Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-43/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) vəkil1, nümayəndəsi Nümayəndə iştirakı ilə, (cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil2 əvvəlki məhkəmə iclasında iştirak etmişdir.) İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı – ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq mal göndərməməsinə görə cavabdehə ödənilən 462.911,94 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanan ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli müqavilələr bağlanılmışdır. Həmin müqavilələrin 2-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya müasir standartlara uyğun keyfiyyətli materiallar verməli, əgər materiallar keyfiyyətsiz olarsa ekvivalent materiallar ilə dəyişdirilməli və ya geri götürülməlidir. Müqavilələrə uyğun olaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Lakin müqavilələrdə nəzərdə tutulan 462.911,94 manat pul hissə-hissə cavabdehə ödənilmişdir. ##.##.2021-ci il tarixdən müqavilə üzrə mal-materialların satışı üzrə 462.911,94 manat məbləğində EBBJ 207891, EBBJ 208621, EBBJ ****** nömrəli qaimələrlə iddiaçıya mal təqdim edilmişdir. Həmin nömrəli elektron qaimə ilə iddiaçıya verilən malmateriallar istifadə edildiyi zaman tələblərə uyğun olmadığı və yararsız vəziyətdə olduğu, istifadəsi mümkün olmadığı üçün geri qaytarılmışdır. Cavabdeh müqaviləyə uyğun olaraq mal-materiallar təqdim edəcəyini bildirsə də, müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bu göstərilənlərlə əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir ki, aldığı pulu qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulun geri qaytarılmasını gecikdirmişdir. İddiaçı ##.##.2025-ci il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq mal göndərməməsinə görə cavabdehə ödənilən 392.298,25 manat və 70.613,69 manat ƏDV borcu olmaqla, cəmi 462.911,94 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli müqavilələr bağlanılmışdır. Həmin müqavilələrin 2-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya müasir standartlara uyğun keyfiyyətli materiallar verməli, əgər materiallar keyfiyyətsiz olarsa, ekvivalent materiallar ilə dəyişdirilməli və ya geri götürülməlidir. Müqavilələrə uyğun olaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Lakin 462.911,94 manat pul hissə-hissə cavabdehə ödənilmiş, lakin əvəzində iddiaçıya heç bir mal-material verilməmişdir. ##.##.2021-ci il tarixdə cavabdeh iddiaçıya ##.##.2021-ci il tarixli müqavilə üzrə ##.##.2021-ci il tarixli qiymət razılaşma protokolu əsasında ƏDV ilə birlikdə 236.002,36 manat məbləğində EBBJ ****** saylı elektron qaimə göndərilməyinə baxmayaraq, həmin qaimədə göstərilən malmateriallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı müqaviləyə uyğun olaraq malların keyfiyyətsiz olduğuna görə göstərilən malları qəbul etməmişdir. ##.##.2021-ci il tarixdə iddiaçıya ##.##.2021-ci il tarixli müqavilə üzre ##.##.2021-ci il tarixli ##.##.2021-ci il tarixli qiymət razılaşma protokolu əsasında ƏDV ilə birlikdə 61.709,58 manat məbləğində EBBJ ****** nömrəli qaimə ilə iddiaçıya mal təqdim edilmişdir. Həmin nömrəli elektron qaimə ilə iddiaçıya verilən mal-materiallar, tələblərə uyğun olmadığı və yararsız vəziyətdə olduğu, istifadəsi mümkün olmadığı üçün geri qaytarılmışdır. ##.##.2021-ci il tarixdə iddiaçıya ##.##.2021-ci il tarixli müqavilə üzrə ##.##.2021-ci il tarixli qiymət razılaşma protokolu əsasında ƏDV ilə birlikdə 165.200 manat məbləğində EBBJ ****** nömrəli qaimə ilə iddiaçıya mal təqdim edilmişdir. Həmin nömrəli elektron qaimə ilə iddiaçıya verilən malmateriallar, tələblərə uyğun olmadığı və yararsız vəziyətdə olduğu, istifadəsi mümkün olmadığı üçün geri qaytarılmışdır. Geri qaytarılan malların elektron qaimələri də cavabdeh tərəfindən ləğv edilmişdir. Cavabdeh müqaviləyə uyğun olaraq qaytarılan mal-materialların əvəzinə keyfiyyətli malmateriallar təqdim edəcəyini bildirsə də, müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bu göstərilənlərlə əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir ki, aldığı pulu qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulun geri qaytarılmasını gecikdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili vəkil1 ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin hesabına malların pulunu özü köçürmüşdür, lakin mallar keyfiyyətsiz olduğundan onları təhvil almamışlar. Belə ki, mallar təqdim edilsə də, onlar tərəfindən təhvil alınmadığından, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq geri götürülmüşdür. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili vəkil2 məhkəmənin ##.##.2025ci il tarixli iclasında iştirak edərək, iddiaya etiraz etmiş və göstərmişdir ki, Çin Xalq Respublikasından malların gəlməsinə dair gömrük sənədləri vardır. Keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 malların təhvil verilməsinə dair sənədin olmamasını bildirsə də, sonradan belə bir sənədin mövcud olması məlum olmuşdur. Belə ki, bununla bağlı iltizam vardır. Sumqayıt şəhər İcra Hakimiyyəti sifarişçi olmuş və bu işlə əlaqədar olaraq yüksək məbləğ ayırılmışdır. Mallar cavabdeh tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 təhvil verilmişdir. Qeyd edilən müqavilələr əsasında malların dəyəri də Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X4 ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, 392.298,25 manat məbləğində əsas borc, 70.613,69 manat məbləğində ƏDV, cəmi 462.911,94 manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olması səbəbindən ləğv edilərək iddia tələbinin rədd edilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli müqavilələr üzrə iddiaçının cavabdehə 462.911,94 manat məbləğində pul vəsaiti ödəməsinə baxmayaraq, cavabdehin malları təqdim etmədiyi qənaətinə gəlinmiş, lakin eyni zamanda iş materialları ilə malların cavabdeh tərəfindən iddiaçıya deyil, üçüncü şəxsə – Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təhvil verildiyi müəyyən edildiyi halda bu hal düzgün hüquqi qiymətləndirilməmişdir. Məhkəmə özü də müəyyən etmişdir ki, mübahisə malların keyfiyyəti və onların geri qaytarılıb-qaytarılmaması ilə bağlıdır, lakin həmin halların sübut edilmə yükü iddiaçının üzərinə düşdüyü halda bu yük əsassız olaraq cavabdehin üzərinə qoyulmuşdur. Bununla yanaşı, məhkəmə bir tərəfdən malların iddiaçıya təhvil verilmədiyini, digər tərəfdən isə iddiaçının malları keyfiyyətsiz olduğuna görə qəbul etmədiyini qeyd etməklə bir-birini istisna edən nəticələrə gəlmişdir və bu ziddiyyət qətnamənin əsaslandırma hissəsinin qeyriardıcıl olduğunu göstərir, həmçinin nəzərə alınmamışdır ki, malların alıcının göstərişi ilə üçüncü şəxsə verilməsi hüquqi baxımdan alıcıya təhvil kimi qiymətləndirilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın ## ##### 2026-ci il tarixli iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Sumqayıt Şəhər Stadionunun tikintisi üçün İddiaçı MMC “xxxx” MMC-dən mal almalı olmuşdur. Bu işin sifarişçi təşkilatı Sumqayıt Şəhər İcra Hakimiyyəti olub. Sumqayıt Şəhər İcra Hakimiyyəti tələb edib ki, tikinti ən yüksək səviyyədə həyata keçirilməlidir. Çünki ölkə başçısı gəlib açılışda iştirak edə bilər. Ona görə də iddiaçı tərəf məhsul sifariş verməyə başlayıb. Verilmiş məhsulları Çindən onlar gətirmişlər. Bunu sübut edən sənədlər də vardır. Məhsul gətiriləndə isə iddiaçı tərəf tapılmadığına görə məhsul birbaşa sifarişçiyə verilmişdir. İcra Hakimiyyətinin memarı gəlmiş və malı birbaşa stadionun ərazisinə boşaltdırmışdır. Daha sonra isə iddiaçı tərəfə məlumat vermişlər. Onlar da gəlib tikinti işlərinə başlamışlar. Amma tikintiyə başlayandan ay yarım keçdikdən sonra Sumqayıt Şəhər İcra Başçısı əraziyə baxış keçirir və işi bəyənmir, deyir ki, bunu sökün başqa bir materialdan yığın. Qarşı tərəf də memara deyib ki, bu material bizə baha başa gəldiyinə görə gəlin başqa bir materialdan edək. Amma onların hesabına pul köçdüyünə görə İddiaçı MMC həmin ərazidə həmin materialla başqa işlər görüblər. Kollegiyanın ## ##### 2026-ci il tarixli iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) vəkil1 və nümayəndəsi Nümayəndə bildirmişlər ki, qarşı tərəf iddia edir ki, biz malları təhvil almışıq, amma malları təhvil alması ilə bağlı hər hansı bir sənəd təqdim edilmir, lakin onlar malları təhvil almamışlar. Təhvil almadıqları malı necə təhvil verə bilərlər. Aralarındakı müqavilə hələ də qüvvədədir, çünki müqavilədə vurğulanıb ki, tərəflər müqavilənin müddətinin bitirmək barədə müraciət etmədikcə həmin müqavilə qüvvədədir. “xxxx” MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Sumqayıt şəhər İcra Hakimiyyəti Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin “xxxx” MMC-nin nümayəndəsi (vəkili) vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olması səbəbindən ləğv edilərək iddia tələbinin rədd edilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında **/** nömrəli, ##.##.2021-ci il tarixli və **/** nömrəli, ##.##.2021-ci il tarixli müqavilələr bağlanmışdır. İş materiallarında olan sənədlərin (ödəniş tapşırıqlarının, elektron qaimə-fakturaların, qiymətlərin razılaşdırılma protokollarının) surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənişlər edilmiş, lakin malları təhvil almamışdır. İş materiallarına əlavə olan gömrük bəyannamələrindən görünür ki, paslanmayan poladdan olan metallar Çindən cavabdeh Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə ödənişin geri qaytarılması ilə bağlı xəbərdarlıq məktubu (bildiriş) göndərmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli iltizamın surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini X1 Hüseynzadə adına Sumqayıt Şəhər Stationunun tikinti işi ilə bağlı paslanmayan polad, metal materialları və profilləri Cavabdeh MMC-nin direktoru X5 qəbul etmişdir. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına və İddiaçı MMC-nin direktoru Anar Mustafayevin müavini və atası Nümayəndə məlumat vermiş və o, bildirmişdir ki, stadionda ayırdığı iki boksa boşaltsınlar. Materialların boşaldılması barədə tərtib edilmiş iltizam Cavabdeh MMC-nin direktoru X5 təqdim edilmişdir. İş materiallarına əlavə olunan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini X1 ##.##.2025-ci il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edərək, göstərmişdir ki, geniş miqyaslı işlərdən olan Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun inşasında mövcud olan layihə çox yöndəmsiz olduğuna görə tapşırıq verildi ki, təcili olaraq bu stadionun fasad, həyətyanı ərazisi yeni, estetik baxımdan tam yeni bir formatda işlənilməlidir. O da qısa bir vaxt ərzində bu yeni layihəni işləmişdir. Stadionun fasadının üzlük materiallarının gətirilməsini də bir şirkətə yönəltmiş və gətirmişdir. Baxmayaraq ki, stadion tikintisi tərəfindən hətta bir ilə hissə-hissə ödənişlərə görə birinci sifariş verilən (Çin Respublikasında) tam etiraz etmişdir. Yerli şirkət o qədər ziyana baxmayaraq, yenidən digər Çin zavodu ilə sifarişləri gətizdirib, təhvil verməyə tam nail oldu. Bu gətirilən materialların quraşdırılması vaxtı stadion tikən firma tərəfindən vəsaitləri yoxdur deyə, alkapon materialına keçid aldı (bu alkapona olan ödəniş nerj materialının quraşdırılmasından iki dəfə baha olmaqla) və başçının da göstərişi ilə çıxış yolu üçün deyildi ki, bu malları əvəzləşdirməklə (baxmayaraq ki, doğranmış materiallar idi) yönəltməyi ona tapşırılmış və o da bunun yerinə doğranmış materialları ziyanla yönəldərək aşağıdakı lazımi işləri etdirmişdir (bu 8 çeşid əlavə işlərə görə qəti vəsait ödənilməmiş, o “qaytarılan” materiallarla əvəzləşib)
1. Heykəl (nerj); 2. Bayraq kompleksi; 3. Girişdə tumba; 4. Girişdə reklam; 5. Girişdə elipsvari ərazi; 6. İnzibati binanın əsas girişində üç pilləli giriş konstruksiyaları; 7. Bir ədəd nümunənin (montaj üçün) hazırlanması və quraşdırılması; 8. Layihələndirmə və s. (bu 8 çeşid işlərə görə bir manat də əlavə vəsait ödənilməmiş, əvəzləşmişdir). Əlavə ödənilən vəsait aşağıdakılara görə olub: 9. stadionun fasadın alkapon ilə üzlənməsinə, 10. 11. 12. inzibati binanın interyerində sərgi, muzey, stadion meydanında tərtibat işlərinə və s.; stadionda sektorlar, reklam panoları, oturacaq nömrələrinə görə ödənilib (baxmayaraq ki, burada da o, ziyan etmişdir). Üzərindən dörd il keçib, bu tikinti firması o nerj gətirən firmanı məhkəməyə verib ki, bu malları qaytarmalı idi və onlara tam ödənişləri ödəməli idi. Birincisi, qanunla 14 gün müddətində malların guya keyfiyyətsiz olunması haqda, dəyişdirilməsi üçün müraciət olunmalı idi. İkincisi, gətirilən materiallar müqavilədə nə forma yazılıbsa, o formada da olub (bunu mal gətirən bildirib də). Üçüncüsü, o malların bir qismini o, həmin vaxt Sumqayıt ŞİHnin Memarlıq və Şəhərsalma idarəsinin rəis müavini, bu layihənin müəllifi kimi kömək məqsədi ilə etmişdir və hətta yeni etdiklərinə görə ona əslində bu stadion tikintisinin borcu da qalmışdır. Ən qəribəsi budur ki, bu firma hətta qəti şəkildə bu görülən 8 çeşid işləri rəsmiləşdirməmişdir. 08 avqustda Şirvan şəhərində olan ilk məhkəmədə bunlar ona bildirilsə də, ona demişdir ki, İcra hakimiyyətinin ona 6.000.000 manat borcu var. O, bildirmişdir ki, bunları rəsmiləşdirməli və əvəzləşdirməli idilər. Necə bəs onlar edilib? O, bu görülən işləri bəs necə görmüşdür? Nerj material əvəzləşməsi olmayıbsa, o, hardan və necə onlara verə bilər? Ya gərək ona veriləydi, ya da bu materialları əvəzləşdirməli idilər. Ediblər də, niyə sənədlə havada saxlamışlar? Dedi get al gətir. Göstərilənlərə əsasən bu işin həll edilməsini xahiş etmişdir. Cavabdehin vəkilinin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X1 ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 2020- 2022-ci il tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini vəzifəsində işləmişdir, həmçinin bu işin layihə rəhbəridir. Sifarişçi və icraçını, yəni İddiaçı MMC və Cavabdeh MMCnin qanuni nümayəndələrini tanıyır. Müqavilə İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış, Sumqayıt şəhər İcra Hakimiyyəti sifarişçi olmuşdur. Onun təklifi ilə materiallar Cavabdeh MMC-dən sifariş edilmişdir. Sifariş əsasında stadionun fasadı üçün təxminən 200.000 manat dəyərində (ƏDV daxil 395.000 manat) nerjavika setkası alınmışdır. Layihə müəllifi olduğu üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının göstərişi əsasında malları özü təhvil almış, lakin təhvil-təslim aktı imzalanmamışdır. Sifarişçi, yəni Sumqayıt şəhər İcra Hakimiyyəti pulu İddiaçı MMC-nin hesabına köçürmüşdür. Hazırlanmış nümunəni bəyənmədikləri üçün alkapon materialına keçdilər. İltizam verməyə səlahiyyəti olduğu üçün materiallar stationun anbarına yığılmışdır. Dəmirlərin bir qismini rəsmiləşdirmədən satmışdır. Həmin istifadə edilməyən materiallar İddiaçı MMC-nin razılığı ilə heykəllərlə əvəz edilmişdir. Bu barədə İddiaçı MMC-nin direktoru Anar Mustafayevin müavini və atası Nümayəndə məlumat vermişdir. Həmin iltizamda Sumqayıt şəhər İcra Hakimiyyətinin möhürü, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətində iltizamın nüsxəsi yoxdur. Hazırlanmış heykəl və əlavə 5 iş onun tərəfindən görülmüşdür. Heykəllərin dəyəri yüksək olduğu üçün 250.000 manat dəyərində işi 400.000 manat məbləğində işlə əvəz etmişdir. Göründüyü kimi, iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli müqavilələr üzrə iddiaçının cavabdehə 462.911,94 manat məbləğində pul vəsaiti ödəməsinə baxmayaraq, cavabdehin malları təqdim etmədiyi qənaətinə gəlinmiş, lakin eyni zamanda iş materialları ilə malların cavabdeh tərəfindən iddiaçıya deyil, üçüncü şəxsə, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təhvil verildiyi müəyyən edildiyi halda bu hal düzgün hüquqi qiymətləndirilməmişdir. Məhkəmə özü də müəyyən etmişdir ki, mübahisə malların keyfiyyəti və onların geri qaytarılıb-qaytarılmaması ilə bağlıdır, lakin həmin halların sübut edilmə yükü iddiaçının üzərinə düşdüyü halda bu yük əsassız olaraq cavabdehin üzərinə qoyulmuşdur. Bununla yanaşı, məhkəmə bir tərəfdən malların iddiaçıya təhvil verilmədiyini, digər tərəfdən isə iddiaçının malları keyfiyyətsiz olduğuna görə qəbul etmədiyini qeyd etməklə bir-birini istisna edən nəticələrə gəlmişdir və bu ziddiyyət qətnamənin əsaslandırma hissəsinin qeyriardıcıl olduğunu göstərir, həmçinin nəzərə alınmamışdır ki, malların alıcının göstərişi ilə üçüncü şəxsə verilməsi hüquqi baxımdan alıcıya təhvil kimi qiymətləndirilməlidir.
Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında ##.##.2021-ci il tarixli **/** nömrəli və ##.##.2021-ci il tarixli **/** nömrəli alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə uyğun olaraq iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh MMC-yə ümumilikdə 462.911,94 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mübahisə ödənişin edilməsinə dair deyil, cavabdehin həmin ödəniş müqabilində müqavilə üzrə üzərinə götürdüyü əsas öhdəliyi, malları müqaviləyə uyğun qaydada alıcıya təhvil verməsi öhdəliyini icra edib-etməməsinə dair olmuşdur. Birinci instansiya məhkəməsi də məhz bu hüquqi məsələni araşdırmış və nəticədə cavabdehin müqavilə üzrə əsas öhdəliyini yerinə yetirmədiyi qənaətinə gəlmişdir.
2. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mallar faktiki olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 təhvil verilmiş, buna görə də cavabdeh müqavilə öhdəliyini icra etmiş hesab edilməlidir. Lakin kollegiya hesab edir ki, bu dəlil iş materialları ilə təsdiq olunmur və hüquqi baxımdan əsaslı sayıla bilməz. Belə ki, müqavilələrin tərəfləri yalnız iddiaçı və cavabdeh olmuşdur. X1 müqavilə tərəfi olmamış, onun iddiaçını təmsil etmək, malları qəbul etmək və ya təhvil-təslim aktları imzalamaq səlahiyyətinə malik olmasını təsdiq edən hər hansı etibarnamə, göstəriş, qəbul aktı və ya digər sübut iş materiallarına təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi ##.##.2021-ci il tarixli iltizam birtərəfli qaydada tərtib edilmiş sənəd olmaqla, nə iddiaçının nümayəndəsinin imzasını, nə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi təsdiqini ehtiva edir. Hətta şahid Həsənov Cahid özü də məhkəmədə ifadəsində həmin iltizamda Sumqayıt Şəhər İcra Hakimiyyətinin möhürünün olmadığını və həmin sənədin İcra Hakimiyyətində nüsxəsinin mövcud olmadığını bildirmişdir. Bu hal iltizamın sübut qüvvəsini əhəmiyyətli dərəcədə zəiflədir və onu malların müqavilə üzrə alıcıya təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirməyə imkan vermir.
3. Əksinə, iş üzrə müəyyən edilmiş hallar göstərir ki, cavabdeh malların iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən heç bir təhvil-təslim aktı, qaimə üzrə qəbul qeydi, anbar qəbzi və ya digər ilkin uçot sənədi təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin sübutetmə yükünə dair müddəalarına əsasən, öhdəliyin icra edilməsini iddia edən tərəf həmin icranı sübut etməlidir. Cavabdeh isə müqavilə üzrə malların alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verildiyini sübut edə bilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin malların iddiaçıya təhvil verilməməsi barədə nəticəsi iş materiallarına uyğun olmuşdur.
4. Apellyasiya şikayətində məhkəmənin sübutetmə yükünü guya cavabdehin üzərinə qoyduğu göstərilsə də, həmin mövqe işin faktiki hallarına uyğun deyil. İddiaçı müqavilələrin bağlanmasını, pul vəsaitinin ödənilməsini, cavabdehə xəbərdarlıq göndərilməsini və malların qəbul edilmədiyini təsdiq edən sübutları təqdim etməklə ilkin sübutetmə vəzifəsini yerinə yetirmişdir. Bundan sonra müqavilənin lazımi qaydada icra edildiyini sübut etmək vəzifəsi təbii olaraq cavabdehin üzərinə keçmişdir. Çünki müqavilə üzrə malların təhvil verilməsi faktı məhz cavabdehin fəaliyyət dairəsində olan haldır və bu faktı təsdiq edən sənədlər də onun sərəncamında olmalı idi. Lakin belə sənədlər təqdim edilməmişdir.
5. Kollegiya həmçinin hesab edir ki, cavabdehin müqavilə öhdəliyini icra etmədiyi nəticəsi Mülki Məcəllənin 568.2-ci maddəsinin tələbləri ilə də təsdiq olunur. Həmin normaya əsasən satıcı əşyanı alıcıya verməklə eyni vaxtda əşyaya aid olan sənədləri, o cümlədən keyfiyyət sertifikatlarını, texniki sənədləri və digər zəruri sənədləri də təqdim etməyə borcludur. Hazırkı iş üzrə cavabdeh tərəfindən malların müqaviləyə uyğun qaydada iddiaçıya təhvil verilməsini təsdiq edən hər hansı təhvil-təslim aktı, qəbul sənədi, keyfiyyət sertifikatı, uyğunluq sənədi və ya malların iddiaçı tərəfindən qəbul edilməsini təsdiqləyən digər sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh yalnız malların xarici ölkədən gətirilməsinə dair gömrük sənədlərinə və üçüncü şəxs tərəfindən tərtib edilmiş iltizama istinad etmişdir. Halbuki, malların ölkəyə gətirilməsi və ya müəyyən ərazidə boşaldılması faktı 568.2-ci maddədə nəzərdə tutulan öhdəliyin icrası demək deyildir. İş materiallarında belə sənədlərin iddiaçıya təqdim edilməsini təsdiq edən mötəbər sübutlar mövcud olmadığından, cavabdehin müqavilədən irəli gələn vəzifələrini tam və lazımi qaydada yerinə yetirdiyi qənaətinə gəlmək mümkün deyildir.
6. Apellyasiya şikayətində qətnamənin əsaslandırma hissəsində ziddiyyət olduğu, məhkəmənin bir tərəfdən malların təhvil verilmədiyini, digər tərəfdən isə keyfiyyətsizliyə görə qəbul edilmədiyini qeyd etdiyi bildirilmişdir. Kollegiya bu dəlili də əsaslı hesab etmir. Qətnamənin məzmunundan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin irəli sürdüyü fərqli versiyaları təsvir etmiş, daha sonra isə sübutların qiymətləndirilməsi nəticəsində malların iddiaçıya təhvil verilmədiyi qənaətinə gəlmişdir. Məhkəmənin qətnaməsində “işin mübahisələndirilən halları” bölməsində cavabdehin müdafiə mövqeyinin əks etdirilməsi həmin halın məhkəmə tərəfindən müəyyən edilmiş fakt kimi qəbul olunması anlamına gəlmir. Əksinə, məhkəmə yekun nəticədə açıq şəkildə göstərmişdir ki, cavabdeh malları iddiaçıya təhvil verməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir.
7. Bundan əlavə, cavabdehin mövqeyi öz daxilində də ardıcıl deyildir. Bir tərəfdən malların tam şəkildə təhvil verildiyi iddia edilir, digər tərəfdən isə şahid X1 ifadəsindən görünür ki, həmin materialların bir hissəsi sonradan istifadə edilməmiş, bir hissəsi rəsmiləşdirilmədən satılmış, bir hissəsinin isə müxtəlif işlərlə əvəzləşdirildiyi bildirilmişdir. Şahid həmçinin materialların stadion anbarına yığılmasını, sonradan heykəllər və digər işlərlə əvəzləşdirilməsini qeyd etmişdir. Bu hallar əslində cavabdehin müqavilə üzrə konkret malları müqavilə tərəfi olan iddiaçıya təhvil verməsi faktını deyil, əksinə, həmin malların sonrakı taleyinin qeyri-müəyyən olduğunu göstərir. Belə bir vəziyyətdə müqavilə öhdəliyinin lazımi qaydada icra edildiyi nəticəsinə gəlmək mümkün deyildir.
8. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə öhdəliyi icra etməlidir, 442-ci maddəsinə görə isə öhdəliyin lazımınca icra edilməməsi onun pozulması hesab edilir. Habelə Mülki Məcəllənin 567-ci maddəsinə görə satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə verməkdir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh pul vəsaitini qəbul etsə də, müqavilə predmetini təşkil edən malların alıcıya verilməsini sübut edə bilməmişdir. Buna görə də müqavilə üzrə aldığı pul vəsaitini özündə saxlamaq üçün hüquqi əsas mövcud deyildir. Apellyasiya şikayətində Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarına istinad olunması da nəticəni dəyişmir. Çünki mülkiyyət hüququ müqavilə öhdəliklərinin icrasından yayınmaq hüququ vermir. Əksinə, cavabdehin müqavilə üzrə qarşı tərəfdən aldığı və əvəzində müqavilə predmetini təqdim etmədiyi pul vəsaitinin geri qaytarılmasına dair qərar məhz qanunla müəyyən edilmiş mülki-hüquqi məsuliyyət tədbiridir və mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.