Məhkəmə qərarları › İş №2(3-6)-2299/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2299/2026

20.07.2026 · Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2299/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə İmran qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müəyyən hərəkətlərin qadağan edilməsi və öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər ##.##.2008-ci il tarixində rəsmi nikaha daxil olmuş, nikahdan ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur. Tərəflərin nikahı ##.##.2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmamışdır. İddiaçı sözügedən ünvanda qeydiyyatdadır və ailə münasibətləri dövründə uzun müddət həmin ünvanda faktiki yaşamış, həmin yaşayış sahəsindən ailə üzvləri ilə birlikdə istifadə etmişdir. Nikahın pozulmasından sonra tərəflər arasında yaranmış mübahisə səbəbindən aralarında yaşayış sahəsinə giriş çıxış, istifadə qaydası və şəxsi əşyaların saxlanılması ilə bağlı mübahisələr yaranmışdır. Hazırda iddiaçı məhkəmədən cavabdehin həmin yaşayış evinə giriş-çıxışına, evdən istifadə etməsinə və iddiaçının yaşayış və əmlak hüquqlarına maneə törətməsinin qadağan edilməsini, eləcə də dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə və orada yaşamasına maneəçilik törətməsinin cavabdehə qadağan edilməsi, onun mülkiyyət, sahiblik və istifadə hüquqlarının təmin olunması məqsədilə cavabdeh Cavabdeh fərdi yaşayış evinə daxil olmasına maneə olmaması, yaşayış evinin qapısının açarlarının dəyişməməsi, yaşayış evindən istifadə etməsinə hər hansı formada əngəl yaratmaması və həmin evdəki şəxsi əşyalarına toxunmaması barədə cavabdeh Cavabdeh üzərinə konkret öhdəliklərin qoyulması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu mənzil atası X4 tərəfindən 1989-cu ildə alınmışdır. Elə həmin vaxtdan o mənzildə yaşamışdır. Cavabdeh Cavabdeh ilə 2008-ci il tarixindən ailə həyatı qurmuşdur. Cavabdeh onunla həmin evdə yaşamağa başlayıb. Sonradan ailə münasibətlərinin pozulması nəticəsində məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Bundan əlavə Cavabdeh tərəfindən “müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi” tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmə həmin iddianı təmin etmişdir. Cavabdeh məhkəməyə əsassız və saxta dəlillər təqdim edərək məhkəməni yanıltmaqdan çəkinməmişdir. Hazırda Bakı şəhəri Nəsimi Prokurorluğu tərəfindən həmin saxtakarlıq araşdırılmaqdadır. Nikahları pozulduqdan sonra da Cavabdeh, övladları X2 və X6 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, ev 6 ünvanında yaşayır. Qeyd edilən yaşayış evi Cavabdeh mülkiyyətində olmadığına görə onun həmin evə sahiblik hüququ mövcud deyildir, onun həmin ünvanda istifadə etdiyi sahə müəyyən edilməmiş və heç bir sənədlə rəsmiləşdirilməmişdir. Bunlara baxmayaraq və məhkəmə prosesinin davam etdiyi bir vaxtda ##.##.2025-ci il tarixində, o işdə olduğu zaman cavabdeh onun əşyalarını evdən çıxarmış və özbaşına evin giriş qapısının qıfılını dəyişmişdir, öz evinə girib-çıxmasına maneələr törədilərək mənzilin yalnız ona məxsus olduğunu bildirmişdir. Bildirilir ki, cavabdeh tərəfindən evin açarları dəyişilib, icazəsi olmadan əşyalarının evdən çıxarılanadək faktiki həmin evdə yaşamışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsində də qeyd edilmişdir ki, cavabdeh mənzilin yalnız bir hissəsindən istifadə edir. Beləliklə, evin bütövlükdə istifadəsi ona məxsus deyil və onun da həmin evdən istifadə etmək hüququ vardır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bir elektrik enerjisi xətti və sayğacı, bir qaz xətti və sayğacı, bir su xətti və sayğacı vardır. Mənzildən istifadə hüququ cavabdeh tərəfindən məhdudlaşdırılsa da, kommunal xərclərin ödənişini hələ də o özü həyata keçirir. Həmin evdə övladları da yaşayır. Onların çətinlik çəkməsini istəmir. Bildirir ki, həmin fərdi yaşayış evində istifadə edilən bütün məişət əşyaları və avadanlıqları tərəfindən alınmışdır və uzun illər ərzində şəxsi vəsaiti hesabına təmin edilmişdir. Hazırda cavabdeh Cavabdeh tərəfindən bu əşyalardan istifadə hüququ məhdudlaşdırılmış, ona həmin əşyalarından və şəxsi əmlakından faktiki yararlanmağa imkan verilmir. Qeyd edir ki, 2020-ci ildən etibarən şəhid ailələrinə və qazilərə təmənnasız kombi təmiri xidməti göstərir, uşaqlarının alimentini vaxtında ödəyir. Lakin cavabdeh tərəfindən evdə yaşamaq hüququ məhdudlaşdırıldığı üçün hazırda yaşamağa yeri yoxdur və iş yerində qalmağa məcburdur. Maddi vəziyyəti kirayədə qalmağa imkan vermir. Cavabdeh evdə yaşamaq hüququndan sui-istifadə edərək, onun mülkiyyətindən və yaşayış sahəsindən istifadəsini qəsdən məhdudlaşdırır, evə daxil olmasına imkan vermir, qapını bağlayır. Kilidi dəyişir, əşyalarını icazəsi olmadan evdən çıxarır. Bu hərəkətlər nəticəsində ona maddi və mənəvi zərər vurulur, sağlamlığına mənfi təsir göstərir. Əlavə olaraq, bu ev onun tək sığınacağı və yaşayış yeridir. Hazırda yaşamağa başqa yeri olmadığından iş yerində gecələməyə məcburdur, bu da onun həm insani ləyaqətinə, həm də sağlamlığına mənfi təsir göstərir. Cavabdehin qanunsuz hərəkətləri təkcə onun mülkiyyət hüququnu deyil, insan kimi yaşamaq hüququnu da pozur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən (yalnız cavabdehin yaşadığı sahəyə münasibətdə) istifadə etməsinə, həmin evə daxil olmasına və orada yaşamasınamaneə törətməsinin qadağan edilməsi,iddianın qalan hissələrdə təm in edilməməsi,ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi və qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının atasının sahibliyində olan mübahisəli özbaşına tikili, iddiaçı ilə cavabdehin nikah münasibətləri dövründə ailənin birgə yaşayış sahəsi kimi istifadəyə verilməklə, faktiki olaraq ailə üzvlərinin (iddiaçı və cavabdehin) yaşayışına təqdim edilmiş, tərəflərin birgə faktiki istifadəsində olmuş, iddiaçı həmin sahədə uzun müddət yaşayış və məişət ehtiyaclarını təmin etmişdir. Bu hal tərəflərin uzun müddət həmin ünvanda birgə yaşamaları ilə də təsdiq olunur. Beləliklə, həmin yaşayış sahəsi atasına aid olsa da, onun faktiki yaşayış hüquqları ailə münasibətləri çərçivəsində iddiaçı və cavabdehə verilməklə onların həmin sahədən birgə istifadəsi əsasında formalaşmışdır. Eyni zamanda iş üzrə müəyyən olunur ki, oxşar yaşayış sahəsində cavabdehin yaşamaq hüququ başqa məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə şəraitdə eyni faktiki istifadə rejimi mövcud olan yaşayış sahəsi üzrə iddiaçının hüquqlarının fərqli qaydada qiymətləndirilməsi ədalətli və hüquqi baxımdan əsaslandırılmış sayıla bilməz. Bundan başqa, cavabdehin istinad etdiyi G-**-*-** nömrəli, ##.##.2025-ci il tarixli mühafizə orderi tərəflər arasında şəxsi münasibətlərdən irəli gələn zorakılıq risklərinin qarşısının alınmasına yönəlmiş inzibati xarakterli tədbir olmaqla, mülkiyyət və istifadə hüquqlarını tənzimləyən hüquqi akt deyildir. Həmin order yalnız tərəflərin bir-birinə qarşı zorakılıq və təzyiq xarakterli hərəkətlərdən çəkinməsi öhdəliyini müəyyən edir və yaşayış sahəsinə dair hüquqların həyata keçirilməsinə birbaşa məhdudiyyət yaradan hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, mülki qanunvericiliyin tələblərinə görə mülkiyyətçi olmayan, lakin əmlaka faktiki sahiblik və istifadə edən şəxslərin hüquqları da qanunla qorunur və həmin hüquqlara üçüncü şəxslər tərəfindən maneə yaradılması yolverilməzdir. Müəyyən edilir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının faktiki istifadə etdiyi yaşayış sahəsinə müdaxilə halları yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddianın yalnız cavabdehin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə etməsinə, həmin sahəyə giriş-çıxışına və faktiki yaşayışına maneə törətməsinin qadağan edilməsi hissəsində təmin edilməsi məqsədəmüvafiqdir. İddia tələbinin “yaşayış evinin qapısının açarlarının dəyişdirilməməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin tələb mahiyyət etibarilə iddiaçının yaşayış sahəsinə maneəsiz giriş-çıxış hüququnun təmin olunmasına, yəni, mövcud və ya gələcək maneələrin aradan qaldırılmasına yönəlmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehə iddiaçının mübahisəli yaşayış sahəsinə giriş çıxışına və həmin sahədən istifadəsinə maneə törədilməsinin qadağan edilməsi barədə qət edilən öhdəlik, öz məzmununa görə, həmin hüququn tam və effektiv təmin olunmasını ehtiva edir. Belə ki, maneələrin aradan qaldırılması barədə məhkəmə qərarı artıq iddiaçının yaşayış sahəsinə sərbəst daxil olmasını və istifadə hüququnun həyata keçirilməsini təmin edən ümumi və yetərli hüquqi müdafiə vasitəsidir. Bu baxımdan, açarların dəyişdirilməməsi barədə ayrıca göstərişin verilməsi həmin tələbin mahiyyətini təkrarlamaqla eyni hüquqi nəticəni hədəfləyir və ayrıca məhkəmə müdafiə tədbirinin müəyyən edilməsinə zərurət yaratmır. Odur ki, iddianın bu hissəsi müstəqil qaydada təmin edilməyərək, ümumi “maneələrin aradan qaldırılması və giriş-çıxışa müdaxilənin qadağan edilməsi” hissəsi ilə əhatə olunduğu üçün ayrıca qərar qəbul edilməsinə ehtiyac yoxdur. İddia tələbinin “həmin evdəki şəxsi əşyalarına toxunmaması barədə cavabdeh Cavabdeh üzərinə öhdəliyin qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu tələb mahiyyət etibarilə ümumi, qeyri-müəyyən və gələcəkdə mümkün ola biləcək hərəkətlərin qarşısının alınmasına yönəlmiş xarakter daşıyır. Mülki-prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə müdafiəsinin predmeti konkret, müəyyən və icra oluna bilən hüquq və vəzifələrlə bağlı olmalıdır. Hazırkı tələb isə hansı əşyaların, hansı həcmdə və hansı konkret hərəkətlərlə qorunmasının tələb edildiyini müəyyən etmir, ümumi formada “toxunmama” öhdəliyinin qoyulmasını nəzərdə tutur. Məhkəmə hesab etmişdir ki, bu cür formulə edilmiş tələb gələcək ehtimal olunan hüquq pozuntularının qarşısının alınmasına yönəldiyi üçün hüquqi müəyyənlik prinsipinə uyğun deyil və icrası baxımından da konkret icra mexanizmi müəyyən edilmir. Bundan əlavə, iddiaçının yaşayış sahəsinə maneələrin aradan qaldırılması və yaşayış sahəsindən istifadə etməsinin təmin edilməsi barədə tələbin təmin edilməsi onun şəxsi əşyalarının saxlanılması və qorunması üçün ümumi hüquqi təminat yaradır. Bu baxımdan ayrıca “toxunmama” öhdəliyinin müəyyən edilməsinə hüquqi zərurət mövcud deyildir. Odur ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirilməmiş, məhkəmə yaşayış sahəsinin faktiki vəziyyətini formal şəkildə qiymətləndirmiş, tərəflərin real yaşayış şəraiti və alternativ imkanlarını araşdırmamışdır. Belə ki, iş materialarından və yerli baxışla müəyyən olunmuşdur ki, ümumi həyətdə eyni ünvanda 3 ev mövcuddur, iddiaçı valideynləri ilə birlikdə 3 otaqlı, geniş yaşayış sahəsində yaşayır, eyni ünvanda 2 otaqlı evini kirayəyə verib, cavabdeh 2 övladı ilə iç-içə 2 otaqlı sahədə daha kiçik evdə yaşayır. Məhkəmə qərarında iddiaçının guya yaşayış sahəsinə ehtiyacının olması əsas götürülmüşdür. Halbuki, faktiki olaraq iddiaçının iki yaşayış imkanı mövcuddur. Bu halda iddiaçının məhz cavabdehin və uşaqların istifadə etdiyi sahəyə köçmək istəyi obyektiv ehtiyacdan deyil, başqa motivlərdən irəli gəlir. Məhkəmə iddiaçının alternativ yaşayış imkanlarını hüquqi baxımdan qiymətləndirməmiş, ehtiyac meyarını tətbiq etməmişdir. Məhkəmə tərəfindən həmçinin uşaqların üstün mənafeyi prinsipinin pozulması ilə nəticələnin qətnamə qəbul etmişdir. Belə ki, tərəflərin birgə nikahından ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X6 doğulmuşdur və məhkəmə qətnaməsi ilə onların ananın yanında qalması müəyyən edilmişdir. Hazırda oğlan uşağı 17 yaşındadır, qız uşağı 13 yaşındadır. Onlar yeniyetməlik və yetkinlik yaşına yaxın dövrdədirlər. Fərqli cinsdən olan və bu yaş kateqoriyasında olan uşaqların eyni otaqda yaşaması, onların psixoloji inkişafına, şəxsi məkan hüququna, təhsil və istirahət şəraitinə mənfi təsir göstərir. Lakin məhkəmə qərarı faktiki olaraq belə nəticəyə gəlmişdir ki, ana və iki azyaşlı uşaq 1 otaqda yaşamalıdır, iddiaçı və onun valideynləri isə ümumilikdə 6 otağa malik sahədə qalmalıdır. Bu yanaşma açıq şəkildə uşaqların və cavabdehin hüquqlarını və mənafeyini pozur. Bundan başqa məhkəmə “adam başına düşən yaşayış sahəsi” prinsipini ümumiyyətlə araşdırmamışdır. Mövcud vəziyyətdə 3 nəfər (ana və iki uşaq) faktiki olaraq 1 otağa sığışdırılır, digər tərəf isə daha geniş sahədən istifadə edir. Bir nəfərə düşən yaşayış sahəsinin uyğunluğu şəhər şəraiti, sanitar normalar və ümumi qəbul edilmiş yaşayış standartları baxımından qiymətləndirilməli idi. Bu edilməmişdir. Məhkəmə tərəfindən iş materialarında olan mühafizə orderinə düzgün hüquqi qiymət verməmiş və münaqişəli ailə mühitinin nəzərə alınmamışdır. İş materialarında mövcud olan qısamüddətli mühafizə orderi tərəflər arasında ciddi ailə münaqişəsinin olduğunu təsdiq edir. Həmçinin hüquq-mühafizə orqanlarına mütəmadi müraciətlər, 102 xidmətinə çağırışlar, polis orqanlarında izahatların alınması tərəflər arasında gərginliyin davamlı xarakter daşıdığını göstərir. Belə şəraitdə tərəflərin eyni həyətdə eyni evdə daha sıx təmas şəraitində yaşamasına şərait yaratmaq, yeni münaqişə riskini artırır, uşaqların psixoloji təhlükəsizliyini pozur, zorakılıq ehtimalını yüksəldir. Məhkəmə tərəfindən işə baxılarkən ailədaxili münasibətlərin təhlükəsizliyi lazımi səviyyədə qiymətləndirilməmişdir. Belə ki, azyaşlı (yeniyetmə) oğlan uşağı inkişafının həssas mərhələsindədir və ali təhsil müəssisəsinə qəbul imtahanlarına hazırlaşdığı bir dövrdə xüsusi diqqət və psixoloji sabitliyə ehtiyac duyur. Qeyd edilməlidir ki, tərəflər arasında nikahın pozulmasına dair digər mülki iş üzrə uşaqların hansı valideynin yanında qalmasının müəyyən edilməsi məqsədilə iş materialları rəy alınması üçün Nəsimi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına göndərilmişdir. Həmin araşdırma zamanı hazırkı iddiaçı oğlan övladının guya onu təhdid etdiyini, hətta bıçaqla xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdir. Belə ağır və təhrikedici ittihamların irəli sürülməsi ailədaxili münasibətlərdə ciddi gərginliyin mövcudluğunu göstərməklə yanaşı, uşağın psixoloji vəziyyəti və təhlükəsizliyi baxımından xüsusi risklərin mövcud olduğunu ortaya qoyur. Bu baxımdan, iddiaçının özü tərəfindən səsləndirilən bu cür iddialar fonunda onun həmin uşaqla eyni yaşayış sahəsində qalmasının təhlükəsiz olub-olmaması məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılmalı idi. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar lazımi hüquqi qiymətini almamış, iş üzrə təhlükəsizlik və uşağın ali mənafeyi nəzərə alınmamışdır. Əksinə, məhkəmə tərəflərin hüquqlarının formal bərabərliyi prinsipinə üstünlük verərək cavabdehin hüquqlarının tanınmasını əsas götürmüş, lakin konkret vəziyyətin xüsusiyyətlərini, mövcud riskləri və uşağın mənafeyini lazımi səviyyədə qiymətləndirməmişdir. Bu isə qəbul edilmiş qərarın əsaslılığına və ədalətliliyinə şübhə yaradır. Atanın mütəmadi olaraq anaya və uşaqlara qarşı nalayiq və təhqiredici ifadələr işlətməsi yeniyetmənin psixoloji vəziyyətinə mənfi təsir göstərir, onda gərginlik və aqressiya yaradır. Bu isə öz növbəsində, uşağın yaranmış vəziyyətə emosional və potensial təhlükəli reaksiya verməsi riskini artırır. Müasir dövrdə ailədaxili münaqişələrin ağır nəticələrə, o cümlədən zorakılıq halları ilə müşayiət olunan hadisələrə gətirib çıxarması halları geniş yayılmışdır. Bu baxımdan, mövcud vəziyyətin lazımi qaydada qiymətləndirilməməsi real təhlükə riskini artırır Bununla yanaşı, məhkəmə tərəfindən qəbul edilmiş yanaşma ailədaxili münasibətlərin sağlamlaşdırılmasına və münaqişənin aradan qaldırılmasına xidmət etmir. Əksinə, mövcud münaqişənin daha da dərinləşməsinə və gərginliyin artmasına səbəb olan halları nəzərə almamaqla, vəziyyətin daha da kəskinləşməsi ehtimalını artırır. Bundan əlavə hazırda həmin ərazilərin sökülmə ərəfəsində olması məlumdur. Bu isə gələcəkdə kompensasiya və ya təminat hüquqları məsələsini gündəmə gətirir. İddiaçının alternativ yaşayış imkanlarının mövcudluğu, kirayə gəliri əldə etməsi, buna baxmayaraq məhz cavabdehin istifadə etdiyi sahəyə iddia qaldırması onun məqsədinin real yaşayış ehtiyacından deyil, cavabdehi sıxışdırmaq və gələcəkdə mümkün təzminat hüququndan məhrum etmək niyyəti daşıdığını göstərir. Bundan əlavə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən hallardan olan iddiaçının başqa yaşayış yerinin olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Belə ki, məhkəmə iddiaçının istifadəsində və ya mülkiyyətində digər yaşayış sahəsinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Eyni zamanda, mübahisəli ünvan üzrə əlavə olaraq iki otaqlı digər yaşayış sahəsinin mövcudluğu, həmin sahənin kirayəyə verilməsi faktı, habelə cavabdeh və övladlarının faktiki olaraq yaşadığı bitişik evin iddiaçının valideynləri ilə birgə istifadə olunan və üç otaqdan ibarət olması halları məhkəmə tərəfindən diqqətdən kənarda saxlanılmışdır. Məhkəmə, xüsusilə kirayəyə verilmiş iki otaqlı yaşayış sahəsi ilə bağlı hər hansı araşdırma aparmamış, bu halın tərəflərin yaşayış şəraitinə və mübahisənin həlinə təsirini qiymətləndirməmişdir. Bunlardan əlavə qeyd etmişdir ki, vəsatət verilərək, tərəflər arasında daha əvvəl olan Nəsimi rayon məhkəməsinin icraatında olan 2 mülki iş materialarında olan sübutların hazırki mülki işə əlavə edilməsi və tətqiqi xahiş edilmiş, məhkəmə vəsatəti təmin etmiş lakin məhkəmə tərəfindən həmin iş materialarında olan sübutlar məhkəmə baxışında tətqiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməklə iddianın tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Həmçinin iddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər ##.##.2008-ci il tarixində rəsmi nikaha daxil olmuş, nikahdan ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur. Tərəflərin nikahı ##.##.2024cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Həmçinin mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının atası X4 aid olmaqla, özbaşına tikilidir və dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmamışdır. İddiaçı sözügedən ünvanda qeydiyyatdadır və ailə münasibətləri dövründə uzun müddət həmin ünvanda faktiki yaşamış, həmin yaşayış sahəsindən ailə üzvləri ilə birlikdə istifadə etmişdir. Nikahın pozulmasından sonra tərəflər arasında yaranmış mübahisə səbəbindən aralarında yaşayış sahəsinə giriş çıxış, istifadə qaydası və şəxsi əşyaların saxlanılması ilə bağlı mübahisələr yaranmışdır. Hazırda iddiaçı onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə və orada yaşamasına maneəçilik törətməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirilməmiş, məhkəmə yaşayış sahəsinin faktiki vəziyyətini formal şəkildə qiymətləndirmiş, tərəflərin real yaşayış şəraiti və alternativ imkanlarını araşdırmamışdır. Halbuki iş materiallarından göründüyü kimi iddiaçının atasının sahibliyində olan mübahisəli özbaşına tikili, iddiaçı ilə cavabdehin nikah münasibətləri dövründə ailənin birgə yaşayış sahəsi kimi istifadəyə verilməklə, faktiki olaraq ailə üzvlərinin (iddiaçı və cavabdehin) yaşayışına təqdim edilmiş, tərəflərin birgə faktiki istifadəsində olmuş, iddiaçı həmin sahədə uzun müddət yaşayış və məişət ehtiyaclarını təmin etmişdir. Bu hal tərəflərin uzun müddət həmin ünvanda birgə yaşamaları ilə də təsdiq olunur. Beləliklə, həmin yaşayış sahəsi atasına aid olsa da, onun faktiki yaşayış hüquqları ailə münasibətləri çərçivəsində iddiaçı və cavabdehə verilməklə onların həmin sahədən birgə istifadəsi əsasında formalaşmışdır. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının məhz cavabdehin və uşaqların istifadə etdiyi sahəyə köçmək istəyi obyektiv ehtiyacdan deyil, başqa motivlərdən irəli gəlir. Lakin cavabdeh qeyd edilənə dair hər hansı mötəbər sübutlar təqdim etməmiş, işin faktiki halları ilə də iddiaçının belə bir istəyinin olması müəyyən edilməmişdir. Cavabdeh həmçinin məhkəmə tərəfindən iş materialarında olan mühafizə orderinə düzgün hüquqi qiymət verilmədiyini və münaqişəli ailə mühitinin nəzərə alınmamasını bildirmişdir. Məhkəmə Kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, mühafizə orderinin mövcudluğu şəxsin özünə məxsus yaşayış sahəsinə dair hüquqlarını sərbəst və qanuni şəkildə həyata keçirməsini məhdudlaşdıran hüquqi fakt kimi qəbul edilə bilməz. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, tərəflər arasında olan gərgin münasibətlərin, cavabdeh tərəfindən iddiaçının faktiki istifadə etdiyi yaşayış sahəsinə müdaxilə hallarının qarşısının alınmasına maneə deyil. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin ididaçının başqa yaşayış yeri olub olmamasının ümumiyyətlə araşdırılması, onun mülkiyyətində və ya istifadəsində digər yaşayış sahəsinin olub-olmamasına hüquqi qiymət verməməsi kimi dəlillərinə əsasən hesab edir ki, qeyd edilən halların araşdırılmasının hazırki mübahisənin predmeti üzrə araşdırmaya heç bir hüquqi əsas yoxdur. Başqa sözlə, iddiaçının digər mülkiyyəti və sahibliyində hər hansı əmlakın olması tələbinin mahiyyətinin əsassız olmasına heç bir hüquqi təsiri yoxdur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin qaldırılmış iddialar fonunda iddiaçının uşaqı ilə eyni yaşayış sahəsində qalmasının təhlükəsiz olub-olmaması məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılmaması dəlilinə qiymət verərək hesab edir ki, bu məsələ də hazırki iddianın mahiyyətinə aid məsələlərə aid deyil. Belə ki, hər hansı şəxsin təhlükəsizsiz yaşamasına maneə olan şəxs və ya şəxslərin hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququndan istifadə edilməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddianın yalnız cavabdehin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə etməsinə, həmin sahəyə giriş-çıxışına və faktiki yaşayışına maneə törətməsinin qadağan edilməsi hissəsində təmin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar