Məhkəmə qərarları › İş №2(3-10)-137/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-137/2026

29.04.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-137/2026 29.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi İsgəndər qızının “hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Ərizəçi Ərizəçi İsgəndər qızının, Maraqlı şəxs xxxx publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Ərizəçi İsgəndər qızının maraqlı şəxs xxxx publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi İsgəndər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. Ərizəçi Ərizəçi İsgəndər qızı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən 0.08 ha torpağın mülkiyyətə verilməsinə dair sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən ona 0.08 ha torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsi Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən qanuni hesab edilmişdir. Lakin həmin sənəddə onun adı Nailə olaraq qeyd edilmişdir. Qeyd olunan sənəddə adının səhv yazılması ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsinə maneə yaradır. Belə ki, Çıxarışın verilməsinə köməklik göstərilməsi üçün ərizə ilə xxxx publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən ona 0.08 ha torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsi Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən qanuni hesab edilmişdir. Lakin həmin sənəddə onun adı Nailə olaraq qeyd edilmişdir. Qeyd olunan sənəddə adının səhv yazılması ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsinə maneə yaradır. Belə ki, Çıxarışın verilməsinə köməklik göstərilməsi üçün ərizə ilə xxxx publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir.

4. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) ərizənin təmin edilməməsi, Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən 0.08 ha torpağın mülkiyyətə verilməsinə dair sənədin Ərizəçi İsgəndər qızına məxsus olması faktının müəyyən edilməsindən imtina edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən Niftaliyeva Nailəyə 0,08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənədə əsasən Sovxoz ərazisində yaşayan fəhlə və qulluqçuların yaşayış evi, ona köməkçi tikililərin inşası üçün sovxoz direktorunun əmri ilə müxtəlif vaxtlarda ayrılmış həyətyanı torpaq sahəsi qanuni hesab edilmişdir. "xxxx” publik hüquqi şəxsi "xxxx” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun ##.##.1994-cü il tarixli ** saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi İsgəndər qızına) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. İş materialları ilə müəyyən olunmuşdur ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən Niftaliyeva Nailəyə 0,08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi verilmiş və həmin sənəddə Niftaliyeva Nailə yazılsa da, ata adı qeyd edilməmişdir. "xxxx” publik hüquqi şəxsi "xxxx” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun ##.##.1994-cü il tarixli ** saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi İsgəndər qızına) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi ərizəçinin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyini müəyyən etmək mümkün olmur. Belə ki, məxsus olması xahiş edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin yalnız soyad uyğunluğunun olması, həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi üçün yetərli deyildir.

8. Məhkəmə, həmçinin iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlmişdir ki, ərizəçi 0.08 ha torpaq sahəsinin ona verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, habelə "xxxx” publik hüquqi şəxsi "xxxx” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun ##.##.1994-cü il tarixli ** saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi İsgəndər qızına) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilmədiyindən,Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən 0.08 ha torpağın mülkiyyətə verilməsinə dair sənədin ona məxsus olması faktını müəyyən etmək mümkün deyildir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, 88, 217.4, 307.2.5, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan ərizəçi Ərizəçi İsgəndər qızı tərəfindən apellyasiya şikayəti verilmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, həmin torpaq sahəsi ona verilərkən həmin sənəddə adının səhv olduğunu bilirdi, lakin torpağı uzun müddət sənədləşdirmək üçün aidiyyatı orqanlara müraciət etməmişdi. Düşünmüşdür ki, gələcəkdə torpağa mülkiyyəti təsdiq edən sənəd əldə edən zaman bu nöqsanın aradan qaldırılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət edər. Bu səbəbdən həmin nöqsana bir o qədər ciddi yanaşmamışdır. Lakin Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, "xxxx” publik hüquqi şəxsi "xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış ## ######## 2025-ci il tarixli məktubda Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun ##.##.1994-cü il tarixli ** saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi İsgəndər qızına) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilmədiyi müəyyən edilmişdir. Lakin bu onun günahı deyil. Ona bu torpaq sahəsi verilərkən məhz həmin torpaq sahəsinin ona ayrılmasına dair hər hansı bir nöqsanın yaranması, məsələn onun adının adlı siyahıya salınmaması, adına torpaq sahəsinin ayrılmasına dair sənədin tərtib edilməməsi kimi nöqsanlar məhz həmin torpaq sahəsinin şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsinə cavabdeh olan aidiyyatı dövlət qurumlarının günahıdır. Burada onun bir mülkiyyətçi kimi hüquqları pozulub. Ona məxsus olan qanuni hesab edilmiş torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilməməsini, onun barəsində sərəncam vermək hüquqlarının pozulmasını görür. Hansı ki, artıq 20 ildən uzun bir müddətdir ki, həmin torpaq sahəsi onun qanuni istifadəsindədir və yalnız o, istifadə etmişdir. Onun pozulmuş bu hüquqları bərpa edilməli və o, qanuni istafdəsində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə etmək onun barəsində sərəncam vermək kimi hüqularının həyata keçirilməsi üçün həmin torpaq sahəsinin ilk öncə ona məxsus olması faktının təsdiq edilməsini xahiş edir.

12. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi İsgəndər qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs xxxx publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16.Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli * nömrəli qərarı: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ərizəni düzgün olaraq rədd etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli ** saylı iclas protokoluna əsasən Niftaliyeva Nailəyə 0,08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi verilmişdir. "xxxx” publik hüquqi şəxsi "xxxx” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun ##.##.1994-cü il tarixli ** saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi İsgəndər qızına) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Qeyd olunan sənəddə adının səhv yazılması ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsində maneə yaratmasını əsas gətirən Ərizəçi İsgəndər qızı Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun ## ###### 1994-cü il tarixli, ** saylı iclas protokoluna əsasən 08 ha torpağın mülkiyyətə verilməsinə dair sənədin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

26. Belə ki, birinci instansiya məhkəməsi ərizəçinin tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, ərizəçinin tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyinə görə, yəni ərizəçi 0.08 ha torpaq sahəsinin ona verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, habelə "xxxx” publik hüquqi şəxsi "xxxx” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun ##.##.1994-cü il tarixli ** saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi İsgəndər qızına) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilmədiyindən və hüquqmüəyyənedici sənəddə ərizəçinin yalnız soyad uyğunluğunun olması, həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi üçün yetərli olmadığına görə ərizənin rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

28. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

30. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

32. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ərizəni rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn ərizəçi Ərizəçi İsgəndər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. 33.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ərizəçi Ərizəçi İsgəndər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ərizəçinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar