Məhkəmə qərarları › İş №2(3-10)-122/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-122/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-122/2026 17.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından QƏTNAMƏ İddiaçı “xxxx” MMC-nin cavabdeh İsmayılov Əhməd Nofəl oğluna qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - İsmayılov Əhməd Nofəl oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh İsmayılov Əhməd Nofəl oğluna qarşı “borc tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*(***)-****/**** saylı qətnаməsindən cavabdeh İsmayılov Əhməd Nofəl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı “xxxx” MMC cavabdeh İsmayılov Əhməd Nofəl oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən İPHONE 15, APPLE adapter üçün 1179 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 117,9 manat cərimə, ümumilikdə 1320,50 manat borc və 33,21 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan ##.##.2024-cü il tarixli müqaviləyə əsasən İPHONE 15, APPLE adapter almış, həmin əşyaların ümumi dəyəri 2499 manat olmuşdur. Əşyaların dəyərini tam ödəməmiş, iddiaçıya borcu yaranmışdır.

3. Birinci instansiya məhkəməsi iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

4. Şəki Rayon Məhkəməsinin (hakim Pərvanə Məmmədova) ## ###### 2025-ci il tаrixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İsmayılov Əhməd Nofəl oğlundan 1179 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 10 manat cərimə, ümumilikdə 1212,60 manat borc və 33,21 manat ödənilmiş dövlət rüsumunun əvəzitutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.5, 462.1, 467, 567, 600.1, 600.3, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

6. Cavabdeh İsmayılov X2 Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*(***)-****/**** saylı qətnaməsi iş üzrə faktiki hallar və tərəflər arasında mövcud olan müqavilə münasibətləri tam və hərtərəfli araşdırılmadan qəbul edilmişdir və bu səbəbdən məhkəmə aktı düzgün hesab ediləmişdir. Birinci instansiya məhkəməsi işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxmış, cavabdehin izahatlarını dinləməmiş və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Xüsusilə, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan “ödənişin təminatı xidməti”nin mahiyyəti və bu xidmətin hansı hallarda tətbiq olunmalı olduğu məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Halbuki cavabdeh tərəfindən bu xidmət üçün ayrıca ödəniş edilmiş və xidmətin faktiki məzmunu cavabdehin işsiz qalması halında 6 ay müddətinə ödənişlərin dondurulmasını nəzərdə tutmuşdur. Cavabdeh yanvar 2025-ci il tarixindən etibarən işsiz qalmış və iyun 2025-ci il tarixindən ödəniş etməmişdır və bu hal müqavilədə nəzərdə tutulmuş təminat mexanizmini işə salmalı idi. Bu şəraitdə ödənişin gecikdirilməsi müqavilə pozuntusu kimi qiymətləndirilə bilməzdi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu halı nəzərə almadan borcu gecikmiş öhdəlik kimi qiymətləndirmiş və cavabdehin üzərinə əsassız maliyyə yükü qoymuşdur ki, bu da müqavilənin mahiyyətinə və istehlakçı hüquqlarının müdafiəsi prinsiplərinə ziddir. Bundan əlavə, cavabdeh tərəfindən sentyabr ayında 393 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş iddiaçı tərəfindən borcun hesablanmasında nəzərə alınmamış, məhkəmə isə bu faktı araşdırmadan borcu 1179 manat məbləğində müəyyən etmişdir. Halbuki ödənişin təminatı xidməti tətbiq edilməli olduğu halda və edilmiş ödəniş nəzərə alındıqda, cavabdehin real borcu 786 manat təşkil etməli idi. Bu ödənişin borcdan çıxılmaması borcun süni şəkildə artırılmasına gətirib çıxarmışdır. İş üzrə diqqətə alınmalı digər mühüm hal ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi cavabdehin müraciəti üzrə araşdırma aparmış və “xxxx” MMC tərəfindən cavabdeh barəsində hesablanmış 330,12 manat məbləğində dəbbə pulunun silindiyini, habelə mobil cihazın istifadəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığını rəsmi şəkildə təsdiq etmişdir. Qeyd olunan inzibati orqanın rəsmi cavabı birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildiyi gün təqdim edildiyindən, cavabdehin həmin sənədi məhkəməyə vaxtında təqdim etməsi obyektiv olaraq mümkün olmamışdır. Bu səbəbdən göstərilən sənəd birinci instansiya məhkəməsinə təqdim edilməmiş və iş materiallarına daxil edilməmişdir. Bununla belə, sözügedən rəsmi cavab iddiaçı tərəfindən tətbiq edilmiş sanksiyaların əsassız olduğunu, dəbbə pulunun və cihazın bloklanmasının sonradan ləğv edildiyini, habelə “ödənişin təminatı xidməti”nin faktiki olaraq düzgün icra edilmədiyini təsdiq edir. Birinci instansiya məhkəməsi bu inzibati orqanın mövqeyini və onun hüquqi nəticələrini qiymətləndirmədən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*(***)- ****/**** saylı qətnaməsini mübahisələndirilən hissələrdə dəyişdirilərək cavabdeh tərəfindən edilmiş 393 manat ödəniş borcdan çıxılmasını və real borc məbləği 786 manat kimi müəyyən edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərardadı ilə hazırkı mülki iş açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh İsmayılov Əhməd Nofəl oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

10. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər.

21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

24. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 - 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh İsmayılov Əhməd Nofəl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

39. Müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən İPHONE 15, APPLE adapter almış və nəticədə 1179 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, 117,9 manat cərimə, ümumilikdə 1320,50 manat borc yaranmışdır. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir.

40. Cavabeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan “ödənişin təminatı xidməti”nin mahiyyəti və bu xidmətin hansı hallarda tətbiq olunmalı olduğu məhkəmə tərəfindən qiymətləndirilməməsini, cavabdeh tərəfindən bu xidmət üçün ayrıca ödəniş edilməsini və xidmətin faktiki məzmunu cavabdehin işsiz qalması halında 6 ay müddətinə ödənişlərin dondurulmasını nəzərdə tutmasını qeyd etmişdir.

41. Cavabdeh məhkəmə iclasında həmin dəlillə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, sadəcə həmin “ödənişin təminatı xidməti”nin iddiaçı tərəfindən şifahi qaydada dediklərini vurğulamışdır.

42. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilədə də “ödənişin təminatı xidməti”nə dair hər hansı bir şərt nəzərdə tutulmamışdır. Ona görə də şikayətin dəlili əsassızdır.

43. Apellyasiya şikayətinin digər dəlili isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (Dövlət Agentliyi) cavabdehin müraciəti üzrə araşdırma aparması və “xxxx” MMC tərəfindən cavabdeh barəsində hesablanmış 330,12 manat məbləğində dəbbə pulunun silindiyini, habelə mobil cihazın istifadəsinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığını rəsmi şəkildə təsdiq etməsi barədədir.

44. Kollegiyanın iclasında Dövlət Agentliyinin cavabdehə ünvanladığı məktub öyrənilmiş və həmin məktubun məzmununun apellyasiya şikayətində göstərildiyindən tamamilə fərqli olduğu və hazırkı işin nəticəsi ilə bağlı heç bir əhəmiyyət daşımadığı müəyyən edilmişdir.

45. Birinci instansiya məhkəməsi Mülki Məcələnin 467-ci maddəsinin müddəlarını istinad etməklə cavabdehə hesablanmış cərimə məbləğini də azaltmış, bu zaman bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə almışdır.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

48. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

49. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

51. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

52. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

54. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İsmayılov Əhməd Nofəl oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*(***)-****/**** saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar