Məhkəmə qərarları › İş №2-2(3-9)-6/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-6/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-6/2026 18.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əmhəd oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi”, birləşdirilmiş kommersiya işi üzrə iddiaçı Cavabdeh İstehsalat Birliyinin cavabdeh İddiaçı X13rşı “borcun ödənilməsi” tələblərinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) iddiaçı və cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixananın *************** saylı abonent koduna aktlara görə hesablanmış 154862,36 manat, qazdan istifadəyə görə isə qanunsuz hesablanmış 313933,65 manat, cəmi 468796,01 manat pul məbləğinin silinməsi, həmçinin məhkəməyə ödənilmiş 758,8 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən hal-hazırda iddiaçıya məxsus Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixananın (abonent kodu: 235402200000002) fəaliyyəti zamanı, 2024-cü ilin dekabrında 7999,64 manat, 2025-ci ilin fevralında 126465,12 manat, 2025-ci ilin martında isə 20397,60 olmaqla, ümumilikdə 154862,36 manat pul məbləğində borc hesablanmışdır. Bundan başqa cavabdeh təşkilat qazdan istifadəyə görə iddiaçıya əsassız olaraq 313933,65 manat məbləğində borc hesablamışdır. Cavabdeh tərəfindən göstərilən pul məbləğləri əsassız və qanunsuz hesablanmışdır. Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixanada qeyd edilən vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Həmin istixananın qaz sayğacının nasazlığı nəticəsində həmin həcmdə qaz sərfiyyatı qeydə alınmışdır. Belə ki, cavabdeh tərəfində həmin istixanaya qaz sayğacına laboratoriya şəraitində baxış keçirilmiş və yoxlanış zamanı müəyyən edilmişdir ki, sayğac qaz sərfiyyatını düzgün qeyd etmir. Buna baxmayaraq, cavabdeh tərəfindən nasaz sayğacın qeyd etdiyi qaz sərfiyyatı üzrə hesablanmış 154862,36 manat borc məbləğinin ödənilməsi tələb edilir. Həmçinin həmin borc məbləği ödənilməyi üçün istixanaya qazın verilməsi dayandırılmışdı. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilmiş və qanunsuz hesablanmış borc məbləğinin silinməsi xahiş edilmişdir. Lakin, cavabdeh pretenziyaya məhəl qoymamış və borc məbləği silinməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən həmin istixananın qaz sərfiyyatı üzrə hesablanmış 154862,36 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İstehsalat Birliyi cavabdeh İddiaçı X13rşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, *************** nömrəli abonent kodu üzrə yaranmış 468796,01 manat borc məbləğinin, iddia qaldırmaq üçün ödənilmiş 758,80 manat məbləğində dövlət rüsumunun, 1,14 manat bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixana 2023-cü ilin noyabr ayında X2 adına *************** nömrəli abonent kodu ilə qeydə alınmışdır. X2 istixanada 2023-ci ilin noyabr ayından 2025-ci ilin may ayınadək ümumilikdə 885.882,63 manat məbləğində qaz sərf etmiş, 417.086,62 manat məbləğində ödəniş etmiş, ##.##.2025-ci il tarixə 417.086,62 manat məbləğində borcu qalmışdır. İddiaçı MMC-nin direktoru X4 ##.##.2025ci il tarixdə ərizə ilə Cavabdeh İB-nin direktoru Azər Məmmədova müraciət edərək, X2 adında olan *************** nömrəli abonent kodu altında istifadə etdiyi qaz sayğacının üzərində göstərilən borc məbləği ilə birlikdə qaz sayğacının İddiaçı MMC-nin adına keçirilməsini xahiş etmiş və həmin qaz sayğacı üzərində olan borc məbləği, cari ayda istifadə olunan borc məbləği xaric məktubda göstərilən qrafikə əsasən ödənəcəyinə, layihə sənədlərinin hazırlanmasına cavabdeh olmalarını bildirmişdir. Ərizədə 468796 manat borcun 2025-ci ilin iyul ayından başlayaraq 2026-cı ilin iyun ayınadək hər ay 39066,34 manat ödənilməsi qeyd olunmuş, ərizə imza və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC-nin ərizəsi və təqdim olunmuş sənədlər nəzərə alınaraq, İddiaçı MMC ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə ##.##.2025-ci il tarixdə AMX-****/** nömrəli müqavilə bağlanılmış və ##.##.2025-ci il tarixdə X2 adında olan *************** nömrəli abonent kodu cavabdehin adına keçirilmişdir. Lakin cavabdeh öhdəliyə əsasən 2025-ci ilin iyul ayında 39066,34 manat ödəniş etməli olduğu halda ödəniş etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Bakı Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair e-*- *(***)-****/**** saylı iş, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair e-*-*(***)-****/**** saylı işlə birlikdə baxılmasından ötrü bir icraatda birləşdirilmişdir. Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə iddiası rədd edilmiş, iddiaçı Cavabdeh İB-nin iddiası təmin edilərək, *************** saylı abonent kodu üzrə yaranmış 468796,01 manat məbləğində borcun, 758,8 manat məbləğində dövlət rüsumunun və 1,14 manat məbləğində bank xidmət haqqının İddiaçı MMC-dən alınaraq Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək ləğv edilməsi və tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin bu yanaşması sahibkar olaraq hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh təşkilat tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlamanın qanuna uyğun olub olmamasını yetərincə və hərtərəfli araşdırmamış, sübutlar toplamamışdır. Belə ki, Cavabdeh İB tərəfindən həmin istixanaya qaz sayğacına məxsus sayğac çıxarılaraq aparılmış və laboratoriya şəraitində baxış keçirilmişdir. Yoxlanış zamanı müəyyən edilmişdir ki, sayğac qaz sərfiyyətini düzgün qeyd etmir. Buna baxmayaraq cavabdeh Cavabdeh İB tərəfindən nasaz sayğacın qeyd etdiyi qaz sərfiyyatı üzrə hesablanmış 154862,36 manat borc məbləğinin ödənilməsi tələb edilmişdir. Hesab edirlər ki, Cavabdeh İB “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərini kobudcasına pozmuşdur. Yekun olaraq, birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin acı nəticəsi olaraq sahibkarlıq hüquqları kobudcasına pozulmuşdur. Bu səbəbdən də məhkəmənin qərarının qərəzli və ədalətsiz olduğundan ləğv edilməsi zəruridir c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı və cavabdeh Cavabdeh İB apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin edilməməsini, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda hər iki iddia üzrə gətirilən əsaslandırmalara istinad olunaraq, apellyasiya şikayətində qeyd olunanlarla bağlı bildirilmişdir ki, Sabirabad rayonu Salmanlı kəndində yerləşən istixana 2023-cü ilin noyabr ayında X2 adına *************** nömrəli abonent kodu ilə qeydə alınmışdır. X3 istixanada 2023-cü ilin noyabr ayından 2025-ci ilin may ayınadək ümumilikdə 885882,63 manat məbləğində qaz sərf etmiş, 417086,62 manat məbləğində ödəniş etmiş, ##.##.2025-ci il tarixə 417086,62 manat məbləğində borcu qalmışdır. İddiaçı MMC-nin direktoru X4 ##.##.2025ci il tarixdə ərizə ilə CavabdehİB-nin direktoru Azər Məmmədova müraciət edərək X2 adında olan *************** nömrəli abonent kodu altında istifadə etdiyi qaz sayğacının üzərində göstərilən borc məbləği ilə birlikdə qaz sayğacının İddiaçı MMC-nin adına keçirilməsini xahiş etmiş və həmin qaz sayğacı üzərində olan borc məbləği, cari ayda istifadə olunan borc məbləği xaric məktubda göstərilən qrafikə əsasən ödənəcəyinə, layihə sənədlərinin hazırlanmasına cavabdeh olmalarını bildirmişdir. Ərizədə 468796 manat borcun 2025-ci ilin iyul ayından başlayaraq 2026-cı ilin iyun ayınadək hər ay 39066,34 manat ödənilməsi qeyd olunmuş, ərizə imza və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC-nin ərizəsi və təqdim olunmuş sənədlər nəzərə alınaraq İddiaçı MMC ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” ##.##.2025-ci il tarrixdə AMX-****/** nömrəli müqavilə bağlanılmış və ##.##.2025-ci il tarixdə X2 adında olan *************** nömrəli abonent kodu İddiaçı MMC-nin adına keçirilmişdir. Bildirirəm ki, ##.##.2024-cü il tarixində sayğac qaz sərfini qeyd etmədiyi üçün qazın verilişi dəmir ötürücü vasitəsilə təmin olunmuşdur. Həmin tarixdə tərtib olunmuş 01 nomreli protokola əsasən ##.##.2024-cü il tarixidə daxil olmaqla sayğacın olmadığı hər gün üçün qaz sərfi 18181 m3 qebul edilmişdir. 2gün müddətində istixananın qaz təminatı sayğacsız olduğu üçün ümumilikdə 2 (gün) x 18181(günlük qaz sərfi) = 36362 m3 x 0,22 qaz sərfi dəyəri 7999,64 manat hesablanaraq saldonun qalıq ve aktlar bölməsinə daxil edilmişdir. ##.##.2024-cu il tarixli ******* nömrəli akt əsasında G160 markalı ******** nömrəli qaz sayğacı açılmışdır. Açılarkən qaz sayğacının göstəriciləri mexaniki hissədə 3604663 m3, elektron hissədə 4404850 m3 olmuşdur. Bu saygacla dekabr ayında qeydə alınan qaz sərfi 4404850 - 4053671=351179 m3 olmuşdur. Həmin tarixdə, yeni ##.##.2024-cU il tarixli ******* nömrəli akta əsasən G250 markalı 75018798 nomreli sayğac istixananın qaz xettinin üzərinə quraşdırılmışdır. Sayğac quraşdırılarkən göstəricisi mexaniki hissədə 5546750 m3, elektron hissədə 5939072 m3 olmuşdur. Ayın sonunda G250 markalı sayğacın göstericisi 6044304 m3 olmuş və bu sayğacla qeydə alınmış qaz sərfiyyatı 105232 m3 olmuşdur. 2024-cü ilin dekabr ayrıda qeydə alınan qaz serfiyyatının ümumi həcmi 3 hissədən, - G160 markalı qaz sayğacı ile qeydə alınan 351179 m3, protokola əsasən 36362 m3 ve G250 sayğacla qeydə alınan 105232 m3 (351179 m3 + 36362 m3 +1 0s232 m3) qaz sərfiyyatlarının cəmi 492773 m3, dəyəri 100410,42 manat borc məbləgi saldoya daxil edilmişdir ve odeniş edilməmişdir. 2023 ve 2024-cü illərdə qeydə alınan qaz sərfiyyatlarına göre ödəniş edilmədiyi üçün ##.##.2024-cü il tarixinə ümumilikdə 432886,74 manat məbləgində borc yaranmışdır. 2025-ci ilin yanvar və fevral aylarında sayğacla qeydə alınan qaz sərfiyyaları saldoya daxil edilmişdir və istehlakçı tərəfindən natamam ödəniş edilmişdir. Belə ki, yanvar ayrnda sayğacla qeydə alınan sərfiyyatın 126124,53 manat dəyərinə qarşı 59850,80 manat, fevral ayında 160391,04 manat dəyerinə qarşı 137349,97 manat ödəniş edilmişdir. ##.##.2025ci il tarixinə 522201,84 manat məbləğində borc yaranmışdır. ##.##.2025-ci il tarixli ******* nömrəli akta əsasən G250 markalı 75018728 nomrəli qaz saygacı qaz xəttinin üzərindən açılmışdır. Çıxarılan sayğacın göstəriciləri mexaniki hissədə 6204716 m3, elektron hissədə 7239546 m3 olmuşdur. ##.##.2025-ci il tarixdə tərtib olunmuş ** nömrəli protokola əsasən ##.##.2025-ci il tarixi də daxil olmaqla sayğacın olmadığı hər gün üçün qaz sərfi 16998 m3 qəbul edilmiş, (16998 m3x 31 gün = 526938 m3) 126465,12 manat borc məbləği saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. Həmin ayda 160282,28 manat məbləğində ödəniş edilmiş və ayın sonuna borc məbləği 488384,08 manat olmuşdur. ##.##.2025-ci il tarixli protokola əsasən 84990 (16998 m3x 5 gün = 84990) m3 qaz sərfinin dəyəri 20397,6 manat borc məbləği saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. ##.##.2025-ci il tarixli ******* nömrəli akta əsasən G1000 markah ******** nömrəli qaz sayğacı quraşdırılmışdır. Aprel ayının sonuna sayğacla qeydə alınan qaz sərfiyyatı 81740 m3, dəyəri 19617 manat borc məbləği saldoya daxil edilmişdir. Bununla da 2025-ci ilin aprel ayında ümumilikdə 166730 m3 təbii qazdan istifadə edilmiş 9900 manat ödəniş edilmiş və ayın sonuna borc məbləği 518498,98 manat olmuşdur. 2025-ci ilin may ayında borcdan 47902,97 manat ödəniş edilmiş və ##.##.2025-ci il tarixine 468796,01 manat borc məbləği qalmışdır. Qeyd olunanlar İddiaçı MMC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin verilmiş apellyasiya şikayətinin əsassız olmasının birbaşa sübutudur. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı və cavabdeh Cavabdeh İB-in nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, tərəflərindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olmasını təsdiq edən sənədlər və etirazın məhkəməyə təqdim olunduğunu bildirərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçı və cavabdeh CavabdehİB-in nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və cavabdeh "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə maddi və prosessual hüquq normalarının tətbiqində qismən səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur. ##.##.2023-cü il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, ##.##.2023-cü il tarixdə istehlakçıya (X2) məxsus qeyri-yaşayış sahəsinin qaz təsərrüfatına yerində baxış keçirilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və həmin akt istehlakçının nümayəndəsi X5 tərəfindən imzalanmışdır. ##.##.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, sayğac Sabirabad XS-nin nümayəndələri tərəfindən quraşdırılmış və istismara yararlıdır. ##.##.2024-cü il tarixli ** saylı razılaşma protokolundan görünür ki, ##.##.2024-cü il tarixi də daxil olmaqla sayğacın olmadığı gün üçün razılaşdırılmış sərfiyyat 18181 m3-dur. ##.##.2024-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, sayğac qaz buraxmadığı üçün çıxarılmış və d/y göndərilmişdir. ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, sayğac quraşdırılmış və istismara yararlıdır. ##.##.2025-ci il tarixli ** saylı razılaşma protokolu və ##.##.2025-ci il tarixli ** saylı razılaşma protokolundan görünür ki, sayğacın olmadığı gün üçün razılaşdırılmış sərfiyyat 16998 m3-dur. İddiaçı MMC-nin Cavabdeh İB-yə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, X2 adında olan 235402200000002 abonent kodu altında istifadə etdiyi qaz sayğacının üzərində göstərilən borc məbləği ilə birlikdə qaz sayğacını şirkətin adına keçirilməsi xahiş edilmiş və həmin şəxsin adında olan qaz sayğacının üzərində olan borc məbləği cari ayda istifadə olunan borc məbləği xaric göstərilən qrafikə əsasən ödəniləcəkdir. Layihə sənədlərinin hazırlanmasına cavabdeh dururlar. Həmin ərizədə göstərilmiş ödəniş qrafikinə əsasən İddiaçı MMC yaranmış 468796 manat məbləğində borcu 12 ay müddətinə (2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayına qədər olan dövr ərzində) hər ay 39066,34 manat məbləğində olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Abonent saldosundan görünür ki, X2 təbii qazdan istifadəyə görə 468796,01 manat məbləğində borcu vardır. Həmin borcun 154982,36 manat hissəsi saldonun qlıq və aktlar hissəsində borc kimi qeydə alınan məbləğdir. Belə ki, 2024-cü ilin dekabr ayında 7999,64 manat, 2025-ci ilin mart ayında 126465,12 manat və 2025-ci ilin aprel ayında 20397,60 manat məbləğində borclar abonent saldousunun qalıq və aktlar bölməsinə işlənmişdir. İşdən görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə yaranmış 468.796,01 manat məbləğində borcun ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixli “Bildiriş-xəbərdarlıq” göndərilmişdir. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə borcun ödənilməsinə dair, İddiaçı MMC tərəfindən isə Cavabdeh İB-yə borcun silinməsinə dair pretenziya məktubları göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, “xxxx” MMC barəsində 2024-cü və 2025-ci illərdə Reyestrdə qeydiyyata alınmış yoxlama aşkar edilməmişdir. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Reyestrdə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamaların qeydiyyatının aparıldığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialının aparıcı müfəttişi Rəmzi Əliyevin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilən sənədlərdən abonent saldosundan, istehlakçının qaz təsərrüfatının ##.##.2023-cü il tarixli inventar aktından və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2023-cü il tarixli ******* nömrəli aktdan məlum olur ki, ##.##.2023-cü ildə istixananın qaz xətti üzərində G160 markalı ******** nömrəli qaz sayğacı quraşdırılmış və istehlakçının ("xxxx" MMC) adına *************** nömrəli fərdi qaz hesabı (abonent saldosu) açılmışdır. Həmin bu sənədlərə əsasən qaz sayğacının quraşdırılarkən göstəriciləri mexaniki və elektron hissədə 2575777 m³ olmuşdur, qaz hesabında istehlakçının borcu olmamışdır. Saldoya əsasən sayğacla 2023-cü ilin noyabr və dekabr aylarında ümumilikdə 395801 m³ qaz sərfi, dəyəri 87076,22 m³ manat məbləğində borc hesablanaraq saldoya daxil edilmiş, dəyəri ödənilməmişdir. Həmçinın 2024-cü ilin yanvar, fevral, mart, aprel ve noyabr ayları ərzində sayğacla qeydə alınmış sərfiyyatlar ümumilikdə 1079093 m³, dəyəri 237400,46 manat borc məbləği hesablanaraq saldoya daxil edilmiş, ödəniş edilməmişdir. ##.##.2024-cü il tarixində sayğac qaz sərfini qeyd etmədiyi üçün qazın verilişi dəmir ötürücü vasitəsilə təmin olunmuşdur. Həmin tarixdə tərtib olunmuş ** nömrəli protokola əsasən ##.##.2024-cü il tarixi də daxil olmaqla, sayğacın olmadığı hər gün üçün qaz sərfi 18181 m³ qəbul edilmişdir. 2 gün müddətində istixananın qaz təminatı sayğacsız olduğu üçün ümumilikdə 2 x 18181=36362 m³ x 0,22 qaz sərfi dəyəri 7.999,64 manat hesablanaraq saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. ##.##.2024-cü il tarixli ******* nömrəli akt asasında G160 markalı ******** nömrəli qaz sayğacı açılmışdır. Açılarkən qaz sayğacının göstəriciləri mexaniki hissədə 3604663 m³ elektron hissədə 4404850 m³ olmuşdur. Bu sayğacla dekabr ayında qeydə alınan qaz sərfi 4404850-4053671- 351179 m² olmuşdur. Həmin tarixdə yəni ##.##.2024-cü il tarixli ******* nömrəli akta əsasən G250 markalı ******** nömrəli sayğac istixananın qaz xəttinin üzərinə quraşdırılmışdır. Sayğac quraşdırılarkən göstəricisi mexaniki hissədə 5546750 m³, elektron hissədə 5939072 m² olmuşdur. Ayın sonunda G250 markalı sayğacın göstəricisi 6044304 m³ olmuş və bu sayğacla qeydə alınmış qaz sərfiyyatı 105232 m³ olmuşdur. 2024-cü ilin dekabr ayında qeydə alınan qaz sərfiyyatının ümumi həcmi 3 hissədən G160 markalı qaz sayğacı ilə qeydə alınan 351179 m3, protokola əsasən 36362 m³ va G250 sayğacla qeydə alınan 105232 m³ (351179 m3 + 36362 m³ +105232 m³) qaz sərfiyyatlarının cəmi 492773 m³, dəyəri 100410,42 manat borc məbləği saldoya daxil edilmişdir və ödəniş edilməmişdir. 2023 və 2024-cü illərdə qeydə alınan qaz sərfiyyatlarına görə ödəniş edilmədiyi üçün ##.##.2024-cü il tarixinə ümumilikdə 432886,74 manat məbləğində borc yaranmışdır. 2025-ci ilin yanvar və fevral aylarında sayğacla qeydə alınan qaz sərfiyyatlar saldoya daxil edilmişdir və istehlakçı tərəfindən natamam ödəniş edilmişdir. Belə ki, yanvar ayında sayğacla qeydə alınan sərfiyyatın 126124,53 manat dəyərinə qarşı 59850,50 manat, fevral ayında 160391,04 manat dəyərinə qarşı 137349,97 manat ödəniş edilmişdir. ##.##.2025-ci il tarixinə 522201,84 manat məbləğində borc yaranmışdır. ##.##.2025ci il tarixli ******* nömrəli akta əsasən G250 markalı ******** nömrəli qaz sayğacı qaz xəttinin üzərindən açılmışdır. Çıxarılan sayğacın göstəriciləri mexaniki hissədə 6204716 m³, elektron hissədə 7239546 m³ olmuşdur. ##.##.2025-ci il tarixdə tərtib olunmuş ** nömrəli protokola əsasən ##.##.2025-ci il tarixi də daxil olmaqla sayğacın olmadığı hər gün üçün qaz sərfi 16998 m³ qəbul edilmiş, (16998 m³x 31 gün = 526938 m³) 126465,12 manat borc məbləği saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. Həmin ayda 160282,28 manat məbləğində ödəniş edilmiş və ayın sonuna borc məbləği 488384,68 manat olmuşdur. ##.##.2025-ci il tarixli protokola əsasən 84990 (16998 m³ x 5 gün = 84990) m³ qaz sərfinin dəyəri 20397,6 manat borc məbləği saldonun qalıq və aktlar bölməsinə daxil edilmişdir. ##.##.2025-ci il tarixli ******* nömrəli akta əsasən G1000 markalı ******** nömrəli qaz sayğacı quraşdırılmışdır, aktda sayğacın quraşdırılarkən göstəricisinin mexaniki və elektron hissədə 488 m³ olduğu qeyd olunmuşdur. Aprel ayının sonuna sayğacla qeydə alınan qaz sərfiyyatı 81740 m³ dəyəri 19617 manat borc məbləği saldoya daxil edilmişdir. Bununla da 2025-ci ilin aprel ayında ümumilikdə 166730 m³ təbii qazdan istifadə edilmiş 9900 manat ödəniş edilmiş və ayın sonuna borc məbləği 518498,98 manat olmuşdur. 2025-ci ilin may ayında borcdan 47902,97 manat ödəniş edilmiş və 31.05.205ci il tarixinə 468796,01 manat borc məbləği qalmışdır. Bundan sonra sayğac göstəricilərində və borc məbləğində hər hansı dəyişmə olmamışdır. Məlumat üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın (bundan sonra Qayda) 5.4-cü bəndinə əsasən qaz sayğacı olmadığı Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bendində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qeyd olunanları nəzərə alaraq, sayğacla müəyyənləşən sərfiyyatların dəyərinə uyğun yaranan 468796,01 manat borc məbləğinin ödənilməsi məqsədəuyğun hesab edilir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya * nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Qaydaların 2.11.-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Qaydaların 2.11-1.-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaydaların 2.11-2-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Qaydaların 4.3 və 4.4-cü bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 5.2.-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qaydaların 5.4.-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əsasən ## ###### 2024-cü il və # #### 2025-ci il tarixlərində qaz paylayıcısının səlahiyyətli nümayəndələri tərəfindən sayğacın qaz sərfini qeyd etməməsinin aşkar edilməsi sahibkarlıq sahəsində aparılan yoxlama kimi rəsmi reyestrdə qeydə alınmadan aparıldığından, reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi isə tanınmadığından, həmin yoxlama üzrə borcun hesablanması, ## ###### 2024-cü il, # #### 2025-ci il və # ##### 2025-ci il tarixli dəyərinin ödənilməsinin razılaşdırılması protokollarına əsasən tələb edilməsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-2, 4.3, 4.8, 4.9-cu bəndlərinin tələblərinə ziddir və pozuntudur. Odur ki, həmin yoxlamalar nəticəsində hesablanaraq, abonent saldosunun qalıq və aktlar bölməsinə 2024-cü ilin dekabr ayında işlənmiş 7999,64 manat borc, 2025-ci ilin mart ayında işlənmiş 126465,12 manat borc və 2025-ci ilin aprel ayında işlənmiş 20397,60 manat məbləğində olmaqla 154862,36 manat borc silinməlidir. Abonentin sayğac üzrə qeydə alınan 313933,65 manat məbləğində borcu "xxxx" MMC-dən tutularaq Cavabdeh İB-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, hər iki iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təsdiqini tpadığından, iddianın təmin olunan 33% hissəsinə mütənasib olaraq iddia vərilərkən ödənilmiş 758,8 manat, apellyasiya şikayəti verilərkən ödənilmiş 379,4 manat dövlət rüsumlarının cəminin 375,6 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddiaçı Cavabdeh İstehsalat Birliyinin cavabdeh “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası da qismən təmin edildiyindən, iddianın təmin olunan 67% hissəsinə mütənasib olaraq ödənilmiş 758,8 manat dövlət rüsumunun 508,39 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı İddiaçı məxsus Şirvan MQKS, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən istixananın *************** saylı abonent koduna aktlara görə hesablanmış 154862,36 (bir yüz əlli dörd min səkkiz yüz altmış iki manat 36 qəpik) manat məbləğində borc silinsin və çəkilmiş məhkəmə xərclərinin 375,6 manat hissəsi Cavabdeh İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İstehsalat Birliyinin cavabdeh İddiaçı X13rşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. *************** saylı abonent kodu üzrə yaranmış 313933,65 manat məbləğində debitor borc, ödənilmiş dövlət rüsumunun 508,39 manat hissəsi cavabdeh İddiaçı X14 alınaraq Cavabdeh İstehsalat Birliyinə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar