Məhkəmə qərarları › İş №2-2(3-9)-36/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-36/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(3-9)-36/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli, e-2-2(121)-4622/2025 saylı qərardadından Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-4622/2025 nömrəli qərardadı ilə işin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. xx.xx.2026-cı il tarixdə Cavabdeh1 “BTB Leasing ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-4622/2025 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil xx.xx.2026-cı il tarixdə şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-4622/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Hesab edir ki, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə almadan qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Belə ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, qarşılıqlı iddia ərizəsinin "Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi üçün hər hansı bir forma (hansı ki, iddia ərizəsi, apellyasiya şikayəti, kassasiya şikayətinin müvafiq formaları mövcuddur) nəzərdə tutulmamışdır. Eləcə də məhkəmə qarşılıqlı iddia ərizəsinin forma və məzmununa dair Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən geri qaytarıldığını qeyd etsə də, çatışmamazlığın nədən ibarət olduğu müvafiq qərardadda əsaslandırılmamışdır. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən 23 yanvar 2026-cı il tarixli, e-2- 2(121)-4622/2025 saylı qərardaddan verilmiş şikayət Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(121)-4622/2025 nömrəli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun formada təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə məhkəməyə təqdim edilən prosessual sənədlər müəyyən edilmiş forma və qaydalara riayət olunmaqla verilməlidir. Elektron sənəd dövriyyəsi tətbiq edilən hallarda isə sənədin hüquqi qüvvəyə malik olması üçün gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi zəruri şərtdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi qanunla tələb olunan qaydada təsdiqlənməmişdir. Bu hal prosessual çatışmazlıq kimi qiymətləndirilməlidir və belə ərizənin geri qaytarılması MPM-in tələblərinə uyğundur. Apellyasiya şikayətində qarşılıqlı iddia ərizəsi üçün ayrıca elektron formanın mövcud olmaması göstərilsə də, bu hal prosessual sənədin gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi tələbinin aradan qalxması kimi qiymətləndirilə bilməz. Elektron sənəd dövriyyəsinin hüquqi qüvvəsi məhz elektron imza ilə təmin olunur və bu tələb imperativ xarakter daşıyır. Bundan başqa, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən prosessual normaları düzgün tətbiq etmiş, işin hallarını düzgün qiymətləndirmiş və gəldiyi nəticəni qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qəraraaldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli, e-2-2(121)- 4622/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar