Məhkəmə qərarları › İş №2(3-10)-144/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-144/2026

14.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 2(3-10)-144/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X7 cavabdeh Cavabdeh Sәdiyar oğluna qarşı qanunsuz tikilinin sökülmәsi tәlәbinә dair mülki iş üzrә (Açar sözlər: Məhkəmə qərarının preyudisiallığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı X7, Cavabdeh Cavabdeh Sәdiyar oğlunun iştirakları ilә, İddiaçı X7 cavabdeh Cavabdeh Sәdiyar oğluna qarşı qanunsuz tikilinin sökülmәsi tәlәbinә dair mülki iş üzrә İsmayıllı Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tаrixli, 2(037)- 559/20** nömrәli qәtnamәsindәn cavabdeh Cavabdeh Sәdiyar oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Şәki Apellyаsiyа Mәhkәmәsinin binasında, аçıq mәhkәmә iclаsındа bаxаrаq, mәhkәmә kollegiyası müəyyən etdi: İddiaçı X7 iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin * saylı Qәbәlә Ərazi İdarәsi tәrәfindәn daşınmaz әmlakın dövlәt reyestrindәn 47130079980-***** reyestr nömrәsi ********** qeydiyyat nömrәsi ilә ** nömrәli reyestr kitabının ** nömrәli vәrәqindә ##.##.2023-cü ildә qeydә alınaraq verilmiş çıxarış üzrә onun vә digәr ailә üzvülәrinin birgә mülkiyyәtindә olan, İsmayıllı şәhәri, keçmiş İsmayıllı kәndi (Yuxarıbaş) әrazisindә yerlәşәn 0,09 hektar hәyәtyanı torpaq sahәsinin cәnub tәrәfindә cavabdeh Cavabdeh Sәdiyar oğlu tәrәfindәn inşa edilmiş quraqlığın ona mәxsus 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzәrinә düşәn hissәsinin sökülmәsi vә cavabdeh tәrәfindәn mülkiyyәtinә qarşı qanunsuz müdaxilәlәrinә qadağa qoyulmasına dair qәtnamә qәbul olunmasını mәhkәmәdәn xahiş etmişdir. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, o, İsmayıllı rayon keçmiş Oktyabr kolxozunda mühasibatlıqda işlәyәrkәn ona kolxozun sәrәncamına әsasәn 0,09 hektar hәyәtyanı torpaq sahәsi qanuni istifadәsinә verilmişdir. Torpaq islahatları zamanı hәmin 0,09 hektar torpaq sahәsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ## ###### 2001-ci il tarixli *** saylı qәrarına uyğun olaraq onun vә digәr ailә üzvülәrinin birgә mülkiyyәtlәrinә verilmiş, Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti vә Reyestri publik hüquqi şәxsin * saylı Qәbәlә Ərazi İdarәsi tәrәfindәn mülkiyyәt hüququ daşınmaz әmlakın dövlәt reyestrindә ##.##.2023-cü ildә 47130079980-***** reyestr nömrәsi, ********** qeydiyyat nömrәsi ilә ** nömrәli reyestr kitabının ** nömrәli vәrәqindә qeydә alınaraq müvafiq çıxarış verilmişdir. O, 2009-cu ildә hәmin hәyәtyanı torpaq sahәsindә, torpağının cәnub tәrәfindә, cavabdeh Cavabdeh Sәdiyar oğluna mәxsus hәyәtyanı torpaq sahәsinin sәrhәddindә 30 sm mәsafә buraxaraq mişar daşından hasar hördürmüşdür. Hәmin hasarın çәkilmәsindә mәqsәdi hәmin hasar divarının üstündә quraqlıq tikmәklә quraqlığın bir tәrәfi kimi daş hasardan istifadә etmәk niyyәti olmuşdur. Hәmin hәyәtyanı torpaq sahәsindә tam qanuni әsaslarla fәrdi yaşayış evi dә inşa etdirmişdir. Lakin hәmin hәyәtdә vә evdә müvәqqәti yaşamamaqlarından istifadә edәrәk cavabdeh Cavabdeh Sәdiyar oğlu öz hәyәtindә inşa etdirdiyi quraqlığın şimal tәrәfini dayaq kimi onun inşa etdirdiyi hasarın üstünә birlәşdirmәklә hasardan onun özü tәrәfindәn quraqlıq tikintisinә maneçilik yaratmışdır. Bununla da cavabdeh qonşuluq qaydalarına riayәt etmәmiş,onun qanuni mülkiyyәt hüquqlarını pozmuşdur. O, cavabdehin bu mülki qanunvericiliyә zidd hәrәkәtlәri ilә әlaqәdar qanunsuz inşa etdiyi tikilinin sökülmәsi tәlәbi ilә 2020-ci ildә iddia qaldırmışdır. Lakin hәmin vaxt mәhkәmә tәrәfindәn mütәxәssisin iştirakı ilә yerindә müayinә keçirilmiş, müayinәdә iştirak edәn mütәxәssis mәhkәmәyә verdiyi rәydә göstәrmişdir ki, mәlum torpaq islahatları zamanı tәrәflәrә verilmiş torpaq şәhadәtnamәlәrindәki cizgi ilә naturada göstәrilәn cizgilәr arasında uyğunsuzluq mövcud olduğundan mülkiyyәtçilәrә mәxsus torpaq sahәlәri arasında inşa olunmuş hasarın kimә mәxsus olmasını müәyyәn etmәk mümkün olmamışdır. Bu әsasla da mәhkәmә ##.##.2020-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamә ilә iddiasını tәmin etmәmişdir.Lakin ##.##.2023-cü ildә hәyәtyanı torpaq sahәsinә dair mülkiyyәt hüququnu daşınmaz әmlakın dövlәt reyestrindә qeydә aldıraraq müvafiq çıxarış almış vә hәyәtyanı torpaq sahәsi, orada yerlәşәn fәrdi yaşayış evi vә yardımçı tikililәrin, habelә mübahisәli hasarın texniki göstәricilәri öz әksini tapmışdır. O cümlәdәn dә hәyәtin bütün hasarlarının, mübahisәli daş hasar da daxil olmaqla dәqiq cizgisi çәkilmişdir. Odur ki, cavabdehlә aralarındakı sәrhәd xәtti tam dәqiqdir vә cavabdehin qanunsuz hәrәkәti davam edir vә o mәhkәmә müdafiәsindәn istifadә etmәyә mәcburdur. Hesab edir ki, onun vә digәr ailә üzvülәrinin birgә mülkiyyәtindә olan, İsmayıllı şәhәri, keçmiş İsmayıllı kәndi (Yuxarıbaş) әrazisindә yerlәşәn 0,09 hektar hәyәtyanı torpaq sahәsinin cәnub tәrәfindә cavabdeh Cavabdeh Sәdiyar oğlu tәrәfindәn inşa edilmiş quraqlığın ona mәxsus 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzәrinә düşәn hissәsi sökülmәli vә cavabdeh tәrәfindәn mülkiyyәtinә qarşı qanunsuz müdaxilәlәrә qadağa qoyulmalıdır. Ona görә dә iddia tәlәbinin tәmin edilmәsini mәhkәmәdәn xahiş edir. İsmayıllı Rayon Mәhkәmәsinin (hakim İlqar Hüseynov) ##.##.2025-ci il tаrixli, 2(037)- 559/20** nömrәli qәtnamәsi ilә iddia tәlәbi tәmin edilmiş, Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsi Hüquqların Dövlәt Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlәt Reyestrindәn verilmiş qeydiyyat nömrәsi **********, reyestr nömrәsi 407013079980- ***** olan ##.##.2023-cü il tarixli Çıxarışa әsasәn iddiaçı X7 vә ailә üzvlәri X4, X5, X6 vә X2 ümumi birgә mülkiyyәtlәrindә olan İsmayıllı rayonu, İsmayıllı kәndi (Yuxarıbaş) әrazisindә yerlәşәn 0.09 hektar hәyәtyanı torpaq sahәsinin cәnub tәrәfindә iddiaçı X7 tәrәfindәn inşa edilmiş 10 metr uzunluğunda mişar daşından inşa edilmiş hasarın üzәrindә cavabdeh Cavabdeh Sәdiyar oğlu tәrәfindәn inşa edilmiş quraqlığın 2.6 kv.metr hissәsi (eni 0.2 metr, uzunluğu 13.1 metr) sökülmәsi vә cavabdeh tәrәfindәn iddiaçının mübahisәli әraziyә dair mülkiyyәt hüquqlarına qanunsuz müdaxilәlәrә qadağa qoyulması, ödәnilmiş dövlәt rüsumu mәblәğinin iddiaçının özünә aid edilmәsi, mәhkәmә mühәndis-texniki ekspertizası tәdqiqatının dәyәri 100 manat mәblәğindә pulun cavabdeh Cavabdeh Sәdiyar oğlundan tutulması, Az.MEM, VÖEN 1700326621, hesab nömrәsi AZ34CTRE00000000000002088501, X17, KOD 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcә tәsnifatının kodu 142595, büdcә sәviyyәsinin kodu 3, Mәhkәmә Ekspertizası Mәrkәzi hesabına keçirilmәsi qәt edilmişdir. Hәmin qәtnamәdәn cavabdeh Cavabdeh Sәdiyar oğlu tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn cavabdeh Cavabdeh Sәdiyar oğlu apellyasiya şikayәtini müdafiә edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn iddiaçı X7 apellyasiya şikayәtinә etiraz edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, qәtnamә lәğv edilmәli, iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun «Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinin şәrh edilmәsinә dair» ## ###### 2016-cı il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinin mәnasına görә, bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsindә әks olunmuş, araşdırılmış, qiymәtlәndirilmiş, tәlәbin vә (vә ya) etirazların predmetinә aid olan faktların hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmәsi vә yenidәn sübut edilmәsi yolverilmәzdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә işin hәqiqi hallarına uyğun olmamaqla, mәhkәmә müәyyәn edilmiş faktlardan tәrәflәrin qarşılıqlı münasibәtlәri üzrә sәhv nәticәyә gәlmiş, prosessual hüquq normalarının tәlәblәrini pozmuşdur. Belә ki, mülki iş materiallarında olan İsmayıllı Rayon Mәhkәmәsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** nömrәli qanuni qüvvәyә minmiş qәtnamәsindәn görünür ki, iddiaçı X7 cavabdeh Cavabdeh Sәdiyar oğluna qarşı JN-1156 KOD ******** nömrәli şәhadәtnamә üzrә onun vә digәr ailә üzvlәrinin birgә mülkiyyәtindә olan, İsmayıllı şәhәri, keçmiş İsmayıllı (Yuxarıbaş) kәndi әrazisindә yerlәşәn 0.09 hektar hәyәtyanı torpaq sahәsinin cәnub tәrәfindә cavabdeh tәrәfindәn inşa edilmiş quraqlığın ona mәxsus 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzәrinә düşәn hissәsinin sökülmәsi vә cavabdeh tәrәfindәn mülkiyyәtinә qarşı qanunsuz hәrәkәtlәrinә son qoyulmasına dair iddia tәlәbi rәdd edilmişdir. Eyni zamanda iddiaçı hazırkı iş üzrә iddia әrizәsindә dә onun vә digәr ailә üzvülәrinin birgә mülkiyyәtindә olan, İsmayıllı şәhәri, keçmiş İsmayıllı kәndi (Yuxarıbaş) әrazisindә yerlәşәn 0,09 hektar hәyәtyanı torpaq sahәsinin cәnub tәrәfindә cavabdeh Cavabdeh Sәdiyar oğlu tәrәfindәn inşa edilmiş quraqlığın ona mәxsus 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzәrinә düşәn hissәsinin sökülmәsi vә cavabdeh tәrәfindәn mülkiyyәtinә qarşı qanunsuz müdaxilәlәrinә qadağa qoyulmasına dair qәtnamә qәbul olunmasını mәhkәmәdәn xahiş etmişdir. Mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә әsasәn, hakim iş üzrә icraata eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa xitam verir. Hәmin Mәcәllәnin 233.3-cü maddәsinә әsasәn qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr, habelә onların hüquq varislәri mәhkәmәdә eyni iddia tәlәblәrini, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr. Hәmin Mәcәllәnin 261.0.2-ci maddәsinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir. Hәmin Mәcәllәnin 372.6-cı maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Hәmin Mәcәllәnin 384.0.5-ci mаddәsinә görә аpellyаsiyа instаnsiyаsı mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1-259.0.5-ci vә 259.0.8- 259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 261-ci maddәlәrinә müvafiq olaraq iş üzrә icraata xitam verә bilәr. Hәmin Mәcәllәnin 386-cı maddәsinә әsasәn maddi hüquq normaları o halda pozulmuş vә ya düzgün tәtbiq olunmamış hesab edilir ki, birinci instansiya mәhkәmәsi hüququn tәtbiq edilmәsindә sәhv buraxsın, tәtbiq edilmәli olan qanunu vә ya digәr normativ hüquqi aktı tәtbiq etmәsin, yaxud qanunu sәhv tәfsir etsin. Hәmin Mәcәllәnin 387.2.8-ci maddәsinә әsasәn iddianın baxılmamış saxlanılması vә ya iş üzrә icraata xitam verilmәsi üçün bu Mәcәllәdә müәyyәn edilmiş әsaslar olduğu halda mәhkәmә işә mahiyyәti üzrә baxmışsa şikayәtin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin qәtnamәsi vә ya qәrardadı lәğv edilmәlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrә dә eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduğundan iş üzrә icraata xitam verilmәlidir. Belә ki, eyni tәrәflәr arasında, eyni quraqlığın 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzәrinә düşәn hissәsinin sökülmәsi vә cavabdeh tәrәfindәn mülkiyyәtinә qarşı qanunsuz müdaxilәlәrinә qadağa qoyulmasına dair iddia tәlәbi üzrә qanuni qüvvәsindә olan mәhkәmә qәtnamәsinin mövcud olmasına baxmayaraq, iddiaçı X7 yenidәn hәmin tәlәblә mәhkәmәdә iddia qaldırmış, birinci instansiya mәhkәmәsi isә buna dair iddia tәlәbini tәmin etmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, iddiaçı әvvәlki icraatda İsmayıllı şәhәri, keçmiş İsmayıllı (Yuxarıbaş) kәndi әrazisindә yerlәşәn 0.09 hektar hәyәtyanı torpaq sahәsinin JN- 1156 KOD ******** nömrәli şәhadәtnamә üzrә onun vә digәr ailә üzvlәrinin birgә mülkiyyәtindә olmasına, hazırkı icraatda isә İsmayıllı şәhәri, keçmiş İsmayıllı (Yuxarıbaş) kәndi әrazisindә yerlәşәn 0.09 hektar hәyәtyanı torpaq sahәsinin Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin * saylı Qәbәlә Ərazi İdarәsi tәrәfindәn verilmiş 47130079980-***** reyestr nömrәli, ********** qeydiyyat nömrәli, ##.##.2023-cü il tarixli çıxarışla onun vә digәr ailә üzvlәrinin birgә mülkiyyәtindә olmasına istinad etsә dә, hәr iki halda iddia tәlәblәri quraqlığın 10 metr uzunluğunda mişar daşından inşa olunmuş hasarın üzәrinә düşәn hissәsinin sökülmәsi vә cavabdeh tәrәfindәn mülkiyyәtinә qarşı qanunsuz müdaxilәlәrinә qadağa qoyulmasından ibarәt olduğundan, eyni torpaq sahәsinә dair mülkiyyәt sәnәdinin növünün dәyişmәsi әvvәlki mәhkәmә qәtnamәsinin preyudisiallığını aradan qaldırmır. Belә ki, nәzәrә alınmalıdır ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 233.3-cü maddәsinin tәlәbinә әsasәn qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr mәhkәmәdә eyni iddia tәlәblәrini, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr. Preyudisiallığın müәyyәn etdiyi qaydalara görә eyni tәrәflәr arasında olan mülki iş üzrә qanuni qüvvәyә minmiş qәtnamә ilә müәyyәn edilmiş faktlar hәmin tәrәflәr arasında başqa bir mülki işdә tәkrar sübut edilә bilmәz. Bu, mәhkәmә aktının qanuni qüvvәsi ilә әlaqәdardır vә әvvәlki prosesdә müәyyәn edilmiş halın sonrakı mәhkәmә üçün preyudisial әhәmiyyәtә malik olmasını göstәrir. Preyudisiallıq mәhkәmә aktının qanuni qüvvәsinin tәkzibedilmәzliyi, müstәsnalığı vә mәcburiliyi kimi keyfiyyәt göstәricilәrinin nәticәsidir. Preyudisiya institutu mәhkәmә aktlarına yenidәn baxılmasının qarşısının alınmasına, mәhkәmә tәcrübәsindә eyniliyin, sabitliyin vә hüquqi müәyyәnliyin tәmin edilmәsinә yönәlmişdir. Preyudisiallığı tәnzim edәn normalar sübut etmә prosesini sadәlәşdirmәyә, işlәrә baxılma müddәtinin qısaldılmasına, mәhkәmәlәrin, elәcә dә mәhkәmә prosesi iştirakçılarının vәsaitinә qәnaәt edilmәsinә yönәlmişdir. Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyinә әsasәn preyudisiya institutunun әsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı әlaqәni vә mәhkәmә qәrarları arasındakı stabilliyi tәmin etmәkdir. Preyudisiya institutunun mülki prosesdә eyni faktiki hallar arasındakı qarşılıqlı әlaqәni tәmin etmәk funksiyasının mahiyyәti eyni faktiki halların tәkrarәn, lüzumsuz olaraq araşdırılması vә onlar barәsindә yenidәn nәticәyә gәlinmәsinin qarşısını almaqdan ibarәtdir (Konstitusiya Mәhkәmәsi Plenumunun Q.Mәmmәdova vә digәrlәrinin şikayәti üzrә ## #### 2015-ci il tarixli Qәrarı) Çünki qanunsuz tikilinin sökülmәsi tәlәbinә dair eyni tәrәflәr arasında artıq qanuni qüvәdә olan qәtnamә mövcuddur. Yәni tәrәf eyni, predmet eyni vә әsas eynidir. Qeyd edilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduğu üçün, apellyasiya şikayәti qismәn tәmin edilmәli, İsmayıllı Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tаrixli, 2(037)-559/20** nömrәli qәtnamәsi lәğv edilmәli vә iş üzrә xitam verilmәlidir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 402.2.4-cü maddәsinә әsasәn Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının iş üzrә icraata xitam verilmәsi barәdә qәrardadından kassasiya şikayәti verilә bilәr. Hәmin Mәcәllәnin 400-cü maddәsinә әsasәn Apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Qeyd edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2, 263, 264, 400 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara aldı: Cavabdeh Cavabdeh Sәdiyar oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilsin. İş üzrә İsmayıllı Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tаrixli, 2(037)-559/20** nömrәli qәtnamәsi lәğv edilsin. İddiaçı X7 cavabdeh Cavabdeh Sәdiyar oğluna qarşı qanunsuz tikilinin sökülmәsi tәlәbinә dair mülki işin icraatına xitam verilsin. Ödәnilmiş 100 manat dövlәt rüsumu dövlәt büdcәsindәn iddiaçı X7 qaytarılsın. Mәhkәmә tikinti-texniki ekspertizası üzrә ekspertiza tәdqiqatının dәyәri olan 100 manatın 50 manatı iddiaçı X7, 50 manatı isә cavabdeh Cavabdeh Sәdiyar oğlundan tutularaq dövlәt büdcәsi hesabına (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN1700326621, X17, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qәrаrdаddаn, tәrәflәr, üçüncü şәxslәr, xüsusi icraat işlәri üzrә isә әrizәçi vә maraqlı şәxslәr tәlәblәri tәmin olunmadığı hallarda onlara rәsmi qаydаdа verildiyi gündәn 10 (on) gün müddәtindә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyаsı vasitәsi ilә (Elektron Mәhkәmә İnformasiya Sistemindә yaradılmış Elektron Kabinetdәn istifadә edilmәklә) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyаsına kassasiya şikayәti verә bilәr. Qәrаrdаd işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra qаnuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar