Məhkəmə qərarları › İş №2-2(3-9)-60/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-60/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-60/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S I Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## ##### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad Ilham oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19591,90 manat əsas, 2206 manat zərər, 1095,60 manat dəbbə pulu, vəkilə xidmət haqqı olaraq ödənilmiş 850 manat pulu və ümumilikdə 23743,50 manat pulun və iş üzrə ödənilmiş 162 manat dövlət rüsumunun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı QSC ##.##.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı QSC cavabdeh Cavabdeh ilə aralarında ## #### 2024-cü il tarixli, */**- *** saylı müqavilə imzalanmışdır. Müqavilə üzrə tərəfindən cavabdehə ümumilikdə 28091,90 manat dəyərində məhsul verilmişdir. Cavabdeh tərəfindən onlara olan borcdan 8500 manat ödəniş edilmiş və bu günə 19591,90 manat borcu qalmışdır. Dəfələrlə cavabdehə “xxxx” QSC-yə İddiaçı QSC-yə olan 19591,90 manat borcunun ödəməsini bildirsədə, cavabdeh bu günə qədər onlara olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən tərəfindən cavadehə müraciət göndərilmişdir. Lakin, cavabdeh yenə də İddiaçı QSC-yə olan borcunu ödəməmişdir. Hazırda cavabdeh Cavabdehdan 19591,90 manat pul məbləğini başqa qayda da ilə ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1- cimaddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Məcəllənin 448.1-ci maddəsinə görə, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanunların izahından göründüyü kimi cavabdeh Cavabdeh yuxarıda sadaladığımız məsulların alışı üzrə 19591.90 manat pulumuzu qanunsuz olaraq özündə saxlamaqla İddiaçı QSC-yə zərər vurmuşdur. Biz bu zərəri Azərbaycan Respublikası Mərkəzi Bankının Uçot faiz dərəcəsinə uyğun hesablamaqla 2206 manat olaraq dəyərləndirirlər. Hesab edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin tələbinə əsasən, 2206 manat pulu cavabdeh Cavabdeh alınıb İddiaçı QSC-yə ödənilməlidir. Bundan başqa Müqavilənin 8.3-cü bəndinə əsasən razılaşdırılan ödəniş müddətinin pozulmasına görə gecikdirilən məbləğin 0,01% olaraq qeyd edilmişdir. Belə olan təqdirdə cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış ödəniş müddətini pozduğunuza görə 19591.90 manat məbləğinin hər gecikmə günü üçün faiz hesablanmışdır. Hazırki günə 1095.60 manat dəbbə pulu hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının cavabdehə iddia ərizəsində göstərilən qaydada mal verməsi iş materialları, Whatsapp yazışmaları, səs qeydləri və şahid ifadəsi ilə tam təsdiq olunur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin əsli cavabdehdə qaldığı üçün məhkəməyə təqdim edə bilmirlər. Qanunda alqı-satqı müqaviləsi üçün xüsusi norma nəzərdə tutulmamışdır. Hesab edir ki, iş materialları ilə tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğu öz təsdiqini tapır. O, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, 8000-8500 manat dəyərində yalnız korbomid gübrəsi almış, onun da pulunu ödəmişdir. O, məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsini imzalamamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 19591,90 manat məbləğində əsas borc və 300 manat məbləğində cərimə olmaqla, cəmi 19891,90 (on doqquz min, səkkiz yüz doxsan bir manat, doxsan qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 149,68 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi sübutların heç biri həqiqəti əks etdirmir, iddiaçı ilə aralarında yalnız şifahi razılaşma olmuş və həmin razılaşma əsasında üzərinə düşən 8500 manat öhdəlik tam olaraq icra edilmişdir. Eyni zamanda qeyd edilir ki, iddiaçı tərəfindən təqdim edilən qaimələrdə göstərilən mallar qəbul edilməmiş, təqdim olunmuş səs yazıları və “WhatsApp” yazışmalarının heç bir hüquqi əsası yoxdur. Şikayətdə həmçinin göstərilir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 28091,90 manat məbləğində mal verildiyi iddia edilsə də, həmin qaimələr cavabdeh tərəfindən qəbul edilməmiş, bu sənədlər saxta müqavilədən irəli gəlmiş və heç bir hüquqi əsasa malik olmamışdır. Bildirilir ki, İddiaçı QSC ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli müqavilə bağlanmamış, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza müqavilənin əsli təqdim olunmadığından imzanın cavabdehə məxsus olub-olmadığını müəyyən edə bilməmiş, nəticədə müqavilənin mötəbərliyi şübhə altına düşmüş və etibarsız hesab edilmişdir. Buna baxmayaraq həmin etibarsız müqaviləyə əsaslanan qaimələr üzrə iddianın təmin edilməsi düzgün olmamışdır. Bundan əlavə qeyd olunur ki, şifahi razılaşma yalnız karbomid gübrəsinə münasibətdə olmuş, “166 yükdaşıma” xidməti də yalnız bu məhsulun daşınmasını həyata keçirmişdir, digər mallarla bağlı münasibət mövcud olmamışdır. “WhatsApp” yazışmalarının mötəbərliyi şübhə altındadır, həmin yazışmalar üzrə şikayət verən şəxsin iştirakı ilə heç bir araşdırma aparılmamış və bu səbəbdən onların sübut kimi qəbul edilməsi əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-ci maddəsinə əsasən, Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-ci maddəsinə əsasən, Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərarı: Plenumun nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” ## #### 2009-cu il tarixli plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC (satıcı) ilə Cavabdeh (Alıcı) arasında ##.##.2024-cü il tarixli, */**-*** saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, bu Müqavilənin şərtlərinə asasan Satıcı Müqavilənin əlavəsi hesab edilən və Alıcı tərəfindən rəsmiləşdirilən İ saylı Əlavədə göstərilən malları (bundan sonra Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istilada məqsədləri üçün yararlı halda Alıcıya salmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya Ödəməyi öhdəsinə götürür. 3.1. Malların Alıcıya çatdırılması müvalıq Əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcək. 3.2. Malların təhvil verilməsi Alıcının Müqavilənin müvalıq əlavələrində göstərilən (ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun. 3.3. Satıcı Malların çatdırılması zamanadək aşkar edilmiş qüsurlar hər iki tərəfin birgə tərtib edəcəyi və imzalayacağı Qüsur Aktında əks olunacaq. 3.4. X2 təhvil verilməsini Tərəflər arasında müvaliq qaydada imzalanacaq Təhvil- Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Tərəflər razılaşırlar ki. malların çaldırlması zamanı hər-hansı bu kimi qüsur aşkar olunduqda onların Satıcı tərəfindən aradan qaldırılması yuxarıdakı 3.3-cü bənddə istinad olunan Qüsur Aktında müəyyən olunmuş müddətdə təmin edilmiş olsun. 3.5. Malların Satıcı tərəfindən Alıcıya faktiki təhvil verilməsi anmadəkMallarm təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riskini Salıcı özü daşıyır. 3.6. Malların Alıcıya çaldırılması, təhvil verilməsi müddətləri və yeri İ saylı Əlavə də müəyyən edilir. 3.7. Mallar müvafiq standart və tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılmalıdır. 3.8. Qablaşdırma Malların təyin olunan yerə zədələnmədən və korlanmadan çatdırılmasını təmin elməlidir. Qablaşdn manın ümumi (müvafiq standartlara cavab verən) şənləri və (və ya) xüsusi (Alıcının əlavə tələblərinə cavab verən) şərtləri Müqavilənin əlavəsində müəyyən oluna bilər. 4.1. bəndinə əsasən Bu Müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və müvafiq saylı Əlavədə müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya anması l'ərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız, tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə əlavə olunmaqla (Əlavə 2) müəyyənləşdiriləcək. 4.2. Bu Müqaviləyə əsasən ödənişlər Azərbaycan manatı ilə həyala keçiriləcək. Xarici valyutada göstərilmiş qiymətlər müvafiq hesab-faktura üzrə ödənişin həyala keçiriləcəyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş tarixi üçün müəyyən eldiyi rəsmi məzəmi, uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaq. 4.3. Tərəflər bu Müqaviləyə uyğun olaraq təqdim olunacaq Mallar ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş özlərinə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərinin edilməs, öhdəli) inin icrasına görə özləri məsuliyyət daşıyırlar. “Elektron Məhkəmə Informasiya Sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona VÖEN:7000521022 verilmişdir. Iş materiallarında olan sifarişlər, hesab faktura və elektron qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 28091,90 (qırx beş min dörd yüz on dörd manat, səksən qəpik) manat məbləğində mal verilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) ilə Cavabdeh Zakir oğlu (VÖEN: 7000521022) arasında ## #### 2024-cü il tarixli 1/24-136 AZ saylı müqaviləyə əsasən aşağıdakı elektron qaimələr üzrə mallar təqdim edilmişdir: ##.##.2024-cü il tarixli, MT************ nömrəli elektron qaimə üzrə 9 702,00 AZN məbləğində, ##.##.2024-cü il tarixli, EBEB ****** nömrəli elektron qaimə üzrə 11 210,90 AZN məbləğində, ##.##.2024-cü il tarixli, EBEB ****** nömrəli elektron qaimə üzrə 270,00 AZN məbləğində, ##.##.2024-cü il tarixli, EBEB ****** nömrəli elektron qaimə üzrə 5 698,00 AZN məbləğində, ##.##.2024-cü il tarixli, EBEB ****** nömrəli elektron qaimə üzrə 675,00 AZN məbləğində, ##.##.2024-cü il tarixli, EBEB ****** nömrəli elektron qaimə üzrə 536,00 AZN məbləğində mallar verilmişdir. Yuxarıda qeyd edilən qaimələr üzrə təqdim edilmiş malların ümumi dəyəri 28 091,90 AZN təşkil edir. Qeyd olunan məbləğin ödənilməsi məqsədilə cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə 8 000,00 AZN və ##.##.2024-cü il tarixdə 500,00 AZN məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da ##.##.2025-ci il tarixə ödənilməmiş borc qalığı 19 591,90 AZN təşkil edir. Cavabdeh İddiaçı QSC-yə 19591,90 manat qalıq borcu təşkil edir. Iş materiallarına əlavə edilmiş cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı QSC-dən 8000-8500 manat civarında karbomid gübrəsini nəğd şəkildə aldığını, pulu kart hesablarına köçürdüyünü bildirmişdir. Iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ***** nömrəli, ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 417211********** nömrəli kart hesabına (müştəərinin adı: A**Z**Ə**) 8000 manat məbləğində vəsait köçürülmüşdür. Iş materiallarında əlavə edilmiş “flashcard” əks olunan səs qeydlərindən görünür ki, Cavabdeh “qiymətlərin normal olduğunu, normal satış edəcəyini, daban gübrələri, Abafoz, bir də 3-16 yazdırdığını, mümkün olduğu təqdirdə hərəsindən hissə-hissə 1 maşın götürmək istədiyini, müştərilərin gözlədiyini, yazılan sifarişləri bu günə və ya sabaha götürmək istədiyini” bildirir. Iş materiallarında əlavə edilmiş “flashcard” əks olunan “Vhats up” yazışmalarından görünür ki, Cavabdeh qeyd edir ki, “20091 (iyirmi min doxsan bir manat) cəmi ödəniş olmalıdır düzdür?” bundan sonra “gələn həftə 10000 ödəniş edəcəm qalığı ayın sonu edəcəm tam nağd şəkildə”. Bundan başqa, həmin yazışmalardan görünür ki, Cavabdeh ona göndərilməli malların siyahısını və və 8000 manat ödəniş etdiyinə dair qəbzi, həmçinin şəxsiyyət vəsiqəsinin və fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin şəkillərini iddiaçı tərəfə göndərmişdir. Iş materiallarına əlavə edilmiş “166 yükdaşıma xidməti” tərəfindən verilmiş ****** nömrəli, ##.##.2024-cü il tarixli əmtəə nəqliyyat qaiməsindən görünür ki, həmin xidmət tərəfindən Cavabdeh dərman vasitələri daşınmışdır. Iş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı QSC Cavabdeh borcun 3 (üç iş) gün müddətində ödənilməsini tələb etmişdir. Iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 162 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, etibarsız müqaviləyə və hüquqi əsası olmayan qaimələrə istinad etmiş, tərəflər arasında faktiki hüquqi münasibətləri və şifahi razılaşmanın həcmini nəzərə almamış, habelə mötəbərliyi şübhə doğuran yazışmaları sübut kimi qəbul etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. “WhatsApp” yazışmalarının mötəbərliyi şübhə altındadır, həmin yazışmalar üzrə şikayət verən şəxsin iştirakı ilə heç bir araşdırma aparılmamışdır. Nəticədə qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun olmamaqla əsassız və qanunsuz olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Işin hallarından görünür ki, iddiaçı İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında 2024-cü ilin mart ayında faktiki olaraq mal alqı-satqısı münasibətləri yaranmış, iddiaçı tərəfindən müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələr, hesabfakturalar və sifariş sənədləri ilə ümumilikdə 28.091,90 manat dəyərində mallar cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən bu məbləğin yalnız 8.000 manat bank köçürməsi ilə və 500 manat nağd qaydada ödənilməsi iş materiallarında olan ödəniş sənədləri ilə təsdiq olunur və nəticədə 19.591,90 manat məbləğində ödənilməmiş borcun qalması müəyyən edilmişdir.

2. Birinci instansiya məhkəməsi haqlı olaraq müqavilənin imzalanmasının sübut olunmamasını nəzərə alaraq ##.##.2024-cü il tarixli yazılı müqaviləni etibarsız hesab etsə də, bununla yanaşı tərəflər arasında faktiki alqı-satqı münasibətlərinin mövcudluğunu inkar etməmiş, əksinə, təqdim edilmiş sübutların məcmusuna əsasən belə münasibətlərin real olaraq baş verdiyini müəyyən etmişdir. Məhkəmə bu nəticəyə yalnız elektron qaimələrə əsaslanmaqla deyil, həm də “WhatsApp” yazışmaları, səs qeydləri, “166 yükdaşıma xidməti”nə dair qaimə, habelə şahid ifadəsi kimi bir-biri ilə uzlaşan və bir-birini tamamlayan sübutların məcmusuna əsaslanmaqla gəlmişdir.

3. Apellyasiya şikayətində cavabdeh əsasən onu göstərmişdir ki, o, yalnız 8000-8500 manatlıq karbomid gübrəsi almış, bu məbləği də tam ödəmiş, digər malları qəbul etməmiş, təqdim edilən qaimələr və elektron yazışmalar hüquqi qüvvəyə malik deyil və müqavilə saxtadır. Lakin kollegiya qeyd edir ki, bu dəlillər iş materialları ilə təkzib olunur. Belə ki, cavabdehin özünün “WhatsApp” yazışmalarında ümumi öhdəliyin məbləğini təsdiqləməsi, əlavə mallar sifariş etməsi və ödənişləri hissə-hissə edəcəyini bildirməsi onun yalnız bir məhsul alması barədə iddiasını əsassız edir. Həmçinin səs qeydlərində və şahid ifadəsində cavabdehin müxtəlif növ mallar sifariş etməsi və qəbul etməsi açıq şəkildə öz əksini tapmışdır.

4. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq onların hər birini ayrı-ayrılıqda və məcmu halda qiymətləndirmiş, sübutlar arasında ziddiyyət görməmiş və nəticəni bu sübutların qarşılıqlı uyğunluğu əsasında formalaşdırmışdır. Cavabdeh tərəfindən Birinci instansiya məhkəməsi zamanı, həmçinin Apellyasiya şikayətində istinad edilən sübutların saxta və ya etibarsız olduğunu təsdiq edən hər hansı obyektiv, mötəbər sübut təqdim edilməmiş, yalnız ümumi xarakterli etirazlarla kifayətlənilmişdir.

5. Kollegiya xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin mövqeyini nəzərə alaraq yazılı müqaviləni etibarsız hesab etmiş, lakin bununla belə Mülki Məcəllənin 329-cu və 567-ci maddələrinin tələblərinə uyğun olaraq şifahi və ya faktiki davranışlarla yaranan alqı-satqı münasibətlərinin mövcudluğunu düzgün olaraq qiymətləndirmişdir. Bu yanaşma hüquqi baxımdan əsaslıdır, çünki qanunvericilik alqı-satqı müqaviləsinin mütləq yazılı formada bağlanmasını tələb etmir və tərəflərin davranışı ilə də hüquqi öhdəliyin yaranmasını təsbit edir.

6. Bundan əlavə, cavabdeh tərəfindən borcun ödənildiyini və ya borcdan azad olunmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən bu halın sübut edilməsi vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh yalnız 8500 manat ödənişi təsdiq etmiş, qalan məbləğin ödənilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir ki, bu da birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünü təsdiqləyir. Eyni zamanda, məhkəmə cərimə tələbinə münasibətdə də balanslı yanaşma müəyyən etmiş, tələb olunan 1095,60 manat dəbbə pulunu düzgün olaraq tənasübsüz hesab edərək onu 300 manatadək azaltmışdır. Bütün yuxarıda şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar