Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-86/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI
1. Alıcı Cavabdeh ASC ilə satıcı İddiaçı MMC arasında bağlanmış 2020-ci il ## ### tarixli AS ***/** nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı özünün mülkiyyətində olan “soya şrotu”nu bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq alıcının mülkiyyətinə verir, alıcı isə satılmış malların dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada, müddətdə və məbləğdə satıcıya ödəyir, əks halda alıcının təqdim edəcəyi bank zəmanəti əsasında bank tərəfindən satıcıya ödənilir.
2. 2020-ci il ## ### tarixli AS ***/** nömrəli alqı-satqı müqaviləsinin 2020-ci il ## ### tarixli * nömrəli, 2020-ci il # #### tarixli * nömrəli, 2020-ci il ## #### tarixli * nömrəli, 2020-ci il # ######## tarixli * nömrəli, 2020-ci il ## ######## tarixli * nömrəli, 2020-ci il ## ######## tarixli * nömrəli, 2021-ci il # #### tarixli * nömrəli, 2021-ci il ## ###### tarixli ** nömrəli, 2021ci il 21 dekabr tarixli ** nömrəli, 2022-ci il # ###### tarixli ** nömrəli, 2022-ci il ## ###### tarixli ** nömrəli, 2022-ci il ## ###### tarixli ** nömrəli, 2022-ci il # #### tarixli ** nömrəli, 2022-ci il ## #### tarixli ** nömrəli, 2022-ci il ## #### tarixli ** nömrəli, 2022-ci il # ##### tarixli ** nömrəli və 2022-ci il # ### tarixli ** nömrəli qiymət razılaşma protokollarına əsasən müqavilə malların qiyməti və miqdarı tərəflər arasında razılaşdırılmışdır.
3. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə müxtəlif dəyərdə soya şrotunun satılması ilə əlaqədar olaraq ##.##.2020-##.##.2023-cü il tarixlərdə elektron qaiməfakturalar təqdim olunmuşdur.
4. Qanuni nümayəndə@sabgroup.az elektron ünvanından çıxarışda Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə 193175,80 manat borc qaldığı qeyd olunmuş və həmin çıxarış Cavabdeh ASC tərəfindən təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh ASC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 193.175,80 manat məbləğində əsas borcun, 169.979,92 manat məbləğində cərimənin və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36.852,42 manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il ## ### tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilə qüvvədə olduğu müddətdə satıcı kimi iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək alıcıya müqavilə üzrə malları təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə aldığı malların dəyərini hazırkı vaxtadək iddiaçıya tam şəkildə ödəməmişdir. İddia ərizəsinə əlavə olunmuş qiymət razılaşma protokollarından görünür ki, alqı-satqı müqaviləsi üzrə müvafiq mallar cavabdehə təhvil verilmiş, cavabdeh sözügedən protokolu imza və möhürlə təsdiq etmişdir. Lakin bugünkü tarixədək cavabdeh tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Müqavilə üzrə qismən ödəniş etmələrinə baxmayaraq cavabdeh tərəfindən təminat və öhdəliklərinə tam əməl olunmur, alqı-satqı müqaviləsi üzrə alınmış malların dəyərini ödəməkdən yayınır. Cavabdehlə uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilən elektron qaimələrin siyahısından görünür ki, cavabdehin faktiki borcu 193175,80 manat, müqavilə üzrə hesablanmış cərimə 169979,92 manat təşkil edir. Mərkəzi bankın rəsmi saytında bank uçot dərəcəsi 7,75% müəyyən edilmiş, buna görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 36091,45 manat cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir.
7. İddiaçının nümayəndəsi 2025-ci il ## ##### tarixində məhkəməyə ərizə təqdim edərək cavabdehdən 193.175,80 manat məbləğində əsas borcun, 169.979,92 manat məbləğində cərimənin (illik 5%-lə hesablanmış 8049 manat, müqavilənin 6.1-ci maddəsinə əsasən hesablanmış 96.587 manat əldən çıxmış fayda və 65.343,02 manat zərər) və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36.852,42 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 193175,80 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim H.Alıyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
10. İddianın tələbinin “169.979,92 manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı cərimə tutulması tələbini irəli sürsə də, tərəflər arasında cərimə barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə cərimənin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir.
11. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 36.852,42 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı tələbin təmin edilməsi üçün əsasların mövcud olmaması nəticəsinə gələrək qeyd etmişdir ki, iddiaçı ona məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 449.1, 462.1, 463.1, 463.2, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 2009-cu il # #### tarixli qərarına və MPM-in 14.2, 88, 77.1, 217.4 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, cavabdehdən 3.434,24 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Məhkəmə kollegiyası apellyasiyanın hədləri ilə bağlı göstərmişdir ki, hazırkı apellyasiya şikayətində iddiaçı məhz iddianın təmin olunmayan 169.979,92 manat məbləğində cərimənin (illik 5%-lə hesablanmış 8049 manat, müqavilənin 6.1-ci maddəsinə əsasən hesablanmış 96587 manat əldən çıxmış fayda və 65343,02 manat zərər) və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 manat məbləğində faiz borcunun) hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir.
16. Bununla bağlı qeyd edilmişdir ki, tərəflər arasında MM-in 462-463-cü maddələrində nəzərdə tutulmuş qaydada öhdəliyin icra edilmədiyi, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği barədə yazılı formada razılaşma olmadığından apellyasiya şikayətinin müvafiq dəlilləri əsaslı hesab edilə bilməz.
17. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndi müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflərin bir-birinə vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşımasını nəzərdə tutur. Lakin nə həmin bənddə, nə də müqavilənin digər bəndlərində konkret olaraq cərimə və onun məbləği barədə hər hansı qayda müəyyənləşdirilməmişdir.
18. Bundan əlavə, iddiaçının “bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36.852,42 manat məbləğində faiz borcu” tələbinə münasibətdə istinad etdiyi MM-in 449-cu maddəsi, adından da göründüyü kimi, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətin əsaslarını və qaydasını müəyyən edir. Həmin maddə məhz özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödənilməsini nəzərdə tutur.
19. Hazırkı halda isə cavabdeh iddiaçıdan alqı-satqı müqaviləsi üzrə aldığı malların dəyərinin bir hissəsini ödəməmişdir ki, bu da pul öhdəliyinin icra edilməməsi kimi qiymətləndirilə bilməz.
20. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ona məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.
21. Məhkəmə, 65.343,02 manat zərərin tutulması tələbinə münasibətdə qeyd etmişdir iddiaçı həmin tələbin əsaslılığına dair hər hansı mötəbər sübut təqdim etməmiş, bunu ancaq cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində mənfəətin itirilməsi, əsas borc məbləğində istifadə edə bilmədiklərinə görə şirkətə zərər dəyməsi ilə izah etmiş, bu tələbin qanuni əsası kimi MM-in 464-cü maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci maddəsinə istinad etmişdir.
22. Halbuki, MM-in qeyd edilən maddəsi qanun üzrə dəbbə pulunun ödənilməsi hallarını tənzimləyir ki, tərəflər arasında mövcud olan müqavilə üzrə öhdəliklərinin icra edilməməsi halına dair qanunda xüsusi dəbbə pulu müəyyən edilməmişdir.
23. Məhkəmə kollegiyası iddiaçının “illik 5%-lə hesablanmış 8.049 manat pulun tutulması” tələbinə qiymət verərək göstərmişdir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddia tələbinə münasibət bildirmədən onu tam rədd etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.
24. Qeyd edilən tələbin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinin tərəflər arasında müqavilənin bağlanıldığı zaman qüvvədə olan redaksiyasında nəzərdə tuturdu ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur
25. Hazırkı işdə cavabdehin öhdəliyini icra etməyərək iddiaçıya pul məbləğini ödəməsini gecikdirməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etsə də, həmin tələbin əsaslılığına dair mötəbər sübut təqdim etməmişdir. Belə olan halda cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasına dair tələb əsaslıdır. İddiaçı öz ərizəsində 193.175,80 manat borcun 2024-cü il ## #### tarixdən yarandığını, cavabdehə müvafiq pretenziya təqdim olunmasına baxmayaraq həmin borcu ödəmədiyini əsas gətirərək müvafiq iddia ərizəsi ilə məhkəməyə 2024-cü il ## ####### tarixində, yəni 4 aydan sonra müraciət etmişdir. İşin məhkəmənin icraatında olduğu dövrdə isə iddiaçının nümayəndəsi dəfələrlə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını, o cümlədən 2025-ci il ## ###### tarixli ərizəsində cavabdehin borcdan bir qisim ödəniş etdiyini bildirərək tərəflərin razılaşması və borcun tam ödənilməsi üçün əlavə vaxt verilməsini xahiş etmişdir.
26. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd edilən tələbi yalnız 4 aya münasibətdə təmin olunmaqla, MM-in 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən 3.434,24 manat (804,90x4=3434,24) tutulmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.1, 372.2, 373.2, 375.2, 377.1, 377.3, 380.1, 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 449.1, 462.1, 462.3, 463.1, 463.2, 464.1, 464.2, 567, 600.1 və 600.4-cü maddələrinə və MPM-in 14.2, 47.1, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
28. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi qismən, cavabdehdən illik beş faizlə pulun tutulması tələbinə aid hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının illik 5 faizlə hesablanmış 8.049 manat məbləğində pul vəsaitinin tutulması tələbinə münasibətdə apellyasiya instansiya məhkəməsi MM-in 445.7ci maddəsinə düzgün istinad etsə də, məhkəmə kollegiyası həmin hissədə iddianın qismən təmin edilməsi (3434,24 manat) barədə gəlinən nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
31. Belə ki, iddiaçı 2025-ci il ## ##### tarixində verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ərizənin verildiyi tarixədək-10 aylıq dövr üçün əsas borcun ödənilməməsinə görə illik 5 faizlə hesablanmış 8.049 manat pulun tutulmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi isə əsas borcun 2024-cü il ## #### tarixindən (iddiaçının iddia ərizəsində göstərdiyi kimi) yarandığını və iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə 2024-cü il ## ####### tarixində, yəni 4 aydan sonra müraciət etməsini əsas gətirərək yalnız 4 ay üçün pulun tutulması qənaətinə gəlmişdir.
32. Nəzərə alınmalıdır ki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi, kreditorun gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ MM-in 445.7-ci maddəsinin tələbindən irəli gəlir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında göstərilmişdir ki, « ..icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur».
34. Məhkəmə kollegiyası MM-in 445.7-ci maddəsinin tələbini və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarındakı hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək, kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
35. Baxılan işdə, əsas borcun cavabdeh tərəfindən 2024-cü il ## #### tarixindən etibarən ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, pul öhdəliyinin vaxtında ödənilməməsinə görə cəmi 4 aylıq müddət üçün faizlərin tutulması MM-in 445.7-ci maddəsinin pozulmasına və düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
36. Odur ki, işin yeni apellyasiya baxışı zamanı əsas borcun ödənilməməsinə görə illik 5 %-lə hesablanmış pulun tutulması tələbinə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, yenidən hüquqi qiymət verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...) Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi qismən, cavabdehdən illik beş faizlə pulun tutulması tələbinə aid hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
43. Ona görə də, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq cavabdehdən illik beş faizlə pulun tutulması tələbinə aid hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin cavabdehdən illik beş faizlə pulun tutulması tələbinə aid hissədə qismən ləğv edilməlidir.
45. Belə ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ##### 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti əsas pul öhdəliyini uzun müddət icra etmədiyindən, ərizənin verildiyi tarixədək olan 10 aylıq gecikmə dövrü üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən illik beş faiz hesablanmaqla 8.049 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi irəli sürür.
46. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında mövcud olmuş pul öhdəliyi üzrə əsas borcun cavabdeh tərəfindən ## #### 2024-cü il tarixindən etibarən ödənilməməsi işin mübahisəsiz halıdır. Beləliklə, cavabdehin pul öhdəliyini vaxtında icra etmədiyi və kreditor qarşısında icranın gecikdirilməsinə yol verdiyi işin müəyyən edilmiş halları ilə təsdiq olunur.
47. Odur ki, ## #### 2024-cü il tarixdən iddia ərəzəsinə dəqiqləşdirilmə barədə ərizə verilən tarix – ## ##### 2025 –dək nəzərə alınmalıdır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödəməyə borcludur. Həmin norma pul öhdəliklərinin pozulmasının xüsusi hüquqi nəticəsini müəyyən etməklə, kreditorun məruz qaldığı gecikmənin minimum kompensasiyasını təmin etməyə yönəlmiş imperativ xarakterli hüquqi tənzimləmədir.
49. Normanın məzmunundan göründüyü kimi, illik beş faizin tutulması üçün kreditorun hər hansı faktiki zərərin mövcudluğunu ayrıca sübut etməsi tələb olunmur. Qanunverici pul öhdəliyinin gecikdirilməsi faktını həmin hüquqi nəticənin tətbiqi üçün kifayət hesab etmişdir. Başqa sözlə, borclunun pul öhdəliyini müəyyən edilmiş müddətdə icra etməməsi özüözlüyündə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticənin yaranmasına səbəb olur.
50. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ###### 2014-cü il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, pul öhdəliklərinin xüsusiyyətləri nəzərə alınmaqla, icranın gecikdirilməsi zamanı qanunla müəyyən edilmiş minimal faizlərin ödənilməsi Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir və kreditor daha böyük məbləği başqa əsaslarla tələb edə bilmədiyi hallarda borclu gecikdirilmiş müddət üçün illik beş faiz ödəməyə borcludur.
51. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də aydın olur ki, bu faiz ödənişi cərimə və ya müqavilə sanksiyası deyil, pul öhdəliyinin gecikdirilməsi nəticəsində yaranan qanuni maliyyə məsuliyyətidir. Bu səbəbdən onun tətbiqi üçün kreditorun zərərin həcmini və ya pul vəsaitindən istifadə imkanının itirilməsini ayrıca sübut etməsinə ehtiyac yoxdur.
52. Məhkəmə kollegiyası Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmununu və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyini qarşılıqlı əlaqədə təhlil edərək belə qənaətə gəlir ki, pul öhdəliyi tam həcmdə icra edilənədək, yəni əsas borc tam şəkildə kreditora ödənilənədək, kreditor gecikdirilmiş hər bir dövr üçün qanunla müəyyən edilmiş illik beş faiz məbləğinin tutulmasını tələb etmək hüququna malikdir. Bu tələbin irəli sürülməsi üçün əsas şərt pul öhdəliyinin icrasının gecikdirilməsinin müəyyən edilməsidir.
53. Hazırkı iş üzrə cavabdeh əsas borcu ## #### 2024-cü il tarixindən etibarən ödəmədiyini mübahisələndirməmiş, həmçinin həmin gecikməni istisna edən və ya hüquqi məsuliyyəti aradan qaldıran hər hansı halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən hesablanmış illik beş faiz məbləğinin hesablanma dövrü və məbləği iş materialları ilə uyğunluq təşkil edir və cavabdeh tərəfindən bu hesablamanın yanlış olduğunu təsdiq edən əsaslı etiraz irəli sürülməmişdir.
54. Birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsini təmin etməməklə Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edən hüquqi hallara tam qiymət verməmiş, qanunun imperativ xarakterli müddəalarını və Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyini düzgün tətbiq etməmişdir. Nəticədə, iddiaçının qanunla təmin edilmiş hüququnun müdafiəsi tam həcmdə həyata keçirilməmişdir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən edən normalarına əsasən, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədikdə və bu hal iş üzrə qəbul edilmiş qətnamənin qanuniliyinə təsir göstərdikdə, həmin qətnamə müvafiq hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
56. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməli, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş müddət üçün hesablanmış 8.049 (səkkiz min qırx doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
57. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilsin. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 8049 (səkkiz min qırx doqquz) məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.