Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-80/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Türkiyə Respublikasının “X2 və Yumurta Ürünleri Sanayi Tivaret Anonim Şirketi”nin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı Türkiyə Respublikasının “X2 və Yumurta Ürünleri Sanayi Tivaret Anonim Şirketi”nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Türkiyə Respublikasının “X2 və Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Satıcı “X2 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi ilə alıcı “xxxx” ASC arasında 2021-ci il ## #### tarixli ********-* nömrəli broyler inkubasiya yumurtası müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcıya hər bir göndəriş üzrə 306.000 ədəd ROSS 308 broyler inkubasiya yumurtası müqavilədə göstərilən qiymət, tarix və ödəniş şərtləri əsasında satmağı, alıcı isə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı “X2 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 59.086,1 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci il # ##### tarixində cavabdehə İHC2021000000083 nömrəli hesab-faktura üzrə cəmi 114.750 ABŞ dolları dəyərində broyler inkubasiya yumurtaları göndərilərək təhvil verilmişdir. Həmin əməliyyatdan sonra şirkətlər arasındakı əvvəlki hesab-fakturalar da nəzərə alınmaqla cavabdehin iddiaçıya qalıq borcunun məbləği 59.086,1 ABŞ dolları təşkil etmişdir.
4. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, tərəflər arasında damazlıq broyler inkubasiya yumurtalarının alqı-satqısı barədə müqavilə bağlanılmış və həmin müqavilədən yaranan münasibətlər 2020-ci il və 2021-ci il ## ##### tarixlərinə aid olmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, 2021-ci il # ##### tarixdə cavabdeh tərəfindən 114.750 ABŞ dolları dəyərində damazlıq broyler inkubasiya yumurtalarının alınması məqsədilə əvvəlcədən avans ödənişi olaraq iddiaçıya göndərilərək bank hesabına pul ödəmişdir. Bank ödəniş sənədlərinə əsasən hüquqi şəxslər arasında olan kommersiya münasibətləri üzrə son ödəmələr 2021-ci il # ##### tarixini əhatə edir, ödəniş isə 114.750 ABŞ dolları məbləğində təşkil etmişdir. İddiaçıya edilən son ödəniş tarixindən 4 ildən artıq vaxt keçmişdir. İddiaçı tərəf özü borcun yaranma vaxtını və tarixini müəyyən edə bilmir və borcun hansı gömrük və göndəriş sənədləri əsasında yaranması barədə sənədləri iş materiallarına əlavə etməmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul tarixli 2025-ci il, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim F.Həmidli).
6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehdən 59.086,1 ABŞ dolları məbləğində borcunun tutulmasını tələb etmiş, cavabdeh isə həmin pulun ödənildiyini qeyd etməklə yanaşı, iddia müddəti ötürüldüyündən onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında cavabdeh tərəfindən sonuncu dəfə 2021-ci il # ##### tarixində ödəniş edildiyini bildirmişdir (cavabdehin təqdim etdiyi köçürmə sənədlərinə görə iddiaçıya sonuncu ödəniş 2021-ci il # ##### tarixinə təsadüf etmişdir). İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra, yəni 2025-ci il # #### tarixində müraciət etmişdir.
7. Məhkəmə mövqeyini “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.3 və 24.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 374.1, 375.2, 377.1, 377.3, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 28, 77.1, 88 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlilləri isə əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Həmçinin iddiaçının nümayəndəsi izahatında borcun ödənilməsi ilə bağlı tərəflər arasında şifahi danışıqların olduğunu, razılaşmaya əsasən cavabdeh 2022-ci il # #### tarixədək iddiaçıya yaranmış borcu ödəyəcəyini bildirdiyini qeyd etsə də bununla bağlı təsdiqedici sübutlar təqdim etməmiş, cavabdeh isə belə bir halın mövcudluğunu qəbul etməmişdir.
11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.2, 373.2, 374.1, 375.2, 377.1, 377.3, 385.1, 427.3, 442, 443.1, 448, 567, 600.1 və 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) kassasiya instansiyası məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərarı ilə iddiaçı Türkiyə Respublikasının “X2 və Yumurta Ürünleri Sanayi Tivaret Anonim Şirketi” tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ####### 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 377-377.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il ## #### tarixli Qərarında da mövcud mövqe ilə əsaslandırmaqla qeyd etmişdir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası müddətinin (hazırkı halda alıcı olan cavabdehin ödənişin həyata keçirilməli olduğu vaxtın) hansı qaydada müəyyən edildiyi dəqiqləşdirilməlidir. Yalnız həmin hal müəyyən edildikdən sonra iddia müddətinin axımının başlanması anı və bundan asılı olaraq iddia müddətinin ötürülüb-ötürülməməsi barədə hüquqi nəticəyə gəlmək mümkün ola bilər.
15. Bunun üçün isə tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin faktiki icra davranışı ilə bağlı hüquqi dəyərləndirmənin aparılması tələb olunur.
16. Tərəflər arasında bağlanmış 2021-ci il ## #### tarixli müqavilənin 5-ci bəndində “2-ci göndərişdən sonra ilk göndərişin qalığı ödənilməlidir” şərti nəzərdə tutulmuşdur. Göründüyü kimi, tərəflər ödəniş öhdəliyinin icrası müddətini konkret təqvim tarixi ilə deyil, müəyyən hadisənin – növbəti göndərişin həyata keçirilməsi ilə əlaqələndirmişlər.
17. Bu baxımdan iddia müddətinin başlanma anının müəyyən edilməsi üçün tərəflər arasında faktiki olaraq neçə göndərişin həyata keçirildiyi, tələb olunan 59.086,1 ABŞ dolları məbləğində borcun hansı göndəriş və ya göndərişlər üzrə formalaşdığı, müqavilənin 5-ci bəndində nəzərdə tutulan “2-ci göndəriş” halının baş verib-vermədiyi və əgər baş vermişdirsə, bunun hansı tarixdə həyata keçirildiyi müəyyən edilməlidir.
18. Tərəflər arasında bir neçə göndərişin həyata keçirildiyi və müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş şərtin tətbiqinin mümkün olduğu müəyyən edildiyi halda iddia müddətinin axımının başlanması anı Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən müəyyənləşdirilərək hüquqi dəyərləndirmə aparılmalıdır.
19. Əksinə, müəyyən edilsə ki, müqavilə şərtinin tətbiqi üçün zəruri olan fakt baş verməmişdir, bu halda Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən iddia müddətinin axımının başlanması anı kimi kreditorun tələbetmə məqamı əsas götürülməlidir.
20. Bununla yanaşı, müqavilənin icrası zamanı tərəflər arasında ödənişin aparılması qaydası ilə bağlı digər razılaşmanın əldə olunub-olunmaması da müəyyənləşdirilməli, digər razılaşmanın əldə olunması müəyyən edildiyi isə həmin haldan asılı olaraq Mülki Məcəllənin 377.2 və ya 377.3-cü maddəsi tətbiq edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyim iddiaçı tərəfə dəfələrlə iş üzrə əhəmiyyət kəsb edən bütün malların göndərilməsinə dair bəyannamələri, ödəniş sənədlərini və qaimələrin ona təqdim edilməsini bildirsə də, təmsil etdiyi tərəf bu məsələdə kifayət qədər passiv mövqe nümayiş etdirmişdir. Bu passivliyin konkret səbəbini izah etməkdə çətinlik çəkir. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməsini və Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək tələbinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, apellyasiya şikayətinin təmin edilmədən, birinci inistansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Maddə 373. İddia müddətləri Ümumi iddia müddəti on il təşkil edir. 373.1. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.
Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3 İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; (...) 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; (...) 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərarı ilə iddiaçı Türkiyə Respublikasının “X2 və Yumurta Ürünleri Sanayi Tivaret Anonim Şirketi” tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ####### 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, hazırda iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən tərəflərin nümayəndələrini dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərarında olan göstərişləri yerinə yetirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırır ki, 2021-ci il aprel ayında cavabdehə İHC2021000000083 nömrəli hesab-faktura üzrə cəmi 114.750 ABŞ dolları dəyərində broyler inkubasiya yumurtaları göndərilərək təhvil verilmişdir. Həmin əməliyyatdan sonra şirkətlər arasındakı əvvəlki hesab-fakturalar da nəzərə alınmaqla cavabdehin iddiaçıya qalıq borcunun məbləği 59.086,1 ABŞ dolları təşkil etmişdir.
28. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirmişdir ki, tərəflər arasında damazlıq broyler inkubasiya yumurtalarının alqı-satqısı barədə müqavilə bağlanılmış və həmin müqavilədən yaranan münasibətlər 2020-ci il və 2021-ci il ## ##### tarixlərinə aid olduğunu, 2021-ci il # ##### tarixdə cavabdeh tərəfindən 114.750 ABŞ dolları dəyərində damazlıq broyler inkubasiya yumurtalarının alınması məqsədilə əvvəlcədən avans ödənişi olaraq iddiaçıya göndərilərək bank hesabına pul ödədiyini, bank ödəniş sənədlərinə əsasən hüquqi şəxslər arasında olan kommersiya münasibətləri üzrə son ödəmələrin 2021-ci il # ##### tarixini əhatə etdiyini, ödənişin isə 114.750 ABŞ dolları məbləğində təşkil etməsini, iddiaçıya edilən son ödəniş tarixindən 4 ildən artıq vaxt keçməsinə istinad etmişdir.
29. Birinci instansiya məhkəməsi və ilk dəfə işə baxmış apellyasiya instansiya məhkəməsi iddia müddətinin ötürüldüyü nəticəsinə gəldikdə cavabdeh tərəfindən sonuncu ödənişin 2021ci il # ##### tarixində həyata keçirilməsi əsasında gəlmiş, həmin tarixdən üç illik müddəti hesablayaraq iddianın 2025-ci il # #### tarixində verildiyini nəzərə almaqla iddianı rədd etmişlər. Həmin nəticə ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi yuxarıda kassasiya instansiya məhkəməsinin qeyd olunmuş mövqeyi şəkilində olmuşdur.
30. İddiaçının apellyasiya şikayətinin dəlillərini kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən araşdıran məhkəmə kollegiyası ilk növbədə tərəflər arasında bağlanmış 2021-ci il ## #### tarixli müqavilənin 5-ci bəndində “2-ci göndərişdən sonra ilk göndərişin qalığı ödənilməlidir” şərtinin nəzərdə tutulduğunu, tərəflər ödəniş öhdəliyinin icrası müddətini konkret təqvim tarixi ilə deyil, müəyyən hadisənin – növbəti göndərişin həyata keçirilməsi ilə əlaqələndirdiklərindən, bu baxımdan iddia müddətinin başlanma anının müəyyən edilməsi üçün tərəflər arasında faktiki olaraq neçə göndərişin həyata keçirildiyi, tələb olunan 59.086,1 ABŞ dolları məbləğində borcun hansı göndəriş və ya göndərişlər üzrə formalaşdığı, müqavilənin 5-ci bəndində nəzərdə tutulan “2-ci göndəriş” halının baş verib-vermədiyi və əgər baş vermişdirsə, bunun hansı tarixdə həyata keçirildiyi müəyyən edilməsi üçün iddia tərəfə həmin sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
31. İddiaçı tərəfə qeyd olunan sənədlərin məhkəmə kollegiyasına təqdim edilməsi tələb olunsa da, qətnamənin “tərəflərin izahatı” hissəsində qeyd olunan iddiaçının nümayəndəsinin izahatında da göründüyü kimi tərəflər arasında mövcud münasibətlərə dair hesab faktura və həmin münasibətləri təsdiq edən əlavə sənədlər məhkəməyə təqdim edilməmişdir.
32. Belə olan halda tərəflər arasında damazlıq broyler inkubasiya yumurtalarının alqısatqısı ilə bağlı kommersiya münasibətlərinə işdə olan mühasibat uçotu sənədləri, hesab çıxarışları və tərəflər arasında aparılmış hesablaşmalar əsasında qiymət verilməlidir.
33. Belə ki, tərəflər arasında mövcud mübahisə üzrə iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi üçün tərəflər arasında son münasibətlərin aparıldığı cari hesab məlumatlarına baxdıqda müəyyən olunur ki, 2021-ci il ## ###### tarixinə cavabdehin iddiaçı qarşısında 151.924,00 ABŞ dolları məbləğində açılış borcu mövcud olmuşdur. Həmin tarixdə aparılmış virman əməliyyatı nəticəsində borca əlavə 58.620,00 ABŞ dolları daxil edilmiş və ümumi borc 210.544,00 ABŞ dollarına yüksəlmişdir. ##.##.2021-ci il tarixli topdansatış fakturası ilə qarşı tərəfə 71.539,20 ABŞ dolları məbləğində yeni borc yaranmış və ümumi borc 282.083,20 ABŞ dolları təşkil etmişdir.
34. ##.##.2021-ci il tarixində cavabdeh 100.040,00 ABŞ dolları ödəniş etmiş, nəticədə borc 182.043,20 ABŞ dollarına enmişdir.
35. ##.##.2021-ci il tarixində daxil olan 50.000,00 ABŞ dolları məbləğində ödənişdən sonra borc 132.043,20 ABŞ dolları olmuşdur.
36. ##.##.2021-ci il tarixində həyata keçirilən 50.372,00 ABŞ dolları məbləğində ödənişdən sonra qalıq borc 81.671,20 ABŞ dolları təşkil etmişdir.
37. ##.##.2021-ci il tarixli topdan-satış fakturası ilə borca əlavə 64.281,60 ABŞ dolları daxil edilmiş və ümumi borc 145.952,80 ABŞ dollarına yüksəlmişdir.
38. ##.##.2021-ci il tarixində qarşı tərəf 49.983,50 ABŞ dolları məbləğində ödəniş etmiş, nəticədə borc 95.969,30 ABŞ dollarına düşmüşdür.
39. ##.##.2021-ci il tarixində ilk ödəniş olaraq 12.229,60 ABŞ dolları qəbul edilmiş və borc 83.739,70 ABŞ dolları olmuşdur. Həmin gün ikinci ödəniş kimi 10.372,00 ABŞ dolları daxil olmuş və qalıq borc 73.367,70 ABŞ dollarına enmişdir.
40. ##.##.2021-ci il tarixində növbəti 14.281,60 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş və nəticədə cavabdehin iddiaçıya olan borcu 59.086,10 ABŞ dolları təşkil etmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğin əsası ##.##.2021ci il tarixli topdan-satış fakturası ilə borca əlavə 64.281,60 ABŞ dolları daxil edilməsi olmuş və sonradan yuxarıda qeyd edilən ödənişlər etməklə müddətin axımı kəsilmişdir.
42. Beləliklə, ##.##.2021-ci il tarixindəki açılış borcu və sonrakı əməliyyatlar ardıcıllıqla nəzərə alındıqda, ##.##.2021-ci il tarixinə cavabdehin iddiaçı qarşısında qalan borcu 59.086,10 ABŞ dolları olmuşdur.
43. İş materiallarında olan mühasibat sənədləri və hesab dövriyyəsi çıxarışlarından müəyyən edilir ki, tərəflər arasında aparılmış hesablaşmalar nəticəsində cavabdehin iddiaçı qarşısında qalıq borcu ##.##.2021-ci il tarixində formalaşmışdır. Belə ki, ##.##.2021-ci il tarixinə mövcud olan açılış borcu və sonrakı satış əməliyyatları üzrə yaranmış borclar cavabdeh tərəfindən ##.##.2021, ##.##.2021, ##.##.2021, ##.##.2021, ##.##.2021 və ##.##.2021-ci il tarixlərində həyata keçirilmiş ödənişlərlə tədricən azaldılmış, ##.##.2021-ci il tarixində 14.281,60 ABŞ dolları məbləğində son ödəniş edildikdən sonra tərəflər arasında qalıq borc 59.086,10 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
44. Deməli, iddia predmetini təşkil edən 59.086,10 ABŞ dolları məbləğində borc məhz ##.##.2021-ci il tarixində son ödənişdən sonra müəyyənləşmiş və həmin tarixdən etibarən iddiaçı bu borcun ödənilməsini cavabdehdən tələb etmək imkanına malik olmuşdur.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərarında göstərildiyi kimi, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün müqavilə şərtləri və tərəflərin faktiki icra davranışı qiymətləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş "ikinci göndərişdən sonra birinci göndəriş üzrə qalıq ödənilməlidir" şərtinin baş verib-vermədiyi, eləcə də tələb olunan borcun hansı göndəriş üzrə yarandığı müəyyən edilməlidir.
46. İş materialları ilə müəyyən olunur ki, iddia predmeti olan 59.086,10 ABŞ dolları məbləğində borc ## #### 2021-ci il tarixli müqavilə əsasında deyil, həmin müqavilədən əvvəl tərəflər arasında mövcud olmuş hesablaşmalar nəticəsində formalaşmışdır. Bu borc artıq ##.##.2021-ci il tarixində mövcud olmuş və həmin tarixdən sonra dəyişməmişdir. Sonradan ##.##.2021-ci il tarixli satış fakturası üzrə yaranmış 114.750 ABŞ dolları məbləğində yeni borc isə ##.##.2021-ci il tarixində tam ödənilmiş və iddia predmetini təşkil etməmişdir. Buna görə də ##.##.2021-ci il tarixli müqavilənin 5-ci bəndi həmin 59.086,10 ABŞ dolları məbləğində əvvəlki borca şamil edilə bilməz.
47. Belə olan halda, iddiaçı ən geci ##.##.2021-ci il tarixindən etibarən həmin qalıq borcun ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Bu müddətin axımı 3 illik müqavilə münasibətlərinə tətbiq edilməli olan 3 illik iddia müddətini nəzərə aldıqda bu müddətin axımının başlanğını hadisənin baş verdiyi günün səhəri günündən başlayaraq hesablanmaqla ##.##.2021-ci il tarixdən hesablandıqda bu müddətin son günü ##.##.2024-cü il təşkil etsə də, iddiaçı ##.##.2025-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir.
48. İş materiallarında iddia müddətinin axımını dayandıran, kəsən və ya yenidən başladan hər hansı hüquqi fakt, o cümlədən borcun etiraf edilməsi, yeni razılaşma bağlanması və ya öhdəliyin icra müddətinin dəyişdirilməsi barədə sübut mövcud deyildir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, iddia müddəti hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə xidmət edir və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyi halda məhkəmə həmin müddətin keçib-keçmədiyini araşdırmalı və müddətin keçdiyi müəyyən edildikdə bunun hüquqi nəticələrini tətbiq etməlidir.
50. Buna görə də müəyyən edilir ki, iddia predmetini təşkil edən 59.086,10 ABŞ dolları məbləğində borc üzrə iddia müddətinin axımı ##.##.2021-ci il tarixindən başlamış, iddia isə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin məhkəmə tərəfindən nəzərə alınaraq iddia tələbinin rədd edilməsi üçün əsas yaratmışdır.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.