Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-40/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Zaur Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borca görə 11911 manat, hesablanmış cərimə borcuna görə 2398 manat və ödənilmiş dövlət rüsumuna görə 133 manat olmaqla, cəmi 14442 manat pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-nin “X6 və Istehsalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə ##.##.2023-cü il tarixli, *** saylı xampambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdehə ümumilikdə 24094,20 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 12102,76 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə ##.##.2023-cü il tarixli *** saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndləri pozularaq götürdüyü avans müqabilində borc tam ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11991,44 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda, yerinə yetirilməyən öhdəlik üzrə xampambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 800 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2398 manat təşkil edir. Verilməmişdir: 11991 х 20% =2398 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyinin yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya Məhkəməsi Mülki Məcəllənin 421.1, 425.1, 425.2 və 567-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbi yalnız 9900 manat məbləğində pul vəsaitinin cavabdehin hesabına ödənilməsi hissədə öz təsdiqini tapdığına və cavabdeh tərəfindən təhvil verilmiş xam pambığın dəyərinin bu məbləği əhatə etdiyinə, digər avans xidmətləri barədə təqdim edilmiş sübutların isə mötəbərliliyi öz təsdiqini tapmadığına görə iddia rədd ediməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni əsassız və qanunsuz olduğunu hesab edirlər. Belə ki, tərəflər arasında bağlanılan xam pampığın alqı-satqı müqaviləsinin əsas mahiyyəti tərəfləridən fermerin yəni, Cavabdeh og lunun istifadəsində olan torpaq sahəsində xam-pambıg ın əkilib-becərilməsinə dair fermerə pambıg ın istehsalı u zrə zəruri olan bu tu n aqrotexniki xidmətlərin go stərilməsi, yekunda əldə olunan xam-pambıg ın mu qavilə u zrə şərtləndirilmiş miqdarda mu əssisəyə təhvil verilməsidir. Mu qavilənin mahiyyətindən go ru nu r ki, mu qavilə u zrə yekunda pambıg ın əldə edilməsi u çu n zəruri olan bu tu n aqrotexniki qulluq xidmətləri mu əssisəmiz tərəfindən həyata keçirilir. Yəni, fermerlərin mu əssisə ilə mu qavilə bag lamasının səbəbi pambıq istehsalı u çu n zəruri olan qulluq xidmətlərin həyata keçirilməsi u çu n yetərli maliyyə və texniki imkanlara malik olmamasıdır. Xu susilə də 18,0 hektarlıq torpaq sahəsindən bəhs edildiyini diqqətə çatdırır. Digər tərəfdən isə mu əssisənin bu mu qavilənin tərəfi kimi çıxış etməkdə maraqlı olmasının səbəbi torpaq sahəsinin fermərə məxsus olmasıdır. Go stərilənlərə əsasən fermer Cavabdeh og lunun torpaq sahəsində “X4 Kompleksi” MMC tərəfindən mu qavilə şərtlərinə əsasən aqrotexniki xidmətlərin göstərildiyi faktı qaçılmazdır. Digər tərəfdən tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilən maliyyə arayışına və məhkəmə qətnaməsinə nəzər yetirsə cavabdeh Cavabdeh og lu tərəfindən mu əssisəyə ##.##.2023-cu il tarixli, *** saylı mu qavilə u zrə u mumilikdə 12102,76 dəyərində xam-pambıqla o dəniş etdiyi işin mu bahisəsiz halıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Burada cavabdehin mu əssisəyə yuxarıda qeyd edilən 12102,76 manatlıq o dənişi etməsi həm borcun, həmçinin də, tərəflərindən qarşı tərəfə mu qavilə u zrə mo vcud xidmətlərin go stərilməsinin, yəni mu qavilə u zrə nəzərdə tutulan o hdəliklərin tərəflərindən yerinə yetirilməsinin etirafı kimi qəbul edilməlidir. Əks halda əgər tərəflərindən Şirvan Kommersiya Məhkəməsinin qətnaməsində qeyd etdiyi u zrə qarşı tərəfə xidmətlər go stərilməsəydi, bu zaman Cavabdeh og lunun 12102,76 manatlıq o dəniş etmək o hdəliyi yaranmazdı. Bundan əlavə, cavabdeh tərəf heç bir məhkəmə iclasında yekun borcu mu bahisələndirməmiş borcun tam o dənilməsi, tərəflərindən xidmətlərin tam go stərilməməsi və sair tipli izahatlar verməmişdir. Sadəcə olaraq Cavabdeh og lu məhkəmədə ifadəsində “X4 Kompleksi” MMC tərəfindən ona heç bir xidmətin go stərilmədiyini bildirmiş və bu ifadə əsasında ekspertiza rəyinə əsasən xidmət aktlarındakı imzalar cavabdehə aid olmadıg ından məhkəmə mu bahisəyə formal yanaşaraq, iddianı rədd etmişdir. Halbuki, qarşı tərəfin mu qavilə u zrə o dəniş etməsi elə xidmətlərin tərəflərindən göstərilməsinin bariz sübutudur. Həmçinin, məhkəmə yalnız ekspertiza rəyinə əsaslanaraq xidmət aktlarında nəzərdə tutulan xidmətlərin go stərilmədiyini sorg usuz-sualsız qəbul edərək kobud pozuntuya yol vermişdir. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Ali Məhkəmənin oxşar məsələlər u zrə plenum qərarında da qeyd olunur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Yəni, əqdin etibarlı olması (arzu olunan hu quqi nəticəni yaratması) u çu n qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mu lki hu quq doktrinasında do rd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılıg ı, yəni arzu olunan hu quqi nəticəyə səbəb olması u çu n hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mo vcud situasiyada xidmət aktlarındakı imzaların cavabdehə məxsus olmaması həmin əqdlərin bag lanmasında onun iradə ifadəsinin olmaması anlamına gəlmir. Zatən cavabdeh bu mu qavilə mu nasibətinə girərkən bu xidmətlərin go stərilməsini qabaqcadan arzu edirdi və yekunda ona məxsus torpaq sahəsində tərəflərindən həyata keçirilən bu tu n xidmətlərdən xəbərdar idi. Ustəlik go stərilən xidmətlərin nəticəsində məhsul əldə etmiş və əldə edilən məhsuldan mu əssisəyə 12102,76 manatlıq o dəniş həyata keçirmişdir. Bu tu n bunlar mo vcud xidmət aktlarının, yəni əqdlərin cavabdehin məlumatlı olması əsasında, onun tapşırıg ı ilə hər hansı tanışlıq və yaxud qohumluq əlaqəsi olan şəxs tərəflərindən imzalanmasının, lakin yekunda Cavabdeh iradə ifadəsinin əks olunmasının bariz göstəricidir. Mülki Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əlavə olaraq, Şirvan Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən işin hərtərəfli, tam, obyektiv həlli u çu n tərəflərindən təqdim edilən bu tu n su butları dəyərləndirməmiş, işin yekun həlli u çu n zəruri olan faktlara qiymət verməmişdir. Belə ki, tərəflərindən məhkəməyə yekunda cavabdeh tərəfindən pambıq təhvil verilməsinə dair cavabdehin o zu tərəfindən imzalanan pambıq-təhvil aktları təqdim edilmişdir. Həmin aktlar cavabdehin nə qədər borcu oldug u, hər təhvil verilən aktdan sonra nə qədər borcu qaldıg ı barədə məlumatları o zu ndə əks etdirir. Pambıg ın təhvil verilməsi və bu aktların mo vcudlug u da bir daha həm tərəflər arasında xidmətlərin go stərilməsinə dair mu lki hu quq mu nasibətin oldug unu, həmçinin cavabdehin o z borcundan xəbərdar olg ununu go stərir. Lakin məhkəmə o z qətnaməsində bu aktların mo vcudlug una u mumiyyətlə toxunmamış, sübut qismində mötəbərliyinə dair heç bir təhqiqat, araşdırma aparmamışdır. Bu isə o z no vbəsində məhkəmə tərəfindən qətnamə çıxarılarkən işin hallarına o təri nəzər yetirilməsini, mo vcud su butların tam qiymətləndirilməməsi nəticəsinə gəlməyə kifayət edir. Məhkəmənin qərarının yanlış oldug unu go stərən digər bir məsələ isə tərəflərindən mo vcud mu qavilə u zrə xidmətlərin bir parçası olan 9900 manat nag d vəsaitin cavabdehin bank ko çu ru lməsinin nəzərə alınmamasıdır. Belə ki, tərəflər arasında mo vcud olan mu nasibətə əsasən tərəfimizdən cavabdehə go stərilən xidmətlərin (aqrotexniki işlər, kimyəvi məhsullar, nag d vəsait) u mumi dəyəri 24094,20 manat təşkil edir. Qeyd olunan vəsaitin 9900 manatlıq hissəsi cavabdehin şəxsi bank hesabına ko çu ru lmu şdu r. Bu məqamda cavabdehin qeyd etdiyi kimi əgər həqiqətən də cavadehə tərəflərindən heç bir xidmət go stərilməyibsə, o zaman so zu gedən məbləg in sonuncunun bank hesabına köçürülməsi əsası “sual dog urur”. Lakin bu hal bir daha tərəflər arasında mu qavilə u zrə və maliyyə arayışında qeyd olunan bu tu n o hdəliklərin tərəflərindən yerinə yetirildiyini go stərir. Həmçinin, pambıq istehsalı kənd təsərru fatının spesifik bir sahəsidir və bu bitkinin istehsalı, əkilib becərilməsi u çu n mu əyyən ardıcıllıqla həyata keçirilməsi zəruri olan bu tu n qulluq xidmətləri go stərilməlidir. Bu qulluq xidmətlərinin həcmi və miqdarı isə əkin sahəsinin hektarından asılı olaraq dəyişir. Yəni tərəflərindən qarşı tərəfin go stərilən xidmətlərin bir hissəsinin su buta yetirilməsi və yekunda həmin sahədən təqribi 12102,76 manatlıq xam pambıg ın əldə edilməsi, həmin sahədə zəruri olan bu tu n qulluq xidmətlərinin normativ ardıcıllığa uyğun həyata keçirilməsini nümayiş etdirir. Həmçinin, cavadehin məhkəmə iclasında verdiyi ifadələrə diqqət yetirilsə, heç bir iclasda onun tərəfindən go stərilən xidmətin həcmi, məbləg i və yaxuddakı keyfiyyəti mu bahisələndirilməmiş, sadəcə olaraq imzaların ona aid olmaması faktından o z xeyrinə sui-istifadə edərək, u mumiyyətlə, heç bir xidmətin go stərilmədiyini qeyd etmişdir. Lakin xidmətlərin go stərilməsinə dair mo vcud su butlar məhkəməyə təqdim edilmişdir və heç bir xidmətin go stərilməməsi halında həmin ərazidən xampambıg ın əldə edilməsi, nəticədə cavabdehin təqribi 12102,76 manatlıq ödəniş etməsi mümkün deyildir. Həmçinin, Məhkəmə və hakimlər qanunun və digər qanun vericilik aktlarının tələblərinə əsasən məhkəmə qərarları vahid məhkəmə təcru bəsinə əsaslanmalı, hüquqi məslələrin həllində sabit yanaşma, maddi və prossessual hu quq normalarının eyni cür tətbiq edilməsi rəhbər tutulmalıdır. Eynilə hazırki işlə eyni və yaxud oxşar əlamətlərə malik işlərlər bag lı dəfələrlə məhkəmələrə mu raciət edilmiş və nəinki xidmət aktlarında, hətta mu qavilədəki imzaların fermerə məxsus olmamasına baxmayaraq, məhkəmə mo vcud su butlara və işin hallarına qiymət verərək tərəflərin sərbəst iradə ifadəsinin mo vcud olmasını, aydınlaşdırılması çətinlik yaşadan vəziyyətlərdə su butetmə yu ku nu n bo lu şdu ru lməsi mo vqeyindən çıxış edərək işi mahiyyəti u zrə du zgu n həll etmiş və yekunda ədalətli qərar qəbul etmişdir. So zu gedən iş u zrə də məhkəməyə vahid məhkəmə təcru bəsini əks etdirən Şirvan Apellyasiya Məhkəməsinin və Bakı Kommersiya Məhkəməsinin qərarları təqdim edilsə də, məhkəmə bu qərarlarla tanış olmamış və yaxud tanış olsa da, həmin məhkəmələrinin qərarlarına o təri yanaşmışdır. Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə, Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır. Yekun olaraq, məhkəmə tərəflər arasında mo vcud olan müqavilə mu nasibətlərinin nədən ibarət oldug unu və bu mu qavilə u zrə hansı o hdəliklərin icra edildiyini araşdırmamışdır. Iş u zrə keçirilmiş ekspertiza təqdim edilmiş xidmət aktlarındakı imzanın cavabdehə məxsus olmadıg ını təsdiq etsə də, məhkəmə tərəflər arasında mo vcud olan mu qavilə mu nasibətlərinin nədən ibarət oldug unu və bu mu qavilə u zrə hansı o hdəliklərin icra edildiyini araşdırmamışdır. Halbuki, aralarında olan mu qaviləyə əsasən cəmiyyət tərəfindən cavabdehin bank hesabına avans vəsaitlər ko çu ru lmu ş, həmçinin cavabdehə toxum, gu brə, dərman kimi mallar təhvil verilmiş və cavabdehə məxsus pambıq əkini u çu n sahədə mu xtəlif xidmətlər icra edilmişdir. Cavabdeh isə məhkəmə iclaslarında aralarında olan mu nasibətləri təkzib etməmiş, yalnız ona məxsus əkin sahəsində tərəflərindən hər hansı aqrotexniki xidmətlərin icra edilmədiyini iddia etmişdir. Bununla da, cavabdehin bank kartına ko çu rmu ş olduqları 9900 manat pul vəsaiti və 14194.2 manat məbləg ində mal-materialların (toxumluq çiyid, azot, dərman preparatları) qarşılıg ında yaranmış borc cavabdeh tərəfindən təkzib olunmamış, əksinə, yaranmış borcdan müəyyən o dənişlər edildiyi bildirilmişdir. Halbuki, məhkəmə bu məqamı araşdırsaydı, məhkəmənin gəldiyi yekun nəticə fərqli olmalı idi. Hesab edirlər ki, birinci instansiya məhkəməsi iş u çu n əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mu bahisə predmeti ilə bag lı tərəflərin yaranmış qarşılıqlı mu nasibətləri u zrə du zgu n hu quqi nəticəyə gəlməyərək əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Lakin məhkəmə tərəflər arasındakı müqavilənin şərtlərini təfsir edərkən yalnız hərfi mənalara uyğun münasibət bildirmişdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdeh məhkəmədə ifadəsində “X4 Kompleksi” MMC tərəfindən ona heç bir xidmətin göstərilmədiyini bildirmiş və bu ifadə əsasında ekspertiza rəyinə əsasən xidmət aktlarındakı imzalar cavabdehə aid olmadığından məhkəmə mübahisəyə formal yanaşaraq iddianı rədd etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əllərində olan digər bütün sübutlar qarşı tərəfə müəssisə tərəfindən aqrotexniki xidmətlərin hamısının göstərildiyinə işarə edir. Aktlardakı imzalaırn kim tərəfindən çəkilməsini müəyyənləşdirə bilmirlər. Torpaq sahəsi həmin şəxsin özünə aiddir. Kimsədən icazəsiz orada xidmət göstərə bilmirlər. Həmin şəxsin razılığı olur ki, xidmət göstərirlər. Xəbəri olmasa hüquq mühafizə orqanlarına müraciət edər ki, torpaqlaırnda qanunsuz iş gedir. Hər bir halda işlərdən fermerin xəbəri olur. Başqa şəxsə imza etdirimələri onlara müəyyən qədər problem yaradır. Onunla bağlı hazırda tədbirlər görülür. Cavabdeh təhvil verdiyi 12000 manatlıq pambığın qarşılığında aldığı 9900 manatı çıxdıqdan sonra yerdə qalan fərqi Istəmir. Bir az da sübutemə yükünün bölüşdürülməsi lazımdır. Məhkəmədə cavabdeh cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Izahatında göstərdi ki, pambıq əkilən torpaq sahəsi əmisi X5 məxsus 50 ha torpaq sahəsidir. Əmisi də Xırdalan şəhərində yaşayır. Əmisi ona zəng edərək bildirmişdir ki, plan qoyulub ki, pambıq əkilməlidir. Əmisi ondan vəsiqəsinin surətini göndərməsini xahiş etmiş, o da göndərmişdir. Nə iddiaçı ilə bağlanan müqavilədən xəbəri olmuş, nədəki icrasından. Əmisi ona demişdir ki, zavod özü hər bir şeyi edəcək. Özü Füzuli Hərbi Məhkəməsində məhkəmə iclas katibi işləyir, hər hansı bir digər fəaliyyət növü ilə məşğul deyildir. Ümumiyyətlə pambığın əkilməsindən, necə aqrotexniki qulluq göstərilməsindən, yığılıb təhvil verilməsindən, təhvil verilən xam pambığın miqdarından tam məlumatsız olmuşdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğvini, iddianın təminini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. X3 Kompleksi” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” *** saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 18 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. “xxxx” ASC tərəfindən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti direktoruna ünvanlanmış ##.##.2024-cü il tarixli arayışdan görünür ki, ##.##.2023 – ##.##.2024 il dövrü üzrə Cavabdeh bank hesabına 9900 manat pul vəsaiti köçürülmüşdür. Avans xidməti barədə aktlardan və təhvil-qəbul qəbzlərindən görünür ki, “X3 Kompleksi” MMC tərəfindən Cavabdeh müxtəlif iş və xidmətlər göstərilmiş, mallar təhvil verilmişdir. ## ###### 2023-cü il tarixli və ## ###### 2023-cü il tarixli pambıq qəbul qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 12102,76 manat dəyərində 17004,82 kq xam pambıq təhvil verilmişdir. “Üzləşmə Aktı”ndan görünür ki, ##.##.2023-cü il tarixli, *** nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə ##.##.2023-cü il tarixə fermer Cavabdeh 11991,44 manat borcunun olması müəyyən edilmişdir. Lakin fermer üzləşmə aktını imzalamaqdan imtina etmişdir. Maliyyə arayışında qeyd olunur ki, “X3 Kompleksi” MMC-nin “X6 və Istehsalı Zavodu” filialı ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, *** saylı müqaviləyə əsasən Cavabdeh 24094,20 manat avans vəsaiti verilmişdir. Verilmiş avansdan filiala 17004,82 kq xam pambıq təhvil verilərək 12102,76 manat avans vəsaiti qaytarılmışdır, 11991,44 manat borc qalmışdır. Iddiaçının cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, “X3 Kompleksi” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” *** saylı müqaviləsinə əsasən yaranmış 11911,44 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun “X3 Kompleksi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 29-cu vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 30cu vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 31-ci vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 32-ci vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 34-cü vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 35-ci vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 38-ci vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 39-cu vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 40-cı vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 43-cü vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 44-cü vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 45-ci vərəqəsində olan ****** nömrəli aktın surətində Cavabdeh adından əks olunan imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 26-cı vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 27-ci vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 28-ci vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 36-cı vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 37ci vərəqəsində olan ****** nömrəli aktın surətində, işin 41-ci vərəqəsində olan ****** nömrəli aktın surətində Cavabdeh adından əks olunan imzaların Cavabdeh tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Kommersiya münasibətləri digər mülki münasibətlərdən fərqli olaraq daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyət olduğundan, bu münaibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları (yazılı müqavilənin mövcudluğu, mühasibat uçotu sənədləri, audit rəyləri, vergi bəyannamələri, bank əməliyyatları və s.) daha yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə verilən hüquqi qiymətlə razılaşaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, iddia tələbi yalnız 9900 manat məbləğində pul vəsaitinin cavabdehin hesabına ödənilməsi hissədə təsdiqini tapır, cavabdeh tərəfindən təhvil verilmiş xam pambığın dəyəri bu məbləği əhatə edir, digər avans xidmətləri barədə təqdim edilmiş sübutların mötəbərliliyi öz təsdiqini tapmır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov
Məhkəmə qərarları › İş №2-2(3-9)-40/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-40/2026
06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver