Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-88/2026 14.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Iddiaçı cavabdeh2 və cavabdeh1 qarşı mülkiyyətə maneələrin aradan qaldırılması tələbi (Açar sözlər: Apellyasiya şikayəti, prosessual müddət, rəsmi qaydada vermə, müddətin ötürülməsi, geri qaytarma, məhkəmə müdafiəsi hüququ, hüquqi müəyyənlik prinsipi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı Iddiaçı "31" yanvar 2025-ci ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək onun xüsusi mülkiyyətində olan 0.0533 hektar həyətyanı torpaq sahəsindən və çay evindən istifadəyə qayınları cavabdeh1 və cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-03). b) Tələb üzrə qəbul edilmiş məhkəmə aktı.
2. Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim Abil Orucəliyev) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən tikilidən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdi (iş vərəqə 127-132). II. Məhkəmə aktlarından verilmiş şikayətlər. a) Qətnamədən verilmiş apellyasiya şikayətləri.
3. Cavabdehlər cavabdeh1 ## ##### 2026-cı il tarixdə, cavabdeh2 isə ## ##### 2026cı ildə apellyasiya şikayətləri ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər (iş vərəqə 143-155).
4. Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə sözügedən qətnamədən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır (iş vərəqə 159-161).
b) Apellyasiya şikayətlərinin geri qaytarılmasına dair məhkəmənin hüquqi mövqeyi.
5. Işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətlərinin geri qaytarılmasını onunla əsaslandırmışdı ki, apellyasiya şikayətinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət və forma tələblərinə riayət olunması zəruridir. Iş materiallarına görə, cavabdehlər qətnaməni rəsmi qaydada aldıqdan sonra Mülki-Prosessual Məcəllənin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürərək şikayət vermiş, lakin müddətin bərpası barədə vəsatət təqdim etməmişlər ki, bu da həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən şikayətə baxılmasını istisna edir. Eyni zamanda, cavabdeh cavabdeh2 tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi Mülki-Prosessual Məcəllənin 361.3 və 363.1.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Bu nöqsanlara görə məhkəmə apellyasiya şikayətlərinin geri qaytarılmasına və tərəflərə nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququnun izah edilməsinə qərar vermişdir. c) Qərardaddan verilmiş şikayət.
6. Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə razılaşmayan cavabdeh cavabdeh1 ## ##### 2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və ya işin mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir (iş vərəqə 168-171). ç) Şikayətin əsaslandırılması. Cavabdeh cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə düzgün qərar qəbul etmədən mülki işi geri qaytarmışdır. Şərur Rayon Məhkəməsi absurd və düzgün olmayan qərardad qəbul etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə qərardadından apellyasiya qaydasında şikayət vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin buraxılması ilə bağlı olmuşdur. O, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətini müddəti buraxmadan verib. Belə ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi tərəflərə qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmi şəkildə ## #### 2026cı 7. il tarixdə təqdim olunmuşdu. Zərfdə ## #### 2026-cı il tarixli möhür öz əksin tapır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən, məhkəmə qətnamə və qərardadlarının surətləri işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edilməli və prosessual müddətlərin axımı məhz həmin təqdimetmə anından hesablanmalıdır. Qanunun bu tələbi tərəflərin müdafiə hüququnun təmin olunmasına və onların məhkəmə aktlarından vaxtında xəbərdar olmasına xidmət edir. O, ## #### 2026-cı il tarixində məktubu şəxsən alıb, ## ##### 2026-cı il tarixində apellyasiya şikayəti verib. Qanunun mənasından da aydın olur ki, qətnaməni alandan sonra bir ay müddətində apellyasiya şikayəti vermək olar. Beləliklə maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur.
8. Bundan əlavə, məhkəmə təcrübəsində də qəbul edilmişdir ki, məhkəmə aktının tərəfə rəsmi qaydada çatdırılmaması prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab olunur. Çünki belə hallarda şəxsin məhkəmə müdafiə hüququnun həyata keçirilməsi məhdudlaşdırılmış olur.
9. Cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 71-ci maddələrinə, Insan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 741-ci maddələrinə, prosessual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 88, 217, 220, 386-cı və 387-ci maddələrinə istinad etmişdir.
d) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.
10. Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət əsаslı sayılmadığından, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara almışdır (iş vərəqə 180-183). III. Apellyasiya instansiyası məhkəməsində icraat. a) Şikayətin icraata qəbulu.
11. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “30” aprel 2026-cı ildə daxil olmuş və kollegiyanın “01” may 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. b) Şikayətə qarşı etirazın dəlilləri.
12. Şikayətə qarşı etiraz daxil olmamışdı.
IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
13. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
14. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
15. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh1 şikayəti birinci instansiya məhkəməsinin qərardadının tamamilə ləğv edilməsinə yönəlsə də, mülki prosessual qanunvericiliyin dispozitivlik prinsipinə əsasən, apellyasiya yoxlamasının hədləri şikayət verən şəxsin hüquqi dairəsi ilə məhdudlaşır. Bu baxımdan, digər cavabdeh cavabdeh2 tərəfindən müstəqil şikayət verilmədiyi nəzərə alınaraq, hazırkı icraat çərçivəsində mübahisələndirilən məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız şikayətçi cavabdeh1 münasibətdə və onun şikayət hüququna təsir edən hissədə tam həcmdə yoxlanılmalıdır.
V. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
17. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
18. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
19. - 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar;
20. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. - 88-ci maddəsindən aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
22. -129.1-129.4-cü maddələrinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır;
23. - 134.1-ci və 134.1.5-ci maddələrindən müəyyən edilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə sənədlərini rəsmi qaydada verməlidir;
24. -135-ci maddəsinin mahiyyətinə görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir;
25. - 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. VI. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
26. Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
27. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli qərarları).
28. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "X1rşı" iş üzrə 1975-ci il ## ###### tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).
29. Həmçinin həmin Məhkəmənin "X3rşı" iş üzrə 1985-ci il ## ### tarixli qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).
30. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” ## ####### 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.
31. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apellyasiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.
32. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı” iş üzrə ## ####### 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
34. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normanın yuxarıda şərh edilən tələblərinə əsasən, məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi həm poçt rabitəsi, həm şəxsən imza etdirmə, həm də elektron sistem vasitəsilə həyata keçirilə bilər. Bu qaydaların müəyyən edilməsi tərəflərin məhkəmə aktlarından vaxtında xəbərdar olmasını təmin etməklə yanaşı, həm də prosessual müddətlərin axımının başlanğıc nöqtəsini dəqiqləşdirir.
35. Qeyd edilən prosessual normaları mülki iş materialları ilə əlaqəli şəkildə öyrəndikdə görünür ki, tərəflər arasında olan mübahisə üzrə yekun məhkəmə aktı - qətnamə ## ###### 2026-cı ildə çıxarılmışdı.
36. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlardan aydın olur ki, sözügedən qətnamənin tam mətni həmin informasiya sisteminə ## ###### 2026-cı il tarixdə yerləşdirilmişdi.
37. Həmçinin "Elektron məhkəmə" informasiya sistemində olan proses iştirakçılarına dair məlumatlardan iddiaçının nümayəndəsi Nümayəndə ## ##### 2025-ci il tarixdən və cavabdeh cavabdeh2 isə ## ###### 2025-ci il tarixdən elektron kabinetlərinin mövcud olması aydın olur.
38. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlardan və mülki iş materiallarında olan poçt göndərişinin siyahısından cavabdeh cavabdeh1 və iddiaçı Iddiaçı elektron kabinetinin olmaması və bu səbəbdən də onlar yekun məhkəmə aktının surətinin poçtla göndərilməsi müəyyən edilir.
39. Mülki iş materiallarında olan sifarişli poçt göndərişinin çatdırılması barədə sənəddən (F.119, iş vərəqə 140) aydın olur ki, cavabdeh cavabdeh1 Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi rəsmi qaydada ## #### 2026-cı ildə şəxsən çatdırılmışdı.
40. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq şikayət müddəti ## ##### 2026-cı il tarixdə başa çatsa da, cavabdeh apellyasiya şikayətini ## ##### 2026-cı ildə, yəni prosessual müddət ötürüldükdən sonra vermişdir. Onun şikayəti ## #### 2026-cı ildə alması barədə arqumenti heç bir mötəbər sübutla təsdiq edilmir və rəsmi poçt sənədi ilə birbaşa təkzib olunur.
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Qeyd edilən prosessual normanın məzmunundan da görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
43. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
44. cavabdeh1 ## #### 2026-cı il tarixli poçt təqvim ştampı barədə iddiasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi müddətin bərpası barədə vəsatət təqdim edilməyən şikayəti geri qaytarmaqla prosessual qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir.
45. Kollegiya bildirir ki, prosessual müddətlərin ötürülməsi yalnız müvafiq vəsatət əsasında və üzrlü səbəblər mövcud olduqda bərpa edilə bilər (Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsi). Hazırkı işdə isə şikayətçi müddətin ötürməsi faktını inkar edərək bərpa barədə vəsatət verməmiş, lakin onun əsaslandığı dəlillər rəsmi sənədlərlə (poçt xəbərnaməsi ilə) təkzib olunmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətlərin müəyyən edilməsi və onlara dəqiq riayət olunması tərəflərin subyektiv mülahizələrindən asılı olmayıb, hüquqi müəyyənlik prinsipinin və qanunun aliliyinin təzahürüdür. Qanunun aliliyi prinsipini özündə ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin II və III hissələrinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
47. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
48. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
49. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.
50. Beləliklə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə ## ##### 2026-cı il tarixli qərardadı çıxararkən Mülki-Prosessual Məcəllənin tələblərinə tam riayət etmiş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən cavabdeh cavabdeh1 şikayəti əsassız hesab edilərək rədd olunmalıdır.
51. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
52. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
53. - Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilməli;
54. - Şərur Rayon Məhkəməsinin həmin qərardadı şikayət verilmiş hissədə (cavabdeh1 aid hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
56. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
57. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
VII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilsin. Şərur Rayon Məhkəməsinin həmin qərardadı şikayət verilmiş hissədə (cavabdeh1 aid hissədə) dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.