Məhkəmə qərarları › İş №2(3-1)-140/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-140/2026

10.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-140/2026 10.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət (Açar sözlər: buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsi qərardadından şikayət) Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ilk tələb üzrə və ikinci tələb üzrə ünvan 1 ünvanında yerləşən və mərhum X3 adına olan fərdi yaşayış evindən mərhum X2 və mərhum X3 ½ (bərabər) paylarda mülkiyyət hüququnun tanınması, ilk tələb üzrə ünvan 1 ünvanında yerləşən və mərhum X3 mülkiyyətdə olan ½ payına münasibətdə miras əmlakın 1/6 hissəsinin mərhum oğlu X5 qəbulu faktının müəyyən olunması, ilk tələb üzrə mərhum X5 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın 1/6 hissəsinin X4, iddiaçı1 və iddiaçı3 tərəfindən qəbulu faktının təsdiq olunması və hər birinin 1/24 hissədə payının müəyyən edilməsi, ilk tələb üzrə iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi, ikinci tələb üzrə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X3 ½ payının X2 və Cavabdeh tərəfindən faktiki olaraq qəbulu faktının təsdiq edilməsi və hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, ikinci tələb üzrə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda X5 qalmış miras payının anası mərhum X2 tərəfindən faktiki qəbulu faktının təsdiq edilməsi və 1/24 hissədə payının müəyyən edilməsi, ikinci tələb üzrə iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

2. Iddiaçının vəkili və nümayəndəsi vəkil1 məhkəməyə ərizə göndərərək Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

3. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi vəkil1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir.

4. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçılar Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi çıxarıldıqdan sonra ötən dövr ərzində prosessual hərəkətsizlik nümayiş etdirməmiş, əksinə miras əmlak üzərindəki mülkiyyət və vərəsəlik hüquqlarının reallaşdırılması üçün davamlı və ardıcıl hüquqi müdafiə vasitələrindən istifadə etmişlər. Belə ki, iddiaçılar tərəfindən qeyd edilən qətnamə əsasında vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün notariat orqanlarına müraciət edilmiş, həmin müraciətlərdən imtina olunması barədə aktlar və digər tərəfin hərəkətləri sonradan yeni məhkəmə mübahisələrinin (notariat hərəkətlərinin mübahisələndirilməsi, müqavilələrin və dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə) yaranmasına səbəb olmuşdur. Hazırda apellyasiya instansiyası məhkəməsinin icraatında olan həmin mülki işlə mübahisələndirilən ##.##.2023-cü il tarixli qətnamə arasında birbaşa və ayrılmaz hüquqi bağlılıq mövcuddur. Sonuncu məhkəmə çəkişmələrinin gedişində miras paylarının qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün müəyyən edilmədiyi və bu halın iddiaçıların qanuni mənafelərinə ciddi təsir göstərdiyi faktı üzə çıxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, buraxılmış prosessual müddətin bərpası institutu şəxsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırılması hüququnun (Konstitusiyanın 60-cı maddəsi, Insan Hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsi) səmərəli təmin olunmasına xidmət edir. Prosessual müddətin buraxılmasının üzrlülük dərəcəsi qiymətləndirilərkən, maraqlı şəxsin öz hüquqlarının müdafiəsində göstərdiyi səy və fəallıq əsas götürülməlidir. Iddiaçıların bu müddət ərzində hüquqlarının bərpası məqsədilə digər qarşılıqlı əlaqəli məhkəmə və qeyri-məhkəmə prosedurlarını davam etdirməsi, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını obyektiv səbəblərlə şərtləndirir və MPM-nin 133.1-ci maddəsinin mənasına görə üzrlü əsas hesab olunur. Bu baxımdan, işin tam, hərtərəfli və obyektiv araşdırılması, tərəflər arasında fərdi yaşayış evinə münasibətdə yaranmış vərəsəlik mübahisəsinin qəti həlli və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmalıdır.

5. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadındаn Cavabdeh şikаyət verərək, prosessual müddətin bərpasına dair qərardadın ləğv olunaraq prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xаhiş etmişdir. II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətin dəlilləri

6. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, həmin qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuş, işin faktiki halları tam və obyektiv araşdırılmadan, sübutlara düzgün hüquqi qiymət verilmədən çıxarılmışdır. Bu səbəbdən qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, prosessual müddət yalnız onun buraxılmasının səbəbi məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda bərpa edilə bilər. Həmin normanın mahiyyətindən aydın olur ki, müddətin bərpası istisna xarakter daşıyır və yalnız şəxsin iradəsindən asılı olmayan, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini obyektiv surətdə mümkünsüz edən hallar mövcud olduqda tətbiq edilə bilər. Lakin mübahisələndirilən qərardadda məhkəmə belə halların mövcudluğunu müəyyən etməmişdir. Məhkəmə yalnız iddiaçıların müxtəlif dövrlərdə notariat orqanlarına ərizələrlə müraciət etməsini, notariusun bu qərarlardan imtina verməsini, daha sonra iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsini, məhkəmə iddianın icraata qəbul etməkdən imtina etməsini, daha sonra həmin qərardaddan şikayət verilməsini və şikayət təmin olunmamasını əsas götürərək prosessual müddəti bərpa etmişdir. Halbuki qeyd olunan hallar MPM-in 133.1-ci maddəsinin mənasında prosessual müddətin buraxılmasının üzrlü səbəbi hesab edilə bilməz. Iş materiallarından görünür ki, iddiaçılar ##.##.2023-cü il tarixli qətnamənin mövcudluğundan məlumatlı olmuş, həmin qətnamə əsasında hüquqlarını həyata keçirmək məqsədilə müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Bu hal onların qətnamədən xəbərsiz olmamalarını və prosessual hüquqlarını həyata keçirmək imkanına malik olduqlarını mübahisəsiz olaraq təsdiq edir. Belə olan halda, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsinə mane olan obyektiv səbəbin mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə qərardadında iddiaçıların “prosessual hərəkətsizlik nümayiş etdirmədiklərini” göstərmişdir, lakin bu hal prosessual müddətin buraxılmasını üzrlü hesab edilməsi üçün kifayət etmir. Çünki müxtəlif dövlət orqanlarına müraciət etmək, yeni iddialar qaldırmaq və ya notariusun hərəkətlərindən şikayət vermək apellyasiya şikayətinin vaxtında verilməsinə mane olan obyektiv səbəb deyildir və qanunvericilikdə belə hallar müddətin bərpası üçün əsas kimi nəzərdə tutulmamışdır. Diqqətəlayiq hal ondan ibarətdir ki, ##.##.2023-cü il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra heç bir şikayət verilmədiyindən onun icrası həyata keçirilmiş, qətnamənin hüquqi nəticələri reallaşdırılmış və daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Həmin qətnamə əsasında cavabdeh Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu isə qanuni qüvvəyə minmiş məhkəmə aktının icra olunduğunu və hüquqi münasibətlərin artıq sabitləşdiyini göstərir. Belə olan halda, üç ildən artıq müddət keçdikdən sonra prosessual müddətin bərpası hüquqi müəyyənlik prinsipinə, qanuni qüvvəyə minmiş, məhkəmə aktlarının sabitliyi prinsipinə və məhkəmə qərarlarına etimad prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, qanuni qüvvəyə minmiş və icra edilmiş məhkəmə aktları yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda yenidən mübahisələndirilə bilər. Hazırki işdə isə məhkəmə belə müstəsna halların mövcudluğunu müəyyən etmədən prosessual müddəti bərpa etmişdir.

7. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyətin təmin edilməməsi və mülki işlə birlikdə bаxılmаsı üçün 7 (yeddi) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

14. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)

15. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. IV. Məhkəmə kollegiyasının mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi məhkəmə tərəfindən üzrlü hesab edildikdə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilir. Həmin norma məhkəməyə prosessual müddətin bərpası məsələsini həll edərkən hər bir konkret işin xüsusiyyətlərini, müddətin buraxılmasına səbəb olmuş halları, şəxsin prosessual davranışını, hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi fəallığı və hüquqi müdafiə vasitələrindən istifadə etmə dərəcəsini qiymətləndirmək səlahiyyəti vermişdir. Bu baxımdan, prosessual müddətin bərpası məsələsi yalnız formal meyarlarla deyil, həm də işin bütün faktiki halları nəzərə alınmaqla həll edilməlidir.

18. Iş materiallarından müəyyən edilir ki, iddiaçılar ##.##.2023-cü il tarixli qətnamə qəbul edildikdən sonra uzun müddət ərzində hüquqlarının həyata keçirilməsi məqsədilə ardıcıl olaraq müxtəlif hüquqi müdafiə vasitələrindən istifadə etmiş, qətnamənin icrası ilə əlaqədar notariat orqanlarına müraciətlər etmiş, həmin müraciətlər üzrə qəbul edilmiş qərarlardan irəli gələn yeni mübahisələr üzrə məhkəmə müdafiəsinə əl atmış və miras hüquqlarının düzgün müəyyən edilməsinə yönəlmiş hüquqi fəaliyyətlərini davam etdirmişlər. Deməli, iş materialları iddiaçıların öz hüquqlarının müdafiəsi istiqamətində passiv mövqe tutduqlarını deyil, əksinə mövcud hüquqi vəziyyətin aradan qaldırılması üçün davamlı hüquqi fəaliyyət göstərdiklərini təsdiq edir.

19. Şikayətdə qeyd olunan dəlillər mahiyyət etibarilə ondan ibarətdir ki, notariat orqanlarına müraciətlər edilməsi, sonradan digər məhkəmə mübahisələrinin yaranması və müxtəlif dövlət orqanlarına edilən müraciətlər MPM-in 133.1-ci maddəsində nəzərdə tutulan üzrlü səbəb hesab edilə bilməz. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpası barədə nəticəyə yalnız həmin faktların mövcudluğuna görə deyil, onların qarşılıqlı əlaqəsini, iddiaçıların hüquqlarının müdafiəsi istiqamətində fasiləsiz fəaliyyət göstərmələrini, sonradan aşkar olunmuş hüquqi vəziyyətin əvvəl qəbul edilmiş qətnamənin nəticələrinə birbaşa təsir etməsini və həmin halların bütövlükdə prosessual müddətin buraxılmasının qiymətləndirilməsi baxımından əhəmiyyətini nəzərə almaqla gəlmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpası institutunun məqsədi yalnız prosessual intizamın təmin edilməsi deyil, eyni zamanda şəxsin məhkəməyə çıxış və səmərəli məhkəmə müdafiəsi hüququnun təmin edilməsidir. Bu baxımdan, müddətin bərpası barədə ərizəyə baxılarkən məhkəmə formal yanaşmadan çıxış etməməli, konkret iş üzrə bütün halları kompleks şəkildə qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi də məhz bu prinsipləri rəhbər tutaraq iddiaçıların hüquqlarının müdafiəsi istiqamətində göstərdikləri davamlı fəaliyyəti, miras münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı bağlılığını və hüquqi vəziyyətin sonradan aydınlaşmasını nəzərə almış, nəticədə müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair əsaslandırılmış qənaətə gəlmişdir.

21. Şikayətdə istinad olunan hüquqi müəyyənlik prinsipi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi ilə bağlı arqumentlər də qərardadın ləğvi üçün əsas vermir. Belə ki, hazırkı icraatın predmeti ##.##.2023-cü il tarixli qətnamənin mahiyyəti üzrə qanuniliyinin yoxlanılması deyil, yalnız həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasının qanunauyğunluğudur. Prosessual müddətin bərpa edilməsi özlüyündə qətnamənin ləğvi və ya dəyişdirilməsi nəticəsini doğurmur, yalnız işə yuxarı instansiya məhkəməsi tərəfindən baxılması imkanını yaradır. Buna görə də təkcə müddətin bərpa olunması faktı hüquqi müəyyənlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Hüquqi müəyyənlik prinsipi məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini tamamilə istisna etmir və qanunvericiliyin özündə nəzərdə tutulmuş prosessual mexanizmlərin tətbiqi həmin prinsipə zidd hesab edilə bilməz.

22. Bundan əlavə, şikayət verən şəxs birinci instansiya məhkəməsinin müddətin bərpasına əsas götürdüyü halların həqiqətə uyğun olmadığını, yaxud həmin halların iş materialları ilə təkzib edildiyini sübut edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Şikayətdə irəli sürülən arqumentlər əsasən birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı nəticələri ilə razılaşmamaqdan ibarətdir. Halbuki MPM-in müddəalarına görə, sübutların qiymətləndirilməsi məhkəmənin daxili inamına əsaslanır və yalnız həmin qiymətləndirmənin açıq-aşkar qanunsuz və ya əsassız olduğu müəyyən edildiyi halda müdaxilə edilə bilər. Hazırkı halda isə belə hallar müəyyən olunmur.

24. “X12 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün25. edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun.

26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətlə bağlı ərizədə göstərilən halları düzgün qiymətləndirmiş, prosessual müddətin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlmiş və müddətin bərpasını təmin etməklə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsi üçün hüquqi əsas yaratmır.

27. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş halları yuxаrıdа şərh olunаn normаlаrla əlаqəli şəkildə qiymətləndirərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar