Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-263/2026 15.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş zərərin ödənilməsi” tələbi, ləğv, təmin) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2 və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC-nin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Ağahüseyn oğlundan avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq ümumilikdə 27092 (iyirmi yeddi min sıfır doxsan iki) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, Satıcı İddiaçı MMC və alıcı Cavabdeh Ağahüseyn oğlu arasında sonuncunun şəxsi istifadəsi üçün nisyə avtomobil alqı-satqısına dair ##.##.2024-cü il tarixli B-***-SA-24 sayl müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 96,480.00 (doxsan altı min dörd yüz səksən) manat müəyyən edilən Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579), yürüşü 18450 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 96,480.00 (doxsan altı min dörd yüz səksən) manat məbləği ##.##.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.608.00 (bir min altı yüz səkkiz) manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Iddiaçı İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh Ağahüseyn oğlu müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında icra etməmiş, sonuncu və yeganə gecikmə ilə edilmiş ödəniş tarixindən (##.##.2024-cü il tarixili aylıq ödənişindən) sonra müqaviləyə xitam verilən tarixə (## ###### 2025-ci il) kimi heç bir aylıq ödəniş etməmişdir. Avtomobil ümumilikdə üç aydan çox müddətdə cavabdehin istifadəsində qalmışdır. Bununla da cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli B-***-SA-** saylı müqavilənin 3.2.6-cı bəndinin c) və d) hissələrinin şərtləri pozulmuşdur. Gecikmələri barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, ##.##.2024-cü il tarixli məktubla xəbərdarlıq edilsə də nəticə olmamışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Kodiaq 2.0 TSI markalı, **-PY-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və ##.##.2025-ci il tarixində əməkdaş tərəfindən DIN duracağından avtomobil götürülmüş və şirkətin servis mərkəzinə gətirilmişdir. Avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra cavabdehə ##.##.2025-ci il tarixli məktubla İddiaçı MMCnin servis-təmir mərkəzində avtomobilə baxış keçiriləcəyi barədə məlumat verilmiş və Cavabdeh təhvil-təslim edilməsi üçün dəvət edilmişdir. ##.##.2025-ci il tarixində cavabdeh iştirak etmədiyi səbəbindən, onun iştirakı olmadan avtomobilə baxış keçirilmiş və ##.##.2025ci il tarixində cavabdehə baxış aktı göndərilmişdir. Avtomobilə baxışın nəticəsinə dair tərtib olunmuş ilkin təmir aktı əsasında (ilkin baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün vurulmuş zərər müəyyən edilmiş və ##.##.2025-ci il tarixində təmir işləri aparılmışdır. Bu xərclərin dəyəri 2437.94 (iki min dörd yüz otuz yeddi manat doxsan dörd qəpik) (təmir aktı əlavə edilir) təşkil edir. Avtomobilə baxış keçirilərkən cavabdeh tərəfindən 31362 km yürüş ilə onlara geri qaytarıldığından avtomobilin dəyəri 25 faiz dərəcədə azalmışdır. Cavabdeh Cavabdeh Ağahüseyn oğlu müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən (##.##.2024-cü il tarixli B-116- SA-** saylı müqavilənin 3.2.6-cı bəndinin c) və d) hissələri) iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən ##.##.2024-cü il tarixli B-***-SA-** saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda bildirilir ki, avtomobillə bağlı qeyd olunan xərclər tərəflərindən ödənildikdən sonra ##.##.2024-cü il tarixli B-***-SA-** saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 31362 km yürüşü olan Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə X12 arasında bağlanmış ##.##.2025-ci il tarixli, B-***-SA-25 nömrəli müqaviləyə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 57,562.00 (əlli yeddi min beş yüz altmış iki) manat müəyyən edilmişdir. Ikinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Halhazırda sonuncu müqavilə qüvvədə olmaqla Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) avtomobi X12. ##.##.2024-cü il tarixli B- ***-SA-** saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satılqıdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Odur ki, cavadeh Cavabdeh Ağahüseyn oğlu ilə bağlanmış ##.##.2024-cü il tarixli B***-SA-** saylı müqavilənin dəyəri 96,480.00 (doxsan altı min dörd yüz səksən) manat, ##.##.2025-ci il tarixli, B-***-SA-25 nömrəli ikinci əqdin dəyəri isə 57,562.00 (əlli yeddi min beş yüz altmış iki) manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh Cavabdeh Ağahüseyn oğlu tərəfindən ümumilikdə 1608 manat aylıq ödəniş edilmişdir. Həmçinin ##.##.2025-ci il tarixində həmin avtomobil faktiki olara 48 ay müddətinə satıldığını nəzərə alsaq, həmin avtomobil 60 ay müddətinə satılsa idi onun qiyməti 67780 manat müəyyən ediləcəkdir. Bu məbləğlər arasındakı fərq isə 10218 manat edir və müqavilələr arasında fərq hesablanarkən nəzərə alınmalıdır. Beləliklə, cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan və həmin məbləğdən də 10218 manat çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 96480 manat- ikinci müqavilə dəyəri 57562 manat = 38918 manat - ümumi ödənişlər 1608 manat = 37310 manat - həmin tarixə 48 ay ödənişlə 60 ay ödəniş arasında olan fərq 10218 manat = 27092) cavabdeh Cavabdeh Ağahüseyn oğlunun İddiaçı MMC-yə 27092 (iyirmi yeddi min sıfır doxsan iki) manat borcu qalmışdır. Işin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edilir ki, cavabdeh Cavabdeh Ağahüseyn oğlundan avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq (1-ci müqavilə dəyəri 96480 manat - ikinci müqavilə dəyəri 57562 manat = 38918 manat - ümumi ödənişlər 1608 manat = 37310 manat - həmin tarixə 48 ay ödənişlə 60 ay ödəniş arasında olan fərq 10218 manat = 27092) 27092 (iyirmi yeddi min sıfır doxsan iki) manat iddiaçının xeyrinə tutulmalıdır. Həmin müqavilələr arasındakı fərq hesablanarkən təmirə çəkilmiş xərc ikinci satış müqaviləsinə daxil edilmişdir.
3. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Gülnaz Qurbanova) cavabdeh Cavabdeh vurulmuş zərərin əvəzi olaraq ümumilikdə 27092 (iyirmi yeddi min sıfır doxsan iki) manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2, 181.1, 181.2, 385.1, 385.2, 387.1, 389.1, 567, 568.1, 405.1, 600.1, 600.4, 606.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2024-cü il tarixli B-***-SA-** saylı avtomobilin alqı-satqısı üzrə müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) avtomobil verilmişdir. Müqavilə hər iki tərəfin imzası və iddiaçı xxxx» MMC-nin möhrü ilə təsdiq edilmişdir. ##.##.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil texniki və saz vəziyyətdə alıcıya təhvil verilmişdir. Alıcıya avtomobilin təchizatı və təxniki xüsusiyyətləri izah olunmuşdur. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təmir aktından görünür ki, Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) 77- PY-920 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 3317.79 manat hesablanmışdır. İddiaçı servis tərəfindən icra edilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixli aktdan görünür ki, Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) **-PY- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 2437.94 manat hesablanmışdır. İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, ##.##.2024-cü il tarixli B-***-SA-** saylı alqı-satqı müqaviləsi üzrə ##.##.2025-ci il tarix üçün gecikdirilmiş məbləğ 3216 manat, cərimə məbləği 964 manat olmuşdur. ##.##.2025-ci il tarixli, B-***-SA-25 daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X12 arasında müqavilə bağanmışdır. Müqavilə hər iki tərəfin imzası və xxxx» MMC-nin möhürü ilə təsdiq edilmişdir. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə X12 arasında təhvil-təslim aktı imzalanmışdır. İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh göndərilmiş ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ##.##.2024-cü il tarixli B-***-SA-24 nömrəli müqavilənin davam etdirilməsi üçün İddiaçı MMC-yə olan ümumilikdə 2725 (iki min yeddi yüz iyirmi beş) manat məbləğində borcun 5 (beş) gün ərzində ödənilməsi, əks təqdirdə ##.##.2024-cü il tarixli B-l **-SA-** nömrəli müqaviləyə tərəflərindən xitam verilməsi və məhkəməyə müraciət edilərək İddiaçı MMC-yə dəymiş zərər və bununla bağlı çəkdiyi bütün xərclər iddia predmetinə əlavə edilərək tələb olunacağı bildirilmişdir. Göyçay rayon polis şöbəsindən daxil olmuş hüquqi şəxs tərəfindən verilən etibarnamələrə dair məlumatlardan görünür ki, Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün ##.##.2025-ci il tarixdə X1, ##.##.2024- cü il tarixdə X7, ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərdə X8 etibarnamələr verilmişdir. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 171.28 manat dövlət rüsumu ödənilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı MMC-nin direktoru X4 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı MMC-nin direktoru X4 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən iddiaya faktiki hallarına və maddi hüquq normaları diqqət edilməmiş, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, eyni zamanda Mülki Məcəllənin normalarını səhv təfsir etmiş bu səbəblə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən yuxarıda iddianın rədd edilməsini İddiaçı MMC-nin hüquqlarının pozulması kimi qiymətləndirir və hesab edirik ki, aşağıda qeyd olunan səbəblərə görə ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli Qətnamə ləğv edilməli və iddia tam təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü və Məhkəmənin qətnaməsində də qeyd edildiyi kimi Iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh Ağahüseyn oğlu arasında sonuncunun şəxsi istifadəsi üçün nisyə avtomobil Alqı-satqısına dair ##.##.2024-cü il tarixli B-***-SA-** saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 96,480.00 (doxsan altı mindörd yüz səksən) manat müəyyən edilən Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579), yürüşü 18450 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 96,480.00 (doxsan altı min dörd yüz səksən) manat məbləği ##.##.2024cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,608.00 (bir min altı yüz səkkiz) manat olmaqla Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Iddiaçıİddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh Ağahüseyn oğlu Müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında icra etməmiş, sonuncu və yeganə gecikmə ilə edilmiş ödəniş tarixindən (##.##.2024-cü il tarixili aylıq ödənişindən) sonra müqaviləyə xitam verilən tarixə (## ###### 2025-ci il) kimi heç bir aylıq ödəniş etməmişdir. Avtomobil ümumilikdə üç aydan çox müddətdə cavabdehin istifadəsində qalmışdır. Qətnamədən və iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından da göründüyü kimi Cavabdeh Ağahüseyn oğlu tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş və müqaviləyə ##.##.2025-ci il tarixli məktub ilə xitam verilmişdir. Skoda Kodiaq 2.0 TSI markalı, **PY*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və ##.##.2025-ci il tarixində əməkdaşları tərəfindən DIN duracağından avtomobil götürülmüş və şirkətin servis mərkəzinə gətirilmişdir. Sübut kimi təqdim edilən videodan və digər sənədlərdən də göründüyü kimi avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün xərclər çəkilmişdir. Eyni zamanda bildirir ki, Avtomobillə bağlı qeyd olunan xərclər ödənildikdən sonra ##.##.2024-cü il tarixli B-***-SA-** saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 31362 km yürüşü olan Skoda Kodiaq 2.0 TSI markalı,buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) yenidən satışa çıxarılmış vəİddiaçı MMC ilə X12 arasında bağlanmış ##.##.2025-ci il tarixli, B-***-SA25 nömrəli müqaviləyə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 57,562.00 (əlli yeddi min beş yüz altmış iki) manat müəyyən edilmişdir. Ikinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Cavabdeh Cavabdeh Ağahüseyn oğlu ilə bağlanmış ##.##.2024-cü il tarixli B***-SA-** saylı müqavilənin dəyəri 96,480.00 (doxsan altı min dörd yüz səksən) manat, ##.##.2025-ci il tarixli, B-***-SA-25 nömrəli ikinci əqdin dəyəri isə 57,562.00 (əlli yeddi min beş yüz altmış iki) manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh Cavabdeh Ağahüseyn oğlu tərəfindən ümumilikdə 1608 manat aylıq ödəniş edilmişdir. Həmçinin ##.##.2025-ci il tarixində həmin avtomobil faktiki olara 48 ay müddətinə satıldığını nəzərə alsaq, həmin avtomobil 60 ay müddətinə satılsa idi onun qiyməti 67780 manat müəyyən ediləcəkdir. Bu məbləğlər arasındakı fərq isə 10218 manat edir və müqavilələr arasında fərq hesablanarkən nəzərə alınmalıdır. Beləliklə, cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan və həmin məbləğdən də 10218 manat çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 96480 manat-ikinci müqavilə dəyəri 57562 manat = 38918 manat – ümumi ödənişlər 1608 manat = 37310 manat- həmin tarixə 48 ay ödənişlə 60 ay ödəniş arasında olan fərq 10218 manat = 27092) cavabdeh Cavabdeh Ağahüseyn oğlunun “xxxx” MMC-yə 27092 (iyirmi yeddi min sıfır doxsan iki) manat borcu qalmışdır. Iddiaçı ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cüil tarixli B-***-SA-** saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satılqıdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcıqalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Məhkəmə qətnaməsində tərəflərindən təqdim etdikləri sübutları (müqaviləni, təhvil təsli aktını və s) qiymətləndirərkən, qarşı tərəfin mülahizələrinə və cavabdehin dəvət etdiyi və qabaqcadan razılaşdırdığı şahidlərə inanaraq, qətnamə qəbul etmişdir. Halbuki qarşı tərəfməhkəməyə şahid ifadəsindən başqa tələbin əksini sübut edəcək heç bir sübut təqdim etməmişdir. Şahid qismində dindirilən Yarıyev Elsəvərin cavabdehin dostunun qohumu olduğu bildirilsə də bu qohumluq dərəcəsi sübuta yetirilməmişdir. Halbuki, bu şəxslər bir qrup yoldaşdırlar və şirkətdə Yarıyev Elsəvər ilə də avtomobil alışına dair müqavilə olmuş və mübahisə yaranmışdır. Həmin mübahisədə iddiaları Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Cavabdeh tərəfindən müqavilə predmeti olan avtomobil faktiki olaraq təhvil alınmışdır və imzaları və etirafları ilə sübuta yetirilir. Müqavilənin alt sənədlərində cavabdehin şəxsiyyəti vəsiqəsi ilə yanaşı X7 da sürücülük vəsiqəsi mövcuddur. Bu isə cavabdehin öz iradəsi ilə həmin şəxsə etibarnamə verilməsini təsdiq edir. Faktiki olaraq avtomobil tərəflərindən Cavabdeh Ağahüseyn oğluna təqdim edilmişdir və müqavilə tərəfi kimi ou tanıyırlar. Məhkəmə müqavilənin 3.2.8-ci bəndində yol vərəqəsinin yalnız şəxsin özü və 1-ci dərəcəli qohumlarına verilə bilər müddəasını mövcudluğunu əsas götürərək tərəflərindən müqavilə şərtlərinin pozulmasını əsas gətirmişdir. Lakin Məhkəmə həmin 3.2.8-ci bəndin Satıcının hüquqlarına aid olmasına diqqət etməmişdir. Yəni alıcının istəyi ilə digər şəxslərədə yol vərəqəsi vermək seçimi artıq şirkətin hüquqlarına aiddir. Vəzifəsi deyil. . Məhkəmə hüquqi əsasları qeyd edərkən işin faktiki hallarına uyğun olaraq müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə və Mülki Məcəllənin 645.2-ci maddəsinə ümumiyyətlə istinad etməmişdir.
8. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeydşərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı MMC-nin direktoru Xankişiyeva X3 Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
21. Iddiaçı İddiaçı MMC-nin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.
22. Belə ki, kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Iddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
24. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
25. Işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında nəqliyyət vasitəsinə dair ##.##.2024-cü il tarixli B-***-SA-** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) avtomobil verilmişdir. Alıcı avtomobilin dəyərini ##.##.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə hissə-hissə, yəni ayda 1.608.00 (bir min altı yüz səkkiz) manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
26. Iş üzrə müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəmədiyindən onunla İddiaçı MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli B-***-SA-24 sayl müqaviləyə xitam verilmişdir.
27. Bundan sonra ##.##.2024-cü il tarixli B-***-SA-** saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 31362 km yürüşü olan Skoda Kodiaq 2.0 TSI markalı, buraxılış ili 2023 olan (VIN:TMBLD6NS2R8501579) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə X12 arasında bağlanmış ##.##.2025-ci il tarixli, B-***-SA25 nömrəli müqaviləyə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə, yəni 57,562.00 (əlli yeddi min beş yüz altmış iki) manat müəyyən edilmişdir.
28. Hazırki işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı hazırda həmin müqavilələr üzrə yaranmış fərqi tələb edir.
29. Kollegiya apellyasıya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti əsaslı olmaqla iddia tələbinin təmin olunmasına əsas verir. Belə ki, tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli B-***-SA-24 sayl müqavilənin 3.2.7-ci bəndinə əsasən, müqaviləyə müqavilədə göstərilən əsaslarla ya onlardan biri ilə) vaxtından əvvəl xitam verildikdə Satıcı öz mülahizəsinə uyğun olaraq Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək, avtomobili satışa çıxarmaq, hüququna malikdir. Avtomobil satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğ alıcıya qaytarılır. Bu məbləğ alıcının borcunu ödəmədikdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir.
30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının qaldırıdığı tələb qanundan irəli gələn tələbdir. Belə ki, alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra həmin mal başqa şəxsə satılarsa, satıcının müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürmək hüququ vardır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
31. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı MMC-nin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Buna görə də kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat 28 qəpik məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 85 manat 64 qəpik məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı İddiaçı MMC-nin direktoru X4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq ümumilikdə 27092 (iyirmi yeddi min doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat 28 qəpik məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 85 manat 64 qəpik məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.