksən altı manat altı qəpik) manat lizinq verənin mükafatı təşkil etmişdir. Tərəflər arasında imzalanmış ## #### 2022-ci il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən aylıq 485 (dörd yüz səksən beş) manat ödənilməsi müəyyən olunmuşdur. ## ###### 2022-ci il tarixində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Cavabdeh arasında ## #### 2022-ci il tarixli BAKU*-*****-***** saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair Saziş” bağlanmış və ilkin lizinq alanın hüquq və öhdəlikləri sonrakı lizinq alan Cavabdeh keçmişdir. Daha sonra Cavabdeh ilə qeyd edilən sazişi həmçinin iddiaçı imzalamış və sonrakı lizinq alana lizinq predmetinin yeni sahibi barədə məlumat DİN BDYPİ-nə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə ## ### 2023-cü il tarixədək ödənilməsi nəzərdə tutulan 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat cari əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat cari faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi bir qəpik) manat iddiaçı tərəfindən ödənilmiş kasko sığorta haqqı borcu və “Yol hərəkəti qaydaları haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə borcu üzrə ödənilmiş 180 (yüz səksən) manat əvəzi olmaqla, cəmi 1354,12 (min üç yüz əlli dörd manat on iki qəpik) manat borc qaytarılmamışdır. Daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ## ### 2023-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmış, lakin müvafiq akt imzalanmamışdır. Lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş əsas borc 8843,17 (səkkiz min səkkiz yüz qırx üç) manat təşkil etdiyi üçün iddiaçı həmin dəyərlə balansına qəbul etmişdir. Daha sonra lizinq obyektini ƏDV daxil 6500 (altı min beş yüz) manata, yəni 1170 (min yüz yetmiş) manat ƏDV ödəməklə əslində 5330 (beş min üç yüz otuz) manata satmışdır. Bu zaman 3513,17 (üç min beş yüz on üç) manat fərq yaranmışdır. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsi qüvvədə olduğu müddətdə yol hərəkət qaydalarını pozmuş və buna görə də tətbiq edilən cərimələri ödəməmişdir. Cavabdeh eyni zamanda müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektini kasko sığorta etdirmək vəzifəsini də icra etməmişdir. Beləliklə, cavabdeh müqavilənin 10.2.8 və 10.2.10-cu bəndlərinin tələbini pozmuşdur. Daxili maliyyə lizinqi müqaviləsinin 9.1.6-cı bəndinə əsasən lizinq verən lizinq obyektinin sığortalanması üzrə, 9.1.9-cu bəndinə əsasən isə yol hərəkəti qaydalarının pozulması ilə bağlı özünün çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Daxili maliyyə lizinqi müqaviləsinin 20.7-ci bəndinin tələbinə görə “lizinq obyektinin satışından əldə edilən məbləğ lizinq müqaviləsinin ləğvi məbləğindən azdırsa, lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir, lizinq müqaviləsinin ləğvi məbləğinin izahı daxili maliyyə lizinqi müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, lizinq müqaviləsinin ləğvi məbləğləri – lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq оbyеktinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv еdilməsi gününə lizinq alan tərəfindən ödənilməli оlan cərimə və/və ya pеnya, lizinq оbyеktinin gеri alınması və satışı, müqavilənin icrası nəticəsində lizinq vеrənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı lizinq vеrənin zərər və itkilərinin ödənilməsi üçün lazım оlan məbləğ daxildir.

24. Daha sonra iddiaçı İddiaçı MMC iiddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı borcu, 180 (yüz səksən) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzi, lizinq obyektinin satışından yaranmış 7404,56 (yeddi min dörd yüz dörd manat əlli altı qəpik) manat fərq məbləği olmaqla, cəmi 8758,68 (səkkiz min yeddi yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində borcun və 107,6 (yüz yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

25. Cavabdeh Cavabdeh Əlisafa oğlu iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və etirazda göstərmişdir ki, 2023-cü ilin sonlarında buraxılış ili 2009-cu il olan, “xxxx” minik markalı nəqliyyat vasitəsini aylıq istifadəyə götürülməsinə dair MMC ilə razılığa gəlmişlər. Tərəflər arasında razılığa əsasən onun aylıq ödənişi 602 manat məbləği civarında olmuş və avtomaşını idarə etmək üçün iddiaçı MMC hər ay ona etibarnamə vermişdir. O, 4 ay müddətində ödəniş qrafiki üzrə hər ay 602 manat olmaqla, cəmi isə 2408 manat pulu MMC-yə ödəmiş, daha sonra MMC ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə yekun vuraraq, avtomaşını texniki cəhətdən saz və qüsursuz vəziyyətdə onu Bakı şəhərində (28 Mayda) yerləşən mərkəzi ofisinə apararaq duracağa qoymuş, iddiaçının əməkdaşları avtomaşını hərtərəfli müayinə edərək heç bir iradlarının olmamasını və sonda razılaşmaya (öhdəliyə) xitam verildiyini bildirmişlər. İddiaçı özü də iddia ərizəsində daxili maliyyə lizinqi müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada ## ### 2023-cü il tarixdə ləğv edildiyini və lizinq obyekti qaytarıldığını, lakin müvafiq akt imzalanmadığını qeyd edir. İddiaçı tərəfindən ona hər hansı bir aktın imzalanması təklif edilməmişdir. Bundan başqa, iddiaçının guya onun tərəfindən ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılmasının dəfələrlə pozulmasına dair qeyd etdikləri həqiqəti özündə əks etdirmir. Eyni zamanda cavabdehin “Yol hərəkəti qaydaları haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı ona tətbiq edilmiş inzibati cərimə borcunun iddiaçı tərəfindən ödənilməsi ilə bağlı qeyd edir ki, sozügedən avtomaşının onun istifadəsində olan 4 ay ərzində onun tərəfindən heç bir yol hərəkəti qaydası pozulmamışdır. Əgər iddiaçının tətbiq edilən cərimənin onun işlədiyi dövrə (2023-cü ilin yanvar-aprel ayları) aid olmasına dair hər hansı bir sübutu varsa, onda onu məhkəməyə təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin iddiaçının lizinq obyektinin satışından yaranmış fərq məbləğini cavabdehdən tələb etməsi də absurd tələbdir.

26. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı və 31,74 (otuz bir manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1205,86 (min iki yüz beş manat səksən altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (yüz) manat hissəsi iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən və 100 (yüz) manat hissəsi isə cavabdeh Cavabdeh tutularaq X6 ödənilməsi qət edilmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ## #### 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi mövcud olmuş, ## ###### 2022-ci il tarixli hüquq və öhdəliklərin verilməsinə dair saziş əsasında cavabdeh Cavabdeh ilkin lizinq alanın bütün hüquq və öhdəliklərini, o cümlədən borc öhdəliklərini qəbul etmişdir.

28. İş üzrə toplanmış sübutlara görə, cavabdeh lizinq ödənişlərini vaxtında və tam yerinə yetirmədiyindən iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. Ekspert rəyinə əsasən, ## ### 2023-cü il tarixinə cavabdehin 602 manat gecikmiş ödənişi mövcud olmuşdur. Cavabdeh məhkəmədə 266,15 manat əsas borc və 336,77 manat faiz borcunu qəbul etmişdir. Məhkəmə bu hissədə iddia tələbinin əsaslı olduğunu qəbul etmişdir.

29. Daxili maliyyə lizinqi müqaviləsinin 10.2.8-ci bəndinə əsasən, lizinq obyektinin kasko sığortalanması lizinq alanın öhdəliyidir. Cavabdeh bu öhdəliyi yerinə yetirmədiyindən 571,20 manat məbləğində sığorta haqqının iddiaçı xeyrinə tutulması əsaslı hesab edilmişdir.

30. İddia tələbinin 180 manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzinin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, daxili maliyyə lizinqi müqaviləsinin 9.1.9 və 10.2.10cu bəndlərinə əsasən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan inzibati cərimələrin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməsi lizinq alanın vəzifəsidir. Müqaviləyə əsasən lizinq verən belə cərimələri öz hesabına ödədiyi halda, həmin məbləğin lizinq alandan tutulmasını tələb etmək hüququna malikdir. Lakin mülki prosessual qanunvericiliyin tələbinə görə, iddiaçı iddia etdiyi halları sübut etməlidir. Bu baxımdan, inzibati cərimə məbləğinin cavabdehdən tutulması üçün iddiaçı həmin cərimələrin cavabdehin lizinq obyektindən faktiki istifadə etdiyi dövrə aid olmasına dair sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir.

31. Daxili maliyyə lizinqi müqaviləsinin 20.9 və 20.10-cu bəndlərinə görə, lizinq obyektinin satılması və ya yenidən lizinqə verilməsi zamanı yaranan fərq lizinq alan tərəfindən ödənilməlidir. Lakin Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verilmişsə, lizinq verən yalnız xərcləri, qalıq dəyəri və qənaət edilmiş digər xərcləri əsas götürərək tələb irəli sürə bilər. İddiaçı bu tələbləri sübut edən sənədləri – qalıq dəyər hesablaması, satışın bazar qiymətinə uyğunluğu və təhvil-təslim aktını təqdim etmədiyindən, satışdan yaranmış 7.404,56 manat fərqin tutulması tələbi də təmin edilməmişdir.

32. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 747-5.1, 748- 10.2, 748-10.2, 748-10.4, 750-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

33. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, iddianın ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə nəqliyyat vasitəsinin satışından yaranmış fərq ödənişi və yol hərəkəti əleyhinə olan inzibati xətaya dair ödənilmiş cərimə ödənişləri nəzərə almaqla iddianın həmin hissələrdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Daxili Lizinq müqavilənin müvafiq şərtlərini və Mülki Məcəllədə təsbit olunan öhdəliklərin icrası və zərərin ödənilməsi ilə bağlı müddəalarını düzgün tətbiq etməmişdir. Belə ki, “xxxx minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən ##.##.2023-cü il tarixli EQ******** saylı, ##.##.2023cü il tarixli EQ******** saylı, ##.##.2023-cü il tarixli EQ******** saylı və ##.##.2023-cü il tarixli EQ******** saylı inzibati xəta haqqında elektron qərarlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş qeyd edilən inzibati xətalara dair qərarlarla bağlı mədaxil qəbzlərindən görünür ki, lizinq predmeti olan avtomobili idarə edən Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat olmaqla, ümumilikdə 180 manat MMC lizinq alanın əvəzinə ödəmişdir. Lakin məhkəmə həmin ödənişlərin lizinq alandan tutulmalı olmasını nəzərə almamışdır.

35. Bundan əlavə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Bu normadan göründüyü kimi, lizinq verənin satışdan yaranmış fərqin tutulması tələbi yalnız o halda əsaslı hesab edilə bilər ki, lizinq obyektinin qalıq dəyəri dəqiq müəyyən edilsin; satışın bazar qiymətinə uyğunluğu sübuta yetirilsin; fərqin məhz cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində yarandığı əsaslandırılsın; lizinq verənin qənaət etdiyi xərclər nəzərə alınsın. Lizinq оbyеkti və ya оnun hissələri zədələndikdə (kоrlandıqda) lizinq alan sığоrta ödənişi hеsabına lizinq оbyеktini ilkin vəziyyətə qədər bərpa еtməlidir, baş vеrmiş hadisə isə sığоrta hadisəsi hеsab еdilmədiyi halda, habеlə ödənişin vеrilməsindən imtina еdildikdə və ya kifayət оlmadığı halda öz hеsabına bərpa еtməlidir. Lizinq obyektinin satılması və ya yenidən lizinqə verilməsi zamanı yaranan fərqin lizinq alan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Belə ki, lizinq verən lizinq obyektini Cavabdeh geri aldıqda cavabdehin ödənilməmiş əsas borcu 12734,56 manat təşkil etdiyi üçün avtomobil balansa həmin dəyərlə qəbul edilmişdir. Bu fakt "Ödənişlər tarixi" adlanın sənəddə ##.##.2023-cü il tarixinə təsadüf edən "repossessed leasing (lizinqin balansa qəbul edilməsi)" kimi adlandırılmış tranzaksiyanın aparılması barədə qeyddən həmçinin məlum olur. Daha sonra xxxx təşkilatı tərəfindən Lizinq obyekti ƏDV daxil 6500 manata satılmış, eyni zamanda 1170 manat olan ƏDV-ni iddiaçının ödədiyini nəzərə alsaq lizinq obyekti əslində 5330 manata satılmış, buna görə də cavabdehin lizinq obyektinin satışı ilə bağlı yaranmış və icra edilməmiş öhdəliyinin isə 7404,56 manat olduğu məlum olur. 12734.56 (balansa götürülmə dəyəri) – 6500 (avtomobilin satış qiyməti) = 6234.56 manat) 6234.56 + 1170 (satışa əsasən ödənilən ƏDV) = 7404.56 manat. Məhkəmənin gəldiyə nəticə üçün mühüm əhəmiyyətli olan bütün subutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar tam şəkildə öz əksini tapmamış və aydınlaşdırılmamışdır. Beləliklə birinci instansiya məhkəməsi ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə nəqliyyat vasitəsinin satışından yaranmış fərq ödənişi və yol hərəkəti əleyhinə olan inzibati xətaya dair ödənilmiş cərimə ödənişləri nəzərə almaqla təmin etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

38. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (...)

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. (...)

Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. (...)

Maddə 748-10. Lizinq ödənişləri (...) 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. (...) 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. (...)

Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. (...) 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. (...)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

41. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verməmişdir.

42. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi - iddianın ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə nəqliyyat vasitəsinin satışından yaranmış 7404,56 manat fərq ödənişi və yol hərəkəti əleyhinə olan inzibati xətaya dair ümumilikdə ödənilmiş 180 manat cərimə ödənişlərinin təmin olunmayan hissələrində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissələrdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

44. İşdən göründüyü kimi İddiaçı MMC və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ## #### 2022-ci il tarixində BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən, lizinq alan tərəfindən seçilmiş “xxxx” minik avtomobilini (sedan, gümüşü metallik rəng, 2009-cu il buraxılış, ban nömrəsi KNAFT41BEAA001135, qeydiyyat nişanı **-PU-***) öz mülkiyyətinə almaq və lizinq obyekti kimi lizinq alana müəyyən haqq müqabilində müvəqqəti istifadəyə vermək öhdəliyini götürmüşdür. Lizinq alan isə avtomobili müqavilə şərtləri əsasında qəbul etməyi öhdəsinə götürmüşdür.

45. Müqavilənin maliyyə şərtlərinə görə ilkin lizinq müqaviləsinin ümumi məbləği 19,586.06 manat, lizinq verənin mükafatı 6,486.06 manat, avans məbləği 2,100 manat, lizinq məbləği isə 11,000 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən, lizinq alan avtomobillə bağlı bütün yol hərəkəti qaydalarının pozulmasından yaranan cərimələri ödəməli, texniki xidmət, təmir, sığorta xərclərini qarşılamalıdır. Lizinq verən isə lizinq ödənişlərinin vaxtında ödənilməməsi və ya cərimələrin ödənilməməsi halında ödənilməmiş məbləği lizinq ödənişləri hesabına çıxmaq hüququna malikdir.

46. ## ###### 2022-ci il tarixində tərəflər əlavə saziş bağlamış, bu sazişlə müqavilənin ümumi məbləği 23,787.94 manat, lizinq verənin mükafatı 7,687.94 manat, müddəti 42 ay olaraq yenilənmişdir. Bu sazişə əsasən lizinq alan Cavabdeh Əlisafa oğluna ödənişləri hər ay 602 manat olmaqla 36 ay müddətinə, yəni ## ###### 2025-ci il tarixinədək cəmi 14,774.46 manat təşkil etmişdir.

47. İlkin lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ## ###### 2022-ci il tarixli sazişə əsasən bütün hüquq və öhdəliklərini Cavabdeh Əlisafa oğluna vermiş, Qurbanlı isə həmin öhdəlikləri qəbul etmiş və ilkin lizinq alana razılaşdırılmış haqqı ödəyərək müqaviləni davam etdirmişdir. Təhvil-təslim aktına əsasən nəqliyyat vasitəsi Cavabdeh verilmişdir.

48. Cavabdeh Cavabdeh Əlisafa oğlu birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli iclasında iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, 2023-cü ilin sonlarında tərəflər arasında razılaşmaya əsasən “xxxx” minik markalı nəqliyyat vasitəsini aylıq istifadə üçün götürmüşdür. Razılaşmaya görə, hər ay 602 manat məbləğində ödəniş etməli olmuş və iddiaçı hər ay ona avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. O, 4 ay müddətində ödənişləri tam şəkildə, hər ay 602 manat olmaqla, cəmi 2,408 manat ödəmişdir. Daha sonra tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə yekun vurmuş, avtomaşını texniki cəhətdən saz və qüsursuz vəziyyətdə MMC-yə təhvil vermişdir. İddiaçının əməkdaşları avtomobili yoxlamış və heç bir irad bildirməmişdir. Bu yoxlama əsasında tərəflər razılaşmaya xitam verdiklərini bildirmişlər.

49. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə nəqliyyat vasitəsinin satışından yaranmış 7404,56 manat fərq ödənişi və yol hərəkəti əleyhinə olan inzibati xətaya dair ödənilmiş 180 manat cərimə ödənişlərinin iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulmasından imtina edilməsi hissəsində mübahisələndirilir.

50. Verilmiş apellyasiya şikayəti əsasında qətnaməni mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli EQ******** saylı, ##.##.2023-cü il tarixli EQ******** saylı, ##.##.2023-cü il tarixli EQ******** saylı və ##.##.2023cü il tarixli EQ******** saylı inzibati xəta haqqında elektron qərarların surətlərini və həmin qərarlar üzrə ümumilikdə 180 manat məbləğində cərimə ödənişlərini təsdiq edən kassa mədaxil qəbzlərini təqdim etmiş və bildirmişdir ki, avtomobil cavabdehin istifadəsində olan müddət ərzində tərtib edilmiş inzibati protokollar üzrə cərimə məbləğləri lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olduğu halda bu ödənişlər icra olunmamış, avtomobil MMC-yə qaytarıldıqdan sonra MMC həmin cərimə məbləğlərini icra etmiş və məhkəmə vasitəsi ilə cavabdehdən tələb etsə də, məhkəmə iddianı əsassız hesab etmişdir.

51. Birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddianı rədd etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, daxili maliyyə lizinq müqaviləsinin 9.1.9 və 10.2.10-cu bəndlərinə əsasən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan inzibati cərimələrin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməsi lizinq alanın vəzifəsidir. Müqaviləyə əsasən lizinq verən belə cərimələri öz hesabına ödədiyi halda, həmin məbləğin lizinq alandan tutulmasını tələb etmək hüququna malikdir. Lakin mülki prosessual qanunvericiliyin tələbinə görə, iddiaçı iddia etdiyi halları sübut etməlidir. Bu baxımdan, inzibati cərimə məbləğinin cavabdehdən tutulması üçün iddiaçı həmin cərimələrin cavabdehin lizinq obyektindən faktiki istifadə etdiyi dövrə aid olmasına dair sübutlar təqdim etməmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında kassa mədaxil qəbzləri mövcud olsa da, həmin ödənişlərin təyinatı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli EQ******** saylı, ##.##.2023-cü il tarixli EQ******** saylı, ##.##.2023-cü il tarixli EQ******** saylı və ##.##.2023-cü il tarixli EQ******** saylı protokolar birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən həmin yazılı sübutlar apellyasiya instansiya mərhələsində iş materiaları ilə birgə tədqiq edilə və hüquqi nəticə doğura bilməz, çünki onlar prosesual qaydalara uyğun olaraq vaxtında təqdim edilməmişdir.

53. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunan məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi və qəbulu yalnız sistemdə yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilir. Bu qayda proses iştirakçılarının hüquqlarının qorunması və məhkəmə icraatının şəffaf aparılmasını təmin etmək məqsədi daşıyır.

54. Bundan əlavə, həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsi yekunlaşana qədər bütün sübutlarını təqdim etməlidirlər. Həmin Məcəllənin 78.1-1-ci maddəsi isə qeyd edir ki, elektron məhkəmə sistemində aparılan işlərdə sübutların təqdim edilməsi yalnız elektron kabinet vasitəsilə mümkündür. Bu, prosesin vaxtında və düzgün aparılmasını təmin etmək üçün əsas tələblərdən biridir.

55. Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi yalnız iştirakçıların birinci instansiyada sübut təqdim edə bilməməsinin onlardan asılı olmayan səbəblərlə əsaslandırıldığı hallarda yeni sübutları qəbul edə bilər. İddiaçı tərəf bununla bağlı heç bir əsaslanma göstərmir, göründüyü kimi birinci instansiya məhkəməsi də məhz həmin sübutların işdə mövcud olmaması əsasında iddianı bu hissədə rədd etmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində təqdim etdiyi yeni sübutlar həm prosessual qanunvericiliyin tələblərinə, həm də işin mahiyyətinə görə əsaslı hesab edilə bilməz. Nəticə olaraq, birinci instansiya məhkəməsinin qərarında sübutların təqdim olunmaması səbəbindən işin bu hissəsi üzrə gəlinmiş nəticə əsaslıdır və qətnamənin ləğvinə səbəb deyil.

57. Apellyasiya şikayətinin digər dəlili isə cavabdehin istifadəsinə verilmiş “xxxx” minik markalı, 77PU-408 olan nəqliyyat vasitəsi MMC-yə qaytarıldıqdan sonra ƏDV daxil 6500 manata X2 nəticəsində MMC-nin 7404,56 manat zərərə məruz qalmasıdır. MMC bu halı onunla əsaslandır ki, 1170 manat olan ƏDV-ni iddiaçının ödədiyini nəzərə alsaq lizinq obyektinin əslində 5330 manata satılması, buna görə də cavabdehin lizinq obyektinin satışı ilə bağlı yaranmış və icra edilməmiş öhdəliyinin 7404,56 manat (12734.56 balansa götürülmə dəyəri – 6500 avtomobilin satış qiyməti = 6234.56 manat + 1170 satışa əsasən ödənilən ƏDV = 7404.56 manat təşkil edir ki, bu hissədə də birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etməmişdir.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini bu hissədə də əsaslı hesab etmir və nəzərə alır ki, İddiaçı MMC və lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ## #### 2022-ci il tarixli BAKU*-*****-***** nömrəli daxili maliyyə lizinq müqaviləsinin tələbinə lizinq alan tərəfindən riayət olunmadığı halda həmin avtomobil lizinq alan tərəfindən MMC-yə qaytarılmışdır. Avtomobil MMC-yə təhvil verildikdə müvafiq akt və rəsmiləşmə ilə cavabdehin istifadəsindən geri alınsa da, MMC iddia tələbinə buna dair hər hansı sənəd əlavə etməmiş və həmin avtomobilin geri qaytarılarkən həmin müddət üçün avtomobilin yararlılıq və ya bazar dəyərini müəyyən edilməsi, cavabdehin istifadəsinə verilmiş qısa müddət ərzində MMC-nin hansı itkilərə məruz qalması halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

59. İşdə olan ## ### 2023-cü il tarixli *********** nömrəli nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən “xxxx” minik markalı, qeydiyyat nişanı **-PU-*** olan nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində 14000 manat məbləğində sığortalandığı halda 7 ay cavabdehin istifadəsindən alındıqdan sonra MMC və X2 arasında bağlanmış ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya 6500 manata satılmışdır.

60. “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 14.000 manat məbləğində sığortalandığı göstərilmiş avtomobilin son satış qiyməti ilə müqayisədə, MMC-nin hesabladığı zərərin əsaslılığını şübhə altına alır. Bundan əlavə, MMC və X2 arasında ## ###### 2023-cü il tarixində bağlanmış alqı-satqı müqaviləsində avtomobilin 6500 manata satılması qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu məbləğ avtomobilin həqiqi bazar dəyərini əks etdirmir və MMC tərəfindən iddia edilən zərərin ölçülməsi üçün kifayət qədər sübut kimi qəbul edilə bilməz. Avtomobilin satış müddəti ərzində həmin markalı avtomobilin satış dəyəri 14.000 civarında olduğu müəyyən edilmişdir.

61. Bununla yanaşı İddiaçı MMC ilə lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ## #### 2022-ci il tarixli BAKU*-*****- ***** nömrəli daxili maliyyə lizinq müqaviləsinin 20.7-ci bəndinə əsasən lizinq verən geri alınmış lizinq obyektini lizinq alanın razılığı olmadan sata və yaxud yenidən lizinqə vermək hüququna malikdir. Lizinq verən yeni liziq alanı və ya lizinq obyektinin alıcısını müəyyən etdikdən sonra yazılı olaraq lizinq alanı xəbərdar edir və ona 5 təqvim günü ərzində lizinq obyektini daha üstün qiymətə ala biləcək alıcını göstərmək üçün üstünlük hüququnu verir.

62. Müqavilənin bu bəndinə istinadla da iddiaçı MMC lizinq müqaviləsinin tərəfi olan cavabdehin bu üstünlük hüququnu təmin etməmiş, müqavilə şərtlərini pozmuşdur.

63. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeyd edilən nəqliyyat vasitəsi hazirki cavabdehə verilərkən əvvəl təmir edilmiş (3550 manat xərc çəkilməklə) və ona 14.000 manat qiymətlə təklif edilmiş, cəmi üzərində 5 ay keçdikdən sonra 5500 manata satılması isə (8500 manat fərqlə) ağlabat hesab edilə bilməz. Həmçinin internet resurlarında müraciət etdikdə belə (analoji olaraq “Turbo.az web saytı) həmin tipli nəqliyyat vasitəsinin qiymətinin 2026-cı il tarixə 14.000-15000 manat aralığında olması da müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

65. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

66. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

67. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

69. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qeyd olunan hissələrdə əsaslıdır.

70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

71. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti (7404,56 + 180 = 7584,56 manat) olmaqla 10.000 (on min) manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar