Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-900/2026 06.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh Cavabdeh qarşı “ MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh adına tərtib edilmiş ## ###### 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Cavabdeh adına tərtib edilmiş ## ###### 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə ##.##.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur. Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadına (hakim Leyla Hüseynzadə) əsasən Göygöl rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 şikayət verərək, Göygöl rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadının ləğv edilməsini və Göygöl rayon məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilmə müddətinin buraxılmasının səbəbini üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadına (hakim Rəşad Mustafayev) əsasən şikayət qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ləğv edilmiş və Göygöl rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinə ##.##.2025-ci il tarixə saat 15:00-a Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxılması qərara alınmışdır. Bundan sonra cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə məhkəmə iclasında baxılması ## ###### 2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş və bu barədə iş üzrə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadına (hakim Rəşad Mustafayev) əsasən ərizənun təmin edilməməsi, cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin sonuncu ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 şikayət verərək, Göygöl rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadının ləğv edilməsini və Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilmə müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsini və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Rəşad Mustafayev) şikayət təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3-7)- ***/**** nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(066)- **/**** nömrəli qərardadından cavabdeh X6 nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Göygöl rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra təkrar ##.##.2026-cı il tarixdə Göygöl rayon Məhkəməsinin 2(066)- **/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş şikayət Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Göygöl rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 şikayət verərək, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadının ləğv edilməsini və Göygöl Rayon Məhkəməsinin ##.## 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilmə müddətin buraxılmasının səbəbinin üzürlü hesab edərək buraxılmış prosessual müddəti bərpa edilməsini və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(066)- **/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş şikayət baxılması üçün 2(066)- **/**** saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, Göygöl rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün işin Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göygöl rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(066)- **/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 şikayət verərək, Göygöl rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadının ləğv edilməsini və Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilmə müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsini və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən (hakim Qələmdar Abbasov) İddiaçı Teyyub oğlunun iddia tələbi təmin edilərək onun adına tərtib edilmiş ## ###### 2006- cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə razı deyil hesab edir ki, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Həmin qətnamədən onun xəbəri olmamış, o məhkəmə prosesində iştirak etməmiş, məhkəmə onun iştirakını lazımınca təmin etməmiş, X3 uşaqları atalarından heç mirası qəbul etmə haqqında Şəhadətnamələri belə yoxdu, məhrum Teyyub Hüseynovun adına mübahisəli torpağa aid heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bundan başqa hesab edir ki, Göygöl rayon məhkəməsi bu işə baxa bilməzdi, çünki, bu işin məhkəmə aidiyyəti İnzibati məhkəmələrinə aiddir. Həmin qətnamənin surətini o məhkəmədən ##.##.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Lakin oğlu X1 uğrunda gedən 44 günlük Müharibədə iştirak edərkən ##.##.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində sol diz oynağının kor qəlpə yaralanmasına görə ##.##.2024-cü il tarixdə “Büzdümün demoid sisti” ilə sistektomiya cərrahi əməliyyat keçirdiyi üçün başı ona qarışmışdır. Oğlu X1 da yenə müalicə olunmuş, müayinədən keçmiş, yenidən cərrahi əməliyyat olunduğundan və savadsızlığından onun tərəfindən sözügedən saxta qətnamədən apellyasiya şikayəti vermə prosessual müddətini üzürlü səbəbdən ötürmüşdür. Başı oğlundan açılandan sonra həmin qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti vermək istəmiş, lakin qətnaməni axtarsa da tapa bilmədiyi üçün ##.##.2025-ci il tarixdə yenidən məhkəmədən qətnamənin surətini almışdır. O, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi onun öz iradəsindən asılı olmayan hallardan dolayı vaxtında şikayətlə müraciət edə bilməmişdir. Hesab edir ki, o apellyasiya şikayəti vermə prosessual müddəti üzrlü səbəbdən buraxmışdır. O apellyasiya şikayəti vermə prosessual müddətini üzürlü səbəbdən ötürdüyündən apellyasiya şikayətinə ərizə əlavə edərək buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim Leyla Hüseynzadə) onun tərəfindən verilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)- **/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə prosessual müddətin bərpa edilməsinə dair ərizəsini məhkəmə əsassız hesab edərək təmin etməmişdir. Həmin qərardaddan şikayət vermiş, Göygöl Rayon Məhkəməsi onun şikayətini qismən təmin edərək ##.##.2025-ci il tarixli qərardadı ləğv etmiş və ərizəni *(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim Rəşad Mustafayev) yenidən baxışa təyin etmiş və *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizəni təmin etməyərək Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, şikayətə prosessual müddətin bərpasına dair ərizə əlavə edilsə də, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsini rəsmi qaydada aldıqdan sonra qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülmüşdür. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün əsaslar yoxdur. Məhkəmə “ərizənin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh öz dəlillərini əsaslandıraraq heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qətnamənin qəbul edildiyi vaxtdan hazırki dövrə kimi üç ilə yaxın müddət keçmiş və cavabdehin nümayəndəsinin (vəkili) qeyd etdikləri ağlabatan deyildir”. Lakin məhkəmə dəlillərin nədən ağlabatan olmamasını açıqlamamış və oğlu X1 44 günlük Müharibədə iştirak edərkən yaralanmasını və onun müalicəsinə, cərrahi əməliyyətlərinə başı qarışdığını nəzərə almamış, heç bir hüquqi qiymət verməmişdir. Halbuki, oğlu Sənan Quliyevin müalicə olunmasına, müayinədən keçməsinə, bir neçə dəfə cərrahi əməliyyat olunmasına dair tibbi arayışları apellyasiya şikayətinə əlavə etmişdir. O, ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardaddan şikayət vermiş və Göygöl rayon məhkəməsi həmin şikayətə baxılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*- *)-***/**** saylı qərardadı ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Günay Cavadova və Tural Məmmədov) Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025ci il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası hesab etmişdir ki, şikayət “Azərbaycan Respublikasının MPM-nin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni həmin Məcəllənin * saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib olmamışdır”. Hazırda o həmin şikayəti qanunvericiliyin tələb etdiyi formada tərtib edib, yenidən şikayət verir. Onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi onun öz iradəsindən asılı olmayan hallardan dolayı vaxtında şikayətlə müraciət edə bilməmişdir. O, apellyasiya şikayəti vermə prosessual müddəti üzrlü səbəbdən buraxmışdır. Belə ki, oğlu X1 44 günlük Müharibədə iştirak edərkən yaralanmışdır və onun müalicəsinə, cərrahi əməliyyətlərinə başı qarışdığı üçün vaxtında şikayət verə bilməmişdir. Hesab edir ki, Göygöl rayon Məhkəməsi işə tam, hərtərəfli və obektiv baxmayaraq qanunsuz, əsassız və ədalətsiz məhkəmə aktı çıxarmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin surətini cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi əsasında məhkəmə qəbzinə imza etməklə ## #### 2024-cü il tarixdə əldə edilmiş, bu barədə olan qəbz iş materiallarına əlavə edilmişdir. Hazırki apellyasiya şikayəti isə cavabdeh tərəfindən qətnamə ## #### 2024-ci il tarixdə rəsmən qəbul edildiyi halda şikayət vermə müddətini ötürməklə ## ###### 2025-ci il tarixdə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətini üzürsüz səbəbdən buraxmışdır. Məhkəmə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prоsessuаl müddətin bərpası barədə ərizənin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh öz dəlillərini əsaslandıracaq heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qətnamənin qəbul edildiyi vaxdan hazırki dövrə kimi üç ilə yaxın müddət keçmiş və cavabdehin nümayəndəsinin (vəkili) qeyd etdikləri ağlabatan deyildir. Bundan başqa cavabdeh apellyasiya şikayətinin verilməsinin ondan aslı olmayan səbəblərdən baş verməsini və əsaslı bir halın olmasını ərizəsində göstərməməklə, apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin ondan aslı olmayan üzrlü səbəblərdən olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ərizəçi müddətin buraxılmasını qəbul edərək, səbəb kimi oğlu X1 uğrunda gedən 44 günlük Müharibədə iştirak edərkən ##.##.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı sol diz oynağının kor qəlpə yaralanmasına görə ##.##.2024-cü il tarixdə “cərrahi əməliyyat keçirməsini, buna görə başının ona qarışmasını, oğlunun sonradan da yenə müalicə olunması, müayinədən keçməsi, yenidən cərrahi əməliyyat olunması və savadsız olduğu bildirmişdir. Lakin, qeyd edilən hal buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hal hesab edilə bilməz. Belə ki, işmateriallarına əlavə olunmuş məhkəmə qəbzindən görünür ki, Cavabdeh Göygöl rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsini ## #### 2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Apellyasiya şikayətinin verilməsi üçün son müddət isə ## ###### 2024-cü il tarixi olmuşdur. Lakin, cavabdeh tərəfindən apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə, yəni 1 il 4 ay keçəndən sonra verilmişdir. Mülki prosessual qanunvericilik məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi üçün müəyyən məhdudiyət müəyyən edir. Yəni apellyasiya şikayəti müəyyən olunmuş müddətlər çərçivəsində verilməlidir və həmin müddətlərə riayət edilməməsi şikayətin qaytarılması üçün əsasdır. Cavabdeh şikayətində üzrlü hal hesab oluna bilən sənədləri apellyasiya şikayətinə əlavə etdiyini bildirsə də, apellyasiya şikayətinə əlavə olunmuş MN Baş Klinik Hospitalın rəisinin ##.##.2025-ci il tarixli *** saylı arayışının surətindən görünür ki, X1 cərrahi əməliyyat keçirilmiş və 15 gün müddətinə ona məzuniyyət verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, üzürlü səbəb şəxsin müəyyən vəziyyətlərə görə məsələn ağır xəstəlik, köməksiz vəziyyət və sair hallara əsasən müəyyən edilir ki, qeyd olunan hallara əsasən şəxs öz hüquqlarını qanunla müəyyən edilmiş müddətdə öz iradəsindən asılı olmayan və ya çətinlik yaradan hallara görə həyata keçirə bilmir. Hazırki iş üzrə isə cavabdehin özü deyil, oğlu cərrahi əməliyyat olmuş və həmin müddət ərizəçinin buraxdığı müddəti əhatə etmir. Belə ki, cavabdeh Göygöl rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsini ## #### 2024-cü ildə rəsmi olaraq əldə etmiş, cavabdehin oğlu isə ##.##.2025-ci il tarixdə cərrahi əməliyyat olmuşdur. Yəni Cavabdeh Göygöl rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuşdur. Bundan başqa kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Göründüyü kimi mülki prosessual qanunvericilik şəxslərə məhkəmədə nümayəndə vasitəsilə təmsil edilmək hüququnu vermişdir. Lakin, cavabdeh bu hüququndan da istifadə etməmişdir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-900/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-900/2026
06.07.2026 · Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver