Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-23/2026 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin cavabdehlər Cavabdeh1 və X4 qarşı “inşa edilmiş qanunsuz tikili və yardımçı qurğuların sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlanılma, qüvvə) X12 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin cavabdehlər Cavabdeh1 və X4 qarşı “inşa edilmiş qanunsuz tikili və yardımçı qurğuların sökülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(033)-1339/2025 nömrəli qərardadından iddiaçı Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaraçay çayının mühafizə zonasında, o cümlədən birbaşa çayın məcrasında Cavabdeh1 istifadəsində olan qeyri-yaşayış sahəsində inşa etdiyi tikili və yardımçı qurğuların cavabdehin hesabına sökülməsi və çayın zəbt edilmiş mühafizə zonasının və məcrasının əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il il tarixli, e-2(033)-1339/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin cavabdehlər Cavabdeh1 və X4 qarşı “inşa edilmiş qanunsuz tikili və yardımçı qurğuların sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Həmin qərardaddan İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 12 saylı ŞəkiZaqatala regional bölməsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il il tarixli, e-2(033)-1339/2025 nömrəli qərardadının ləğv edilməsi xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il il tarixli, e-2(033)-1339/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X9 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(033)-1339/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, elektron iddia ərizəsi Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin adından həmin Xidmətin 12 saylı Şəki-Zaqatala regional bölməsinin rəisi Sabir Əhmədov tərəfindən imzalansa da, ona Xidmət tərəfindən müvafiq səlahiyyətlərin verilməsini təsdiq edən sənədləri (etibarnamə və ya müvafiq əmr) iş materiallarına əlavə edilməmişdir. Həmçinin məhkəmə iclasında Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin nümayəndəsi Azərbaycan Dövlət X6nin 63 nömrəli əmri ilə təsdiq edilmiş əsasnaməyə istinad edərək Regional Bölmənin öz hüquq və vəzifələrindən irəli gələn məsələlərdə müstəqil surətdə məhkəmdə iddia qaldıra bilmək və onu müdafiə etmək hüququnun olduğunu bildirmiş və iddianın məhz Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki- Zaqatala regional bölməsi tərəfindən verildiyini qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət X6nin FƏ-63 nömrəli əmri ilə təsdiq edilmiş X10 Ehtiyatlan Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin regional bölmələrinin əsasnaməsinin 1.1-ci bəndində əsasən Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin (bundan sonra - Xidmət) regional bölmələri (bundan sonra - bölmə) Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, fəaliyyət gösterdiyi inzibati ərazi dairəsində su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitarıya-gigiyena, ekoloji, hidrogeolojl, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən İstifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən, Xidmətinin struktur bölməsidir. Həmin əsasnamənin 4.1.4-cü bəndinə əsasən bölmə vəzifə və hüquqlarının heyata keçirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmələrdə iddiaçı və cavabdeh qismində iştirak edə bilər; Həmin əsasnamənin 5.7.9-cu bəndinə əsasən bölmə dövlət orqanlarında və məhkəmələrdə bölməni təmsil edir; Həmin əsasnamənin 5.7.10-cu bəndinə əsasən xidmətin veridiyi səlahiyyətlər daxilində bölmənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Xidməti təmsil edir. Göründüyü kimi X10 Ehtiyatlan Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin regional bölmələrinin əsasnaməsində Bölmələrə müstəqil şəkildə iddia ərizəsini imzalamaq və həmin ərizə ilə məhkəməyə müraciət etmək hüququ verilməmiş, Bölmənin bu sahədə fəaliyyəti yalnız təmsilçilik səlahiyyəti ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanın 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 55.3-cü maddəsinin üçüncü cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qeyd edilmiş qanunvericilik aktlarından göünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid edilmişdir. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki- Zaqatala regional bölməsinin rəisi X5 tərəfindən iddia ərizəsinin Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin adından imzalamağa səlahiyyəti olmamışdır. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2025ci il tarixli, 2(033)-1339/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(033)-1339/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2(033)-1339/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-23/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-23/2026
28.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver