Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-61/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11752 (on bir min yeddi yüz əlli iki) manat əsas borc, 1020 (bir min iyirmi) manat vəkil üçün ödənilmiş pul və 126 manat dövlət rüsumu olmaqla cəmi 12898 (on ikimin səkkiz yüz doxsan səkkiz) manat pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2023-cü ilin avqust ayında təsadüfən tanış olduğu Cavabdeh adlı şəxs ondan kömək etməyi istəyərək ona satmaq üçün mal verməsinii istəmişdir. Cavabdeh ona bildirmişdi ki, əvvəllər qaynanasından mal götürsədə, indi aralarında olan ziddiyyətə görə qaynanası ona mal vermir. Kamalə ona bildirmişdi ki, Beyləqan rayonunda bir mağaza götürüb işlədir. İddiaçıdan ona kömək etməsini, mal verməsinii istəmiş, pulunu isə aybaay ödəyəcəyinə söz vermişdi. İddiaçı ona mal verməyə başladıqda o, ilk vaxtlar malın pulunu ayba-ay vaxtında ödəyirdi. Daha sonra Kamalə 2024-cü ilin əvvəllərindən başlayaraq ödənişi azaltmağa başlamış və may ayından etibarən heç bir ödəniş etməmişdir. Səbəbini soruşduqda müxtəlif bəhanələr gətirərək gah uşağı xəstədi, gah nəvəsi xəstədi deyərək, pulunu verməmişdir. Hazırda Kamalənin iddiaçıya ödənilməmiş 11752 (on bir min yeddi yüz əlli iki) manat borcu var. Bunu Kamalə özü “Whatsap” yazışmalarında və səslə təsdiq edir. Belə olan halda iddiaçının məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehə 24800 manat məbləğində mal vermiş, cavabdeh isə, onun verdiyi malllara görə 6932 manat ödəniş etmiş, 6222,7 manat dəyərində isə malı geri qaytarmışdır. İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh Beyləqan məhkəməsində izahatında akt tərtib etmədiyini, daha sonra isə aktı tərtib etdiyini, lakin aktın məhv olduğunu, taksi xidməti göstərən şəxsə malı iddia edilən reysdən daha çox reys getdiyini deməyə təşviq etməyə çalışmış, təqdim edilmiş səs yazlarında nə qədər borclu olduğunu etiraf etmiş, bir-birinə zidd izahatlar vermişdir. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Belə ki, cavabdeh Cavabdeh iddiaçıdan ümumilikdə 24000 manatlıq mallar almışdır. Həmin mallara görə 13000 manatlıq malların arasında hesablaşması aparılmışdır. Cavabdeh Cavabdeh qalan 11000 manatlıq malların satılmadığını iddiaçıya bildirəndə iddiaçı demiş ki, həmin malları aşağı qiymətə satma, malları geri qaytar. Cavabdeh də iddiaçıya gəlib malları geri aparmasını demişdir. İddiaçı özü gəlməmiş, lakin həmin mallar üstəlik də cavabdehə məxsus olan 1700 manatlıq mallar iddiaçı İddiaçı yaşayış yeri üzrə evinə Beyləqan rayonun Qəhrəmanlı qəsəbəsinə göndərmiş olduğu, sonradan tanıdığı Kamil adlı sürücünün idarə etdiyi **-HM-*** dövlət nömrə nişanlı maşınla bir reys və Famil adlı sürücünün idarə etdiyi **-FL-*** dövlət nömrə nişanlı maşınla bir reys olaraq 3 nəfər şahidin- X5, X2 və X9 iştirakları ilə birinci dəfə malları göndərmişdir. Bundan sonra isə ikinci dəfə Famil adlı sürücünün idarə etdiyi maşınla yenə də bir reys malları göndərmişdir. Bundan sonra yenə də Famil adlı şəxsin maşını ilə daha bir reys malları göndərmişdir. Həmin malların daşınmasına görə yol xərci də iddiaçı tərəfindən çəkilmişdir. Buna baxmayaraq iddiaçı İddiaçı 11076 manatlıq mal əvəzindən 12716 manatlıq malları evinə göndərmiş olduğu, sonradan tanıdığı Kamil adlı sürücünün idarə etdiyi **-HM-*** dövlət nömrə nişanlı və Famil adlı sürücünün idarə etdiyi 99- FL 045 dövlət nömrə nişanlı maşınlarla 3 nəfər şahidin - X5, X2 və X9 iştirakları ilə malların 4 dəfəyə olmaq şərti ilə aparılmasını iddia ərizəsində hansı səbəbdən isə qeyd etməmiş, hamıdan gizli qalmasını istəmişdir. 3 nəfər şahidin imzası ilə təsdiq olunmuş ərizə ilə iddiaçıya göndərmiş olduğum malların siyahısını 1 - vərəqədə 26 adda olan mallarını siyahısı - qiyməti-1366 manatlıq, 2-ci vərəqədə olan 25 adda olan malların siyahısı – qiyməti - 1029 manatlıq, 3-cü vərəqədə 26 adda olan malların siyahısı - qiyməti 2548 manatlıq, 4-cü vərəqədə 27 adda olan malların siyahısı - qiyməti - 2537 manatlıq, 5-ci vərəqədə 27 adda olan malların siyahısı - qiyməti - 2126 manatlıq, 6-cı vərəqədə 26 adda olan malların siyahısı - qiyməti - 1443 manatlıq, 7-ci vərəqədə 26 adda olan malların siyahısı - qiyməti 1483 manatlıq və 8-ci vərəqədə 14 adda olan malların siyahısı - qiyməti 535 manatlıq olan cəmisi 13067 manatlıq malları Kamil adlı sürücünün idarə etdiyi **-HM-*** dövlət nömrə nişanlı və Famil adlı sürücünün idarə etdiyi **-FL-*** dövlət nömrə nişanlı maşınlarla 3 nəfər şahidin- X5, X2 və X9 iştirakları ilə iddiaçı İddiaçı 4 dəfəyə olmaq şərti ilə göndərilmişdir. Bu hal məhkəməyə təqdim etdiyi video ilə də təsdiq edilir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qəbul edildiyi vaxtı adından yazılmış 6932 manat pulun ödənilməsinə və 6222.70 manatlıq manatlıq malların qaytarılması barədə onun nə izahatı alınmış, nədəki, bu barədə məhkəmə iclas protokulunda hansısa bir imza etməmişdir. Bu rəqəmlərin - 6932 manat pulun ödənilməsinə və 6222.70 manatlıq malların qaytarılmasının adından qeyd edilməsi də məqsədli şəkildə iddiaçı İddiaçı iddiasının təmin olunması istiqamətində düşünülmüş bir addımdır, variantdır, asan bir yoldur. Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qəbul edildiyi vaxtı iddia ərizəsində iddiaçı İddiaçı tələb etdiyi 11646.60 manat borcun pul və ya hansı mallara aid olduğu, ödənilmiş pulların nə qədər olması, həmin pulların necə ödənilməsi, qalan malların məbləğinin nə qədər olması, həmin malların hansı nəqliyyat vasitəsi ilə qaytarılması, həmin malların kimin təşəbbüsü ilə qaytarılması, həmin malların qaytarılmasında kimlərin iştirakının olması, məhkəmə iclası zamanı iddiaçıya borcunun olmadığını bildirməyi və iddianın rədd olunmasını xahiş etməyi kimi hallar məhkəmə tərəfindən hərtərfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Məhkəməyə təqdim etdiyi diskə baxış zamanı diskdə ifadə verən **-FL-*** dövlət nömrə nişanlı maşının sürücüsü X3 özü iki reys apardığını, birinci reysə görə 50 manat yol haqqı aldığını, ikinci reysə görə isə 15 manat yol haqı alıdığını bildirmişdir. Lakin onun Beyləqan rayon Polis Şöbəsinə müraciətindən sonra izahat verərkən iki dəfə yük apardığını, hər dəfə də 50 manat yol haqqı aldığını bildirmişdir. Onu da bildirir ki, taksilər Beyləqan-Bakı marşrutu üzrə adamın birini 20 manata aparır. Sual olunur. Famil nə məqsədə 80 manat əvəzindən 50 manata razılaşmışdır. Bundan başqa məhkəməyə təqdim etdiyim cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## ####### 2025-ci il tarixli qərarda ifadələri alınmış X6 bir gündə iki ədəd avtomobilə geyim əşyalarını yükləyərək Haxverdiyə göndərdiklərini bildirmişlər. Məlumat üçün bildirir həmin qərardadan rayon prokurorluğuna şikayət verilmişdir. Belə ki, iş üzrə araşdırılma çox səthi aparılmışdır. Hətta şikayətində adını qeyd etdiyi X2 dindirilməmişdir. İddiaçı tərəf isə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdeh Cavabdeh 10045,30 (on min qırx beş manat, otuz qəpik) manat məbləğində borc, hüquqi yardıma görə çəkilən 600 (altı yüz) manat xərc və ödənilmiş dövlət rüsumuna görə 120,14 (yüz iyirmi manat, on dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 425.1, 445.2.1, 448.1, 567, 598.1, 600.1-ci Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, hazırki mübahsiə iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış, etibarlı nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Ona görə ki, iddianın faktiki hallarından görünür ki, iddiaçı cavabdehə mal satmış, cavabdeh isə həmin malın dəyərini ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Bu səbəbdən mübahsiəyə müki qanunvericiliyin alqı-satqı müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddiaçıdan 23200 manat məbləğində mal aldığını qəbul etmiş, lakin o, aldığı malın 13184 manatını ödədiyini, 12716 manat məbləğində malı isə iddiaçıya geri qaytardığını bildirmişdir. Eyni zamanda, iddiaçı izahatında göstərmişdir ki, cavabdehə 24800 manat məbləğində mal vermiş, cavabdeh isə, onun verdiyi malllara görə 6932 manat ödəniş etmiş, 6222,7 manat dəyərində isə malı geri qaytarmışdır. İddiaçı cavabdehə 24800 manat məbləğində mal verdiyini iddia etsə də, bu iş materialları ilə qismən sübut olunur. Belə ki, cavabdeh də hazırlıq iclasındakı izahatında, həmçinin məhkəməyə təqdim etdiyi ərizədə iddiaçıdan 23200 manat məbləğində mal aldığını etiraf etmişdir. Cavabdeh aldığı malın 13184 manatını ödədiyini, 12716 manat məbləğində malı isə iddiaçıya geri qaytardığını bildirsə də, cavabdehin bu dəlilləri qismən təsdiq olunur. Belə ki, iddiaçı izahatında göstərmişdir ki, cavabdeh onun verdiyi malllara görə 6932 manat ödəniş etmiş, 6222,7 manat dəyərində isə malı geri qaytarmışdır. Göründüyü kimi cavabdeh tərəfindən aldığı mallara görə iddiaçıya 6932 manat və 6222,7 manat olmaqla, cəmi 13154,7 manat ödənilməsi təsdiq olunur. Qalan ödənişlərlə bağlı cavabdeh məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehə verilməsi müəyyən olunmuş 23200 manat məbləğində malın dəyərindən, cavabdeh tərəfindən ödənilməsi və qaytarılması sübut olunmuş müvafiq olaraq 6932 manat ödəniş məbləği və 6222,7 manat qaytarılmış malların dəyəri çıxılmalı (23200 manat- 6932 manat- 6222,7 manat = 10045,30 manat), qalan 10045,30 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinin tələblərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çox təəssüf ki, iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmiş rəqəmlərin haradan əldə edilməsi ilə bağlı nə iddia iddia ərizəsində, nədəki, qətnamədə hər hansı bir sübutun təqdim olunması görünmür. Çünki iddiaçı tərəf mübahisə predmeti olan 11646.60 manat pulun və ya malların cavabdehin qanunsuz sahibliyində qalmasına dair mülki işin materiallarına hər hansı bir sübutu təqdim edə bilməməsi halı məhkəmə tərəfindən araşdırılmamışdır. Qanunvericiliyin tələbinə görə də mübahisə predmeti olan malların və ya pullun cavabdehdə qalması barədə irəli sürülən iddianı sübut etmə öhdəliyi iddiaçının üzərinə düşür. Hazırkı işin halları bu konteksdə araşdırıldıqda müəyyən olunmuşdur ki, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və iddiasını sübuta yetirə bilməmişdir. Məhkəmə tərəflər arasındakı telefon danışıqlarını əks etdirən səs yazılarını, cavabdehin iddiaçıdan mal aldığını etiraf kimi qəbul etdiyini əsas götürərkən, digər sübutların taleyi ilə maraqlanmamış, ödənilmiş pulların necə ödənilməsi və qaytarılmış malların nə siyahısı, nədəki, qiymətləndilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Onu da bildirir ki, malların alınması ilə bağlı hər hansı bir mühahisə yoxdur. Lakin ödənilmiş pulların və qaytarılmış mallarla bağlı olaraq məhkəmə tərəfindən hər hansı bir araşdırılma aparılmamış, işin materiallarına hər hansı bir sübut əlavə olunmamışdır. MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə işin düzgün həlli üçün önəmli olan hallar, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmaması müəyyənləşdirilir. Mülki işin materiallarından da göründüyü kimi, iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki Beyləqan Rayon Məhkəməsinin iclas protokluna dair vermiş olduğum qeydlərdən də göründüyü kimi, 11076 manatlıq mal əvəzindən 12716 manatlıq malları iddiaçı İddiaçı evinə göndərmiş olduğu, sonradan tanıdığı Kamil adlı sürücünün idarə etdiyi **-HM-*** dövlət nömrə nişanlı və Famil adlı sürücünün idarə etdiyi **-FL-*** dövlət nömrə nişanlı maşınlarla 3 nəfər şahidin- X5, X2 və X9 iştirakları ilə mallar 4 dəfəyə olmaq şərti ilə göndərmişdir. Bu hal işə təqdim edəcəyi video ilə da təsdiq edilir. Malların daşınmasına görə də maşınların haqqını da iddiaçı özü ödəmişdir. Lakin bu barədə nə iddia ərizəsində, nədəki, məhkəmənin qətnaməsində hər hansı bir sübuta istinad olunmamışdır. Mənim sübutlarımın isə məhkəməyə təqdim edilməsinə heç bir şərait yaradılmamışdır. Belə ki, iddiaçı məhkəməyə dəfələrlə gəlmədiyindən məhkəmə prosesi hər dəfə təxirə salınmışdır. Axrıncı dəfə iddiaçı məhkəməyə gələndə isə tələm-tələsik qətnamə elan olunmuşdur. 3 nəfər şahidin imzası ilə təsdiq olunmuş ərizə ilə iddiaçıya göndərilmiş malların siyahısını 1-vərəqədə 26 adda olan mallarını siyahısı - qiyməti -1366 manatlıq, 2-ci vərəqədə olan 25 adda olan malların siyahısı – qiyməti- 1029 manatlıq, 3-cü vərəqədə 26 adda olan malların siyahısı-qiyməti - 2548 manatlıq, 4-cü vərəqədə 27 adda olan malların siyahısı qiyməti- 2537 manatlıq, 5-ci vərəqədə 27 adda olan malların siyahısı -qiyməti- 2126 manatlıq, 6-cı vərəqədə 26 adda olan malların siyahısı qiyməti -1443 manatlıq , 7-ci vərəqədə 26 adda olan malların siyahısı -qiyməti 1483 manatlıq və 8-ci vərəqədə 14 adda olan malların siyahısı -qiyməti 535 manatlıq olan cəmisi 13067 manatlıq mallar iddiaçıya göndərilmişdir. Həmin vərəqədə olan malların siyahısı məhkəməyə təqdim olunmuşdur. MPM-in 81-ci madəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübularla təsdiq oluna bilməz. Mülki işin materiallarından da göründüyü kimi, qanunun tələbinə uyğun hər hansı bir sübutun təqdim olunması işdən görünmür. MPM-in 149-cu maddəsinin tələblərinə əsasən iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı əlavə olunmalıdır. İddiaçı İddiaçı iddia ərizəsinə əlavə olunan Gəncə Şəhər Məhkəməsinə ödənilmiş 126 manat dövlət rüsumunun Beyləqan Rayon Məhkəməsində baxılmış mülki işlə heç bir əlaqəsinin olmamasına məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Bu hala mülki iş üzrə Beyləqan Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş məhkəmə qətnaməsinin ləğv edilərək işin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə qaytarılmasından və iş üzrə qətnamə çıxarılması zamanı da Şirvan Kommersiya Məhkəməsi tərəfindən heç bir əhəmiyyət verilməmişdir. X7 Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsində dövlət rüsumunun Gəncə Şəhər məhkəməsinə ödənildiyini açıqcasına qeyd etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsinin qəbul edildiyi vaxtı qaytarılan malların nə siyahısı, nə də ki, həmin malların qiymətləndirilməsi hallarına heç bir əhəmiyyət verilməmişdir.Ən azı qaytarılmış mallara dair iş üzrə məhkəmə əmtəşünaslıq ekspertizasının rəyinin alınması zəruri idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibətində bildirdi ki, Cavabdeh bildirdiyi kimi 4 maşın deyil, 3 maşında mallarını qaytarıb. 23200 manatdan mallara görə pul şəklində 6932 manat almışdır, qaytarılan malların dəyəri 6222 manatdır. Kəmalə ilk öncə demişdi ki, qalan pulu hər dəfəsində 500 manat olmaqla verəcək. Bu barədə səsləri də var. Axırıncı dəfə may ayında 500 manat göndərdi, sonra dedi ki, imkanım yoxdur, uşağım xəstədir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğvini və həmin hissədə də rəddini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, cavabdeh Cavabdeh ilə yaxın qonşudur, Kamalə yoldaşını kömək üçün çağırmışdı, 2 maşın eyni gündə yarım saat fərqlə görmüşdür. Maşının biri qara rəng, digəri isə mavi rəngdə imiş. Maşının nömrəsi yadında deyil. Siyahını Kamalə yazmışdır. Qalan malları aparmaq üçün növbəti gün də maşın gəlmiş, bu barədə akt tərtib olunmuş, aktı Kamalə xanım və sürücü imzalamışlar. Akt iki surətdə tərtib olunmuş, biri Kamalədə, digəri isə sürücüdə qalmışdır. İki akta da, Kamalə və sürücü qol çəkmişdir. Üçüncü maşın həmin günün sabahı gəlmiş, o da orda olmuş, maşına plastik qablar yüklənmişdir. Üçüncü maşın gələndə də akt tərtib olunmuş və qol çəkilmişdir. Akta həyat yoldaşı, sürücü və Kamalə qol çəkmişlər. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarındakı Cavabdeh izahatından görünür ki, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. İddiaçı tanıyır, arlarınzda ədavət və düşmənçilik yoxdur. Onun Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yerləşən geyim əşyaları mağazası vardır. Həmin mağazada geyim əşyalarının satışı ilə məşğul olur. Təxminən 1 il öncə Haxverdi onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq paltar mağazalarına geyim əşyaları satdığını bildirmişir. O da Haxverdidən paltar sifariş etmiş və ondan 24000(iyirmi dörd min) manat dəyərində geyim əşyaları sifariş etmişdir. Haxverdi və həmin malları ona göndərmişdir. O da paltarları satdıqca bir neçə ay ərzində Haxverdiyə 13000(on üç min) manat pul göndərmişdir. Bundan sonra isə Haxverdiyə 11000 (on bir min) manat borcu qalmışdır. Lakin daha sonra həmin geyim əşyaları satılmadığı üçün o, Haxverdiyə zəng edərək ona geyim əşyalarını aşağı qiymətə satmaq istədiyini bildirmişdir. Haxverdi isə əşyaları aşağı qiymətə satmamağını, ona geri verməyini bildirmişdir. O da əşyaların üstündə 1700 (min yeddi yüz) manat pulunun olduğunu bildirmiş və Haxverdi də əşyaları qaytardıqdan sonra ona 1700(min yeddi yüz) manatı nağd formada özünün verəcəyini bildirmişdir. O da Haxverdiylə razılaşmış və Haxverdi paltarları götürmək üçün mağazasına əşyaları götürmək üçün avtomobil göndərəcəyini bildirmişdir. Bir neçə gün sonra Beyləqan rayonu Milabad qəsəbə sakini X3 avtomobillə mağazasına gələrək bir reys paltar yığıb Haxverdiyə aparmışdır. Famil getdikdən sonra ona zəng edərək qardaşı Kamilin də Bakı şəhərinə getdiyini və onun da mağazadan əşya yığıb aparacağını bildirmişdir. Biraz sonra Kamil də mağazasına gələrək bir reys öz avtomobiliylə paltar yığıb Haxverdiyə aparmışdır. Bir neçə gün sonra isə Famil yenidən 2 dəfə mağazasına gələrək paltarları avtomobilinə yığıb Haxverdiyə aparmışdır. Bundan sonra Haxverdidən 1700 manatını istəmiş, Haxverdi isə ona pulunu bir neçə gün sonra verəcəyini bildirmişdir. Lakin daha sonra Haxverdi pulunu verməmiş və guya paltarları ona göndərmədiyini bildirməyə başlamışdır. Daha sonra isə Haxverdi onun barəsində Beyləqan RPŞ-yə və Gəncə Şəhər Məhkəməsinə şikayətlər etmişdir. Lakin həmin müraciət aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsində Haxverdi ona qarşı 11176 (on bir min yüz yetmiş altı) manatlıq iddia qaldırmış və malları ona göndərmədiyini bildirməyə başlamışdır. Məhkəmə isə Haxverdinin lehinə qətnamə qəbul etmişdir. Bundan sonra isə o, qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət etmiş və Apellyasiya məhkəməsi Beyləqan Rayon Məhkəməsinin qətnaməsini ləğv edərək iddianı Şirvan Kommersiya Məhkəməsinə göndərmişdir. Qərarda yer alan X4 izahatından görünür ki, Cavabdeh və İddiaçı tanımır, aralarında ədavət və düşmənçilik yoxdur. Kamalənin Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində yerləşən geyim əşyaları mağazası vardır. Onun özünə məxsus RAV-10 markalı, **-HM-*** nömrəli avtomobili vardır. Qardaşı Famlin də özünə məxsus Mercedes E class markalı avtomobili vardır. Təxminən 1 il öncə o, Bakı şəhərinə gedərkən qardaşı Famil ona Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinə mağazada geyim əşyaları olduğunu və gedərkən həmin əşyaları da avtomobilinə yığıb Bakı şəhərinə apararaq yol haqqı ala biləcəyini bildirmişdir. O da Kamalənin mağazasına getmişdir. Mağazadan avtomobilinə geyim əşyaları yığılmış və o, əşyaları götürüb Bakı şəhərinə aparmışdır. Bakı şəhəri ərazisində Haxverdiylə görüşmüş və geyim əşyalarını ona vermişdir. Haxverdi yol haqqı olaraq ona 50 manat pul vermişdir. Bundan sonra isə o çıxıb getmişdir. Bir müddət sonra Kamalə Familə zəng edərək Haxverdinin onu məhkəməyə verdiyini və bununla bağlı ona köməklik etməsini xahiş etmişdir. Qərarda yer alan X8 izahatından görünür ki, İddiaçı tanımır, aralarında ədavət və düşmənçilik yoxdur. Kamalənin Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yerləşən geyim əşyaları mağazası vardır. Kamalə həmin mağazada geyim əşyalarının satışı ilə məşğul olur. Kamalənin mağazası onun yaşadığı evin qonşuluğunda yerləşir. Təxminən 1 il öncə o, əri X2 ilə birlikdə yaşadığı evdə imiş. Biraz sonra isə çölə çıxmiş və bu zaman Kamalənin öz mağazasının qarşısında avtomobilə geyim əşyaları yüklədiyini görmüşdür. Kamalə əşyaları yığmaqda ondan köməklik istəmiş və o da, Kamaləyə köməklik etməyə başlamışdır. Belə ki, Famil adlı taksi sürücüsünün Mercedes E class markah avtomobilinə əşyaları yükləmişlər və bundan sonra Famil çıxıb getmişdir. Bir az sonra başqa bir avtomobil də gəlmiş və onla yenidən həmin avtomobilə geyim əşyalarını yükləməyə başlamışlar. Bu zaman əri Əhmədi də əşyaları yükləmək üçün köməyə çağırmışlar. Həmin avtomobilə də əşyaları üklədikdən sonra o da çıxıb getmişdir. Bundan sonra əhmədlə evə qayıtmışlar. Bir müddət sonra isə Kəmalənin əşyaları göndərdiyi Haxverdi adlı şəxsin Kəmaləni məhkəməyə verdiyini öyrənmişdir. Onlar Kəmalənin mağazasından eyni gündə iki ədəd avtomobillə geyim əşyaları yükləyərək Haxverdiyə göndərmişlər. İş materiallarında olan “flash card”da əks olunan səs qeydlərindən görünür ki, cavabdeh Cavabdeh İddiaçı mal aldığını təsdiq edir. İş materiallarında olan cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə iddiaçıdan satış məqsədi ilə ümumilikdə 23200 manat mal almış, aldığı malların dəyərinin 13184 manatını ödədiyini, 12716 manat məbləğində malı iddiaçıya geri göndərdiyini, qalan 1700 manatın isə ona çatacağını qeyd etmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 126 manat dövlət rüsumu Gəncə Şəhər Məhkəməsinə ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə bağlı Azərbaycan Beynalxalq Bankı vasitəsi ilə İddiaçı tərəfindən Bakı şəhəri * saylı vəkil bürosunun vəkili Vəkil hesabına 1020 manat pul ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyaya dair ## #### 1952-ci il tarixli * saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı Msatıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Apellyasiya şikayətinin dəlilləri MPM-in 14.2, 77.1, 76 və 81-ci maddələrinin tələblərinin pozulması, iddiaçı tərəfindən iddiasını əsaslandıran hallara dair məhkəməyə hər hansı bir sübutun təqdim edilməməsi ilə bağlıdır. Apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İş materiallarına əsasən cavabdeh əvvəlki məhkəmə baxışlarında, polisdə aparılan araşdırma zamanı iddiaçıdan 24000 manat dəyərində, sonradan təqdim etmiş olduğu ##.##.2025-ci il tarixli ərizəsində isə iddiaçıdan 23200 manat dəyərində mal almasını etiraf etmişdir. Belə olan halda isə aşağı həddə alınması etiraf olunan malların dəyərinin tam ödənilməsi, yaxud satılan və dəyəri ödənilən mallar çıxılmaqla, qalan malların tam olaraq qaytarılmasını sübuta yetirmək yükü düşür cavabdehin üzərinə. Çünki iddiaçı verdiyi mallara görə cavabdeh tərəfindən 6932 manat ödənildiyini, 6222 manat dəyərində mallarının isə qaytarıldığını bildirir. Cavabdeh isə daha böyük məbləğdə iddiaçıya mal qaytarmasına dair birinci instansiya məhkəməsinə mötəbər, inandırıcı sübutlar təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin digər dəlili isə dövlət rüsumunun işə baxan məhkəmə üçün deyil, Gəncə Şəhər Məhkəməsi üçün ödənilməsi ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, həqiqətən iddiaçı tərəfindən iddia qaldırılarkən dövlət rüsumu Göncə Şəhər Məhkəməsinə ödənilmişdir və o da qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsi ilə məhz Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə iş materialları ərazi aidiyyəti üzrə baxılmasından ötrü Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh nisyə alqı-satqı üzrə yaranmış borca görə 11646.60 (on bir min altı yüz qırx altı manat altmış qəpik) manat, vəkil üçün ödənilmiş 700(yeddi yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 120 (yüz iyirmi) manat pulun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi apellyasiya şikayətinin qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsindən ibarət dəlili də, təsdiqini tapmır. İş materialları ilə cavabdehin iddiaçı qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olmaqla, aparılmış araşdırmanın nəticəsi olaraq təsdiqini tapmadığından, qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(3-9)-61/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-61/2026
14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver