Məhkəmə qərarları › İş №2(3-10)-161/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-161/2026

28.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-161/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 cavabdehlər cavabdeh1 İsgəndər oğluna, Yevlax rayon * saylı Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə qаrşı ilk iddia cavabdeh cavabdeh1 İsgəndər oğlunun iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 qarşı qarşılıqlı iddia (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, pul tələbi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçılar - iddiaçı2 və iddiaçı4, İddiaçı iddiaçı2 nümayəndəsi və vəkili vəkil1, Cavabdeh - cavabdeh1 İsgəndər oğlu və onun nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 cavabdehlər cavabdeh1 İsgəndər oğluna, Yevlax rayon * saylı Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” ilk iddiası və cavabdeh cavabdeh1 İsgəndər oğlunun iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2, cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İş materiallarından olan JN 0053 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə Yevlax rayonunun Dəlləlklər kəndinin ərazisindən X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.78 ha torpaq sahəsi verimişdir.

2. İş materiallarından olan JN 0052 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə Yevlax rayonunun Dəlləlklər kəndinin ərazisindən X1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 5.29 ha torpaq sahəsi verimişdir.

3. İş materiallarında olan Yevlax rayon * saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4Ə-***** reyestr nömrəli müqavilənin surətindən görünür ki, X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 mülkiyyətlərində olan və Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 3,78 ha torpaq sahəsini 123922,12 (7800 Yeni Azərbaycan manatı) manata cavabdeh1 İsgəndər oğluna satmışlar.

4. İş materiallarında olan Yevlax rayon * saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4Ə-***** reyestr nömrəli müqavilənin surətindən görünür ki, X1 və ailə üzvləri mülkiyyətlərində olan və Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 5.29 ha torpaq sahəsini cavabdeh1 İsgəndər oğluna satmışlar.

5. İş materiallarından olan X4 adından yazılmış və Vəzir Xəlilov, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 tərəfindən imzalandığı göstərilmiş əlyazmadan ibarət etibarnamədən görünür ki, X4 və dörd nəfər ailə üzvləri onlara məxsus 3,78 ha torpaq sahəsini hektarı 1500 manatdan, yəni cəmi 4500 manata cavabdeh1 İsgəndər oğluna satdıqlarını göstərmişlər.

6. İş materiallarından olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Yevlax rayonunun Dəlləklər kəndində yerləşən 9.0621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1 İsgəndər oğlunun mülkiyyətindədir.

7. İş materiallarından olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2021 -ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ## ###### 2021-ci ildə ölmüşdür.

8. İş materiallarından olan Əzərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-**-****/** saylı məktubdan görünür ki, Yevlax rayonu 1 və * saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən qeyd olunan şəxslər arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Yevlax rayonu * saylı dövlət notariat ofisində 2006-cı ildə təsdiq edilmiş müqavilələrin qeydə alındığı notariat reyestrində rəsmiləşdirilmiş sonuncu müqavilə 302 və Yevlax rayonu * saylı dövlət notariat ofisində 2006-cı ildə təsdiq edilmiş müqavilələrin qeydə alındığı notariat reyestrində rəsmiləşdirilmiş sonuncu müqavilə 295 nömrəsi ilə qeydiyyata alınmışdır.

9. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */**** saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində X4 adından olan etibarnamənin aşağı hissəsində 4-cü sırada «/Xəlilov E/.» əlyazmasından əvvəl yerləşən imza-iddiaçı4 tərəfindən, 5-ci sırada «/Xəlilov M/.» əlyazmasından əvvəl yerləşən imza-iddiaçı2 tərəfindən, 1 -ci sırada «/Xəlilov V/.» Əlyazmasından əvvəl yerləşən imza-X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində X4 adından olan etibarnamənin aşağı hissəsində 2-ci sırada «/Xəlilova Q/.» əlyazmasından əvvəl və 3-cü sırada «/Xəlilova Y/.» əlyazmasından əvvəl yerləşən imzalar-iddiaçı3 tərəfindən yox, iddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 102-ci vərəqində olan ## ###### 2006-cı il tarixli müqavilədə «İmzalar:» qrafasında 1 -5-ci sıralardakı imzalar- X4 tərəfindən yox, iddiaçı3 tərəfindən yox, iddiaçı1 tərəfindən yox, iddiaçı4 tərəfindən yox, iddiaçı2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində X4 adından olan etibarnamənin aşağı hissəsində 1 -5-ci sıralardakı «/Xəlilov V/.», «/Xəlilova Q/.», «/Xəlilova Y/.», «iddiaçı4/.», «Xəlilov M/.» əlyazmaları; 102-ci vərəqində olan ## ###### 2006-cı il tarixli müqavilədə «İmzalar:» qrafasında 1 -5-ci sıralardakı «Xəlilov» və «Xəlilova» əlyazmaları, iddiaçı3 tərəfindən yox, iddiaçı1 tərəfindən yox, iddiaçı4 tərəfindən yox, iddiaçı2 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

10. İş materiallarından olan «xxxx» MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******/**** saylı rəydən görünür ki, Yevlax rayonunun Dəlləklər kəndində yerləşən cavabdeh1 İsgəndər oğluna məxsus 3,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hektarının bu günki bazər qiyməti 15000 (on beş min) manat olmaqla 56700 (əlli altı min yeddi yüz) manat təşkil edir. Qiymətləndirmə zamana sahədə aşağıdakı aqrotexniki tədbirlərin görüldüyü müəyyən edilmiş və xərclər 20 il müddətinə hesablanmışdır: - Bir traktor qoşqusu heyvan peyinini hazırkı real bazar qiyməti 150 (bir yüz əlli) manat, 15 qoşqu mal peyininin qiyməti 2250 (iki min iki yüz əlli) manat olmaqla 20 il üzrə cəmi 45000 (15 x 150 x 20= 45000) manat; - Bir hektar torpaq sahəsinin şumlanması 50 (əlli) manat olmaqla 3.78 ha torpaq sahəsinin 20 il üzrə hər il bir dəfə şumlanması 3780 (3.78 x 50 x20 x1=3780) manat; - Bir hektar torpaq sahəsinin malalanması 30 (otuz) manat olmaqla 3.78 ha torpaq sahəsinin 20 il üzrə hər il bir dəfə malalanması 2268 (3.78 x 30 x 20 x 1 =2268) manat; - 3.78 ha əkin sahəsinin hər il üzrə suvarılması üçün bir hektarı 40 manat olmaqla texnika vasitəsi ilə su xəttlərinin çəkilişinə çəkilən xərc 151,20 manat olmaqla 20 il üzrə 3024 (3.78 x 40 x 20=3024) manat təşkil edir. Qiymətləndirmənin nəticəsi olaraq torpaq sahəsinin cari bazar dəyəri 56700 manat, aqrotexniki xərclər (20 il üzrə) 54261 manat, ümumilikdə torpaq sahəsinin dəyəri çəkilən xərclərlə birlikdə 110961 (bir yüz on min doqquz yüz altmış bir) manat müəyyən edilmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 cavabdehlər cavabdeh1 İsgəndər oğluna, Yevlax rayon * saylı Notarıat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

12. Cavabdeh cavabdeh1 İsgəndər oğlu məhkəməyə iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia verərək, cavabdehlərdən 66250 (altmış altı min iki yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçılar hamısı bir ailənin üzvləridir və Yevlax rayonunun Dəlləklər kəndində yaşayırlar. JN-**** saylı (kod 90107048), torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax RAİK-nın ## #### 1998-ci il tarixli, ** saylı qərarı ilə Yevlax rayonu Dəlləklər kəndinin ərazisində yerləşən 3,78 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin sənəddən göründüyü kimi 3,78 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. 1998-ci ildən etibarən həmin torpaq sahəsini özləri istifadə edirlər. Onlar həmin torpaq sahəsini 2015-ci ildə müvəqqəti olaraq cavabdeh cavabdeh1 icarəyə vermişlər. Lakin sonradan onların tələb etməyinə baxmayaraq cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmaqdan imtina edir. Son vaxtlar isə qəti surətdə torpaqlarını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələrlə torpaqdan çıxmaqdan yayınır. Ona görə də onlar Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh cavabdeh1 onlara məxsus olan torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı cavabdeh cavabdeh1 hazırda mübahisələndirdikləri (iddiaçıların) alqı-satqı müqaviləsini və çıxarışı məhkəməyə təqdim edərək həmin torpaq sahəsini onlardan aldığını bildirmişdir. Onlar alqı-satqı müqaviləsinin və çıxarışın surətini əldə edərək tanış olmuşlar və onlara məlum olmuşdur ki, həmin alqı- satqı müqaviləsi tamamilə saxta yollarla tərtib edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdikləri ## ###### 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, iddiaçılar, həmçinin mərhum X4 3,78 ha torpaq sahəsini hazırkı iş üzrə cavabdeh olan cavabdeh1 satmışlar. Həmin müqavilə Yevlax Rayon * saylı Notariat Kontorunun notariusu İ.Abdullayev tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Onlar həmin torpaq sahəsini satmamışlar, həmin müqavilədən xəbərləri olmamış və onlar həmin müqaviləni imzalamamışlar. Müqavilə saxta yolla tərtib edilmiş və onların adından qarşısındakı imzalar da kimlərsə tərəfindən çəkilmişdir. Ona görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Dəlləklər kəndində yerləşən 9,0621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə cavabdeh1 İsgəndər oğluna məxsusdur. Həmin 9,0621 ha torpaq sahəsinin 3,78 ha hissəsi onlara məxsusdur, yəni guya ki, yuxarıdakı alqı-satqı müqaviləsi ilə onlardan aldığı torpaq saəhəsidir. 9,0621 ha torpaq sahəsinin 5,29 ha hissəsi isə digər şəxslərə məxsus olan torpaq səhəsidir ki, həmin torpaq sahəsini də cavabdeh1 başqa bir alıq-satqı müqaviləsi əsasında almışdır. Onlar həmin müqavilənin mübahisələndirmirlər, yalnız özlərinə aid olan müqaviləni mübahisələndirirlər. Cavabdeh cavabdeh1 iki müqavilə əsasında bir çıxarış almışdır. Hesab edirlər ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunacağı təqdirdə onun əsasında verilən çıxarış da ləğv edilməlidir. İddiaçıların tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinə istinad edərək, Yevlax rayon * saylı Notariat Kontorunun notariusu tərəfindən tərtib edilərək təsdiq edilmiş ## ###### 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Cavabdeh cavabdeh1 İsgəndər oğlu qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Yevlax rayonunun Dəlləklər kənd sakini X4 2005-ci ilin payız aylarında onun yanına gəlib özünə və 4 nəfər ailə üzvünə məxsus olan 3,78 hektar pay torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, əlavə olaraq evinin yaxınlığında Yasin adlı şəxsə məxsus torpaq sahəsini almaq istədiyini və ona görə də ona pul lazım olduğunu bildirmişdir. O, ilk əvvəl onun torpağını almaq üçün pulunun olmadığını bildirmişdir. Sonradan Vəzirin oğlanları Mahirlə Elnur ondan ataları Vəzirin onu gözlədiyini, onunla torpaq barədə danışmağı xahiş etmişlər və onlara getmişdir. Həmin vaxt Vəzirdən başqa arvadı Qəmər və qızı Yaqut da evdə olmuşlar, yəni bütün ailə bir yerdə olmuşdur. Onlarla danışıb 3,78 hektar torpaq sahəsini onlardan 4500 manata almağa razılaşmışdır. Bu razılaşmadan təxminən 4-5 gün sonra Vəzirin evinə gəlib arvadı Qəmərin, uşaqları Mahirin, Elnurun və Yaqutun iştirakı ilə 4500 manat pulu sayıb Vəzirin özünə vermişdir. Onlar özləri təkid etmişlər ki, öz dillərindən etibarnamə yazıb versinlər. Həmin vaxt Vəzir öz xətti ilə etibarnamə yazmışdır. Sonra o özü, arvadı Qəmər, oğlanları Mahirlə Elnur və qızı Yaqut həmin etibarnaməyə imza edərək etibarnaməni ona vermişlər. Onlar bu etibarnaməni təxminən 2005-ci ilin payız aylarında ona vermişlər. Aradan bir müddət keçmiş o, Vəzirlə görüşmüş və torpağın alqı-satqısını rəsmiləşdirmək lazım olduğunu bildirmişdir. Vəzir etiraz etməmiş və ## ###### 2006-cı ildə Vəzirlə Yevlax şəhərində görüşüb birlikdə notarius İkram Abdullayevin yanına getmişlər. Həmin vaxt Vəzirgilin pay torpağının dövlət aktının əsli onda olmuşdur. Notarius ona və Vəzir Xəlilova lazımı sənədlərə imza etdirdikdən sonra Vəzirə digər ailə üzvülərini də sənədlərə imza etmək üçün gətirməsini demişdir. O, çıxarıb Vəzirə taksi pulu vermiş, Vəzir gedib arvadı Qəməri, qızı Yaqutu, oğlanları Mahirlə Elnuru notariusun yanına gətirmişdir. O da artıq arxayın olub çıxıb getmişdir. Həmin günün səhərisi Vəzirlə öz kəndlərində qarşılaşanda Vəzir ona ailə üzvlərinin hamısının alqı-satqı sənədinə imza etdiklərini, həm də torpağa görə «Allah xeyir versin» demişdir. Sonradan gedib hazır sənədi götürəndə arxayın olmaq üçün notariusdan Vəzirin ailə üzvülərinin alqı-satqı sənədinə imza edib-etməmələrini soruşmuş, o da onların hamısının sənədlərə imza etdiklələrini bildirmişdir. Torpağı rəsmi aldıqdan sonra bir müddət reyestrdən çıxarış almamışdır. Bu müddət ərzində torpaq Vəzir Xəlilovun adında qalmışdır. 2008-ci ildə həmin pay torpaq sahəsindən "Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi "obyektinin tikintisinə görə Azərbaycan Meloirasiya və Su Təsərrüfatı AsC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya obyektlərinin birləşmiş müdriyyəti Vəzir Xəlilova müəyyən miqdarda pul vermişdir. Həmin vaxt qeyd etdiyi idarə nəinki Vəzir Xəlilova, eyni zamanda torpaqlarını aldığı digər şəxslərə də pul vermişdir. İddaçılar da məhz həmin vaxt bu pulu Vəzir Xəlilovun aldığını əsas gətirərək 2006-cı ildə aralarında alqı-satqı baş vermədiyini, guya onun qeyd edilən 3,78 hektar torpaq sahəsini onlardan icarəyə götürdüyünü göstərmişlər. Buna da əsas kimi həmin vaxt torpağın onlara məxsus olduğunu göstərmişlər. Yuxarıda qeyd etdiyi kimi o, torpaqla bağlı reyestrdən çıxarışı çox sonralar ## ###### 2019-cu ildə almışdır. İddiaçılar iddialarını onun əsaslandırmışlar ki, guya onların həmin alqı-satqı müqaviləsindən xəbərləri yoxdur. Halbuki, bu müqavilədən əvvəl onlar hamısı birlikdə ona əlyazma şəklində sənd yazıb vermişlər və orada da 3,78 hektar sahəni ona 4500 manat pula satmaları göstərilmişdir. O, həmin 3,78 hektar torpağı iddiaçılardan alıb onlara 4500 (dörd min beş yüz manat) pul vermişdir. Qeyd etdiyi pul hal-hazırda dəyərdən düşmüşdür. Həmin pulun indeksasiyası halhazırda bir hektara görə 12500 manatdır. Ümumilikdə bu 47250 manat edir. Bundan başqa, qeyd etdiyi 3,78 hektar torpaq sahəsində bir sıra işlər görmüşdür. Belə ki, torpağın səthini hamarlatmış, vaxtlı- vaxtında mineral gübrələrdən istifadə etməklə münbitləşdirib tam yararlı hala salmış və bu işləri hər il görmüşdür. Hər il buna 1000 (bir min manat) pul xərcəlmişdir. Bütün bunlara o 19.000 (on doqquz min) manat pul xərcləmişdir. Həmin 3,78 hektar torpaq sahəsinə görə o ümumilikdə 66.250 (altmış altı min iki yüz əlli) manat pul xərcləmişdir. Qeyd edilənlərin nəzəə alınaraq, cavabdehlər iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 66250 (altmış altı min iki yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddiaçı2 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddiaçı4 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddiaçı3 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddiaçı1 Hüseyn qızı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh1 İsgəndər oğlu ilk iddianı etiraf etməyərək və qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianın əsassız olduğundan təmin edilməməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 ilə cavabdeh1 İsgəndər oğlu arasında Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 3,78 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon * saylı Dövlət Notariat kontorunda bağlanmış və təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4Ə-***** reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh1 İsgəndər oğlunun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aparılmış ##.##.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) qeydin qismən (3.78 ha torpaq sahəsinə aid olan hissədə) ləğv edilməsi, ilk iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh1 İsgəndər oğlundan alınıb iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı2 və iddiaçı4 66250 (altmış altı min iki yüz əlli) manat pul və 289 (iki yüz səksən doqquz) manat dövlət rüsumunun alınıb cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh1 İsgəndər oğluna verilməsi, qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh1 İsgəndər oğlundan 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 ilə cavabdeh1 İsgəndər oğlu arasında Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 3,78 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon * saylı Dövlət Notariat kontorunda bağlanmış və təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4Ə-***** reyestr nömrəli müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdeh1 İsgəndər oğlunun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aparılmış ##.##.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) qeyd qismən (3.78 ha torpaq sahəsinə aid olan hissədə) ləğv edilməlidir.

22. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək hesab edir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin alqı- satqısına dair Yevlax rayon * saylı Dövlət Notariat kontorunda ##.##.2006-cı il tarixli, 4Ə- ***** reyestr nömrəli müqavilə təsdiq edilmiş, lakin müqavilə bağlanan zaman torpağın mülkiyyətçiləri X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 iştirak etməmiş və həmin müqavilə mülkiyyətçilər tərəfindən imzalanmamışdır. Lakin həmin torpaq sahəsi 2006-cı ildə torpağın mülkiyyətçilərindən olan mərhum X4, iddiaçı2 və iddiaçı4 tərəfindən cavabdeh1 İsgəndər oğluna 4500 (dörd min beş yüz) manata satılmış və bu barədə həmin şəxslər tərəfindən sadə yazılı formada cavabdeh1 adına etibarnamə verilmişdir. Həmin sənəd tərtib edilib imzalanan zaman mülkiyyətçilərdən iddiaçı1 və iddiaçı3 iştirak etməmiş və həmin sənədi imzalamamışlar.

23. Məhkəmə mübahisəli torpaq sahəsinin real bazar qiymətinin tələbinə dair məsələyə qiymət verərək qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******/**** saylı rəyə əsasən Yevlax rayonunun Dəlləklər kəndində yerləşən 3.78 ha torpaq sahəsinin cari bazar qiyməti 56700 manat, çəkilən xərclərlə birlikdə isə 110961 manat təşkil edir. Cavabdeh (qaşılıqlı iddiaçı) cavabdeh1 İsgəndər oğlu iddiaçılardan (qarşılıqlı iddia üzrə cavabdehlərdən) 66250 manat pul tələb edir ki, həmin vəsait torpağa görə ödənilmiş pulu və yaxşılaşdırma ilə əlaqədar çəkilmiş xərcləri özündə ehtiva edir. 2006-cı ildə mübahisəli torpaq sahəsinin dəyərinin 4500 manatdan hazırkı qiymətə qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərlcərlə əlaqədardır.

24. Məhkəmə qarşılıqlı iddianı iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı1 və iddiaçı3 münasibətdə əsassız hesab edərək göstərmişdir ki, məhkəmə iclasında mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olaraq iddiaçı1 və iddiaçı3 ilə cavabdeh1 İsgəndər oğlu arasında hər hansı razılaşmanın olması və cavabdeh1 tərəfindən həmn mülkiyyətçilərə pul verildiyi öz təsdiqini tapmamışdır. Həmin halı təsdiq edən mötəbər sübutlar cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən məhkəməyə təqdim edilməmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2, cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə onlardan əsassız olaraq tutulması qət edilmiş pul məbləği (66250 manat) onların mülkiyyətidir və onlar bu əsassız məhkəmə qətnaməsi ilə öz mülkiyyətlərindən (pullarından) məhrum olacaqlar. Məhkəmə qarşılıqlı iddia tələbini təmin edərkən yazılı sübut kimi iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******/**** saylı rəyə istinad etmişdir. Həmin rəydən görünür ki, Yevlax rayonunun Dəlləklər kəndində yerləşən cavabdeh1 İsgəndər oğluna məxsus 3,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hektarının bugünkü bazar qiyməti 15000 (on beş min) manat olmaqla 56700 (əlli altı min yeddi yüz) manat təşkil edir. Qiymətləndirmə zamanı sahədə aşağıdakı aqrotexniki tədbirlərin görüldüyü müəyyən edilmiş və xərclər 20 il müddətinə hesablanmışdır: Bir traktor qoşqusu heyvan peyininin hazırkı real bazar qiyməti 150 (bir yüz əlli) manat, 15 qoşqu mal peyininin qiyməti 2250 (iki min iki yüz əlli) manat olmaqla 20 il üzrə cəmi 45000 (15 x 150 x 20 = 45000) manat; Bir hektar torpaq sahəsinin şumlanması 50 (əlli) manat olmaqla 3,78 ha torpaq sahəsinin 20 il üzrə hər il bir dəfə şumlanması 3780 (3.78 x 50 x 20 x 1 = 3780) manat; Bir hektar torpaq sahəsinin malalanması 30 (otuz) manat olmaqla 3,78 ha torpaq sahəsinin 20 il üzrə hər il bir dəfə malalanması 2268 (3.78 x 30 x 20 x 1 = 2268) manat; 3,78 ha əkin sahəsinin hər il üzrə suvarılması üçün bir hektarı 40 manat olmaqla texnika vasitəsi ilə su xətlərinin çəkilişinə çəkilən xərc 151,20 manat olmaqla 20 il üzrə 3024 (3.78 x 40 x 20 = 3024) manat təşkil edir. Qiymətləndirmənin nəticəsi olaraq torpaq sahəsinin cari bazar dəyəri 56700 manat, aqrotexniki xərclər (20 il üzrə) 54261 manat, ümumilikdə torpaq sahəsinin dəyəri çəkilən xərclərlə birlikdə 110961 (bir yüz on min doqquz yüz altmış bir) manat müəyyən edilmişdir. Əvvəla qeyd edir ki, kifayət qədər səthi və cılız yazılmış, əsaslandırılmamış bir mütəxəssis rəyinə məhkəmənin istinad etməsi və onu sübut kimi qəbul etməsi anlaşılan deyildir. Məhkəmə mütəxəssis rəyinin alınması ilə bağlı qəbul etdiyi ## ### 2025-ci il tarixli qərardadının 1-ci sualında mübahisəli torpaq sahəsinin hazırkı bazar qiymətinin neçə manat təşkil etdiyini soruşmuşdur. Mütəxəssis də rəyində torpağın 1 hektarının qiymətinin 15.000- 20.000 manat olduğunu göstərmişdir. Bunun tamamilə absurd bir rəqəm olduğunu qeyd edir. Bu, sadəcə mütəxəssisin fərziyyəsidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki iş üzrə (iddiaçı X6) həmin “xxxx” MMC tərəfindən verilmiş ## ### 2024-cü il tarixli ƏQ- ***/**** saylı rəydən görünür ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 2,61 ha torpaq sahəsinin dəyəri 28710 manatdır (2,61 ha = 28710 manat; 1 ha = 11000 manat). Malbinəsi və Dəlləklər kəndləri qonşu kəndlərdir. Malbinəsi kəndində yerləşən mübahisəli torpaq sahəsi daha münbit torpaq sahəsidir – Qarabağ kanalının üzərində yerləşir. Necə olur ki, eyni MMC, eyni mütəxəssis bir torpaq sahəsinin dəyərini 11000 manat, digərini isə 20000 manat qiymətləndirir. Bundan başqa, mütəxəssisin torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı mövqeyinin də absurd və qəbuledilməz olduğunu qeyd edir. Əvvəla qeyd edir ki, mütəxəssisin torpaq sahəsinin yaxşılaşdırılması kimi istinad etdiyi hallar (peyin verilməsi, şumlanma, malalanma, suvarılma) torpaq sahəsinin yaxşılaşdırılması hesab edilə bilməz. Həmin hallar torpağın növbəti əkin üçün hazırlanmasıdır. Yəni cavabdeh1 torpağı şumlayaraq oraya toxum əkmiş, sonra onu malalamış, daha sonra suvarmış və nəticədə məhsul əldə edərək gəlir qazanmışdır. Bunların sırf gəlir əldə etmək üçün atılmış addımlar olduğunu bildirir. Torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı isə rəydə heç nə göstərilməmişdir. Məsələn, torpaq sahəsinin təpəlik ərazidən düzənliyə çevrilməsi, torpaq sahəsinin şoran sahədən quru – münbit əraziyə çevrilməsi, torpaq sahəsinin şoranlaşmasının qarşısının alınması, torpaq sahəsinə su xətlərinin çəkilməsi və s. Bundan başqa hesab edirlər ki, əgər qarşılıqlı iddia müddətə əməl edilməklə verilsəydi belə (ki, əməl edilməyib), yenə də ilkin iddia ilə qarşılıqlı iddia arasında əlaqə olmadığı üçün icraata qəbul edilməli deyildi. Belə ki, ilkin iddiadan göründüyü kimi, iddianın mahiyyəti alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması ilə bağlıdır. Cavabdeh isə torpağın dəyərini və ona çəkilmiş xərcləri tələb edir. Əgər qarşılıqlı iddia verilməsəydi və ilkin iddia təmin olunsaydı, yenə də torpaq sahəsi cavabdehdə qalacaqdı, çünki hazırkı ilkin iddia ilə cavabdehin torpaq sahəsindən çıxarılması nəzərdə tutulmamışdır. Yəni yenə də torpaq sahəsi cavabdehin sahibliyindədir və torpaqdan o istifadə edir. Əgər hazırkı ilkin iddia təmin olunaraq qətnamə qüvvəyə minərsə, bundan sonra hazırkı iş üzrə iddiaçılar cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma ilə bağlı iddia verərlərsə, bu zaman cavabdeh1 hazırkı iddiasını verə bilər (iddianın əsaslığına isə məhkəmə qiymət verər). Alqı-satqı müqaviləsi onlar tərəfindən imzalanmadığı üçün etibarsızdır, etibarsız olduğu üçün də heç bir hüquqi nəticə yaratmır. Notarial alqı-satqı müqaviləsi əsassız olduğu halda, sadə əlyazma ilə yazılmış, heç bir hüquqi nəticə yaratmayan, hətta onu imzalayan şəxslərin imzalarının da saxtalaşdırıldığı bir kağıza görə pul tələb edilməsi tamamilə qanunsuzdur. Cavabdeh cavabdeh1 cəmi 4500 manat pul verməklə uzun illərdir ki, onlara məxsus olan torpaqdan istifadə edir. Uzun illərdir ki, cavabdeh onların torpağını əkir, biçir, məhsul – gəlir götürür. Bu müddət ərzində onlar öz torpaqlarından 1 manat da olsun gəlir əldə etmədikləri halda, cavabdeh onlara məxsus olan torpaq sahəsindən 100 minlərlə manat məbləğində xeyir götürmüşdür. Bütün bunlara rəğmən yenidən onların öz torpaqlarına görə ona 66250 manat məbləğində pul qaytarmalarının ədalətsizlik olduğunu bildirirlər. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul olunaraq qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.

28. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərin qarşılıqlı iddia ərizəsinin dəlillri ilə oxşaar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən narazı olduğunu bildirir. Belə ki, iddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 göstərmişlər ki, Yevlax RAİKnın ## #### 1998-ci il tarixli ** saylı qərarı ilə Yevlax rayonu Dəlləklər kəndinin ərazisində yerləşən 3,78 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin sənəddən göründüyü kimi, 3,78 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. 1998-ci ildən etibarən həmin torpaq sahəsini özləri istifadə edirlər. Onlar həmin torpaq sahəsini guya 2015-ci ildən müvəqqəti olaraq ona icarəyə vermişlər. Lakin sonradan onların tələb etmələrinə baxmayaraq onun onlara məxsus olan torpaq sahəsindən çıxmaqdan imtina etdiyini bildirmişlər. Torpaq sahəsini rəsmi qaydada aldıqdan sonra bir müddət reyestrdən çıxarış almamışdır. Bu müddət ərzində torpaq Vəzir Xəlilovun adında qalmışdır. 2008-ci ildə həmin pay torpaq sahəsindən "Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi" obyektinin tikintisinə görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş X9 müəyyən miqdarda pul vermişdir. Həmin vaxt qeyd edilən idarə nəinki Vəzir Xəlilova, eyni zamanda torpaqlarını aldığı digər şəxslərə də pul vermişdir. İddiaçılar da məhz həmin vaxt bu pulu Vəzir Xəlilovun aldığını əsas gətirərək 2006-cı ildə aralarında alqı-satqı baş vermədiyini, guya onun qeyd edilən 3,78 hektar torpaq sahəsini onlardan icarəyə götürdüyünü göstərmişlər. Buna da əsas kimi həmin vaxt torpağın onlara məxsus olduğunu göstərmişlər. Yuxarıda qeyd edildiyi kimi, o, torpaqla bağlı reyestrdən çıxarışı çox sonralar – ## ###### 2019-cu ildə almışdır. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, guya onların həmin alqı-satqı müqaviləsindən xəbərləri olmamışdır. Halbuki bu müqavilədən əvvəl onlar hamısı birlikdə ona əlyazma şəklində sənəd yazıb vermişlər və orada da 3,78 hektar torpaq sahəsini ona 4500 manata satdıqları göstərilmişdir. O, həmin 3,78 hektar torpaq sahəsini iddiaçılardan alaraq onlara 4500 manat pul vermişdir. Qeyd etdiyi pul hazırda dəyərdən düşmüşdür. Həmin pulun indeksasiyası hazırda bir hektara görə 12.500 manatdır. Ümumilikdə bu, 47.250 manat təşkil edir. Bundan başqa, qeyd etdiyi 3,78 hektar torpaq sahəsində bir sıra işlər görmüş, torpağın səthini hamarlatmış, vaxtlı-vaxtında mineral gübrələrdən istifadə etməklə münbitləşdirib tam yararlı hala salmışdır. Bu işləri hər il görmüş, hər il buna 1000 manat pul xərcləmişdir. Bütün bunlara 19.000 manat pul xərcləmişdir. Həmin 3,78 hektar torpaq sahəsinə görə ümumilikdə 66.250 manat pul xərcləmişdir. Bütün bu səbəblərə görə Yevlax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsinin ləğv edilməsini, alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iddiaçılar iddiaçı2 və iddiaçı4, eyni zamanda iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili vəkil1 hər biri ayrı-ayrılıqda özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

31. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 İsgəndər oğlu və onun nümayəndəsi və vəkili vəkil2 hər biri ayrı-ayrılıqda özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçılar iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Onlar apellyasiya şikayətində alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi dedikdə, birinci instansiya məhkəməsinin ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin həmin hissədə rədd edilməsini nəzərdə tutduğlarını bildirmişlər.

32. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar iddiaçı3, iddiaçı1, cavabdehlər Yevlax rayon * saylı Notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq həmin şəxslərin (nümayəndələrin) iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

37. İş üzrə iddiaçılar iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2 birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində, cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 isə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilmiş (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) hissəsində mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Maddə 21.2. Əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

44. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2, cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən ləğv edilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

56. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

57. Müəyyən edilmişdir ki, JN 0053 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə Yevlax rayonunun Dəlləlklər kəndinin ərazisindən X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.78 ha torpaq sahəsi verimişdir. Həmin torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon * saylı Dövlət Notariat kontorunda ##.##.2006-cı il tarixli, 4Ə-***** reyestr nömrəli müqavilə təsdiq edilmiş, lakin müqavilə bağlanan zaman torpağın mülkiyyətçiləri X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 iştirak etməmiş və həmin müqavilə mülkiyyətçilər tərəfindən imzalanmamışdır. Həmin müqavilə və ##.##.2006-cı il tarixli, 4Ə-***** reyestr nömrəli müqavilə əsasında cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh1 İsgəndər oğlunun torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onun adına ##.##.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir.

58. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin alqı- satqısına dair Yevlax rayon * saylı Dövlət Notariat kontorunda ##.##.2006-cı il tarixli, 4Ə- ***** reyestr nömrəli müqavilə təsdiq edilmiş, lakin müqavilə bağlanan zaman torpağın mülkiyyətçiləri X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 iştirak etməmiş və həmin müqavilə mülkiyyətçilər tərəfindən imzalanmamışdır. Lakin həmin torpaq sahəsi 2006-cı ildə torpağın mülkiyyətçilərindən olan mərhum X4, iddiaçı2 və iddiaçı4 tərəfindən cavabdeh1 İsgəndər oğluna 4500 (dörd min beş yüz) manata satılmış və bu barədə həmin şəxslər tərəfindən sadə yazılı formada cavabdeh1 adına etibarnamə tərtib edilmişdir. Həmin sənəd tərtib edilib imzalanan zaman mülkiyyətçilərdən iddiaçı1 və iddiaçı3 iştirak etməmiş və həmin sənədi imzalamamışlar.

59. Beləliklə iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh qarşılıqlı iddia vermişdir. İşə mahiyyəti üzrə baxan Yevlax Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçılar iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2, cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətləri vermişlər.

60. Cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməsi hissəsində mübahisələndirmiş və ümumiyyətlə cavabdeh ilk iddia tələbinin rədd edilməsini tələb edir.

61. İlk iddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, X4, iddiaçı3, iddiaçı1, iddiaçı4 və iddiaçı2 ilə cavabdeh1 İsgəndər oğlu arasında Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 3,78 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon * saylı Dövlət Notariat kontorunda bağlanmış və təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4Ə-***** reyestr nömrəli müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdeh1 İsgəndər oğlunun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aparılmış ##.##.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) qeyd qismən (3.78 ha torpaq sahəsinə aid olan hissədə) ləğv edilməlidir.

62. Birinci instansiya məhkəməsi gəldiyi həmin nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2021-ci il tarixli qərarına istinad etmişdir.

63. Həmin qərarda qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

64. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olmuşdur.

65. Kollegiya birinci instansiya məhkəməsinin ilk iddiaya münasibətdə iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır.

66. Belə ki, qanunvericilik daşınmaz əmlaklarla bağlı alqı-satqı müqaviləsinin bağlanmasının xüsusi qaydasını müəyyənləşdirmişdir.

67. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

68. İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, ... cavabdeh cavabdeh1 ilkin iddiya verdiyi ## ###### 2024-cü iltarixli etirazında iddiaçılara 4500 manat pul verdiyini qeyd etmişdir, bütün məhkəmə iclaslarında da bunu dilə gətirmişdir. Yəni ilk gündən cavabdehə bəlli idi ki, iddiaçılara 4500 manat pul veribdir. Alqı-satqı müqaviləsi onlar tərəfindən imzalanmadığı üçün etibarsızdır, etibarsız olduğu üçün də heç bir hüquqi nəticə yaratmamaqdadır. Notariat qaydasında alqı-saqtı müqaviləsi əsassız olduğu halda sadə əlyazma ilə yazılmış, heç bir hüquqi nəticə yaratmayan kağıza görə pul tələb edilməsi tamamilə qanunsuzdur. Bütün bunlara rəğmən yenidən öz torpaqlarına görə ona (cavabdeh1 İsgəndər oğluna) 66250 manat məbləğində pul verilməsini əsassız hesab edirlər.

69. İş materiallarında olan X4 adından olan sadə yazılı formada etibarnamədən müəyyən edilir ki, mərhum X4, iddiaçı2 və iddiaçı4 3.78 ha torpaq sahəsini satdıqlarını, bunun müqabilində cavabdeh1 cəmi 4500 (dörd min beş yüz) manat aldıqlarını göstərərək, həmin etibarnaməni öz imzaları ilə təsdiq etmişlər.

70. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 İsgəndər oğlu mübahisəli torpaq sahəsini 2006-cı ildə aldıqdan sonra həmin torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmiş, torpağı münbitləşdirmiş və buna görə vəsait xərcləmişdir.

71. Qarşılıqlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd (alqı-satqı müqaviləsi) olmasa da, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı2 və iddiaçı4 pul vəsaiti vermiş, bunun müqabilində mübahisəli torpaq sahəsindən özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

72. Eyni zamanda mübahisəli torpaq sahəsinin real bazar qiymətinin tələbinə dair məsələyə qiymət verərək qeyd etmişdir ki, “xxxx MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******/**** saylı rəyə əsasən Yevlax rayonunun Dəlləklər kəndində yerləşən 3.78 ha torpaq sahəsinin cari bazar qiyməti 56700 manat, çəkilən xərclərlə birlikdə isə 110961 manat təşkil edir. Cavabdeh (qaşılıqlı iddiaçı) cavabdeh1 İsgəndər oğlu iddiaçılardan (qarşılıqlı iddia üzrə cavabdehlərdən) 66250 manat pul tələb edir ki, həmin vəsait torpağa görə ödənilmiş pulu və yaxşılaşdırma ilə əlaqədar çəkilmiş xərcləri özündə ehtiva edir.

73. Məhkəmə həmçinin, qeyd etmişdir ki, 2006-cı ildə mübahisəli torpaq sahəsinin dəyərinin 4500 manatdan hazırkı qiymətə qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərlcərlə əlaqədardır. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir.

74. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış əqdin etibarsız olmasına dair mövqeyi əsaslı olsa da, tutulan məbləğin torpağın bugünkü bazar dəyəri ilə müəyyənləşdirilməsi qanuni və əsaslı olmamışdır. Başqa sözlə, mübahisə həll edilərkən hüququn tətbiqində səhvə yol verilmişdir.

75. Təbii ki, əhəmiyyətsiz əqd əsasında qazanılmış əmlak müqavilə və ya qanuni əsas olmadan əldə edildiyi üçün əsassız varlanma təşkil edir. Etibarsız əqd əsasında əldə edilənlər qaytarılmaqla tərəflər qarşılıqlı olaraq əvvəlki vəziyyətə gətirilməlidirlər (ikitərəfli restitusiya). Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsində göstərilmişdir ki, “Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

76. Hazırkı işdən görünür ki, torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehdən qətnamə əsasında geri qaytarılmış, yəni cavabdeh tərəfindən əhəmiyyətsiz əqd əsasında sahibliyinə aldığı torpaq sahəsinin geri qaytarılması qət edilmişdir.

77. Belə olan halda iddaçılar da eyni keçərsiz razılaşma əsasında əldə etdiyi pul vəsaitini cavabdehə qaytarılmalıdırlar.

78. Bununla belə, kollegiya hesab edir ki, cavabdehə tutulan pul məbləği müəyyənləşdirilərkən tətbiq olunan hüquq normalarının şərtləri nəzərdən keçirilməlidir.

79. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

80. Normanın məzmunundan göründüyü kimi, tələbin əsassız varlanma qaydasında təmin edilməsi üçün tərəfin əmlak əldə etməsi, həmin əmlakı digər tərəfin əmlakı hesabına əldə edilməsi və bu əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması zəruridir.

81. Kollegiya iddiaçıların cavabdehin hesabına torpaq sahəsinin hazırkı dəyəri həcmində varlanması barədə birinci instansiya məhkəməsinin mövqe ilə razılaşmır.

82. Ona görə ki, əvvəla, belə yanaşma sözügedən torpaq sahəsini əldə etmiş şəxsə əşyanın itkisinə görə bərabər dəyərdə kompensasiya verilməsinə dəlalət edir. Halbuki, torpağa dair cavabdehin bağladığı razılaşma etibarsız olduğundan o, həmin əşyanın mülkiyyətini əldə etməmişdi. Mülkiyyəti qazanılmamış predmetin geri qaytarılmasına görə onun bugünkü dəyərinin qarşı tərəfdən tutulması, dolaylı da olsa həmin əmlakın hüquqi baxımdan qazanılması nəticəsinə bərabər olur. Sadəcə olaraq, əşyanın özü deyil, mövcud bazar dəyəri pulla əldə edilir. Belə yanaşma əhəmiyyətsiz əqdin heç bir hüquqi nəticə yaratmaması barədə əsas qayda ilə uzlaşmır.

83. Digər tərəfdən, torpaq sahəsi cavabdehin mülkiyyətinə keçmədiyi üçün onun geri qaytarılması nəticəsində iddiaçılar həmin sahə və ya onun dəyəri həcmində (üstəlik cavabdehin hesabına) varlanmış olmurlar. Tərəflər arasında bağlanmış əqd, etibarsız olması səbəbindən hüquqi nəticə yaratmadığına görə torpaq onsuz da iddiaçıların əmlak aktivində qalmışdı. Cavabdeh əşyaya sadəcə sahiblik edirdi. Nəticə etibarilə, iddiaçılar onsuz da öz əmlakında olan torpaq sahəsinin sahibliyinin özünə qaytarılmasına nail olmuşlar. Qeyd edilənlər iddiaçıların torpaq sahəsini (və ya onun dəyərini) cavabdehin hesabına qazanmadığını aydın şəkildə ortaya qoyur.

84. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia təmin edilərkən torpaq sahəsinin hazırkı dəyərinin əsassız varlanma qaydasında iddiaçılardan tutulması Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmamışdır.

85. Bununla belə, kollegiya qeyd edir ki, torpaq sahəsinin əldə edilməsi qarşılığında cavabdeh tərəfindən verilmiş 45000 manat iddiaçıların ailə üzvlərinin əmlakı olmuş və ailə üçün sərf olunmuşdur. Bu baxımdan, iddiaçılar hüquqi əsas olmadan əldə etdikləri həmin vəsaitin əsassız varlanma təşkil etməsi şübhə doğurmur.

86. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, tərəflər 2006-cı ildə etibarsız da olsa razılaşma yolu ilə əllərindəki əmlak dəyərlərini qarşılıqlı olaraq dəyişmiş, iddiaçılar torpağı cavabdehin sahibliyinə və istifadəsinə vermiş, əvəzində isə pul vəsaiti almışlar. Bu formada sövdələşmə mülki qanunvericiliyimizə görə bağlandığı andan keçərsiz olduğu üçün (əhəmiyyətsiz əqd) arzuedilən hüquqi nəticələr meydana gəlməmişdir. Yəni, cavabdeh pul ödəsə də, torpağın mülkiyyətini qazanmamışdır. Hüquqi baxımdan etibarsız əqd bağlandığı andan hər iki tərəf əldə etdiklərini bir-birinə qaytarmalı idilər. Başqa sözlə, cavabdeh torpağı qaytarmaq öhdəliyi kimi, iddiaçılar da onun qarşısında qanundan irəli gələn, icra edilməmiş pul öhdəliyi olmuşdur. Cavabdeh uzun illər ərzində həmin sahəyə öz əmlakı kimi etirazsız sahiblik etmişdir.

87. Odur ki, torpaq sahəsi iddiaçılara geri qaytarıldığı təqdirdə cavabdeh əvvəlki rəftarına etimad edərək verdiyi pul məbləğini vaxtında geri alıb dəyərləndirə bilməmiş, nəticədə sonuncuya maddi ziyan dəymişdir.

88. Kollegiyanın iclasında iddiaçı2 və iddiaçı4 mübahisəli torpaq sahəsini cavabdeh1 İsgəndər oğluna satmadıqlarını, torpaq sahəsini müvəqqəti istifadəyə (icarəyə) verdiklərini göstərsələr də, həmin hal öz təsdiqini tapmamış və həmin halı təsdiq edən mötəbər sübutlar onlar tərəfindən işə baxan məhkəmələrə təqdim edilməmişdir.

89. Mülki Məcəllənin 16.1-ci və 560.3.4-cü maddələrinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

90. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

91. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ## ##### 2025-ci il tarixli qərarında vurğulamışdır ki, “Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı”.

92. Konstitusiya Məhkəməsi həmin qərarında şərh etmişdir ki, Konstitusiyanın 13cümaddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.

93. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçılara ödənilmiş pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması nəticəsində meydana gələn zərəri tələb etməkdə haqlı olmuşdur.

94. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş (cavabdeh tərəfindən iddiaçılara verilmiş pul vəsaitinin dəyərində (alıcılıq qabiliyyətində) hazırkı vaxtadək azalmanın olub-olmamasının aydınlaşdırılması məqsədilə) ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. - 4.500 manat məbləğində pulun 2005-ci ilin sentyabr ayından hazırkı vaxtadək inflasiyası nəzərə alınmaqla neçə manat təşkil edir?

95. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, **/**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinin nəticəsindən görünür ki, - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasan) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 4.500,00 manat pul məbləğinin 2005-ci ilin sentyabr ayından hazırkı vaxtadək 402,80% inflyasiya faiz dərəcəsi, yəni qiymətlərin səviyyəsinin 4.0 dəfə artması nəzərə alınmaqla indeksasiya məbləği 18.126,00 manat məbləğində müəyyən edilir, o cümlədən:

4.500,0 x 402,8% = 18.126,00 manat.

- 2005-ci ilin sentyabr ayından hal hazırkı vaxtadək hesablanmış fərq məbləği isə 13.626,0 manat (18.126,00 - 4.500,00) müəyyən edilir. Qeyd edilir ki, sonuncu dövrün hesabat ayının istehlak qiymətləri indeksi may ayınadək mövcud olduğundan, 4.500,00 manat məbləğində pul vəsaitinin istehlak qiymətləri indeksi (faiz) dərəcəsi 2026-cı ilin may ayı nəzərə alınmaqla, hesablanılma aparılmışdır.

96. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

97. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

98. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

99. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

100. “X7rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

101. Beləliklə, yuxarıda qeyd edilənlər qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsi işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

102. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilən 18.126 manatına aid hissəsi əsaslı, qalan hissəsi isə əsassız olmuşdur.

103. Beləliklə də, hazırkı işin apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətlərinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

104. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

105. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

106. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

107. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

108. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi ilə qismən təmin edilmiş qarşılıqlı iddianın аpellyаsiyа qаydаsındа qismən ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçılar iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2, cavabdeh cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi - qarşılıqlı iddianın təmin edilmiş “iddiaçılar iddiaçı2 və iddiaçı4 66250 (altmış altı min iki yüz əlli) manat pul alınıb cavabdeh cavabdeh1 İsgəndər oğluna verilməsi” hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

109. İş üzrə məhkəmə xərci (məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri) olan 300 manat məbləğində pulun 150 mananatı müştərək qaydada iddiaçılar iddiaçı2 və iddiaçı4 və 150 manatı cavabdeh cavabdeh1 İsgəndər oğlundan tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X12, KOD 210005, VÖEN ***********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı2 və iddiaçı4 nümayəndəsi və vəkili X2, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 İsgəndər oğlunun nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş “iddiaçılar iddiaçı2 və iddiaçı4 66250 (altmış altı min iki yüz əlli) manat pul alınıb cavabdeh cavabdeh1 İsgəndər oğluna verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçılar iddiaçı2 və iddiaçı4 müştərək qaydada 18.126 manat (on səkkiz min bir yüz iyirmi altı) manat pul alınıb cavabdeh cavabdeh1 İsgəndər oğluna verilsin. Qarşılıqlı iddia pulun tutulmasına dair qalan hissədə rədd edilsin. Cavabdeh cavabdeh1 İsgəndər oğlu tərəfindən ödənilmiş dövlət rüsumunun 144.38 (bir yüz qırx dörd manat otuz səkkiz qəpik) manatı iddiaçılar iddiaçı2 və iddiaçı4 aid edilsin. İddiaçılar iddiaçı2 və iddiaçı4 müştərək qaydada 144.38 manat məbləğində pul alınıb cavabdeh cavabdeh1 İsgəndər oğluna verilsin. Cavabdeh cavabdeh1 İsgəndər oğlu tərəfindən ödənilmiş dövlət rüsumunun 144.62 (bir yüz qırx dörd manat altmış iki qəpik) manatı onun özünə aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamə baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci (məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri) olan 300 manat məbləğində pulun 150 manatı müştərək qaydada iddiaçılar iddiaçı2, iddiaçı4 və 150 manatı cavabdeh cavabdeh1 İsgəndər oğlundan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X12, KOD 210005, VÖEN ***********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar