Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-234/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmaləddin oğlunun cavabdehlər cavabdeh3, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsızlığı, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı İsmaləddin oğlunun cavabdehlər cavabdeh3, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İsmaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı İsmaləddin oğlu cavabdehlər cavabdeh3, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, 0,66 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN532 (KOD ********) nömrəli dövlət aktının ləğv edilməsi və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı İsmaləddin oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, 0,66 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-532 (KOD ********) nömrəli dövlət aktının ləğv edilməsi, ## ### 2006-cı ildən hazırki vaxta qədər (19 il) torpaqdan qanunsuz istifadə olunması nəticəsində qanuni mülkiyyətçi İddiaçı İsmaləddin oğluna vurulmuş zərər (əldən çıxmış fayda) olaraq 2508 (iki min beş yüs səkkiz) manat pul vəsaitinin tam formada ödənilməsi və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
3. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı İsmaləddin oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh1 MMC-nin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında cavabdeh1 MMC cavabdeh qismində işə cəlb olunmuşdur
4. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı İsmaləddin oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Əliyev İsmaləddin İsmayıl oğlu ilə cavabdeh3 arasında bağlanmış ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında qanunsuz olaraq əldə edilmiş 0,6562 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-532 ( (KOD ********) nömrəli dövlət aktının ləğv edilməsi, 0,6562 ha torpaq sahəsi üzərində cavabdeh1 MMC-nin mülkiyyət hüququnu təsdiq edən ##.##.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat yazısının (çıxarış) 0,6562 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi, ## ### 2006-cı ildən hazırki vaxta qədər (19 il) torpaqdan qanunsuz istifadə olunması nəticəsində qanuni mülkiyyətçi İddiaçı İsmaləddin oğluna vurulmuş zərər (əldən çıxmış fayda) olaraq 2508 (iki min beş yüs səkkiz) manat pul vəsaitinin tam formada ödənilməsi və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli qərarı ilə Əliyev İsmaləddin İsmayıl oğlunun və onun ailə üzvlərinin (X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 İsmaləddin oğlu, Əliyeva Xatirə İsmaləddin qızı, İddiaçı İsmaləddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İsmaləddin qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İsmaləddin qızı) mülkiyyətinə 2,51 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və JN:121, KOD: ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Əliyev İsmaləddin İsmayıl oğlu ##.##.2000-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 241 № ilə qeyd edilmişdir (ölüm haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilmişdir). Belə ki, iddia ərizəsinə əlavə olunmuş Əliyev İsmaləddin İsmayıl oğlu ilə cavabdeh3 arasında bağlanmış ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsinin məzmunundan belə aydın olur ki, Əliyev İsmaləddin İsmayıl oğlu onun və ailə üzvlərinin mülkiyyətində olan 2.51 ha torpaq sahəsinin Qanıx-Türyançay zonasına düşən 0.66 ha hissəsini 720.72 manat qarşılığında cavabdeh3 satmış, tərəflər müqaviləni imzalamış və müqavilə Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmişdir. ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh3 satılmış 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-532 KOD-******** nömrəli dövlət aktı verilmişdir. Hüquqlarını müdaifə etdiyi şəxs İddiaçı İsmaləddin oğlu (bundan sonra İddiaçı) Azərbaycan Respublikasının Prezidentinin # ####### 2021-ci il tarixli, **** saylı Fərmanını əsas götürərək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədi ilə DƏDKRX-nin * saylı Qəbələ Ərazi İdarəsimə cari ilin fevral ayında müraciət etmiş və ona bildirmişlər ki, 2.51 ha torpaq sahəsinin 0.66 ha hissəsi onun atası Əliyev İsmaləddin İsmayıl oğlu tərəfindən ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh3 satılmışdır. Halbuki, Əliyev İsmaləddin İsmayıl oğlu ##.##.2000-ci il tarixdə vəfat etmişdir. Görünür ki, ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsi ğlmüş şəxsin adından bağlanmışdır. ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsizdir və əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd etmək zəruridir ki, hər hansı əqdin etibarlılığı, yən arxu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Lakin hazırki mübahisəyə gəlincə müəyyən olunur ki, ölmüş şəxsin adından müqavilə bağlanılmışdır. Belə olan halda iradə ifadəsindən söhbət gedə bilməz. Hazırki işin halları bizə onu deməyə əsas verir ki, ## ### 2006-cı il tarixli alqı-satqı müqaviləsində mülkiyyətçinin iradə ifadəsi əks olunmamış və bununla da vəfat etmiş şəxsin adında müqavilə bağlanılmışdır. Yuxarıda qeyd olunan qanun normasının ziddinə olaraq Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov notariat hərəkəti apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməmiş, ## ### 2006cı il tarixli alqı-satqı müqaviləsini təsdiq edərkən şəxslərin imzalarının həqiqiliyi yoxlamamış və nəticədə kobud qanun pozuntusuna yol vermişdir.
6. ##.##.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı İsmaləddin oğlunun cavabdehlər cavabdeh3 və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi” tələbinə dair *(***)-****/**** nömrəli mülki iş vardır. Ərizəyə əlavə olunmuş Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin ** nömrəli ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qəbələ rayon Hacıalılı Bələdiyyəsi ərazisində torpağın 1 illik icarə haqqı dənli bitkilər üçün 1 ha -150 manatdan – 200 manatadək, fındıq bağı üçün 1 ha – 250 manat müəyyən edilmişdir. Hazırki mübahisəni təhlil etdikdə belə nəticəyə gəlinir ki, cavabdeh3 əmlakın onda olduğu bütün vaxt ərzində, yəni ## ### 2006-cı il tarixdən hazırki vaxta qədər götürdüyü və ya götürməli olduğu bütün gəlirləri geri qaytarmalıdır. Odur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan tərəf olaraq ## ### 2006-cı il tarixdən hazırki vaxta qədər mübahisə predmeti olan torpaq sahəsindən qanunsuz istifadə nəticəsində bizə vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edirlər.
7. ##.##.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı İsmaləddin oğlunun cavabdehlər cavabdeh3, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdin etibarsızlığınəticələrinin tətbiqi” tələbinə dair *(***)-****/**** nömrəli mülki iş üzrə iddi ərizəsini dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, işdə olan DƏDKRX-nin publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, mübahisə predmeti olan 0,6562 ha torpaq sahəsi halhazırda cavabdeh1 MMC-nin mülkiyyətindədir. Bununla yanaşı DƏDKRX-nin publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ##.##.2025ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli sorğuya cavab məktubuna əsasən, Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0.6562 ha kənd təsərrüfatı təyinatlı həmin ərazidə yerləşən digər torpaq sahələri ilə birləşdirilərək cavabdeh1 MMC-nin mülkiyyətinə keçmiş və ##.##.2019-cu il tarilxi, *********** nömrəli çıxarış əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
8. Cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinə etiraz təqdim edərək göstəmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə * saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2004-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikasının 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə isə Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh1 MMC-nin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Belə ki cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Bu səbəbdən də “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarını da nəzərə almaqla iddiaçının iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat
9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iddia tələbinə etiraz ərizəsinin nəzərə alınmasını və vicdanlı alıcı olduqlarına görə iddia tələbinin onlara aid hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
10. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı İddiaçı İsmaləddin oğlu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun torpaq sahəsinin satışından məlumatı olmamışdır.
11. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı İsmaləddin oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr nəzər alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, torpaq sahəsini o alsa da, bir müddət keçdikdən sonra həmin torpaq sahəsini satmışdır. Hal hazırda həmin torpaq sahəsi ona məxsus deyil.
13. Cavabdehlər cavabdeh3, Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat Ofisinin notariusu Tamerlan Qafur məhkəməyə məktub göndərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər cavabdeh3, Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
14. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi qismən təmin edilmiş, Əliyev İsmaləddin İsmayıl oğlu ilə cavabdeh3 arasında bağlanmış ##.##.2006-cı il tarixli, 4Ə-1924 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş JN-532 (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-121, kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Qəbələ rayonu Aqrar İslahat Komissiyasının ##.##.1998-ci tarixli ** saylı qərarı ilə Əliyev İsmaləddin İsmayıl oğlunun, X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 İsmaləddin oğlunun, Əliyeva Xatirə İsmaləddin qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmaləddin oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İsmaləddin qızının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İsmaləddin qızının mülkiyyətlərinə 2,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayonu dövlət notariat kontorunda Əliyev İsmaləddin İsmayıl oğlu ilə cavabdeh3 arasında JN-121, kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin 1605,**** saylı arayışına əsasən normativ qiyməti 1684,41 manat olan Qanıx-Türyançay zonasına aid 0.66 hektar torpaq sahəsinin 72,72 manata qiymətləndirməklə cavabdeh3 satılması barədə müqavilə ## ### 2006-cı il tarixdə 4Ə-1924 reyestr nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra Əliyev İsmaləddin İsmayıl oğlu, X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 İsmaləddin oğlu, Əliyeva Xatirə İsmaləddin qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmaləddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İsmaləddin qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İsmaləddin qızı 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Qəbələ rayon DNK-nın ##.##.2006-cı il tarixli 4ə- /**** nömrəli alqısatqı müqaviləsi əsasında JN-0555, kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əldə etmişdir. cavabdeh3 12,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Qəbələ rayon DNK-nın ##.##.2006-cı il tarixli 4ə-/1924, 1919-1921, 1923-1933, 1936-1938, 1940-1943, 2021-2027, 2029, **** nömrəli alqı-satqı müqavilələri əsasında JN-0532, kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əldə etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
16. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
17. ## ### 2006-cı il tarixdə, 4Ə-1924 reyestr nömrəsi ilə qeydə alınmış Müqavilə bağlanan zaman Əliyev İsmaləddin İsmayıl oğlu müqavilə imzalanan vaxtdan 5 il 5 ay 15 gün əvvəl yəni ## ###### 2000-ci il tarixdə vəfat etmişdir.Məhkəmənin qənaətinə görə cavabdeh2 xüsusi notariusu Elxan Alxasov tərəfindən ## ### 2006-cı il tarixdə, 4Ə-1924 reyestr nömrəsi ilə qeydə alınmış müqavilə əhəmiyyətsiz əqd olmuşdur.
18. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
19. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. İddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz.
20. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə, istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. İstənilən bir iddia icraatında tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq işin hallarındanəhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir: 21.Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti, olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır.
22. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır.
23. Göründüyü kimi, əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsasız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, əhəmiyyətsiz əqd üzrə verilən əşya əvəzedilməz olduqda isə onun üzərindəki mülkiyyət hüququnun əldə edənə keçmədiyi, bu səbəbdən həmin əşyanın qaytarılmasına dair iddia mülkiyyətin müdafiəsi ilə bağlı olduğu üçün ona iddia müddətinin tətbiq edilmədiyi KM-in qərarında aydın şəkildə izah olunmuşdur.
24. Hazırkı işdə etibarsızlığı iddia edilən ## ### 2006-cı il tarixli, reyestr nömrəsi 4Ə- 1924 olan müqavilədəki torpaq sahəsi əvəzedilməz əşya olduğu üçün onun üzərindəki mülkiyyət hüququ həqiqi hüquqi vəziyyətə görə cavabdehə keçməmişdir. Müqavilə bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticə yaratmadığı üçün torpaq üzərindəki mülkiyyət hüququ iddiaçılarda qalmışdır.
25. Məhkəmə iddia tələbinin “0,6562 ha torpaq sahəsi üzərində cavabdeh1 MMC-nin mülkiyyət hüququnu təsdiq edən ##.##.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat yazısının (çıxarış) 0,6562 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İddiaçı tərəfindən 0,6562 ha torpaq sahəsi cavabdeh1 MMC-nin mülkiyyətinə hansı formada keçməsini (alqı-satqı müqaviləsi və s.) təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Lakin bununla belə, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən sorğu edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsindən əldə olunmuş ##.##.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, * saylı Qəbələ Ərazi İdarəsində olan məlumat bazasına əsasən qeyd olunan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,6562 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin ərazidə yerləşən digər torpaq sahələri ilə birləşdirilərək cavabdeh1 MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (##.##.2019cu il tarixli qeydiyyat nömrəsi 1919006635 olan Çıxarış) qeydiyyata alınmışdır. Həmçinin cavabdeh cavabdeh3 məhkəmə iclasında torpaq sahəsini aldıqdan bir müddət sonra satdığını bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 0,6562 ha torpaq sahəsi cavabdeh3 cavabdeh1 MMC-yə satılmışdır. Həmin müqavilə bağlanan zaman JN-121, kod 40602018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən satılan əmlaka dair mülkiyyət hüququ satıcı cavabdeh3 məxsus olmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na etimad və güvən əsasında bağlanmışdır.
27. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh3 ilə cavabdeh1 MMC arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən cavabdeh3 satış predmeti olan torpaq sahəsini alıcı cavabdeh1 MMC-nin mülkiyyətinə vermiş, cavabdeh1 MMC isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh cavabdeh1 MMC-nin vicdanlı alıcı olmaması barədə sübutlar iddiaçı tərəfindən məhkəmə təqdim edilməmişdir.
28. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 MMC vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəmə təqdim edilmədiyindən, mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş Dövlət Aktına etimad və güvən əsasında bağlandığından iddiaçı İddiaçı İsmaləddin oğlunun cavabdehlər cavabdeh3, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan” tələbinə dair iddia tələbi “0,6562 ha torpaq sahəsi üzərində cavabdeh1 MMC-nin mülkiyyət hüququnu təsdiq edən ##.##.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat yazısının (çıxarış) 0,6562 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” hissəsində təmin edilməməlidir.
29. Bundan başqa məhkəmə iddia tələbinin “## ### 2006-cı ildən hazırki vaxta qədər (19 il) torpaqdan qanunsuz istifadə olunması nəticəsində qanuni mülkiyyətçi İddiaçı İsmaləddin oğluna vurulmuş zərər (əldən çıxmış fayda) olaraq 2508 (iki min beş yüs səkkiz) manat pul vəsaitinin tam formada ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
30. Məhkəmə sübutetmə yükünün tərəflərin üzərinə düşdüyünə dair qanun normalarına istinad edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı İsmaləddin ## ### 2006-cı ildən hazırki vaxta qədər keçən 19 il ərzində torpaq sahəsində istifadə olunması nəticəsində ona dəymiş zərərin 2508 manat təşkil etdiyini qeyd etsə də, həmin məbləğin nəyə əsasən həmin məbləğdə qeyd etdiyini, torpaq sahəsindən 19 il ərzində konkret olaraq kim və ya kimlər tərəfindən və ya hansı qaydada istifadə olunduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı tərəfin Qəbələ rayon Hacıalılı Bələdiyyəsindən əldə etdiyi məktubda torpaq sahəsinin illik icarəsi üçün hesablanmış vergi məbləğləri qeyd olunmuş və həmin məbləğlərin də dənli bitkilər və fındıq bağı üçün ayrı-ayrı məbləğlər təşkil etdiyi göstərilmişdir. Lakin iddiaçı həmin torpaq sahəsindən hansı məqsədlərlə istifadə olunduğu qeyd etməmişdir. Həmçinin həmin ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəsinin nə qədər olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı cavabdeh cavabdeh3 torpaq sahəsindən 19 il ərzində istifadəyə görə 2508 manat məbləğində pul tələb etsə də, mülki işin məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin məhkəməyə məlum olmayan vaxtda cavabdeh3 tərəfindən digər cavabdeh cavabdeh1 MMC-yə satıldığı müəyyən olunmuşdur. Belə olan təqdirdə cavabdeh cavabdeh3 tərəfindən həmin torpaq sahəsinin neçə il istifadə olunduğunu sübutetmə yükü də iddiaçı İddiaçı İsmaləddin oğlunun üzərindədir.
31. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
32. Həmçinin məhkəmə iddia tələbinin “Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Qəbələ rayonunda fəaliyyət göstərmiş Qəbələ rayon dövlət notariat kontoru Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat Ofisi yarandıqdan sonra fəaliyyətini dayandırmış, Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu X3 isə vəfat etmişdir. Belə olan halda mövcud olmayan bir qurum və ölmüş şəxs barəsində xüsusi qərarın çıxarılması və prokurora məlumat verilməsi ağlabatan deyildir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
34. Beləliklə, tərəflərin izahatlarını, işin mövcud hallarını və araşdırılmış sübutları, qanunvericiliyin şərh olunan müddəalarını sistematik olaraq və kompleks halında nəzərə alan məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Əliyev İsmaləddin İsmayıl oğlu ilə cavabdeh3 arasında bağlanmış ##.##.2006-cı il tarixli, 4Ə-1924 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş JN532 (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7, 140, 148.2, 149.2, 152.1, 157.4, 213.1, 213.2, 213.6, 222.2, 222.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 84.3cü maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli Qərarına, “X14 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli Qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli Qərarına, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ####### 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair ##.##.2021-ci il tarixli qərarına, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin ## ###### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 5.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 265.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
36. Qətnamədən narazı qalan iddiaçı İddiaçı İsmaləddin oğlu apellyasiya şikayəti vermişdir
37. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, cavabdeh3 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığı üçün daşınmaz əmlak üzərində sərəncam vermək hüququna malik olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən vicdanlı alıcı olaraq adlanmış cavabdeh1 MMC bundan məlumatlı olmuşdur. Belə olan halda cavabdeh1 MMC-nin vicdanlı alıcı olması qəbul edilməzdir. cavabdeh3 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdığı təqdirdə cavabdeh1 MMC-nin vicdanlı alıcı olması ağlabatan olardı. Belə ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunmalıdır. Belə olan halda cavabdeh3 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaması cavabdeh1 MMC-də əsaslı şübhələr yaratmalı idi. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, cavabdeh3 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığı üçün həmin əmlak üzərində sərəncam vermək hüququna malik olmamış və cavabdeh1 MMC-də bunu bildiyi halda əmlakı əldə etməyə razı olmuşdur. Belə olan halda cavabdeh3 ilə cavabdeh1 MMC arasında olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair razılaşma heç bir hüquqi əhəmiyyətə malik deyildir. Belə olan halda cavabdeh1 MMC-nin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun həqiqiliyi və tamamlığı prezumpsiyası aradan qalxmış olur.
38. cavabdeh3 torpaq sahəsini neçə il ərzində istifadə etməsi, sonradan onu başqa şəxsin, yəni cavabdeh1 MMC-nin xeyrinə özgəninkiləşdirməsi hüquq sahibinə vurulmuş ziyanın aradan qalxma əsası kimi qiymətləndirilə bilməz. Belə ki, Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin ** nömrəli, ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qəbələ rayon Hacıalılı Bələdiyyəsi ərazisində torpağın 1 illik icarə haqqı, 1) Dənli bitkilər üçün 1 ha-150 manatdan 200 manatadək, 2) Fındıq bağı üçün 1 ha-250 manat müəyyən edilmişdir. Hesab etsək ki, cavabdeh3 və cavabdeh1 MMC torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadə etməyib, belə olduğu halda da hüquq sahibi, yəni iddiaçı qanuni əsaslarla haqqı çatanlardan məhrum olmuşdur. Bu hissədə mövqeləri ondan ibarətdir ki, sözügedən torpaq sahəsinin hazırki cavabdehlərdən kimin istifadəsində olması və həmin torpaq sahəsindən faktiki olaraq istifadə edilib və ya edilməməsi hüquq sahibinə vurulmuş ziyanın ödənilməsini istisna edən hal kimi dəyərləndirilə bilməz. Hesab edirlər ki, işə baxan birinci instansiya məhkəməsi bu hissədə də qanunvericilik normasını düzgün təfsir etməmişdir.
39. Göründüyü kimi iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış və nəticədə məhkəmə öz qətnaməsini “əsaslı şübhə yaradan sübutlarla” əsaslandırmağa çalışmışdır.
40. İddia tələbinin “Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsi” hissəsi ilə bağlı bildirir ki,məhkəmənin bu hala bu formada qiymət verməsi onun səlahiyyətlərinə aid olmamışdır. Belə ki, şəxsin cinayət törətdikdən sonra vəfat etməsi halı Cinayət Prosessual Qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilən cinayət işinin başlanması və ya rədd edilməsi cinayət prosesini həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Belə ki, mülki mühakimə icraatı qaydasında işə baxan məhkəmə yalnız “proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməklə mükəlləf edilmişdir”. Yəni şəxsin vəfat etməsi nəticəsində qəbul ediləcək prosessual qərarlar onun səlahiyyətinə aid olmamışdır. Göründüyü kimi işə baxan məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə də haqlımövqe sərgiləyə bilməmişdir.
41. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmamış, qeyrimötəbər sübutlara istinad etmiş və nəticədə münahisəli hüquq münasibəti qeyri-müəyyən olaraq qalmışdır.
42. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
44. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh cavabdeh1 MMCnin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir.
45. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmaləddin oğlu, iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər cavabdeh3, cavabdeh1 MMC-nin nümayəndəsi, cavabdeh2 nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi, İsmayılova Şərafət Mirzənməd qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 İsmaləddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 İsmaləddin qızı, İddiaçı İsmaləddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İsmaləddin qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İsmaləddin qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
48. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
49. Qərar. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2021-ci il tarixli Qərarı:
51. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23-cü il tarxli qərarı:
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri 53.Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
56. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin rədd edilmiş hissədə ləğv edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
59. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci tarixli ** saylı qərarı ilə Əliyev İsmaləddin İsmayıl oğlu və ailə üzvlərinin mülkiyyətlərinə 2,51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. ##.##.2000-ci il tarixdə Əliyev İsmaləddin İsmayıl oğlu vəfat etmişdir. ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsinin Qanıx-Türyançay zonasına aid 0.66 ha hissəsi Əliyev İsmaləddin İsmayıl oğlu tərəfindən 720.72 manat qiymətləndirilməklə cavabdeh3 satılmışdır. Həmin müqavilə Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-/1924 nömrə ilə qeyd edilmişdir. cavabdeh3 Qəbələ rayon DNK-nın ##.##.2006-cı il tarixli 4ə-/1924, 1919-1921, 1923-1933, 1936-1938, 1940-1943, 2021-2027, 2029, **** nömrəli alqı-satqı müqavilələri əsasında əldə etdiyi 12,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-0532, kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əldə etmişdir. Sözügedən torpaq sahəsi həmin ərazidə yerləşən digər torpaq sahələri ilə birləşdirilərək 0.9378 ha olan torpaq sahəsi ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdeh3 tərəfindən X4, o, isə ##.##.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə PMD GROUP MMC-yə satmışdır. ##.##.2017ci il tarixli təhvil-təslim aktı ilə PMD GROUP MMC tərəfindən həmin torpaq sahəsi cavabdeh1 MMC-yə təhvil verilmiş və cavabdeh1 MMC-nin mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın reyestrində qeydə alınaraq ********** nömrəli çıxarış verilmişdir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair ##.##.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
61. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh3 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığı üçün daşınmaz əmlak üzərində sərəncam vermək hüququna malik olmaması, cavabdeh1 MMC-nin bundan məlumatlı olması, belə olan halda cavabdeh1 MMC-nin vicdanlı alıcı olmasının qəbul edilməz olması, cavabdeh3 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaması cavabdeh1 MMC-də əsaslı şübhələr yaratmalı olması, belə olan halda cavabdeh3 ilə cavabdeh1 MMC arasında olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair razılaşmanın heç bir hüquqi əhəmiyyətə malik olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi idarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə əsasında 0.66 ha torpaq sahəsi cavabdeh3 satıldıqdan sonra, sözügedən torpaq sahəsi həmin ərazidə yerləşən digər torpaq sahələri ilə birləşdirilərək ümumilikdə 12,06 ha torpaq sahəsinə cavabdeh3 adına JN532 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmiş, daha sonra həmin torpaq sahələri ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdeh3 tərəfindən X4, o, isə ##.##.2015ci il tarixli alqı-satqı müqaviləsi ilə PMD GROUP MMC-yə satmışdır. ##.##.2017-ci il tarixli təhvil-təslim aktı ilə PMD GROUP MMC tərəfindən həmin torpaq sahəsi cavabdeh1 MMCyə təhvil verilmiş və cavabdeh1 MMC-nin mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın reyestrində qeydə alınaraq ********** nömrəli çıxarış verilmişdir. 64.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
65. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir.
66. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir.
67. Аdı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır.
68. “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrındа dа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əldə edənin əmlаkı оnu оzgəninkiləşdirməyə səlаhiyyəti оlmаyаn şəxsdən əldə etdiyini bilməməsi fаktının mövcudluğu tələbin təmin оlunmаsının mümkünlüyü bаxımındаn vicdаnlı sаhibi mulkiyyətçiyə nisbətdə dаhа üstün hüquqi mоvqeyə çıxаrır.
69. Həmçinin “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrındа dа Kоnstitusytа Məhkəməsi qeyd etmişdir ki, mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir.
70. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
72. Göründüyü kimi, Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа vicdаnlı əldə edənin hüquqlаrının qоrunmаsı, mülkiyyətçiyə nisbətdə оnun dаhа üstün hüquqi mоvqeyə çıxmаsı və əqdin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mubаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildiyi hаldа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə muəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməsi qeyd edilmişdir.
73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsaslı hesab etməyərək qeyd edir ki, daşınmaz əmlakın əldə edilməsində cavabdeh cavabdeh1 MMCnin vicdanlı olması müəyyən edildiyindən iddiaçının məhrum olduğu əmlakın dəyərinin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın maddi ziyanla bağlı hissəsinə dair dəlilləri ilə razılaşmır və həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı İsmaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı İsmaləddin oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı İsmaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(025)-1209/2025 nömrəli qətnaməsi iddiaçı İddiaçı İsmaləddin oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.