Azәrbaycan Respublikası adından Qәtnamә Bakı şәhәri İş № 2(3-6)-2334/2026 29.06.2026 BAKI APELLYASIYA MӘHKӘMӘSI Ilk iddia üzrә iddiaçı Dünyamalıyev Әli Azad oğlunun cavabdeh Cavabdeh Әlәmverdi oğluna qarşı qarşılıqlı iddia üzrә iddiaçı Cavabdeh Әlәmverdi oğlunun cavabdeh Dünyamalıyev Әli Azad oğluna qarşı işi üzrә Açar sözlәr: (“әmlakın qanunsuz sahiblikdәn geri alınması”, “bağışlama müqavilәsinin lәğvi”) hakimlәr X6 (sәdrliyi vә mәruzәsi ilә), Abbasova Günel Mәhәrrәm qızı vә Mәmmәdov Mәmmәd Allahverdi oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı İddiaçı nümayәndәsi vәkil vәkil1 Mirtahir oğlunun, cavabdeh Cavabdeh vә onun nümayәndәsi vәkil vәkil2 iştirakı ilә, ilk iddia üzrә iddiaçı Dünyamalıyev Әli Azad oğlunun cavabdeh Cavabdeh Әlәmverdi oğluna qarşı “әmlakın qanunsuz sahiblikdәn geri alınması” tәlәbinә dair ilkin iddia әrizәsi vә qarşılıqlı iddia üzrә iddiaçı Cavabdeh Әlәmverdi oğlunun cavabdeh Dünyamalıyev Әli Azad oğluna qarşı “bağışlama müqavilәsinin lәğvi” tәlәbinә dair qarşılıqlı iddia әrizәsi üzrә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı işi üzrә ## #### 2026-cı il tarixli qәtnamәsindәn ilkin iddia üzrә iddiaçı vә qarşılıqlı iddia üzrә cavabdeh Dünyamalıyev Әli Azad oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn mülki işә Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında baxaraq müәyyәn etdi: Işin halları vә iş üzrә mәhkәmә icraat(lar)ı
1. Iddiaçı Dünyamalıyev Әli Azad oğlunun cavabdeh Cavabdeh Әlәmverdi oğluna qarşı (iddia tәlәbinin dәqiqilәşdirilmişdir) Daşınmaz Әmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsinin 1118083450 nömrәli, ##.##.2018-ci il tarixli, ******* saylı çıxarışında nәzәrdә tutulan ünvan 6 ünvanda yerlәşmiş 92.2 kv.m ümumi sahәsi olan fәrdi yaşayış evinә bitişik olmuş torpaq sahәsindәn cavabdeh Cavabdeh Әlәmverdi oğlunun çıxarılması, hәmin torpaq sahәsinin cavabdeh Cavabdeh Әlәmverdi oğlunun qanunsuz sahibliyindәn alınaraq iddiaçı Dünyamalıyev Әli Azad oğluna tәhvil verilmәsi, hәmin torpaq sahәsi üzәrindә iddiaçı Dünyamalıyev Әli Azad oğlunun sahiblik vә istifadә hüquqlarına cavabdeh Cavabdeh Әlәmverdi oğlu tәrәfindәn yaradılan maneәlәr, giriş-çıxışa qoyulan mәhdudiyyәtlәr aradan qaldırılması, cavabdehin qanunsuz hәrәkәtlәrinә son qoyulması, iddiaçı Dünyamalıyev Әli Azad oğluna mәxsus olan ünvan 6 ünvanda yerlәşmiş 92.2 kv. m. ümumi sahәsi olan fәrdi yaşayış evinin tikilmәsi üçün nәzәrdә tutulan vә iddiaçının istifadәsindә olan torpaq sahәsinin önündә iddiaçının avtomobil vә piyada yolunu mәhdudlaşdıran vә cavabdeh Cavabdeh Әlәmverdi oğlu tәrәfindәn qanunsuz olaraq tikilәn tikililәrin (fәrdi yaşayış evi, hasar, sexlәr) cavabdehin hesabına sökülmәsi, tikilmiş qanunsuz tikililәr söküldükdәn sonra tikililәrdәn öncә mövcud olan vәziyyәtin geri qaytarılması vә abadlaşdırma aparması öhdәliyi cavabdehin üzәrinә qoyulması, hәmin torpaq sahәsinin zәbt edilmәsi nәticәsindә dәymiş maddi ziyana görә 8000 manat mәblәğindә pul vәsaitinin Cavabdeh Әlәmverdi oğlundan alınaraq Dünyamalıyev Әli Azad oğluna ödәnilmәsi dair qәtnamә çıxarılması barәdә iddia tәlәbi ilә müraciәt etmiş, tәlәbi onunla әsaslandırılmışdır ki, onun atası Cavabdeh Әlәmverdi oğlu 2018ci il tarixdә bağışlama müqavilәsi әsasında ünvan 6 ünvanda yerlәşәn әmlakı onun tam mülkiyyәtinә vermiş, mülkiyyәt hüquqları Hüquqların Dövlәt qeydiyyatı haqqında Daşınmaz Әmlakın Dövlәt Reyestrindә qeydiyyata alınaraq RX seriyalı, 1393477 nömrәli çıxarış ##.##.2018-ci il tarixdә ona verilmiş, әmlak üzәrindә tam xüsusi mülkiyyәt hüququ yaranmışdır. Lakin, atası Cavabdeh Әlәmverdi oğlu ilә defakto olaraq ailә münasibәtlәrini sonlandırdıqdan sonra atası әmlakını zәbt etmiş, әmlakının üzәrindә olan 6 әdәd sexә daxil olaraq onları başqa şәxslәrin istifadәsinә vermişdir. Xüsusi mülkiyyәtindә olan әmlaklardan Cavabdeh çıxmasını dәfәlәrlә bildirdikdә onu tәhqir edәrәk әmlakından uzaqlaşdırmışdır. Әmlakının giriş çıxışlarına mәhdudiyyәtlәr qoymuşdur. Atası Cavabdeh Әlәmverdi oğlunun әmәllәrinә hüquqi qiymәt verilmәsi üçün hüquq mühafizә orqanlarına şikayәtlәr etmişdir. Cavabdeh әmlakını qanunsuz zәbt etmәklә yanaşı әmlakında olan ona mәxsus dәyәri 6500 manat olan materiallar vә qapılarını götürmüşdür, iddia әrizәsinә әlavә etdiyi video diskdәn dә aydın görünür ki, Cavabdehә dәfәlәrlә mülkiyyәtindәn çıxmasını bildirir. Digәr video görüntüdәn dә aydın görünür ki, cavabdeh qanunsuz olaraq onun mülkiyyәtinә daxil olaraq elektrik enerjisini kәsmiş, onun mülkiyyәt hüquqlarını icra etmәyinә maneәlәr törәtmişdir. 2.Cavabdeh Cavabdeh qarşılıqlı iddia әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, Dünyamalıyev Әli Azad oğlu ata vә anasına qarşı bir övlad kimi ailә hüquq münasibәtlәrinә uyğun olaraq üzәrinә qoyulmuş vәzifәlәri valideynlәrinә münasibәtdә kobudcasına pozduğuna vә ünvan 5 ünvanda yerlәşәn ona bağışlanmış fәrdi yaşayış evinin Dünyamalıyev Әli Azad oğlu tәrәfindәn mәhv edildiyinә görә – Bakı şәhәri ** saylı notariat kontorunda bağlanmış ##.##.2018-ci il tarixli “Bağışlanma müqavilәsi”nin lәğv edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Iddia әrizәsini onunla әsaslandırmışdır ki, cavabdeh iddiaçının oğludur. Buna görә dә, ona mәxsus olan vә ünvan 3 ünvanda yerlәşәn fәrdi yaşayış evini– Bakı şәhәri ** saylı notariat kontorunda bağlanmış ##.##.2018-ci il tarixli “Bağışlanma müqavilәsi’’nә әsasәn, oğluna bağışlamışdır. Hüquq üzrә Fәlsәfә doktoru, Vәkil vәkil2 verdiyi sorğuya cavab olaraq, Bakı şәhәri ** saylı notariat kontorunun ##.##.2024-cü il tarixli, 1563 nömrәli cavab mәktubu ilә “Bağışlama müqavilәsi” vә onunla bağlı notariat işi verilmişdir. Iddiaçıya mülkiyyәt hüququ әsasında mәxsus olan- ünvan 4 ünvanda yerlәşmәklә, ümumi sahәsi 92,2 kv. m. vә yaşayış sahәsi 38,3 kv. m. olan 2 otaqlı fәrdi yaşayış evini oğluna bağışlayarkәn, iddiaçının mәqsәdi öz doğma vә әziz oğlunun yaşayış şәraitini yaxşılaşdırmaq olmuşdur. Eyni zamanda, “Bağışlama müqavilәsi”ndәn dә görünür ki, müqavilә bağlanarkәn iddiaçının oğlu notariat orqanı tәrәfindәn AR Mülki Mәcәllәsinin 666-674-cü maddәlәri ilә, o cümlәdәn Mülki Mәcәllәnin 673.1.2-ci vә 673.4-cü maddәlәri ilә tanış edilmişdir. Lakin cavabdeh son dövrdә atasına vә anasına qarşı münasibәtini kәskin dәyişәrәk, valideyinlәri ilә münaqişәli vәziyyәt yaratmışdır. Nәticәdә, onların ailәsi әrazi polis orqanında münaqişәli ailә kimi qeydә alınmışdır. Belә ki, Bakı şәhәri Sabunçu RPl-nin 15-ci PB-nin verdiyi ##.##.2024-cü il tarixli, 49-4/2-14601 nömrәli mәktubdan görünür ki, iddiaçı ilә oğlu arasında mütәmadi olaraq yaranmış mübahisә ilә әlaqәdar olaraq, Sabunçu RPI-nin 15 ci Polis Bölmәsindә münaqişәli ailә qismindә profilaktiki yığım işi açılmışdır. Bundan әlavә, Hüquq üzrә Fәlsәfә doktoru, Vәkil vәkil2 verdiyi sorğuya cavab olaraq, Bakı şәhәri Sabunçu RPI-nin 15-ci Polis Bölmәsinin ##.##.2024-cü il tarixli, 49-4/2- 15281 nömrәli mәktubdan da görünür ki, cavabdehin– öz valideyinlәri Cavabdeh Әlәmverdi oğlu vә Quliyeva Lalә Bilal qızına qarşı şiddәt göstәrmәsi, nalayiq ifadәlәrlә tәhqir etmәsi, ailә mәişәt münasibәtlәrinә uyğun olmayan qeyri-etik hәrәkәtlәr edәrәk mütәmadi olaraq ailәsinә qarşı tәzyiq yaratdığını vә bu hәrәkәtlәri valideyinlәrinә qarşı daim törәtdiyi üçün Sabunçu RPI nin 15-ci Polis Bölmәsindә münaqişәli ailә kimi qeydiyyata alınmışdır. Bundan başqa bildirilir ki, bu münaqişәli vәziyyәt vә cavabdehin öz valideynlәrinә qarşı etdiyi belә neqativ hәrәkәtlәr– iddiaçının ailәsinin adına vә şәrәfinә uyğyn olmayan bir hal olmuşdur. Bu sәbәbdәn dә, iddiaçının oğlu– artıq ata-anasının inam vә etimadını itirmişdir. Buna görәdә, iddiaçı mülkiyyәtindә olan evini– bağışlamaqdan imtina etmәsi vә geri qaytarılmasını tәlәb etmәsi ilә bağlı, cavabdehә bildiriş göndәrmiş vә bu Bildiriş ##.##.2024-cü il tarixdә cavabdehә rәsmi qaydada çatdırılmışdır. Hәtta o da, mәhkәmәnin nәzәrinә çatdırılır ki, iddiaçı mübahisәli ünvanda yerlәşәn biznesini inkişaf etdirmәk üçün “xxxx"dan 36 ay müddәtinә kredit götürsә dә, sonradan oğlunun öz valideyinlәrinә olan belә yaramaz münasibәtini gördükdәn sonra, borc-xәrc pul taparaq, vaxtından әvvәl banka olan krediti bağlamışdır. Sözügedәn krediti vaxtından әvvәl bağlamaq da, iddiaçının mәqsәdi– oğluna bağışladığı evini, bağışlamaqdan imtina edәrәk, geri tәlәb etmәk olmuşdur. Hazırda nә iddiaçının, nә dә ailәsinin, övladları olan cavabdehә heç bir etibarı qalmamışdır. Belә ki, iddiaçı qeyd edir ki, “...oğlumuz var satıb, bizi quru yurdda qoymaq istәyir. Bu bizim ailәmizin layiq olmadığı bir vәziyyәtdir...”. Qeyd edilәnlәrә görә, ünvan 6 ünvanda yerlәşәn vә Cavabdeh Әlәmverdi oğluna mәxsus olan– fәrdi yaşayış evinin Dünyamalıyev Әli Azad oğluna bağışlanmasına dair Bakı şәhәri ** saylı notariat kontorunda bağlanmış ## ####### 2018-ci il tarixli “Bağışlanma müqavilәsi”nin lәğv edilmәsi barәdә Qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
3. Bakı şәhәri Sabunçu rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәtnamәsi ilә ilkin iddia tәlәbinın rәdd edilmәsi, qarşılıqlı iddia tәlәbinin tәmin edilmәsi, ünvan 6 ünvanda yerlәşәn vә Cavabdeh Әlәmverdi oğluna mәxsus olan– fәrdi yaşayış evinin Dünyamalıyev Әli Azad oğluna bağışlanmasına dair Bakı şәhәri ** saylı notariat kontorunda bağlanmış ## ####### 2018-ci il tarixli bağışlanma müqavilәsinin lәğv edilmәsi qәt edilmişdir. Qәtnamәdә Azәrbaycan Respublikası Konstitusiyasının 12, 13, 17; Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 135.4, 140, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 421.3, 423.1, 423.2, 433.3, 666.1, 666.2, 666.3, 673.1, 673.1.1, 673.1.2, 673.3, 673.4-cü maddәlәrinә; Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 399, 421.3, 423.2, 424.3 vә 447-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2024-cü il tarixli Qәrarına, Azәrbaycan Respublikası Konstitusiyasının 17-ci maddәsinin İ hissәsi baxımından AR Mülki Mәcәllәsinin 673.1.2 vә 673.3-cü maddәlәrinin şәrh edilmәsinә dair AR Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2024-cü il tarixli Qәrarına istinadәn qeyd edilmişdir ki, tәlәblәri hüquqi dәyәrlәndirmәnin aparılması üçün ilk öncә qarşılıqlı iddia tәlәbinә hüquqi qiymәt verilmәlidir. Bağışlama institutu mәnәvi vә әxlaqi dәyәrlәr zәminindә formalaşan münasibәtlәr әsasında hәr hansı bir şәxsin öz maddi әmlak nemәtlәrini könüllü olaraq başqa şәxsә vermәsindә ifadә olunur. Mülki Mәcәllәnin 666.1-ci maddәsinә әsasәn, bağışlama müqavilәsi sağ ikәn bağlanan elә müqavilәdir ki, onun әsasında hәdiyyә verәn öz әmlakının bir hissәsini bağışlamaqla hәdiyyә alanı zәnginlәşdirir, hәm dә bu cür bağışlama hәdiyyә alan tәrәfindәn heç bir cavab xidmәti ilә şәrtlәndirilmir. Göründüyü kimi, bağışlama müqavilәsi hәdiyyә alan tәrәfindәn heç bir cavab xidmәti ilә şәrtlәndirilmәyәn әvәzsiz müqavilә kimi müәyyәn edilmişdir. Bağışlama müqavilәsinin әvәzsiz olması onda ifadә olunur ki, hәdiyyә alan hәdiyyәnin müqabilindә hәdiyyә verәnin bәhrәlәnmәsinә vә ya hәr hansı maddi tәminat әldә etmәsinә yönәlәn öhdәliklәr daşımır vә belә öhdәliyin nәzәrdә tutulması istisna edilir. Qeyd edilmәlidir ki, hәr hansı әqdin, o cümlәdәn bağışlama müqavilәsinin etibarlılığı, yәni arzu olunan hüquqi nәticәyә sәbәb olması üçün mülki qanunvericilikdә nәzәrdә tutulan şәrtlәrә әmәl edilmәlidir. Bağışlama müqavilәsinin etibarlılıq şәrtlәrindәn biri kimi hәdiyyә verәnin iradә ifadәsinin vә hüquqi niyyәtinin vahidliyi vә hәqiqiliyi çıxış edir. Müqavilәnin etibarlılığı üçün zәruri olan bu tәlәb müqavilә azadlığı prinsipindәn irәli gәlir. Yekun olaraq mәhkәmә bağışlama müqavilәsi ilә bağlı qeyd edir ki, hәmin bu müqavilә bir şәxsin (hәdiyyә verәnin) öz mülahizә vә iradә sәrbәstliyi әsasında öz mülkiyyәtindә olan әmlakını hәr hansı bir әvәz ilә şәrtlәşdirilmәdәn başqasının mülkiyyәtinә verilmәsini tәmin edir vә hәdiyyә verәnin mәnәvi vә әxlaqi dәyәrlәr zәminindә formalaşan münasibәtlәrә söykәnir. Konstitusiyanın 17ci maddәsinin İ hissәsindә ailәnin cәmiyyәtin әsas özәyi olduğu tәsbit edilәrәk, onun dövlәtin xüsusi himayәsindә olduğu vurğulanmışdır. Bu sәbәblә dә etibarlı vә sağlam ailә münasibәtlәrinin qorunması vә güclәndirilmәsi vәzifәsi Konstitusiya ilә dövlәt üzәrinә qoyulan pozitiv öhdәlikdir. (Azәrbaycan Respublikası Konstitusiyasının 17-ci maddәsinin İ hissәsi baxımından Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 673.1.2 vә 673.3-cü maddәlәrinin şәrh edilmәsinә dair Azәrbaycan Respublikasi Konstitusiya Mәhkәmәsi Plenumunun Qәrarı). Hәmin pozitiv öhdәliklәrin hәyata keçirilmәsi üçün qanunvericilikdә müxtәlif hüquqi vasitәlәr nәzәrdә tutulmuşdur ki, hәmin vasitәlәrdәn biri qismindә MM-nin 673.1.2-ci maddәsindә nәzәrdә tutulmuş hәdiyyә alan ailә hüquq münasibәtlәrinә uyğun olaraq onun üzәrinә qoyulmuş vәzifәlәri hәdiyyә verәnin vә ya onun yaxın qohumlarının biri barәsindә kobudcasına pozduğu halda hәdiyyә verәnin bağışlamadan imtina etmәk hüququnun tәsbit edilmәsidir. Hәmin bu hüquqi vasitә ailә üzvlәri arasında etibarlı ailә münasibәtlәrinin qurulmasını tәmin etmәyә xidmәt etmәklә yanaşı, hәmçinin bazar iqtisadiyyatında etibarlı müqavilә münasibәtlәrinin dә hәyata keçirilmәsini tәmin edir. Mәhkәmә araşdırması zamanı müәyyәn edilmiş faktiki hallara– mübahisәnin qanuni әsası baxımından qiymәt verәn mәhkәmә hesab edir ki, qarşılıq iddia tәmin edilmәlidir. Belә ki, iddianın qanuni әsasını AR MM-nin 673.1.2-ci maddәsi tәşkil edir. Hәmin maddәyә әsasәn, hәdiyyә alan ailә hüquq münasibәtlәrinә uyğun olaraq onun üzәrinә qoyulmuş öhdәliklәri hәdiyyә verәnin vә ya onun yaxın qohumlarının biri barәsindә kobudcasına pozduqda hәdiyyә verәn bağışlamadan imtina edә bilәr. AR Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2024-cü il tarixli Qәrarındanda göründüyü kimi 673.1.2-ci maddәsinin “ailә hüquq münasibәtlәrinә uyğun olaraq hәdiyyә alanın üzәrinә qoyulmuş vәzifәlәr” müddәası ailә qanunvericiliyinin müvafiq normalarından irәli gәlәrәk hәdiyyә verәn vә onun yaxın qohumları barәsindә hәdiyyә alanın daşıdığı vәzifәlәri ehtiva edir. Bu vәzifәlәrin pozulması hәm hәrәkәt, hәm dә hәrәkәtsizliklә baş verә bilәr. Bundan başqa, Mülki Mәcәllәnin 673.1.2-ci maddәsindә nәzәrdә tutulan hal qiymәtlәndirmә tәlәb edәn әlamәt olduğundan, onu tәşkil edә bilәcәk bütün ehtimal edilәn halları әhatә etmәk mümkün deyil. Bu baxımdan, mәhkәmәlәr tәrәfindәn hәdiyyә alanın daşıdığı vәzifәlәrin pozulmasının nәdә ifadә olunması vә pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki vә psixoloji zәrәrin dәrәcәsi, bәzi hallarda hәdiyyә verәnin vә onun yaxın qohumlarının yaşı vә sәhhәti vә s.) asılı olaraq müәyyәn edilmәlidir. Dünyamalıyev Әli Azad oğlu tәrәfindәn yol verilmiş hәrәkәtlәr AR MM-nin 673.1.2-ci maddәsinin tәsir dairәsinә düşmәkdәdir. Belә ki, Dünyamalıyev Әli Azad oğlu– ailә münasibәtlәrinә uyğun olaraq, valideynә hörmәt etmәk vәzifәsini Dünyamalıyev Azad Әlәmverdi oğluna münasibәtdә kobudcasına pozmuşdur. Ona görә dә, mәhkәmә bu qәnaәtә gәlir ki, Cavabdeh Әlәmvedi oğlu bağışlama müqavilәsindә imtina etmәyә haqlı olmuşdur. Belә ki, oğulun atasına qarşı etdiyi qәbul edilmәz münasibәtә, habelә ailә-hüquq münasibәtlәrinә uyğun olaraq bir oğul kimi üzәrinә düşәn vәzifәlәri valideyninә münasibәtdә kobudcasına pozduğuna görә, ata bağışlamadan haqlı olaraq imtina etmişdir. Mәhkәmә bundan savayı MM-nin 673.3-cu maddәsindә nәzәrdә tutulmuş müddәtlә bağlı qeyd edir ki, hәmin müddәt kәsici müddәt olmaqla, şәxsә qanunda nәzәrdә tutulmuş әsasın mәlum olması anından başlayaraq 1 illik kәsici müddәt әrzindә imtina haqqında bildiriş göndәrmәdiyi halda hüququn qüvvәdәn düşdüyünü göstәrmişdir. Hazırki iş üzrә isә hәmin müddәtә riayәt edilmişdir. Belә ki, ata, yәni Cavabdeh Әlәmverdi oğlu öz mülkiyyәtindә olan fәrdi yaşayış evini ##.##.2018-ci il tarixli bağışlama müqavilәsi әsasında öz oğluna, yәni Dünyamalıyev Әli Azad oğluna bağışlamışdır. Daha sonra isә aralarında olan münasibәtlәr pozulmuş vә Sabunçu RPI-nin 15-ci PB nin ##.##.2024-cü il tarixli mәktubunda qeyd oluduğu kimi, oğlu ailә-hüquq münasibәtlәrinә uyğun olaraq üzәrinә qoyulmuş vәzifәlәri atasına qarşı kobudcasına pozduğu üçün barәlәrindә müvafiq polis bölmәsindә münaqişәli ailә qismindә profilaktiki yığım işi açılmışıdr. Iş materialında olan ##.##.2024-cü il tarixli bildirişdәn görünür ki, ata öz әmlakını oğluna bağışlayarkәn, mәqsәdi doğma vә әziz oğlunun yaşayış şәraitini yaxşılaşdırmaq olsa da, toydan sonra oğulunun atasına qarşı münasibәtini dәyişmәsi, atası ilә münaqişәli vәziyyәt yaratması, yekunda onların polisdә münaqişәli ailә kimi qeydiyyata alınması vә bu halın ailәnin adına (şәrәfinә) uyğun olmaması vә bununla da, oğulun atanın yanında inam vә etimadını tamamilә itirmәsi nәticәsindә, ata– ünvan 5 ünvandakı fәrdi yaşayış evini oğluna bağışlamaqdan imtina etmiş vә hәmin әmlakı geri qaytarmağı tәlәb etmişdir. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 673.1.2-ci maddәsinә әsasәn, hәdiyyә alan ailәhüquq münasibәtlәrinә uyğun olaraq onun üzәrinә qoyulmuş vәzifәlәri hәdiyyә verәnin vә ya onun yaxın qohumlarının biri barәsindә kobudcasına pozduqda, hәdiyyә verәn bağışlamaqdan imtina edә bilәr. Hәmin Mәcәllәnin, 673.4-cü maddәsinә әsasәn, bağışlamaqdan imtina edildikdә hәdiyyә alan, әgәr bağışlanmış predmet onun mülkiyyәtindәdirsә, hәdiyyәni qaytarmağa borcludur. Iş materialında olan poçt xәbәrnamәsindәn görünür ki, ata öz evini oğluna bağışlamaqdan imtina etmәsi vә oğulun evi qaytarmadığı tәqdirdә atanın mәhkәmәyә müraciәt edәcәyi haqda bildiriş, ##.##.2024-cü il tarixdә rәsmi qaydada oğula çatdırılmışdır. Vәkil vә nümayәndә Hüquq üzrә Fәlsәfә Doktoru vәkil2 sorğusuna cavab olaraq Sabunçu RPI-nin 15-ci PB tәrәfindәn verilәn ##.##.2024-cü il tarixli mәktubda göstәrilir ki, oğul ataya qarşı şiddәt göstәrir, atanı nalayiq ifadәlәrlә tәhqir edir vә ailә-mәişәt münasibәtlәrinә uyğun olmayan qeyri-etik hәrәkәtlәr edәrәk ataya mütәmadi tәyziq göstәrir. Sabunçu rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrardadı әsasında, AR IN yanında ӘMDX DӘDKR PHŞ1saylı Bakı әrazi idarәsinin mütәxәssislәri tәrәfindәn yerә baxış keçirilmiş vә baxış zamanı müәyyәn edilmişdir ki, bağışlama predmeti olan ev– ata tәrәfindәn oğula bağışlandıqdan sonra, hәmin evi oğul sökmüşdür. Daşınmaz Әmlakın Kadastrı vә Reyestri PHŞ-nin * saylı Bakı әrazi idarәsi tәrәfindәn verilәn– Mütәxәssis rәyinә әsasәn, ümumi sahәsi 92.2 kv. m. olan fәrdi yaşayış evi (005011006241-***** reyestr nömrәli) faktiki olaraq mövcud deyil (söküIüb). Әrazidә olan digәr birmәrtәbәli fәrdi yaşayış evi (tikilialtı sahәsi 75.2 kv. m.) vә әlavә sahәlәri әhatә edәn sexlәr, bağışlanmış vә daha sonra sökülmüş fәrdi yaşayış evinin yerlәşdiyi sahәdә inşa olunmamışdır. Müxtәlif tarixlәrdә verilәn Sabunçu rayon Mәhkәmәsinin müvafiq qәrardadları әsasında, atanın– bağışladığı әmlakın әrazisinә daxil olma imkanlarının mәhdudlaşdırılmasına dair, oğulun etdiyi şikayәtlәr rәdd edilmiş vә atanın xeyrinә olan hәmin qәrardadlar daha sonra Bakı Apellyasiya Mәhkәmәsinin ##.##.2024-cü il tarixli (hakim M.Mәmmәdov) vә yenә dә, eyni tarixli (hakim N.Cәfәrov) qәrardadları ilә qüvvәdә saxlanılmışdır. Bundan başqa,Sabunçu RPI 15-ci PB-nin “Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında” ##.##.2025-ci il tarixli Qәrardan müәyyәn edilir ki, oğul, yәni Dünyamalıyev Әli Azad oğlunun– atası, yәni Cavabdeh Әlәmverdi oğlu barәsindә müraciәti әsasında toplanmış materialda cinayәt tәrkibi müәyyәn edilmәdiyindәn cinayәt işinin başlanması rәdd edilmiş vә oğul, Dünyamalıyev Әli Azad oğlu barәsindә AR Inzibati Xәtalar Mәcәllәsinin 564 cü maddәsinә әsasәn, inzibati tәsir tәdbirlәri görülmәsindәn ötrü Qәrarın surәti 15-ci PB-yә tәqdim edilmiş, habelә hәmin Qәrarın surәti mәlumat üçün maraqlı tәrәflәrә vә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn Sabunçu rayon prokuroruna göndәrilmişdir. Eyni zamanda, iş materiallarında olan– Sabunçu RPI IŞ-nin “Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında” ##.##.2025-ci il tarixli Qәrardan da mәlum olur ki, oğul yәni Dünyamalıyev Әli Azad oğlunun, atası yәni Cavabdeh Әlәmverdi oğlu barәsindә müraciәti әsasında toplanmış materialda cinayәt tәrkibi müәyyәn edilmәdiyindәn cinayәt işinin başlanması rәdd edilmiş vә bu barәdә Qәrarın surәti ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn Sabunçu rayon prokuroruna göndәrilmişdir. Qeyd olunduğu kimi, mәhkәmә araşdırması zamanı mәlum olmuşdur ki, atanın bağışladığı ev – oğlu tәrәfindәn sökülәrәk yararsız hala salınmaqla, mәhv edilmişdir. AR Mülki Mәcәllәsinin 674.1.1-ci maddәsinә әsasәn bağışlanması vәd edilmiş әşya itirildikdә vә ya mәhv olduqda bağışlama imtina hüququnun hәyata keçirilmәsinә zәrurәt olmadan lәğv edilir. Qanunun bu göstәrişinә vә bütün yuxarıda göstәrilәnlәrә әsasәn, atanın bağışladığı ev, hazırda mәhv olunduğu üçün ##.##.2018-ci il tarixli “Bağışlanma müqavilәsi” lәğv edilmәlidir. Belәliklә, qarşılıqlı iddia tәlәbi tәmin edilmәli vә ilkin iddia tәlәbi üzrә iddiaçı tәrәfindәn qaldırılan iddia mahiyyәti üzrә vindikasiya iddiası olmaqla, hüquq haqqında mübahisәdir. Qaldırılan iddia tәlәbinә әsasәn iddiaçı mübahisәli әmlakın mülkiyyәti olmasını, hәmin әmlakın cavabdehin sahibliyindә olmasını vә hәmin sahibliyin qanunsuz olmasını sübuta yetirmәlidir, lakin hazırki iş üzrә qarşılıqlı iddia tәlәbinә hüquqi qiymәt verilәn ilkin iddia tәlәbi üzrә iddiaçının mülkiyyәtçi olmasının qanuni әsası qismindә çıxış edәn bağışlama müqavilәsi lәğv edilmişdir. Odur ki, göründüyü üzrә iddiaçı artıq mübahisәli әmlakın mülkiyyәtçisi olmadığından hәmin iddia tәlәbi tәmin edilә bilmәz. Mәhkәmә iddia tәlәbinin “torpaq sahәsinin zәbt edilmәsi nәticәsindә dәymiş maddi ziyana görә 8000 manat mәblәğindә pul vәsaitinin Cavabdeh alınaraq İddiaçı ödәnilmәsi” hissәsi ilә bağlı qeyd edir ki, ilk iddia tәlәbi üzrә iddiaçı tәrәfindәn hәmin bu hallar (prezumpsiyanın tәmәlini) sübuta yetirilmәmişdir. Belә ki, o, әrizәdә formal mülahizәlәrә әsaslanaraq, Cavabdeh Әlәmverdi oğlunun onun mülkiyyәtini zәbt etdiyi üçün mәşğul olduğu sahibkarlıq fәaliyyәtini hәyata keçirә bilmәdiyini bildirmiş, lakin bu barәdә heç bir sübut tәqdim etmәmişdir. Yekun olaraq mәhkәmә bu qәnaәtә gәlmişdir ki, ilkin iddia tәlәbi rәdd edilmәli, qarşılıqlı iddia tәlәbi isә tәmin edilmәli vә ##.##.2018-ci il tarixli “Bağışlanma müqavilәsi” lәğv edilmәlidir. “Bağışlanma müqavilәsi” lәğv edildiyindәn, onun yaratdığı hüquqi nәticәlәr etibarsızdır. 4.Birinci instansiya mәhkәmәsindә icraat zamanı müәyyәn edilmişdir ki : - Dünyamalıyev Әli Azad oğlu ilә Cavabdeh Әlәmverdi oğlu arasında bağlanmış ##.##.2018-ci il tarixli bağışlama müqavilәsinә әsasәn hәdiyyә verәn Cavabdeh Әlәmverdi oğlu ünvan 6 ünvanda yerlәşәn vә istifadәsindә olan fәrdi yaşayış evinin tam mülkiyyәt hüququnu hәdiyyә alan Dünyamalıyev Әli Azad oğluna vermәyi öhdәsinә götürür; - ӘMDX Daşınmaz Әmlakın Dövlәt Xidmәti vә Reyestri Publik Hüquqi Şәxsi tәrәfindәn verilmiş ##.##.2018-ci il tarixli, 1118083450 qeydiyyat nömrәli çıxarışa әsasәn ünvan 6 ünvanda yerlәşәn fәrdi yaşayış evi Dünyamalıyev Әli Azad oğlunun xüsusi mülkiyyәtindәdir; - ##.##.2024-cü il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrara әsasәn Dünyamalıyev Әli Azad oğlunun әrizәsi әsasında Cavabdeh Әlәmverdi oğlu barәsindә toplanmış material üzrә әmәldә cinayәt tәrkibi müәyyәn edilmәdiyindәn cinayәt işinin başlanması rәdd edilmişdir; - “xxxx” ASC tәrәfindәn verilmiş ##.##.2024-cu il tarixli, KBA6-27092024 *** saylı arayışa әsasәn Cavabdeh Әlәmverdi oğlu ##.##.2024-cü il tarixdә götürdüyü 44,000 manat mәblәğindә kredit üzrә borc öhdәliyini icra etmişdir; - Dünyamalıyev Әli Azad oğluna ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişә әsasәn Cavabdeh Әlәmverdi oğlu öz fәrdi yaşayış evini Dünyamalıyev Әli Azad oğluna bağışlamaqdan imtina etmişdir. Apellyasiya şikayәtinin vә ona qarşı etirazın dәlillәri: 5.İddiaçı apellyasiya şikayәti verәrәk, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәtnamәsinin lәğv edilmәsi, ilkin iddianın tәmin edilmәsi, qarşılıqlı iddianın rәdd edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Şikayәtdә Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 674.1.1-ci vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 88-ci maddәlәrinә, Azәrbaycan Respublikası Konstitusiyasının 17-ci maddәsinin İ hissәsi baxımından AR Mülki Mәcәllәsinin 673.1.2 vә 673.3-cü maddәlәrinin şәrh edilmәsinә dair AR Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2024-cü il tarixli Qәrarına istinadәn qeyd edilmişdir ki, Cavabdeh 2018-ci il tarixdә bağışlama müqavilәsi әsasında Bakı şәhәri, Sabunçu rayonu, Zabrat qәsәbәsi, ünvan 2 ünvanında yerlәşәn әmlakı İddiaçı tam mülkiyyәtinә vermişdir. Hәmin әmlak üzәrindәki mülkiyyәt hüquqları daşınmaz әmlakın Dövlәt Reyestrindә qeydiyyata alınaraq RX seriyalı, ******* nömrәli çıxarış verilmişdir. İddiaçı hәmin tarixdәn etibarәn әmlak üzәrindә tam xüsusi mülkiyyәt hüququ yaranmışdır. Daşınmaz Әmlakın Dövlәt Reyestr Xidmәtinin * saylı Bakı Әrazi Idarәsi tәrәfindәn verilәn 005011006241-**** reyestr nömrәli texniki pasportdan da göründüyü kimi, İddiaçı mülkiyyәtindә olan daşınmaz әmlakın ümumi sahәsi 92.2 kv.m., yaşayış sahәsi 38.3 kv.m., kömәkçi sahәsi isә 53.9 kv.m.-dir. Lakin Cavabdeh İddiaçı yuxarıda qeyd olunan әmlakının yerlәşdiyi torpaq sahәsini qanunsuz olaraq zәbt etmiş, hasarlamış, әmlakın aid olduğu torpaq sahәsinә giriş-çıxışına mәhdudiyyәt qoymuşdur. Qeyd olunan fakt mәhkәmә baxışı zamanı da öz tәsdiqini tapmışdır. Yuxarıda qeyd olunan әmlak hal-hazırda mövcud deyil vә tamamilә sökülmüşdür. Belә ki, hәmin әmlak İddiaçı mülkiyyәtindә olduğu dönәmdә Cavabdeh tәrәfindәn sökülmüş vә hәmin әmlakdan aralıda qanunsuz tikili olan fәrdi yaşayış evi tikilmişdir. Hәtta mәhkәmә iclasında әmlakın 2022ci il tarixdә söküldüyü Cavabdeh tәrәfindәn etiraf edilmişdir. Mübahisәli әmlak mövcud olmamasına baxmayaraq, İddiaçı әmlakın aid olduğu torpaq sahәsindәn istifadә edәrәk sahibkarlıq fәaliyyәti ilә mәşğul idi. Cavabdeh İddiaçı zorla hәmin torpaq sahәsindәn uzaqlaşdırmış, hәmin torpaq sahәsini zaborla hasarlamış vә hazırda İddiaçı hәmin torpaq sahәsinә daxil olmaq imkanı mәhdudlaşmışdır. Eyni zamanda, İddiaçı istifadәsindә olan torpaq sahәsindә tikinti işlәri aparmaq istәsә dә, torpaq sahәsinin әtrafında Cavabdeh tәrәfindәn tikilәn qanunsuz tikililәr buna mane olur. Hәmin әmlak artıq mövcud olmaya bilәr, lakin İddiaçı vaxtilә hәmin torpaq sahәsi üzәrindә olan mülkiyyәt hüquqlarının dövlәt orqanı tәrәfindәn tanınması inzibati orqan tәrәfindәn hәmin torpaq sahәsindәn istifadә vә sahiblik edilmәsinә icazә verilmәsini sübut edir. Hazırkı gündә, İddiaçı tәrәfindәn Daşınmaz Әmlakın Dövlәt Reyestri xidmәtinin aidiyyәti qurumuna müraciәt edilәrәk, hәmin torpaq sahәsini özәllәşdirmәk niyyәtinin olduğu bildirildikdә, bunun mümkün olduğu, lakin hәmin torpaq sahәsinә gәlinәrәk plan-sxem işlәrinin aparılmalı olduğu qeyd edilmişdir. Lakin Cavabdeh tәrәfindәn hәmin torpaq sahәsi hasarlandığından vә aidiyyәti orqanın әmәkdaşlarının hәmin torpaq sahәsinә daxil ola bilmәmәsi sәbәbindәn hәmin torpaq sahәsi üzәrindә rәsmilәşdirmә işlәrinin aparılması mümkünsüz hal almışdır. Eyni zamanda, İddiaçı özünә mәxsus fәrdi yaşayış evinin aid olduğu torpaq sahәsi üzәrindә yenidәn tikinti işlәri aparmaq istәsә dә, hәmin әmlak әtrafında mövcud olan qanunsuz tikintilәr buna imkan vermir. Belәliklә, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәbul edilәn qәtnamәdә işin faktiki halları tam, hәrtәrәfli vә obyektiv araşdırılmamış, tәrәflәr arasındakı mübahisәnin hәlli üçün tәtbiq edilmәli olan maddi hüquq normaları düzgün tәtbiq edilmәmiş vә iş üzrә qanuni vә әsaslı olmayan qәtnamә qәbul edilmişdir. Mәhkәmә qәtnamәnin 92-ci maddәsindә qeyd etmişdir ki, Bakı ş., Sabunçu r-nu., Zabrat qәs., ünvan 1 ünvanında yerlәşәn ona bağışlanmış fәrdi yaşayış evinin İddiaçı tәrәfindәn mәhv edildiyinә görә – Bakı şәhәri ** saylı notariat kontorunda bağlanmış ##.##.2018-ci il tarixli “Bağışlanma müqavilәsi” lәğv edilmәlidir. Lakin, Mәhkәmә qәtnamәsinin 90-cı bәndindә, qanunun bu maddәsinә istinad etmәsi vә әsaslandırması özü özlüyündә qanunsuzluqdur. Mәhkәmә bağışlanması vәd edilmiş әmlak ilә bağışlanmış әmlak arasındakı fәrqi müәyyәn edә bilmәmәsi qanunsuz qәrarı çıxartmasına sәbәb olmuşdur. Qeyd olunan maddә hazırki iş üzrә hüquqi әsas ola bilmәz. Konstitusiya Mәhkәmәsinin Plenumu onu da qeyd etmәyi vacib hesab edir ki, Mülki Mәcәllәnin 673.1.2-ci maddәsindә nәzәrdә tutulan hal qiymәtlәndirmә tәlәb edәn әlamәt olduğundan, onu tәşkil edә bilәcәk bütün ehtimal edilәn halları әhatә etmәk mümkün deyil. Bu baxımdan, mәhkәmәlәr tәrәfindәn hәdiyyә alanın daşıdığı vәzifәlәrin pozulmasının nәdә ifadә olunması vә pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki vә psixoloji zәrәrin dәrәcәsi, bәzi hallarda hәdiyyә verәnin vә onun yaxın qohumlarının yaşı vә sәhhәti vә s.) asılı olaraq müәyyәn edilmәlidir...” Qeyd olunan normadan da göründüyü kimi, hәdiyyә alanın daşıdığı vәzifәni pozmasına dair hallar hәrtәrәfli araşdırılmalı, sәthi yanaşılmamalıdır. Lakin, mәhkәmә Sabunçu RPI-nin 15-ci PB tәrәfindәn tәrtib olunan ##.##.2024-cü il tarixli mәktuba әsaslanmış, hәmin mәktubun hüquqi әsasının olubolmamasını araşdırmamışdır. Belәliklә, әdalәtli qәrar qәbul etmәk mümkünsüz olmuşdur. Bildirilir ki, mәhkәmә tәrәfindәn iş materiallarında olan sübutlar obyektiv, qәrәzsiz, hәrәtәrfli vә tam araşdırılmamışdır. Hәmçinin, Sabunçu RPI-nin 15-ci PB tәrәfindәn tәrtib olunan ##.##.2024 cü il tarixli mәktubun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi olmuş, hәmin mәktubda qeyd olunan halların sübut olunub-olunmaması araşdırılmamışdır. Bununla yanaşı, iş materiallarında bağışlanılmış әmlakın İddiaçı tәrәfindәn mәhv edilmәsinә dair sübutun olmamasına baxmayaraq, mәhkәmә tәrәfindәn mütәxәssis rәyi saxtalaşdırılmış, qәtnamәdә guya mütәxәssis rәyindә İddiaçı tәrәfindәn söküldüyü göstәrilmişdir. Bununla da, Mәhkәmә qanunun tәlәblәrini açıq şәkildә pozaraq qәrәzli qәtnamә qәbul etmişdir. Tәqdim etdiyiniz bu mәtn onsuz da böyük ölçüdә üçüncü şәxsin dilindә (kәnardan bir müşahidәçi, vәkil vә ya ekspert dilindәn) yazılmışdır. Mәtndә birinci şәxsә aid ("bildirirәm", "etdim" vә s.) heç bir ifadә yoxdur. Mәhkәmә qәtnamәnin 84-cü bәndindә qeyd etmişdir ki, Vәkil vә nümayәndә Hüquq üzrә X2 Cavadovun sorğusuna cavab olaraq Sabunçu RPI-nin 15-ci PB tәrәfindәn verilәn ##.##.2024-cü il tarixli mәktubda göstәrilir ki, oğul ataya qarşı şiddәt göstәrir, atanı nalayiq ifadәlәrlә tәhqir edir vә ailә-mәişәt münasibәtlәrinә uyğun olmayan qeyri-etik hәrәkәtlәr edәrәk ataya mütәmadi tәzyiq göstәrir. Lakin hәmin mәktubda qeyd olunan hal әgәr hüquq münasibәtlәrinin dәyişdirilmәsinә xidmәt edirsә, hәmin qeyd olunan hallar da sübuta yetirilmәli, sübutun hüquqi әsası araşdırılmalı idi. Belә ki, iş materiallarında olan (elektron kabinetdә 46 vә 47-ci sırada olan) profilaktik yığım işinin vә İddiaçı ##.##.2024-cü il tarixli, sonuncunun anası Lalә Quliyevanın ##.##.2024-cü il tarixli әrizәlәrinin surәtinә nәzәr yetirilsә görünәr ki, Profilaktik yığım işi ##.##.2024-cü il tarixdә İddiaçı şikayәt әrizәsi әsasında açılmışdır. X4 Işinin Raportunda qeyd olunur ki, Sabunçu rayonu, Zabrat qәsәbәsi, Babәk küçәsi ev 4-dә yaşayan İddiaçı valideynlәri Cavabdeh vә X1 gәlәcәkdә hәr hansı cinayәt әmәli törәtmәsinin qarşısını almaq, bununla yanaşı olaraq hәr hansı xoşagәlmәz hadisәlәrin baş vermәmәsi vә zәruri profilaktiki tәdbirlәrin görülmәsi üçün "Münaqişәli ailә" kimi qeydiyyata götürülmәsinә dair göstәriş verilmәsi xahiş olunur. Göründüyü kimi, İddiaçı ona qarşı olan hüquq pozmalardan müdafiә üçün ##.##.2024-cü il tarixdә polis orqanına müraciәt etmiş, hәyatının tәhlükәdә olduğunu bildirmiş, nәticәdә münaqişәli ailә olaraq yığım işi açılmışdır. Mәhkәmә qәtnamәnin 83-cü bәndindә qeyd etmişdir ki, iş materialında olan poçt xәbәrnamәsindәn görünür ki, ata öz evini oğluna bağışlamaqdan imtina etmәsi vә oğulun evi qaytarmadığı tәqdirdә atanın mәhkәmәyә müraciәt edәcәyi haqda bildiriş, ##.##.2024-cü il tarixdә rәsmi qaydada oğula çatdırılmışdır. Lakin hәmin bildirişin ##.##.2024-cü il tarixli olması vә qeyd olunanlarla eyni mәzmunlu ananın şikayәt әrizәsi, hәmin şikayәt әrizәsindә “mәni vururdu” ifadәsinin olmasına baxmayaraq heç bir ekspertizadan ananın keçirilmәmәsi vә nәticәdә ananın şikayәt әrizәsindә qeyd olunan halların araşdırılmadan vә İddiaçı iddia olunan әmәllәrinә heç bir hüquqi qiymәt verilmәdәn ananın şikayәt әrizәsi ilә eyni mәzmunlu Sabunçu RPI-nin 15-ci PB tәrәfindәn verilәn ##.##.2024-cü il tarixli mәktubun mövcudluğu bir daha sübut edir ki, tәqdim olunan sübutlar mötәbәr deyil vә heç bir hüquqi әsası mövcud deyildir. Mәhkәmәni aldatmağa yönәlmiş sübutlara mәhkәmәnin qeyri-obyektiv yanaşması әdalәtsiz qәrarın qәbul edilmәsinә sәbәb olmuşdur. Belәliklә, mәhkәmә әhәmiyyәtli olan bütün faktiki halları araşdırmamışdır. Mәhkәmә qәtnamәsinin 89-cu bәndindә qeyd etmişdir ki, mәhkәmә araşdırması zamanı mәlum olmuşdur ki, atanın bağışladığı ev oğlu tәrәfindәn sökülәrәk yararsız hala salınmaqla, mәhv edilmişdir. Lakin, iş materialarında bu halı sübut edәcәk heç bir sübut mövcud olmamışdır. Mәhkәmә qәrәzli, qeyri-obyektiv yanaşma sәrgilәyәrәk әdalәtsiz vә sübutsuz nәticәyә gәlmişdir. Mәhkәmә qәtnamәsinin 85-ci bәndindә qeyd edir ki, Sabunçu rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrardadı әsasında, AR IN yanında ӘMDX DӘDKR PHŞ * saylı Bakı әrazi idarәsinin mütәxәssislәri tәrәfindәn yerә baxış keçirilmiş vә baxış zamanı müәyyәn edilmişdir ki, bağışlama predmeti olan ev – ata tәrәfindәn oğula bağışlandıqdan sonra, hәmin evi oğul sökmüşdür. Daşınmaz Әmlakın Kadastrı vә Reyestri PHŞ-nin * saylı Bakı әrazi idarәsi tәrәfindәn verilәn – Mütәxәssis rәyinә әsasәn, ümumi sahәsi 92.2 kv. m. olan fәrdi yaşayış evi (005011006241-***** reyestr nömrәli) faktiki olaraq mövcud deyil (söküIüb). Әrazidә olan digәr birmәrtәbәli fәrdi yaşayış evi (tikilialtı sahәsi 75.2 kv. m.) vә әlavә sahәlәri әhatә edәn sexlәr, bağışlanmış vә daha sonra sökülmüş fәrdi yaşayış evinin yerlәşdiyi sahәdә inşa olunmamışdır. Lakin, әslindә Sabunçu rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrardadı әsasında, AR IN yanında ӘMDX DӘDKR PHŞ * saylı Bakı әrazi idarәsinin mütәxәssislәri tәrәfindәn tәrtib edilmiş mütәxәssis rәyindә “baxış zamanı müәyyәn edilmişdir ki, bağışlama predmeti olan ev ata tәrәfindәn oğula bağışlandıqdan sonra, hәmin evi oğul sökmüşdür.” Ifadәsi qeyd olunmamışdır. Lakin, mәhkәmә qanunsuz qәtnamә çıxartmaqdan ötrü, öz qәrәzli mövqeyini ortaya oymuş, qәtnamәsinin 90 vә 92-ci bәndlәrindә buna әsaslanmışdır. Belәliklә, qәtnamәdә göstәrilmiş bu nәticә işin halarına uyğun gәlmәmişdir. Apellyasiya icraatında müәyyәn edilәn hallar: 6.Mәhkәmә kollegiyasının iclasında iştirak edәn ilk iddia üzrә iddiaçının nümayәndәsi vәkil vәkil1 Mirtahir oğlu apellyasiya şikayәtinә uyğun izahat verәrәk,әslindә valideynlәr tәrәfindәn övlada şiddәt göstәrildiyini, atayla oğulun әvvәllәr münasibәtinin normal olduğunu vә sıx ailә bağları olduğundan atanın oğluna mübahisәli әmlakı bağışladığını,bağışlanan әmlakın oğul tәrәfindәn mәhv olması ilә bağlı iş materiallarında heç bir sübutun olmadığını, lakin birinci instansiya mәhkәmәsinin әsassız olaraq әmlakın oğlu tәrәfindәn mәhv olması ilә bağlı qәtnamәdә mövqe nümayiş etdiridiyini qeyd etmiş, şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Hәmçinin sәdrlik edәnin sualına cavab olaraq bildirmişdir ki, bağışlamadan sonra bağışlanan әmlaka faktiki sahibliyin kim tәrәfindәn hәyata keçirilmәsi ona dәqiq mәlum deyildir. 7.Cavabdehin nümayәndәsi vәkil vәkil2 apellyasiya şikayәtinә qarşı yazılı etiraz әrizәsini tәqdim etmiş vә әrizәsinin çıxış kimi nәzәrә alınmasını xahiş etmiş, etiraz әrizәsindә qeyd etmişdir ki, apellyasiya şikayәti qanunsuz vә әsassızdır. Belә ki, apellyasiya şikayәtindә qeyd olunur ki, ... Cavabdeh 2018-ci il tarixdә bağışlama müqavilәsi әsasında Bakı ş., Sabunçu rnu., Zabrat qәs., ünvan 1 ünvanında yerlәşәn әmlakı İddiaçı tam mülkiyyәtinә vermişdir. Hәmin әmlak üzәrindәki mülkiyyәt hüquqları daşınmaz әmlakın Dövlәt Reyestrindә qeydiyyata alınaraq RX seriyalı, ******* nömrәli çıxarış verilmişdir. İddiaçı hәmin tarixdәn etibarәn әmlak üzәrindә tam xüsusi mülkiyyәt hüququ yaranmışdır. Daşınmaz Әmlakın Dövlәt Reyestr Xidmәtinin * saylı Bakı Әrazi Idarәsi tәrәfindәn verilәn 005011006241-**** reyestr nömrәli texniki pasportdan da göründüyü kimi İddiaçı mülkiyyәtindә olan daşınmaz әmlakın ümumi sahәsi 92.2 kv. m., yaşayış sahәsi, 38.3 kv. m., kömәkçi sahәsi isә 53.9 kv. m.-dir. ... ... Lakin, Cavabdeh İddiaçı yuxarıda qeyd olunan әmlakının yerlәşdiyi torpaq sahәsini qanunsuz olaraq zәbt etmiş, hasarlamış, әmlakın aid olduğu torpaq sahәsinә giriş-çıxışına mәhdudiyyәt qoymuşdur. Qeyd olunan fakt mәhkәmә baxışı zamanı da öz tәsdiqini tapmışdır. ... Apellyasiya şikayәtinin bu müddәası qәtiyyәn doğru deyil. Çünki Cavabdeh öz oğlu İddiaçı yaşayış vәziyyәtini yaxşılaşdırma mәqsәdilә özünün hәm dә biznesini qurduğu qanuni istifadәsindә olan torpaq sahәsindә yerlәşәn vә mülkiyyәtindә olan ümumi sahәsi 92.2 kv. m. olan yalnız ev tikilisini ona bağışlamışdır. Qalan torpaq sahәsi vә orada yerlәşәn müxtәlif tikililәrin heç birini ona vermәmişdir. Öz sahibliyindә vә istifadәsinә saxlamışdır. Bundan başqa, apellyasiya şikayәtindә qeyd edilir ki, ... yuxarıda qeyd olunan әmlak hal-hazırda mövcud deyil vә tamamilә sökülmüşdür. Belә ki, hәmin әmlak İddiaçı mülkiyyәtindә olduğu dönәmdә Cavabdeh tәrәfindәn sökülmüş vә hәmin әmlakdan aralıda qanunsuz tikili olan fәrdi yaşayış evi tikilmişdir. Hәtta, mәhkәmә iclasında әmlakın 2022-ci il tarixdә söyüldüyü Cavabdeh tәrәfindәn etiraf edilmişdir. ... Apellyasiya şikayәtinin bu müddәası da hәqiqәti әks etdirmir. Belә ki, әgәr İddiaçı atasının ona bağışladığı ev tikilisindә yaşamışdırsa, onda Cavabdeh hәmin ev tikilisini necә sökә bilәrdi. Bu tamamilә mәntiqsizdir vә reallığı ifadә etmir. Cavabdeh hәmin bağışlama müqavilәsinin lәğv olunmasının әsaslarından biri kimi dә ev tikilisinin İddiaçı tәrәfindәn qanunsuz olaraq sökülmәsidir. Çünki Mülki qanunvericiliyin tәlәbinә әsasәn, әgәr әmlak bağışlanan şәxs ailә hüquq münasibәtlәrindәn irәli gәlәn öhdәliyini kobud şәkildә pozduğu halda, bağışlayan şәxsin tәlәbinә әsasәn hәmin әmlakı geri qaytarmaq vәzifәsi daşıyır. Bundan әlavә, apellyasiya şikayәtindә qeyd edilir ki, ... mübahisәli әmlak mövcud olmamasına baxmayaraq, İddiaçı әmlakın aid olduğu torpaq sahәsindәn istifadә edәrәk sahibkarlıq fәaliyyәti ilә mәşğul idi. Cavabdeh İddiaçı zorla hәmin torpaq sahәsindәn uzaqlaşdırmış, hәmin torpaq sahәsini zaborla hasarlamış vә hazırda İddiaçı hәmin torpaq sahәsinә daxil olmaq imkanı mәhdudlaşmışdır. Eyni zamanda, İddiaçı istifadәsindә olan torpaq sahәsindә tikinti işlәri aparmaq istәsә dә, torpaq sahәsinin әtrafında Cavabdeh tәrәfindәn tikilәn qanunsuz tikililәr buna mane olur. Bәli, hәmin әmlak artıq mövcud olmaya bilәr, lakin, İddiaçı vaxtilә hәmin torpaq sahәsi üzәrindә olan mülkiyyәt hüquqlarının dövlәt orqanı tәrәfindәn tanınması inzibati orqan tәrәfindәn hәmin torpaq sahәsindәn istifadә vә sahiblik etmәyinә icazә verilmәsini sübut edir. ... Apellyasiya şikayәtinin bu müddәasının heç bir qanuni әsası yoxdur. Çünki İddiaçı bağışlanan ev tikilisinin yerlәşdiyi torpaq sahәsi bağışlayan şәxs Cavabdeh xüsusi mülkiyyәti deyildir. Hәmin torpaq sahәsi sahiblik vә istifadә hüququna әsaslanır. Bağışlanan ev tikilisinin isә yalnız tikinti altında olan torpaq sahәsindәn isә, әgәr hәmin ev tikilisindәn yaşayış üçün istifadә edilәn tәqdirdә istifadәçinin hüququ yarana bilәrdi. Lakin yuxarda da qeyd edildiyi kimi İddiaçı ona bağışlanmış ev tikilisini sökәrәk yararsız hala salmışdır vә hazırda da hәmin sökülmüş tikilidә yaşayış olmadığından onun heç sökülmüş tikili altında yerlәşәn torpaq sahәsinә dә istifadә hüququ mövcud deyildir. Odur ki, İddiaçı heç bir hüququ olmadığı halda – özü tәrәfindәn sökülmüş evin DӘDKR phş-nin aidiyyәti qurumuna müraciәt edәrәk, hәmin torpaq sahәsini özәllәşdirmәk niyyәtinin olduğunu apellyasiya şikayәtindә bildirmәsi tamamilә qanunsuzdur. Yuxarıda qeyd olunduğu kimi, bağışlanan ev tikilisinin altında olan torpaq sahәsi yalnız onun üzәrindә yaşayış evi olduğu halda istifadә hüququ yaradır. Hazırda isә sözügedәn ev tikilisi İddiaçı tәrәfindәn söküldüyünә görә, onun hәr hansı istifadә hüququ da artıq mövcud deyildir. Hәmin torpaq sahәsi isә ilk istifadәçisi Cavabdeh tәrәfindәn qanuni әsasla hasarlandığından, onun icazәsi olmadan hәmin sahәyә daxil olma qanunla qadağandır. İddiaçı isә ona bağışlanan fәrdi yaşayış evini sökmәsi sәbәbindәn, torpaq sahәsi üzәrindә yenidәn hәr hansı tikinti işlәri aparmaq ixtiyarı yoxdur. Göründüyü kimi, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәbul edilәn qәtnamәdә işin faktiki hallarına vә qanunun tәlәbinә әsaslanmaqla çıxarıldığından tam qanuni vә әsaslıdır. 8.Mәhkәmә kollegiyasının iclasında iştirak edәn cavabdeh Cavabdeh suallara cavab olaraq әmlakı hәmin dövrdә kredit borcu olması sәbәbindәn gәlәcәkdә borcun hәmin әmlaka yönәlmә ehtimalının qarşısı almaq üçün oğluna bağışladığını, әvvәllәr oğlu ilә münasibәtlәrinin normal olduğunu,lakin övladı evlәndikdәn sonra münasibәtlәrinin korlanmağa başladığını, mübahisәli әmlaka faktiki sahibliyin hәmişә onun tәrәfindәn hәyata keçirildiyini, kommunal xәrclәrin dә onun adına olduğunu vә onun tәrәfindәn ödәnildiyini, oğlunun heç bir gәlirinin olmadığını, oğluna yalnız yaşayış sahәsini bağışladığını, torpağa dair oğlunun heç bir mülkiyyәt hüququnun olmadığını qeyd etmişdir. 9.Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Bakı şәhәri Sabunçu RPI-nin 15-ci X5 Mircәlal Mirtaleh oğluna verdiyi sorğuya cavab mәktubuna әsasәn, Bakı şәhәri, Sabunçu rayonu, Zabrat qәsәbәsi, ünvan 2 ünvanında qeydiyyatda olan vә yaşayan vәtәndaş İddiaçı barәdә “ Münaqişәli Ailә” profilaktiki yığım işi açılmışdır. 10.ӘMDX DӘDKR PHŞ * saylı Bakı әrazi idarәsinin mütәxәsis rәyindә qeyd edilmişduir ki, bağışlama predmeti olan ev – ata tәrәfindәn oğula bağışlandıqdan sonra, hәmin evi oğul sökmüşdür. Daşınmaz Әmlakın Kadastrı vә Reyestri PHŞ-nin * saylı Bakı әrazi idarәsi tәrәfindәn verilәn – Mütәxәssis rәyinә әsasәn, ümumi sahәsi 92.2 kv. m. olan fәrdi yaşayış evi (005011006241-***** reyestr nömrәli) faktiki olaraq mövcud deyil (söküIüb). Әrazidә olan digәr birmәrtәbәli fәrdi yaşayış evi (tikilialtı sahәsi 75.2 kv. m.) vә әlavә sahәlәri әhatә edәn sexlәr, bağışlanmış vә daha sonra sökülmüş fәrdi yaşayış evinin yerlәşdiyi sahәdә inşa olunmamışdır Apellyasiya baxışının hәdlәri: 11.Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2011-ci il tarixli Qәrarına vә Mülki Prosesual Mәcәllәnin 372-ci maddәsinә әsasәn: mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsi baxımından birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığı onun barәsindә açıq (vә dolayısı ilә) mübahisә edilәn hissәdә yoxlanılmalıdır. Tәtbiq edilәn hüquq vә apelyasiya instansiyası mәhkәmәsinin mövqeyi 12.Azәrbaycan Respublikası Konstitusiyasının tәlәblәrinә әsasәn: 13. İ. Azәrbaycan Respublikasında mülkiyyәt toxunulmazdır vә dövlәt tәrәfindәn müdafiә olunur. II. Mülkiyyәt dövlәt mülkiyyәti, xüsusi mülkiyyәt vә bәlәdiyyә mülkiyyәti növündә ola bilәr. III. Mülkiyyәtdәn insan vә vәtәndaş hüquqları vә azadlıqları, cәmiyyәtin vә dövlәtin mәnafelәri, şәxsiyyәtin lәyaqәti әleyhinә istifadә edilә bilmәz; 29. İ. Hәr kәsin mülkiyyәt hüququ vardır. II. Mülkiyyәtin heç bir növünә üstünlük verilmir. Mülkiyyәt hüququ, o cümlәdәn xüsusi mülkiyyәt hüququ qanunla qorunur. 13.Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin tәlәblәrinә әsasәn: 152.1. Mülkiyyәt hüququ – subyektin ona mәnsub әmlaka (әşyaya) öz istәdiyi kimi sahib olmaq, ondan istifadә etmәk vә ona dair sәrәncam vermәk üzrә dövlәt tәrәfindәn tanınan vә qorunan hüququdur. 152.2. Sahiblik hüququ – әmlaka (әşyaya) faktik sahibliyi hәyata keçirmәyin hüquqi cәhәtdәn tәmin edilmiş imkanıdır. 152.3. Istifadә hüququ – әmlakdan (әşyadan) onun faydalı tәbii xassәlәrini hasil etmәyin, habelә ondan fayda götürmәyin hüquqi cәhәtdәn tәmin edilmiş imkanıdır. Istifadәdәn fayda gәlir, artım, bәhәr, törәmә şәklindә vә başqa formalarda ola bilәr. 152.4. Sәrәncam hüququ – әmlakın (әşyanın) hüquqi müqәddәratını tәyin etmәyin hüquqi cәhәtdәn tәmin edilmiş imkanıdır. 158.3. Әmlaka mülkiyyәt hüququnun başqa şәxsә keçmәsi hәmin әmlaka olan digәr әmlak hüquqlarının xitamına sәbәb olmur, bu şәrtlә ki, әldә edәn şәxs әmlakın yüklülüyünün olmasına münasibәtdә vicdanlı olsun.178.1. Daşınmaz әmlaka mülkiyyәt hüququ onun verilmәsinin daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alındığı andan әldә edәnә keçir. 324.1. Әqd mülki hüquq münasibәtinin әmәlә gәlmәsinә, dәyişdirilmәsinә vә ya xitamına yönәldilmiş birtәrәfli, ikitәrәfli vә ya çoxtәrәfli iradә ifadәsidir. 324.2. Әqdlәr birtәrәfli vә müqavilә şәklindә (ikitәrәfli vә ya çoxtәrәfli) ola bilәr. 385.1. Öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır.386.1. Öhdәliyin zәrәr vurulması, әsassız varlanma vә ya bu Mәcәllәdә nәzәrdә tutulmuş digәr әsaslar nәticәsindә әmәlә gәlmәsi halları istisna olmaqla, öhdәliyin әmәlә gәlmәsi üçün onun iştirakçıları arasında müqavilә olmalıdır. 389.1. Mülki hüquq vә vәzifәlәrin müәyyәnlәşdirilmәsi, dәyişdirilmәsi vә ya xitamı haqqında iki vә ya bir neçә şәxsin razılaşması müqavilә sayılır. 421.1. Müqavilәnin dәyişdirilmәsi vә lәğv edilmәsi, әgәr bu Mәcәllәdә vә ya müqavilәdә ayrı qayda nәzәrdә tutulmayıbsa, tәrәflәrin razılaşması ilә mümkündür. 421.2. Tәrәflәrdәn birinin tәlәbi ilә müqavilә yalnız digәr tәrәf müqavilәni әhәmiyyәtli dәrәcәdә pozduqda vә ya bu Mәcәllәdә vә ya müqavilәdә nәzәrdә tutulan digәr hallarda dәyişdirilә vә ya lәğv edilә bilәr. Tәrәflәrdәn birinin müqavilәni pozması o zaman әhәmiyyәtli pozuntu sayılır ki, bunun digәr tәrәfә vurduğu zәrәr nәticәsindә o, müqavilә bağlanarkәn ümid etmәyә haqqı çatanlardan xeyli dәrәcәdә mәhrum olur. 421.3. Müqavilәnin tamamilә vә ya hissә-hissә icrasından birtәrәfli imtina edildikdә vә belә imtinaya bu Mәcәllә ilә vә ya tәrәflәrin razılaşması ilә yol verildikdә müqavilә müvafiq surәtdә lәğv edilmiş vә ya dәyişdirilmiş sayılır. 423.1. Müqavilәnin dәyişdirilmәsi vә ya lәğv edilmәsi haqqında razılaşma, әgәr bu Mәcәllәdәn, müqavilәdәn vә ya işgüzar adәtlәrdәn ayrı qayda irәli gәlmirsә, müqavilә ilә eyni formada bağlanır. 37. 423.2. Müqavilәnin dәyişdirilmәsi vә ya lәğv edilmәsi tәlәbini tәrәf mәhkәmәyә yalnız müqavilәni dәyişdirmәk vә ya lәğv etmәk tәklifindәn digәr tәrәfin imtinasını aldıqda vә ya tәklifdә göstәrilmiş müddәtdә, müddәt göstәrilmәdikdә isә otuz gün müddәtindә ondan cavab almadıqda irәli sürә bilәr. 433.3. Öhdәliyin icrası zamanı borclu icranı kreditorun özünün vә ya ixtiyarlı şәxsin qәbul etmәsinә dair sübutların tәqdim olunmasını tәlәb edә bilәr vә bu cür tәlәb irәli sürülmәmәsi nәticәlәrinin riskini daşıyır. 666.1. Bağışlama müqavilәsi sağ ikәn bağlanan elә müqavilәdir ki, onun әsasında hәdiyyә verәn öz әmlakının bir hissәsini bağışlamaqla hәdiyyә alanı zәnginlәşdirir, hәm dә bu cür bağışlama hәdiyyә alan tәrәfindәn heç bir cavab xidmәti ilә şәrtlәndirilmir. Bağışlama müqavilәsi hәdiyyә alanın hәdiyyәni qәbul etmәsi ilә bağlanmış sayılır. Әgәr bağışlama öhdәliklә şәrtlәndirilmәyibsә, hәdiyyәnin qәbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti әşyalar, hәdiyyә verәnә vә ya üçüncü şәxsә qarşı әmlak hüquqları (tәlәblәr), habelә hәdiyyә alanın hәdiyyә verәn vә ya üçüncü şәxs qarşısında әmlak vәzifәsindәn azad edilmәsi ola bilәr. 666.3. Mәnәvi vә ya әxlaqi borcun icrası bağışlama sayılmır. 673.1. Hәdiyyә verәn aşağıdakı hallarda bağışlamaqdan imtina edә bilәr: 673.1.1. hәdiyyә alan hәdiyyә verәnin vә ya onun yaxın qohumunun barәsindә ağır cinayәt törәtdikdә; 673.1.2. hәdiyyә alan ailә hüquq münasibәtlәrinә uyğun olaraq onun üzәrinә qoyulmuş vәzifәlәri hәdiyyә verәnin vә ya onun yaxın qohumlarının biri barәsindә kobudcasına pozduqda; 673.3. Imtina yalnız onun әsasının hәdiyyә verәnә mәlum olduğu gündәn bir il әrzindә imtina haqqında bildirişin hәdiyyә alana çatdığı halda qüvvәdәdir. Hәdiyyә verәnin hәmin ilin sonunadәk öldüyü halda imtina hüququ qalan müddәt üçün onun vәrәsәlәrinә keçir. Әgәr hәdiyyә alan hәdiyyә verәni qәsdәn öldürmüşsә vә ya bağışlamanı lәğv etmәkdә ona mane olmuşsa, hәdiyyә verәnin vәrәsәlәri bağışlamaqdan imtina edә bilәrlәr. 673.4. Bağışlamaqdan imtina edildikdә hәdiyyә alan, әgәr bağışlanmış predmet onun mülkiyyәtindәdirsә, hәdiyyәni qaytarmağa borcludur. 14.Azәrbaycan Respublikası Konstitusiyasının 17-ci maddәsinin İ hissәsi baxımından AR Mülki Mәcәllәsinin 673.1.2 vә 673.3-cü maddәlәrinin şәrh edilmәsinә dair AR Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2024-cü il tarixli Qәrarına әsasәn: “...Konstitusiya Mәhkәmәsinin Plenumu hesab edir ki, Mülki Mәcәllәnin 673.1.2-ci maddәsinin “ailә hüquq münasibәtlәrinә uyğun olaraq hәdiyyә alanın üzәrinә qoyulmuş vәzifәlәr” müddәası ailә qanunvericiliyinin müvafiq normalarından irәli gәlәrәk hәdiyyә verәn vә onun yaxın qohumları barәsindә hәdiyyә alanın daşıdığı vәzifәlәri ehtiva edir. Bu vәzifәlәrin pozulması hәm hәrәkәt, hәm dә hәrәkәtsizliklә baş verә bilәr. Konstitusiya Mәhkәmәsinin Plenumu onu da qeyd etmәyi vacib hesab edir ki, Mülki Mәcәllәnin 673.1.2-ci maddәsindә nәzәrdә tutulan hal qiymәtlәndirmә tәlәb edәn әlamәt olduğundan, onu tәşkil edә bilәcәk bütün ehtimal edilәn halları әhatә etmәk mümkün deyil. Bu baxımdan, mәhkәmәlәr tәrәfindәn hәdiyyә alanın daşıdığı vәzifәlәrin pozulmasının nәdә ifadә olunması vә pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki vә psixoloji zәrәrin dәrәcәsi, bәzi hallarda hәdiyyә verәnin vә onun yaxın qohumlarının yaşı vә sәhhәti vә s.) asılı olaraq müәyyәn edilmәlidir...” “Mülki Mәcәllәnin 673.3-cü maddәsinin dispozisiyasında qanunvericinin müәyyәn etdiyi bir illik müddәtin ötürülmәsi ilә bağışlamaqdan imtina hüququnun xitamına sәbәb olan müddәt kәsici müddәt kimi qiymәtlәndirilmәlidir. Hәmçinin bağışlama müqavilәsinin nә zaman bağlanılmasından asılı olmayaraq, hәdiyyә verәn mәhz imtinaya әsas verәn hallar ona mәlum olduğu gündәn yalnız bir il әrzindә imtina haqqında bildirişi hәdiyyә alana göndәrә bilәr. Bu müddәtin bitmәsi isә hәdiyyә verәnin hәdiyyә predmetini geri tәlәb edә bilmәmәsi ilә nәticәlәnir....” 15.Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә (maddәlәrinә) әsasәn: 4.1. Bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. 82.1. Hamıya bәlli olan hallar vә ya faktlar mübahisә edilә bilmәz vә onların sübuta ehtiyacı yoxdur. 217.1. Mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır. 217.2. Qәtnamә mübahisәli hüquq münasibәtinin yarandığı zaman qüvvәdә olan maddi hüquq normalarına vә işin baxılması zamanı qüvvәdә olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hәqiqi hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır. 217.4. Mәhkәmә öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır. 16.Birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını Azәrbaycan Respublikası Mülki Prosesual Mәcәllәnin 385-390-cı maddәlәrinә vә iş üzrә tәqdim edilmiş sübutlara әsasәn apellyasiya şikayәti üzrә mübahisәlәndirilәn hissәyә münasibәtdә araşdıran mәhkәmә kollegiyası diqqәtә çatdırır ki, qәtnamә maddi vә prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrә müәyyәn edilmiş hәqiqi hallara vә tәrәflәrin hazırkı mübahisәli münasibәtlәrinә uyğun әsaslandırılmışdır, apellyasiya şikayәtindә qәtnamәnin lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas ola bilәn birinci instansiya mәhkәmәsinin araşdırma predmeti olan hallara dair dәlil әks edilmәmiş vә münasibәtlәri tәnzimlәyәn mülki qanunvericiliyin tәlәblәrinә müvafiq tәkzibedici sübutlar araşdırmaya tәqdim edilmәmişdir. Iş materialları ilә müәyyәn edilmişdir ki, ata tәrәfindәn bağışlanmış ev mövcud deyildir vә hüququn verilmәsi mövcud olsa da faktiki sahibliyin verilmәsi mövcud olmamış, tәrәflәr birgә yaşamış vә oğul ailә quranadәk münasibәtlәr normal olmuş vә faktiki sahibliyi hәyata keçirәn ata olmuş, sonradan oğul sahibliyi hәyata keçirmәyә cәhd etmişdir. Lakin bağışlama tikiliyә aid olduğundan, hәmin tikili isә artıq mövcud olmadığıdan, torpaq sahәsinә münasibәtdә isә torpaq sahәsi dövlәtin müstәsna mülkiyyәtindә olduğundan, habelә faktiki sahibliyi ata hәyata keçirdiyindәn,qüvvәdә olan AR Mülki Mәcәllәsinin 674.1.1-ci maddәsinin tәlәblәrinә әsasәn bağışlanması vәd edilmiş әşya itirildikdә vә ya mәhv olduqda bağışlama imtina hüququnun hәyata keçirilmәsinә zәrurәt olmadan lәğv edilir. Bu sәbәbdәn dә ##.##.2018-ci il tarixli bağışlanma müqavilәsinin lәğv edilmәsindә birinci instansiya mәhkәmәsi haqlı olmuşdur. Bağışlama lәğv edildiyindәn onun nәticәlәri üzrә qeydiyyatlar etibarsız (lәğv edilmәli) olduğundan, ilk iddia üzrә iddiaçı Dünyamalıyev Әli Azad oğlunun da әmlak üzrә mülkiyyәt hüquqlarının qalmadığı vә bunun mәntiqi sonluğu üzrә dә onun iddia tәlәbi üzrә subyektiv hüquqlara malik olmadığı müәyyәn edildiyindәn, tәlәbinin müzakirә edilmәsi әsasları müәyyәn edilmir. 17.Apellyasiya şikayәti әsassız olduğundan vә tәmin edilmәdiyindәn onun verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu (mәhkәmә xәrci) ödәyәnә aid edilmәlidir. 18.Qeyd olunanlara әsasәn vә Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 384, 392, 393 vә 402-406-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası qәt e t d i : Ilkin iddia üzrә iddiaçı vә qarşılıqlı iddia üzrә cavabdeh Dünyamalıyev Әli Azad oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı işi üzrә ## #### 2026-cı il tarixli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Qәtnamәdәn işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 (iki) ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi (“Elektron mәhkәmә” informasiya sistemi) vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti verә bilәr.