Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-56/2026 14.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması və borcun” tutulması tələbinə dair mülki iş üzrə (Açar söz: lizinq müqaviləsinin ləğv edilməsi, borcun tutulması tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması və borcun” tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İş materiallarına əlavə edilmiş ## ####### 2024-cü il tarixli, MK*******-**** nömrəli müqavilənin * saylı əlavəsindən görünür ki, lizinq alan X2 36 ay müddətinə, 18318.00 Azn lizinq məbləği, 1778.00 Azn lizinq xərcləri, aylıq 782.10 Azn olmaqla, ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2027-ci il tarixədək 35 ay müddətinə aylıq 382.10 Azn lizinq ödənişi, sonuncu ay, yəni ##.##.2027-ci il tarixdə 779.43 Azn lizinq ödənişi ödəməyi öhdəlik kimi götürmüşdür.
2. İş materiallarına əlavə edilmiş ## ####### 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobili X2 təhvil verilmişdir.
3. İş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, X2 ## ####### 2024-cü il tarixli, MK*******-**** saylı “Maliyyə lizinq” müqaviləsi üzrə ## #### 2025-ci il tarixli maliyyə arayışına əsasən 17366.54 manat əsas borc, 2630.04 manat mükafat və 538.84 manat cərimə borcu olmaqla, cəmi 20535.42 manat borcu var. II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “xxxx” ASC ilə cavabdeh X2 arasında ## ####### 2024-cü il tarixdə bağlanmış, MK*******-**** saylı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilinin cavabdeh X2 alınaraq iddiaçı “xxxx” ASC-yə qaytarılması və 17366,54 manat əsas, 2630,04 manat mükafat, 538,84 manat cərimə olmaqla, cəmi 20535,42 (iyirmi min beş yüz otuz beş manat 42 qəpik) manat lizinq borcunun, eləcə də 152,61 (bir yüz əlli bir manat 61 qəpik dövlət rüsumu + bank əməliyyatlarının həyata keçirilməsi üçün 1 (bir) manat xərc) manat məbləğində çəkilmiş xərcin cavabdeh Cəfər Seyidbəylidən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC ilə cavabdeh X2 arasında bağlanmış ## ####### 2024-cü il tarixli “maliyyə lizinq müqaviləsi”nə əsasən iddiaçı tərəfindən əldə edilməklə, mülkiyyətində olan 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X2 36 aylıq müddətə hər ay 782,10 manat, sonuncu ay isə 779,43 manat olmaqla, ümumilikdə 28152,93 manat məbləğində pulu “xxxx” ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəf lizinq müqaviləsinin şərtlərini pozaraq yerinə yetirməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq ödənişlərinin ödənilməsi tələbi ilə cavabdeh tərəfə rəsmi müraciətlərin оlunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh tərəf lizinq ödənişlərinin icrası üçün hеç bir təşəbbüs göstərməmişdir. Bu səbəbdən də, hazırda lizinq alan X2 “maliyyə lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 17366,54 manat əsas, 2630,04 manat mükafat və 538,84 manat məbləğində cərimə borcu mövcuddur. Beləliklə, cavabdeh tərəf öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə pul məbləğini, həmçinin lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır.
6. Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında ## ####### 2024-cü il tarixdə bağlanmış, MK*******-**** saylı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, cavabdeh X2 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilin alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, iş üzrə cavabdeh X2 17366,54 (on yeddi min üç yüz altmış altı manat, əlli dörd qəpik) manat əsas, 2630,04 (iki min altı yüz otuz manat, dörd qəpik) manat mükafat və 538,84 (beş yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat olmaqla, ümumilikdə 20535,42 (iyirmi min beş yüz otuz beş manat, qırx iki qəpik) manat məbləğində pulun tutulub “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çəkilmiş 152,61 (yüz əlli iki manat, altmış bir qəpik) manat məhkəmə xərclərinin cavabdeh X2 tutulub iddiaçı təşkilata ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh Cəfər Seyidbəyli iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən müqavilə üzrə aldığı avtomobilin istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh C.Seyidbəyli müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, bundan əlavə C.Seyidbəyli lizinq obyektini biznes və taksi fəaliyyəti üçün istifadə edərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən X2 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə C.Seyidbəylinin “xxxx” ASC-yə ##.##.2025-ci il tarixə pul öhdəliklərinin icra etməməsi nəticəsində borcunun olması, həmçinin “xxxx” Sığorta ASC-nin ##.##.2025-ci il tarixli məktubla “BYD” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişindaşıma fəaliyyəti (taksi fəaliyyəti) ilə bağlı AYNAda ##.##.2024-cü il tarixdən rəsmi qeydiyyata alınması müəyyən edilir. Halbuki, tərəflər ## ####### 2024-cü il tarixli, MK*******-**** saylı “Maliyyə lizinq” müqaviləsinin 5.7-ci və 16.1-ci bəndlərinə əsasən Lizinq alanın lizinq obyektindən taksi fəaliyyəti üçün istifadə etdiyi agkar edilərsə, Lizinq verən lizinq obyektini geri çağırışını və ya lizinq ödənişlərini vaxtından əvvəl tələb edə bilməsi, eyni zamanda əgər Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq tam və ya qismən iki dəfə ödəmirsə, Lizinq alan lizinq obyektini biznes və taksi fəaliyyəti üçün istifadə edərsə, Lizinq verən bu müqaviləyə birtərəfli qaydada xitam verə va müqaviləni ləğv edə bilməsi barədə razılığıa gələrək həmin müqaviləni imzalamışlar. Buna görə də, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti müqavilənin ləğv edilməsi, müqavilə ilə nəzərdə tutulmuş lizinq obyektinin geri alınması və yaranmış borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən müqaviləyə görə üzərinə düşən öhdəlik icra edilmədiyindən, ## ####### 2024-cü il tarixli, MK*******-**** saylı “Maliyyə lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobil cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin əsas borcunun tutulması ilə eyni zamanda müqaviləyə əsasən mükafat və cərimə borcu üzrə qeyd etmişdir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, ## ####### 2024-cü il tarixli, MK*******-**** saylı “Maliyyə lizinq” 8.1-ci bəndinə əsasən lizinq müddətinə hər ay ödənilməli olan məbləğ müqaviləyə əlavə edilmiş Ödəniş Cədvəli (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) üzrə müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, müqavilənin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 17366,54 (on yeddi min üç yüz altmış altı manat, əlli dörd qəpik) manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə müqavilənin Ödəniş Cədvəlinə (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) əsasən cavabdehin ödəməli olduğu 2630,04 (iki min altı yüz otuz manat, dörd qəpik) manat mükafat borcunun tutulması ilə bağlı qeyd etmişdir ki, həmin pulun tutulması hissəsində də tələb əsaslıdır. Belə ki, iş materiallarında olan ## ####### 2024-cü il tarixli maliyyə lizinq müqaviləsinin 8.1-ci bəndindən görünür ki, ödəniş cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinq alan lizinq haqqını Lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətdə hər gecikdirilmiş gün üçün (gecikmənin ilk 3 (üç) günü istisna olmaqla) gecikdirilmiş Iizinq məbləğinin 1 (bir) % miqdarında cərimə ödəyəcək. Cərimə lizinq ödənişinin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 (otuz) gün ərzində hesablanır. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, Lizinq alan maliyyə lizinq müqaviləsi üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 538,84 manat məbləğində cərimə pulu hesablamışdır. Bu isə ## ####### 2024-cü il tarixdə bağlanmış, MK*******-**** saylı maliyyə lizinq müqaviləsi tələb olunan əsas borc olan 17366,54 (on yeddi min üç yüz altmış altı manat, əlli dörd qəpik) manat pulun 3.1 % faizini (538.84/17366.54x100=3.1 %) təşkil edir ki, bu da ağlabatan hesab edilir. Halbuki maliyyə lizinq müqaviləsinin 8.1-ci bəndində əsasən Lizinq alan C.Seyidbəyli hər gecikdirilmiş gün üçün (gecikmənin ilk 3 (üç) günü istisna olmaqla) gecikdirilmiş Iizinq məbləginin 1 (bir) % miqdarında cərimə ödəyəcəyi barədə razılıq veribdir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
8. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” lizinq şirkəti tərəfindən sənədlərin saxtalaşdırılmasına görə onlara sığorta ödənişinin verilməsindən imtina edilməsi və nəticədə onlara qarşı 18000 manat məbləğində dələduzluq edilməsi faktı ilə bağlı iddiaçının müraciətləri əsasında Nərimanov Rayon Prokurorluğunda araşdırılma aparılmaqdadır və buna görə də işin məhkəmədə baxılmasının təxirə salınması barədə Şahbuz Rayon Məhkəməsinə bir neçə dəfə ərizə göndərsə də, məhkəmə ərizələri nəzərə almayaraq Nərimanov Rayon Prokurorluğunda aparılan araşdırılmanın nəticəsini gözləmədən yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Məhkəmə tərəfindən işin bütün halları tam, hərtərəfli qaydada araşdırılmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, onun məhkəməyə təqdim etdiyi ərizələrə məhəl qoyulmadan, Nərimanov Rayon Prokurorluğunda aparılan araşdırılmanın nəticəsini gözləmədən məhkəmə bir tərəfli mövqe sərgiləyərək, iddiaçının mənafeyinə uyğun davranaraq, prosesin çəkişmə prinsipini təmin etmədən, nəticədə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozmuşdur. Halbuki, sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır. Yuxarıda sadaladığı xüsusatlardan görünür ki, Nərimanov Rayon Prokurorluğunda aparılan araşdırılmanın nəticəsini gözləmədiyindən məhkəmənin gəldiyi nəticə onu deməyə əsas verir ki, məhkəmə tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Ona görə də məhkəmənin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin nümayəndəsi X3 şikayəti müdafiə edərək, apellyasiya şikayəti ilə oxşar məzmunda izahat vermiş və Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh X2 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər.
13. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə üzrə iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh X2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
19. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
20. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
21. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.
22. Maddə 747.3. Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.
23. Maddə 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır.
24. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
25. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: -748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
26. Maddə 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
27. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
28. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir.
29. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
30. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. Maddə 384.0.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarı
40. “... Lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”. Həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. V. Apellyasiya baxışının hədləri
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
46. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olmaqla qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilinin cavabdeh X2 alınaraq iddiaçı “xxxx” ASC-yə qaytarılmasına dair hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalı, mübahisələndirilən qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, mülki işin müəyyən olumuş hallarından görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında ## ####### 2024-cü il tarixdə maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçıya məxsus 2024-cü il buraxılışlı “BYD Destroyer 05 Plug-in hibrid” minik avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş müddətlərdə lizinq ödənişlərini həyata keçirməyi öhdəsinə götürmüşdür.
48. İş materialları ilə həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən lizinq ödənişləri vaxtında və tam şəkildə icra edilməmiş, nəticədə 17366,54 manat əsas borc, 2630,04 manat mükafat və 538,84 manat cərimə borcu yaranmış, bu səbəbdən iddiaçı müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
49. Mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər arasında qeyd olunan tarixdə maliyyə lizinq müqaviləsi bağlanmış, lizinq obyekti cavabdehə təhvil verilmiş və cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir.
50. Kollegiya mövqeyini əsaslandırarkən ilk növbədə vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki halları – tərəflər arasında ## ####### 2024-cü il tarixli maliyyə lizinq müqaviləsinin bağlanması, lizinq obyektinin cavabdehə təhvil verilməsi və cavabdehin müqavilə üzrə ödəniş öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə tam təsdiq olunur və bu hissədə məhkəmənin gəldiyi nəticə düzgündür. Cavabdehin uzun müddət ərzində lizinq ödənişlərini həyata keçirməməsi onun müqavilə öhdəliklərini pozduğunu göstərir və bu baxımdan lizinq verənin əsas borcun, mükafatın və müqavilə ilə nəzərdə tutulmuş cərimənin tutulması tələbi qanuni və əsaslı hesab edilməlidir. Həmçinin, cavabdeh lizinq obyektindən müqavilə şərtlərinə zidd olaraq taksi fəaliyyəti üçün istifadə edərək müqavilə şərtlərinə əməl etməməsi müqavilənin istifadə şərtlərinin pozulması ilə müşayiət olunmuşdur.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq münasibətlərini tənzimləyən normaları baxımından lizinq alanın əmlakdan istifadə etməsi müqabilində ödəniş etmək öhdəliyi mütləq xarakter daşıyır və həmin öhdəliyin pozulması hüquqi məsuliyyət yaradır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarında qeyd olunduğu kimi, lizinq münasibətləri öz mahiyyətinə görə lizinq alanın əmlakdan istifadə etməsi müqabilində ödəniş etməsinə əsaslanır və lizinq alan müqavilə şərtlərini pozduğu halda lizinq obyekti üzərində sahiblik və istifadə hüququndan məhrum edilə bilər.
52. Kollegiya həmçinin qeyd edir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
53. İş materiallarına əlavə edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, MK*******-**** nömrəli maliyyə lizinq müqaviləsi ilə müəyyən olunmuşdur ki, tərəflər aşağıda qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin 4-cü bəndinə əsasən Lizinq verən, bu müqavilənin müxtəlif maddələrinə əsasən digər hallar və hərəkətlər üçün cavabdeh olmamaqla yanaşı, həm də Lizinq alan və ya üçüncü tərəflər qarşısında Lizinq obyektinin tamamilə va ya lazımınca düzgün işlədilməməsinə və ya təyinatı üzrə istifadə edilməməsinə görə məsuliyyət daşımır; - Müqavilənin 5.7-ci bəndinə əsasən Lizinq alanın lizinq obyektindən taksi fəaliyyəti üçün istifadə etdiyi aşkar edilərsə, Lizinq verən lizinq obyektini geri çağırışını və ya lizinq ödənişlərini vaxtından əvvəl tələb edə bilər; - Müqavilənin 6.2-ci bəndinə əsasən Lizinq alan bütün zəruri vergilərin, məsrəflərin, xərclərin, təminatlanın, Lizinq alanın hər hansı digər sənədlərin Lizinq obyektini alması, verməsi, işlətməsi, istifadə etməsi nəticəsində ödənilməsi olan hər hansı lizinq mükafatı və cərimələrə məsuliyyət daşıyır; - Müqavilənin 6.5-ci bəndinə əsasən Lizinq obyekti məhv olarsa və məhv olma sığortaçı tərəfindən kompensasiya edilməzsə bütün lizinq ödənişləri əlavə 1-də göstərilən qaydada tam ödənilməlidir; - Müqavilənin 7.1-ci bəndinə əsasən Lizinq alan Lizinq haqqını Lizinq verənə ödəmə Cədvəlinə uyğun olaraq ödəməlidir və Lizinq obyektinin gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil; - Müqavilənin 8.1-ci bəndinə əsasən ödəniş cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinq alan lizinq haqqını Lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətdə hər gecikdirilmiş gün üçün (gecikmənin ilk 3 (üç) günü istisna olmaqla) gecikdirilmiş Iizinq məbləginin 1 (bir) % miqdarında cərimə ödəyəcək. Cərimə lizinq ödənişinin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 (otuz) gün ərzində hesablanır; - Müqavilənin 11.1-ci bəndinə əsasən Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu Müqavilə imzalandıqdan sonra Lizinq obyektinin hər cür zədələnməsinə və dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnə və dağılma ilə ələqədar Lizinq verənin ziyanlarını ödəyəcək və hətta Lizinq obyekti sıradan çıxsa belə, lizinq ödənişlərini əlavə 1-ə uyğun olaraq ödəyəcək; - Müqavilənin 13.1-ci bəndinə əsasən Lizinq alanın öz vəzifələrini yerinə yetirilməsinə görə Lizinq verənin çəkdiyi bütün məsrəflər, o cümlədən iddia xərcləri Lizinq alan tərəfindən ödənilir; - 13.2-ci bəndinə əsasən əgər bu Müqavilə qüvvəyə minməsə və ya tam olaraq ləğv olunsa, Lizinq verənin bu müqavilədən irəli gələn bütün məsrəfləri xərcləri və maliyyə itkiləri onun yazılı bildirişi əsasında Lizinq alan tərəfindən birdəfəyə ödənilməlidir; - Müqavilənin 16.1-ci bəndinə əsasən əgər Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq tam və ya qismən iki dəfə ödəmirsə, Lizinq alan lizinq obyektini biznes və taksi fəaliyyəti üçün istifadə edərsə, Lizinq verən bu müqaviləyə birtərəfli qaydada xitam verə va müqaviləni ləğv edə bilər;
54. İş materiallarından, o cümlədən maliyyə arayışından və tərəflər arasında aparılmış yazışmalardan aydın görünür ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü ödəniş öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun üzərində əhəmiyyətli məbləğdə borc yaranmış, bundan əlavə, iş üzrə sübutlarla müəyyən edilmişdir ki, cavabdeh lizinq obyektindən müqavilə şərtlərinə zidd olaraq taksi fəaliyyəti üçün istifadə etmişdir. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən X2 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə C.Seyidbəylinin “xxxx” ASC-yə ##.##.2025-ci il tarixə pul öhdəliklərinin icra etməməsi nəticəsində borcunun olması, həmçinin “xxxx” Sığorta ASC-nin ##.##.2025-ci il tarixli məktubla “BYD” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişindaşıma fəaliyyəti (taksi fəaliyyəti) ilə bağlı AYNA-da ##.##.2024-cü il tarixdən rəsmi qeydiyyat alınması müəyyən edilmişdir.
55. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə şərtlərini şərh edərkən onların məzmununu tam və düzgün qiymətləndirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndində açıq şəkildə göstərilmişdir ki, lizinq alan lizinq obyektindən taksi fəaliyyəti üçün istifadə etdikdə lizinq verən lizinq obyektini geri çağırmaq və ya lizinq ödənişlərini vaxtından əvvəl tələb etmək hüququna malikdir. Kollegiya qeyd edir ki, “və ya” bağlayıcısı alternativlik ifadə edir və bu, hüququn eyni anda deyil, seçim əsasında iki hüquqdan birinin həyata keçirilməsini nəzərdə tutur. Belə olan halda, lizinq verən eyni hüquqi əsas üzrə həm əşyanın geri alınmasını, həm də eyni zamanda bütün ödənişlərin tutulmasını tələb etməklə müqavilə ilə ona verilmiş hüququn hüdudlarını aşmış olur.
56. Apellyasiya instansiyası hesab edir ki, müqavilə azadlığı prinsipi çərçivəsində tərəflər hüquq və vəzifələrini sərbəst müəyyən etsələr də, həmin şərtlərin tətbiqi zamanı onların məzmununa uyğun və ədalətli şərh verilməsi vacibdir. Müqavilədə nəzərdə tutulmuş alternativ hüquqdan istifadə edərkən lizinq verən yalnız bunlardan birini seçməli idi. Halbuki iddiaçı həm lizinq obyektinin geri qaytarılmasını, həm də demək olar ki, bütün qalıq borcun tutulmasını (əsas borc, mükafat və cərimə borcu) tələb etməklə cavabdehi daha ağır vəziyyətə salan hüquqi nəticə yaratmağa çalışmışdır ki, bu da mülki hüququn ədalətlilik və balans prinsiplərinə uyğun deyildir.
57. Mülki hüquq münasibətlərində tətbiq edilən hüquqi nəticələr tərəflərdən birinin vəziyyətini əsassız və qeyri-proporsional şəkildə ağırlaşdırmamalı, əksinə, onların hüquq və mənafeləri arasında ədalətli tarazlığı təmin etməlidir. Xüsusilə lizinq münasibətlərində lizinq alanın artıq öhdəliklərini pozması ona qarşı eyni hüquqi əsasdan irəli gələn bir neçə ağır nəticənin eyni vaxtda tətbiqinə əsas vermir.
58. Belə ki, lizinq verənə verilmiş alternativ hüququn eyni anda iki formada – həm əmlakın geri alınması, həm də bütün ödənişlərin tutulması şəklində həyata keçirilməsi cavabdehin vəziyyətini iqtisadi və sosial baxımdan daha da ağırlaşdırmaqla yanaşı, onu faktiki olaraq ikiqat məsuliyyət altına salır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, hüququn məqsədi yalnız pozulmuş hüququ bərpa etmək deyil, eyni zamanda tərəflər arasında balansı qorumaqdır. Bu baxımdan, qəbul edilən qərar tərəflərdən birini həddindən artıq əlverişsiz vəziyyətə salmamalı, onun iqtisadi və hüquqi vəziyyətini daha da pisləşdirən nəticələr doğurmamalıdır. Əks halda, bu cür yanaşma mülki dövriyyənin sabitliyinə və hüquqi münasibətlərə olan etimada mənfi təsir göstərər.
60. Bu baxımdan lizinq münasibətləri elə tətbiq edilməlidir ki, tərəflərdən birinin xüsusilə iqtisadi cəhətdən daha zəif tərəfin hüquqları həddindən artıq məhdudlaşdırılmasın.
61. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin müqavilə öhdəliklərini pozması lizinq verənə ödənişlərin tutulması hüququ versə də, eyni zamanda lizinq obyektinin geri alınması ilə birlikdə tətbiq edildikdə bu, cavabdeh üçün ikiqat məsuliyyət xarakteri daşıyır və müqavilənin 5.7-ci bəndinin mahiyyətinə zidd olur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində düzgün hesab edilə bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki: - apellyasiya şikayəti qismən təmin edilməli; - Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilin cavabdeh X2 alınaraq iddiaçı “xxxx” ASC-yə qaytarılmasına dair hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalı; - İddia 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilin cavabdeh X2 alınaraq iddiaçı “xxxx” ASC-yə qaytarılmasına dair hissədə rədd olunmalı; - Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalı; - İddianın təmin olunmuş hissəsinə uyğun qət olunmuş məbləğ tam olaraq cavabdeh X2 tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi təmin edildikdən sonra 2024cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilin cavabdeh X2 mülkiyyət hüququ əldə etməsi tərəflərə izah olunmalıdır.
63. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
64. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunduğundan apellyasiya şikayəti verilməsi üçün cavabdehin nümayəndəsi tərəfindən *-********** nömrəli qəbzlə ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun şikayətin təmin olunan hissəsinə uyğun olaraq yarısı 38.5 (otuz səkkiz manat əlli qəpik) manat məbləğində pul iddiaçıdan alınaraq cavabdehə qaytarılmalıdır.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plugin hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilinin cavabdeh X2 alınaraq iddiaçı “xxxx” ASC-yə qaytarılmasına dair hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin olunsun. İddia 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilinin cavabdeh X2 alınaraq iddiaçı “xxxx” ASC-yə qaytarılmasına dair hissədə rədd olunsun. Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında ## ####### 2024-cü il tarixdə bağlanmış, MK*******-**** saylı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, iş üzrə cavabdeh X2 17366,54 (on yeddi min üç yüz altmış altı manat, əlli dörd qəpik) manat əsas, 2630,04 (iki min altı yüz otuz manat, dörd qəpik) manat mükafat və 538,84 (beş yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat olmaqla, ümumilikdə 20535,42 (iyirmi min beş yüz otuz beş manat, qırx iki qəpik) manat məbləğində pulun tutulub “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çəkilmiş 152,61 (yüz əlli iki manat, altmış bir qəpik) manat məhkəmə xərclərinin cavabdeh X2 tutulub iddiaçı təşkilata ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddianın təmin olunmuş hissəsinə uyğun qət olunmuş məbləğ tam olaraq cavabdeh X2 tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi təmin edildikdən sonra 2024cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilin cavabdeh X2 mülkiyyət hüququ əldə etməsi tərəflərə izah olunsun. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin nümayəndəsi tərəfindən *-********** nömrəli qəbzlə ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun şikayətin təmin olunan hissəsinə uyğun olaraq 38.5 (otuz səkkiz manat əlli qəpik) manat hissəsi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınaraq cavabdeh X2 qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.