Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-147/2026 06.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Zaqatala Rayon * saylı Dövlət Notariat Ofisi və üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs qarşı “miras üzərində vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (miras əmlakdan payın müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçılar iddiaçı4 və iddiaçı3, İddiaçı iddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Oqtay oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakları ilə, İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Zaqatala Rayon * saylı Dövlət Notariat Ofisi və üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs qarşı “miras üzərində vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala şəhəri Təbriz küçəsi * saylı ünvanda yerləşən həyətyanı torpaq və fərdi yaşayış evinin, yəni ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,069970 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 218,10 kv.m olan fərdi yaşayış evinin, ##.##.1963-cü ildə vəfat etmiş babaları (qaynatası), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğluna məxsus ev və torpaq sahəsinin hissəsinin və ##.##.2014-cü ildə vəfat etmiş nənələri (qaynanası), X8 məxsus torpaq sahəsinin hissəsi üzərində, ## ###### 2020-ci il tarixdə vəfat etmiş ataları (əri), X2 düşən qanun üzrə vərəsəlik hüququ əsasında miras payın müəyyən edilərək, həmin pay üzərində onlara vərəsəlik hüququnun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Babamız (qaynatası), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu ##.##.1963-cü ildə vəfat etmişdir. Nənələri (qaynanası), X8 isə ##.##.2014-cü ildə vəfat etmişdir. Ataları (əri), X2 ## ###### 2020-ci il tarixdə vəfat etmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan və X8 ünvan 6 üvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Baba və nənənin vəfatında sonra bu günədək onlar həmin evdə yaşamışlar və pasport qeydiyyatı da oradır. Lakin ataları (əri) X2 vəfat etdiyi üçün öz valideynlərindən miras payını ala bilməmişdir. Ona görə də atalarına (əri) vərəsəliklə düşən miras pay onlara yəni, övladlarına və arvadına düşməlidir. Onlar, miras qalmış əmlak üzərində vərəsəlik hüququnu əldə etmək üçün notariusa müraciət etmişlər. ##.##.2025-ci il tarixdə Zaqatala rayonu * saylı notariat ofisi imtina məktubu ilə vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də onlar məhkəməyə müraciət etməli olmuşlar. Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Hazırki işdə isə qanuna zidd heç bir hərəkət yoxdur. Notarius miras qoyan şəxslərin vərəsələri arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-ci maddəsində qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-cimaddəsində qeyd olunur ki, Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələrə isə qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1- ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-cimaddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında deyilir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Qeyd olunan Qanunlardan və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə onlar atalarına düşən payı qanun üzrə vərəsəlik hüququ əsasında əldə etmək istəyirik. Belə ki, mərhum atalarının (ərin) valideynlərindən miras qalmış torpaq və ev üzərində onlara qanun üzrə vərəsəlik payı verilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O iddia ərizəsinə uyğun çıxış etmişdir.O əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar miras əmlakı qəbul etmişdirlər. Belə ki, iddiaçıların qeydiyyat ünvanlarına baxılsa miras qoyanların mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatadırlar. İddiaçılara məxsus əmlaklarında evin bir otağında olmasını cavabdeh etiraf edir.
4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan və X8 ünvan 6 üvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Fərdi yaşayış evi isə atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun tam mülkiyyətində olmuşdur. Atası vəfat etdiyi gündən bugünədək həmin fərdi yaşayış evində o və ailə üzvləri və mərhum anası X8 yaşamışdır. Atası 1963-cü ildə, anası isə 2014-cü ildə vəfat etmişdir. Mərhum anası vəfat etdikdən sonra həmin fərdi yaşayış evini o və ailə üzvləri idarə etmişdir. Hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum valideynlərindən miras olaraq qalmış fərdi yaşayış evini faktiki olaraq mən qəbul etmişdir. Digər bacı və qardaşları mərhum valideynlərindən miras qalmış əmlaklarla bağlı bugünədək heç bir miras payı tələb etməmişdir. Eləcə də, qardaşı cavabdehlərin atası (əri) X2 vəfat etdiyi günədək miras əmlak üzərində öz payını tələb etməmişdir. Cavabdehlər 2012-ci ildən ünvan 4 ünvanında yerləşən mərhum qardaşına məxsus fərdi yaşayış evində yaşamışlar və hazırda da həmin ünvanda yaşayırlar. Buradan görünür ki, cavabdehlərin atası (əri) mərhum qardaşı X2 vəfat etdiyi günədək yəni 2020-ci il tarixədək 1963-cü ildə və 2014-cü ildə vəfat edən valideynlərindən miras qalmış daşınmaz əmlakların qəbuluyla bağlı rəsmi qaydada notariat orqanına müraciət etməmişdir. Hazırda cavabdehlər paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan, ünvan 6 üvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən bir otağın qapısını bağlamaqla həmin fərdi yaşayış evindən sahiblik və istifadə etməyə imkan vermir və nəticədə onun mülkiyyət hüquqlarımı kobudcasına pozur. Eyni zamanda cavabdehlər həmin fərdi yaşayış evinin bir otağının qapısını bağlayaraq daxil olmağına icazə verməməklə həmin evdən ona sahiblik və istifadə etməyinə maneələr yaradır. Hazırda əşyaların çıxarılması ilə bağlı da iddia vermişdir. İddiaçılar həmin ünvanda qeydiyyatda olsalar da onların öz evləri var orada yaşamış və o evdən istifadə etmişdirlər. İddiaçılar onun üçün tikilmiş evə köçmüş və buna belə etiraz etməmişdirlər. Bacısı vasitəsilə onlara 30 000 manat pulda vermiş. Onlarda illərlə atası və anasından qalmış əmlaka iddia etməmişdirlər. İddianın rədd edilməsini xahiş edir.
5. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə cavabdeh Zaqatala rayon * saylı Notariat ofisinin xüsusi notariusu İsgəndərova Gözəl İsgəndər qızı və iddiaçılar məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zərifə Məmmədova) iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Maraqlı şəxs və İsgəndərova Gözəl İsgəndər qızına qarşı “miras üzərində vərəsəlik hüququ müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı iddiaçı4 aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun mülkiyyətində, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Maraqlı şəxs Oqtay oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun, X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətindədir. Miras qoyan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu ##.##.1963-cü il tarixdə digər mirasqoyan X8 isə ##.##.2014-cü il tarixdə vəfat etmişdir. Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 vərəsəsi olduğu X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu və X8 oğludur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu vəfat edərkən X2 6 yaşı olmuş və o, anası X8 himayəsində olmuşdur. İddiaçılar hazırki iddia ilə müraciət edərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğluna məxsus ev və torpaq sahəsinin hissəsinin və ##.##.2014-cü ildə vəfat etmiş X8 məxsus torpaq sahəsinin hissəsi üzərində, ## ###### 2020-ci il tarixdə vəfat etmiş X2 düşən qanun üzrə vərəsəlik hüququ əsasında miras payın müəyyən edilərək həmin pay üzərində onlara vərəsəlik hüququnun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Maraqlı şəxs isə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunverici tərəfindən mirasın yalnız fəaliyyət qabiliyyətli şəxs qəbul edilə biləcəyi fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul etdikləri qeyd edilmişdir.
9. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun vəfat etdiyi zamanda tam fəaliyyət qabiliyyətli olmayan və 6 yaşında olmuş X2 ondan miras qalmış əmlakı bilavasitə özünün faktik qəbul etməsi yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması qeyri-mümkündür.
10. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun X8 miras qalmış əmlakı faktik qəbul etməsinə dair sübutlar da məhkəmə tərəfindən müəyyən edilməmişdir.
11. Məhkəmə iddiaçıların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evinin bir otağında onlara məxsus əşyaların olması və iddiaçıların həmin evdə qeydiyyatda olmaları faktına münasibətdə qeyd etmişdir ki, bu hallar heç də X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan və X8 miras qalmış əmlakın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, əşyaların müəyyən yerdə yerləşdirilməsi hələ əmlaka sahiblik və ya əmlakın idarə edilməsi hesab edilə bilməz.
12. Məhkəmə iddiaçıların miras əmlak olan ünvan 1 ünvanında qeydiyyatda olmalarına münasibətdə də eyni mövqedən çıxış edərək qeyd etmişdir ki, yaşayış sahəsində qeydiyyatda olma əmlaka sahiblik və ya əmlakın idarə edilməsi hesab edilə bilməz.
13. Məhkəmə onu da qeyd etmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
14. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçıların izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
15. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Maraqlı şəxs və Cavabdeh qarşı “miras üzərində vərəsəlik hüququ müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
16. İddia rədd edildiyindən iddiaçı iddiaçı4 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı rüsum xərci onun özünə aid edilməlidir.
17. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1244, 1246, 1247, 1248.1, 1248.2, 1255, 1268.1, 1268.2, 1273, 1301, 1321.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 191.1, 217.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının İ və III bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı iddiaçı4 apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətaməsini əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, iddiaçıların atası mərhum X2 atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu vəfat edərkən 6 yaşı olmuş və o, anası X8 himayəsində olduğuna görə, eyni zamanda X2 atası ölərkən uşaq olduğuna görə tam fəaliyyət qabiliyyəti olmamış və 6 yaşında olduğuna görə miras qalmış əmlakı bilavasitə özünün faktik qəbul etməsi, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması qeyri-mümkündür. Məhkəmənin deməsinə görə valideyni vəfat etmiş azyaşlı uşağın yaşı az olduğuna görə miras üzərində vərəsəlik hüququ əldə etmək hüququ yoxdur, yəni azyaşlılar mirasdan pay almamalıdırlar. Məhkəmənin gəldiyi bu nəticə heç bir maddi hüquqa söykənmir. Ona görə də məhkəmə gəldiyi nəticədə yalnız öz mülahizələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi nəticə qanunsuzdur, ona görə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 1963-cü ildə vəfat edərkən onun 6 yaşlı oğlu Cəfər Rəhimov atasından miras qalmış həmin evdə anası ilə birgə öldüyü günədək, yəni ##.##.2020-ci il tarixədək yaşamışdır. Bu isə o deməkdir ki, miras qoyan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 1963-cü ildə vəfat etdiyinə görə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müddəalarına uyğun vərəsəlik hüququ məsələsi həll edilməlidir. Lakin məhkəmə 1963-cü ildə vəfat edən miras qoyanın miras əmlakı üzərində hazırda qüvvədə olan qanunvericiliyi tətbiq etmişdir. 1963cü ildə qüvvədə olmuş Mülki Məcəllənin 532-ci maddəsində qeyd olunur ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar, arvad və ölənin valideynləri birinci növbəli vərəsəlik hesab olunurlar.
20. Məhkəmənin qəbul etdiyi qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Qəbul edilmiş qətnamə prosessual pozuntularla keçirilmiş məhkəmə prosesi nəticəsində əldə olunmuşdur. İddia ərizəsində X3 üçüncü şəxs kimi göstərildiyi halda məhkəmə MPM-nin 54-cü maddəsinin tələblərini pozaraq iddiaçıların razılığı və rəsmi müraciəti olmadan, özü hər hansı bir prosessual hərəkət aparmadan X3 cavabdeh kimi qəbul (qeyd) etmişdir. Bu fakt məhkəmə qətnaməsindən açıq-aydın görünür. Belə ki, qətnamədə X3 cavabdeh kimi iddianı qəbul etmədiyini və ifadə verməsi kimi qeyd etmişdir. Halbuki məhkəmə iddianı qəbul edib-etmədiyini cavabdeh olaraq notariusdan soruşmalı olduğu halda bu prosessual hərəkəti etməmiş, cavabdehin iddiaya olan münasibətini aydınlaşdırmamışdır. Belə olan halda məhkəmə ən azından qiyabi qətnamə çıxardaraq iddianı tam təmin etməli idi.
21. Bundan başqa məhkəmə maddi və prosessual hüquqları pozaraq işin hallarına düzgün qiymət verməyərək, yəni mirasın qəbulu üçün müəyyən edilmiş müddət, onun bərpası mübahisə predmeti olmadığı halda özü özündən tərəflər arasında mübahisə əmələ gətirmişdir. Buna sübut olaraq iddia ərizəsi məhkəməyə təqdim olunmamışdan əvvəl iddiaçılar notariusa müraciət etmişlər. Notarius vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməyi tövsiyyə edərək bu imtinasını yalnız vərəsələr arasında mübahisə olması ilə əsaslandırmışdır. Mirasın qəbulu müddətində mübahisə olmuş olsaydı notarius öz imtinasını müddətin ötürülməsi ilə əsaslandırardı. Notariusun imtinasından da görünür ki, o, cavabdeh olaraq məhkəmədə iddianı qəbul etdiyini bildirəcəkdir. Lakin iştirak etmədiyinə görə, yazılı münasibət bildirmədiyinə görə cavabdeh olaraq notariusun iddianı qəbul edib-etməməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.
22. İşin elektron kabinetindən də məhkəmənin vaxtı və yeri barədə cavabdeh olan notariusa məlumat verməsi barədə heç bir sənəd imzalanmamış, cavabdehə heç bir məlumat verilməmişdir. Buna görə də notarius iddiaya qarşı məhkəməyə hər hansı bir münasibət bildirməmişdir.
23. Məhkəmə iclasında iddiaçıların miras qalmış yaşayış evində evin 2-ci mərtəbəsində faktiki olaraq yaşamaları, hətta onların özlərinə aid otaqlarının, otaqda isə şəxsi əşyaların olması, hətta üçüncü şəxsin məhkəməyə yazdığı ərizə və məhkəmədə verdiyi ifadə ilə təsdiq olunmasına baxmayaraq, məhkəmə işin bu halına heç bir əhəmiyyət vermədən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi tərəfindən iddiaçıların bugün də miras qalmış evdə yaşamaları və həmin evdə qeydiyyatda olmaları, notariat hərəkətlərinin aparılması haqqında təlimata əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması, qeydiyyatda olması, yaxud faktiki yaşaması barədə müvafiq sənəd əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilməsi məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə işin bu halına da öz fikrinə və mülahizəsinə əsaslanaraq düzgün olmayan qiymət vermişdir. Məhkəmə iclası zamanı nümayəndə və vəkil tərəfindən iddiaçıların qeydiyyatda olduğu ünvanların elektron məhkəmə sistemi vasitəsi ilə real vaxt rejimində yoxlanılması barədə məhkəməyə vəsatət verərək tələb olunsa da məhkəmə tərəfindən işin bu faktı yoxlanılmamışdır. Məhkəmə iddiaçıların həqiqətən də həmin ünvanda yaşamalarına dair şəhər icra nümayəndəliyindən təqdim olunan arayışı sübut kimi qəbul etməmişdir. Göründüyü kimi məhkəmə tam qanunsuz hərəkətlərlə prosessual pozuntularla aparılmış, buna görə də düzgün olmayan nəticəyə gəlinərək iddiaçıların vərəsəlik və mülkiyyət hüququ pozulmuşdur.
24. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(033)- ****/**** saylı qətnaməsinin tam ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddiaçı4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddiaçı3 apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ata və anasında miras qalmış əmlakın qardaşı Maraqlı şəxs tərəfindən qəbul olunmasını, iddiaçıların ayrı təsərrüfatlarının olmasını bildirərək apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Oqtay oğlu apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının ## ##### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının ## ##### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 izahatında göstərmişdir ki, O, 1974-cü ildən ailənin üzvü olmuşdur. 1974-cü ildən mübahisəli evdə yaşamış və 1977-ci ildə Nazim evləndikdən sonra həmin evdən çıxaraq kirayədə yaşamışlar. Cəfərgilin atası Qazaxdan təyinatla aqronom kimi Zaqatala şəhərinə göndərilmişdir. Həmin vaxt onlara dövlət tərəfindən bir otaqlı ev verilmişdi. Daha sonra ailə böyüdükdən sonra yaşadıqları evin qarşısından 7 sota yaxın torpaq sahəsi alaraq 2 otaqlı ev tikdirib orada yaşamağa başlamışlar. Mərhum həyat yoldaşı Tofiq anasından həmin torpağın bir hissəsində ev tikmək üçün icazə istədikdə anası ona torpağın Cəfər və Oqtayın olduğunu bildirmişdir. Cəfər 1987-ci ildə evlənib həmin evə gəlmişdir. Cəfər hər ay evlərinə gəlib anasının qayğısına qalır və həyətin abadlığı ilə məşğul olurdu. Maddi cəhətdən onlara köməklik göstərirdi. 2012-ci ildən Cəfərgil təzə ev tikdirərək ora köçmüşlər, lakin 2014-cü ildən qaynanası Şahnabat vəfat etdikdən sonra evi Cəfərlə Oqtay idarə etmişlər. Cəfərin həmin evdə payı vardır. Odur ki, iş üzrə qanuni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının ## ##### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 fikri ilə razılaşdığını bildirərək ədalətli məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etdi.
36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar iddiaçı2, iddiaçı1, cavabdeh Zaqatala Rayon * saylı Dövlət Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, Rəhimov İlqar Nazim oğlu, X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və II.azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
39. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (## ######## 1964-cü ildə qəbul edilmiş); 14-cü maddəsinə əsasən həddi-buluğa çatmayan on beş yaşınadaək şəxslər adından əqdləri onların valideynləri, övladlığa götürənlər və ya qəyyumları bağlayır. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.
40.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1 ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1 qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1 birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.1.3 bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
42. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 iddiaları təmin edilməlidir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu ilə X8 birgə nikahlarından X2, X4, X5, Maraqlı şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 adlı uşaqları anadan olmuşdur. Miras qoyan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu ##.##.1963-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt birinci növbə vərəsə arvadı X8 mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan miras qalmış əmlakı faktiki surətdə idarə etmiş, digər vərəsələr- uşaqları X2, X4, X5, Maraqlı şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 isə yetkinlik yaşına çatmayan şəxs olduqlarından analarının himayəsində yaşamaqla miras əmlakda yaşamışlar. X8 ##.##.2014-cü il tarixdə vəfat etmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun və X8 birinci növbə vərəsələrindən X4, X5 və X2 vəfat etmişlər. Mərhum X4 ailə tərkibi arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, uşaqları-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mərhum X5 ailə tərkibi (arvadı vəfat etmişdir) uşaqları Rəhimov İlqar Nazim oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və X6 ibarət olmuşdur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu vəfatından əvvəl, yəni vəfat etdiyi ## ###### 2020-ci il tarixədək qardaşı Maraqlı şəxs ilə birlikdə anaları X8 miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etmişlər.İddiaçılar X21 X2 arvadı, iddiaçı4, iddiaçı1 və iddiaçı2 isə övladları olmaqla-birinci növbə vərəsələridirlər. Mərhumlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu ilə X8 miras qalmış əmlak sonuncuların birgə nikahda olarkən əldə olunmuş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin hər birinə düşən 1/6 hissəsindən ibarətdir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Maraqlı şəxs Oqtay oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun, X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, həmin torpaq üzərində yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun adına qeydiyyata alınmışdır. İddiaçılar iddiaçı3, iddiaçı4, iddiaçı1 və iddiaçı2 ##.##.1963-cü ildə vəfat etmiş babaları (qaynatası), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğluna məxsus ev və torpaq sahəsi, eləcədə ##.##.2014-cü ildə vəfat etmiş nənələri (qaynanası), X8 məxsus torpaq sahəsinin hissəsi üzərində, ## ###### 2020-ci il tarixdə vəfat etmiş ataları (əri), X2 düşən qanun üzrə vərəsəlik hüququ əsasında miras payın müəyyən edilərək, həmin payın onlara verilməsini tələb etmişlər, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs etiraz etmişdir. 48 Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu ## #### 1963-cü il tarixdə öldüyündən sonuncuya münasibətdə miras həmin gün açılmışdır. Buna görə də mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan miras qalmış əmlaka dair mübahisəli hüquq münasibətinə ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin (## ######## 1964-cü ildə qəbul edilmiş) normaları tətbiq olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
50. İşin hallarından görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.
51. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini əsaslandıran hal kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun vəfat etdiyi zaman tam fəaliyyət qabiliyyətli olmayan və 6 yaşında olmuş X2 (iddiaçıların atası) ondan miras qalmış əmlakı bilavasitə özünün faktik qəbul etməsi, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamasının qeyri-mümkün olması, eləcədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun X8 miras qalmış əmlakı faktik qəbul etməsinə dair sübutlar da məhkəmə tərəfindən müəyyən edilməməsi ilə əsaslandırmışdır.
52. Məhkəmə kollegiyası mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan və X8 qalmış mirasın iddiaçıların atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu tərəfindən qəbul edilməməsinə dair birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsaslandırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçıların apellyasiya şikayətinin əsas dəlillərindən olan iddiaçıların atası mərhum X2 atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu vəfat edərkən 6 yaşının olması, o, anası X8 himayəsində olduğuna görə, eyni zamanda X2 atası ölərkən uşaq olduğuna görə tam fəaliyyət qabiliyyətli olmaması, 6 yaşında olduğuna görə miras qalmış əmlakı bilavasitə özünün faktik qəbul etməsi, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamasının qeyri-mümkün olmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər vəfat edərkən iddiaçıların atası X2 6 yaşı, eləcədə sonuncunun digər uşaqları azyaşlı olmaqla yetkinlik yaşına çatmamışlar. Miras əmlak miras qoyanın arvadı X8, yəni digər vərəsələrin qanuni nümayəndələri vasitəsilə faktiki olaraq qəbul edilərək idarə olunmuş və uşaqlar isə yetkinlik yaşına çatandək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan miras qalmış evdə yaşamışlar.
54. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin (## ######## 1964-cü ildə qəbul edilmiş) 532-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
55. Göründüyü kimi qanunverici hətta şəxsin ölümündən sonra doğulan uşağın birinci növbə vərəsə kimi miras əmlakdan pay almaq hüququnu tanıdığı halda, birinci instansiya məhkəməsi tərəfindən yetkinlik yaşına çatmayan, yəni tam fəaliyyət qabiliyyəti olmayan şəxsin, miras qalmış əmlakı bilavasitə özünün faktik qəbul etməməsi əsası ilə miras əmlakdan pay almaq hüququndan məhrum edilməsi ilə bağlı yanaşması əsassız olmuşdur.
56. Belə ki, Azərbaycan SSR-in Mülki Məcəlləsinin (## ######## 1964-cü ildə qəbul edilmiş) 11-ci maddəsində göstərilmişdir ki, vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq qabiliyyəti (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə, onun həddi-buluğa çatması ilə, yəni 18 yaşına çatması ilə əmələ gəlir.
57. Həmin Məcəllənin 14-cü maddəsində göstərilmişdir ki, həddi-buluğa çatmayan on beş yaşınadək şəxslər adından əqdləri onların valideynləri, övladlığa götürənlər və ya qəyyumları bağlayır.
58. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər vəfat etdikdən sonra miras əmlak miras qoyanın birinci növbə vərəsələri, arvadı X8, eyni zamanda uşaqları X2, X4, X5, Maraqlı şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 tərəfindən faktiki şəkildə qəbul edildiyindən, sonuncuların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan miras qalmış əmlakdan hər birinin bərabər payları vardır.
59. Kollegiya qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
60. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıların miras qalmış yaşayış evinin 2-ci mərtəbəsində faktiki olaraq yaşamaları, hətta onların özlərinə aid otaqlarının, otaqda isə şəxsi əşyaların olması, birinci instansiya məhkəməsinin düzgün olmayan nəticəyə gələrək iddiaçıların vərəsəlik və mülkiyyət hüququnun pozmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçılar tərəfindən özlərinə məxsus əşyalarının həmin mübahisəli fərdi yaşayış evində olmasına dair fotoşəkillər məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmçinin üçüncü şəxs Maraqlı şəxs birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında və məhkəmə iclasında vermiş olduğu izahatında iddiaçıların ünvan 6 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bir otağında əşyalarının olmasını və həmin fərdi yaşayış evindən sahiblik və istifadə edə bilmədiyini göstərmişdir.
62. Məhkəmə kollegiyasının iclasında izahat verən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 izahatında 2014-cü ildə X8 vəfat etdikdən sonra miras əmlakın Cəfər Rəhimov və Maraqlı şəxs tərəfindən idarə olunduğunu göstərmişlər.
63. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
64. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
65. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli Qərarı).
66. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruru hesab edir.
67. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
68. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə # ####### 2012-ci il tarixli Qərarları).
69. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mirasqoyan X8 vəfatından sonra X2 və Maraqlı şəxs mərhumdan qalmış mirası faktiki olaraq qəbul etmişlər. Digər birinci növbə vərəsələr tərəfindən isə mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul edilməmişdir.
70. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun vəfat etdiyi zamanda tam fəaliyyət qabiliyyətli olmayan və 6 yaşında olmuş X2 (iddiaçıların atası) ondan miras qalmış əmlakı bilavasitə özünün faktik qəbul etməsi, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamasının qeyri-mümkün olması, eləcədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun X8 miras qalmış əmlakı faktik qəbul etməsinə dair sübutlar da məhkəmə tərəfindən müəyyən edilməməsinə dair gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
71. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
72. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq mərhumlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu ilə X8 miras kütləsindən vərəsələrin paylarının müəyyən olunması hissəsində qeyd edir ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Maraqlı şəxs Oqtay oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun, X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, həmin torpaq üzərində inşa edilmiş ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun adına qeydə alınmışdır.
73. Kollegiya qeyd edir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlunun adına qeydə alınsada, həmin ev X8 ilə birgə nikah müddətində əldə olunduğundan, ərlə arvadın nikah dövründə qazandıqları əmlak kimi onların ümumi mülkiyyətini təşkil etmişdir. Belə olan təqdirdə ##.##.1963-cü il tarixdə vəfat etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan qalmış miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsi, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsinin mərhumun payına düşən 1/6 hissəsinin ½ hissəsi olmuşdur. ##.##.2014cü il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakın kütləsi isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan ona çatmış miras payı, eləcədə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsi, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsinin mərhumun payına düşən 1/6 hissəsinin ½ hissəsi olmuşdur. 74.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan miras qalmış əmlakdan miras qoyanın birinci növbə vərəsələri arvadı X8, uşaqları X2, X4, X5, Maraqlı şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 hər birinin ayrıayrılıqda 1/7 hissədə miras payları vardır. X8 qalmış miras faktiki olaraq birinci növbə vərəsələrdən X2 və Maraqlı şəxs tərəfindən qəbul edildiyindən, digər birinci növbə vərəsələr tərəfindən mirasın qəbulu öz təsdiqini tapmadığından, X2 və Maraqlı şəxs hər birinin ½ hissədə miras payları vardır.
75. Bu baxımdan kollegiya hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan miras qalmış əmlak vərəsələr-arvadı X8, uşaqları X2, X4, X5, Maraqlı şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 tərəfindən, mərhum X8 miras qalmış əmlak isə yalnız vərəsələr X2 və Maraqlı şəxs qəbul olunduğundan, ümumilikdə mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu və X8 miras qalmış Zaqatala şəhəri, Təbriz küçəsi * saylı ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.07 ha torpaq sahəsindən sonuncuların payına düşən hissədən vərəsələr X2 və Maraqlı şəxs hər birinin miras payı 5/14 hissə, digər vərəsələr X4, X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 hər birinin miras payı 1/14 hissə təşkil etmişdir.
76. Kollegiya qeyd edir ki, mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu və X8 övladları X2, X4 və X5 miras açıldıqdan sonra vəfat etdiklərindən, miras qoyanların mərhum övladı X2 çatacaq miras payından vərəsələriiddiaçı3, iddiaçı4, iddiaçı1 və iddiaçı2, X4 çatacaq miras payından vərəsələri-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, X5 çatacaq miras payından isə vərəsələri-Rəhimov İlqar Nazim oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və X6 miras payları bərabər şəkildə müəyyən edilməlidir.
77. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, mərhumlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlu və X8 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin mirasqoyanların hər birinin payına düşən 1/6 hissəsindən vərəsələr Maraqlı şəxs 5/14 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 hər birinin ayrı-ayrılıqda 1/14 hissədə miras payları, mirasın 5/14 hissəsindən vərəsə-mərhum X2 vərəsələri iddiaçı3, iddiaçı4, iddiaçı1 və iddiaçı2 bərabər şəkildə, 1/14 hissəsində vərəsə-mərhum X4 vərəsələri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 bərabər şəkildə, 1/14 hissəsində vərəsə -X5 vərəsələri Rəhimov İlqar Nazim oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və X6 bərabər şəkildə miras payları müəyyən edilməlidir.
78. Məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi və dövlət rüsumunun tələb edilməməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı iddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Zaqatala Rayon * saylı Dövlət Notariat Ofisi və üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs qarşı “miras üzərində vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilsin. Mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan və X8 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 218,10 kv.metr fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.07 ha torpaq sahəsinin 5/14 hissəsində vərəsə-mərhum X2 vərəsələri iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2 və iddiaçı3 bərabər şəkildə, 1/14 hissəsində vərəsə-mərhum X4 vərəsələri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 bərabər şəkildə, 1/14 hissəsində vərəsə-mərhum X5 vərəsələri Rəhimov İlqar Nazim oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və X6 bərabər şəkildə miras payları müəyyən edilsin. Mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 Cəfər oğlundan və X8 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 218,10 kv.metr fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.07 ha torpaq sahəsinin digər 5/14 hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, digər 1/14 hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12 və digər 1/14 hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 miras payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.