Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-129/2026 27.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi (Açar sözlər: qanun və vəsiyyət üzrə vərəsəlik, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbulu, mirasın qəbul edilməsi müddəti, subyektiv hüququn yaranmaması, sübutetmə yükü) İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, birinci dövlət notariat kontorunun ## ####### 2011-ci il tarixli, 2/V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, mərhum X2 ilə anası cavabdeh2 arasında 1966-cı il tarixdə rəsmi nikah bağlanmış və həmin nikahdan özü ilə birlikdə dörd nəfər övladları doğulub. X2 ## ### 2011-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Naxçıvan şəhəri, Ş.M.Xiyabani küçəsi, ev 6-da yerləşən 0.0771 hektar torpaq sahəsi və üzərində olan birmərtəbəli, üçotaqlı, 44.06 kvadratmetr yaşayış, 43.21 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. Həmin ev ## ######## 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 104013005157-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışına əsasən X2nun adına qeydə alınmışdır. Atası vəfat edəndən sonra anası cavabdeh2 onun xəbəri və razılığı olmadan atasından miras qalmış evi müraciət edərək iddiaçının da adından ərizə yazıb imzanı onun imzasına oxşadaraq saxtalaşdırıb, Naxçıvan şəhəri, birinci dövlət notariat kontorundan ## ####### 2011-ci il tarixli, 2/V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq öz adına rəsmiləşdirmişdir. Atasının vəfatından sonra bu günə kimi evin elə atasının adında olduğunu bilmişdir. Özü nə hər hansı bir notariusa getmiş, nə də öz payından notarial qaydada imtina edərək anası cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə verməmişdir. Lakin bir ay bundan öncə anası bildirdi ki, evi adına keçirdib, özünün ona razılığı olmadan evi hansı əsaslarla adına keçirə bildiyini soruşanda o, bunu çoxdan etdiyini bildirib. Ona görə də o, vəkil vasitəsilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin notariat, qeydiyyat və reyestr şöbəsinə sorğu göndərib, oradan gələn cavabdan öyrənmişdir ki, anası cavabdeh2 öz adına adına rəsmiləşdirmişdir. Ərizədə qeyd etdiyi kimi o, mirasın qəbulundan notarial qaydada imtina barədə ərizə verməmişdir ki, atasından qalan miras əmlaka dair anası cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin, ona görə də həmin şəhadətnamənin etibarsız hesab edilməsini istəyir.
c) Üçüncü şəxslərin cəlb edilməsi.
3. Işə baxan birinci instansiya məhkəməsi ## ###### 2026-cı il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmələrini qərara almışdır (iş vərəqə 55-57).
ç) Iddia tələbinin həcminin artırılması.
4. Iddiaçının vəkili-nümayəndəsi Vəkil ## ##### 2026-cı il tarixdə məhkəməyə “Iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə müraciət edərək, Naxçıvan şəhəri, birinci dövlət notariat kontorunun ## ####### 2011-ci il tarixli, 2/V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən etibarsız hesab edilməklə, ümumi mülkiyyətə verilmiş 0.08 hektar torpaq sahəsi üzərində iddiaçı İddiaçı miras əmlakdan mərhum atası Y.Abdullayevə münasibətdə ona çatan payın və JN-6335A KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı çatan payın ayrılıb verilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 131-132).
5. Baxmayaraq ki, iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ## ##### 2026-cı il tarixli ərizəsinin hüquqi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən ayrıca məhkəmə aktı qəbul edilməmişdir, lakin Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddia tələbinə dəqiqləşmə barədə ərizənin qanunla nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən, məhkəmə tərəfindən qəbul edilmədiyi müəyyən olunur (iş vərəqə 138).
d) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
6. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (iş vərəqə 137- 148).
e) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, araşdırma zamanı notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələblərinin pozulduğu, iddiaçının notariat ofisinə çağırılmadığı, imzanın ona məxsus olmadığı və mərhumun vəsiyyətnaməsinə əhəmiyyət verilmədiyi müəyyən edilmişdir. Lakin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli qərarına görə, miras ya notariat ofisinə ərizə verməklə (formal), ya da əmlaka faktiki sahiblik və ya idarə etməklə (qeyri-formal) qəbul edilməlidir. Işin halları ilə sübuta yetirilmişdi ki, iddiaçı miras əmlakın qəbulu üçün notariusa müraciət etməmişdir. Eyni zamanda, o, 2011-ci ildə yas mərasimində iştirak etdikdən sonra Bakı şəhərinə getmiş, yalnız 2014-cü ildə Naxçıvan şəhərinə qayıdaraq həmin əmlakda yaşamağa və təmir işləri aparmağa başlamışdır. Miras əmlak isə cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, iddiaçı atasından miras qalan əmlakı qanunla müəyyən edilmiş üsullarla qəbul etmədiyindən, məhkəmə qənaətə gəlir ki, onun hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
8. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (iş vərəqə 166-169).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
9. Iddiaçı tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli sorğusuna əsasən Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsin ## #### 2026-cı il tarixli, **/*** nömrəli məktubu ilə Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, torpaq sahəsi mərhum X4 ilə yanaşı digər ailə üzvlərinin, həmçinin iddiaçı İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamədən aydın olur ki, iddiaçı mübahisə olunan torpaq sahəsinin hissədə mülkiyyətçisidir. Qeyd edilən hal məhkəmə baxışı iclasında baxıldığı müddətdə müəyyən olunduğundan tərəflərindən ## ##### 2026-cı il tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim olunmuşdur. Ərizə iddiaçının mülkiyyətinə verilmiş payın özünə qaytarılması baxımından verilmişdir. Buna baxmayaraq məhkəmə yeni məlum olan hallara münasibət bildirmədən yekun qərar qəbul etmişdir. Hər bir halda iddiaçının istər vəsiyyətnamə, istərsə də qanun üzrə miras əmlakı qəbul edib-etməməsindən asılı olmayaraq məhkəmə bu faktı diqqətə almalı və iddiaçının mübahisə olunan mülkiyyətə hüququnu öz qətnaməsində tanımalı idi. Iş üçün əhəmiyyətli olan halların məhkəmə tərəfindən araşdırılmaması şəxsin qanun üzrə əmlak üzərindəki mülkiyyət hüquqlarından tamamilə məhrum olunmasına gətirib çıxarır. Tutaq ki, miras əmlakda atanın payına münasibətdə miras iddiaçı tərəfindən qəbul edilməmişdir, belə bir halın mövcudluğu belə iddiaçının torpaq sahəsinin mülkiyyətçisi kimi sahib olduğu payını qəbul etmədiyi və ya belə bir hüququnun olmadığı demək deyildir. Daşınmaz əmlakın vahidliyi prezumpsiyası nöqteyi nəzərindən yanaşdıqda iddiaçının müəyyən hissədə mülkiyyətçisi olduğu ( hissədə sahiblik, istifadə və sərəncam) əmlakın qalan hissəsinə münasibətdə mirası qəbul etməyib deyilməsi qanunvericiliyin və ümumi hüquqi məntiqin mahiyyətinə uyğun gəlmir. Paylar nə qədər ki ayrılıqda müəyyən olunmayıb və ya naturada bölünməyib iddiaçının öz mülkiyyətində olan hissəyə sahibliyi və istifadəsi əslində atadan qalan paya da eyni hüquqi nəticəni yaradır. Odur ki, iddiaçı əmlakın müəyyən hissədə mülkiyyətçisi olduğundan burada mirası qəbul edib-etməməsinin müzakirə olunması hüquqi məntiq baxımından da müəyyən suallar yaradır. Çünki əmlakın bir hissəsi onsuzda iddiaçının mülkiyyətindədir. Həmçinin iddiaçının əmlakda sahib olduğu payının başqasına verilməsinə dair hal məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Əksinə məhkəmə aparılmış notariat hərəkətlərinin qanunsuz olduğunu öz qətnaməsində qeyd etmişdir. Mirasın iddiaçı tərəfindən qəbulu məsələsinə gəldikdə isə qeyd edirəm ki, iddiaçı atası vəfat etməmişdən öncə də, vəfat edən zaman və vəfat etdikdən sonra da 1 il müddətində həmin evdə yaşamışdır.
10. Hazırkı vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 223.3cü maddəsinin tələbindən aydın olur ki, sözügedən əmlaka münasibətdə mülkiyyətçilərin payı bərabər ölçüdə müəyyən olunur. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumi mülkiyyətdə olan əmlakda iddiaçının payı müəyyən olunmadan rəsmiləşdirilmişdir.
11. Iddiaçının sözügedən əmlakın mülkiyyətçisi olmasına baxmayaraq məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərini pozmuş və gələcəkdə bu normanın iddiaçı tərəfindən tətbiqini mümkünsüz etmişdir.
12. Sözügedən əmlakın ümumi mülkiyyətdə olması məhkəməyə təqdim olunan sənədlərdə öz əksini tapmışdır. Qeyd olunan əmlakın miras qoyanın adına vahid mülkiyyətçi kimi qeyri-qanuni şəkildə rəsmiləşdirilməsi ümumi mülkiyyətdə bərabər hüquqlara sahib digər mülkiyyətçinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Əmlak dövlət qeydiyyatına alınan zaman iddiaçının əmlakda olan payı nəzərə alınmaqla rəsmiləşdirilməli idi. Ona görə də əmlakın rəsmiləşdirilməsinə səbəb olan bütün hüquqi nəticələr məhkəmə tərəfindən ləğv edilməli və iddiaçının mülkiyyət hüququnun qorunması üçün tədbirlər görülməli idi.
13. Iddiaçının əmlakın hissəsinin mülkiyyətçisi olmasını təsdiqləyən sənədlərin məhkəmənin özü tərəfindən məhkəmə baxışında müəyyən olunmasına görə məhkəmə baxışı zamanı iddia tələbinin həcminin artırılması barədə verdiyimiz ərizə məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə qeyd olunan prosessual normanın tələbini nəzərə almadan ərizəni qəbul etməmişdir. Nəticədə iş üçün əhəmiyyətli sayılan sənəd qiymətləndirilmədən qətnamə çıxarılmışdır.
14. Işin istənilən mərhələsində məhkəmədə müəyyən olunmuş iş üçün əhəmiyyət kəsb edən hallara vəkil tərəfindən hüquqi əsasda münasibət bildirilə bilər. Məhz bu səbəbdən iddia tələbinin həcminin artırılması barədə verilən ərizə qəbul edilməli idi.
15. Məhkəmə tərəfindən yalnız vərəsəlik qaydasında çatan paya münasibətdə araşdırma aparılmış, məhkəmə baxışı zamanı məhkəmənin özü tərəfindən müəyyən olunmuş iddiaçının əmlakda mövcud olan payına münasibət bildirilməmiş və bu baxımdan iddia tələbinin həcminin artırılması ilə bağlı verdiyimiz ərizəyə əhəmiyyət verilməmişdir. Məhkəmə baxışı zamanı olsa belə məhkəmə ərizəni qəbul etməli və iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün tədbirlər görməli idi.
16. Iddiaçının mirası qəbul etməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə heç nə ilə sübuta yetirilməmişdir.
17. Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsin məhkəməyə təqdim etdiyi ## #### 2026-cı il tarixli, **/*** nömrəli məktuba əlavə olunmuş işin gedişinə mühüm təsir edən sənədlərin nəzərə alınmaması səbəbindən yeni məlum olan hallara qətnamədə aydınlıq gətirilməmiş, həmçinin notariat hərəkətlərinin qanunsuz aparılmasının qətnamədə müəyyən olunmasına baxmayaraq məhkəmə cavabdehin xeyrinə qətnamə çıxararaq səhv nəticəyə gəlmişdir.
18. Şikayət edən tərəf apellyasiya şikayətində işə baxan birinci instansiya məhkəməsinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 213-cü və 223.3-cü maddələrinə və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53 və 68-ci maddələrinə istinad etmişdi. c) Apellyasiya şikayətinin icraata qəbulu.
19. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “02” iyul 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Izahatlar və işin gedişatı.
21. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdi ki, iddiaçının atası X5 2008-ci il tarixdə iddiaçının adına vəsiyyətnamə vermişdir. Iddiaçı da hüquqi savadı olmadığından həmin vəsiyyətnamə əsasında atası tərəfindən mübahisə predmeti olan evin ona verildiyini düşünmüşdür. Birlikdə yaşadıqları müddət ərzində cavabdeh cavabdeh2 iddiaçı və onun ailə üzvləri ilə yola getmədiyindən iddiaçı məcburi evdən çıxmış, bir müddət Bakı şəhərində, daha sonra isə Rusiya Federasiyasında mənzil kirayələyərək yaşamışdır. Orada yaşadığı zaman iddiaçıya atasının xəstə olması barədə məlumat verilib, o da 2011-ci ilin mart ayında Naxçıvan şəhərinə geri qayıdıb və 2011-ci ildə həmin evdə yaşayıb. Sonradan iddiaçının atası vəfat etdikdən sonra cavabdeh olan anası onunla yola getmədiyindən təkrar Bakı şəhərinə qayıtmışdır. Bacısının ailə qurması ilə əlaqədar yenidən Naxçıvan şəhərinə qayıtdıqdan sonra mübahisə predmeti olan mənzili öz evi kimi düşünərək 2014-2015-ci illərdə orada tam təmir işləri aparıb və bacısının da toyunu edərək həmin evdən gəlin kimi köçürmüşdür. Yenidən bir müddət həmin evdə yaşadıqdan sonra onun anası əvvəlki kimi onunla yola getmədiyinə görə Bakı şəhərində mənzil kirayələyərək oraya köçüb. Son dövrlərdə, təqribən 2025-ci ilin oktyabr ayında bir vəkil telefon vasitəsilə onunla əlaqə saxlayaraq anasının mübahisə predmeti olan evin qeydiyyatından onu çıxarmaq üçün inzibati məhkəməyə iddia tələbi ilə müraciət etmək istədiyini, buna görə də iddiaçının yaşayış ünvanını dəqiqləşdirmək istədiklərini bildirmişdir. Iddiaçı qeyd edilən evin atası tərəfindən verilən vəsiyyətnamə əsasında onun adına keçdiyini bildirmişdir. O, bundan sonra Naxçıvan şəhərinə qayıtmış və hüquqlarının müdafiə olunması məqsədilə onun özü ilə müqavilə bağlamışdır. Bundan sonra özü Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Arxiv Idarəsinə sorğu ünvanlamış və gələn cavabdan cavabdeh cavabdeh2 2011-ci ildən qeyd edilən mənzili öz adına rəsmiləşdirdiyi onlara məlum olmuşdur. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə iddiaçının və onun bacılarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri də əlavə edilmişdi. Halbuki, iddiaçı həmin dövrdə notariat ofisinə getməyib və evin anasının adına rəsmiləşdirilməsi zamanı hər hansı razılığı olmayıb. Ümumiyyətlə telefon vasitəsilə əlaqə saxlayaraq şəxslə bağlı hər hansı notariat hərəkətlərinin aparılması qanunun tələbinə ziddir. Tərəflərindən bununla bağlı məhkəmədə iddia qaldırılmışdır. Məhkəmədə işə baxılan zaman cavabdeh cavabdeh2 və üçüncü şəxs qismində işə cəlb edilmiş şəxs 2011-ci ildə Naxçıvan şəhəri * saylı Notariat ofisində olduqlarını, Səfiyar müəllimin telefon vasitəsilə guya iddiaçı ilə danışdığını və iddiaçının öz payından anasının xeyrinə imtina etdiyini etiraf etmişlər. Bunun əsasında da notariat hərəkətləri aparılmışdır. Bu birinci instansiya məhkəməsinin qətnaməsində də öz əksini tapmışdır. Mülki iş məhkəmə baxışına təyin edildikdən sonra məhkəmə tərəfindən yeni sübutların toplanması məqsədilə müvafiq quruma sorğu göndərildi. Qurum tərəfindən verilmiş cavab əsasında onlara mübahisə predmeti olan daşınmaz əmlakın ümumi birgə mülkiyyətdə olduğu, sonradan qanun üzrə şəhadətnamə əsasında cavabdeh cavabdeh2 adına rəsmiləşdirildiyi aydın olmuşdur. Məhkəmə baxışı gedişində hakim tərəfindən yeni sübutların toplanması əsasında əldə edilmiş məlumatları nəzərə alaraq Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etsə də, birinci instansiya məhkəməsi ərizəyə bir cümlə ilə fikir bildirmiş və iddia tələbinin qanunvericiliyin tələbinə uyğun olmayan müddətdə verildiyini əsas gətirərək ərizəni geri qaytarıb baxılmamış saxlamışdır. Halbuki ərizəyə baxılmalı idi. Birinci instansiya məhkəməsinin qətnaməsində notariat qurumu tərəfindən həyata keçirilmiş hərəkətlərin qanunsuz olduğu qeyd edilsə də, iddia tələbləri rədd edilmişdir. Qətnamədən narazı qaldıqları üçün apellyasiya şikayəti vermişlər.
22. Iddiaçının vəkili-nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, iddiaçının atası 2008-ci ildə vəsiyyətnamə tərtib edib, iddiaçı 2009-cu ildə Rusiya Federasiyasına gedib, 2011-ci ilin mart ayında atası xəstə olduğu üçün geri qayıdıb, 2011-ci ildə mübahisə predmeti olan evdə yaşayıb və o atasının sağlığında müalicə xərclərini, vəfat etdikdən sonra isə bütün dəfn xərclərini çəkmişdir. Iddiaçı 2011-ci ildə Rusiya Federasiyasında olub, hadisələrin üzərindən uzun müddət keçib və onun orada yaşaması ilə bağlı kommunal ödənişləri ödəməsini təsdiq edən sübutları və şahidləri məhkəməyə cəlb etmək mümkün olmamışdır, çünki tələbləri qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğvi olsa da, məhkəmə miras əmlakın faktiki qəbuluna işi yönəldərək araşdırmanı həmin istiqamətdə aparmışdır və qısa müddət ərzində şahidlərin dəvət edilməsi tələb olunduğundan və iddiaçı da Rusiya Federasiyasında olduğundan onun şahidləri dəvət etmək imkanı olmamışdır. Qarşılıqlı iddia tələbi verilərkən onlar tərəfindən rüsum ödənilməyib. Mübahisə predmeti olan evin reyestr qeydiyyatı ilə bağlı məsələ məhkəmə baxışı gedişində müəyyən edildiyindən onu mübahisələndirməyiblər.
23. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (notariat ofisinin nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdi.
24. Cavabdeh cavabdeh1 ## #### 2026-cı il tarixli, ****/**** nömrəli məktubla kollegiyaya müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdi (iş vərəqə 213).
25. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdi. IV. Işin halları:
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
27. - Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş X-JQ seriyalı, ****** nömrəli, ## ######## 1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən X4 ## ######## 1938-ci ildə Naxçıvan şəhərində anadan olması, atasının X7, anasının X3 olması (iş vərəqə 14, ön tərəfi);
28. - İ-IE seriyalı, ****** nömrəli, ## ######## 1966-cı il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən, X4 ilə cavabdeh2 arasında nikah bağlanması (iş vərəqə 15, arxa tərəfi);
29. - Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş verdiyi AZB seriyalı, ****** nömrəli, ## ###### 1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən, İddiaçı ## ###### 1971-ci ildə Naxçıvan şəhərində anadan olması, atasının X4, anasının X9 qeyd olunması (iş vərəqə 14, ön tərəfi);
30. - JN-6335A seriyalı, 10400002 KOD nömrəli, ## ###### 2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən, ünvan 2 ünvanında yerləşən 0.08 hektar ölçüsündə həyətyanı sahənin mülkiyyətçilərinin X4 və onun ailə üzvləri olan cavabdeh2, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X8 olması, həmin torpaq sahəsinin Naxçıvan şəhər birinci dövlət notariat kontorunun ##.##.2005-ci il tarixli, */Ə-*** nömrəli və 30.09.85-ci il tarixli, **/***** nömrəli müqavilələri ilə verilməsi (iş vərəqə 103);
31. - ## #### 2008-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən, Naxçıvan şəhəri, Ş.M.Xiyabani küçəsi ünvanında yaşayan X4 tərəfindən "harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Naxçıvan şəhəri, Ş.M.Xiyabani küçəsi, ünvanında yerləşən mənzilini (evini) oğlu İddiaçı vəsiyyət etdiyini" bildirməsi, Naxçıvan şəhər birinci dövlət notariat kontorunun dövlət notariusu S.Abışov tərəfindən təsdiq edilməsi, reyestrdə 2V-141 nömrəsi ilə qeyd olunması (iş vərəqə 66);
32. - ## ### 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən, X4 ## ### 2011-ci il tarixdə ölməsi (iş vərəqə 15, arxa tərəfi);
33. - mərhum X4 adına verilmiş arayışın surətindən, onun həqiqətən ünvan 3 ünvanında yaşaması, vərəsələrinin 1949-cu ildə anadan olan həyat yoldaşı cavabdeh2, 1971-ci ildə anadan olan oğlu İddiaçı, 1972-ci ildə anadan olan qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, 1975-ci ildə anadan olan qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 1968-ci ildə anadan olan qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olması (iş vərəqə 15, ön tərəfi);
34. - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən Naxçıvan şəhər birinci dövlət notariat kontoruna ünvanlanmış ərizənin surətində, mərhum X2 Məşədhüseyn oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən mülkdən vərəsəlik yolu ilə ona çatan paydan anası cavabdeh2 xeyrinə imtina etməsinin qeyd edilməsi (iş vərəqə 15, ön tərəfi);
35. - İddiaçı tərəfindən Naxçıvan şəhər birinci dövlət notariat kontoruna ünvanlanmış ərizənin surətində, mərhum X2 Məşədhüseyn oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən mülkdən vərəsəlik yolu ilə ona çatan paydan anası cavabdeh2 xeyrinə imtina edilməsinin qeyd edilməsi (iş vərəqə 16, ön tərəfi);
36. - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Naxçıvan şəhər birinci dövlət notariat kontoruna ünvanlanmış ərizənin surətində, mərhum X2 Məşədhüseyn oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən mülkdən vərəsəlik yolu ilə ona çatan paydan anası cavabdeh2 xeyrinə imtina edilməsinin qeyd olunması (iş vərəqə 16, ön tərəfi);
37. - X6 tərəfindən Naxçıvan şəhər birinci dövlət notariat kontoruna ünvanlanmış ərizənin surətində, mərhum X2 Məşədhüseyn oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən mülkdən vərəsəlik yolu ilə ona çatan paydan anası cavabdeh2 xeyrinə imtina edilməsinin qeyd olunması (iş vərəqə 16, arxa tərəfi);
38. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ## ######## 2011-ci il qeydiyyat tarixli, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, Naxçıvan şəhəri, Ş.M.Xiyabani küçəsində 0.0771 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 44.06 kvadratmetr yaşayış, --- kvadratmetr qeyri-yaşayış, 43.21 kvadratmetr köməkçi sahədən ibarət * nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində **/* nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınması (iş vərəqə 13);
39. - ## ####### 2011-ci il tarixli, */V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən, ## ### 2011-ci ildə vəfat etmiş X4 əmlakının (mirasın) Naxçıvan şəhəri, Ş.M.Xiyabani ev 10-da qeydiyyatda olan arvadı cavabdeh2 tərəfindən qəbul edilməsi (iş vərəqə 12);
40. - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin ## ######## 2025-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından, İddiaçı ## #### 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur (iş vərəqə 06).
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini iddiaçı İddiaçı mübahisələndirir. Iddiaçının verdiyi apellyasiya şikayətindən aydın olur ki, o sözügedən qətnaməni tam mübahisələndirir.
44. Iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. VI. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
45. - 29-cu maddəsinin VII hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir.
b) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
46. -140-cı maddəsi ilə müəyyən edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir;
47. - 324.1 - 324.3-cü maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir;
48. - 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər;
49. - 337.1-ci maddəsində qeyd edilir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
50. - 337.2-ci maddəsinin tələbinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
51. - 337.5-ci maddəsinin tələbinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;
52. - 1133.1 və 1133.2-ci maddələrində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır;
53. - 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər;
54. - 1***-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır;
55. - 1146-cı maddəsində qeyd edilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır;
56. - 1147.1 və 1147.2-ci maddələrinin tələbindən görünür ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır;
57. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;
58. - 1159.1 və 1159.1.1-ci maddələrinin mahiyyətinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsə sayılmaqla, bərabər pay hüququna malikdirlər;
59. - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir;
60. - 1243.2-ci maddəsinin tələbinə görə (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır;
61. - 1243.3-cü maddəsinə əsasən (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır;
62. - 1246-cı maddəsi ilə müəyyən edilirdi ki, (mirasın açıldığı zaman qüvvədə olan norma) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir;
63. - 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun;
64. - 1322-ci maddəsinin tələbindən görünür ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir;
65. - 1323-cü maddəsində (mirasın açıqdığı zaman qüvvədə olan norma) qeyd edilirdi ki, Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.
c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
66. - 9.1-ci maddəsinin tələbinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;
67. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
68. - 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;
69. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
70. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
71. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aktları:
72. - "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ## #### 2008-ci il tarixli qərarda qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir;
73. - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanınması bu hüquqların pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır;
74. - "Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair" ## ### 2025ci il qərardadda göstərilir ki, subyektiv hüquq şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq. Subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir.
VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
75. Kollegiya iş materiallarını tədqiq edərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququnun mahiyyəti ölmüş şəxsin əmlakının (mirasın) qanunla müəyyən edilmiş qaydada başqa şəxslərə (vərəsələrə) keçməsini ehtiva edir. Lakin qanunvericilik vərəsə statusunun qazanılmasını və miras əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsini vərəsənin subyektiv iradə ifadəsindən, yəni mirasın qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul edilməsindən asılı etmişdi.
76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik zamanı miras qoyanın uşaqları, arvadı (əri) və valideynləri bərabər pay hüququ ilə birinci növbə vərəsələr hesab olunurlar (Mülki Məcəllənin 1159.1.1-ci maddəsi).
77. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1 və 217.2-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
78. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının qəbul edilməsinədək mövcud olan qanunvericiliyin tələbinə görə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir.
79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (mirasın açıldığı zaman qüvvədə olan redaksiya).
80. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir.
81. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının qəbul edilməsindən sonra isə vərəsəlik münasibətlərində köklü dəyişiklik baş verdiyindən, artıq həmin qərarın qəbul edilməsindən sonra ölən şəxslərin vərəsələrinə münasibətdə mirasın açıldığı vaxtdan vərəsənin üç ay ərzində mirasdan imtina etməsi barədə ərizə vermədiyi halda o, avtomatik həqiqi vərəsə sayılır.
82. Qeyd edilənlərdən aydın olur ki, hazırkı mübahisə üzrə mirasın açıldığı zaman qüvvədə olan qanunvericiliyin mahiyyətinə görə vərəsəlik hüquq münasibətlərinin yaranması üçün şəxsin yalnız vərəsələr dairəsinə daxil olması kifayət deyil. Bunun üçün miras qoyanın ölümü ilə açılmış mirasın vərəsə tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul edilməsi zəruridir. Çünki mirasın qəbulu vərəsənin miras əmlaka münasibətdə mülkiyyət hüquqlarını əldə etməsi üçün ilkin və məcburi şərtdir. Mülki hüquq doktrinasına və vərəsəlik hüququnun prinsiplərinə görə, mirasın açıldığı andan vərəsə mirası qəbul edənə qədər keçən dövrdə o, yalnız "mümkün vərəsə" statusundadır. Şəxsin "həqiqi vərəsəyə" çevrilməsi və miras kütləsində pay sahibi statusunu qazanması üçün o, mütləq qaydada mirasın qəbulu ilə bağlı öz iradəsini ifadə etməlidir. Miras qəbul edilmədiyi təqdirdə, şəxsin miras əmlak üzərində hər hansı subyektiv mülkiyyət hüququ yaranmır və müvafiq olaraq, payın müəyyən edilməsi barədə tələb irəli sürmək hüququ formalaşmır.
83. Işin materiallarından görünür ki, iddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi cavabdeh olan anası cavabdeh2 verilmiş ## ####### 2011-ci il tarixli, 2/V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmasıdır. Lakin mülki prosessual qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən mövqeyinin mahiyyətinə görə, şəxsin məhkəməyə müraciət etmək hüququ bilavasitə onun pozulmuş və bərpa edilməli olan qanunla qorunan hüquqi marağına əsaslanmalıdır. Hazırkı mübahisədə iddiaçının bu tələbdən irəli gələn hüquqi marağı o zaman qorunub təmin edilə bilər ki, mübahisələndirilən şəhadətnamənin etibarsızılığı onun miras əmlak üzərindəki hər hansı subyektiv mülkiyyət hüququnun bərpası ilə nəticələnsin. Bunun üçün isə ilk növbədə, iddiaçının miras əmlaka münasibətdə qanunla müəyyən edilmiş qaydada vərəsəlik hüququnu qazanıb-qazanmaması, yəni mirası qəbul etməsi faktı araşdırılmalıdır.
84. Işin halları ilə müəyyən edilmişdir ki, miras qoyan X4 ## ### 2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, məhz miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt hesab olunur.
85. Mirasın açıldığı dövrdə qüvvədə olan qanunvericiliyin, konkret olaraq Mülki Məcəllənin 1246-cı maddəsinin (köhnə redaksiyada) tələblərinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilərdi. Həmin normaya əsasən, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmirdi. Kollegiya xüsusilə qeyd edir ki, Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Bu o deməkdir ki, göstərilən qəbul müddətləri və qaydaları iddiaçı kimi vəsiyyət üzrə vərəsələrə də tam və eyni dərəcədə şamil olunur. Iddiaçının xeyrinə ## #### 2008-ci il tarixli vəsiyyətnamənin mövcud olması onu mirası qəbul etmək vəzifəsindən və prosedurundan azad etmir. Qanunvericiliyin bu imperativ müddəası vəsiyyət üzrə vərəsənin də miras əmlaka sahib olmaq iradəsini müəyyən olunmuş konkret müddət çərçivəsində notariat qaydasında rəsmiləşdirməsini və ya faktiki hərəkətlərlə nümayiş etdirməsini birmənalı şəkildə tələb edirdi.
86. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın məzmunundan da görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
87. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
88. Lakin məhkəmə araşdırması zamanı iddiaçı İddiaçı tərəfindən üzərinə düşən sübutetmə yükü icra edilməmiş, mirasın qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul edilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı mirasın qəbulu üçün notariusa müraciət etməklə mirası formal üsulla qəbul etməsini, habelə qanunla müəyyən edilmiş müddət ərzində əmlaka faktiki sahiblik edərək onu idarə etməklə qeyri-formal qəbul üsulunu reallaşdırdığını prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübuta yetirə bilməmişdi.
89. Şikayətçinin apellyasiya şikayətində göstərdiyi "məhkəmənin notariat hərəkətinin qanunsuz olduğunu müəyyən etməsinə baxmayaraq, yekunda iddianı rədd etməklə ziddiyyətli nəticəyə gəlməsi" barədə dəlilinə gəldikdə isə, kollegiya bu mövqeyi əsassız hesab edir. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hər hansı aktın, o cümlədən vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması yalnız obyektiv qanun pozuntusunun faktının müəyyən edilməsi ilə deyil, ilk növbədə iddia qaldıran şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında da birmənalı olaraq vurğulanır ki, mülki mübahisənin qanuni həlli üçün məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Iddiaçı mirası qanunla nəzərdə tutulmuş müddətdə qəbul etmədiyindən və nəticə etibarilə "həqiqi vərəsə" statusu qazanmadığından, notariusun hərəkətlərində qüsur olsa belə, bu, iddiaçının pozulmuş hüquqlarının bərpası kimi qiymətləndirilə bilməz, çünki ortada bərpası tələb edilə biləcək formalaşmış subyektiv mülkiyyət hüququ mövcud deyil.
90. Şikayətçinin "miras qoyanın vəfatından sonra 1 il müddətində həmin evdə yaşaması" və bununla da mirası qeyri-formal yolla qəbul etməsinə dair dəlilinə münasibətdə isə kollegiya bildirir ki, bu hal işin materialları ilə təkzib olunur. Birinci instansiya məhkəməsində tərəflərin, eləcə də üçüncü şəxs qismində cəlb olunmuş digər vərəsələrin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı atası vəfat edən zaman yalnız 3 gün yas mərasimində iştirak edərək Bakı şəhərinə qayıtmış, mübahisəli evə isə yalnız 2014-cü ildə, yəni qanunla müəyyən edilmiş 6 aylıq qəbuletmə müddəti bitdikdən illər sonra köçərək orada təmir işləri aparmışdır. Iddiaçı apellyasiya şikayətində sadəcə birtərəfli bəyan xarakterli fikirlər səsləndirmiş, lakin qanunvericiliyin tələb etdiyi 6 ay ərzində həmin evdə fasiləsiz yaşadığını, əmlakı idarə etdiyini sübut edəcək heç bir mötəbər və təkzibolunmaz sübut təqdim edə bilməmişdir.
91. Iddiaçının mirası qəbulu faktı öz təsdiqini tapmadığı üçün, kollegiya bildirir ki, onun qeyd olunan əmlaka münasibətdə mülkiyyət payını tələb etmək üçün zəruri olan subyektiv hüquqları formalaşmamışdır. Subyektiv hüququn olmadığı təqdirdə isə, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi hüquqi əsasdan məhrumdur.
92. Kollegiya iddiaçının apellyasiya şikayətində “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında pay tələbi ilə bağlı gətirdiyi dəlilləri də əsassız hesab edir. Iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli sorğusuna cavab olaraq, mübahisəli torpaq sahəsinə dair şəhadətnamə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən məhkəməyə ## #### 2026-cı il tarixdə təqdim edilmiş və "Elektron məhkəmə" informasiya sisteminə daxil edilmişdir. Sözügedən sənəd iş materiallarına əlavə edildikdən sonra məhkəmə tərəfindən ## #### 2026-cı il tarixdə iş üzrə məhkəmə iclası keçirilmişdir. Lakin iddiaçı tərəf həmin iclasda və ya növbəti iclaslarda məsələ qaldırmamış, iddia tələbinin həcminin artırılması barədə ərizəni yalnız məhkəmə baxışının sonuna yaxın, ## ##### 2026-cı il tarixdə təqdim etmişdir.
93. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcmini artırmağa haqlıdır. Məhkəmə baxışı zamanı bu hərəkətə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin hazırlanması mərhələsində edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Sənədin məhkəməyə təqdim olunduğu ## #### 2026-cı il tarixdən sonra məhkəmə prosesinin keçirilməsinə rəğmən, iddiaçının ərizəni məhkəmə baxışının sonunda təqdim etməsinin obyektiv və ondan asılı olmayan səbəblərdən irəli gəldiyi əsaslandırılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin həmin ərizəni qəbul etməməsi tamamilə qanunidir və prosessual norma pozuntusu təşkil etmir.
94. Digər tərəfdən, qeyd olunan fakt, yəni iddiaçının məhkəmənin sorğusu əsasında ## #### 2026-cı il tarixdə işə daxil olmuş sənədlərdən sonra həmin torpaq sahəsi üzərindəki payı barədə iddianı dəqiqləşdirmək istəməsi, onun mübahisəli daşınmaz əmlakın hüquqi statusundan və oradakı payından əvvəlcədən xəbərsiz olduğunu nümayiş etdirir. Bu hal özlüyündə iddiaçının mirasın açıldığı andan keçən uzun illər ərzində həmin əmlaka mülkiyyətçi kimi sahiblik etmədiyini, onu idarə etmədiyini və əmlaka münasibətdə faktiki mülkiyyətçi-vərəsə davranışını göstərmədiyini bir daha sübut edir. Nəticə etibarı ilə, sözügedən sənədin işə daxil olma vaxtı və iddiaçının buna sonradan münasibət bildirməsi onun miras əmlakı qeyri-formal üsulla qəbul etmədiyinə dair məhkəmənin gəldiyi nəticəni növbəti dəfə təsdiqləyir.
95. Həmçinin kollegiya bildirir ki, iddiaçının torpaq sahəsindəki payının ayrılmasına dair tələbi birinci instansiya məhkəməsində baxılan iddia tələbinin predmeti olmamışdır. Mülki prosessual qanunvericiliyin, xüsusilə də apellyasiya icraatının hüdudlarını müəyyən edən normaların tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işə yalnız birinci instansiya məhkəməsində irəli sürülmüş və baxılmış iddia tələbləri çərçivəsində baxır. Birinci instansiya məhkəməsində iddia tələbinin predmeti olmayan, müvafiq qaydada icraata qəbul edilməyən və mahiyyəti üzrə hüquqi qiymət verilməyən yeni tələbin apellyasiya mərhələsində baxılması və təmin edilməsi yolverilməzdir.
96. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi JN-6335A seriyalı şəhadətnamədən sonra, mübahisəli daşınmaz əmlaka dair ## ######## 2011-ci il tarixdə MH 0022420 seriyalı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin sənədlə 0.0771 hektar torpaq sahəsi və fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə miras qoyan X4 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında da vurğulanır ki, daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Hazırkı işdə iddiaçı tərəfindən həmin çıxarışın mübahisələndirilməsi və etibarsız hesab edilməsi barədə heç bir iddia tələbi irəli sürülməmişdir. Həmin çıxarış qüvvədə olduğu və hüquqi etibarlılığını saxladığı müddət ərzində, ondan əvvəlki tarixli şəhadətnaməyə istinadən pay tələb edilməsi və həmin şəhadətnamənin dövlət reyestrindən üstün tutularaq hüquqi nəticələr doğurması mümkün deyildir.
97. Yuxarıda qeyd olunanların məcmusuna əsaslanaraq, apellyasiya instansiyası məhkəməsi belə bir yekun nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamışdır və şikayət əsassızdır. Iddiaçının miras əmlakı qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməməsi səbəbindən pozulmuş hüququn müdafiəsini (vərəsəlik şəhadətnaməsinin etibarsızlığını) tələb etmək üçün zəruri olan subyektiv hüquqları yaranmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi işin həqiqi hallarına, eləcə də maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun olaraq çıxarıldığından, o, qanuni və əsaslı məhkəmə aktı hesab edilməli, apellyasiya şikayəti təmin edilmədən rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
98. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddəsinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
99. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 100.Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 101.Qeyd edilən prosessual normaların tələbindən çıxış edərək kollegiya belə hesab edir ki, iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödədiyi 50,60 (əlli manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. 102.Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
103. - iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; 104.- Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılmalı; 105.- apellyasiya şikayəti vermək üçün iddiaçı İddiaçı tərəfindən ödənilmiş 50,60 (əlli manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. 106.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti vermək üçün iddiaçı İddiaçı tərəfindən ödənilmiş 50,60 (əlli manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.