Məhkəmə qərarları › İş №2(3-10)-190/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-190/2026

31.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-190/2026 31.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI QƏTNAMƏ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Iddiaçı X3 cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı cərimə məbləğinin azaldılması və borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: cərimə məbləğinin azaldılması, borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X4 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı X3 cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı cərimə məbləğinin azaldılması və borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. “Azəriqaz” IB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ######## 2023-cü il tarixli ******* nömrəli aktla iddiaçı X3 evinə baxış zamanı abonentin küçə xəttinin yeraltı qapı keçidi hissəsində sayğacdan kənar rezin boru vasitəsilə xətt çəkərək həyətinin içərisində daxili qaz xəttinə birləşdirmək üçün şərait yaratdığı və təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. ## ######## 2023-cü il tarixli X7 dair tələbnamə ilə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. “Azəriqaz” IB-nin X1 Istismar Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin Idarənin rəisi tərəfindən təsdiq edilmiş ## ###### 2024cü il tarixli X7 dair tələbnamə ilə fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, hesablama mexanizminin işləmədiyi və keçən qazın sərfini qeyd etmədiyi müəyyən edilmişdir. Iddiaçının 24180********** nömrəli abonent koduna 2023-cü ilin sentyabr ayının sonuna 17280 m3 təbii qazın dəyəri 2073,6 manat, 2024-cü ilin yanvar ayının sonuna 6480 m3 təbii qazın dəyəri 777,6 manat akt üzrə borc vurulmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. X3 (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” Istehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən 24180********** nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması, ## ###### 2024-cü il tarixli X7 dair tələbnaməyə əsasən hesablanaraq 24180********** nömrəli abonent koduna vurulmuş 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ######## 2023-cü il tarixdə “Azəriqaz” Istehsalat Birliyi”nin nümayəndələrinin iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bu barədə həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda göstərilmişdir ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmişdir. “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş X7 dair ## ######## 2023- cü il tarixli tələbnamdə göstərilmişdir ki, qaz işlədicilərindən qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatının 4 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası 4x12x360=17280 kub metr üçün 2073,6 manat dəymiş ziyan hesablanmışdır. Fərdi yaşayış evində o və ailəsindən başqa heç bir şəxs yaşamır. Evdə “dörd göz” adlanan PQ-3 markalı qaz plitəsi, 1 ədəd axınlı su qızdırıcısı və 1 ədəd Iran peçi olmuşdur. Sayğacdan kənar əlavə qaz xəttinə qoşulmalar olmadığı halda cavabdeh onu 2073,6 məbləğində cərimə etmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin aktı qanunsuz və əsassız hesab edir. Belə ki, qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən ailə üzvlərindən heç kəs orada olmamışdır. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Ismayıllı Xidmət sahəsinin təbii qaz və sahə xidmətinin nəzarətçisi kənar xətt qoşulmasını aşkar etməmişdir. Bilə-bilə və qazdan istifadə etdiyi halda, evdən kənarda ağzı bağlı olan borunu görüb guya sayğacdan kənar qaz xətti qoşulduğu görüntüsünü yaratmış, daha sonra orada video çəkilişi aparmış və akt tərtib edərək onu yüksək məbləğdə cərimə etmişlər. Halbuki o sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, istifadədə olan qaz sayğacı fərdi yaşayış evinin qonşuluğunda olmuş sahədə əvvəllər mövcud olmuş qaz xətti olmuşdur. O sayğacdan kənar heç bir qaz xəttinə qoşulmamışdır. Cavabdeh bu faktı aşkar etdikdən sonra ## ######## 2023-ci il tarixli ******* nömrəli akt əsasında 24180********** nömrəli abonent koduna 2073,6 manat cərimə hesablamışdır. Cavabdeh tərəfindən guya aşkar edilmiş həmin xəttə görə aktda göstərilənlər və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ əsassızdır və həddən artıq şişirdilmişdir. Aşkarlanan sayğacdan kənar qoşulma olmamışdır. Fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə hesablanmış cərimə tam qanunsuzdur. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun fərdi yaşayış evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Lakin əvvəllər bu kimi hallar baş verməmişdir. Bundan başqa ## ###### 2024-cü il tarixdə “Azəriqaz” Istehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan Zenner G- 4T Smart tipli qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyini, hesablama mexanizminin işləmədiyini və keçən qazın sərfini qeyd etmədiyini əsas gətirərək ## ###### 2024-cü il tarixdə ******* nömrəli akt tərtib edilərək 6x12x90=6480 kub metr yəni 777,6 manat dəymiş ziyan hesablayaraq cərimə olunmuşdur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi qazın həcmini qeydə alınmaması barədə heç bir məlumatı yoxdur. Qaz Istismar Idarəsinin nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş təqdim edilir. Sayğacda hər hansı zədənin olması, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi onun günahı deyil. Əgər sayğacda hər hansı bir nasazlığ olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Hesab edir ki, sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmədiyindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı və ##.##.2024-cü il tarixdə tərtib olunmuş ******* saylı aktlar əsasında hesablanmış və abonent hesabına işlənmış ümumilikdə 2851,2 manat məbləğdə dəymiş ziyanın hesablanması tam qanunsuzdur və ağlabatan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5.3-cü bəndinin tələblərinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylacısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydalarının 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlaçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Lakin “Azəriqaz” X11 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ######## 2023-cü il tarixli ******* nömrəli aktda istehlakçı kimi ona məxsus fərdi yaşayış sahəsində qaz işlədici avadanlıqlar mövcud olmuşdur. Fərdi yaşayış evində 1 (bir) ədəd qaz plitəsi PQ-3, 1 (bir) ədəd axınlı su qızdırıcı və 1 ədəd Iran peçi qeydə alınmışdır. Qeydə alınmış 1 (bir) ədəd qaz plitəsi PQ-3-ün müəyyən olunmuş normativə əsasən saatlıq qaz sərfiyyatı 0,9 kub metr, 1 (bir) ədəd axınlı su qızdırıcı saatlıq qazsərfiyyatı isə 2,2 kub metr və 1 ədəd Iran peçi 1,6 kub metr müəyyən olunmuşdur. Belə olan halda cəmi 1 ədəd PQ-3 adlandırılan avadanlıqda 0.9 kub metr + 1 ədəd axınlı su qızdırıcı 2.2 kub metr və 1 ədəd Iran peçi 1.6 kub metr qaz sərfiyatı cəmi = 4.7 kub metr saat hesabı ilə qaz sərf olunur. Lakin tərtib olunmuş tələbnamədə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 4 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ###### 2024-cü il tarixli ******* nömrəli aktda qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 6 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin sayğacdan kənar qaz xəttinə hər hansı bir qoşulma və kənar müdaxilə olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir.Həmin qaydalara görə -1 (bir) ədəd PQ-3 adlanan “dörd göz”qaz pilətəsi qaz sərfiyyatı 0.9 kubmetr 1 (ədəd) axınlı su qızdırıcısı 2.2 kubmetr və 1 (bir) ədəd Iran peçi 1.6 kubmetr qaz sərf edır. Lakin nəzərə almaq lazımdır ki, son 10 ildə ölkə üzrə isti hava şəraiti hökm sürür. Belə olan halda hətta evdə daimi qazdan istifadə etsə belə 2073,6 manat məbləğdə qaz sərfiyyati olması inandırıcı deyil. Digər tərtib olunmuş aktda guya qaz sayğacının çıxış plastması borusu kənar təsir nəticəsində deşildiyi, hesablama mexanizminin işləmədiyi və keçən qazın sərfini qeyd etmədiyini əsas gətirərək ## ###### 2024-cü il tarixdə ******* nömrəli aktda 6x12x90=6480 kub metr yəni 777,6 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə, cavabdeh tərəfindən 2851,2 manat yüksək cərimə məbləği hesablanaraq abonent koduna işlənmişdir. Buna görə də hesab edir ki, qanunsuz olaraq qaz xəttinə qoşulma halları olmamış və qaz sayğacının çıxış plastması borusu kənar təsir nəticəsində deşilməsi, hesablama mexanizminin işləmədiyi və keçən qazın sərfini qeyd edilməməsi haqda hər hansı bir məlumatı olmamış və qanunsuz olaraq təbii qazdan ümumiyyətlə istifadə etməmişdir. Qeyd etdiklərinə əsasən “Azəriqaz” Istehsalat Birliyi tərəfindən 24180********** nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış olan 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması, ## ###### 2024-cü il tarixli X7 dair tələbnaməyə əsasən hesablanaraq 24180********** nömrəli abonent koduna vurulmuş 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılması və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Işə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. Iddiaçı iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, onun tərəfindən qaz xəttinə bir gün də olsa qoşulma olmamışdır. Qoşulmanın kimin tərəfindən aparıldığı da ona məlum deyildir.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə və etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ## ######## 2023-cü il tarixində “Azəriqaz” Istehsalat Birliyinin ISQNŞnin əməkdaşları ünvan 1 ünvanında yaşayan X3 yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edildiyini aşkar etmiş, bununla bağlı ## ######## 2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” IB-nə göndərilmişdir. ## ######## 2023-cü il tarixli ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ## ######## 2023-cü il tarixdə “Azəriqaz” IB-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində X7 dair tələbnamə tərtib edilərək X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna 17280 m3 itirilmiş təbii qazın dəyəri olan 2073,6 manat məbləği hesablanaraq vurulmuşdur. Bundan başqa ## ###### 2024-cü il tarixində “Azəriqaz” Istehsalat Birliyinin ISQNŞ-nin əməkdaşları ünvan 1 ünvanında yaşayan X3 yaşayış evinə quraşdırılmış məişət qaz sayğacına vizual baxış keçirilən zaman mənzilə quraşdırılmış qaz sayağacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyini aşkar etmişlər. Bununla bağlı ## ###### 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Həmin akta əsasən “Azəriqaz” IB-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində ## ###### 2024-cü il tarixdə X7 dair tələbnamə tərtib edilərək X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna 6480 m3 itirilmiş təbii qazın dəyəri olan 777,6 manat məbləği hesablanaraq vurulmuşdur. Iddiaçı X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna hesablanaraq vurulmuş məbləğlər təbii qazdan qeyriqanuni istifadə nəticəsində qeydə alınmayan itirilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Iddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə halları aşkarlanan zaman mobil telefon vasitəsi ilə çəkilişlər aparılmışdır. Iddiaçı ilə Ismayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4cü bəndinə əsasən Istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5.3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Hazırkı iş üzrə də hesabatlar bu qaydaya əsasən aparılmışdır. Ona görə də iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi X2 iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, hər iki hal üzrə qanunsuz təbii qazdan istifadə hallarına dair telefonla video çəkilişlər mövcuddur. ## ######## 2023-cü il tarixdə sayğacdan kənar əlavə qaz xətti aşkar edilmişdir. Həmin vaxt 2073,6 manat dəyərində borc olması barədə abonentə bildiriş verilmişdir. Bundan bir müddət sonra ## ###### 2024-cü il tarixdə sayğaca vizual baxış keçirilib. Sayğac həyət qapısından çöldə yerləşdirilmişdir. Sayğac açıldıqdan sonra müdaxilə olunduğu məlum olmuşdur. Sayğac video çəkilişlə açılıb, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşildiyi açıqaşkar göründüyündən laboratoriyaya göndərilməmişdir. Bu barədə ******* nömrəli akt tərtib olunmuş, abonent aktı imzalamışdır. Həmin məbləğlər real təbii qazın dəyəridir. Hər iki iddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “Azəriqaz” IB-nin əməkdaşları tərəfindən ## ######## 2023-cü il tarixli iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ######## 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Iddiaçı aktı imzalamaqdan imtina etmiş və qoşulmanın onun tərəfindən aparılmadığını göstərmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” IB-nın Istehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilmiş, həmin şöbənin rəisi tərəfindən təsdiq edilmiş ## ######## 2023-cü il tarixli X7 dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu əsas gətirilərək xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Bundan başqa ## ###### 2024-cü il tarixdə “Azəriqaz” IB-nin əməkdaşları tərəfindən iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Iddiaçının yaşadığı evin qaz xəttindən açılmış ****AZ************ nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair ## ###### 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” IBnın Ağsu RQII-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Azəriqaz” IB-nin X1 Istismar Idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin Idarənin rəisi tərəfindən təsdiq edilmiş ## ###### 2024-cü il tarixli X7 dair tələbnamədə fərdi yaşayış evində “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, hesablama mexanizminin işləmədiyi və keçən qazın sərfini qeyd etmədiyi müəyyən edilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6480 kub metr müəyyən edilmişdir.

8. Iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında fərdi yaşayış evində təbii qazdan qanunsuz xətt vasitəsilə bir gün də istifadə etmədiyini göstərsə də iddia tələbində abonent koduna əsassız olaraq borc kimi yazılmış cərimə məbləğinin qanuna uyğun şəkildə azaldılaraq hesablanmasını xahiş etdiyindən məhkəmə hesab etmişdir ki, qanunsuz qoşulma iddiaçı tərəfindən deyil, digər şəxs (şəxslər) tərəfindən aparılması və bu halın iddiaçının mənafeinə xidmət etməsi dolayısıyla qaz xəttindən qanunsuz istifadə kimi qiymətləndirlməklə, bu halın dolayısı ilə iddiaçı tərəfindən də etiraf kimi qəbul edilir. Eyni zamanda məhkəmə iclasında iddiaçı qaz xəttinə qanunsuz qoşulmanı inkar etməsə də özü tərəfindən qoşulmadığını bildirmişdir. Ona görə də iddiaçının fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır (4x12x30=1440 m3 ).

9. Məhkəmə qeyd etmişdir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, iddiaçının qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 17280 m3 miqdarında, yəni 2073,6 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, iddiaçının 2023-cü ilin sentyabr ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da Azəriqaz IB iddiaçının təbii qazdan 360 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 2073,6 manat cərimə hesablamışdır. Iddiaçının qanunsuz qaz xəttindən 360 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

10. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ****AZ************ nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının qaz sayğacına müdaxilə etməsinin sübutu kimi təqdim edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, qaz istismar idarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı açılarkən sayğacda olan plomb həmin əməkdaşlar tərəfindən kəsilir. Sayğacın plombu yerində olmadığı təqdirdə əməkdaşlar ilk növbədə bu nöqsanı qeyd etməklə sonrakı hərəkətləri etməli idilər. Sayğacda plomb olduğu halda isə ona müdaxilə olunmasını məhkəmə mümkün hesab etmir və bu halın əksi barədə də cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 6480 kub metr miqdarında, yəni 777,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması və qaz sayğacına müdaxilə etməsi ilə bağlı tərtib olunmuş aktları inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsinə dair sübut təqdim etməmişdir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.

11. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) iddia tələbi təmin edilmiş, “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş ## ######## 2023-cü il tarixli X7 dair tələbnaməyə əsasən hesablanaraq X3 24180********** nömrəli abonent koduna vurulmuş 17280 m3 təbii qazın dəyəri 2073,6 manat cərimə məbləğinin azaldılaraq 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik müəyyən edilməsi, “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli X7 dair tələbnaməyə əsasən hesablanaraq X3 24180********** nömrəli abonent koduna vurulmuş 6480 m3 təbii qazın dəyəri 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləğinin silinməsi, “Azəriqaz” Istehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: “Azəriqaz” IB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ######## 2023-cü il tarixli ******* nömrəli akt; “Azəriqaz” IB-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş ## ######## 2023-cü il tarixli X7 dair tələbnamə; “Azəriqaz” IB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ## ###### 2024-cü il tarixli ******* nömrəli akt; “Azəriqaz” IB-nin X1 Istismar Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin Idarənin rəisi tərəfindən təsdiq edilmiş ## ###### 2024-cü il tarixli X7 dair tələbnamə; ## ###### 2025-ci il tarixli abonentin saldosu.

13. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “Azəriqaz” Istehsalat Birliyi аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh “Azəriqaz” Istehsalat Birliyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ##.##.2023-cü il tarixində ”Azəriqaz” Istehsalat Birliyinin ISQNŞ-nin əməkdaşları ünvan 1 ünvanında yaşayan X3 yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edildiyini aşkar etmiş, bununla bağlı ##.##.2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” IB-nə göndərilmişdir. ##.##.2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ##.##.2023-cü il tarixdə “Azəriqaz” IB-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində X7 Dair Tələbnamə tərtib edilərək X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna 17280 m itirilmiş təbii qazın dəyəri olan 2073.60 (iki min yetmiş üç manat) 60 qəpik məbləğ hesablanaraq vurulmuşdur. Bundan başqa ##.##.2024-cı il tarixində ”Azəriqaz” Istehsalat Birliyinin ISQNŞ-nin əməkdaşları ünvan 1 ünvanında yaşayan X3 yaşayış evinə quraşdırılmış məişət qaz sayğacına vizual baxış keçirdən zaman mənzilə quraşdırılmış qaz sayğacının çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyini aşkar etmişlər. Bununla bağlı ##.##.2024-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Həmin akta əsasən “Azəriqaz” IB-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində ##.##.2024-cü il tarixdə X7 Dair Tələbnamə tərtib X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna 6480 m itirilmiş təbii qazın dəyəri olan 777.60 (yeddi yüz yetmiş yeddi manat) 60 qəpik məbləğ hesablanaraq vurulmuşdur. Iddiaçı X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna hesablanaraq vurulmuş məbləğlər təbii qazdan qeyriqanuni istifadə nəticəsində qeydə alınmayan itirilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. X3 ilə Ismayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alğısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən Istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5.3 bəndinə əsasən Istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Hazırkı iş üzrə də hesabatlar bu qaydaya əsasən aparılmışdır.

15. Ona görə də, “Azəriqaz” Istehsalat Birliyinin verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Ismayıllı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçı X3 iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun X3 tutularaq “Azəriqaz” Istehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflərdən heç biri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Qərarlar: “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarı; Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı; “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarı; “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı.

20. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.8-1-ci maddə: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 14-cü bəndində sadalanan hallardan ibarətdir. Cavabdeh apellyasiya şikayətində ##.##.2023-cü il tarixdə “Azəriqaz” IBnin Istehlakçılara satılan qaza nəzarət şöbəsində X7 Dair Tələbnamə ilə X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna 17280 m itirilmiş təbii qazın dəyəri olan 2073.60 (iki min yetmiş üç manat) 60 qəpik məbləğin, “Azəriqaz” IB-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində ##.##.2024-cü il tarixdə X7 Dair Tələbnamə ilə isə 6480 m itirilmiş təbii qazın dəyəri olan 777.60 (yeddi yüz yetmiş yeddi manat) 60 qəpik məbləğ hesablanaraq vurulduğunu qeyd etmiş, iddiaçı X3 Ismayıllı XS-nin abonent bazasındakı 24180********** nömrəli abonent koduna hesablanaraq vurulmuş məbləğlərin təbii qazdan qeyri-qanuni istifadə nəticəsində qeydə alınmayan itirilmiş təbii qazın dəyəri olduğunu və abonentin özü tərəfindən ödənilməli olduğunu bildirmişdir.

27. Iş materiallarında olan sənədlərdən görünür ki, abonentin evinə baxış zamanı abonentin küçə xəttinin yeraltı qapı keçidi hissəsində sayğacdan kənar rezin boru vasitəsilə xətt çəkərək həyətinin içərisində daxili qaz xəttinə birləşdirmək üçün şərait yaratmış və təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi tələb olumuşdur. Iddiaçı aktı imzalamaqdan imtina etmişdir.

28. ## ######## 2023-cü il tarixli X7 dair tələbnamənin surətindən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alındığı, ## ###### 2024-cü il tarixli X7 dair tələbnamənin surətindən isə fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, hesablama mexanizminin işləmədiyi və keçın qazın sərfini qeyd etmədiyi müəyyən edilmişdir.

29. ## ###### 2025-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının 24180********** nömrəli abonent koduna 2023-cü ilin sentyabr ayının sonuna 17280 m3 təbii qazın dəyəri 2073,6 manat, 2024-cü ilin yanvar ayının sonuna 6480 m3 təbii qazın dəyəri 777,6 manat akt üzrə borc vurulmuşdur.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Birinci instansiya məhkəməsi gəldiyi mövqeni belə əsaslandırmışdır ki, iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında fərdi yaşayış evində təbii qazdan qanunsuz xətt vasitəsilə bir gün də istifadə etmədiyini göstərsə də, iddia tələbində abonent koduna əsassız olaraq borc kimi yazılmış cərimə məbləğinin qanuna uyğun şəkildə azaldılaraq hesablanmasını xahiş etdiyindən məhkəmə hesab etmişdir ki, qanunsuz qoşulma iddiaçı tərəfindən deyil, digər şəxs (şəxslər) tərəfindən aparılması və bu halın iddiaçının mənafeyinə xidmət etməsi dolayısıyla qaz xəttindən qanunsuz istifadə kimi qiymətləndirilməklə, bu halın dolayısı ilə iddiaçı tərəfindən də etiraf kimi qəbul edilir. Eyni zamanda məhkəmə iclasında iddiaçı qaz xəttinə qanunsuz qoşulmanı inkar etməsə də, özü tərəfindən qoşulmadığını bildirmişdir. Ona görə də iddiaçının fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır (4x12x30=1440 m3 ).

32. Digər bir hal isə bundan ibarətdir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, iddiaçının qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 17280 m3 miqdarında, yəni 2073,6 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, iddiaçının 2023-cü ilin sentyabr ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da, Azəriqaz IB iddiaçının təbii qazdan 360 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 2073,6 manat cərimə hesablamışdır. Iddiaçının qanunsuz qaz xəttindən 360 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

33. Həmçinin iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ****AZ************ nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının qaz sayğacına müdaxilə etməsinin sübutu kimi təqdim edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, qaz istismar idarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı açılarkən sayğacda olan plomb həmin əməkdaşlar tərəfindən kəsilir. Sayğacın plombu yerində olmadığı təqdirdə əməkdaşlar ilk növbədə bu nöqsanı qeyd etməklə sonrakı hərəkətləri etməli idilər. Sayğacda plomb olduğu halda isə ona müdaxilə olunmasını məhkəmə mümkün hesab etməmişdir və bu halın əksi barədə də cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

34. Bundan başqa qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə, qısa müddət ərzində 6480 kub metr miqdarında, yəni 777,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir.

35. Eyni zamanda cavabdeh təşkilat tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması və qaz sayğacına müdaxilə etməsi ilə bağlı tərtib olunmuş aktları inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsinə dair sübut təqdim etməmişdir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

40. “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

41. Qeyd edilənləri və işin hallarını nəzərdən keçirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar